Məhkəmə qərarları › İş №1(107)-331/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-331/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-331/2021 06.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 13 iyul 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1989-cu ildə İsmayıllı rayonu, Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində bir az yaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayon Lahıc qəsəbə kommunal müəssisələri kombinatında fəhlə işləmiş, İsmayıllı rayonu, Bağaəli kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonu, Lahıc qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu andan- 08 fevral 2021-ci ildən hesablanması,iş üzrə maddi sübut- İsmayıllı RPŞdə saxlanılan 1 ədəd çay daşının hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza xərclərinin, mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin tərkibi olmadığına görə ona bəraət verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs ilkin məhkəmə iclasına qədər məhkəməyə ərizə ünvanlayaraq müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmadan saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, bundan əvvəl məhkəməyə ünvanladığı apellyasiya şikayətindən imtina barədə ərizəsini təsdiq edir və apellyasiya şikayəti üzrə apellyasiya baxışına xitam verilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs müdafiəçisi Tural Əfəndizadə bildirmişdir ki, müdafiə etdiyi şəxs konfidensial apellyasiya şikayətindən imtina etdiyi üçün onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra Cinаyət-Prosessuаl Məcəlləsinin) 396-cı maddəsinə əsasən, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. İşdən görünür ki, Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətindən imtina edərək, onu geri götürmüş və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət Prosesual Məcəlləsinin 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərаrа аldı: Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət Prosesual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar