Məhkəmə qərarları › İş №1(107)-318/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-318/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-318/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2 Müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X36 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli (sədrlik edən hakim Malik Qarayev) hökmü ilə, xx.xx.1974-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaşqaçay kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 308.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, əlavə cəza olan dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının çəkilməsi müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, iş üzrə mülki iddia qismən təmin edilməsi və Təqsirləndirilən şəxs 11832 manat pul alınıb Azərbaycan Respublikası Zərərçəkmiş şəxs publik hüquqi şəxsin hesabına keçirilməsi, Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Qaşqaçay kəndində yerləşən yaşayış yerinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli Qax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəlləri, 10 may 2017-ci il tarixli nömrəsiz və 12 may 2017-ci il tarixli nömrəsiz müqavilələr, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli yekun protokolları, xx.xx.2017-ci il tarixli 2896 nömrəli və xx.xx.2017ci il tarixli 2897 nömrəli ödəniş tapşırıqları, X8, Şahid3, X4, Şahid4, Şahid5, X23, Şahid1, X24, X15 istifadəsinə və mülkiyyətinə aktivlərin verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 09 akt, "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622403 nömrəli və "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622301 nömrəli qaimə fakturalar maddi sübut kimi iş materiallarında saxlanılması, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: İbtida istintaq orqanının mövqəyinə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə 02 iyun 2016-cı il tarixli, 09/11-259 saylı əmrlə Qax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 25 may 2018-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində X61ndə iş axtaran şəxs kimi qeydiyyata alınmış 9 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Qax rayon Məşğulluq mərkəzinə ayrılmış 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən X9 2017-ci ilin may ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 34.170 (otuz dörd min bir yüz yetmiş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin may ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Qax rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslərlə özü arasında bağlanaraq göndərdiyi 10 may 2017-ci il tarixli və 12 may 2017-ci il tarixli nömrəsiz müqavilələr, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Kamil Həsənovun yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli 28 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri X6, Şahid2 və X37 tərəfindən Qax şəhəri, Azərbaycan prospekti 26 ünvanında yerləşən Qax rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC, "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibləri olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 2896 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 34.170 manat, xx.xx.2017-ci il tarixli 2897 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ57AMRA******************** nömrəli hesabına 7.497 manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 9 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda X44, X16 və X17 2017-ci ilin may-iyun ayları ərzində Zaqatala rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Qax rayonunda fərdi satıcılardan aldıqları mal-qaranı, arı ailəsini, toyuqları, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən aldıqları dərzi və dülgər fəaliyyəti ilə məşğul olmaq üçün zəruri olan ləvazimat və avadanlıqları Qax rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış X18 3.600,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.010,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid3 3.000,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 6.000,0 manat dəyərində maddi aktivlər verilməsi, X10 4.260,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.000,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 1.725,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 2.497,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.325,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.400,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 2.400,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.120,0 manat dəyərində maddi aktivlər verilməsi, X29 3.325,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.400,0 manat dəyərində maddi aktivlər verilməsi, X25 2.900 manat dəyərindən maddi aktivlər verildiyi halda guya 4.120,0 manat dəyərində maddi aktivlər verilməsi, X30 2.400,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.120,0 manat dəyərində maddi aktivlər verilməsi barədə tamah və şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa X47 inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə iyul 2018-ci il tarixli aktların mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvü Şahid2 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə maddi aktivlərin verilməsi üçün ayrılmış 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində vəsaitdən faktiki olaraq 26.935 (iyirmi altı min doqquz yüz otuz beş) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 14.732 (on dörd min yeddi yüz otuz iki) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. apellyasiya protesti, apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində daha ağır-azadlıqdan məhrumemə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X52 apellyasiya şikayətinin təmin edilərək, Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün verilməsini, həmçinin apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya protestinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti və apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o 2016-cı ilin iyul ayında Qax rayon Məşğulluq Mərkəzinin direktoru təyin olunmuşdur. 25 iyun 2018-ci ildə həmin vəzifəsindən azad edilmişdir. Hazırda işsizdir. İşlədiyi dövrdə Mərkəzin baş mühasibi əvvəlcə Şahid2, daha sonra Cəmilə Əfəndiyeva olmuşdur. Mərkəzin hesablaşma hesabı "xxxx" ASC-nin Qax rayon filialında olmuşdur. Mərkəz birbaşa Dövlət Məşğulluq Xidmətinə tabe olmuşdur. 2016-cı ilin sonlarından başlayaraq əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərdə biznesin qurulması məqsədilə 2 aylıq kurslar təşkil olunmağa başlanmışdır. Kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib təqdim etmişlər. Biznes planlarında görəcəyi işin dəyəri göstərilmişdir. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. 2017-ci ilin may ayının əvvəllərində X47 Baş İdarə üzrə birbaşa kuratoru Kamil Həsənov ona zəng edərək bildirmişdir ki, rəhbərliyin göstərişidir, maddi aktivlərin alınması ilə bağlı ona imzalanması üçün hazır sənədlər göndərəcəkdir, həmin sənədləri özü imzalayıb X47 möhürünü vursun və Mərkəzin digər əməkdaşlarına imzalatdırıb qısa zamanda həmin sənədləri ona qaytarsın. O həmin ərəfələrdə Bakı şəhərinə getmiş, Kamil Həsənovun yanına gedib sənədləri ondan almış və Qax şəhərinə gəlmişdir. Görmüşdür ki, sənədlərdə guya əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədilə Qax rayon Məşğulluq Mərkəzi üzrə 2017-ci ildə kotirovka sorğuları keçirilməsi, həmin sorğularda bir neçə şirkətlərin iştirak etməsi, komissiya üzvlərinin Qax rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının olması, sorğularda "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin guya qalib olması barədə protokollar, təkliflər, yazışmalar, qalib təşkilatlar kimi Sarvan-2011” MMC və "xxxx" MMC ilə Qax rayon Məşğulluq Mərkəzi adından onun tərəfindən bağlanmış və sözügedən təşkilatlar tərəfindən artıq möhürlənmiş və imzalanmış müqavilələr, habelə sair sənədlər olmuşdur. Özü bu sahədə işlədiyinə görə bilirdi ki, kotirovka sorğuları Mərkəzin özü tərəfindən keçirilməli, adları göstərilən şirkətlər faktiki olaraq kotirovkada iştirak etməli, görüləcək işlərlə bağlı qiymətlər təklif olunmalıdır, əlverişli qiymət təklif edən şirkət komissiyanın qiymətləndirməsi ilə seçilib qalib elan edildikdən sonra həmin şirkət ilə müqavilə bağlanmalıdır. Sadaladıqlarının heç biri olmadığına görə, yəni faktiki olaraq Qax rayon Məşğulluq Mərkəzi üzrə heç bir kotirovka sorğusu keçirilmədiyinə görə, adları qeyd olunan şirkətləri tanımadığına və onların heç biri faktiki olaraq kotirovka sorğusunda iştirak etmədiklərinə görə həmin sənədləri imzalamaqdan və möhürləməkdən imtina etdiyini Kamil Həsənova bildirmişdir. Kamil Həsənov isə ona demişdir ki, bu tapşırıq rəhbərliyin tapşırığıdır və mübahisəsiz icra olunmalıdır, lakin konkret olaraq hər hansı ad çəkməmişdir. O, Kamil Həsənovun təkidindən sonra başa düşmüşdür ki, sənədləri imzalamadığı halda işində problemlər yaranacaq, vəzifəsindən azad oluna bilər, buna görə də həmin sənədləri imzalamış və Qax rayonuna aparıb digər əməkdaşları, yəni komissiya üzvləri kimi adları qeyd olunmuş Şahid2, Murtuz Qurbanova və Fətimət Babayevaya imzalatdırıb, Mərkəzin möhürü ilə möhürləyib özü şəxsən aparıb Kamil Həsənova vermişdir. Sənədləri imzalayan Mərkəzin əməkdaşlarına da izah etmişdir ki, sənədlərin imzalanması barədə göstəriş Kamil Həsənovdan gəlib, sonuncu isə ümumi olaraq tapşırığın rəhbərlikdən gəldiyini bildirmişdir. Bundan sonra isə Kamil Həsənovun göstərişinin davamı olaraq guya kotirovka sorğularının qalibləri olmuş və buna görə də müqavilələr bağlanmış "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin bank hesablarına müvafiq olaraq 34.170 manat və 7.497 manat pul vəsaitlərinin köçürülməsi barədə baş mühasib Cəmilə Əfəndiyevaya göstəriş vermiş, bununla bağlı müqavilələri, protokolları və digər sənədləri sonuncuya təqdim etmiş, özü də köçürmə ilə bağlı müvafiq sənədləri imzalayıb Mərkəzin möhürü ilə möhürləyib "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin bank hesablarına müvafiq olaraq 34.170 manat və 7.497 manat pul vəsaitlərinin köçürülməsini təmin etmişdir. Bundan sonra, heç olmasa aktivlərin iş axtaran şəxslərə verilməsini təmin etmək üçün iş axtaran şəxsləri toplayıb aktivlərin onlara veriləcəyini izah etmiş və bildirmişdir ki, hər hansı şəxsə aktiv verilməsə ona bu barədə məlumat versin. Daha sonra öyrənmişdir ki, vətəndaşlara aktivlər verilmiş, hər hansı narazılıq olmamışdır. Aktivlər müqavilə bağlanmış şirkətlərin əməkdaşları tərəfindən paylanmış, Mərkəzin əməkdaşları onları ancaq müşayiət etmişlər və aktivlərin hansı qiymətlərə alınmasından, ümumiyyətlə hansı qiymətə alınmalı olmasından xəbərləri olmamışdır. Özü 2018-ci ildə aktivlərin mülkiyyətə verilməsini Kamil Həsənovla birgə yoxlamış və həmin vaxt da hər hansı narazılıq olmamışdır. O, sadəcə aktivlərin tam həcmdə verilib-verilməməsini aydınlaşdırmış, aktivlərin hansı qiymətlərə alınması ilə maraqlanmamışdır. Eyni zamanda bildirir ki, sadaladığı saxta kotirovka sorğularına görə ona heç bir pul ödənilməmiş, heç kəs ona kotirovka sənədlərini imzalamağı və möhürləməyi, müqavilə bağlamağı, təşkilat və fiziki şəxslərin hesablarına pul köçürməyi üçün pul, yaxud digər maddi nemət verməmiş, buna görə vəzifəsi artırılmamış, yaxud digər hər hansı üstünlük və ya imtiyaz verilməmiş, o həmin sənədlərin rəsmiləşdirilməsini ancaq Kamil Həsənovun tapşırığı ilə sonuncunun həmin tapşırığın rəhbərlik tərəfindən verilməsi barədə dedikləri əsasında həyata keçirmişdir. Qax rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı "xxxx" MMC və "xxxx" MMC ilə bağlanılmış müqavilələr, kotirovka sorğusunun nəticələrinə dair yekun protokollar, qaimə fakturalar və digər sənədlərdə adının qarsısında olan imzalar özünə məxsusdur. İmzaladığı və möhür vurduğu həmin sənədlər Dövlət Məşğulluq Xidmətindən Kamil Həsənov tərəfindən imzalanması üçün verilmiş hazır sənədlər olmuşdur. Əgər o, Kamil Həsənov tərəfindən verilmiş sənədləri imzalamasaydı, arzuolunmaz işçi hesab ediləcəkdi. Törətdiyi əməldən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirə biləcək şəxs odur. Himayəsində işləmətyən arvadı, üç uşağı və İ qrup əlil anası vardır. Uşaqlarının ikisi yetkinlik yaşına çatsa da universitetdə oxuyur. Hərəkətindən peşman olmasını, vurulmuş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət törətməsini və himayəsində İ qup əlil olan anasının olmasını, maddi vəziyyətinin ağır olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2016-cı ilin iyul ayında Qax rayon Məşğulluq Mərkəzinin direktoru təyin olunmuş, 25 iyun 2018-ci ildə həmin vəzifəsindən azad edilmişdir Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şəki rayon Məşğulluq Mərkəzində aparılmış yoxlama zamanı “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel Ş tarixli 1941 nömrəli Sərəncamınin icrası ilə bağlı Şəki rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış 23 nəfərin şəxsi biznesplanlarının həyata keçirilməsi məqsədi üçün dövlət büdcəsindən 107153,27 manat pul vəsaitinin ayrılmasına baxmayaraq maddi aktivlərin alınması üçün kotirovkanın qalibi müəyyən edilmiş "xxxx" MMC, ev heyvanlarının alınması üçün isə kotirovkaların qalibi müəyyən edilmiş hüquqi şəxs “Sabit” Kəndli Fermer təsərrüfatı və fiziki şəxs X19 tərəfindən aktivlərin işsizlərə təhvil verilərkən aktlarda qiymətlərin göstərilməməsi, alınmış aktivlərin dəyərinin isə sonradan qaimə-fakturalarda yüksək göstərilərək qiymət fərqinin yaradılması nəticəsində cəmi 31446,00 manat öz biznesini yaradanlara az maddi aktiv verilməsi faktları aşkar edilmişdir. barədə müraciət və həmin müraciət əsasında toplanmış materialda cinayətinin əlamətlərinin müəyyən edilməsi olmuşdur. Cinayət işi məhkəmənin icraatında olan zaman Təqsirləndirilən şəxs tərəfindən vurduğu maddi ziyanın əvəzi 2900 manat həcmində qismən ödənilmişdir. Məhkəməyə həmin məbləğin tam ödənilməsi ilə barədə mülki iddia verilmişdir. Həmin vəsaitin tam ödənilməsi xahişindən başqa zərərçəkmiş və mülki idiaçı olaraq Təqsirləndirilən şəxs qarşı başqa heç bir tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2017-ci ildə Qax rayon Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ilin may-iyun aylarında X47 direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Dövlət Məşğulluq Xidmətindən ona guya X61 üzrə kotirovka sorğularının keçirilməsinə dair hazır sənədlər verildiyini, həmin sənədlərdə komissiya üzvləri kimi onun və Mərkəzin əməkdaşları Murtuz Qurbanov və Fətimət Babayevanın adlarının olduğunu, ona həmin sənədlərin Mərkəzin əməkdaşlarına imzalatdırmaq tapşırıldığını bildirmiş, lakin konkret olaraq tapşırığın hansı şəxsdən gəldiyini deməmişdir. Həmin sənədlərin içərisində 2017-ci ildə Qax rayonu üzrə kotirovka sorğuları keçirilməsi, komissiya üzvlərinin Mərkəzin əməkdaşlarının olması, kotirovka sorğularında 34.170 manat təkliflə guya "xxxx" MMC və 7.497 manat təkliflə "xxxx" MMC adlı şirkətlərin qalib gəlməsinə dair protokollar, həmin şirkətlərlə bağlanmış müqavilələr, qaimə-fakturalar və digər sənədlər olmuşdur. Həmin kotirovka sorğusuna dair sənədlər Təqsirləndirilən şəxs özü, habelə protokollar komissiya üzvləri kimi adları qeyd edilmiş Fətimət Babayeva, Murtuz Qurbanov və onun tərəfindən imzalanmışdır. Əslində isə ümumiyyətlə 2017-ci ildə Qax rayon Məşğulluq Mərkəzi üzrə hər hansı kotirovka sorğusu keçirilməmiş, o, "xxxx" MMC-nin və "xxxx" MMC-nin hər hansı nümayəndəsini görməmiş və tanımamışdır. Əgər sənədlərə imza etməsəydi arzuolunmaz işçi hesab edilərdi və vəzifəsindən azad olunardı. Qax rayon Məşğulluq Mərkəzi üzrə "xxxx" MMC-nin qalib elan edildiyi 02 may 2017-ci il tarixli kotirovka sorğularının nəticələrinə dair və "xxxx" MMC-nin qalib elan edildiyi 04 may 2017-ci il tarixli kotirovka sorğularının nəticələrinə dair protokollarda öz adına istinad olunan imzaları özü icra etmiş, imzalar özünündür. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, 2016-cı ildən etibarən Qax rayon Məşğulluq Mərkəzində baş mühasib təyin edilmiş, 2021-ci ilin yanvar ayında təqaüdə çıxmışdır. 2017-ci ilin may-iyun aylarında X47 direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Dövlət Məşğulluq Xidmətinin X61 üzrə kuratoru Kamil Həsənov tərəfindən ona guya X61 üzrə kotirovka sorğularının keçirilməsinə dair hazır sənədlər verildiyini, həmin sənədlərdə komissiya üzvü kimi Mərkəzin əməkdaşlarının adlarının olduğunu, Kamil Həsənovun ona həmin sənədləri Mərkəzin əməkdaşlarına imzalatdırmağı tapşırdığını, həmin tapşırığın rəhbərlikdən gəldiyini dediyini bildirmişdir. Həmin sənədlərin içərisində 2017-ci ildə Qax rayonu üzrə kotirovka sorğuları keçirilməsi, komissiya üzvlərinin Mərkəzin əməkdaşlarının olması, kotirovka sorğularında 34.170 manat təkliflə guya "xxxx" MMC və 7.497 manat təkliflə "xxxx" MMC adlı şirkətlərin qalib gəlməsinə dair protokollar, həmin şirkətlərlə bağlanmış müqavilələr, qaimə-fakturalar və digər sənədlər olmuşdur. Əslində isə ümumiyyətlə 2017-ci ildə Qax rayon Məşğulluq Mərkəzi üzrə hər hansı kotirovka sorğusu keçirilməmişdir. X62 Hacıyevə verdiyi hazır kotirovka sorğusuna dair sənədlər onun özü, habelə protokollar komissiya üzvləri kimi adları qeyd edilmiş Şahid2, Murtuz Qurbanov, Fətimət Babayeva tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs göstərişi əsasında sənədlərin içərisində kotirovkaların nəticələrinə dair guya bağlanmış müqavilələrin icra edilməsi üçün kassa xərclərinin sifarişi cədvəllərini və ödəniş tapşırıqlarını Təqsirləndirilən şəxslə bərabər imzalayaraq "xxxx" MMC-nin bank hesabına 34.170 manat, "xxxx" MMC-nin bank hesabına 7.497 manat köçürülməsini təmin etmişdir. Maliyyə İdarəsinə köçürmələri aparmaları kotirovka keçirilməsinə dair sənədləri təqdim etsə də, kotirovka keçirilib-keçirilməməsi barədə heç nə deməmiş, bu barədə ondan heçnə soruşulmamışdır. Eyni zamanda bildirir ki, qaimələrdə guya X50 "xxxx" MMC-nin tərəfindən 34.170 manat, "xxxx" MMC-nin tərəfindən 7.497 manatlıq aktivlərin təhvil verilməsi qeyd olunsa da Mərkəzə hər hansı aktiv təhvil verilməmişdir. Sənədlərin imzalanması və müqavilələrin icraya yönəldilməsi üçün hər hansı məbləğdə pul almamışdır, Təqsirləndirilən şəxs inandığı üçün onun tapşırığı əsasında tender və kotirovka sənədlərini imzalamış və müqavilələri icraya yönəltmişdir. Təqsirləndirilən şəxs ona sənədlərin imzalanması və pul vəsaitlərinin köçürülməsi barədə tapşırığın Dövlət Məşğulluq Xidmətindən gəldiyini dediyinə görə sənədləri imzalayıb pul vəsaitlərinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin hesabına köçürülməsini təmin etmişdir, əgər etməsəydi arzuolunmaz işçi hesab edilərək vəzifəsindən azad olunardı. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X7 və X38 ifadələrində Cəmilə Əfəndiyeva ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X31 ifadəsində göstərdi ki, 2016-cı ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 3 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Qax rayonunda Məşğulluq Mərkəzinin inzibati binasında imtahan vermiş və imtahanı müvəffəqiyyətlə keçmişdir. Biznes planı arıçılıq fəaliyyəti ilə məşğul olmaqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Qax rayonuna gəldiyini bildirib aktivlərin verilməsi üçün onu görüşə çağırmışdır. Onlar Qax rayonunda hazırda adını xatırlamadığı həmin şəxslə görüşmüşlər və ona arıçılıqla məşğul olmaq üçün aktivləri hardan ala biləcəklərini soruşmuş, o da tanışı Əsgər adlı şəxsin arı ailəsini yeşiklərlə satdığını bildirmiş, birlikdə Əsgərin Qındırğa kəndindəki örüş sahəsinə getmişlər. Orada Əsgər 15 yeşiklə birlikdə arı ailəsi üçün 3600 manat pul istəmiş, həmin şəxs də 3600 manat məbləğində pulu onun yanında Əsgərə verərək 15 arı ailəsini yeşiklə birlikdə alıb ona vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri evə aparmışdır. Həmin şəxs ona daşınma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da, qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Arılar xəstəliklə əlaqədar tələf olduqlarından təsərrüfatını saxlaya bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2016-cı ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra Mərkəzə dəvət olunaraq təlimə cəlb edilmişdir. Təxminən 3 ay ərzində kurs keçdikdən sonra Qax rayonunda Məşğulluq Mərkəzinin inzibati binasında imtahan vermişdir. Biznes planı quşçuluq təsərrüfatı saxlamaqla əlaqədar olmuşdur, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib aktivləri gətirib onun həyətində təhvil vermişdir. Ona 300 ədəd yumurtlayan toyuq verilmişdir. Həmin şəxs ona toyuqların alınması üçün nə qədər pul xərclədiyini və haradan aldığını deməmişdir, lakin həmin vaxt özü Qax və Zaqatala rayonundakı bazarlarda toyuqların qiymətləri ilə maraqlanmış, ona görə də hesab edir ki, bir ədəd toyuğun qiyməti 13 manat təşkil etmişdir. Ona görə də hesab edir ki, ona verilən 300 ədəd toyuğa 3900 manat pul xərclənmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Həmin şəxs ona əlavə olaraq hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Aktivlərdən bir müddət istifadə etdikdən sonra şəraitsizliklə əlaqədar təsərrüfatını saxlaya bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X26 ifadəsində göstərdi ki, Qax şəhər Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmış və mərkəzin nəzdində olan 3 aylıq dərzilik kursunu bitirmişdir. Həmin dövrdə biznes planı tərtib edib Məşğulluq mərkəzinə təqdim etmiş, məqsədi yataq dəstlərinin istehsalını genişləndirmək olmuşdur. Bunun üçün 5000 manat məbləğin lazım olduğunu biznes planda göstərmişdir. 2017-ci ilin təxminən may aylarında X47 müdiri Təqsirləndirilən şəxs ona zəng edib Məşğulluq Mərkəzinə dəvət etmişdir. Buna görə həmin mərkəzə getmiş, Mərkəzdə onunla bərabər maddi aktivləri almaq hüququ qazanmış başqa şəxslər də olmuşdur. Mərkəzin müdiri Təqsirləndirilən şəxs bir nəfər adının Şahlar olduğunu bildirdiyi şəxsi təqdim edib demişdir ki, onlara maddi aktivləri bu şəxs verəcək və demişdir ki, bu şəxs Baş idarənin əməkdaşıdır. Bundan sonra onun Şahlar olaraq təqdim etdiyi şəxs onlara demişdir ki, heç kimə nağd pul verilməyəcək, parça almaq istəyən şəxs parça tapsın, alınan malların pulunu ödəyəcəkdir. O, Şahlara demişdir ki, Bakı şəhərində Sədərək ticarət bazarında əlverişli qiymətə parça var və həmin ticarət bazarında parça almaq üçün görüşməyə razılaşmışlar. Həmin gün axşam avtobusla Bakı şəhərinə getmiş, növbəti gün həmin ticarət bazarına gedib Şahlarla görüşmüş və müxtəlif satıcılardan hər topun qiyməti 120 manat olan 28 top gilan tekstil parça, 1 metri 5 manat olmaqla 50 metr döşək üzü, 1 metri 4-5 manat olmaqla 100 metr yorğan üzlüyü və 1 top 50 metr uzunluğunda 1 metrinin qiyməti 4 manat olmaqla pəncərə üçün günlük almışdır. Aldığı həmin malların dəyərini satıcılara Şahlar özü ödəmişdir. Bu qayda ilə 4200 manat dəyərində parça, döşək, yorğan üzlüyü, günlük alıb yaşadığı Qax şəhərinə gətirmiş və istifadə etmişdir. Onu da qeyd edir ki, X47 direktoru Təqsirləndirilən şəxs ona malların təhvil edilməsinə dair akta imza etdirmişdir. Təxminən 1 ildən sonra yenidən Məşğulluq mərkəzinə dəvət edilmiş və nazirliyin tanımadığı bir əməkdaşı bir akta imza etdirmişdir. Aktlardakı imzalar özünündür. Hesab edir ki, “Gilan” tekstil parçanın qiyməti 1 topu 250 manat ola bilməz, hətta ən yüksək keyfiyyətli türk parçasının topu da 250 manat ola bilməz. O, həmin akta imza edəndə aktda qiymət yazılmamış, çünki o, həmin qiyməti görsəydi buna icazə verməzdi. Ona alınan malların qiymətləri, miqdarı və adları yuxarıda göstərdiyi kimidir. Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmağı və onlara maddi aktiv verilməsi üçün Məşğulluq Mərkəzinin hər hansı bir əməkdaşı və ya qeyriləri tərəfindən ondan pul tələb edilməmiş və o da heç kimə pul verməmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2015-ci ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq mərkəzinə müraciət etmişdir. 3 ay ərzində ağacoymasuvenirlik üzrə kurs keçmiş, bu sahədə fəaliyyətini qurmaq üçün biznes planını tərtib etmişdir. Məqsədi fərdi şəkildə bu sahədə biznesini qurmaq olmuşdur. Bunun üçün ona müxtəlif dəzgahavadanlıqlar lazım olmuşdur. Biznes planının dəyəri 2500 manat olmuşdur. 2017-ci ilin təxminən aprel ayında X47 müdiri Təqsirləndirilən şəxs ona zəng edib Məşğulluq Mərkəzinə dəvət etmiş və onu Şahlar adlı şəxslə tanış edib bildirmişdir ki, bu şəxs Sosial Müdafiə Nazirliyinin əməkdaşıdır, biznes işini qurmaq üçün lazım olan dəzgahları həmin şəxs alıb ona verəcəkdir. Şahlar təxminən 33-34 yaşlarında, ortaboylu şəxs olmuşdur. Şahlar demişdir ki, lazım olan avadanlıqlarıdəzgahları Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzindən alıb ona verəcəkdir. Aralarında danışıb razılaşmışlar ki, Bakı şəhərində görüşsünlər. Növbəti gün avtobusla Bakı şəhərinə getmiş, Şahların ona verdiyi telefon nömrəsinə zəng edib onunla “Sədərək” ticarət mərkəzində görüşmüşlər. Ticarət mərkəzində müxtəlif şəxslərdən bir ədəd 300 manat dəyərində rəndə, 180 manat dəyərində 1 ədəd lobzik stolu, 1 ədəd 215 manat dəyərində havavuran kompressor, 1 ədəd 200 manat dəyərində qaynaq aparatı, 1 ədəd 150 manat dəyərində odundoğrayan (motopila), 1 ədəd 180 manat dəyərində “Bosch” istehsalı olan drel ümumilikdə 1200 manat dəyərində avadanlıq almışdır. Aldığı avadanlıqların hamısının pulunu Şahlar satıcılara özü ödəmişdir. Bundan sonra Şahlar ona 500 manat pul verib demişdir ki, bu pula isə lazım olan digər əşyaları –lak, sumbata kağızı və başqalarını alsın. Aldığı əşyaları bir yerə toplayıb avtobusla Qax şəhərinə gəlmişdir və bu günə kimi öz həyətində dəzgahlardan istifadə edib oyma işləri ilə məşğul olur. Ona aktda göstərilən 2497 manat dəyərində avadanlıqlar verilməmişdir. Ona verilən həmin avadanlıqların dəyəri nəğd pulla birlikdə 1700 manatdır. İşsiz kimi qeydiyyata alınmağı və ona maddi aktivin verilməsi üçün heç kim pul tələb etməmiş və alınmamışdır. Ona verilməyən adına ayrılmış pulun qalan hissəsi yaxud həmin pula lazımı avadanlıq alınıb ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X45 ifadəsində göstərdi ki, 2016-cı ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, bir müddət sonra iş axtaran kimi Mərkəzə dəvət olunmuş və təlimə cəlb edilmişdir. Təxminən 3 aylıq kursdan sonra Qax rayonunda Məşğulluq Mərkəzinin inzibati binasında imtahan vermiş və imtahanı müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıq fəaliyyəti ilə məşğul olmaqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib aktivlərin verilməsi üçün onu Zaqatala rayonundakı bazara dəvət etmişdir. Növbəti gün atası Elşən Mustafayevlə birlikdə Zaqatala rayonundakı bazara getmiş, orada həmin şəxs ona iki baş yanı balalı inək tapıb seçib bəyənməyini tapşırmış, o da iki baş yanı balalı inək tapmış, həmin şəxs satıcıya iki baş yanı balalı inək üçün onun yanında 4000 manat məbləğində pul vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri evə aparmışdır. Həmin şəxs ona daşınma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib edilmiş və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Ailə vəziyyəti ilə əlaqədar aktivləri saxlaya bilməmişdir. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əvvəllər heyvandarlıqla məşğul olmuş, hazırda sifariş əsasında fərdi qaydada qaynaqçı işləyir. 2016-cı ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 3 ay ərzində onlara kurs keçmişlər. Kurs bitdikdən sonra Qax rayonunda Məşğulluq Mərkəzinin inzibati binasında imtahan verərək imtahanı müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıq fəaliyyəti ilə məşğul olmaqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib aktivləri gətirib onun həyətində təhvil vermişdir. Ona 18 baş yanı balalı qoyun və 1 baş qoç verilmişdir. Həmin şəxs ona heyvanların alınması üçün nə qədər pul xərclədiyini və haradan aldığını deməmiş, lakin o, həmin vaxt özü Qax və Zaqatala rayonundakı bazarlarda heyvanların qiymətləri ilə maraqlanmış, ona görə də dəqiq deyə bilər ki, yanı balalı qoyunların qiymətləri 150-200 manat arasında, qoçun qiyməti isə ən yuxarı 200 manat təşkil etmişdir. Ona görə də hesab edir ki, ona verilən 18 ədəd yanı balalı qoyuna 3600 manat, qoça isə 200 manat, ümumilikdə 3800 manat dəyərində mal-heyvan verilmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Həmin şəxs ona əlavə olaraq hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edibetmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Aktivləri 3 il saxlasa da sonradan şəraitsizliklə əlaqədar aktivləri saxlaya bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X46 ifadəsində göstərdi ki, 2016-cı ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra iş axtaran kimi Mərkəzə dəvət olunmuş və təlimə cəlb edilmişdir. Təxminən 2 aylıq kursdan sonra Qax rayonunda Məşğulluq Mərkəzinin inzibati binasında imtahan vermiş və imtahanı müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıq fəaliyyəti ilə məşğul olmaqla əlaqədar olmuş, biznes planının dəyəri 4000 manat olmuşdur. İmtahandan keçdikdən sonra 2017-ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib aktivlərin verilməsi üçün onu Qax rayon Məşğulluq Mərkəzinin binasına dəvət etmişdir. Qax rayon Məşğulluq Mərkəzinin inzibati binasına getdiyi zaman adını xatırlamadığı özünü aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı kimi təqdim edən 2 nəfər şəxs mal-qaranı özünün seçməyini, özləri baxdıqdan sonra alacağını bildirmişlər. İlkin olaraq hazırda xatırlamadığı Qax rayonu, Əmircan kənd sakinindən 10 baş yanı balalı qoyunu 1600 manata almışlar. Bundan sonra növbəti gün Zaqatala rayonu, Əliabad bazarından həmin şəxslərin iştirakı ilə tanımadığı müxtəlif satıcılardan 10 baş yanı balalı qoyun və 1 baş qoç almışlar. Həmin heyvanları müxtəlif şəxslərdən aldıqları üçün nə qədər pul xərcləndiyini xatırlamır. Aktivlər verildikdən sonra bu barədə aktlar tərtib edilmiş və aktı imzalamışlar. Həmin şəxs ona əlavə olaraq da pul verməmişdir. Hər iki aydan bir Dövlət Məşğulluq Xidmətinin hazırda adını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən 1 il sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı imzalamışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktlarda aktivlərin adları olsa da qiymətlərin olub-olmamasını dəqiq xatırlamır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Aktivləri hazırda saxlayır. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X39 ifadəsində göstərdi ki, o Gəncə Texnologiya Universitetinin “Şəkər və şəkər məhsulları istehsalı texnologiyası” fakultəsinin məzunudur. 2016-cı ildə iş axtaran şəxs kimi Qax rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 3 ay ərzində onlara kurs keçmişlər. Kurs bitdikdən sonra Qax rayonunda Məşğulluq Mərkəzinin inzibati binasında imtahan verərək imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıq fəaliyyəti ilə məşğul olmaqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan iki baş yanı balalı inək tapmağını tapşırmış, lakin tapacağı 2 baş yanı balalı inəyin birlikdə qiymətinin 2900 manatdan çox olmamasını tapşırmışdır. O da əri Mahmud Həsənovla birlikdə heyvan axtarmağa başlamışlar və qohumu Teymur Hacıyevin yanı balalı inək satdığını öyrənmişlər. Teymur iki baş yanı balalı inəyi yaşadıqları həyətə gətirdikdən sonra ona zəng edən həmin adını xatırlamadığı şəxs də həyətə gəlmiş və həmin şəxs Teymura 2900 manat verərək iki baş yanı balalı inəyi alıb ona vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar. Həmin şəxs ona ümumiyyətlə hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Ailə vəziyyəti ilə əlaqədar aktivləri saxlaya bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X32 ifadəsində Əfsanə Həsənova ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini Şahid1, X33, X40, X27 və X56 məhkəmə istintaqında elan edilmiş, ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərilən halları təsdiq etmişlər. İşin 175-180-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin təqdim etdiyi Qax rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 09 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair Baş İdarənin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Toğrul Hüseynov tərəfindən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli rəydən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” Aktlara Qax rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 9 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 41667,0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622403 nömrəli qaimə fakturada 34170,0 manat və "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622301 nömrəli qaimə fakturada 7497,0 manat olmaqla, cəmi 41667,0 manat dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Rəyin təsviri-əsaslandırıcı hissəsində adları qeyd edilən 8 fiziki şəxsin ifadələrinə və mal bazarlarından əldə edilmiş məlumatlara əsasən, həmçinin aktivlərin bazar dəyərinin təhlili nəticəsində müəyyən olunur ki, fiziki şəxslərə faktiki olaraq bazar dəyəri 24035,0 manat olan maddi aktivlər və 500,0 manat nağd pul vəsaiti verilmişdir. Nəticədə (37547,0-24035,0-500) 13.012,0 manat fərq yaranır. “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” X3 adına 4120,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 4000,0 manat dəyərində maddi aktivlər verilmişdir. Lakin "xxxx" MMC-nin 21 yanvar 2022-ci il tarixli 02 saylı məktubunda göstərilmişdir ki, yanı balalı inəyin qiyməti 1000-1200 manat arasında dəyişir. X23 ifadəsinə əsasən 120,0 manat fərq müəyyən edilir. "xxxx" MMC-nin məktubunda qeyd edilən yanı balalı inəyin maksimum bazar dəyəri (1200 manat) nəzərə alınarsa, həmin yaranmış fərq 1720,0 manat təşkil edir. İşin 16-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622301 nömrəli qaimə fakturadan görünür ki, hər biri 250,0 manat dəyərində olmaqla 20 top parça, 1400,0 manat dəyərində olmaqla 1 ədəd universal dülgərxana dəzgahı MLG-2500, 527,0 manat dəyərində elektrik lobzik stolu Parskiy 55405E və bir ədəd 570,0 manat dəyərində kompressor 50L Xander MX50-nin Qax rayon Məşğulluq mərkəzinə təhvil verilməsi rəsmiləşdirilmişdir. İşin 41-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622403 nömrəli qaimə fakturadan görünür ki, hər-biri 2060,0 manat olmaqla 6 baş yanı balalı inək, 275,0 manat olmaqla 36 baş yanı balalı qoyun, 450,0 manat olmaqla 2 baş qoç, 20,0 manat olmaqla 300 toyuq və 334 manat olmaqla 15 arı ailəsinin yeşiyi ilə birlikdə 34170,0 manat Qax rayon Məşğulluq mərkəzinə təhvil verilməsi rəsmiləşdirilmişdir. İşin 17-20-ci, 42-45-ci və 173-181-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlardan görünür ki, X24 adına 5400,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3325,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 2075,0 manat fərq yaranmışdır. X15 adına 4120,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 2900,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1220,0 manat fərq yaranmışdır. Şahid3 adına 6000,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 3000,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 3000,0 manat fərq yaranmışdır. Şahid1 adına 4120,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 2400,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1720,0 manat fərq yaranmışdır. Şahid5 adına 5400,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 3325,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 2075,0 manat fərq yaranmışdır. X8 adına 5010,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 3600,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1410,0 manat fərq yaranmışdır. Şahid4 adına 2497,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 1225,0 manat dəyərində maddi aktivlər və 500,0 manat nağd pul vəsaiti verilmiş, nəticədə 772,0 manat fərq yaranmışdır. X4 adına 5000,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 4260,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 740,0 manat fərq yaranmışdır. X23 adına 4120,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 2400,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1720,0 manat fərq yaranmışdır. İşin 185-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə 02 iyun 2016-cı il tarixli, 09/11-259 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 25 may 2018-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşin 9-10-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının yekun protokolundan görünür ki, Cinayət işinin materiallarında olan sənədlərlə müəyyən olunur ki, 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının yekun protokolundan görünür ki, 34.170 (otuz dörd min bir yüz yetmiş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qax rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. İşin 12-13-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 12 may 2017-ci il tarixli nömrəsiz müqaviləyə əsasən müəyyən edilir ki, həmin tarixdə Qax rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC ilə cəmi 7497 manat dəyərində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. İşin 36-37-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 10 may 2017-ci il tarixli nömrəsiz müqavilədən görünür ki, həmin tarixdə Qax rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC ilə cəmi 34.170 manat dəyərində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. İşin 39-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəllərinə əsasən müəyyən edilir ki, Qax rayon Məşğulluq Mərkəzi dövlət büdcəsi vəsaitlərindən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabından müvafiq olaraq Qax rayon Məşğulluq mərkəzinə ayrılmış cəmi 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində vəsaitin ödənilməsi barədə Qax rayon Maliyyə İdarəsinə müraciət etmişdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2017-ci il tarixli 2897 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin "xxxx"ASC-nin Azadlıq filialında olan AZ 57AMRA******************** nömrəli hesabına 7.497 manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. İşin 40-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2017-ci il tarixli 2896 nömrəli ödəniş tapşırığından görünür ki, nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 34.170 manat məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. İşin 175-180-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 26 yanvar 2022-ci il tarixli Qax rayonu Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 9 nəfər şəxsə özünəməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəicələrinə dair Rəydən görünür ki, Maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş 09 akta əsasən "xxxx" MMC və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahlar Mirzəyev və qeyriləri tərəfindən 2017-ci ilin may-iyun ayları ərzində Zaqatala rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Qax rayonunda fərdi satıcılardan, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən alınmış və həmin maddi aktivlər 09 nəfər iş axtaranın istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş 09 akta əsasən müəyyən edilir ki, 2017-ci ildə Zaqatala rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Qax rayonunda fərdi satıcılardan, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 09 nəfər şəxsin mülkiyyətinə verilmişdir. İşin 184-213-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 26 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərarından görünür ki, cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəlləri, 10 may 2017-ci il tarixli nömrəsiz və 12 may 2017-ci il tarixli nömrəsiz müqavilələr, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli yekun protokolları, xx.xx.2017-ci il tarixli 2896 nömrəli və xx.xx.2017-ci il tarixli 2897 nömrəli ödəniş tapşırıqları, X8, Şahid3, X4, Şahid4, Şahid5, X23, Şahid1, X24, X15 istifadəsinə və mülkiyyətinə aktivlərin verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 09 akt, "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622403 nömrəli və "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622301 nömrəli qaimə fakturalar maddi sübut kimi tanınaraq sənədlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. İşin 62-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 259-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işini materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 19 aprel 2022-ci il tarixli 178 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaşqaçay kəndində yaşayır və onun ailə tərkibi onun özündən, arvadı X1, qızları X12, X13 və oğlu X20 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 19 aprel 2022-ci il tarixli 179 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası İ qrup əlil X14 onun himayəsindədir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.20222-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 900 və 2000 manat olmaqla ümumilikdə 2900 manat ödəmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində daha ağır-azadlıqdan məhrumemə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа vəməcmu hаlındа qiymətləndirərək apellyasiya şikayətinə münasibətdə hesаb edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı X41 verdiyi apellyasiya protestində isə Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini, X21 Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, ona cinayət qanunvericliyinin müddəalarına uyğun cinayətlərin məcmusu üzrə ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində İ qrup əlil anasının olmasını CM-nin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsnа cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, dəymiş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngüləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi 179.2.1, 179.2.3, 179.2.4-ci mаddələrinin sаnksiyаlarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması və CM-nin 308.1-ci maddəsinin sаnksiyаsında nəzərdə tutulmuş islah işləri növündə cəzаsı təyin etmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş az ciddi cəza olan islah işləri cəzası daha ciddi cəza olan azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə etmək yolu onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qənəatinə gəlmişdir. Apellaysiya məhkəməsi araşdırması zamanı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə əsassız olduğunu bildirir və bununla bağlı aşağıdakıları qeyd edir. Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlunun himаyəsində İ qrup əlil anası var. Dördüncüsü, zərərçəkmiş şəslə barışmaqla yanaşı, ona vurmuş olduğu ziyanı qismən aradan qaldırması, оnun barəsində hər hansı şikayətin və ya hər hansı tələbin olmadığını, bu halın özü sosial ədalətin bərpasına nail olunması istiqamətində xüsusi əhəmiyyətə malikdir. Nəzərə alınmalıdır ki, Cinаyət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəzanın tətbiq edilməsinin məqsədlərindən biri sosial ədalətin bərpasıdır; Beşincisi, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Аltıncısı, təqsirləndirilən Təqsirləndirilən şəxs оğlunun himаyəsində İ qrup əlil anası оlmаqlа аilədə yegаnə qаzаnc gətirən kişi оlmаqlа, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Yeddincisi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn İ qrup əlil anasının mövcud vəziyyətinə pis təsir göstərər. Ona görə də məhkəmə kollegiyası qeyd edilənlər baxımından da Təqsirləndirilən şəxs оğluna təyin edilmiş cəzanın ağırlaşdıraraq onu cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə bəraət verilməsinə və ya ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protest və şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(024)-16/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar