Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-34/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1982-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsindən üç azyaşlı uşağı olan,fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan, Göyçay şəhəri Z.Bünyadov küçəsi ev 11-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 250 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, hökmün icrasının Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində sürücülük hüququ olmaqla özünə məxsus olan Kamaz 65115-015-13 yük markalı **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay-Ucar avtomobil yolu ilə hərəkətdə olarkən Göyçay rayonun Üngütlü kənd ərazisindən keçən hissəsində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 57-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub idarə etdiyi avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq yük daşımamalı olduğu halda avtomobilinə artıq yük yükləyərək idarə etməklə, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərinə riyayət etməməsi səbəbindən qarşıda sola dönmə siqnalını verib sola Üngütlü kəndinə dönməyə hazırlaşan hərəkətsiz vəziyyətdə dayanan Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21011 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs məxsus avtomobili yararsız hala salıb ona 4859 manat zərər vurmaqla sonuncunun sol çiyin qurşağı nahiyyəsinin yarası ilə nətilənən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər, sağ qalça sümüyünün, sağ sirkə kasasının və sağ İİ qabırğanın arxa gövsünün yerdəyişmiş sınıqlarıdan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığı az ağır zərər, döş qəfəsinin sol yarısında İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların arxa qövslərinin yerdəyişmiş sınıqları fonunda baş vermiş sol tərəfli hematoraksla müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclası zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını bildirib, bunları nəzərə alaraq, iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdilər və bu barədə ərizəni məhkəməyə təqdim etdilər. Məhkəmə kollegiyasının iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini buna görə də onu bağışladığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirib, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə kolegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X5 çıxış edərək ərizənin təmin edilərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 398.1.3-cü maddəsində isə göstərilir ki, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələri qəbul edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilməli, həmin cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və iş üzrə məhkəmə xərci olan 250 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar etməmişdir. Qeyd edilənlərə əsаsən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və Azərbаycаn Respublikаsı Cinayət-Prosesual Məcəlləsinin 397-398, 409-410-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələri qəbul edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilsin, həmin cinayət işi üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 250 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-34/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-34/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver