Məhkəmə qərarları › İş №1(107)-319/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-319/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-319/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X21, zərəçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs8 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli (hakim Malik Qarayev) hökmü ilə, xx.xx.2004-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işsiz, Qax şəhəri, A.Məmmədov küçəsi, ev 10 ünvanında pasport qeydiyyatında olan, ünvan 1də yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax şəhəri, C.Əhmədzadə küçəsində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; xx.xx.2003-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(067)-19/2022 saylı qərarı ilə “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, işsiz, Xaçmaz rayonu Xudat şəhəri, Azərbaycan küçəsi, ev 15-də pasport qeydiyyatında olmaqla, orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 14 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Xudat şəhəri, Azərbaycan küçəsi, 15 ünvanında yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; xx.xx.1995-ci ildə Xaçmaz rayonu Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı övladı olan, Təqsirləndirilən şəxs3 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2, 177.2.2, 177.2.3, 185.2.1, 66.2, 66.5 və 69.3-cü maddələri ilə 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 3020 manat cərimə cəzasına məhkum edilmiş, çəkilməmiş 2970 manat cərimə cəzası qalmış, məhkumluğu ödənilməmiş, işsiz, Xaçmaz rayonu Qusaraçay kəndində pasport qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki PMnin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2, 177.2.2, 177.2.3, 185.2.1, 66.2, 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu və onun tərəfindən çəkilməmiş 2970 (iki min doqquz yetmiş) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 2970 (iki min doqquz yetmiş) manat miqdarında cərimə cəzaları saxlanılması, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs3 cəzasının əvvəli onun tutulduğu 09 noyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs3 təyin edilmiş 2970 (iki min doqquz yetmiş) manat miqdarında cərimə cəzası CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi; xx.xx.1991-ci ildə Bərdə rayonu Kobar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bərdə rayonu Güloğlular kəndində pasport qeydiyyatında olmaqla, orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs4 üzərinə gün ərzində Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Bərdə rayonu Güloğlular kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bərdə rayon icra və probasiya şöbəsinə tapşırılması, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının hər birinin dəyəri 50 (əlli) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs7 və X7 izah edilməsi, iş üzrə maddi sübut olan 4 qutu qırmızı rəngli “argo” markalı, 6 qutu göy rəngli “veqas” markalı, 4 qutu göy rəngli “freedom” markalı, 3 qutu ağ rəngli “bakı” markalı, 6 qutu qara rəngli “bakı” markalı, 4 qutu sarı rəngli “prima” markalı, 3 qutu qara rəngli “want” markalı, 4 qutu qara rəngli “magna” markalı tütün məmulatlarının Zərərçəkmiş şəxs7, 01 ədəd “Torun Magnum k-101” markalı istifadədə olmuş tir tüfənginin Zərərçəkmiş şəxs9 Nəbi oğluna geri qaytarılması nəzərə alınması müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmiş və təkrar oğurluq cinayətinə cəhd etmişdir. Belə ki o, tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində saxlanc yeri, yəni Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu ilə ora qanunsuz daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs7 461 (dörd yüz altmış bir) manat dəyərində maddi ziyan vurmaqla оğurluq cinаyətini törətmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində saxlanc yeri, yəni Qax şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs8 məxsus evə bitişik şəkildə olan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu oradan oğurluq etmək istəyərkən mağazanın sahibi Zərərçəkmiş şəxs8 evin qapısını açaraq çölə çıxdığı üçün saxlanc yerindən qaçıb gedərək, bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa təkrar cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmiş və təkrar oğurluq cinayətinə cəhd etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığına gedərək, həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşmaqla, həmin evin həyətyanı sahəsinə qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsindən saxlanc yeri hesab edilən yaşayış sahəsinə daxil olmaqla evin zirzəmisindəki 900 (doqquz yüz) manat dəyərində ümumi çəkisi 180 kiloqram 5 ədəd fındıq kisələrini gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən X8 yaşadığı evin yaxınlığına gedərək, həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşmaqla, həmin evin həyətyanı sahəsinə qanunsuz daxil olmuş, daha sonra həyətyanı sahədə olan anbar qismində istifadə edilən yarımçıq tikilinin qapısının qıfılını qırmaqla saxlanc yeri hesab edilən anbara daxil olaraq, çəkisi 770 kiloqram olan 4620 (dörd min altı yüz iyirmi) manat dəyərində 22 ədəd kisədə olan fındığı gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində saxlanc yeri, yəni Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu ilə ora qanunsuz daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs7 461 (dörd yüz altmış bir) manat dəyərində maddi ziyan vurmaqla təkrar оğurluq cinаyətini törətmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində saxlanc yeri, yəni Qax şəhəri, H.Əliyev proskpektində yerləşən Zərərçəkmiş şəxs8 məxsus evə bitişik şəkildə olan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu oradan oğurluq etmək istəyərkən mağazanın sahibi Zərərçəkmiş şəxs8 evin qapısını açaraq çölə çıxdığı üçün saxlanc yerindən qaçıb gedərək, bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa təkrar cəhd etmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətinə daxil olaraq orada olan saxlanc yerindən, yəni hamam otağının içərisindən ümumi dəyəri 300 manat olan 01 ədəd tir tüfəngini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs9 300 (üç yüz) manat dəyərində maddi ziyan vurmaqla təkrar оğurluq cinаyətini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmiş və təkrar oğurluq cinayətinə cəhd etmişdir. Belə ki o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 iyul 2021-ci il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığına gedərək, həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həmin evin həyətyanı sahəsinə daxil olmuş, daha sonra evin pəncərəsindən saxlanc yeri hesab edilən yaşayış sahəsinə, yəni evə qanunsuz daxil olmaqla, qonaq otağında olan divardan asılmış 800 manat əyərində “Samsung” markalı televizoru divardan çıxarıb aparmaq istəyərkən həmin evin sahibi Zərərçəkmiş şəxs3 evin qapısını açaraq evə daxil olduğundan həmin yaşayış sahəsindən qaçıb getdiyi üçün bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 15 avqust 2021-ci il tarixdə, saat 01:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşmaqla, həmin evin həyətyanı sahəsinə düşmüş, həyətyanı sahədəki 200 (iki yüz) manat dəyərində çəkisi 80 (səksən) kiloqram olan 4 ədəd fındıq kisələrini gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığına gedərək, həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşmaqla, həmin evin həyətyanı sahəsinə qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsindən saxlanc yeri hesab edilən yaşayış sahəsinə daxil olmaqla evin zirzəmisindəki 900 (doqquz yüz) manat dəyərində ümumi çəkisi 180 kiloqram 5 ədəd fındıq kisələrini gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən X8 yaşadığı evin yaxınlığına gedərək, həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşmaqla, həmin evin həyətyanı sahəsinə qanunsuz daxil olmuş, daha sonra həyətyanı sahədə olan anbar qismində istifadə edilən yarımçıq tikilinin qapısının qıfılını qırmaqla saxlanc yeri hesab edilən anbara daxil olaraq, çəkisi 770 kiloqram olan 4620 (dörd min altı yüz iyirmi) manat dəyərində 22 ədəd kisədə olan fındığı, həmçinin ümumi niyyətdən kənara çıxaraq həmin evdə yerləşən otağa qanunsuz daxil olmaqla orada olan 620 manat dəyərində 01 ədəd “Redmi S2 Grey” markalı 32 GB yaddaşlı, İMEİ kodu **********26991 olan mobil telefonu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş X13 xeyli miqdarda, yəni 5240 manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək 30 sentyabr 2021-ci il tarixdə saat 04:00 radələrində Bərdə rayonu, Güloğlular kəndində yaşayan X18 yaşayış sahəsinin pəncərəsini açaraq pəncərədən yaşayış sahəsinin otağına qanunsuz və gizli daxil olaraq yaşayış sahəsinin otağından sandıqdan X18 qızı Zərərçəkmiş şəxs5 məxsus 650 manat nağd pulunu, 1 ədəd 23,2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 2000 manat qiymətində qızıl bilərziyini, 1 ədəd 12,2 qram çəkidə 583 əyarlı 650 manat qiymətində qızıl boyunbağısını gizli yolla talayaraq, ələ keçirməklə Zərərçəkmiş şəxs5 cəmi 3300 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını talayaraq təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Bərdə Ticarət Mərkəzində vətəndaş Zərərçəkmiş şəxs6 məxsus geyim əşyalarının satıldığı mağazasının qapısını sındıraraq saxlanc yerinə qanunsuz və gizli daxil olaraq, həmin saxlanc yerindən sonuncuya məxsus Mingəçevir istehsalı olan cəmi 4 cüt-40, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “sprit” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 43 ölçüdə (ölçüdə) üzərində “Thimotti inspektor” yazısı olan kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 4 cüt -41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 2 cüt - 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan “sport makasin” modelli kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 4 cüt-41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Thimotti” yazısı olan dəri krasovka kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 5 cüt -39, 40, 41, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota sport” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 2 cüt-43, 44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan 1 cüt-44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabısını, “Prestige” modelli cəmi 2 cüt-39, 43 ölçüdə kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) “Thimotti” modelli kişi ayaqqabılarını, “Prestige” modelli inspektor sport yazısı olan 2 cüt-44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, 1 cüt “Guccl” modelli 40 ölçüdə (ölçüdə) kişi ayyaqabısını, 1 cüt “sprit” modelli 43 ölçüdə (ölçüdə) kişi ayaqqabısını, Mingəçevir istehsalı olan “Makasin” modelli sprit markalı 2 cüt-40, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Bakı istehsalı olan Makasin sport modelli “Bota” markalı 3 cüt-41, 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan Makatel inspektor modelli kximatti markalı, 1 cüt 42 ölçüdə (ölçüdə) kişi ayaqqabısını, Mingəçevir istehsalı olan klassik laklı inspektor modelli “Prestiş” markalı, 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan pol klassik zamuj modelli “Qucci” markalı, 2 cüt- 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan pol klassik laklı minamo markalı 2 cüt -41, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan “sport maksin” modelli “Thimotti” markalı 3 cüt -40, 42, 43 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, yəni cəmi 50 cüt kişi ayaqqabılarını ələ keçirib Zərərçəkmiş şəxs6 cəmi 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində saxlanc yeri, yəni Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu ilə ora qanunsuz daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs7 461 (dörd yüz altmış bir) manat dəyərində maddi ziyan vurmaqla оğurluq cinаyətini törətmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində saxlanc yeri, yəni Qax şəhəri, H.Əliyev proskpektində yerləşən Zərərçəkmiş şəxs8 məxsus evə bitişik şəkildə olan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu oradan oğurluq etmək istəyərkən mağazanın sahibi Zərərçəkmiş şəxs8 evin qapısını açaraq çölə çıxdığı üçün saxlanc yerindən qaçıb gedərək, bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa təkrar cəhd etmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətinə daxil olaraq orada olan saxlanc yerindən, yəni hamam otağının içərisindən ümumi dəyəri 300 manat olan 01 ədəd tir tüfəngini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs9 300 (üç yüz) manat dəyərində maddi ziyan vurmaqla təkrar оğurluq cinаyətini törətmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq təkrar oğurluq cinayətini törətmiş və təkrar oğurluq cinayətinə cəhd etmişdir. Belə ki o, özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək 30 sentyabr 2021-ci il tarixdə saat 04:00 radələrində Bərdə rayonu, Güloğlular kəndində yaşayan X18 yaşayış sahəsinin pəncərəsini açaraq pəncərədən yaşayış sahəsinin otağına qanunsuz və gizli daxil olaraq yaşayış sahəsinin otağından sandıqdan X18 qızı və özünün bacısı olan Zərərçəkmiş şəxs5 məxsus 650 manat nağd pulunu, 1 ədəd 23,2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 2000 manat qiymətində qızıl bilərziyini, 1 ədəd 12,2 qram çəkidə 583 əyarlı 650 manat qiymətində qızıl boyunbağısını ələ keçirməklə Zərərçəkmiş şəxs5 cəmi 3300 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Bərdə Ticarət Mərkəzində vətəndaş Zərərçəkmiş şəxs6 məxsus geyim əşyalarının satıldığı mağazasının qapısını sındıraraq saxlanc yerinə qanunsuz və gizli daxil olaraq, həmin saxlanc yerindən sonuncuya məxsus Mingəçevir istehsalı olan cəmi 4 cüt-40, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “sprit” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 43 ölçüdə (ölçüdə) üzərində “Thimotti inspektor” yazısı olan kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 4 cüt -41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 2 cüt - 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan “sport makasin” modelli kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 4 cüt-41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Thimotti” yazısı olan dəri krasovka kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 5 cüt -39, 40, 41, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota sport” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 2 cüt-43, 44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan 1 cüt-44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabısını, “Prestige” modelli cəmi 2 cüt-39, 43 ölçüdə kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) “Thimotti” modelli kişi ayaqqabılarını, “Prestige” modelli inspektor sport yazısı olan 2 cüt-44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, 1 cüt “Guccl” modelli 40 ölçüdə (ölçüdə) kişi ayyaqabısını, 1 cüt “sprit” modelli 43 ölçüdə (ölçüdə) kişi ayaqqabısını, Mingəçevir istehsalı olan “Makasin” modelli sprit markalı 2 cüt-40, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Bakı istehsalı olan Makasin sport modelli “Bota” markalı 3 cüt-41, 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan Makatel inspektor modelli kximatti markalı, 1 cüt 42 ölçüdə (ölçüdə) kişi ayaqqabısını, Mingəçevir istehsalı olan klassik laklı inspektor modelli “Prestiş” markalı, 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan pol klassik zamuj modelli “Qucci” markalı, 2 cüt- 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan pol klassik laklı minamo markalı 2 cüt -41, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan “sport maksin” modelli “Thimotti” markalı 3 cüt -40, 42, 43 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, yəni cəmi 50 cüt kişi ayaqqabılarını ələ keçirib Zərərçəkmiş şəxs6 cəmi 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində saxlanc yeri, yəni Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu ilə ora qanunsuz daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs7 461 (dörd yüz altmış bir) manat dəyərində maddi ziyan vurmaqla təkrar оğurluq cinаyətini törətmişdir. Bundan başqa, o, təkrarən tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində saxlanc yeri, yəni Qax şəhəri, H.Əliyev proskpektində yerləşən Zərərçəkmiş şəxs8 məxsus evə bitişik şəkildə olan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu oradan oğurluq etmək istəyərkən mağazanın sahibi Zərərçəkmiş şəxs8 evin qapısını açaraq çölə çıxdığı üçün saxlanc yerindən qaçıb gedərək, bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa təkrar cəhd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X17 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs X17 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün dəyişdirilərək mülki iddianın təmin edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X33 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərəçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs8 apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş ziyanın ödənilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayəti üzrə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, zərəçəkmiş şəxs X17 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 nişanlısıdır. Təqsirləndirilən şəxs2 Xaçmaz rayonunda yaşayır. 2021-ci ilin sentyabr ayının əvvəlindən qardaşı Şahid6 sevdiyi Şahid7 ilə birlikdə Xaçmaz rayonuna Təqsirləndirilən şəxs2 yanına getmiş və Təqsirləndirilən şəxs2 və Şahid7 ilə birlikdə Xaçmaz rayonu, Qusarçay kəndində kirayədə yaşamışlar. Həmin kənddə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs3 ilə tanış olmuşlar. Xaçmaz rayonunda kirayə qaldığı müddətdə İsa və Valeh Xaçmaz rayon sakinlərindən bir-neçə dəfə fındıq oğurlamış, lakin onun bundan xəbəri olmamışdır. İsa və Valeh Xaçmaz rayonundan oğurladığı fındıqları Bakı şəhərində satmağa gedərkən onu və Şəbnəmi də özləri ilə aparmış, İsa və Valeh oğurladığı fındıqları Bakı şəhərində satdıqdan sonra birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Qardaşı Şahid6 istədiyi qız Şəbnəm bundan sonra Qax rayonuna öz evlərinə qayıtmış, Mingəçevir şəhərinə gələrkən, Yevlax dairəsi adlanan yerdə Valehin sevgilisi Aynurə adlı qızı da götürüb Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərinə gəldikdən sonra kirayə ev tutaraq orada qalmışlar. Valeh 2021-ci ilin sentyabr ayının 30-da gecə saat 03 radələrində taksi sürücüsü Səbuhiyə zəng edərək onları Bərdə rayonuna aparıb-gətirməsini xahiş etmişdir. Onlar Səbuhinin avtomobili ilə birlikdə Bərdə rayonuna gedən zaman Aynurə yolda onlara Bərdə rayonuna anasından borc pul almağa getdiyini demişdir. Bərdə rayonuna çatdıqda Aynurə və Valehin onlara gözləməyini deyərək Valehlə anasıgilə gedib-gələcəyini bildirmişlər. Biraz keçdikdən sonra Valeh və Aynurə gəlmiş, Valehin qolunda qızıl bilərzik, boynunda qızıl boyunbağı olmuş, ondan bunu haradan əldə etməyini soruşduqda, Valeh ona və İsaya həmin qızıl bilərzik və qızıl boyunbağını qayınanasının ona pay verməsini demişdir. Həmçinin Valeh ona və İsaya qayınanasından 500 manat borc pul aldığını demişdir. Bir-neçə gün Mingəçevir şəhərində qaldıqdan sonra, 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 23 radələrində X48 rayonuna anasıgilə getməsini demiş, Valeh də bundan sonra zəng edib Səbuhi adlı taksi sürücüsünü yenidən çağırmış, onun avtomobili ilə yenidən Bərdə rayonuna getmiş, həmin günü gecə təxminən saat 01 radələrində Bərdə rayonuna çatmışlar. 07 oktyabr 2021-ci il tarixdə Aynurə Bərdə rayonunda Təzə Bazarda yolda dayanmış taksilərin yanına çatarkən taksi sürücüsü Səbuhiyə maşını orada saxlamasını, onlara isə maşında gözləməsini demiş, biraz keçdikdən sonra Valeh taksi sürücüsü Səbuhiyə telefonla zəng edərək ondan maşını onların olduğu mağazanın qarşısına sürməsini xahiş etmişdir. Həmin yerə getdikdə Valeh və Aynurə əllərində olan 2 ədəd göy rəngli çantalarda və 01 ədəd kağız qutularda olan ayaqqabıları maşına qoymuş, həmin vaxt Aynurə onlara anasının faizə pul verdiyini, mağazanın sahibinin pulu qaytarmadığından ayaqqabıları pulun əvəzinə verdiyini demişdir. Bundan sonra birlikdə Mingəçevir şəhərinə kirayə qaldıqları evə qayıtmış, ayaqqabıları Valehin evə qoymuş, səhəri günü satacağını demiş, Valeh Səbuhiyə sabah gəlməsini, ayaqqabıları satacağını demişdir. 07 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində Valeh və İsanın Səbuhinin maşınına ayaqqabıları yığmış, ayaqqabıları satmağa getmiş, özü və Aynurə evdə qalmışlar. Daha sonra Valeh və İsa geri qayıtmış, İsa ona Valehlə birlikdə taksi sürücüsü Səbuhi adlı şəxslə gedərkən Mingəçevir şəhər polis şöbəsindən Səbuhini çağırdıqlarını, Valehin ona getməməsini dediyini, lakin Səbuhinin isə Valehə polis çağırırsa gedəcəyini dediyini bildirmişdir. Daha sonra Bərdə rayon polis şöbəsində Aynurənin Bərdə rayonundan öz anası evindən Valehlə birlikdə 1 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl bilərzik və 500-600 manat məbləğində pul oğurladığını öyrənmiş, İsanın və taksi sürücüsü Səbuhinin Valeh və Aynurənin etdiyi oğurluq hərəkətlərindən xəbəri olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2, Valeh və Aynurə ilə birlikdə 07 oktyabr 2021-ci il tarixdə Qax rayonuna gəlmişlər. Bir-neçə gün Qax şəhəri, Cuma Əhmədzadə küçəsində yerləşən anası Qanuni nümayəndə məxsus evdə qalmışlar. 08 oktyabr 2021-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs2, Aynurə və Valehlə birlikdə Qax şəhərində gəzməyə çıxmış, gecə saat 02 radələrində Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsi ilə hərəkət edən zaman əvvəllər tanıdığı Hacıəhmədin mağazasının qarşısından keçən zaman Valeh onlara bu mağazadan oğurluq edəcəyini deyərək gələn olarsa xəbər etmələrini demişdir. Onlar razılaşmış, Valeh mağazanın arxa tərəfində olan yerdən yerə basdırılmış dəmir alət çıxartmış, o və İsa mağazanın ətrafında dayanaraq ətrafa gözətçilik etmişlər. Valeh əlində olan dəmir alətlə mağazanın qapısını açmış və Aynurə ilə birlikdə mağazanın içərisinə daxil olmuş, mağazadan 80 ədədə yaxın müxtəlif markalı tütün məmulatları, pul və ərzaq məhsulları oğurlamış, oğurlanan ərzaq məhsullarından şəxsi ehtiyacları üçün istifadə etmişlər. Daha sonra oradan çıxıb piyada Qax şəhəri, H.Əliyev prospekti ilə yuxarı tərəfə qalxmış həmin günü gecə saat 03 radələrində Valeh Qax şəhəri, H.Əliyev prospektində yerləşən əvvəllər tanıdığı Kamala məxsus mağazaya girəcəyini demiş, onlar mağazanın ətrafında gözətçilik etmiş, Valeh mağazanın qapısını dəmir alətlə açmaq istəmiş, lakin aça bilməmiş, bu zaman səs eşidərək qaçmışlar. Bundan sonra evə qayıtmışlar. 08 oktyabr 2021-ci il tarixdə günorta vaxtı Valeh və İsa oğurladıqları siqaretləri Şəki şəhərinə apararaq satmışlar. Bundan başqa 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Valeh Qax şəhərində yerləşən evlərin birinə girmiş, İsa isə gözətçilik etmişdir. Valeh evin içərisindən 01 ədəd tir tüfəngini oğurlamış, daha sonra Valeh və İsa həmin tüfəngi yolun kənarında yerləşən çöllük əraziyə tullamışlar. Valeh və Aynurə oğurlanan əşyalardan ona və Təqsirləndirilən şəxs2 30 manat pul və 5 ədəd siqaret vermiş, bundan sonra Valeh və Aynurə 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinə getmiş, özü və İsa isə Qax rayonunda qalmışlar. 13 oktyabr 2021-ci il tarixdə Qax RPŞ-nə dəvət olunmuş, orada törətdiyi oğurluq əməlini etiraf etmişdir. Hərəkətindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxs8la barışmağa cəhd etsə də, Zərərçəkmiş şəxs8 onunla barışmamışdır. Zərərçəkmiş şəxs8 hər hansı ziyan vurmamışdır. Digər Zərərçəkmiş şəxs7 vurduğu ziyanı qismən ödəmiş və onunla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. Zərərçəkmiş şəxs3 Kəmələddin oğlu onun həmkəndlisidir. 2021-ci ilin iyul ayının ortalarında pulu olmadığından oğurluq etmək qərarına gəlmiş, həmin günü saat təxminən 23:00 radələrində kənd ərazisində oğurluq edəcəyi evi axtarmış, Xəzərə məxsus olduğunu bildiyi evin qarşısından keçən zaman evin işıqlarının sönülü olduğunu görüb evdən oğurluq etmək qərarına gəlmişdir. Evin həyətinin hasarından aşaraq həyətə daxil olmuş, pəncərənin açıq olduğunu görərək oradan evə daxil olmuşdur. Evə daxil olduqdan sonra otaqların birində divara bərkidilmiş televizoru çıxarmağa cəhd etmiş, həmin vaxtı evin həyət qapısının açıldığını hiss etmiş, pəncərədən çölə baxdıqda ev sahibi Xəzərin gəldiyini görmüş və evi tərk edərək qaçmağa başlamışdır. Xəzər onu görüb arxasınca qışqıraraq dayanmasını tələb etmiş, lakin o dayanmadan qaçaraq uzaqlaşmışdır. Bundan başqa 2021-ci ilin avqust ayında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən həmkəndlisi Saatın evinin qarşısından keçdiyi zaman həyət qapısından həyətə baxmış, həmin vaxtı içərisində fındıq olan kisələri görüb həyətı yığıldığını onları oğurlayıb satmaq qərarına gəlmişdir. Həyətdə heç kimin olmadığını görərək hasardan aşaraq həyətə daxil olmuş, həyət qapısının qarşısında təxminən 30-40 ədəd fındıq kisəsindən 4 kisəsini oğurlamış, həmin kisələri bir qədər irəliyə apararaq kolluqda gizlətmiş, sonra isə evə gəlmişdir. Səhərisi gün saat 06 radələrində yaşadığı evdən çıxaraq fındıq kisələrini gizlətdiyi yerə getmiş və həmin kisələri iki-iki götürərək Xaçmaz Xudat yolunun kənarına gətirmişdir. Bundan sonra yoldan keçən xatırlamadığı və tanımadığı “VAZ” markalı taksini saxlatmış, taksi sürücüsünə özünə məxsus fındıq kisələrinin olmasını bildirərək onları satmaq üçün Xaçmaz şəhərinə aparmasını xahiş etmişdir. Fındıq kisələrini avtomobilin yük yerinə yükləyərək Xaçmaz şəhərinə gətirmiş, Xaçmaz şəhəri, Nərimanov küçəsində yerləşən fındıq qəbulu məntəqəsində tanımadığı şəxsə ümumilikdə 4 kisədə olan 67 kiloqram fındığı 80 manata satmışdır. Həmin puldan 3 manatını taksi sürücüsünə vermiş, qalan hissəsini isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin sentyabr ayında saat 23 radələrində Xaçmaz şəhərində yerləşən “Şimal mol” adlanan mağazanın yaxınlığında tanımadığı bir nəfər cavan oğlanın orada olan taksi sürücülərindən kirayə qalmağa ev soruşduğunu görüb ona yaxınlşamış, mərhum nənəsindən qalmış evi nəzərdə tutaraq kirayə evin olduğunu ona demiş, ona həmin evi 100 manata kirayə verə biləcəyini bildirmişdir. Həmin şəxs ona iki nəfər qızın olduğunu, onların tələbə yoldaşları olduqlarını, Qax rayonundan gəldiklərini və kirayə evi qızlar üçün axtardığını demiş, ona evə baxmasını təklif etmişdir. Onlar birlikdə taksi ilə həmin evə getmiş, evə baxdıqdan sonra həmin şəxsin adının İsa olduğunu və Xudat şəhərində yaşadığını, qızların adlarının Şəbnəm və Elmira olduğunu və Qax şəhərində yaşadıqlarını öyrənmişdir. Onlar ev üçün ayda 100 manat ödəməyə razı olmuş, pulu səhər verəcəklərini bildirmişlər. Bundan sonra evə gedərək atasına kirayəçi tapdığını demişdir. Atası növbəti gün səhər gəlib onları görərək yaşlarının az olduğunu bildirərək evdən çıxmalarını tələb etmişdir. Həmin vaxtı yaxınlıqda qardaşı ilə birlikdə yaşayan nənəsi Gülmərcan həmin şəxslərin onun evində kirayə qala biləcəklərini demiş, İsa, Aynur və Şəbnəm razılaşaraq nənəsinin evinə köçmüşlər. Pula ehtiyacı olduğundan evin kirayəsini onlardan istəmiş, İsa ona 50 manat pulu verərək, həmin pulu nənəsinə verməsini xahiş etmiş, bundan sonra onunla dostluq münasibəti yaranmışdır. Təxminən 5 gün sonra yenidən onların yaşadığı evə getmiş, bir qədər söhbət etdikdən sonra evdən çıxmaq istədikdə İsa da onunla birlikdə getmək istədiyini demiş, İsaya başqa yerə getdiyini demişdir. Məqsədi isə pula ehtiyacı olduğundan Qusarçay kəndi ərazisində hər hansı bir evdən fındıq oğurlayıb satıb pul etmək olmuşdur. İsaya oğurluq edəcəyini dedikdə o da pulunun olmadığını, evlərində yeməyə bir şey olmadığını, onunla birlikdə oğurluq etmək istədiyini bildirmişdir. İsadan əvvəllər oğurluq edib-etmədiyini soruşduqda, ona təxminən 1 il əvvəl Xudat şəhərindən fındıq oğurladığını, buna görə məhkəmə tərəfindən ayağına qolbaq vurulduğunu demişdir. İsaya qərar verməsini dedikdən sonra, onunla gələ biləcəyini bildirmiş, bundan sonra Qusarçay kəndində yerləşən Təzə planlar adlanan əraziyə getmişlər. Yolun üzərində evlərin hasarlarından boylanaraq fındıq kisələrinin olub-olmamasına baxmış, Təzə Planlar adlanan əraziyə çatdığı zaman həyətyanı sahəsi tel hasarla hasarlanmış evi görmüş, hasarın əzilmiş hissəsindən həyətə daxil olaraq evə yaxınlaşmış, evin zirzəmisində olan pəncərənin açıq olduğunu görərək pəncərədən içəriyə baxmışdır. Zirzəmidə fındıq kisələrinin olduğunu görmüş, hasarın yanında onu gözləyən İsanın yanına gedərək İsaya zirzəmiyə girməsini, kisələri bir-bir çıxararaq ona verməsini, özünün isə həmin kisələri hasarın yanına aparacağını demişdir. İsa onunla razılaşmışdır. Yenidən evə yaxınlaşmış, açıq pəncərədən zirzəmiyə daxil olaraq təxminən 20-25 kisə fındıq kisələrindən 5 ədədini çıxararaq İsaya vermiş, həmin kisələri nənəsinin evinə iki dəfəyə aparmışlar. Fındıq kisələrini növbəti gün Xaçmaz şəhərində satmaq barədə İsayla razılşadıqdan sonra o yaşadığı evə, İsa isə kirayə qaldıqları evə getmişdir. Növbəti gün saat 12-13 radələrində İsagilin kirayədə qaldıqları evə getmiş, İsa ilə birlikdə Xaçmaz Xudat yolunun kənarına çıxmış, oradan tanımadığı taksi ilə fındıq kisələrini Xaçmaz şəhərinə apararaq tanımadığı fındıq alan şəxsə 600 manat müqabilində satmış, həmin pulun 200 manatını İsaya vermiş, qalan pulu isə özü götürmüşdür. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmiş, bundan başqa, təxminən 1 həftə sonra yenidən İsagilin yaşadığı evə getmiş, orada İsa ilə söhbət edən zaman yenidən oğurluq etmək istədiyini bildirmiş, İsa da onunla oğurluq etməyə getmək istədiyini demiş, bundan sonra birlikdə Xaçmaz Xudat yoluna çıxmış, orada tanımadığı bir taksiyə minərək Xaçmaz şəhəri istiqamətində getmiş, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisindən keçdiyi zaman taksidən düşmüş, pivə içmək üçün yaxınlıqdakı kafeyə girərək havanın qaralmasını gözləmişlər. Həmin günü saat təxminən 22 radələrinə kimi kafedə olmuş, kafedən çıxdıqdan sonra birlikdə qapısında qıfıl olan ev axtarmış, təxminən 10-15 dəqiqə sonra qarşılarına çıxan evlərdən birinin həyət qapısında qıfıllı olmasını görərək, İsaya gözləməsini və həyətə baxacağını demiş, İsa da onunla razılaşaraq küçədə gözləməyə başlamışdır. Hasardan aşaraq həyətə daxil olmuş, orada olan yarıtikilinin qapısının qıfıllı olduğunu, pəncərəsindən içəri baxdığı zaman içərisində fındıq kisələrinin olmasını görmüşdür. Həmin vaxt İsa da həyətə daxil olmuş, o isə həyətdən armatur taparaq qıfılı qırmış, orada olan 22 ədəd fındıq kisələrini həyət qapısının yaxınlığına daşımış, tanımadığı, lakin taksilərinə mindiyi zaman gələcəkdə lazım olarsa çağırmaq üçün nömrəsini götürdüyü Babaş kimi tanıdığı taksi sürücüsünə zəng etmiş, ona özünü tanıdaraq Gödəkli kəndinə gəlməsini, onu götürməsini xahiş etmişdir. Taksi sürücüsünə qohumugildə fındıq olduğunu, onları götürərək satmaq istədiyini demiş, ona qohumlarına pul lazım olduğundan indi aparmasını istədiklərini deyərək onu inandırmışdır. İsaya kisələri daşımaq üçün taksi çağırdığı zaman taksi sürücüsünü həmin kisələrin onlara məxsus olmasına inandırmaq üçün həyət qapısını ümumilikdə açmasını tapşrımışdır. Bir qədər sonra Babaş kəndin yoluna gəlmiş, kəndin yolunda onun qarşısına çıxaraq, evin qarşısına sürməsini xahiş etmiş, İsa ilə birlikdə fındıq kisələrindən 8 ədədini həmin avtomobilin yük yerinə və arxa salonuna yükləmiş, lakin, Babaş onlara avtomobili nasaz olduğundan artıq yük vurmamağı onlara dedikdə, qapını bağlayaraq oradan çıxıb avtomobilə minmiş, Babaşa avtomobili Qusarçay ərazisinə sürməsini demiş, Qusarçay kəndində yolun kənarında avtomobildən düşmüş, ona yol haqqı olaraq 35 manat pul vermişdir. Bundan sonra yolun kənarında fındıq alan “Ford” markalı avtomobil olduğunu görmüş, həmin avtomobilə yaxınlaşaraq 8 ədəd fındıq kisələrini fındıq alan şəxsə ümumilikdə 900 manata satmışlar. İsa ilə birlikdə yol avtomobili ilə Xaçmaz şəhərində yerləşən köhnə avtovağzal ərazisinə getmiş, əvvəlcədən taksisinə mindiyi Rəşad kimi tanıdığı şəxsin avtomobilinə yaxınlaşaraq, ona qohumunun evindən fındıq götürməli olduğunu demiş, Rəşad ondan gecənin bu vaxtı nə üçün fındıq götürdüyünü soruşduqda ona qohumlarına pul lazım olduğunu, indi aparmalı oldğunu demişdir. Yenidən Gödəkli kəndinə getmiş, evin darvazasından həmin evə daxil olmuş, İsa ilə birlikdə təxminən 14 ədəd fındıq kisələrinin 5 ədədini avtomobilin yük yerinə, qalan 9 ədədini isə arxa salona yükləmiş, həmin vaxtı İsadan xəbərsiz yaşayış evinə daxil olaraq, oradan bir ədəd “Redmi” markalı mobil telefon oğurlamışdır. Bu barədə İsaya heç nə deməmişdir. Bundan sonra avtomobilə əyləşərək, İsaya həyət qapısını içəridən bağlamasını, özünün isə hasardan aşmasını demişdir. Həmin vaxt saat 03 radələri olduğundan, fındıq kisələrini sata bilməyəcəkləri üçün, Bakı şəhərinə getmək qərarına gəlmiş, Rəşada onsuz da Bakı şəhərinə getdiklərini, fındıq kisələrini alacaq şəxslə əlaqə saxlaya bilmədiklərini deyərək ondan onları Bakı şəhərinə aparmasını xahiş etmişdir. Rəşadın ona avtomobilində benzinin olmadığını, benzin vuracağını, yol haqqı kimi ona 100 manat pul verəcəyini demişdir. Bundan sonra Şəbnəmlə Elmiranı da özləri ilə aparmaq qərarına gəlmiş, Babaşa zəng edərək onları Bakı şəhərinə aparmasını xahiş etmiş, Babaş onlardan zəhmət haqqı olaraq 100 manat alacağını dedikdə onlarla razılaşmış, bundan sonra Babaşın avtomobili ilə qarşı-qarşıya gəlmiş, onun avtomobilinə minmiş, həmin zaman Babaş kimi tanıdığı taksi sürücüsü Məcidin razılığını alaraq 2 kisə fındığı Rəşadın avtomobilindən götürüb onun avtomobilinə yükləmiş, İsa ondan ayağındakı qolbağı nə edəcəyini soruşdudqa, İsaya Xaçmazdan çıxdığı zaman qolbağı kəsib atmasını demişdir. Bundan sonra özü Babaşla birlikdə qızları kirayə qaldıqları evdən götürmüş, daha sonra İsagilin arxasınca Bakı şəhəri istiqamətində yola çıxmışlar. Xaçmaz şəhərinin çıxışında İsagil onları gözləmiş, oraya çatdığı zaman İsanın öz ayağındakı qolbağı kəsmiş, qolbağı və onun telefonunu orada olan boşluq sahəyə atmış, bundan sonra Bakı şəhərində yerləşən Meyvəli bazarına getmiş, orada fındıq kisələrini ümumilikdə 1200 manata satmış, həmin vaxtı yenidən İsadan xəbərsiz oğurladığı 01 ədəd “Redmi” markalı mobil telefonu orada olan tanımadığı bir mağazaya satmış, bu barədə İsaya yenə də heç nə deməmişdir. Fındıq kisələrini satdığı zaman İsa da yanına gəlmiş, bundan sonra taksi sürücülərindən onları Şamaxinka adlanan əraziyə aparmalarını xahiş etmiş, orada onların hər birinə 100 manat olmaqla ümumilikdə 200 manat pul vermiş, bundan sonra avtovağzala gedərək Mingəçevir şəhərinə getmiş, orada təxminən 5-10 gün kirayədə birlikdə qalmış, Mingəçevir şəhərinə əvvəllər tanıdığı qeyri-rəsmi yaşadığı Bərdə rayon sakini Aynurə də gəlmişdir. Aynurəni Yevlax dairəsi adlanan ərazidən götürmüş, Mingəçevir şəhər sakini taksi sürücüsü Səbuhi ilə orada tanış olmuş, 29 sentyabr 2021-ci il tarixdə təxminən gecə saat 03 radələrində Şahid4 oğunun idarə etdiyi “VAZ-2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə özü, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Mingəçevir şəhərindən kirayədə qaldıqları evdən çıxaraq Bərdə rayonuna getmək üçün yola düşmüşlər. Aynurə Bərdə rayonu, Güloğlular kəndində anası X18 və bir də onun yanında həyat yoldaşından boşanmış bacısı Zərərçəkmiş şəxs5 ilə birlikdə yaşamışdır. Aynurə ilə birlikdə Aynurənin anasıgilin evindən oğurluq edəcəyini nə sürücü Səbuhiyə, nə də onlarla Bərdəyə gələn İsa və Elmiraya deməmiş, yalandan onlara Bərdədə Aynurənin anasıgilə gedəcəyini, anası ilə işinin olduğunu, görüşüb-gələcəyini demiş, gecə saat 03 radələrində Aynurənin anasıgilin yaşadığı Bərdə rayonunun Güloğlular kəndinə çatdıqda Aynurənin anasıgilin yaşadığı evdən təxminən 50 metr qabaqda Səbuhidən maşını saxlamasını xahiş etmiş, Aynurə ilə birlikdə maşından düşərkən Səbuhiyə onları Bərdə təzə bazarının yanında “Bolmart” mağazasının yanında dayanıb gözləməsini xahiş etmişdir. Səbuhi, İsa və Elmira həmin yerə getmiş, bundan sonra özü və Aynurə Aynurənin anasıgilin evinin yaxınlığında kolluqda gizlənmiş, evin pəncərəsindən daxil olub orada olan sandıqdan pul, qızıl oğurlamaq qərarına gəlmiş, Aynurə ona anası xaşxanada işlədiyindən gecə saat 04:00 radələrində həmin xaşxanaya işə getdiyini demişdir. Evdə Aynurənin bacısı Fəxriyyənin azyaşlı uşaqlarla qaldığını fürsətdən istifadə edib evə girib oğurluq etməyi planlaşdırdıqdan sonra, xx.xx.2021-ci il tarixdə gecə saat 04 radələrində bir nəfər şəxsin “VAZ- 21099” markalı maşınla Aynurənin anasını iş yerinə aparmış, özü və Aynurə evin sağ tərəfində olan həyətin daş hasarını aşıb orada olan toyuq hininin yanına düşmüş, bundan sonra əlindəki dəmiri pəncərənin arasına salaraq pəncərənin açmış, həmin pəncərədən sandıq olan otağa əvvəlcə özü, sonra da Aynurə girmiş, orada olan sandığı pəncərədən çölə çıxartmış, sonra həyət hasarını aşıb maşın yoluna düşmüş, Aynurə hasarın üstündən sandığı ona vermiş və hasarın üstündən aşıb düşmüşdür. Sandığı götürüb həmin yerdən 15-20 metr kənara kolluğun yanına aparmış, sandığın ağzında olan balaca qıfılı əlindəki dəmirlə sıxıb açmış, orada olan 650 manat pulu götürmüş, Aynurə isə sandıqdan bacısı Fəxriyyəyə məxsus 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl bilərziyi götürmüşdür. Daha sonra sandığı həmin yerdə qoyub oradan bir-neçə metr uzaqlaşmış və Səbuhiyə zəng edərək onların qarşısına gəlməsini xahiş etmişdir. Aynurə bilərziyi və qolbağını ona vermiş, boyunbağını boynundan asmış, .bilərziyi isə qoluna taxmışdır. Maşına minəndə yalandan Aynurənin anasından borc pul aldığını demişdir. bundan sonra Mingəçevir şəhərində kirayədə qaldıqları evin qarşısına gəlmiş, Səbuhiyə yol haqqı olaraq 50 manat pul vermiş, səhəri günü o, Aynurə, İsa və Elmira yenidən Səbuhinin maşını ilə Mingəçevir şəhərində qızıl alınan yerə getmiş, Aynur yalandan qızılların onun olduğunu və satmaq istədiyini demişdir. Orada olan qızıl mağazasında Aynurə ilə birlikdə boyunbağını 1255 manata satmışlar. 2-3 gün keçdikdən sonra yenə Səbuhinin maşını ilə həmin qızıl satılan yerə gəlmiş, qızıl bilərziyi boyunbağını satdıqları oğlanın adını bilmədiyi qardaşına 625 manata satmışlar. Həmin bilərziyin çəkisi təxminən 12.2 qram olmuşdur. Qızılları satdıqdan sonra evə bazarlıq etmiş, pulu Mingəçevirdə Arzu xanımın kafesində aparıb xərcləmiş, həmin puldan Aynurəyə 2 ədəd qara rəngli cins şalvar, 1 ədəd kurtka, 1 ədəd kofta, 1 cüt 30 manatlıq ayaqqabı almış, bundan sonra yenidən 06 oktyabr 2021-ci il tarixdə o və Aynurə yenidən Bərdə şəhərindən, Bərdə təzə bazarından oğurluq etmək qərarına gəlmiş, bu barədə nə taksi sürücüsü Səbuhiyə, nə də ki, onlarla bir yerdə kirayədə qalan İsaya və Elmiraya deməmişlər. Həmin günü gecə saat təxminən 22-23 radələrində Mingəçevir şəhərindən yenə Səbuhinin maşını ilə çıxmış, bu dəfə Səbuhiyə, İsaya və Elmiraya yalandan Aynurənin anasına bir nəfərin pul borcu olduğunu, borcu verə bilmədiyindən ona aparıb satıb pulunu çıxartması üçün ayaqqabı verdiyini demişlər. Bərdə şəhərində yerləşən təzə bazar deyilən yerə çatanda Səbuhiyə maşını elə bazarda yol kənarı Bolmart mağazasının yanında saxlamasını demiş, maşında Səbuhi, İsa və Elmira qalmış, o və Aynurə isə bazarda gəzməyə başlamışlar. 07 oktyabr 2021-ci il tarixdə adını sonradan bildiyi Razi adlı şəxsin mağazasının qapısının alt tərəfini sındırıb Aynurə ilə mağazaya daxil olmuş, mağazadan 43 cüt müxtəlif ölçülərdə kişi ayaqqabılarını oğurlayıb bir hissəsini kağız qutuya, qalanını isə 2 ədəd göy rəngli salafan torbaya yığmış, İsaya zəng edərək gəlib kömək etməsini demişdir. Daha sonra Səbuhiyə yaxınlaşıb maşını həmin mağazanın yanına sürməsini demiş, ayaqqabıları maşının içərisinə və yük yerinə yığmış, bundan sonra Mingəçevir şəhərinə kirayədə qaldıqları evə getmiş, ayaqqabıları evə boşaltmış, Səbuhiyə səhər tezdən gəlməsini, ayaqqabıları maşına yığıb aparıb bazarda satacağını demişdir. Səbuhi səhəri günü gəlmiş, İsa və özü ayaqqabıları maşına yığıb satmağa aparmış, bazara gedərkən Mingəçevir şəhər polis şöbəsinin Yol polisi şəbəsindən Səbuhiyə zəng gəlmiş, maşını ilə şöbəyə gəlməsi tələb olunmuş, Səbuhiyə getməməsini dedikdə Səbuhi onu polisin çağırdığını, getməli olduğunu demişdir. Səbuhi getdikdən sonra, İsaya ayaqqabıları sonra satacağını demiş, oradan çıxıb getmişlər. 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Qax şəhərinə gəlmiş, birlikdə bir-neçə gün Qax şəhərində Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə yaşadığı evdə qalmış, 08 oktyabr 2021-ci il tarixdə gecə vaxtı İsa, Aynurə və Elmira ilə birlikdə Qax şəhərində gəzişən zaman, gecə saat 02 radələrində mağazaların birindən oğurluq edəcəyini planlaşdırmışlar. İsa və Elmira mağazanın ətrafında dayanmış, o isə əlində olan dəmir alətlə mağazanın qapısının qıfılını sındırmış, Təqsirləndirilən şəxs4 ilə birlikdə mağazaya daxil olmuş, oradan 80 ədədə yaxın müxtəlif markalı tütün məmulatları, ərzaq məhsulları, qəpiklərdən ibarət pul və 100 manat nağd pul götürmüşlər. Oğurlanan ərzaq məhsullarından şəxsi ehtiyacları üçün istifadə etmiş, daha sonra oradan çıxıb piyada hərəkət etmiş, təxminən saat 03 radələrində yenidən orada olan mağazaya girəcəyini planlaşdırmış, İsa və Elmira mağazanın ətrafında dayanmış, əlində olan dəmir alətlə yenidən mağazanın qapısının qıfılını sındırmış, lakin səs eşitdikləri üçün içəri daxil ola bilməmiş və qaçmışlar. Bundan sonra Elmiranın anasının yaşadığı evə qayıtmış, İsa ilə birlikdə günorta vaxtı oğurladıqları siqaretləri Şəki şəhərində satmağa aparmış, Şəki şəhərində yerləşən Poçtla üzbəüz olan köşkə təxminən 30-40 qutu siqaret satmış, daha sonra geri qayıtmışlar. Bundan sonra 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Qax şəhərində yerləşən evlərin birinə girmiş, həmin vaxtı Təqsirləndirilən şəxs2 evdən kənarda gözləmiş, hasardan keçib həyətə daxil olmuş, həyətdə yerləşən hamam otağının açıq olan qapısından içəri daxil olmuş, orada olan 01 ədəd tir tüfəngini götürərək oradan uzaqlaşmışdır. Bundan sonra İsa ilə birlikdə həmin tir tüfəngini yolun kənarında yerləşən çöllük əraziyə tullamış, bundan sonra yenidən Elmiranın anasının yaşadığı evə qayıtmışlar. 09 oktyabr 2021-ci il tarixdə Aynurə ilə birlikdə Xaçmaz şəhərinə qayıtmış, oğurluq yolu ilə əldə etdiyi pul və tütün məmulatlarından Elmira və İsaya 30 manat pul və 5 ədəd siqaret vermişdir. Qax rayon polis şöbəsinə dəvət edildikdə törətdiyi əməlləri səmimi olaraq etiraf etmişdir. Hərəkətindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxslər X42, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 vurduğu ziyanı tam, Zərərçəkmiş şəxs7 vurduğu ziyanı qismən ödəmiş və onlarla barışıq əldə etmişdir. X13 vurduğu ziyanı ödəməmiş, Zərərçəkmiş şəxs8 ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs8 və Natəvan Mədətova ilə barışmağa cəhd etsə də, onunla barışmamışlar. Hərəkətindən peşman olmasını, öhdəsində işləməyən arvadının və azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxlərə vurduğu ziyanı qismən ödəməsini, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2019-cu il tarixdən tanıyır. Bacısı Qax rayonunda ərdə olmuşdur. Hərdənbir Qax rayonuna gedibgəlmişdir. Lakin avqust ayından onun ayağında cəzası ilə bağlı qolbaq olduğundan, yəni barəsində azadlığın məhdudlaşdırılması cəzası seçildiyindən Xaçmaz rayonundan çıxa bilməmiş, ona görə də Elmira ilə görüşə bilməmişlər. Elmira 2021-ci ilin sentyabr ayında yerlisi Şahid7 birlikdə onun yanına gəlmiş, lakin ailəsinin Elmira ilə münasibətinin olmasından xoşu gəlmədiyi üçün kirayədə qalmaq üçün ev axtarmışdır. Xaçmaz şəhəri ərazisində Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, Valeh ona ailəsinə məxsus olan Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən evin boş olduğunu, onlara kirayə verə biləcəyini demişdir. Valehlə razılaşmış, həmin evə gedib baxmış, lakin növbəti gün həmin evin şəraiti ilə əlaqədar olaraq həmin kənddə yerləşən Valehin nənəsinə məxsus digər evə köçərək orada kirayə yaşamağa başlamışlar. Valeh orada kirayədə yaşadığı müddət ərzində onlara qonaq kimi gəlmiş, dostluq münasibətləri yaranmışdır. Valeh onlardan gedən zaman Valehdən haraya getdiyini soruşduqda pula ehtiyacının olduğunu və oğurluq etməyə getdiyini demişdir. O da Valehə pula ehtiyacının olduğunu deyərək onunla getmək istədiyini bildirmişdir. 21 sentyabr 2021-ci il tarixdə Valehlə birlikdə Qusarçay kəndində Təzə planlar adlanan ərazi istiqamətində getmiş, evlərin hasarlarından boylanaraq fındıq kisələrinin olub-olmamasına baxmış, Təzə Planlar adlanan əraziyə çatdığı zaman həyətyanı sahəsi tel hasarla hasarlanmış evi görmüşlər. Valeh hasarın əzilmiş hissəsindən həyətə daxil olaraq evə yaxınlaşmış, daha sonra onu yanına çağıraraq evin zirzəmisində fındıq kisələrinin olduğunu demişdir. Valeh zirzəmiyə daxil olaraq 5 kisə fındığı çıxararaq ona vermişdir. Həmin fındıqlar quru vəziyyətdə olmuş, kisələri Valehin ata nənəsinin evinə aparmışlar. Evin açarları Valehdə olmuş, fındıqları növbəti gün Xaçmaz şəhərində satmaq barədə razılaşaraq ayrılmışlar. Növbəti günü saat 12-13 radələrində Valeh onun yaşadığı evə gəlmiş, fındıqları satmaq üçün Xaçmaz şəhərinə aparmasını təklif etmiş, birlikdə Xaçmaz-Xudat yolunun kənarına çıxmış, oradan tanımadıqları taksiyə əyləşərək taksi sürücüsünə evdə fındıq olduğunu, onu Xaçmaz şəhərinə satmaq üçün aparmaq üçün evdən götürmək lazım olduğunu demişlər. Valeh taksi sürücüsündən nə qədər yol pulu alacağını soruşduqda, 5 manat alacağını demişdir. Fındıq kisələrini yüklədikdən sonra Xaçmaz şəhərində tanımadıqları fındıq alan şəxsə 600 manata satmış, həmin puldan 5 manatını alaraq taksiyə, 200 manatını Valeh ona vermiş, qalan pulu isə özünə götürmüşdür. Bundan başqa, təxminən 1 həftə sonra Valeh yenidən onun kirayə yaşadığı evə gəlmiş, orada ona yenidən oğurluq etmək istədiyini demiş, o da onunla oğurluq etməyə getmək istədiyini demişdir. 25 sentyabr 2021-ci il tarixdə Valehlə birlikdə evdən çıxmış, birlikdə Xaçmaz-Xudat yoluna çıxmış, orada tanımadığı bir taksiyə minərək Xaçmaz şəhəri istiqamətində getmiş, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində düşmüş, oğurluq etmək üçün havanın qaralmasını gözləmək məqsədi ilə oradakı kafelərdən birinə girərək pivə içmişlər. Həmin günü saat təxminən 22 radələrində Valeh ona Gödəkli kəndindən oğurluq etməsini təklif etmiş, onunla razılaşmış, birlikdə qapısında qıfıl olan həyət axtarmağa başlamış, təxminən 10-15 dəqiqə küçə ilə gəzmiş, həmin vaxtı sonradan evin sahibinin adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi evin həyət qapısında qıfıl olmasını görərək evə girmək qərarına gəlmişlər. Valeh hasardan aşaraq həyətə daxil olmuş, o da bir müddət sonra həyətə keçmiş, Valeh həyətdən dəmir almatur taparaq qıfılı qırmış, həyətdə olan yarıtikilinin qapısını açmış, birlikdə orada olan 22 ədəd fındıq kisələrini həyət qapısının yaxınlığına daşımışlar. Valeh onun tanımadığı taksi sürücüsünə zəng etmiş, taksi sürücüsünə Gödəkli kəndinə gəlməsini bildirmişdir. Bundan sonra kisələri daşımaq üçün gələn taksini inandırmaq üçün həyət qapısını ümumilikdə açmış, bir qədər sonra taksi sürücüsü avtomobillə kəndin yoluna gəlmiş, Valeh onun qarşısına getmiş, evin qapısının qarşısına avtomobili sürdürmüşdür. Valeh taksi sürücüsünə həmin evin qohumuna məxsus olmasını demiş, 8 ədəd fındıq kisəsini darvazadan çıxararaq həmin avtomobilə yükləmiş, bundan sonra həmin avtomobillə Qusarçay kəndinə getmiş, orada Valeh taksiyə xatırlamadığı məbləğdə yol haqqı vermişdir. Fındıqları yolun kənarında boşaltmış, Valeh yolun kənarında fındıq qəbul edən şəxsə yaxınlaşaraq “Ford” markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sürücüsü ilə Valeh danışmışdır. Bundan sonra 8 kisə fındığı həmin avtomobilin sürücüsü almış, bunun müqabilində fındıq alan şəxs Valehə 900 manat pul vermişdir. Daha sonra həmin evdə qalan digər kisələri də oğurlamaq üçün taksi axtarmış, lakin taksi tapa bilmədiyindən yol avtomobilləri ilə Xaçmaz şəhərində köhnə avtovağzal ərazisinə getmiş, orada Valeh əvvəlcədən tanıdığı Rəşad adlı taksi sürücüsünə yaxınlaşaraq qohumunun evində fındıq olmasını, onu götürərək Xaçmaz şəhərinə gətirməli olduğunu demişdir. Rəşad Valehə nə üçün gecə vaxtı fındığı apardığını dedikdə Valeh ona qohumuna təcili pul lazım olduğundan və özü olmadığından ona tapşırdığını demiş, həmçinin taksi sürücüsünü inandırmaq üçün Valeh ona evə gedəndə qapını açaraq girəcəyini, evdən rahat şəkildə findıqları qapıdan çıxaracağını demişdir. Özü də Valehin sözlərini təsdiq etmiş, taksi sürücüsü onlara inanmışdır. Həmin taksi sürücüsü ilə yenidən Gödəkli kəndində Natavan Mədətovanın evinə getmiş, qapıdan həyətə girərək geriyə qalan 14 kisə fındığı avtomobilə yükləmiş, avtomobilin arxasına 5, arxa salonuna isə 9 kisə fındıq yerləşdirmiş, bundan sonra özü və Valeh avtomobilin ön sağ oturacağında əyləşmişlər. Valeh ona əvvəlcədən həmin kisələri rayon ərazisində sata bilməyəcəyini demiş, Bakı şəhərinə getməyi təklif etmişdir. Bu barədə taksi sürücüsünə bildirmiş, taksi sürücüsü avtomobilində yanacağının olmadığını dedikdə Valeh ona yol pulunu verəcəyini demişdir. Daha sonra qızları da götürmək lazım olduğundan Valeh yenidən ilk zəng etdiyi taksi sürücüsünə zəng edərək Bakı şəhərinə onları aparmasını təklif etmiş, həmin şəxs ilk əvvəl razı olmasa da, Valeh ona 100 manat verəcəyini demiş və onu razı salmışdır. Həmin taksi ilə Xaçmaz-Xudat yolunda rastlaşmış, özü Rəşad adlı şəxsin maşınında qalmış, Valeh isə Babaş kimi çağırdığı şəxsin avtomobilinə minmiş, Rəşadın avtomobilində yük çox olduğundan 2 kisə fındığı onun avtomobilindən götürərək Babaşın avtomobilinə yükləmişlər. Bundan sonra Valeh qızları götürmək üçün Qusarçaya getmiş, qızları götürüb Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində Meyvəli adlı bazarda digər iki kisəni də Babaşın avtomobilindən götürərək Rəşadın avtomobilinə qoymuş. bundan sonra Valeh Rəşadla birlikdə bazara girmiş, özü də bir qədər sonra onların arxasınca getmiş, Valeh 14 ədəd fındıq kisələrini ümumilikdə təxminən 1200 manata satmış, bundan sonra taksi sürücüləri ilə danışaraq onları Bakı şəhərinin Şamaxinka adlı ərazisinə aparmalarını xahiş etmişlər. Taksi sürücüləri ilə həmin yerə getdikdən sonra Valeh onların hər birinə 100 manat olmaqla ümumilikdə 200 manat pul vermişlər. Özləri isə avtovağzala gedərək Mingəçevir şəhərinə getmişlər. Şəbnəm Mingəçevir şəhərində onlardan ayrılaraq Qax rayonuna getmiş, həmin zaman Valehin tanıdığı Aynurə adlı qadın onların olduğu maşına əyləşmiş, Valeh onlara Aynurənin onlarla qalacağını demişdir. Elmira, Valeh və Aynurə ilə birlikdə Mingəçevir şəhərinə getmiş, kirayə ev tutmuşlar. Valeh Mingəçevir şəhərində Səbuhi adlı taksi sürücüsü ilə tanış olmuş, sentyabr ayının 30-da gecə saat 03 radələrində Valeh Səbuhiyə zəng edərək onları Bərdə şəhərinə aparıb-gətirməsini xahiş etmişdir. Onlar Səbuhi adlı taksi sürücüsü ilə Bərdə rayonuna getmiş, Aynurə yolda onlara Bərdə rayonuna anasından borc pul almağa getdiyini demişdir. Həmin günü saat təxminən 04 radələrində Bərdə rayonuna çatmışlar. Aynurə və Valeh onlara maşında gözləmələrini demiş, bir müddət keçdikdən sonra Valeh və Aynurə gəlmiş, Valeh maşına əyləşəndə onun qolunda qızıl bilərzik, boynunda qızıl boyunbağının olduğunu görmüş, bunu haradan əldə etdiklərini soruşduqda, Valeh ona və Elmiraya qayınanasının ona pay verdiyini, həmçinin, Valeh onlara qayınanasından 500 manat borc pul aldığını demişdir. Bir-neçə gün Mingəçevir şəhərində qalmış, 06 oktyabr 2021-ci il tarixdə təxminən saat 23 radələrində X48 rayonuna anasıgilə getmək istədiyini demiş, Valeh zəng edib Səbuhi adlı taksi sürücüsünü yenidən çağırmış, 07 oktyabr 2021-ci il tarixdə Bərdə rayonuna getmiş, həmin günü saat 01 radələrində Aynurə Bərdə rayonunda yerləşən Təzə Bazarın yaxınlığında yerləşən taksilərin yanına çatarkən maşını orada saxlamasını xahiş etmiş, Aynurə onlara maşında gözləməsini demiş, biraz keçdikdən sonra Valeh taksi sürücüsünə zəng edərək maşını dayandığı yerdən yerini dediyi mağazanın qarşısına sürməsini xahiş etmişdir. Həmin yerə getdikdə Valeh və Aynurə əllərində olan 2 ədəd göy rəngli çantalarda və 01 ədəd kağız qutuda olan ayaqqabıları maşına qoymuş, həmin vaxt Aynurə onlara anasının faizə pul verdiyini, mağazanın sahibi pulu qaytarmadığından ayaqqabıları pulun əvəzinə verdiyini bildirmişdir. Birlikdə Mingəçevir şəhərinə kirayə qaldıqları evə qayıtmış, Valeh ayaqqabıları evə qoyaraq səhər satacağını bildirmişdir. Valeh Səbuhidən səhər saat 09-da gəlməsini xahiş emişdir. 07 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində taksi sürücüsü Səbuhi maşınına ayaqqabıları yığmış, Valeh və o ayaqqabıları satmağa getmiş, Aynurə və Elmira isə evdə qalmışlar. Maşınla gedərkən yolda Səbuhiyə zəng gəlmiş, Səbuhi onlara onu Mingəçevir şəhər polis şöbəsinə dəvət olunduğunu demiş, Valeh ona getməməyini dedikdə Səbuni polisin tələbinə əməl etməli olduğunu demişdir. Səbuhi maşını polis şöbəsinin qarşısında saxlamış, o və Valeh maşında gözləmişdir. Valeh ona evə getmək lazım olduğunu və ayaqqabıları sonra satacağını demişdir. Bundan sonra Valehlə evə qayıtmış, daha sonra Bərdə rayon polis şöbəsində Aynurənin Bərdə rayonundan öz anası evindən Valehlə birlikdə 1 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl bilərzik və 500-600 manat məbləğində pul oğurladığını öyrənmişdir. Onun, Elmiranın və Səbuhinin Valeh və Aynurənin etdiyi oğurluqdan xəbəri olmamışdır. Daha sonra Elmira Valeh və Aynurə ilə birlikdə 07 oktyabr 2021-ci il tarixdə Qax rayonuna gəlmiş, bir-neçə gün Qax şəhərində Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə məxsus evdə yaşamış, 08 oktyabr 2021-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs1, Aynurə və Valehlə birlikdə Qax şəhərində gəzməyə çıxmışlar. Həmin günü gecə saat 02 radələrində Qax şəhərində hərəkət edən vaxtı mağazalardan birinin qarşısından keçən zaman Valeh onlara mağazadan oğurluq edəcəyini demiş, ətrafa göz qulaq olmasını, kimsə gələrsə xəbər etmələrini tapşırmışdır. Valeh mağazanın arxa tərəfində yerə basdırılmış dəmir aləti çıxartmış, həmin alətlə mağazanın qapısını açmış, Aynurə ilə birlikdə mağazanın içərisinə daxil olaraq, 80 ədədə yaxın müxtəlif markalı tütün məmulatları, pul və ərzaq məhsulları oğurlamışlar. Oğurlanan ərzaq məhsullarından şəxsi ehtiyacları üçün istifadə etmiş, oradan çıxıb piyada üzü yuxarı hərəkət etməyə başlamış, həmin günü saat təxminən 03 radələrində başqa bir mağazanın qarşısına çatdıqda Valeh həmin mağazaya girəcəyini demişdir. O və Elmira mağazanın ətrafında gözətçilik etmiş, Valeh mağazanın qapısını dəmir alətlə açmaq istəyərkən səs gəldiyini bildirmiş və onlar qaçaraq oradan uzaqlaşmışlar. Bundan sonra Elmiranın anasına məxsus evə qayıtmış, 08 oktyabr 2021-ci il tarixdə təxminən günorta vaxtı Valehlə birlikdə oğurladıqları siqaretləri Şəki şəhərinə apararaq orada satmışlar. 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Valeh oğurluq etmək üçün Qax şəhərində yerləşən evlərin birinə girmiş, özü isə evin ətrafında dayanraq ətrfafa göz qulaq olmuşdur. Valeh evin içərisindən 01 ədəd tir tüfəngi oğurlamış, daha sonra həmin tüfəngi yolun kənarında yerləşən çöllük əraziyə tullamışlar. Valeh və Aynurə oğurlanan əşyalardan ona və Elmiraya 30 manat pul və 5 ədəd siqaret vermiş, bundan sonra Valeh və Aynurə 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinə getmiş, o və Elmira isə Qax rayonunda qalmışlar. 13 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Qax RPŞ-nə dəvət olunmuş, törətdikləri oğurluq əməlini etiraf etmişlər. Hərəkətindən peşmandır. Zərərçəkmiş şəxslər X42, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 vurduğu ziyanı tam, Zərərçəkmiş şəxs7 vurduğu ziyanı qəismən ödəmiş və onlarla barışıq əldə etmişdir. Digər zərərçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs8 ilə barışmağa cəhd etsə də, onlar onunla barışmamışlar. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslər X17 istisna olmaqla digər zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, Zərərçəkmiş şəxs8 isə zərər vurmadığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 8 ildir ki, Xaçmaz şəhərində yaşayır və həmin şəhərdə yerləşən kafelərin birində ofisiant işləyir. Təqsirləndirilən şəxs3 ilə 2021ci mart ayında işlədiyi kafedə tanış olmuş, bundan sonra onunla mütəmadi olaraq görüşmüşlər. 2021-ci avqust ayının ortalarında Bərdə şəhərinə getmişdir. xx.xx.2021-ci il tarixdə Valehlə mobil telefonla danışmış, Valeh ona Bakı şəhərində olduğunu, Mingəçevir şəhərinə gələcəyini demşdir. Həmin gün saat təxminən 16 radələrində taksi ilə Yevlax dairəsi adlanan yerdə Valeh onu qarşılamış və Mingəçevir şəhərində İsa adlı oğlanla Elmira adlı qızla birlikdə Mingəçevir şəhərində 5-10 gün kirayədə yaşamışlar. 29 sentyabr 2021-ci il tarixdə təxminən gecə saat 03 radələrində Səbuhi adlı şəxsə məxsus VAZ- 2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Valeh, İsa və Elmira ilə birlikdə Bərdə rayonuna anası Gülayənin onunla birlikdə yaşayan boşanmış bacısı Fəxriyyənin yaşadığı evə getmişlər. Onun və Valehin niyyəti həmin evdən anasına məxsus qızılları, pulu götürmə olmuş, İsa, Elmira və Səbuhinin bundan xəbəri olmamışdır. Anasının yaşadığı evə çatdıqda evdən təxminən 50 metr aralıda o və Valeh maşından düşmüş və anasının işlədiyi xaşxanaya getməsini gözləmiş, həmin günü gecə saat 04 radələrində anası evdən çıxdıqdan sonra həyətin daş hasarını aşıb orada olan toyuq hininin yanına düşmüş, bundan sonra Valeh əlindəki dəmir alətlə pəncərəni açmışdır. Əvvəlcə Valeh, sonra da o evə daxil olmuş, evdəki otaqlardan birində olan sandığı götürərək evi tərk etmiş və evdən təxminən 15-20 metr aralıda sandığın ağzındakı balaca qıfılı sındıraraq bacısı Fəxriyyəyə məxsus 650 manat pulu, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl bilərziyi götürdükdən sonra sandığı kolluğa atmışlar. Oradan xeyli uzaqlaşdıqdan sonra Səbuhinin maşınına əyləşərək Mingəçevir şəhərinə qayıtmışlar. Mingəçevir şəhərində Valehlə birlikdə təxminən 23.2 qram çəkidə olan boyunbağını 1255 manata, 2-3 gün keçdikdən sonra çəkisi təxminən 12.2 qram olan qızıl bilərziyi 625 manata satmışlar. Pulun bir hissəsini evə bazarlıq üçün xərcləmiş, bir hissəsini Valeh Mingəçevir şəhərində yerləşən kafelərin birində xərcləmiş, qalan hissəsinə isə ona 2 ədəd qara rəngli cins şalvar, 1 ədəd kurtka, 1 ədəd kofta, 1 cüt 30 manatlıq ayaqqabı almışdır. 06 oktyabr 2021-ci il tarixdə Valehlə birlikdə Bərdə şəhərində yerləşən bazardan oğurluq etmək qərarına gəlmiş, həmin vaxtı gecə saat 22-23 radələrində Səbuhiyə məxsus avtomobillə Bərdə şəhərinə gəlmiş, Səbuhiyə, İsaya və Elmiraya yalandan bir nəfərin anasına pul borcunun olduğunu, borcu verə bilmədiyindən ona ayaqqabı verdiyini, həmin ayaqqabıları aparıb satıb pulunu alacaqlarını demişlər. Bərdə şəhərində təzə bazar adlanan yerə çatanda mağazalardan birinin qarşısında Valehlə birlikdə maşından düşmüş, digərləri maşıında gözləmiş, bazarda yerləşən Razi adlı şəxsin mağazasına yaxınlaşaraq, Valeh qapının alt hissəsini sındırdıqdan sonra mağazaya daxil olmuş, birlikdə 43 cüt müxtəlif ölçüdə kişi ayaqqabılarını oğurlayıb bir hissəsini kardon qutuya, qalanını isə 2 ədəd göy rəngli salafan torbaya yığaraq Səbuhi maşını dayandığı yerə gəlmiş və kirayədə qaldıqları evə qayıtmışlar. İsa və Valeh səhər tezdən Səbuhinin maşını ilə oğurladıqları ayaqqabıları satmağa aparmış, lakin bazara gedərkən Mingəçevir polisi tərəfindən Səbuni polis şöbəsinə dəvət olunduğu üçün polis şöbəsinə getmiş, Valeh və İsa isə geri qayıtmışlar. Səbuhi polis bölməsində həmin ayaqqabıların oğurlandığını öyrəndikdən sonra maşında olduğunu demiş, onun avtomobili Bərdə RPŞ-nə gətirilmiş, orada Valehlə birlikdə onun oğurladığı ayaqqabıları aşkar olunub götürülmüşdür. Bundan sonra 07 oktyabr 2021-ci il tarixdə Valeh, İsa və Elmira ilə birlikdə taksi ilə Qax şəhərinə gəlmiş, bir-neçə gün Qax şəhərində yerləşən Elmiranın anası Qanuni nümayəndə məxsus evdə qalmışlar. 08 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində o, Valeh, İsa və Elmira Qax şəhərində yerləşən mağazaların birinin qarşısından keçən zaman Valeh mağazadan oğurluq edəcəyini bildirmiş, mağazanın arxa tərəfində olan yerə basdırılmış dəmir alət çıxartmış, Elmira və İsa isə mağazanın ətrafında dayanaraq ətrafa baxmış, Valeh əlində olan dəmir alətlə mağazanın qapısının qıfılının sındırdıqdan sonra birlikdə mağazaya daxil olaraq oradan 80 ədədə yaxın müxtəlif markalı tütün məmulatları, pul və ərzaq məhsullarnı oğurlamışlar. Bundan sonra Qax şəhəri istiqamətində yuxarı tərəfə həmin günü gecə saat 03 radələrində digər mağazanın qarşısına gəlmiş, Elmira və İsa mağazanın ətrafında dayanaraq ətrafa göz-qulaq olmuş, Valeh mağazanın qapısını dəmir alətlə açmaq istəyən zaman, səs gəldiyini dediyi üçün qaçaraq oradan uzaqlaşmışlar. 08 oktyabr 2021-ci il tarixdə, günorta radələrində Valeh və İsa oğurladıqları siqaretləri Şəki şəhərində satmışlar. 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Valeh Qax şəhərində yerləşən evlərin birinə girmiş, İsa isə ətrafa göz-qulaq olmuş, Valeh evin içərisindən 01 ədəd tüfəng oğurlamış, lakin həmin tüfəngi yolun kənarına atmışlar. 09 oktyabr 2021-ci il tarixdə Valehlə birlikdə Xaçmaz şəhərinə qayıtmışlar. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 vurduğu ziyanı tam olaraq ödəmiş və onlarla barışıq əldə etmişdir. Digər Zərərçəkmiş şəxs8 ilə barışmağa cəhd etsə də, Zərərçəkmiş şəxs8 onunla barışmamışdır. Zərərçəkmiş şəxs8 hər hansı ziyan vurmamışlar. Hərəkətindən peşman olmasını, öhdəsində işləməyən valideyinlərinin olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarixdə qızı Elmira, onun istədiyi oğlan Təqsirləndirilən şəxs2 və tanımadığı 2 nəfər şəxs onlara gəlmiş, qızı Elmira Valeh və Aynurə adlı 2 nəfər şəxsi onunla tanış etmişdir. Bundan sonra oğlu Təbrizə zəng edərək onu evə çağırmışdır. Təbriz gəldikdən sonra Valeh və Aynurə ilə tanış olmuş, Valehlə Aynurə 2 gün onun yaşadığı Qax şəhəri, Cuma Əhmədzadə küçəsində yerləşən evdə qalmışlar. 09 oktyabr 2021-ci il tarixdə isə axşam vaxtı Valeh, Aynurə, İsa və Elmira evi tərk edərək çıxıb getmişlər.13 oktyabr 2021-ci il tarixdə Qax RPŞ-yə dəvət olunan zaman qızı Elmira, İsa, Valeh və Aynurənin Qax şəhərində mağazadan oğurluq etməsini öyrənmişdir. Valeh, Aynurə, Elmira və İsanın Qax rayonundan oğurluq etməsindən ilkin olaraq xəbəri olmamışdır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs X17 ifadəsində göstərdi ki, o anası X14 və azyaşlı övladı ilə birlikdə Xaçmaz rayonunda yaşayır. Anasının təqaüdü və ona məxsus olan fındıq bağından ildə bir dəfə məhsul yığıb sataraq dolanırlar. xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona məxsus fındıq bağından yığdığı ümumilikdə 22 ədəd fındıq kisələrini yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə saxlamış, hər kisədə təxmini 35 kiloqram fındıq olmuşdur. xx.xx.2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində yaşadığı evdən çıxaraq yas mərasiminə getmiş, evdən çıxan zaman yardımçı tikilinin qapısını, həyət qapısını və evin qapısını açarla bağlamışdır. xx.xx.2021-ci il tarixdə evə qayıdarkən evin ətrafında olan hasarın üzərindən bəzi daşların düşdüyünü görmüş, bundan sonra fındıqların yığıldığı yardımçı tikiliyə baxdıqda, qıfılın qırıldığını, qapının açıldığını, daha sonra oradan bütün fındıq kisələrinin oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona 4620 manat maddi ziyan dəymişdir. Fındıqlar quru qabıqlı, yerli, iri dənəli olmuşdur. Daha sonra yaşadığı evə baxan zaman evdən ona məxsus olan ümumi dəyəri 620 manat olan “Redmi S2 Grey” markalı 32 GB yaddaşlı, İMEİ kodu **********26991 olan mobil telefonunun oğurlandığını görmüşdür. Polisdə araşdırma aparılan zaman fındıqları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, telefonu isə Təqsirləndirilən şəxs3 oğurladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona vurduqları maddi ziyanı ödəməmişlər. Ona görə də, onların hər ikisindən şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanuni cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 10 ildir ki, Bərdə rayonu, Güloğlular kəndində anası X27 və azyaşlı uşağı ilə birlikdə yaşayır. Bu səbəbdən də özünə məxsus 650 manat pulunu və 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl bilərziyini anasının evində olan sandığa qoyub saxlamışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 04 radələrində anası Gülayə Bərdə şəhərində yerləşən yeməkxanaya işləməyə getmiş, özü isə evdə qalmışdır. Həmin günü saat 08 radələrində sandıq olan otağa keçib baxdıqda sandığın otaqda olmadığını, otağın yola tərəf olan pəncərəsinin açıq vəziyətdə olduğunu görərək evdən oğurluq edildiyindən şübhələnmişdir. Bundan sonra anasını evə çağırmış, evə baxış keçirən zaman evin pəncərəsinin açıq olduğunu, otaqda olan sandığın yerində olmadığını görmüşlər. Bundan sonra anası Gülayə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, daha sonra isə Bərdə rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Araşdırma nəticəsində evdən oğurluğun bacısı Aynurə və onunla qeyri-rəsmi yaşayan Xaçmaz rayonu, Qusarçay kənd sakini olan Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Valehlə Aynurə ona məxsus qızılları Mingəçevir şəhərində qızıl mağazasında satmışlar. Oğurlanmış qızılların hər ikisi Rusiya istehsalı olmuş, boyunbağının çəkisi təxmnən 23.2 qram, bilərziyin çəkisi isə təxminən 12.2 qram olmuşdur. Hər iki qızıl 583 əyar olmuş, qızıl boyunbağının qiyməti 2 min manat, qızıl bilərziyinin qiyməti isə 650 manat olmaqla, ona ümumilikdə 3300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ona vurduğu maddi ziyanı ödəmiş, onunla barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən “Tünzalə” ərzaq mağazası ona məxsusdur. 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 07 radələrində mağazaya gedərkən giriş qapısının qıfılının sındırıldığını görmüş, mağazaya baxan zaman mağazadan 80 manat dəyərində müxtəlif markalı siqaretlərin və qəpiklərdən ibarət 10 manat pulun oğurlandığını görmüşdür. Oğruluq nəticəsində ona ümumilikdə 90 manat məbləğində maddi ziyan dəydiyini zənn etsə də, sonradan mağazaya baxan zaman oradan 281 manat dəyərində tütün məmulatları, ərzaq məhsullarının və 80 manat qəpik pulun və 100 manat kağız pulun oğurlanmasını aşkar etmiş və bu barədə yenidən Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus mağazadan hər birinin qiyməti 2 manat olmaqla 6 ədəd “sarı rəngli prima” markalı, hər birinin qiyməti 2 manat olmaqla 8 ədəd “göy rəngli prima” markalı, hər birinin qiyməti 1,80 manat olmaqla 9 ədəd “qara rəngli Bakı” markalı, hər birinin qiyməti 1,80 manat olmaqla 10 ədəd “ağ rəngli Bakı” markalı, hər birinin qiyməti 1,80 manat olmaqla 10 ədəd “qırmızı rəngli Arqo” markalı, hər birinin qiyməti 1,80 manat olmaqla 5 ədəd “Fridon” markalı, hər birinin qiyməti 2,20 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, hər birinin qiyməti 2,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, hər birinin qiyməti 2 manat olmaqla 10 ədəd “göy rəngli Veqas” markalı, hər birinin qiyməti 2 manat olmaqla 8 ədəd “boz rəngli Veqas” markalı, hər birinin qiyməti 2 manat olmaqla 10 ədəd “ağ rəngli maqna” markalı, hər birinin qiyməti 2 manat olmaqla 8 ədəd “qara rəngli maqna” markalı, hər birinin qiyməti 2 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, hər birinin qiyməti 2,50 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarının, həmçinin, hər birinin qiyməti 0,60 manat olmaqla 12 ədəd dirol adlı saqqızının, 1 kiloqramı 5 manat olmaqla “çio-rio” markalı 3 kiloqram konfetin, hər bir cütün qiyməti 1 manat olmaqla “Carrier” markalı 9 cüt corabın, hər birinin qiyməti 0,50 qəpik olmaqla 100 qramlıq 30 ədəd smiçkanın, hər birinin qiyməti 2,50 manat olmaqla 150 qramlıq 3 ədəd laysın, ümumi qiyməti 3 manat 10 qəpik olan “ovçular” markalı 0,5 kiloqram sosiskanın və 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pul oğurlanmış, ümumilikdə ona 461 (dörd yüz altmış bir) manat maddi ziyan dəymişdir. Mağazanın qıfılının sındırılması nəticəsində ona 15 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalardan ona 4 qutu göy rəngli “prima” markalı, 4 qutu qırmızı rəngli “argo” markalı, 6 qutu göy rəngli “veqas” markalı, 4 qutu göy rəngli “freedom” markalı, 3 qutu ağ rəngli “bakı” markalı, 6 qutu qara rəngli “bakı” markalı, 4 qutu sarı rəngli “prima” markalı, 3 qutu qara rəngli “want” markalı, 4 qutu qara rəngli “magna” markalı tütün məmulatları qaytarılmışdır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ona vurduğu maddi ziyanı qismən ödəmiş, onunla barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinə bitişik şəkildə olan ona məxsus ərzaq mağazası vardır. 08 oktyabr 2021-ci il tarixdə gecə vaxtı təxminən saat 03 radələrində həyətə düşmüş, daha sonra evə qalxmış, həmin vaxtı səs gəldiyini eşitmişdir. Lakin həmin səsə əhəmiyyət verməmişdir. İkinci dəfə yenidən səs gəldikdə dərhal əynini geyinib tez aşağı düşmüş, çölə çıxan zaman ona məxsus mağazanın qapısını və qapının qıfılının sındırıldığını görərək, bu barədə Qax RPŞ-yə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Mağazanın qapısı və qapının qıfılının sındırılsa da mağazaya heç kəs daxil olmamış, hər hansı bir əşyaya toxunulmamışdır. Ona məxsus mağazanın qıfılını sındıran zaman həmin şəxsləri görməmişdir. Hadisə nəticəsində ona nə qədər ziyan dəyməsini bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ona vurduğu maddi ziyanı ödəməmişlər. Ona görə də, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qanuni cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur. 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinə getmiş, 14 oktyabr 2021-ci il tarixdə yaşadığı ünvana qayıtmışdır. Ona məxsus yaşayış evinin həyətindəki hamam otağına baxan zaman oraya qoyduğu bir ədəd tir tüfənginin olmadığını görmüş, tüfəngin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasından şübhələnmiş və bu barədə Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ona vurduğu maddi ziyanı ödəmiş, onunla barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 məhkəmə iclasına gəlməmiş, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəkini, təqsirləndirilən şəxslərin ona vurduqları maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələblərinin olmadıqlarını, Zərərçəkmiş şəxs3 isə məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs3 ona vurduğu maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla təsdqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaşmaz rayonu Qusarçay kəndində ona məxsus fındıq bağı vardır. Həmin bağdan yığdığı fındıqları sataraq dolanır. 2021-ci ildə 35 kisə quru fındığı yaşadığı evin zirzəmisində saxlamış, xx.xx.2021-ci il tarixdə 2 kisə fındığı satmaq üçün yaşadığı evin zirzəmisinə endikdə fındıq olan kisələrin 5 ədədinin əskik olduğunu görmüşdür. Həmin vaxtı evin zirzəmisinə diqqətlə baxdıqda zirzəminin pəncərəsinin açıldığını görmüş, bundan sonra ona məxsus içərisində fındıq olan kisələrdən 5 ədədinin oğurlandığını bilmiş, bu barədə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin kisələrin hər birində 36 kq olmuş, ona məxsus ümumilikdə 180 kiloqram fındıq oğurlanmışdır. Oğurluq nəticəsində ona 900 manat dəyərində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla təsdqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus fındıq bağı vardır. Həmin bağdan yığdığı fındıqları sataraq öz dolanışığını təmin edir. xx.xx.2021-ci il tarixdə ona məxsus fındıq bağı sahəsindən 12 kisə fındıqları yığaraq yaşadığı evə gətirmiş, həmin fındıqları yaşadığı evin həyətyanı sahəsində saxlamışdır. Həmin axşam gecə vaxtı yuxudan duraraq həyətə düşən zaman həyətdə saxladığı fındıq kisələrinin 8 ədədinin yerində olmadığını görmüş, bundan sonra ona məxsus fındıq kisələrinin oğurlandığını bilmişdir. Oğurlanmamış 4 kisə fındıqları açaraq həyətə boşaltmış, daha sonra bu barədə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hər kisədə təxminən 25 kiloqram fındıq olmuş, oğurluq nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Oğurlanmış fındıqlar yerli, iri dənəli, yaşıl qabıqlarından ayrılmamış, yəni yaş halda olmuşlar. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadığı kənddə yerləşən kafedə dostları ilə görüşüb söhbətləşdikdən sonra evə qayıtmışdır. Həmin günü saat 23:00 radələrində evə çatan zaman qızı Səbinə Səmədovanın və həyat yoldaşı Mədinə Səmədovanın həyəcanlı olduğunu görmüş, onlardan nə baş verdiyini soruşduqda, evə oğru girdiyini demiş, həmin vaxt evin qapısı və pəncərəsi açıq olmuşdur. Evə daxil olub evdən nəyin oğurlanıboğurlanmadığına baxış keçirmiş, həmin vaxt qonaq otağında yerləşən “Samsung LNT 4661F 46-İnch 1080 p LCD HDTV” markalı televizorun yerindən tərpədildiyini görmüşdür. Qızı Səbinə ona evə girən şəxsin qaçdığını gördüyünü demişdir. Ona məxsus “Samsung LNT 4661F 46-İnch 1080 p LCD HDTV” markalı televizorun qiyməti 800 manat olmuşdur. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla təsdqiq edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Bərdə Ticarət Mərkəzində özünə məxsus ayaqqabı satışı ilə məşğul olur. 07 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində bazarda mühafizəçi olan o, cümlədən onunda mağazasını qoruyan Elçin ona zəng vuraraq, mağazasından oğurluq edildiyini demiş, bundan sonra dərhal mağazaya gəlib baxarkən mağazanın qapısının sındırılmış olduğunu, mağazadan 50 cüt kişi ayaqqabılarının oğurlanıb aparılmış olduğunu görmüşdür. Bundan sonra Bərdə rayon polis şöbəsinə məlumat vermiş, polis əməkdaşları dərhal hadisə yerinə gələrək, mağazaya baxış keçirmişlər. Polisin araşdırması nəticəsində mağazadan oğurluq edən şəxsin Xaçmaz rayon sakini əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs4 birlikdə törətdikləri müəyyən olunmuşdur. Mağazadan Mingəçevir istehsalı olan cəmi 4 cüt - 40, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “ sprit” yzısı olan kişi ayaqqabıları, Mingəçevir istehsalı olan cəmi 3 cüt - 40, 41, 43 ölçüdə üzərində “Thimotti inspektor” yazısı olan kişi ayaqqabıları, Bakı istehsalı olan cəmi 4 cüt - 41, 42, 43, 44 ölçüdə üzərində “Bota” yazısı olan kişi ayaqqabıları, Bakı istehsalı olan cəmi 2 cüt - 43, 44 ölçüdə (ölçüdə) üzərində “ Bota” yazısı olan “sport makasin” modelli kişi ayaqqabıları, Mingəçevir istehsalı olan cəmi 4 cüt - 41, 42, 43,4 4 ölçüdə (ölçüdə) üzərində “Thimotti” söz yazısı olan dəri krasovka kişi ayaqqabıları, Bakı istehsalı olan cəmi 5 cüt - 39, 40, 41, 43, 44 ölçüdə (ölçüdə) üzərində “ Bota sport” yazısı olan kişi ayaqqabıları, Mingəçevir istehsalı olan cəmi 2 cüt - 43, 44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabıları, Mingəçevir istehsalı olan 1 cüt 44 ölçüdə (ölçüdə) üzərində “Milana sport “yazısı olan kişi üçün ayaqqabısı, “Prestige” modelli cəmi 2 cüt - 39, 43 ölçüdə kişi ayaqqabıları; Mingəçevir istehsalı olan cəmi 3 cüt - 40, 41, 44 ölçüdə (ölçüdə) “Thimotti “modelli kişi ayaqqabıları, Prestige” modeli üzərində inspektor sport yazısı olan 2 cüt- 44 ölçüdə (ölçüdə) kişi ayaqqabıları, 1 cüt “ Guccl” modelli 40 ölçüdə ( ölçüdə) kişi ayaqqabısı, 1 cüt “sprit “ modelli 43 ölçüdə (ölçüdə)kişi ayaqqabısı, 1 cüt “sprit “ modelli 43 ölçüdə (ölçüdə) kişi ayaqqabısı, Mingəçevir istehsalı olan Makasin modelli sprit markalı 2cüt-40-42 ölçüdə (ölçüdə) kişi ayaqqabıları, Bakı istehsalı olan Makasin sport modelli “Bota“ markalı 3 cüt- 41, 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabıları, Mingəçevir istehsalı olan Makatel inspektor modelli kximatti markalı 1- cüt 42 ölçüdə (ölçüdə) kişi ayaqqabısı, Mingəçevir istehsalı olan klassik laklı inspektor modelli “ Prestiş” markalı 3 cüt-40-41-44 ölçüdə ( ölçüdə) kişi ayaqqabıları, Mingəçevir istehsalı olan pol klassik zamuj modelli “ Quccı” markalı 2 cüt- 43-44 ölçüdə ( ölçüdə ) kişi ayaqqabıları, Mingəçevir istehsalı olan pol klassik laklı minamo markalı 2 cüt-41, 42 ölçüdə ( ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan “sport maksin” modelli Thimotti markalı 3 cüt- 40,42, 43 ölçüdə (ölçüdə) kişi ayaqqabıları olmaqla, cəmi 50 cüt kişi ayaqqabıları oğurlanmış və ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Polisin araşdırması nəticəsində oğurlanmış ayaqqabılardan 34 cüt ayaqqabıların aşkar olunub ona qaytarılmış, 16 cüt ayaqqabıları isə qaytarılmamış, həmçinin ona dəymiş ziyan ödənilməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs5 bir azyaşlı uşağı ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yaşayır. Bərdə şəhərində yerləşən yeməkxanalardan birində xadimə işləyr. Təqsirləndirilən şəxs4 onun qızıdır. Aynurə Təqsirləndirilən şəxs3 ilə qeyri-rəsmi olaraq yaşayır. Qızı Fəxriyyəyə məxsus 650 manat pulu və 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl bilərziyi evində olan otaqlardan birində saxlayır. xx.xx.2021-ci il tarixdə gecə saat 04 radələrində işə getmiş, qızı Fəxriyyən isə evdə qalmışdır. Səhər saat 08 radələrində Fəxriyyə ona zəng edərək, içərisində pul və qızıllar olan sandığın evdə olmadığını bildirmişdir. O, evə gəlmiş, evin sandığının otaqda olmadığını, otağın yola tərəf olan pəncərəsinin açıq olduğunu görmüş və DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bundan sonra küçəyə çıxıb ətrafa baxmış evdən təxminən 10-15 metr aralıda kolluğun yanında atılmış sandığı görmüşdür. Sandığın ağzında olan qıfıl sındırılmış vəziyyətdə olmuş, içərisində isə pul və qızıllar olmamışdır. Polis tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində evdən oğurluq edən şəxslərin qızı Aynurə və onunla faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs3 olduğu məlum olmuşdur. Fəxriyyəyə məxsus qızılların hər ikisi Rusiya istehsalı olmuş, boyunbağının çəkisi təxminən 23.2 qram, bilərziyin çəkisi isə təxminən 12.2 qram olmuşdur. Hər iki qızıllar 583 əyar olmuş, Fəxriyyəyə ümumilikdə 3300 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarixdə anası Aynur İsmayılzadə ona zəng edərək Təqsirləndirilən şəxs2 və bacısı Elmiranın gəldiyini demişdir. Evə gələn zaman İsa, bacısı Elmira və digər 2 nəfər şəxsin olduğunu görmüş, Elmira onu tanımadığı Valeh və Aynurə adlı şəxslərlə tanış etmişdir. 09 oktyabr 2021-ci il tarixdə axşam vaxtı Valeh, Aynurə, İsa və Elmira yaşadığı evi tərk edərək çıxıb getmişlər. 13 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş, polis şöbəsində bacısı Elmira, İsa, Valeh və Aynurənin Qax şəhərində mağazadan oğurluq etdiyini öyrənmişdir. Valeh, Aynurə, Elmira və İsanın Qax rayonundan oğurluq etməsindən ilkin olaraq xəbəri olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayında istədiyi oğlan Şahid6 bacısı Elmira ilə birlikdə Xaçmaz rayonuna getmiş, Xaçmaz rayonunda özü, Elmira və Elmiranın nişanlısı Təqsirləndirilən şəxs2la birlikdə kirayədə qalmılar. Orada Valeh adlı oğlanla tanış olmuş, daha sonra Mingəçevir şəhərinə gedərkən Valehin tanışı Aynurə adlı qızla tanış olmuşdur. Daha sonra onlardan ayrılıb Qax rayonuna gəlmişdir. 13 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş, polis şöbəsində Elmira, İsa, Valeh və Aynurənin Qax şəhərində mağazadan oğurluq etməsini öyrənmişdir. Valeh, Aynurə, Elmira və İsanın Qax rayonunda oğurluq etməsindən ilkin olaraq xəbəri olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən siqaret köşkündə tütün məmulatları satır. 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində bir nəfər tanımadığı şəxs köşkə yaxınlaşaraq həbsdə olan tanışına siqaret aldıqlarını, həmin şəxsin həbsdən çıxdığını, bu səbəbdən əllərində olan tütün məmulatlarını satıb pula çevirmək və həbsdən çıxan tanış şəxsə verəcəyini demişdir. Həmin şəxsdən onda olan tütün məmulatlarının oğurluq olub-olmamasını soruşduqda, o isə heç bir narahatçılığın olmadığını demiş, bundan sonra həmin şəxsə onda olan tütün məmulatlarının hər birini orta qiymətlə 1 manat 50 qəpikdən alacağını demiş və razılaşmışlar. Həmin şəxsdən 4 qutu göy rəngli “prima” markalı, 4 qutu qırmızı rəngli “argo” markalı, 6 qutu göy rəngli “veqas” markalı, 4 qutu göy rəngli “freedom” markalı, 3 qutu ağ rəngli “bakı” markalı, 6 qutu qara rəngli “bakı” markalı, 4 qutu sarı rəngli “prima” markalı, 3 qutu qara rəngli “want” markalı, 4 qutu qara rəngli “magna” markalı olmaqla ümumilikdə 42 ədəd tütün məmulatları almış və 57 manat pul vermişdir. Qax RPŞ-yə dəvət olunan zaman tanımadığı həmin bir nəfər şəxsin ona satdığı tütün məmulatlarını oğurladığını öyrənmişdir. Həmin tütün məmulatlarını polis əməkdaşlarına təhvil vermiş, həmin şəxsi əvvəllər görməmiş, tanımamışdır. Ona siqaret satan şəxsin yanında başqa tanımadığı şəxs də olmuş, digəri kənarda dayanmışdır. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus olan “Vaz 2106 markalı” **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. xx.xx.2021ci il tarixdə, saat təxminən 01 radələrində Xaçmaz şəhəri, Köhnə avtovağzal ərazisində dayanaraq sərnişin gözləyən zaman onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs bir-neçə dəfə taksi kimi Xaçmaz rayonu, Qusarçay kəndinə apardığı Valeh adlı müştəri olmuşdur. Valeh ona Xaçmaz rayonu, Gödəkli kəndində olduğunu deyərək gəlib onu götürməyini xahiş etmişdir. Valehin evə gedəcəyini düşünərək onun yanına Xaçmaz rayonu, Gödəkli kəndinə gəlmiş, Valeh onu yolun kənarında qarşılamış avtomobilə minərək ondan maşını Xaçmaz rayonu, Gödəkli kəndinin içərisindəki göy qapılı evin qarşısına sürməyini xahiş etmişdir. Həmin evə çatdıqda Valeh həmin evin qohumuna məxsus olduğunu demiş, həyət qapısından evə daxil olduğu üçün Valehin oğurluq etməsindən şübhələnməmişdir. Valeh ona həmin evdən fındıq kisələrini avtomobilə yükləyəcəyini, onları Xaçmaz şəhərinə aparacağını demiş, ondan nə üçün gecə vaxtı apardığını soruşduqda, Valeh qohumunun fındıq kisələrini satması üçün ona tapşırdığını demişdir. Bundan sonra yolun kənarında gözləmiş, Valeh fındıq kisələrini avtomobilə yükləmişdir. Həmin vaxtı evdə təxminən 16-17 yaşlarında sonradan onun adının İsa olduğunu bildiyi oğlan da olmuşdur. Valehlə İsa təxminən 8 kisə fındığı onun avtomobilinə yükləmiş, Valehə avtomobil nasaz olduğu üçün artıq fındıq yükləməməyi demişdir. Bundan sonra İsa və Valeh avtomobilə minmiş, onları Xaçmaz rayonu, Qusarçay kəndinə aparmış, orada onlar həmin kisələri boşaltmış və yol haqqı olaraq Valehdən 35 manat pul almışdır. Bundan sonra yenidən köhnə avtovağzala geri qayıtmış, Valeh təxminən 2 saat sonra yenidən onun mobil telefonuna zəng edərək Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Valehlə zəhmət haqqı olaraq 100 manat alacağı barədə razılığa gəlmişlər. Valehlə Xaçmaz rayonu, Müzəffəroba kəndində qarşılaşmış, həmin vaxtı Valeh taksi fəaliyyəti göstərən Rəşad adlı şəxsin avtomobilidə olmuşdur. Rəşadın avtomobilində fındıq kisələri olmuş, Valeh ona Qusarçay kəndindən iki nəfər götürərək Bakı şəhərinə gedəcəyini demiş və Rəşadın avtomobilindən iki kisə fındığı onun avtomobilinin yük yerinə qoymuşdur. Bundan sonra Valeh onun avtomobilinə əyləşmiş və birlikdə iki nəfəri götürmək üçün Qusarçay kəndinə getmiş, orada iki nəfər qız onun avtomobilinə əyləşdikdən sonra Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Bakı şəhərində, Meyvəli bazarına getmiş, orada Valeh və İsa iki kisə fındığı Rəşadın avtomobilinə yükləmiş, Valeh Rəşadın avtomobili ilə Meyvəlinin içərisinə girmiş, İsa da onların arxasınca piyada şəkildə getmişdir. Bir qədər sonra onlar geri qayıtmış, Valeh onları Bakı şəhərindən Şamaxinka adlanan yerə aparmasını xahiş etmiş, həmin yerə çatdıqda Valeh Rəşada və ona 100 manat pul vermişdir. Şamaxinkadan sərnişin götürərək Xaçmaz şəhərinə geri qayıtmış, Valeh və İsanın həmin fındıq kisələrini oğurladıqlarından xəbəri olmamış, həmin fındıqların Valehin qohumuna məxsus olmasını düşünmüş, Valeh evə qapıdan girib-çıxdığından onda şübhə yaranmamışdır. Valeh ona Xaçmaz rayonu, Gödəkli kəndindən 8 kisə fındığı Xaçmaz rayonu, Qusarçay kəndinə aparmağına görə 35 manat, onları Bakı şəhərinə aparmağına görə 100 manat pul vermişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus olan “Vaz 21011” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə, saat təxminən 02 radələrində Xaçmaz şəhəri, Köhnə avtovağzal ərazisində dayanaraq sərnişin gözləyən zaman, əvvəllər sərnişin kimi apardığı Valeh adlı şəxs yanında 16-17 yaşlarında tanımadığı oğlanla ona yaxınlaşaraq ona Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində qohumuna məxsus evdə fındıq kisələrini götürərək Xaçmaz şəhərinə gətirmək istədiyini demiş, ondan “nə üçün bunu gecə vaxtı edirsən” deyərək soruşduqda Valehin qohumuna təcili pul lazım olduğunu, onun üçün gecə satmalı olduğunu bildirmişdir. Eyni zamanda Valeh evin açarının özündə olmasını, evə qapıdan girəcəyini deyərək onu inandırmış, fındıqları satacağı şəxsin də onları gözlədiyini demişdir. Bundan sonra Xaçmaz rayonu, Gödəkli kəndinə getmiş, göy rəngli qapının qarşısında avtomobilini saxlamış, Valehgil qapını açaraq həyətə daxil olmuşlar. Valeh və yanındakı oğlan birlikdə həmin evin içərisindən təxminən 14 kisə fındığı çıxararaq onun avtomobilinə yükləmişlər. Bundan sonra Xaçmaz şəhərinə yola düşmüşlər. Avtomobildə yer qalmadığından Valehlə İsa adlı şəxs avtomobildə ön sağ oturacaqda əyləşmişlər. Valeh ona əvvəlcədən həmin fındıqları alacağ şəxsin Xaçmazda olduğunu demiş, lakin evdən çıxan zaman fındığı satacağı şəxslə işlərinin alınmadığını, həmin fındıqları Bakı şəhərinə aparmalı olduğunu demişdir. Ona növbəti gün aparmasını dedikdə isə Valehin qohumunun təcili pula ehtiyacı olduğunu bildirərək ona yol haqqı kimi 100 manat pul verəcəyini demiş və onlar razılaşmışlar. Xaçmaz rayonu, Müzəffəroba kəndinə çatan zaman Valeh ondan avtomobili saxlamasını xahiş etmiş və başqa bir taksini də çağırdığını bildirmişdir. Həmin vaxıt qarşıdan Xaçmaz rayon sakini kimi tanıdığı Məcid özünə məxsus avtomobillə gəlmiş, idarə etdiyi avtomobilin yükü ağır olduğundan narazılıq etdiyi üçün, Valeh və İsa avtomobilin yük yerindən iki kisə fındığı götürərək Məcidin avtomobilinə yükləmişlər. Valehin ona Bakı şəhərinə başqa iki nəfərin də onlarla birlikdə gedəcəyini demiş, Məcidin avtomobili ilə həmin iki nəfər şəxsi götürmək üçün Xaçmaz rayonu, Qusarçay kəndinə getmişlər. Özü isə Valehin ona dostu kimi təqdim etdiyi İsa adlı oğlanla Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə çatdıqda avtomobili şəhərdə yerləşən, Meyvəli bazarının qarşısına sürməyi xahiş etmiş, Məcid də avtomobilindəki sərnişinlərlə birlikdə oraya gəlmişdir. Həmin vaxtı Məcidin avtomobilində Valeh və iki nəfər qızın olduğunu görmüşdür. Valeh Məcidin avtomobilindən iki kisə fındığı dostu ilə birlikdə onun avtomobilinə yükləmiş, Meyvəli bazarına girmişlər. Həmin fındıqları Valeh bazarda satmış, bundan sonra Məcidlə birlikdə onları Bakı şəhərində Şamaxinka adlanan yerə aparmışlar. Valeh ona yol haqqını vermiş, bundan sonra sərnişin götürərək Xaçmaz şəhərinə geri qayıtmışlar. Valeh həmin fındıqların qohumuna məxsus olduğunu demiş, ona yol haqqı kimi 100 manat pul vermişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla təsdqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus “VAZ- 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 az müddətdir ki, tanımışdır. Valehlə ilk dəfə 26 sentyabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində Mingəçevir şəhərində Kür çayının dairəsi deyilən yerdə dayanıb müştəri gözləyən zaman tanış olmuşdur. Həmin vaxt Valeh, İsa və adını bilmədiyi bir 18-19 yaşlı qız onun maşınına yaxınlaşmış, Valeh ona onları Mingəçevir şəhərində yerləşən evinə aparmasını xahiş etmişdir. Valeh ona zəhmət haqqı olaraq 7 manat pul vermiş və onun mobil nömrəsini götürmüşdür. Təxminən iki saat sonra sonra Valeh onları Xaldana aparıb düşürtməsini xahiş etmiş, onları Xaldana birinci döngəyə Qax istiqamətinə gedən yolayrıcında aparıb düşürtmüş, Valeh ona 10 manat yol pulu vermişdir. Mingəçevir şəhərinə gəlib çatdıqda Valeh onları düşürdüyü yerdən götürməsini xahiş etmişdir. Valehi, İsanı və adını bilmədiyi bir qızı elə həmin yerdən götürüb kirayədə qaldıqları evə gətirmişdir. 29 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Valeh ona zəng edərək onları Bərdəyə aparmasını xahiş etmiş, Valehi, Aynurəni, İsanı və adını bilmədiyi bir xanımı Mingəçevir şəhərindən götürüb Bərdə rayonuna Güloğlular kəndinə gətirmiş, Valehlə Aynurə adlı qızı həmin kənddə düşürmş, digərləri ilə birlikdə şəhərdə yerləşən Bolmart marketin yanında gözləmişdir. Təxminən 1 saat sonra Aynurə və Valeh onların yanına gəlmiş, nə üçün gec gəldiyini soruşduqda Valeh ona qaynanasının nazı ilə oynayıb ondan zorla borc pul aldığını demişdir. Həmin vaxtı Valehin boynunda qızıl boyunbağı və sol qolunda qızıl bilərzik olduğunu görmüş, qızılları hardan aldığını soruşduqda Valeh Aynurənin olduğunu, satacağını demişdir. Bundan sonra onları kirayədə qaldıqları evə düşürmüşdür. Valeh ona zəhmət haqqı olaraq 60 manat pul vermişdir. Həmin vaxtı Valehin pul kisəsində təxminən 700-800 manat məbləğində 100 manatlıq əskinaslar olduğunu görmüşdür. Valeh ona pulları Aynurənin anasının verdiyini demişdir. xx.xx.2021-ci il tarixdə təxminən günorta saat 11-12 radələrində Valehi, İsanı Mingəçevir şəhərində yerləşən 1941-45 abidəsinin yanında düşürtmüş, onlar həmin yerdə olan çay evinə getmiş, o isə geri qayıtmışdır. 01 oktyabr 2021-ci il tarixdə Valeh Aynurəni və adını bilmədiyi qızı götürərək Mingəçevir şəhərində poçtun yanına “Azersel” mağazasının yanında olan qızıl dükana aparmış, Aynurə və Valeh ona qızıl sepi, yəni boyunbağını satıb gələcəyini demiş, təxminən 10 dəqiqə ərzində qızıl boyunbağını satıb gəlib maşına əyləşmişlər. Valeh onlara qızıl boyunbağını 1256 manata satdığını demişdir. Bundan sonra qızları evə düşürüb Valehi və İsanı bazarlıq etmək üçün mağazaya aparmış, onlar bazarlıq etdikdən sonra evlərinə aparmışdır. Valeh ona zəhmət haqqı olaraq 18 manat pul vermişdir. 03 oktyabr tarixində Valeh ona zəng edərək Aynurə ilə onu götürüb qızıl bilərziyi satmaq üçün mağazaya aparmasını xahiş etmiş, onları kirayədə qaldıqları yerdən götürüb yenidən Mingəçevir şəhərində qızıl alınıb-satılan yerin qarşısında, düşürmüş və onları gözləmişdir. Valehlə Aynurə qızıl bilərziyi yenə həmin yerdə satıb qayıdıb gəlmişdir. Valeh ona 7 manat pul vermişdir. 06 oktyabr 2021-ci il tarixdə Valeh, Aynurə, adını bilmədiyi qız və İsanı Bərdə şəhərinə aparmış, Valeh Bərdə şəhərinə qaynanasıgilə, yəni Aynurənin anasıgilə getdiyini demişdir. Valehi və Aynurəni onların dediyi ünvana düşürmüş, “Bərdə mal” yazılan yerdə köşkün yanında maşını saxlayıb onları gözləmiş, bir müddət sonra Valeh ona zəng vuraraq İsanı dediyi yerə göndərməsini xahiş etmişdir. Bir müddət sonra Valeh ona zəng edərək Bərdə təzə bazarının içərisinə 1-ci sıraya gəlməsini xahiş etmiş, oraya getdikdə Valeh Aynurənin anasının mağaza sahibinə borc pul verdiyini, mağaza sahibinin də borcu qaytara bilmədiyinə görə ona ayyaqabıları verdiyini demişdir. Valeh 2 ədəd göy çantada və qutularda olan ayaqqabıları maşına yükləmişdir. Bundan sonra geri qayıtmış, Mingəçevirə çatanda Valeh ondan Aynurəni Yevlax yoluna düşürməyini xahiş etdiyini, Aynurə ilə Valehi Yevlax yolunda düşürmüş, həmin vaxtı Valeh ondan maşında olan İsanı, tanımadığı qızı və ayaqqabıları onların kirayədə qaldıqları evə aparmasını xahiş etmişdir. xx.xx.2021- ci il tarixdə səhər saat 08-09 radələrində Valeh ona zəng edərək ayaqqabıları aparıb satmaq üçün gəlməsini xahiş etmiş, 2 ədəd göy salafanda bir ədəd kağız qutularda təxmini cəmi 30-35 cüt ayaqqabını maşına yükləyərək gedən zaman, Mingəçevir Yol polis şöbəsinin əməkdaşı Ramin Abaxarov ona zəng vurub polis şöbəsinə gəlməsini demiş, Valeh və İsa bunu eşitmiş, Valeh getməməsini dedikdə isə getməli olduğunu demişdir. Bundan sonra Mingəçevir şəhər polis şöbəsinin qarşısına getmiş, Valeh və İsa onun maşınında gözləmişlər. Polis şöbəsində dünən Bərdə təzə bazarında olub-olmadığını soruşduqda olduğunu demiş, ona maşınında oğurluq ayaqqabılar olduğunu bildirmişlər. Bundan sonra Valehin onu aldatdığını başa düşmüş, oğurluqdan xəbərinin olmadığını demişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X19 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində qızıl alqı-satqısı ilə məşğul olur. Qızılı satan şəxslərdən qızılı qəbul edib qızılın tərkibini yoxlayıb qramına həmin tarixdə qızılın qiymətinə görə qiymətləndirib satan şəxslə qarşılıqlı razılaşma əsasında həmin qızılı alır, qızılı alanda həmişə qızılı satan şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəkilini telefonuna çəkir, daha sonra isə həmin qızılı satanın soyadı adı, atasının adını mağazada olan iş dəftərində qeydiyyatını aparır. Daha sonra isə lazım gəldikdə qızılı vitrində yerləşdirib satır. xx.xx.2021-ci il tarixdə təxminən saat 15-16 radələrində mağazada satıcı Vüsalə xanımla olarkən bir nəfər başında qara kepqa papaq və üzü tüklü, təxminən 25-30 yaşlı oğlan və təxminən 23-25 yaşlı qız mağazaya gələrək qızıl satmaq istədiyini demiş, sonradan adını bildiyi Aynurə adlı qız 1 ədəd qızıl boyunbağını onlara vermiş, qızılı alıb baxarkən qızılın 583 əyarlı qızıl boyunbağı olduğunu, çəkisinin 23,2 qram olduğunu görmüş, həmin qızılın alış kursu 54 manat olduğundan həmin qiyməti demiş, onun dəyəri olan 1255 manat pulu sayıb oğlana vermişdir. 03 oktyabr 2021-ci il tarixdə həmin qızılı Bakı şəhərinə aparıb bir nəfər lom işinə baxan şəxsə 22 manat artığına satmışdır. Qızıl boyunbağını aldığı günün səhəri, yəni 01 oktyabr 2021-ci il tarixdə təxminən saat 13-14 radələrində həmin oğlan Aynurə xanımla birlikdə onun işlədiyi həmin mağazaya gəlmiş, bu dəfə həmin oğlanın əlində bir ədəd qızıl bilərzik olmuş, həmin bilərziyin çəkisi 15-16 qram olmuş, həmin qızılın tərkibinin zəif olduğuna görə 600 manat pul verəcəyini demişdir. Lakin həmin oğlan razılaşmamış və çıxıb getmişdir. İşin İ cildinin 5-7-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən “Tünzalə” adlanan ərzaq mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulun oğurlandığını göstərmişdir. İşin İ cildinin 133-135-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 özünə məxsus evə bitişik şəkildə olan ərzaq mağazasının asma qıfılını sındırmaq yolu oradan oğurluq etməyə cəhd edildiyini göstərmişdir. İşin İ cildinin 142-143-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ünvan 2 ünvanında yerləşən yaşayış evinə daxil olaraq hamam otağının içərisindən ümumi dəyəri 300 manat olan 01 ədəd tir tüfəngini oğurlandığı yeri və şəraiti göstərmişdir. İşin İİİ cildinin 222-226-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X27 30 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu, Güloğlular kəndində yerləşən özünə məxsus yaşayış evinin otağında olan sandıqdan qızı Zərərçəkmiş şəxs5 məxsus 650 manat nağd pulun, 1 ədəd 23,2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 2000 manat qiymətində qızıl bilərziyin, 1 ədəd 12,2 qram çəkidə 583 əyarlı 650 manat qiymətində qızıl boyunbağının oğurlandığını göstərmişdir. İşin İİİ cildinin 248-249-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus geyim əşyalarının satıldığı mağazadan Mingəçevir istehsalı olan cəmi 4 cüt-40, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “sprit” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 43 ölçüdə (ölçüdə) üzərində “Thimotti inspektor” yazısı olan kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 4 cüt -41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 2 cüt - 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan “sport makasin” modelli kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 4 cüt-41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Thimotti” yazısı olan dəri krasovka kişi ayaqqabılarını, Bakı istehsalı olan cəmi 5 cüt -39, 40, 41, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota sport” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 2 cüt-43, 44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan 1 cüt-44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabısını, “Prestige” modelli cəmi 2 cüt-39, 43 ölçüdə kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) “Thimotti” modelli kişi ayaqqabılarını, “Prestige” modelli inspektor sport yazısı olan 2 cüt-44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, 1 cüt “Guccl” modelli 40 ölçüdə (ölçüdə) kişi ayyaqabısını, 1 cüt “sprit” modelli 43 ölçüdə (ölçüdə) kişi ayaqqabısını, Mingəçevir istehsalı olan “Makasin” modelli sprit markalı 2 cüt- 40, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Bakı istehsalı olan Makasin sport modelli “Bota” markalı 3 cüt-41, 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan Makatel inspektor modelli kximatti markalı, 1 cüt 42 ölçüdə (ölçüdə) kişi ayaqqabısını, Mingəçevir istehsalı olan klassik laklı inspektor modelli “Prestiş” markalı, 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan pol klassik zamuj modelli “Qucci” markalı, 2 cüt-43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan pol klassik laklı minamo markalı 2 cüt -41, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabılarını, Mingəçevir istehsalı olan “sport maksin” modelli “Thimotti” markalı 3 cüt -40, 42, 43 ölçüdə (ölçüdə) kişi ayaqqabılarının oğurlandığını göstərmişdir. İşin İİ cildinin 122-123-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X17 yaşadığı evin həyətyanı sahəsində olan anbar qismində istifadə edilən yarımçıq tikilidən çəkisi 770 kiloqram olan 4620 (dörd min altı yüz iyirmi) manat dəyərində 22 ədəd kisədə olan fındığın oğurlandığını göstərmişdir. İşin İİ cildinin 135-137-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 Bakı şəhərində yerləşən “Meyvəli” bazarında Valeh Mirzıəbabayevin fındıq kisələrini satdığı yeri göstərmişdir. İşin İİ cildinin 188-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı evin zirzəmisindəki 900 (doqquz yüz) manat dəyərində ümumi çəkisi 180 kiloqram 5 ədəd fındıq kisələrinin oğurladığını.göstərmişdir. İşin İİ cildinin 198-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı evin qonaq otağında divardan asılmış 800 manat əyərində “Samsung” markalı televizorun yerindən tərpədilərək oğurlanmağa cəhd edildiyini göstərmişdir. İşin İİİ cildinin 14-15-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətyanı sahəsindəki 200 (iki yüz) manat dəyərində çəkisi 80 (səksən) kiloqram olan 4 ədəd fındıq kisələrini oğurlandığını göstərmişdir. İşin İİİ cildinin 154-159-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 19 noyabr 2021-ci il tarixli 9/7741 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd Torun Magnum k-101” markalı istifadədə olmuş tir tüfənginin qiyməti 300 manat, 6 ədəd Prima (sarı rəngli) markalı siqaretin hər birinin qiyməti 2 manat olmaqla cəmi 6 manat, Prima (göy rəngli) markalı siqaret hər birinin qiyməti 2 manat olmaqla cəmi 8 manat, 9 ədəd Bakı markalı (qara rəngli) siqaret hər birinin qiyməti 1.80 manat olmaqla cəmi 16.20 manat, 10 ədəd Bakı markalı (ağ rəngli) siqaret hər birinin qiyməti 1.80 manat olmaqla cəmi 18 manat, 10 ədəd “Arqo” markalı (qırmızı rəngli) siqaret hər birinin qiyməti 1.80 manat olmaqla cəmi 18 manat, 5 ədəd “Freedom” markalı siqaret hər birinin qiyməti 9 manat olmaqla cəmi 18 manat, 9 ədəd “Want” markalı (qara rəngli) siqaret” hər birinin qiyməti 2.20 manat olmaqla cəmi 19.80 manat, 6 ədəd “Want” markalı (boz rəngli) siqaret” hər birinin qiyməti 2.20 manat olmaqla cəmi 13.20 manat, 10 ədəd “Weqas” markalı (göy rəngli) siqaret” hər birinin qiyməti 2 manat olmaqla cəmi 20 manat, 8 ədəd “Weqas” markalı (boz rəngli) siqaret” hər birinin qiyməti 2 manat olmaqla cəmi 16 manat, 10 ədəd “Maqna” markalı (ağ rəngli) siqaret” hər birinin qiyməti 2 manat olmaqla cəmi 20 manat, 8 ədəd “Maqna” markalı (boz rəngli) siqaret” hər birinin qiyməti 2 manat olmaqla cəmi 16 manat, 10 ədəd “Maqna” markalı (boz rəngli) siqaret” hər birinin qiyməti 2 manat olmaqla cəmi 20 manat, 4 ədəd “Pal mall” markalı siqaret” hər birinin qiyməti 2.50 manat olmaqla cəmi 10 manat, 12 ədəd “Dirol” markalı saqqız hər birinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat, 12 ədəd “Dirol” markalı saqqız hər birinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat, 3 kq “Çio rio” markalı konfet 1 kq-nın qiyməti 0.50 manat olmaqla cəmi 15 manat, 9 cüt “Carrier” markalı corab 1 cütünün qiyməti 1.50 manat olmaqla cəmi 13.50 manat, 30 ədəd 100 qramlıq tum bir ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 15 manat, 3 ədəd 150 qramlıq “Lays” markalı çips tum bir ədədinin qiyməti 2.50 manat olmaqla cəmi 7.50 manat, 1 kq “Ovçular” markalı sosis qiyməti 3 manat olmaqla cəmi 284 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Torun Magnum k-101” markalı tüfəngin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən, 130,00 manat, təqdim edilməyən malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada hesablanmaqla təxminən 284,20 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İşin İİİ cildinin 155-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İV cildinin 141-143-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 yanvar 2022-ci il tarixli 9/8466 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 23,2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl bilərzik 1972 manat, 1 ədəd 12,2 qram çəkidə 583 əyarlı qızıl boyunbağı 1037 manat olmaqla cəımi 3009 manat, Mingəçevir istehsalı olan cəmi 4 cüt-40, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “sprit” yazısı olan kişi ayaqqabıları 30 manat, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 43 ölçüdə (ölçüdə) üzərində “Thimotti inspektor” yazısı olan kişi ayaqqabıları 50 manat, Bakı istehsalı olan cəmi 4 cüt -41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan kişi ayaqqabıları 30 manat, Bakı istehsalı olan cəmi 2 cüt - 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota” yazısı olan “sport makasin” modelli kişi ayaqqabıları 30 manat, Mingəçevir istehsalı olan cəmi 4 cüt-41, 42, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Thimotti” yazısı olan dəri krasovka kişi ayaqqabıları 30 manat, Bakı istehsalı olan cəmi 5 cüt -39, 40, 41, 43, 44 ölçüdə (ölçüdə) üzərində “Bota sport” yazısı olan kişi ayaqqabıları 30 manat, Mingəçevir istehsalı olan cəmi 2 cüt-43, 44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabıları 30 manat, Mingəçevir istehsalı olan 1 cüt-44 ölçüdə (ölçüdə) üzərində “Milana sport” yazısı olan kişi ayaqqabısı 30 manat, “Prestige” modelli cəmi 2 cüt-39, 43 ölçüdə kişi ayaqqabısı 30 manat, Mingəçevir istehsalı olan cəmi 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) “Thimotti” modelli kişi ayaqqabıları 40 manat, “Prestige” modelli inspektor sport yazısı olan 2 cüt-44 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 40 manat, 1 cüt “Guccl” modelli 40 ölçüdə (ölçüdə) kişi ayyaqabısı 40 manat, 1 cüt “sprit” modelli 43 ölçüdə (ölçüdə) kişi ayaqqabısı 30 manat, Mingəçevir istehsalı olan “Makasin” modelli sprit markalı 2 cüt-40, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 30 manat, Bakı istehsalı olan Makasin sport modelli “Bota” markalı 3 cüt-41, 43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 30 manat, Mingəçevir istehsalı olan Makatel inspektor modelli kximatti markalı, 1 cüt 42 ölçüdə (ölçüdə) kişi ayaqqabısı 50 manat, Mingəçevir istehsalı olan klassik laklı inspektor modelli “Prestiş” markalı, 3 cüt-40, 41, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 50 manat, Mingəçevir istehsalı olan pol klassik zamuj modelli “Qucci” markalı, 2 cüt-43, 44 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 30 manat, Mingəçevir istehsalı olan pol klassik laklı minamo markalı 2 cüt - 41, 42 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 40 manat, Mingəçevir istehsalı olan “sport maksin” modelli “Thimotti” markalı 3 cüt -40, 42, 43 ölçüdə (ölçüdə) kişi ayaqqabıları 30 manat dəyərində olmaqla cəmi 1740 manat məbləğində təşkil edir. Beləliklə, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların 2021-ci ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. Zərərçəkmiş şəxs5 məxsus qızıl-zinət əşyaları-3009,00 manat. Zərərçəkmiş şəxs6 məxsus kişi ayaqqabıları istifadədə olması nəzərə alınmaqla, 1740,00 manat. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hisəsində göstərilmişdir. İşin İV cildinin 140-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İV cildinin 137-138-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 dekabr 2021-ci il tarixli 9/8556 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, yaş halda (yaşıl qabıqlı), iri dənəli, yerli fındıq (2021-ci ilin avqust ayına olan orta bazar qiyməti) 200 kq 4 ədəd 800 manat, İri dənəli, quru halda (qabıqlı), yerli fındıq (2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti) 5 ədəd 180 kq 900 manat, İri dənəli, quru halda (qabıqlı), yerli fındıq (2021-ci ilin avqust ayına olan orta bazar qiyməti) 770 kq 5 ədəd 3850 manat, “Redmi S2 Grey” markalı, 32 GB yaddaşlı mobil telefonun istifadədə olması və komplekləşdirilməsinə daxil edilən aksesuaların olmaması nəzərə alınmaqla (2021-ci ilin avqust ayına olan orta bazar qiyməti) 1 ədəd 130 manat, “Samsung LNT 4661F 46-İnch 1080 pLCD HDTV” markalı televizorun istifadədə olması nəzərə alınmaqla (2021-ci ilin avqust ayına olan orta bazar qiyməti) 1 ədəd 450 manat təşkil edir. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada hesablanmaqla təxminən 6130,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İşin İV cildinin 136-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İ cildinin 119-120-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 ilə birlikdə 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındıraraq oraya daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu oğurlayarkən və 08 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs9 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə daxil olaraq hamam otağının içərisindən ümumi dəyəri 300 manat olan 01 ədəd tir tüfəngini oğurlayarkən hər iki hadisə baş verərkən özünün ətrafa göz qulaq olduğu yeri və şəraiti göstərmişdir. İşin İİ cildinin 41-42-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki Yusifova X12 Valeh Nazim oğlu ilə birlikdə 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındıraraq oraya daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu və 08 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə daxil olaraq hamam otağının içərisindən ümumi dəyəri 300 manat olan 01 ədəd tir tüfəngini oğurladığı yeri və şəraiti göstərmişdir. İşin İİİ cildinin 42-43-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs3 17 iyul 2021-ci il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı evin pəncərəsindən daxil olaraq, qonaq otağında divardan asılmış 800 manat əyərində “Samsung” markalı televizoru divardan çıxarıb aparmaq istəyərkən ev sahibi Zərərçəkmiş şəxs3 gəldiyini görərək qaçıb getdiyi yeri və şəraiti göstərmişdir. İşin İİİ cildinin 147-148-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 ilə birlikdə 08 oktyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus “Tünzalə” adlanan ərzaq mağazasının asma qıfılını sındıraraq oraya daxil olaraq həmin mağazadan ümumi dəyəri 28 manat olmaqla 14 ədəd “Prima” markalı, ümumi dəyəri 34,20 manat olmaqla 19 ədəd “Bakı” markalı, ümumi dəyəri 18 manat olmaqla 10 ədəd “Arqo” markalı, ümumi dəyəri 9 manat olmaqla 5 ədəd “Fridon” markalı, ümumi dəyəri 19,80 manat olmaqla 9 ədəd “qara rəngli Want” markalı, ümumi dəyəri 13,20 manat olmaqla 6 ədəd “boz rəngli Want” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Veqas” markalı, ümumi dəyəri 36 manat olmaqla 18 ədəd “Maqna” markalı, ümumi dəyəri 20 manat olmaqla 10 ədəd “boz rəngli maqna” markalı, ümumi dəyəri 10 manat olmaqla 4 ədəd “Palmall” markalı tütün məmulatlarını, həmçinin, ümumi dəyəri 7,20 manat olmaqla 12 ədəd dirol adlı saqqız, ümumi dəyəri 15 manat olmaqla 3 kiloqram konfet, ümumi dəyəri 9 manat olmaqla 9 cüt corab, ümumi dəyəri 15 manat olmaqla 30 ədəd tum paketi, ümumi dəyəri 7,50 manat olmaqla 3 ədəd lays, ümumi dəyəri 3,10 qəpik olmaqla 0,5 kiloqram sosiska, 80 manat qəpiklərdən ibarət pul və 100 manat kağız pulu və 08 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə daxil olaraq hamam otağının içərisindən ümumi dəyəri 300 manat olan 01 ədəd tir tüfəngini oğurladığı yeri və şəraiti göstərmişdir. İşin İİİ cildinin 83-84-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki X1 Valeh Nazim oğlu ilə birlikdə 20 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs4 yaşadığı evin pəncərəsindən daxil olmaqla evin zirzəmisindəki 900 (doqquz yüz) manat dəyərində ümumi çəkisi 180 kiloqram 5 ədəd fındıq kisələrini oğurladığı yeri və şəraiti göstərmişdir. İşin İ cildinin 33-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 oktyabr 2021-ci il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin İ cildinin 163-164-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 14 oktyabr 2021-cı il tarixdə MSY-dən azad olunaraq barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin İ cildinin 65-66-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 oktyabr 2021-ci il tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. İşin İ cildinin 169-171-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 4(024)-18/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İşin İ cildinin 172-173-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-cı il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin İ-ci cildinin 245-148-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 4(067)-127/2021 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin tarixdə X20 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Valeh Mizəbabayevin həbsə alındığı xx.xx.2021-ci il tarixdən saat 22:00-dan hesablanmışdır. İşin İV cildinin 198-202-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 4(024)- 01/2022 “həbsdə saxlama müddətinin uzadılması haqqında qərardan görünür ki, həmin tarixdə X11 həbsdə saxlama müddəti 09 yanvar 2022-ci il tarxdən 09 mart 2022-ci il tarixədək uzadılmışdır. İşin İ cildinin 220-221-ci vərəqələrində və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs qaytarılması haqqında” qərardan görünür ki, 4 qutu qırmızı rəngli “argo” markalı, 6 qutu göy rəngli “veqas” markalı, 4 qutu göy rəngli “freedom” markalı, 3 qutu ağ rəngli “bakı” markalı, 6 qutu qara rəngli “bakı” markalı, 4 qutu sarı rəngli “prima” markalı, 3 qutu qara rəngli “want” markalı, 4 qutu qara rəngli “magna” markalı tütün məmulatları, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin predmeti olan 01 ədəd dəmir almatur və 01 ədəd zərfdə olan 12 ədəd əl-barmaq izi maddi sübut kimi tanınmış və tütün məmulatları Zərərçəkmiş şəxs7 geri qaytarılmış, 1 ədəd dəmir armatur və 01 ədəd zərfdə olan 12 ədəd əl-barmaq izi cinayət işinin materiallarına əlavə edilmişdir. İşin İİİ-ci cildinin 180-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs7 tərəfindən imzalanmış qəbzdən görünür ki, o 4 qutu qırmızı rəngli “argo” markalı, 6 qutu göy rəngli “veqas” markalı, 4 qutu göy rəngli “freedom” markalı, 3 qutu ağ rəngli “bakı” markalı, 6 qutu qara rəngli “bakı” markalı, 4 qutu sarı rəngli “prima” markalı, 3 qutu qara rəngli “want” markalı, 4 qutu qara rəngli “magna” markalı tütün məmulatlarını istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin İİİ-ci cildinin 180-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs qaytarılması haqqında” qərardan görünür ki, 01 ədəd “Torun Magnum k-101” markalı istifadədə olmuş tir tüfəngi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs9 Nəbi oğluna geri qaytarılmışdır. İşin İİİ cildinin 181-ci vərəqəsində və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs7 tərəfindən imzalanmış qəbzdən görünür ki, o 01 ədəd “Torun Magnum k-101” markalı istifadədə olmuş tir tüfəngini istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin İİİ cildinin 98-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 19 noyabr 2021-ci il tarixli 1906/1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xudat şəhəri, Azərbaycan küçəsi, ev 15-də yaşayır. İşin İİİ cildinin 99-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İİİ cildinin 100-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Xaçmaz RİHB-nın Qusarçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 19 noyabr 2021-ci il tarixli 968 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayonu Qusarçay kəndində yaşayır. Onun ailə tərkibi onun özündən, arvadı X16 və oğlu xx.xx.2014-cü ildə doğulmuş oğlu X4 ibarətdir. İşin İİİ cildinin 101-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Xaçmaz RİHB-nın Qusarçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İV cildinin 127-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Bərdə RİHB-nın Güloğlular kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Bərdə rayonu Güloğlular kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İİ cildinin 85-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xaasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyatda olmaqla Qax şəhəri, C.Əhmədzadə küçəsində yerləşən ünvanısz adresdə yaşayır və o yaşayış yeri üzrə müsbət xaraketrizə olunur. İşin İ cildinin 191-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin İ cildinin 192-193-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həmin məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(067)-19/2022 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(067)-59/2021 saylı hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşin İİ cildinin 59-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşin İİ cildinin 60-62-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3300 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa, o, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə A.M.E. 01 il 06 ay şərti sınaq müddəti və 3020 manat cərimə cəzasına məhkum edilmiş, həmçinin, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.3-ü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 3020 manat cərimə cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2, 177.2.2, 177.2.3, 185.2.1, 66.2, 66.5 və 69.3-cü maddələri ilə 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 3020 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, onun həmin məhkumluğu ödənilməmişdir. İşin İİ cildinin 92-100-cü vərəqələrində olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 1(067)-32/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2, 177.2.2, 177.2.3, 185.2.1, 66.2, 66.5 və 69.3-cü maddələri ilə 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 3020 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Xaçmaz rayon İcra və probasiya şöbəsinin verdiyi 21 aprel 2022-ci il tarixli 523 saylı məktubdan görünür ki, X2 Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmünə əsasən 3020 (üç min iyirmi) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasından dövlət nəfinə 50 (əlli) manat vəsait ödəmiş, 2970 (iki min doqquz yetmiş) manat ödənilməmiş cərimə cəzası qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş zərərçəkmiş şəxs X5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş maddi ziyan ödənildiyi üçün onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə göndərdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 ona vurduğu maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs3 ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 məhkəməyə göndərdiyi teleqramlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara vurduqları maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələblərinin yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs9 oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona məxsus evdən oğurlanmış 01 ədəd “Torun Magnum k-101” markalı istifadədə olmuş tir tüfənginin ibtdai istintaq zamanı ona qaytarılmışdır. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs3 törədiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onların əməli qeyd edilən maddələrə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs X17 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün dəyişdirilərək mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsində qeyd edilir ki: 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 179.4. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 180-cı maddəsində qeyd edilir ki: 180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsində qeyd edilir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Apellyasiya şikayətində Zərəçəkmiş şəxs X17 birinci instansiya məhkəməsinə mülki iddia verdiyini qeyd etsə də, iş materiallarından görünür ki, (cild 5, iş v.181) Natavan Mədətova poçt vasitəsi ilə Qax Rayon Məhkəməsinə ünvanladığı ərizəsində təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş 4620 manat ziyandan hər hansı bir məbləğin ödənilmədiyini, təqsirləndirilən şəxslərdən ona vurulmuş dəymiş ziyanı tələb etdiyini, onlara qanuni cəza verilməsini, o cümlədən növbəti məhkəmə iclasında maddi imkanı ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, zərəçəkmiş şəxs X17 mülki iddiasını iş üzrə birinci instansiya məhkəməsi hökmü çıxdıqdan sonra vermiş, ona vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Halbuki o, bunu yalnız birinci instansiya məhkəməsi iclası zamanı məhkəmə çıxışları başlanıladək verə bilərdi. Ona görə onun apellyasiya şikayətin dəlillərin əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxs X8 apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətlərin təmin edilmədən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Eyni zamanda məhkəmə kollegiya, zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə mülki iddia vermək hüququnun olduğunu qeyd edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar