Məhkəmə qərarları › İş №1(107)-34/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-34/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-34/2022 11.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs1 oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil Büronun vəkili X1, Təqsirləndirilən şəxs2 Mahuma oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 Hüseyn oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil Büronun vəkili X6 iştirakıları ilə, Təqsirləndirilən şəxs3 Hüseyn oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mahuma oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs2 Mahuma oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019cu il tarixli, 1(091)-49/2019 saylı hökmü ilə (sədrlik edən N.Mirzəyev, hakimlər R.Hüseynov, B.Məmmədov), xx xxxxxx 1990-cı il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Aban şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zaqatala rayonunun Muxax kəndində qeydiyyatda olmaqla tutulanadək faktiki olaraq orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs1 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 avqust 2018-ci il tarixdən hesablanması, onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasımüəyyən edilmişdir. xx xxxxx 1986-cı il tarixdə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Zaqatala rayonunun Muxax kəndində qeydiyyatda olmaqla tutulanadək faktiki olaraq orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs3 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs3 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilərək üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 avqust 2018-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmasıvə o, bununla əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. xx xxxx 1976-cı il tarixdə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olmaqla tutulanadək faktiki olaraq orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 avqust 2018-ci il tarixdən hesablanması, ərazi narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum olunmuşlar ona görə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa dəqiq məlum olmayan Nəzir adlı şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs1 2015-ci ilin iyun ayında yığıb saxladığı yabanı halda bitmiş çətənə bitkilərinin toxumlarını 2018-ci ilin iyun ayında Zaqatala rayonunun Muxax kəndi ərazisində yerləşən “Selbasan” adlanan meşə sahəsində qrupun üzvü “Nəzir” adlı şəxslə birlikdə qanunsuz olaraq əkmiş, daha sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birgə həmin bitkiləri kultivasiya etməklə yetişdirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq həmin bitkiləri satış məqsədilə toplayıb, kustar üsulla külli miqdarda marixuana hazırlamaqla əldə edib daşımış və saxlamış, 04 avqust 2018-ci il tarixdə Zaqatala RPŞnin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs3 saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki şalvarın arxa sol cibindən “Selbasan” adlanan ərazidə əkib-becərdikləri çətənə bitkilərindən kustar üsulla hazırlanmış 1,45 qram çəkidə qurudulmamış marixuana, şalvarın arxa sağ cibindən 4,13 qram, şalvarının qabaq sağ cibindən üzərində «Viktory» yazısı olan bir ədəd kibrit qutusunda isə 1,66 qram qurudulmuş marixuana, həmçinin davam etdirilən əməliyyataxtarış tədbirləri çərçivəsində Zaqatala rayonunun Muxax kəndi ərazisində yerləşən “Selbasan” adlanan meşə ərazisinə keçirilən baxış zamanı həmin ərazidə kollardan təmizlənmiş, uzunluğu 20 metr, eni 10 metr olan sahədə ümumi təmiz çəkisi 26 kq 325 qram olan 32 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi, ümumi təmiz çəkisi 2 kq 630 qram olan 08 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələri, ümumi təmiz çəkisi 2325 qram olan 16 ədəd qurumuş vəziyyətdə çətənə (kannabis) bitkiləri, qeyd olunan sahədən təqribən 100 metr aralıda, kolluq sahədə, təmiz çəkisi 155,48 qram olan 1 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi, uzunluğu 10 metr, eni isə 5 metr olan ikinci sahədə 40 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 17 kq 975 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 11 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3 kq 410 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələri, 14 ədəd quru vəziyyətdə ümumi təmiz çəkisi 865 qram olan, ümumilikdə 122 ədəd narkotik tərkibli çətənə bitkiləri, habelə birinci sahədə yerə sərilmiş halda təmiz çəkisi 355 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, gözətçinin gecələməsi üçün düzəldilmiş yerdə, quruması üçün sintetik kisənin üstünə sərilmiş və üzəri odeyalla örtülmüş vəziyyətdə 79,77 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, bəhs edilən yerdən 8 metr aralıda olan gər ağacının dibində 420 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, o cümlədən də həmin tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes- Benz” markalı, Az **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna keçirilən baxış zamanı sürücü oturacağının altından “Selbasan” adlanan ərazidə əkib-becərdikləri çətənə bitkilərindən kustar üsulla hazırlanmış üzərində “Fesko” yazısı olan 2 ədəd kibrit qutusunda birində 8,23 qram, digərində isə 4,10 qram, cəmi 12,33 qram, ümumilikdə isə külli miqdarda, yəni 874,34 qram, o cümlədən çətənə (kannabis) bitkisindən satış məqsədilə kustar üsulla hazırlanmış 793,12 qram qurudulmuş, 81,22 qram isə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Hüseyn oğlunun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməinin 1(107)-34/2022 saylı, 03 iyul 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Hüseyn oğlu və Təqsirləndirilən şəxs2 müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməinin 1(107)-207/2019 saylı, 03 iyul 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli 1(102)-1155/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin 1(107)-207/2022 saylı, 03 iyul 2019-cu il tarixli qərarı ləğv edilərək, apellyasiya baxışına qaytarılmışdır. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmümün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilərək ona elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmümün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilərək ona elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü sadəcə olaraq baş vermiş cinayət barəsində məlumat verməməkdə təqsirli bildiyini, həmin əməlinə görə cəzalandırılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 oğlunun müdafiəçisi Şəki Regional Vəkil Büronun vəkili X2 apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 heç bir günahı olmadığını, onun narkotik vasitələrin əçilməsində heç bir rolunun olmadığını, onun sadəcə olaraq sürücü kimi fəaliyyət göstərən şəxs olmasını nəzərə alıb ona köməklik edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 Hüseyn oğlunun müdafiəçisi Şəki Regional Vəkil Büronun vəkili X11 apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 Hüseyn oğlu Təqsirləndirilən şəxs2 heç bir günahı olmadığından ona köməklik edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Mahuma oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs3 Hüseyn oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mahuma oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, cinayət işində heç kəs ilə əlbir olmamışdır. O, ancaq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu cinayət işinin onun üstündə qalmağına özü də təəccüblüdür. Onun bu cinayətdə heç bir rolu yoxdur. Ramin onu taksi kimi haraya çağırsa oraya da getmişdir. Raminlə 2017-ci ildə türmədən çıxan zaman tanış olmuşdur. Ramin onun birinci cinayət işindən qabaq 015 markalı maşınını vurmuşdu. Həmin hadisə ilə bağlı onu tanıyır. Onun maşını da bir neçə il şöbənin həyətində qalmışdı. Bununla bağlı Raminlə görüşmüşdür. Ramin hansı işlərlə məşğul olmasını bilməmişdir. O, gecələr Ramingili harasa aparmamışdır. Cəmi bir dəfə Ramin gecə ona zəng edərək filan yerə getməli olduğunu demişdi. Oraya onu aparmışdır. O, narkot əkilən sahəyə getməmişdir. Selbasan adlı ərazidə narkotik vasitə əkildiyini eşitmiş, lakin orada olmamışdır. O həmin sahəyə daxil olmadığı halda onu necə əkibbecərə bilər. O, Ramingilin narkotik vasitə əkdiklərini heç zaman bilməmişdir. Ramin onu Bakı şəhərinə aparmağı xahiş etmiş, o da ora, onu 28-i gecə aparıb 29-u gətirmişdir. Ramin Bakıda Vüsal adlı şəxs ilə görüşməli idi. X16 ilə də görüşüb. Ramin Bakıdan qayıdan zaman dünən Vəli ilə görüşdüyünü, bügün isə ona Vəlinin pul verməli olduğu üçün görüşməli olduğunu demişdir. Vəli Raminə pul verdikdən sonra onlar çıxıbgetmişlər. Avqustun 4-ü gecəsi Ramin ona zəng edərək adını xatırlamdığı kafenin qabağında gözlədiyini bildirmişdir. Ramin ona yolda qaldığını, heç bir maşın olmadığını bildirdikdən sonra onun dediyi yerə getmişdir. O, Ramini götürməyə gedəndə bir az ləngimişdir. Raminin ona dediyi yerə çatanda Ramin orada olmamış, Raminə zəng eləmiş, ona bazarın içindəki kafeyə tərəf getməyini bildirmişdir. Həmin kafeyə çatanda Ramin ona yenə zəng eləmiş. Ona dediyi kafeyə də çatdığını bildirəndə orada onu gözləməyini xahiş etmişdir. İki dəqiqə keçməmiş iki polis əməkdaşı kafeyə daxil olmuş. Birinin adı Ramin olmuş. Ramin ona ayağa durub polis şöbəsinə getməli olduğunu bildirmişdir. Onun arxasınca gələn polis Cinayət Axtarışın rəisi olmuşdu. Onlar onun üstünü axtarmışlar. Onun üstündən pul və əl dəsmalı çıxmışdır. Onları cibinə qoymağı bildirmişlər. O, onlara üstünü yoxlamağa mane olmuşdur ki, hansı əsasla onun üstünü yoxlayırlar. Ona əllərini göstərmişdir ki, əllərində heçnə yoxdur. Sonra onların arxasında bir dənə də Anar adında polis gəlmiş. Rauf da maşının içini axtarmağa başlamışdır. Maşının oturacaqlarını, bardaçokunu açıb-axtarmışdır. Onun maşını mersedes markalı olmuşdur. Bardaçokdan 7 dənə kibrit qutusu çıxmışdır. Onları götürüb oturacağın üstünə qoymuşdur. Onlar maşının açarını zorla ondan almışlar. Rauf cibindən zorla açarı çıxarıb maşına əyləşib maşını trasa, yola çıxardıb onlarla birgə həmin vaxt tutulmuş Orxan adlı şəxsin evinə sürmüşdür. Orxan Raminin dayısı oğlu idi. Onların evində axtarış-baxış keçirirdilər. Orada çoxlu polis maşınları yığılmışdı. Onun maşınında gözləyib, sonra maşınını sürüb şöbəyə getmişlər. Yolda-Əliabad kəndinin üstündə trasda maşın bazarı var idi. Onun maşınını Rauf adlı polis maşın bazarına sürüb orada kimisə soruşmuşdur. Sonra yenidən maşına oturub polis şöbəsinə getmişlər. Şöbənin həyətinə çatanda maşını içəri salmışlar. Rauf şöbənin həyətində piləkənin qabağında maşını saxlamışdı. Onun üstünə başqa nəzarətçi qoyub, özləri binaya daxil olmuşlar. Yarım saat, qırx dəqiqə keçdikdən sonra Rauf binadan çıxmış və maşına oturmuşdur. Rauf maşına oturanda oturacağı qabağa-dala çəkməyə başlamış, sora maşını 15 metr qabağa sürmüşdür. Orada şahidlərin, vəkilin və müstəntiqin qabağında axtarış keçirəcəyini bildirmişdir. O, onlara maşınında 1 dəfə axtarış apardıqlarını bildirmiş, indi nə axtarmalarını soruşmuşdur. Ona verdikləri vəkil də öz kəndçisi olmuşdur. Orada sənəddə guya maşınında narkotik olmaya-olamaya iki kibrit qutusu narkotik çıxdığını yazmışlar. O, vəkilə həmin narkotiklərin ona aid olmadığını, maşınını əvvəldən axtardıqlarını bildirmişdir. Onların onun üstünə atdıqları şər-böhtandır. Ona sanksiya verilən zaman prokurora demişdir ki, tutulduqları zaman nə üçün Nazim və Ramini qəbul etdiniz, onu etməmişdir. Orxan və başqalarını prokurorun qəbuluna aparsalar da onu aparmamışlar. Onun telefonundan nömrələr çıxmışdır. Həmin nömrələr bütün kənd sakinlərinin olmuşdur. Bir nəfər qonşu kəndlərindən gəlin var, onun da ərini polis şöbəsinə aparıb nömrəsi çıxdığına görə ondan da pul almışlar. Həmin adamlara demişlər ki, guya polisə onlarla əlbir olduqlarını demişdir. Həmin şəxslərin heç birinin adı ittiham vərəqisində və ya başqa siyahıda qeyd olunmamışdır. Həmin qonşu kəndən olan adamın atası da onun qapısına gəlib polisin onun pulunu aldığını demişlər. O, əl izlərinin olub-olmamasını tələb eləmişdir. Onun maşınını sürən polis niyə şahid qismində məhkəməyə gəlmədiyini bilmir. Ümumilikdə on nəfərdən üç min-beş min, dörd min və s pul alınıb. Onun maşınımda narkotik vasitə olmayıb. Təhqiqatçı Vüsal yazıb ki, guya 237.1 və 234.1 ilə şübhəli şəxs kimi onu tutub. Lakin onu başqa əməkdaş tutub-şöbəyə gətirib. O, 1998-ci ildən övlad qoxusuna həsrət qalan adamdır. O, İ qrup əlildir, 4 il müharibədə iştirak etmişdir. Narkotik əkilən sahədə olmamışdır. Narkotik ağacını belə tanımır. Lakin, o, 122 narkotik ağacına görə günahsız yerə həbs olunmuşdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilərək 2018-ci ilin iyun ayının axırlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək maşını ilə onu olduğu yerdən götürməyi bildirmiş, o da taksi fəaliyyəti ilə məşğul olduğundan Ramini olduğu yerdən götürüb birlikdə Elçin adlı şəxsin mağazasına getmişlər. Ramin oradan özünə paltar almış və o da həmin vaxt orada Elçini tanımışdır. Bundan sonra Ramin ondan maşını ilə onu və Təqsirləndirilən şəxs3 Selbasan adlanan əraziyə aparmağı xahiş etmiş, o, Ramin və Nazimi Selbasan sahəsinə aparıb düşürmüşdür. Ramin və Nazim maşından düşüb meşəlik sahəyə doğru getmişlər. O, xəstə olduğu üçün onlarla birlikdə sahəyə getməmiş, maşında gözləmişdir. Bundan sonra o, bir neçə dəfə Ramini həmin əraziyə aparmışdır. Bir dəfə də Ramini həmin sahəyə aparıb qayıdarkən Ramin maşına narkotik vasitə gətirmiş, o, Ramindən həmin bitkini haradan əldə etdiyi soruşmuş və Ramin ona həmin bitkini dostlarının verdiyini demişdir. O da xəstəliyi ilə əlaqədar həmin narkotik vasitədən istifadə etmişdir. Bundan bir müddət keçdikdən sonra Ramin ona zəng edərək Bakı şəhərində işi olduğunu demiş və ondan maşını ilə onu Bakı şəhərinə aparmağı xahiş etmiş, o da öz maşını ilə Raminlə birlikdə Bakı şəhərinə yola düşmüşdür. Yolda Ramin tanışı olan Vəli ilə görüşmək üçün öz telefonu ilə Vəli ilə danışmış, lakin danışmaq üçün telefonda vəsait qurtardığından o, öz telefonu ilə Vəlini yığıb hara getməli olduğunu ondan soruşmuşdur. Həmin vaxt Vəli ilə telefonda danışarkən Ramin ona demişdir ki, Vəliyə “ona de ki, pul söhbəti keçən dəfəki kimi olmasın, mənim dayanmağa vaxtım yoxdur, malı verib pulu götürüb çıxıb gedəcəm” desin. O da Raminin sözlərini ona dediyi kimi Vəliyə demiş, Vəli də heç bir problem olmayacağını demişdir. Qobustan qəsəbəsində Vəli ilə Ramin görüşmüş, o, həmin vaxt maşınında olmuşdur. Bundan sonra o, Raminin Vəli ilə görüşməsindən şübhələnərək Ramindən narkotik vasitə barədə soruşan zaman Ramin ona narkotik tərkibli bitkilər əkməsi barədə demişdir. Həmin vaxta qədər o, Raminin narkotik tərkibli bitkilər yetişdirməsi barədə bilməmişdir. Bundan sonra o, Ramini Bakı şəhərinə aparmış, gecəni orada qalmışlar. 05 avqust 2018-ci il tarixdə Ramin ona zəng edərək Əliabad qəsəbəsində olduğunu və ondan Əliabad qəsəbəsinə gəlib onu götürərək Muxax kəndində yaşadığı evə gətirməyi xahiş etmiş, o da öz maşını ilə tək Əliabad qəsəbəsinə gedərkən yolda Zaqatala rayon polis şöbəsinin əməkdaşları onu saxlamış və polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Zaqatala rayon polis şöbəsinə getmiş, orada polis əməkdaşları ona Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməkdə və qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək tutulduğunu bildirmişlər və Zaqatala rayon polis şöbəsinin inzibati binasının həyətində müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə üzəridə axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun əynində olan şalvardan özünə məxsus 102 manat pul aşkar edilmişdir. Bundan sonra onun, müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə ona məxsus olan avtomobilə baxış keçirilmiş, baxış zamanı sürücü oturacağının alt hissəsində iki ədəd kibrit qutusu, maşının bardaçoqundan 7 ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutularından biri boş, digərlərində isə kibrit olmuşdur. O, polis əməkdaşlarının suallarına cavab olaraq maşının oturacağının altından aşkar edilmiş iki ədəd kibrit qutusunda olan bitki kütləsinin kimə məxsus olduğunu bilmədiyini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkilər əkməsi barədə sonradan bildiyini, həmin halla bağlı qorxduğu üçün heç kimə heç nə demədiyini, həmçinin, Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əkdiyi sahəni görmədiyini, həmin sahədə heç vaxt olmadığını, heç kimə narkotik vasitə satmadığını, özünün yalnız taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, usta adam olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrinin əkin-biçini ilə əlaqəsi olmayıb. O, İlqarı taksi kimi oraya-buraya sürdürmüşdür. O, İlqarı bir neçə dəfə çay qırağına sürdürmüşdür. İlqar çayqırağına hansı məqsəd üçün getdiyini bilməmişdir. O, kənd uşaqları ilə də, tək də İlqarın maşını ilə çayqırağına getmişəm. İlqarla plantasiyaya getməmişəm. İlqar çayın qırağında oturub, o, də sahəyə gedib-gəlmişdir. İlqar sonradan orada narkotik vasitə əkdiklərini bilmişdir. Narkotik əkilməsini də Nəzir ona demişdir. Orada narkotik əkildiyini biləndən iki-üç gün sonra tutulmuşlar. İlqar orada narkotik əkildiyini bildikdən sonra onlara tutulacaqlarını demişdir. O, Bakıya Vəli ilə görüşməyə getməyini İlqar bilməmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilərək 2015-ci ildə iyul ayında oğurluq cinayəti ilə Zaqatala rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 2015-ci ildə həbs olunmamışdan əvvəl yaşadığı Zaqatala rayonu Muxax kəndinin kənarındakı çöldə yabanı halda bitən çətənə bitkilərinin toxumlarını yığmış və həmin toxumları sellofan torbaya qoyaraq əkmək üçün yaşadığı kənddə yerləşən körpünün altındakı beton plitələrin arasında gizlətmiş, lakin 2015-ci ilin iyul ayında Zaqatala rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edildiyinə görə həmin toxumları əkə bilməmişdir. 28 dekabr 2017-ci il tarixdə həbsdən azad olunduqdan sonra 2015-ci ildə tutulmamışdan əvvəl gizlətdiyi toxumların onun qoyduğu yerdə olduğunu görmüş və həmin toxumları Zaqatala rayonu Muxax kəndindəki meşəlik ərazi olan “Selbasan” adlanan sahədə əkmək qərarına gəlmiş, çünki həmin yerdə əkdiyi çətənə bitkilərini kimsənin görməyəcəyini fikirləşmişdir. Həmin ərazidə narkotik tərkibli bitki yetişdirmək üçün orada olan kolları təmizləmiş və gətirdiyi toxumların bir hissəsini orada əkmişdir. Toxumları əkdikdən sonra evə qayıtmış, bundan sonra yağış yağdığına görə 2-3 gün çətənə bitkilərini əkdiyi sahəyə gedə bilməmişdir. Yağışlar kəsdikdən sonra həmin sahəyə getdikdə suyun bütün toxumları yuyub apardığını görmüş, buna görə də yenidən həmin yerdə çətənə bitkisinin qalan toxumlarını əkmişdir. O, toxumları əkdikdən sonra sulayıb, gübrə vermiş, qulluq etmişdir. Bir müddət sonra əkdiyi bitkilərin oğurlandıqları bildikdən sonra sahədə qarovulluq etmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs3la razılaşmış, Nazimə həmin sahədə çətənə bitkiləri əkdiyi barədə demişdir. Bundan sonra Nazimlə birlikdə “Selbasan” adlanan yerdə çətənə bitkiləri əkdiyi yerə gəlmək üçün taksi kimi fəaliyyət göstərən həmkəndlisi İlqarı çağırmış, İlqarın idarə etdiyi avtomobillə narkotik tərkibli çətənə bitkilərini əkdiyi sahəyə getmişdir. Sahəyə çatmamış çayın kənarında İlqar maşını saxlamış və o, Nazimlə birlikdə avtomobildən düşərək sahəyə getmişdir. Nazimə sahədə qalıb qarovulluq etmək lazım olduğunu, ona ərzağı özünün gətirəcəyini demişdir. Bundan sonra bir neçə dəfə İlqarla birlikdə Nazimə ərzaq, su və siqaret aparmışdır. Daha sonra o, İlqarın maşını ilə Qobustan rayonunda yaşayan Vəli adlı tanışının yanına getmiş, Vəliyə kənar bir ərazidən yığdığı narkotik vasitə satmışdır. Vəliyə narkotik vasitəni 750 manata satmış və ondan pulu götürdükdən sonra İlqar onun Vəliyə narkotik vasitə satdığını bilmişdir. Bundan sonra o, İlqarla birlikdə Bakı şəhərinə getmiş və gecəni orada qalmışlar. Daha sonra İlqarla birlikdə Zaqatala rayonuna qayıtmış, 29 iyul 2018-ci il tarixdə o, İlqarın idarə etdiyi avtomobillə “Selbasan” adlanan sahəyə getmiş və orada Nazimlə görüşmüşdür. Nazim ona məhkəmədə işinin olduğunu, buna görə də evə qayıtmalı olduğunu demiş, bundan sonra o, Nazimə 160 manat pul vermişdir. Daha sonra o, Əliabadda olarkən narkotik əkdiyi sahədə Nazimin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmiş, bir müddət Əliabad qəsəbəsində gizləndikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən narkotik vasitə çətənə bitkisinin toxumlarını əkərkən tək olduğunu, həmin bitkilərə yalnız özünün qulluq edərək yetişdirdiyini, Təqsirləndirilən şəxs3 həmin sahədə ancaq qarovulluq etdiyini, tanışı Vəliyə satdığı narkotik vasitənin satışını yalnız özünün təşkil etdiyini, Təqsirləndirilən şəxs2 ancaq taksi kimi istifadə etdiyini və buna görə də İlqara pul verdiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İlqarın günahı olmayıb. Onun boynuna bu ittihamı qoyub onlarla birgə onu da gətiriblər. O, aprel ayında oğurluq etmişdir. May ayının 14-ü zaminliyə çıxmışdır. Sonra yenə Bakıya gedib iyun ayının 2-də məhkəməsi olacağına görə rayona gəlmişdir. O, oraya gələndə Ramingil, yəni onunla Nəzir narkotik vasitə əkmişdilər. İlqarın rolu nə olub onu bilməmişdir. İlqarın polis şöbəsi ilə arasında olanlara görə İlqarı da qoşmuşlar. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilərək 08 iyul 2018-ci il tarixdə günorta radələrində Muxax kəndində “Selpo” adlanan yerdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə rastlaşmış, Ramin ona “Selbasan” adlanan meşəlik ərazidə narkotik vasitə əkdiyini və həmin ərazidəki bitkilərin oğurlandığını bildirərək orada qarovulluq etməyi təklif etmişdir. O, Raminlə razılaşdıqdan sonra 13 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi maşınla Raminin narkotik bitkiləri əkdiyi meşəlik əraziyə getmiş, lakin həmin əraziyə çatmadan İlqar avtomobili saxlamış və o, Raminlə birlikdə avtomobildən düşərək əraziyə getmişdir. O, 14 iyul 2018-ci il tarixdə səhər narkotik bitkilər əkilən sahədə gecələmək üçün özünə yer düzəltmiş, bundan sonra 14 iyul 2018-ci il tarixdən 29 iyul 2018-ci il tarixə kimi həmin sahədə qalıb orada qarovulluq etmişdir. Orada qaldığı müddət ərzində Ramin İlqarın idarə etdiyi maşınla onun yanına gələrək ona ərzaq gətirmişdir. 29 iyul 2018-ci il tarixdə Ramin sahəyə onun yanına gəlmiş, Raminə evə getməli olduğunu və pul lazım olduğunu demiş, Ramin ona 160 manat pul vermişdir. Bundan sonra həmin sahədən çıxaraq evə getmiş, həmin vaxt evdə olan valideynlərinə Bakı şəhərindən gəldiyini bildirmişdir. Daha sonra o, 01 avqust 2018-ci il tarixdə Raminlə telefonla danışan zaman Raminin Əliabad kəndində olduğunu bilmiş və həmin kəndə Raminin yanına getmişdir. Orada Raminlə oturduqdan sonra taksi kimi fəaliyyət göstərən Orxan adlı şəxs onu yaşadığı kəndə gətirərkən yolda narkotik əkilən sahəyə baş çəkmək qərarına gəlmiş və Orxana narkotik vasitə barədə heç nə bildirmədən onu Selbasan adlanan əraziyə aparmasını xahiş etmişdir. Həmin vaxt sahəyə doğru gedərkən yolda polis maşınlarının olduğunu görüb geri qayıtmışlar. Bundan sonra o, qarovulluq etdiyi sahədən çıxarkən paltarlarını götürmədiyi üçün onları götürmək məqsədilə həmin əraziyə getmiş və həmin vaxt orada polis əməkdaşları onu şübhəli şəxs qismində tutmuşlar. Müdafiəçinin və hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarın cibindən qarovulluq etdiyi sahədə əkilən kollardan yığdığı marixuana aşkar edilmişdir. Daha sonra onun, müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə çətənə bitkiləri əkilən sahəyə baxış keçirilmiş, həmin sahədən də aşkar edilən çətənə bitkiləri kökdən çıxarılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs1la razılaşdığı kimi onun narkotik vasitə çətənə bitkilərini əkdiyi meşəlik sahədə yalnız 15 gün müddətində qarovulluq etdiyini, buna görə də Ramindən pul aldığını, həmin müddət ərzində oradan kənara çıxmadığını, bitkilərin əkilməsində, qulluq edilməsində və yetişdirilməsində iştirak etmədiyini, həmin bitkilərin əkilməsindən əvvəlcədən xəbəri olmadığını, həmçinin, həmin sahədə qarovulluq etdiyinə görə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı hər üç təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən fərqli ifadə verdiyindən, onların ibtidai istintaqda verdiyi ifadələr elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə iyul ayında Zaqatala rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, qanunvericilikdə edilən dəyişikliklərə əsasən 2 il 6 ay cəza çəkdikdən sonra 28 dekabr 2017-ci il tarixdə həbsdən azad olunmuşdur. 2015-ci ildə həbs olunmamışdan əvvəl maddi vəziyyəti pis olduğuna görə narkotik tərkibli çətənə bitkiləri əkib narkotik vasitə əldə edərək satıb pul qazanmaq qərarına gəlmişdir. O, əvvəllər yaşadığı Zaqatala rayonu Muxax kəndinin kənarındakı çöldə əvvəllər yabanı halda çətənə bitkilərinin bitdiyini görmüşdür. Buna görə də həmin bitkinin toxumlarını yığıb əkmək qərarına gəlmişdir. 2015-ci ilin iyun ayında tək Muxax kəndinin kənarındakı çölə gedib çətənə bitkisi axtarmış və həmin ərazidə yabanı halda bitmiş çətənə bitkilərinin olduğunu görmüşdür. O, həmin çətənə bitkilərinin toxumlarını yığmış və həmin toxumları sellofan torbaya qoyub yaşadığı evdən təxminən bir kilometr aralıda yerləşən körpünün altındakı beton plitələrin arasında gizlətmişdir. O, bundan sonra həmin toxumları əkmək üçün gizlin bir yer axtarmağa başlamışdır. Lakin 2015-ci ilin iyul ayında Zaqatala rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu səbəbdən həmin toxumları əkə bilməmişdir. 28 dekabr 2017-ci il tarixdə həbsdən azad olunduqdan sonra özünə iş axtarmış, lakin iş tapa bilməmişdir. Maddi vəziyyəti pis olduğuna görə 2018-ci ilin iyun ayının əvvəllərində çətənə bitkisi yetişdirib narkotik vasitə əldə edərək satıb pul qazanmaq qərarına gəlmişdir. 2015-ci ildə tutulmamışdan əvvəl gizlətdiyi toxumların yerində olub-olmamasını yoxlamaq qərarına gəlmiş və toxumları gizlətdiyi yerə baxdıqda toxumların qoyduğu yerdə olduğunu görmüşdür. O, bundan sonra toxumları əkmək üçün yer axtarmağa başlamış və Zaqatala rayonu Muxax kəndinin ərazisindəki “Selbasan” adlanan sahədə həmin toxumları əkmək qərarına gəlmişdir. Belə ki, həmin ərazi sıx meşəlik yer olduğuna və adamların oraya gediş-gəlişi olmadığına görə həmin yerdə çətənə bitkiləri yetişdirəcəyimi kimsənin görməyəcəyini fikirləşmişdir. Həmin ərazidə narkotik tərkibli bitki yetişdirmək üçün ilk növbədə orada olan kolları təmizləmək lazım gəlmişdir. Ona görə də həmkəndlisi, onunla birlikdə X3 cəza çəkmiş Nəzir adlı şəxslə görüşüb sonuncuya maddi vəziyyətinin pis olduğunu və buna görə də “Selbasan” adlanan ərazidə özündə olan çətənə bitkilərinin toxumlarını əkərək narkotik vasitə əldə edib, həmin narkotik vasitəni sataraq pul qazanmaq istədiyini demişdir. O, Nəzirə həmin toxumları birlikdə əkməyi təklif etmişdir. O, Nəzirə əldə etdikləri narkotik vasitəni satdıqdan sonra qalan xeyrin sonuncu ilə yarı-yarıya böləcəyini demişdir. Nəzir onunla razılaşmışdır. Onlar birlikdə çətənə bitkilərinin toxumlarını gizlətdiyi yerə gedib toxumları oradan götürmüş piyada “Selbasan” ərazisinə getmişlər. O, Nəzirlə birlikdə meşəlik ərazinin içərisindəki birbirindən təxminən 50 metr aralı olan iki sahəni kollardan təmizləmiş və gətirdikləri toxumların bir hissəsini orada əkmişlər. Toxumları əkdikdən sonra evlərinə qayıtmışlar. Evə qayıtdıqdan sonra yagış yağdığına görə 2-3 gün çətənə bitkiləri əkdiyimiz sahəyə gedə bilməmişlər. Yağışlar kəsdikdən sonra Nəzirlə birlikdə həmin sahəyə getdikdə suyun bütün toxumları yuyub apardığını görmüşdür. Bundan sonra yenidən həmin yerdə çətənə bitkisinin qalan toxumları əkmiş və həmin toxumların az bir hissəsini bir ədəd sellofan bükümə yığıb ehtiyat üçün saxlamışdır. O, bundan sonra Nəzirlə birlikdə həmin toxumları sulamış, gübrə vermiş, həmin toxumların şitilləri çıxdıqdan sonra dibini təmizləmiş, bir sözlə həmin bitkilərə birlikdə qulluq etmişdir. Bitkilər yetişdikdən sonra o, Nəzirlə birlikdə orada gecələmək üçün yer düzəltmiş, növbəli şəkildə həmin sahəni mühafizə etmək üçün orada qalmışlar. Təxminən bir həftə keçdikdən sonra Nəzir ona “mən meşədə tək qala bilmirəm, qorxuram” deyərək çıxıb getmişdir. O, bundan sonra həm əkdiyi çətənə bitkilərinə qulluq eləmək, həm də sahədə olmuyanda oraya qarovulluq eləmək üçün adam axtarmağa başlamışdır. 08 iyul 2018-ci il tarixdə Muxax kəndi yaxınlığında “Selpo” adlanan yerdə həmkəndlisi Təqsirləndirilən şəxs3la rastlaşmışdır. O, Nazimə onunla işi olduğunu demiş və axşam onun evinə gəlməsini xahiş etmişdir. Lakin həmin gün Nazim gəlməmişdir. O, 12 iyul 2018-ci il tarixdə Nazimlə yaşadığı evin yaxınlığında görüşmüş və Nazimə “bir yer var ora qarovulluq eləmək lazımdı, nə lazımdı sənə hörmət eliyəcəm” demişdir. Nazim onunla razılaşmış və birlikdə “Selbasan” adlanan yerdə çətənə bitkiləri əkdiyi yerə getmək qərarına gəlmişdir. Həmin yerə getmək üçün zəng vurub həmkəndlisi İlqarı çağırmışdır. İlqar idarə etdiyi “Mersedes” markalı AZ **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Onlar birlikdə İlqarın maşını ilə narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyi sahəyə getmişlər. Sahəyə çatmamış çayın kənarında İlqar maşını saxlamış, o, isə Nazimlə birlikdə sahəyə getmişdir. Nazim çətənə bitkilərini görüb həmin bitkilərin kimin əkdiyini və kimə məxsus olduğunu soruşmuşdur. O, Nazimə həmin çətənə bitkilərini Nəzirlə birlikdə əkib-becərdiyini, lakin Nəzirin sonradan orada qalmaqdan imtina etdiyini bildirmiş və Nazimə “bu sahədə qalıb 20 gün qarovulluq eləmək lazımdır, sənə lazım olan ərzağı, siqareti də verəcəm, bitkilər tam yetişib məhsulu yığandan sonra sənə pul da verəcəm” demişdir. Nazim onun təklifi ilə razılaşmış bundan sonra İlqarın maşını ilə kəndə qayıtmışlar. Nazim avtomobildən düşüb getmişdir. O, İlqarla təklikdə avtomobildə qalmışdır. İlqar ona Nəzirin onunla birlikdə “Selbasan” adlanan ərazidə narkotik tərkibli çətənə bitkiləri əkdiyini dediyini bildirmiş və onu nə üçün həmin sahəyə apardığını soruşmuşdur. O, İlqara Nəzirin dediklərinin doğru olduğunu, orada çətənə bitkiləri əkdiyini, lakin sonradan Nəzirin orada qalmaqdan imtina etdiyini, ona görə də həmin yerdə olan bitkilərin yetişdirilməsi, daha sonra narkotik vasitə əldə edib satılması üçün ona kömək lazım olduğunu demişdir. İlqar ona Nazim orada qalmağa razılıq veribsə onun ərzaqla təmin etməkdə, daha sonra əldə olunan narkotik vasitəni satmaqda ona kömək edə biləcəyini demişdir. O, İlqara köməklik etsə bunun müqabilində pul vercəyimə söz vermiş və İlqar onunla razılaşmışdır. 13 iyul 2018-ci il tarixdə o, Nazim və İlqarla birlikdə, sonuncunun idarə etdiyi maşınla yenidən həmin sahəyə getmiş, ora gedərkən yoldan siqaret, ərzaq və su almışlar. Nazim sahədə qarovulluq etmək üçün orada qalmışdır. Bundan sonra bir neçə dəfə o, İlqarla birlikdə Nazimə ərzaq, su və siqaret aparmışdır. O, təxminən 2018-ci ilin iyul ayının sonlarında dəqiq gününü xatırlamadığı tarixdə İlqarla Muxax kəndində görüşən zaman İlqara artıq hazır nəşə olduğunu və almaq istəyən olsa sata biləcəyini demişdir. İlqar da ona “Qobustan rayonunda yaşayan Vəli adlı tanışım var, ona nəşə lazımdır, əkdiyin yerdən get nəşə gətir, mənim maşınımla gedək Qobustana həmin nəşəni Vəliyə satıb qayıdaq” demişdir. O, İlqarla razılaşmış və onlar birlikdə İlqarın maşını iləsahəyə getmişlər İlqar maşını çayın kənarında saxlamışdır. O, maşından düşüb sahəyə getmiş və orada Nazimdən təxminən 100 qram qurudulmuş marixuana götürərək geri qayıdıb həmin marixuananı İlqara vermişdir. İlqar həmin narkotik vasitədən götürüb 2 ədəd kibrit qutusuna doldurmuş və həmin kibrit qutularını sürücü oturacağının altına gizlətmişdir. Bundan 2-3 gün keçdikdən sonra o, İlqarla birlikdə sonuncunun maşını ilə Qobustan qəsəbəsinə getmişdir. Yolda olarkən İlqar Vəli adlı şəxslə telefonla danışmış və Vəliyə “yoldayam, nəşəni gətirib gəlirəm” demişdir. Bundan sonra İlqar ona Vəlinin Qobustan qəsəbəsinin girəcəyində onları gözləyəcəyini demişdir. Qobusatan qəsəbəsinə çatdıqda Vəli adlı bir şəxs onun maşınına oturmuş və onlar birlikdə dəniz kənarına getmişlər. X19 ilə birlikdə maşından düşüb yaxınlıqda yerləşən kafeyə getmişlər. O, isə maşında gözləmişdir. Təxminən iki saat keçdikdən sonra İlqar onun yanına gəlmiş və ona “gətirdiyimiz nəşə 85 qram oldu və onu Vəliyə 750 manata satdım, amma pulunu sabah verəcək” demişdir. Bundan sonra o, İlqarla birlikdə Bakı şəhərinə getmiş və gecəni orada yaşayan həmkəndlisi Vüsalın evində qalmışdır. Səhəri gün saat 11 radələrində yenidən Qobustan qəsəbəsinə qayıtmış və orada Vəli ilə görüşmüşlər. Vəli onlara 750 manat pul vermişdir. O, həmin puldan İlqarın maşınına benzin tökmüş, bundan başqa İlqara 150 manat pul vermişdir. Bundan sonra İlqarla birlikdə Zaqatala rayonuna qayıtmışlar. 29 iyul 2018-ci il tarixdə o, İlqarla birlikdə “Selbasan” adlanan sahəyə getmiş və orada Nazimlə görüşmüşdür. Nazim ona məhkəmədə işinin olduğunu və buna görə evə qayıtmalı olduğunu demişdir. Nazim ona “mən evdə Bakı şəhərinə işləməyə getdiyimi demişəm, evə qayıdanda əliboş getməyim, nəsə alım. Bunun üçün mənə pul lazımdır” demişdir. O, İlqarla birlikdə Qobustan qəsəbəsində Vəliyə satdıqları narkotik vasitəyə görə aldığı puldan Nazimə 160 manat pul vermişdir. Bundan sonra o, Nazim və İlqar birlikdə Muxax kəndinə qayıtmışlar. O, 04 avqust 2018-ci il tarixdə Əliabad pavilyonunda çayxanada oturub çay içərkən narkotik əkdiyi sahədə Nazimin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. O, tutulacağından qorxduğuna görə Əliabad qəsəbəsində “Fətəli bulağı” adlanan yerdə gizlənmişdir. Özünə ərzaq və siqaret almaq üçün 08 avqust 2018-ci il tarixədək orada meşədə qalmışdır. 08 avqust 2018-ci il tarixdə saat 10 radələrində Əliabad qəsəbəsinə getmək qərarına gəlmişdir. Əliabad qəsəbəsində polis əməkdaşları onu narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli olduğundan tutmuşlar. Ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Polis əməkdaşları müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın qabaq sol cibində bir ədəd sellofan bükümdə toxumlar aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin toxumların hansı bitkinin toxumları olduğunu və haradan əldə etdiyini soruşmuşlar. O, həmin toxumların narkotik tərkibli çətənə bitkisinin toxumları olduğunu və yaşadığı Muxax kəndinin kənarında çöldə yabanı halda bitmiş çətənə bitkilərindən yığaraq əldə etdiyini bildirmişdir. Həmin toxumların sellofan bükümdə fotoşəkli çəkilmiş və zərfə qoyularaq bağlanmışdır. Bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs1 ona verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, 2015-ci ildə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yığaraq yaşadığı evin yaxınlığındakı körpünün altındakı beton plitələrin arasında gizlətməsindən heç kəsin məlumatı olmamışdır. Selbasan adlanan ərazidə çətənə bitkilərini tanışı Nəzir adlı şəxslə birlikdə əkmişdir. Həmin bitkiləri əkməkdə məqsədləri narkotik maddə əldə edib sataraq pul qazanmaq olmuşdur. Selbasan adlanan ərazidə narkotik tərkibli çətənə bitkiləri əkibbecərmələri Nəzir, İlqar və Nazimdən başqa heç kimin məlumatı olmamışdır. Nazim həmin sahədə qalmağa başlıyandan sonra İlqarla bir neçə dəfə Nazimə ərzaq, siqaret və su aparmışdır. Çətənə bitkisi əkdikləri sahəyə qədər maşın yolu olmadığına görə İlqar maşını çayın kənarında saxlamışdır və İlqar fiziki qüsurlu olduğuna görə ərzaq məhsullarını Nazimin yanına o aparmışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 iyul 2018ci il tarixdə saat 15:00 radələrində Muxax kəndində “Selpo” adlanan yerdə həmkəndlisi Təqsirləndirilən şəxs1 Mahmud oğlu ilə rastlaşmışdır. O, Ramini həmkəndlisi olduğuna görə əvvəlcədən tanımış və münasibətləri yaxşı olmuşdur. Ramin ona “səninlə işim var, axşam vaxtın olsa bizim evə gələrsən” demişdir. O, həmin gün işləri olduğuna görə Raminlə görüşə bilməmişdir. Bundan iki gün keçdikdən sonra o, Raminlə yaşadığı evin yaxınlığında görüşmüşdür. Bundan təxminən 5 dəqiqə keçdikdən sonra həmkəndlisi İlqar idarə etdiyi “Mersedes” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı maşınla onların yanına gəlmişdir. Ramin ona İlqarın maşınını göstərib “gəl otur maşına, orada söhbət edək” demişdir. O, maşının arxa oturacağında, Ramin ön sərnişin oturacağında, İlqar isə sürücü oturacağında oturmuşlar. Həmin vaxt İlqar cibindən narkotik vasitə hesab olunan qurudulmuş marixuana çıxarıb siqaretə doldurmuş və o, İlqar, Ramin həmin marixuananı çəkmişlər. Bundan sonra Ramin İlqara “sür maşını sahəyə gedək, Raminə sahəni göstərək” demişdir. O, Ramindən hansı sahəyə getdiyimizi, ona həmin sahəni nə üçün göstərmək istədiyini soruşmuşdur. Ramin ona “gedək sahəyə çataq orada deyəcəm” demişdir. İlqar maşını Muxax kəndi ərazisində “Selbasan” adlanan yerə sürmüş və orada çayın kənarında maşını saxlamışdır. Ramin ona” düş maşından gedək sənə göstərəcəyim yer var” demişdir. İlqar “mənim ayağım ağrıyır, siz gedin baxıb gəlin, mən burada sizi gözləyəcəm” deyərək sahəyə getməmişdir. Ramin onu kolların arasından keçən cığırla apararaq “Selbasan” çölündəki meşəlik əraziyə aparmışdır. O, həmin meşəlik ərazinin içərisində olan sahəyə girdikdə orada çoxlu sayda çətənə kollarının əkildiyini görmüşdür. Ramin ona həmin çətənə kollarını özünün əkib-becərdiyini və sahədə qalıb qarovulluq etdiyini demişdir. Ramin ona “sənin bütün “rasxodlarını” da ödəyəcəm, iş qurataranda sənə pul da verəcəm, 20 gün burada qalıb qarovulluq eləmək lazımdır”. O, özü mütəmadi olaraq marixuanadan istifadə etdiyinə və pula ehtiyacı olduğuna görə Raminin təklifi ilə razılaşmışdır. O, həm pul qazanacağını, həm də çəkmək üçün pulsuz nəşəsi olacağını fikirləşmişdir. O, sonra Raminlə birlikdə İlqarın maşını ilə Muxax kəndinə evə qayıtmışdır. O, 13 iyul 2018-ci il tarixdə saat 12 radələrində Bakı şəhərinə getmək adı ilə evdən çıxmış və Raminin evinin yanına getmişdir. Orada Ramin və İlqarla görüşmüşdür. Bundan sonra İlqarın maşını ilə Raminin çətənə kolları əkdiyi sahəyə getmişlər. Oraya gedərkən Ramin yoldan ərzaq, siqaret və su almışdır. Yol pis olduğuna görə İlqar maşını sahədən bir qədər aralıda saxlamışdır. O, Raminlə birlikdə düşüb həmin sahəyə getmişdir. Onu həmin sahəyə düşürdükdən sonra Ramin və İlqar çıxıb getmişlər. O, 13 iyul 2018-ci il tarixdən 14 iyul 2018-ci il tarixə keçən gecəni narkotik əkilən sahənin yanında meşəlik ərazidə yerləşən daxmada qalmışdır. Səhəri gün, yəni 14 iyul 2018-ci il tarixdə səhər narkotik əkilən sahədə gecələmək üçün özünə yer düzəltmişdir. Bundan sonra 14 iyul 2018-ci il tarixdən 29 iyul 2018-ci il tarixə kimi həmin sahədə qalıb orada qarovulluq etmişdir. Orada qaldığı müddət ərzində Ramin İlqarla birlikdə sonuncunun idarə etdiyi maşınla hər iki gündən bir onun yanına gələrək ona ərzaq, siqaret və su gətirmişdir. Bir dəfə Ramin İlqarla birlikdə onun yanına gələrək təxminən 100 qram qurudulmuş marixuana götürərək çıxıb getmişlər. İlqar fiziki qusurlü olduğuna görə sahənin içərisinə kimi gəlmirdi. İlqar maşını sahənin yaxınlığındakı çayın kənarında saxlayıb orada gözləyirdi. Bundan sonra Ramin və İlqarla bir neçə dəfə narkotik əkilən sahənin yanında çayın kənarında yeyibiçmişlər. Birlikdə yeyib içərkən İlqarla Raminin arasında olan söhbətdən bilmişdir ki, onlar onun qarovulluq etdiyi sahədən narkotik maddə götürdükdən sonra birlikdə Qobustan qəsəbəsinə gedərək orada həmin narkotik maddəni Vəli adlı şəxsə satıblar. 29 iyul 2018ci il tarixdə Ramin sahəyə onun yanına gəlmişdir. Raminə evə getməli olduğunu və pul lazım olduğunu demişdir. Ramin ona 160 manat pul vermişdir. Bundan sonra evə getmişdir. Həmin vaxt evdə anasına və atasına Bakı şəhərindən gəldiyini demişdir. Bundan sonra 31 iyul 2018-ci il tarixdə Ramin ona zəng vurub Əliabad pavilyonunda çayxanada olduğunu demiş və onu ora çağırmışdır. O, həmin yerə getmiş, həmin vaxt İlqar da orada olmuşdur. Onlar birlikdə yeyib-içdikdən sonra Ramin Əliabad qəsəbəsində dayısının evində qalacağını demiş, o isə İlqarla birlikdə öz evinə qayıtmışdır. 01 avqust 2018-ci il tarixdə saat 19 radələrində Ramin ona zəng vurub yenidən Əliabad pavilyonuna çağırmışdır. Ora gedib çayxanada Raminlə görüşmüşdür. Həmin vaxt Raminin dayısı oğlu Orxan da orada olmuşdur. Onlar birlikdə oturub çay içmişlər. Bir qədər oturduqdan sonra Raminlə stoldan durub bir qədər kənar çəkilmişlər. Ramin ona təklikdə demişdir ki, narkotik əkilən sahəyə gedib əkilən narkotik tərkibli bitkilərin yerində olub-olmadığını yoxlamaq lazımdır. O da Raminə həmin sahəyə gedəcəyini demişdir. Bundan sonra Orxandan onu Muxax kəndinə evinə çatdırmasını xahiş etmişdir. Yolda qərara gəlmişdir ki, narkotik əkilən sahəyə baş çəksin. Orxanın həmin ərazidə narkotik əkilməsindən xəbəri olmamışdır. Ona görə də Orxana demişdir ki, Selbasan adlanan ərazidə ona məxsus ot sahəsi var və həmin sahəyə baxmaq istəyir. Orxandan xahiş etmişdir ki, onu həmin sahəyə aparsın. Orxan onunla razılaşmış və maşını həmin sahəyə sürmüşdür. Sahəyə çatmamış çayın kənarında Orxandan maşını saxlamasını xahiş etmişdir. O, Orxana sahəyə kimi maşın yolu olmadığını demişdir. O, Orxanın həmin sahədə narkotik əkilməsini barədə məlumatı olmamasını istəmişdir. O, çayın kənarında maşından düşmüş və sahəyə getmişdir. Orada hər şeyin qaydasında olduğunu görüb geri qayıtmış və Orxanla birlikdə Muxax kəndinə evimə getmişdir. Orxan onu evə düşürüb geri qayıtmışdır. O, Raminə zəng vurub sahədə hər şeyin yerində olduğunu demişdir. O, bundan sonra 04 avqust 2018-ci il tarixdə saat 11:00 radələrində Əliabad qəsəbəsində Raminlə görüşmüşdür. Ramin ona sahəyə gedib orada qarovulluq eləmək lazım olduğunu demişdir. O, Raminlə razılaşmış və bundan sonra evə getmişdir. Həmin gün axşam saat 18:00 radələrində o, “Şimşək” dairəsi adlanan yerə getmişdir. Oradan Əliabad qəsəbəsi istiqamətində gedən marşrut avtobusuna minərək aeroportun yanında düşmüşdür və piyada sahəyə getmişdir. Orada polis əməkdaşları onu narkotik tərkibli bitkiləri əkib-becərməkdə və narkotik vasitələri saxlamaqda şübhəli bilərək şübhəli şəxs qismində tutmuşlar. Vəkil Rəcəb Rəcəbov ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Müdafiəçinin və hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın arxa sol cibində qarovulluq etdiyi sahədə əkilən kollardan yığdığım yaş halda olan marixuana aşkar edilmişdir. Həmin narkotik maddə onun, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 3,6 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik maddə çəkildikdən sonra ağ rəngli zərfə qablaşdırılmışdır. Bundan başqa əynində olan şalvarın arxa sağ cibindən qurudulmuş marixuana aşkar edilmiş və tərəzidə çəkilmiş, çəkisinin 4,3 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik maddə çəkildikdən sonra ağ rəngli zərfə qablaşdırılmışdır. Bundan başqa əynində olan şalvarın qabaq sağ cibindən üzərində “Victory” sözü yazılmış bir ədəd kibrit qutusunda qurudulmuş marixana aşkar edilmiş və tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə çəkisinin 5,5 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik maddə çəkildikdən sonra ağ rəngli zərfə qablaşdırılmışdır. Bundan sonra onun, müdafiəçisinin və iki nəfər hal şahidinin iştirakı ilə çətənə bitkiləri əkilən iki sahəyə baxış keçirilmişdir. Uzunluğu 20 metr, eni 10 metr olan birinci sahəyə baxış keçirilən zaman oradan 32 ədəd çətənə bitkisi və 8 ədəd yerdən təxminən 30 sm hündürlükdə qırılmış çətənə bitkisinin kökü aşkar edilmişdir. 32 ədəd çətənə bitkisi və 8 ədəd çətənə bitkisinin kökü onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə yerdən çıxarılaraq tərəzidə çəkilmiş və çəkisinin 29 kiloqram 495 qram olduğu müəyyən edilmişdir. Bundan başqa həmin sahədə kökdən çıxarılaraq yerə yığılmış və qurumuş 16 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkiləri onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 2 kiloqram 670 qram olduğu müəyyən edilmişdir. Bundan başqa həmin sahədə yerə sərilərək qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 360 qram olduğu müəyyən edilmişdir. Bundan başqa digər sahəyə baxış keçirilən zaman oradan 40 ədəd çətənə bitkisi və 11 ədəd çətənə bitkisinin kökü aşkar edilmişdir. Həmin çətənə bitkiləri və kökləri onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə yerdən çıxarılaraq tərəzidə çəkilmiş və çəkisinin 22 kiloqram 460 qram olduğu müəyyən edilmişdir. Bundan başqa həmin sahədə kökdən çıxarılaraq yerə yığılmış və qurumuş 14 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkiləri onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 1 kiloqram 140 qram olduğu müəyyən edilmişdir. O, polis əməkdaşlarına bundan başqa həmin sahədən təxminən 100 metr aralıda 1 ədəd çətənə bitkisinin əkildiyini demişdir. Həmin çətənə bitkisi onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə yerdən çıxarılaraq tərəzidə çəkilmiş və çəkisinin 310 qram olduğu müəyyən edilmişdir. Bundan başqa baxış keçirilən zaman gecələmək üçün düzəltdiyi yerdən təxminən 8 metr aralıda gər ağacının yanında yerdə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik maddə onun, müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin 440 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çətənə bitkiləri, onların kökləri və qurudulmuş marixuana ayrı-ayrılıqda tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Onun üzərində şəxsi axtarış aparılması və narkotik tərkibli çətənə bitkiləri əkilən hər iki sahəyə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş, o, protokolla tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs3 ona verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, ilk dəfə Ramin və İlqarla “Selbasan” adlanan ərazidə olan sahəyə gedəndə orada olan çətənə bitkilərinin bir hissəsi tam yetişmiş ağaclar olmuş, bir hissəsinin isə yalnız kökləri olmuşdur. Ramin ona demişdir ki, həmin bitkiləri özü əkib və onları yetişdirib. Həmin müddət ərzində isə özü orada qarovulluq edib. Ramin ona həmin bitkiləri tək özünün əkdiyini və onları yetişdirdiyini demişdir. Ramin həmçinin ona demişdir ki, həmin bitkilərin toxumlarını tutulmamışdan əvvəl Muxax kəndinin kənarındakı çöl sahəsində yabanı halda bitmiş çətənə bitkilərindən yığaraq əldə etmişdir. Ramin həmin bitkiləri narkotik vasitə əldə edib sataraq pul qazanmaq istədiyini ona demişdir. Ramin həmin sahədə qarovulluq etməyi müqabilində həmin bitkilərdən əldə etdiyi narkotik vasitələrin satışından gələn pulun bir hissəsini ona verəcəyini vəd etmişdir. Bundan başqa Ramin orada qarovul qalacağı müddət ərzində ona siqaret və lazım olan ərzağı gətirəcəyini demişdir. Həmin sahədə qarovulluq etməyi müqabilində Ramin ona bir dəfə 160 manat pul vermişdir. Həmin sahədə qarovulluq etdiyi müddətdə Ramin bir dəfə İlqarla sahəyə gələrək təxminən 100 qram qurudulmuş narkotik maddə götürərək çıxıb getmişdir. Ramin həmin narkotik maddəni götürəndə ona heç bir söz deməmişdir. Lakin sonradan o, Ramin və İlqar sahənin kənarında birlikdə yeyib içərkən İlqar demişdir ki, həmin narkotik maddəni Raminlə birlikdə Qobustan qəsəbəsinə apararaq orada Vəli adlı şəxsə satıblar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mersedes-benz” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı maşınla taksi fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin iyun ayının axırlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Nəzir adlı şəxsi Qımır kəndinin girəcəyində yerləşən dayanacaqdan götürüb Zaqatala şəhərinə evinə aparmasını xahiş etmişdir. O, öz maşını ilə Raminin dediyi yerə gedərək Nəziri öz maşını ilə Zaqatala şəhərinə gətirmişdir. O, Nəziri əvvəllər Zaqatala şəhərində görmüş və onu tanımış, münasibətləri yaxşı olmuşdur. Maşına oturduqdan sonra Nəzirin əsəbi olduğunu görüb bunun səbəbini və Qımır kəndində nə etdiyini soruşmuşdur. Yolda Nəzir ona “Selbasan” adlanan ərazidə Raminlə birlikdə narkotik tərkibli bitkilər əkdiyini, həmin sahədə qalaraq orada qarovulluq etdiyini, lakin Ramin onunla yola getmədiyini, tez-tez aralarında mübahisə baş verdiyini demişdir. Nəzir həmin sahədə qarovul qalmayacağını və bu işdən uzaqlaşmaq istədiyini demişdir. Nəzir ondan bu barədə Raminə heç bir söz deməməsini xahiş etmişdir. O, həmin vaxt Ramin və Nəzirin “Selbasan” adlanan ərazidə narkotik tərkibli bitkilər əkdiyini bilmişdir. Bundan təxminən 15 gün keçdikdən sonra o, Muxax kəndində Raminlə rastlaşmışdır. Ramin ondan həmkəndlisi Təqsirləndirilən şəxs3 axtardığını demiş və ondan Nazimi görüb-görmədiyini soruşmuşdur. O, Raminə Nazimi görmədiyini demiş və ondan Nazimi nə üçün axtardığını soruşmuşdur. Ramin bu barədə ona heç bir söz deməmişdir. O, bundan bir neçə gün keçdikdən sonra Muxax kəndində Ramin və Nazimi birlikdə görmüşdür. Ramin ondan öz maşını ilə onu və Nazimi Selbasan adlanan əraziyə aparmasını xahiş etmişdir. O, razılaşmış və X13 sahəsinə aparıb düşürmüşdür. Ramin və Nazim maşından düşüb meşəlik sahəyə doğru getmişlər. O, fiziki qüsurlu olduğuna görə onlarla birlikdə sahəyə getməmiş və onları maşında gözləmişdir. Təxminən yarım saat vaxt keçdikdən sonra Nazim və Ramin geri qayıtmış və o, Ramin və Nazimi Muxax kəndinə aparmışdır. Bundan bir müddət keçdikdən sonra Ramin ona zəng vurub Əliabad qəsəbəsinə aparmasını xahiş etmişdir. O, öz maşını ilə Ramini Əliabad qəsəbəsinə apararkən yolda Nəzirin onunla birlikdə Selbasan sahəsində narkotik tərkibli bitkilər əkməsi ilə bağlı ona dediklərini Raminə demişdir. Ramin Nəzirin bu barədə ona deməsinə görə əsəbiləşərək Nəziri söyməyə başlamışdır. O, Ramindən həmin sahədə narkotik tərkibli bitkilər əkib-əkmədiyini soruşmuşdur. Ramin Nəzirlə birlikdə həmin sahədə narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. O, Raminə “sən mənə də həmin sahəyə maşın sürdürmüsən, məni zibilə salma” demişdir. Bundan bir müddət keçdikdən sonra Ramin ona zəng vuraraq Bakı şəhərində işi olduğunu demiş və ondan özü maşını ilə Bakı şəhərinə aparmasını xahiş etmişdir. O, razılaşmış və idarə etdiyim “Mersedesbenz” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı maşınla Raminlə birlikdə Bakı şəhərinə yola düşmüşdür. Yolda Ramin öz telefonu ilə kiminləsə danışmış və telefonun konturu bitmişdir. Bundan sonra Ramin öz telefonunda ona bir nömrə göstərmiş və həmin nömrənin Qobustan qəsəbəsində yaşayan Vəli adlı şəxsin nömrəsi olduğunu demişdir. O, Vəlini əvvəlcədən tanıyırdı, onunla normal münasibəti var idi. Əvvəllər Qobustan qəsəbəsində olarkən Vəli ilə tanış olmuşdur və dəfələrlə Qobustan qəsəbəsində görüşüb birlikdə yeyib-içmişlər. Ramin ona Vəlinin nömrəsini vermiş və ona demişdir ki, Vəlini yığıb hara getməli olduqlarını ondan soruşsun. Vəlinin nömrəsini yığaraq ondan harada görüşəcəklərini soruşmuşdur. Vəli onları Qobustan qəsəbəsində çimərlik tərəfdə gözləyəcəyini demişdir. Vəli ilə telefonda danışarkən Ramin ona demişdir ki, Vəliyə “ona de ki, pul söhbəti keçən dəfəki kimi olmasın, mənim dayanmağa vaxtım yoxdur, malı verib pulu götürüb çıxıb gedəcəm” deyim. O da Raminin sözlərini ona dediyi kimi Vəliyə demişdir. Vəli də heç bir problem olmayacağını demişdir. Ramindən Vəliyə nə mal verəcəyini, pulu nə üçün alacağını soruşmuşdur. Ramin isə Bakı şəhərinə Vəliyə narkotik maddə satmağa getdiyini demişdir. Bundan sonra onlar Qobustan qəsəbəsinə getmişlər və orada Vəli ilə görüşmüşlər. X18 narkotik maddəni vermişdir. Vəli pulu səhər verəcəyini demişdir. Onlar buna görə Bakı şəhərinə gedib gecəni orada qalmaq qərarına gəlmişlər. Bundan sonra o və Ramin Bakı şəhərinə gedib orada yaşayan həmkəndliləri Vüsalın evində qalmışlar. Səhəri gün o və Ramin Zaqatala rayonuna qayıdanda Qobustan qəsəbəsində Ramin satdığı narkotik maddənin pulunu Vəlidən götürmüşdür. 05 avqust 2018-ci il tarixdə Ramin ona zəng vurub Əliabad qəsəbəsində olduğunu demişdir. Ramin ondan xahiş etmişdir ki, Əliabad qəsəbəsinə gedib onu götürərək Muxax kəndinə yaşadığı evə gətirsin. O, öz maşını ilə tək Əliabad qəsəbəsinə gedərkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları onu saxlamışlar və polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Zaqatala rayon polis şöbəsinə gəlmişdir. Orada polis əməkdaşları ona Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməkdə və qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək tutulduğunu bildirmişlər. Zaqatala rayon polis şöbəsinin inzibati binasının həyətində müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd 50 manatlıq, 3 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 7 ədəd 1 manaqlıq əskinaslarda olmaqla cəmi 102 manat pul aşkar edilmişdir. O, həmin pulun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onun yazılı razılığı ilə onun, müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə ona məxsus olan “Mersedes-benz” markalı AZ **-GN-*** dövlət qeydiyyat nişanlı maşına baxış keçirilmişdir. Maşına baxış keçirilən zaman sürücü oturacağının alt hissəsində üzərində “FESKO” sözü yazılmış iki ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutuları açılmış və içərisində qurudulmuş, yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Maşında bundan başqa qabaq sərnişin oturacağının üstündə 7 ədəd kibrit qutusu aşkar edilmişdir. Polis əməkdşları ondan maşının oturacağının altından aşkar edilmiş iki ədəd kibrit qutusunda olan bitki kütləsinin nə olduğu və kimə məxsus olduğunu soruşmuşlar. O, həmin kibrit qutularında olan maddənin nə olduğunu və kimə məxsus olduğunu bilmədiyini, ola bilsin ki, həmin kibrit qutularında olan maddənin narkotik vasitə olduğunu və həmin narkotik maddəni Raminin onun maşınında gizlətmiş olacağını polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, Nazim və Ramini bir dəfə həmin sahəyə aparmışdır. Onlara ərzaq, siqaret aparmamışdır və onlar orada birlikdə yeyib-içməmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Nəzir adlı şəxslərin Selbasan adlanan sahədə narkotik tərkibli bitkilər əkib-becərdiyini Nəzir ona demişdir. Sonradan Ramin ona demişdir ki, Nəzir həmin sahədə qalmaq istəməyib və o, buna görə Nazimi həmin işə cəlb etmişdir. Nazim Nəzirdən sonra narkotik bitkilər əkilən sahədə qalaraq qarovulluq etmişdir.O, Raminlə narkotik tərkibli bitkilər əkibbecərməmişdir. Ramin Selbasan ərazisində əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını haradan əldə etməsi ilə bağlı ona heç bir söz deməmişdir. Raminin toxumları haradan əldə etdiyini bilməmişdir. Qobustan qəsəbəsinə tək Raminlə getmişdir. Orada Vəli ilə görşərkən yanlarında başqa heç kəs olmamışdır. Onunla Ramin arasında Qobustan qəsəbəsinə gedərək orada Vəli adlı şəxsə narkotik vasitə satmaq barədə əvvəlcədən razılıq olmamışdır. Yolda olarkən Raminin dediklərindən başa düşmüşdür ki, o, Qobustan qəsəbəsinə Vəli ilə görüşüb ona narkotik maddə satmağa gedir. Raminin həmin narkotik vasitəni Selbasan sahəsində əkib-becərdiyi çətənə bitkilərindən əldə etdiyini bilmişdir. Raminin Vəli adlı şəxsə narkotik vasitəni hansı qiymətə satdığını bilməmişdir. Ramin Bakı şəhərinə gedib qayıtmağına görə maşınına benzin tökmüş və yemək almışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə 2018-ci il tarixdə baş vermişdi. İlk öncə Zaqatala rayonu Muxax kəndi sakini Təqsirləndirilən şəxs3 tərəflərindən saxlanılmışdı. Tərəflərindən müəyyən olunmuşdur ki, Zaqatala rayonu Muxax kəndinin selbasan adlı ərazisində narkotik vasitə əkilmişdir. Həmin əraziyə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və oradan iki yerdə narkotik vasitə olan çətənə bitkilərinin əkilməsi aşkar edilmişdir. Bir yerdə 50, digər yerdə isə 40-dan artıq çətənə bitkisi olmuşdur. Bundan sonra həmin narkotik vasitələrin əkilməsinə iştirak edən digər şübhəli şəxs olan Təqsirləndirilən şəxs2 tərəflərindən Zaqatala rayonu Əliabad qəsəbəsində saxlanılmış, oradan Zaqatala Rayon Polis Şöbəsinə gətirilərək maşınına baxış keçirilmişdir. Maşına baxış keçirilən zaman maşının qabaq oturacağının arxa hissəsindən iki ədəd dolu kibrit qutusu çıxmışdı. Həmçinin sağ oturacağın üstündə isə 7 ədəd boş kibrit qutusu çıxmışdır. Onlar da müvafiq olaraq sənədləşdirilmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid11 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mahuma oğlunu tanıyır, digər təqsirləndirilən şəxsi tanımır. Təqsirləndirilən şəxslərlə heç bir ədavəti və düşmənçili yoxdur. İlqar Məmmədovu taksi fəaliyyəti ilə məşğul olam şəxs kimi tanımışdır. Qobustan qəsəbəsində yaşadığı evin yaxınlığında qohumu ev tikmiş, orda işliyən ustalar Zaqatala şəhərindən olmuş, İlqar da onların yanına bir neçə dəfə gəlib getmişdir. Orda İlqarla dəniz qırağında 2-3 dəfə oturmuş, söhbət etmişlər, orda olarkən onu tanımışdır. Orda narkotik vasitədən də birlikdə istifadə etmişlər. Məhkəmə istintaqı zamanı Şahid11 suallara cavab olaraq bildirdi ki, birinci İlqarla bir yerdə oturmuş, narkotik vasitədən istifadə etmişdir. Ramini isə sonradan İlqara görə tanımışdır. Sonuncu dəfə İlqar gedəndə ona pay kimi biraz narkotiki qoyduğunu demişdir. Onları 2018-ci ildə ifadə verərkən də bildirmişdır. Sonradan dəniz kənarında selofanda bükülmüş halda çox az miqdarda narkotiki vasitənin olduğunu görmüşdür. İlqar ona narkotik vasitəni hədiyə kimi qoyduğunu demişdir. İlqar ondan ancaq borc olaraq yanacaq pulu istiyib, o, da 150 manat borca pul vermişdir. Aralarında başqa alver olmayıb. Sonuncu dəfə İlqar narkotik vasitəni gətirəndə onunla maşında bir nəfər də olmuş, həmin şəxsin Ramin olmasını ehtimal edir. Ramini də İlqarın yanına gəldiyindən tanımışdır. Dəqiq yadında deyil, lakin təxminən Ramin ilə də 2 dəfə görüşmüşdür. Axırıncı dəfə İlqar gələndə onun maşınında bir nəfər yatmışdı, həmin adam sonradan tanıdığı Ramin olmuşdur. İlqarın ayağı xəstə olduğuna görə dəniz qırağına ayağını quma qoyub müalicə almaq üçün gəlirdi. İlqar ilə dəniz qırağında görüşəndə, onun həmin gün İlqarla telefon danışıqları olmuşdu. Telefonda ancaq İlqar ilə danışmışdır. Raminlə danışmamışdır. Onun Raminlə münasibəti olmayıb, İlqara görə onu tanımışdır. İlqar ilə cəmi üç dəfə görüşmüşlər. Həmin görüşlərdən ikisində birlikdə narkotik vasitədən istifadə etmişlər. Şahid Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildə Qobustan qəsəbəsində yaşadığı evin yaxınlığında qohumu Nizaminin bağ evinin tikintisində işləyən Zaqatala rayonu Muxax kənd sakinləri Elşən və Seyfullanın yanına qonaq gəlmiş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. 2017-ci ilin avqust ayında İlqar tək idarə etdiyi “Mersedes” markalı maşınla Qobustan qəsəbəsinə gəlmişdir. İlqarla söhbət edərkən aralarında narkotik vasitə olan marixuana barədə söhbət olmuşdur. İlqar ona mütəmadi olaraq marixuanadan istifadə etdiyini demişdir. O, da İlqara düşəndə marixuanadan istifadə etdiyini demişdir. İlqar ona öz maşınında marixana olduğunu demiş və birlikdə həmin marixuananı çəkməyi təklif etmişdir. O, razılaşmış, İlqar maşınından marixuana gətirmiş və birlikdə həmin marixuananı çəkmişlər. O, İlqardan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşmuşdur. İlqar ona həmin narkotik vasitəni ona hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən tanışının verdiyini demiş, lakin həmin tanışının kim olduğunu deməmişdir. İlqar ona əgər istəyən olarsa istənilən qədər marixuana təşkil edə biləcəyini demişdir. O, marixuana istəyən olsa İlqara deyəcəyimi bildirmişdir. Bundan sonra İlqar Zaqatala rayonuna qayıtmışdır. O, arabir İlqarla telefonda danışmışdır. Təxminən 2018-ci ilin iyul ayında o, İlqara zəng vurub marixuana lazım olduğunu və ona həmin narkotik vasitəni təşkil edə bilib-bilməyəcəyni soruşmuşdur. İlqar ona istədiyi qədər marixuana təşkil edə biləcəyini demişdir. O, İlqara əgər təşkil edə bilərsə, onun yaşadığı Qobustan qəsəbəsinə marixuana gətirməsini demişdir. İlqar onunla razılaşmı və marixuana gətirib gələcəyini demişdir. Həmin gün axşam İlqar öz maşını ilə Qobustan qəsəbəsinə gəlmişdir. O, Qobustan qəsəbəsində dəniz kənarında İlqarla görüşmüşdür. İlqar ona marixuananı gətirib gəldiyini demişdir. İlqar gətirdiyi marixuana nın maşında olduğunu həmkəndlisi Raminlə gədliyini demişdir. O, İlqara gətirdiyi marixuananı balıq vətəgəsində torun kənarında gizlətməsini demişdir. O, marixuananı almaq üçün üstümdə pulunun olmadığını demişdir. İlqar Bakı şəhərinə gedib orada qalacağını və səhəri gün geri qayıdanda ona satdığı marixauananın pulunu götürəcəyini demişdir. İlqar bundan sonra çıxıb getmişdir. Səhəri gün İlqar ona zəng vurmuş və pulu götürməyə gələcəyini demişdir. O, Qobustan qəsəbəsində İlqarla görüşüb ona satdığı marixauanaya görə İlqara 200 manat pul vermişdir. İlqar pulu götürdükdən sonra çıxıb getmişdir. O, ifadəsində İlqar ona bundan əvvəl də bir dəfədə Qobustan qəsəbəsi ərazisində narkotik vasitə sayılan qurudulmuş marixuana satdığını, İlqarın ona satdığı narkotik vasitəyə görə İlqara 550 manat pul verdiyini, aldığı narkotik vasitəni özünün istifadə etdiyini demişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Zaqatala RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs3 “Selbasan” adlanan ərazidə narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi, narkotik vasitə hesab edilən marixuanadan mütəmadi istifadə etməsi və qanunsuz saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatının yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Zaqatala-Yevlax magistral yolunun sağ tərəfində Muxax kəndi ərazisinə daxil olan “Selbasan” adlanan əraziyə getmişlər və həmin ərazidə narkotik tərkibli çətənə bitkilərinin əkib-becərildiyi müəyyən edilmişdir. Onlar həmin ərazidə olarkən Təqsirləndirilən şəxs3 da orada olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs3 təhqiqatçı tərəfindən şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin edilmişdir. Mütəxəssis qismində Zaqatala bitki mühafizəsi mərkəzinin rəisi Şahid6 və iki nəfər hal şahidi də dəvət edildikdən sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs3 əynində olan şalvarın arxa sol cibindən kəskin iyli, yaşıl rəngli, yaş halda olan bitki kütləsi, şalvarın arxa sağ cibindən kəskin iyli, qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin bitki kütlələrinin narkotik tərkibli çətənə bitkisi olduğunu və “Selbasan” adlanan sahədə əkibbecərərək yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin bitki kütlələri tərəzidə çəkildikdən sonra qablaşdırılmış və təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 əynində olan şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusu və həmin kibrit qutusunun içərisində kəskin iyli, yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin də narkotik tərkibli çətənə bitkisi olduğunu və “Selbasan” adlanan sahədə əkib-becərərək yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin bitki kütləsi də qablaşdırılaraq möhürlənmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 əynində olan şalvarın ön sol cibindən siqaret aşkar edilmiş, həmin siqaret qutusunun içərisində 14 ədəd siqaret olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs3 özünə qaytarılmışdır. Bundan sonra onun, Təqsirləndirilən şəxs3, müdafiəçisinin, hal şahidlərinin və mütəxəssisin iştirakı ilə “Selbasan” adlanan ərazidə uzunluğu təxminən 20 metr, eni 10 metr olan kollardan təmizlənmiş sahəyə baxış keçirilmiş və orada 40 ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin çətənə bitkilərini Ramin adlı Muxax kənd sakini ilə əkib-becərdiyini bildirmiş, həmin çətənə bitkiləri kökündən çıxarılaraq qablaşdırılmış, elektron tərəzidə çəkilmiş və çəkisinin 29 kiloqram 495 qram olduğu müəyyən edilmişdir. Bundan başqa həmin sahədə 16 ədəd kökündən çıxarılaraq yerə yığılmış quru halda olan çətənə bitkiləri aşkar edilmiş, həmin 16 ədəd qurudulmuş çətənə bitkisi də qablaşdırılaraq tərəzidə çəkilmişdir. Bundan başqa həmin sahədə yerə sərilmiş qurudulmuş, kəskin iyli bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsi də elektron tərəzidə çəkilərək götürülmüşdür. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs3 aşkar edilmiş yaş və quru halda olan bitki kütlələrinin narkotik vasitə hesab edilən marixuana olduğunu və həmin narkotik vasitəni “Selbasan” adlanan ərazidə Təqsirləndirilən şəxs1la birlikdə əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin sahədən təxminən 50 metr aralıda başqa bir sahədə də çətənə bitkiləri əkib-becərdiklərini bildirmiş, həmin sahəyə də baxış keçirilmişdir. Orada 51 ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmiş və həmin bitkilər kökündən çıxarılaraq sintetik kisələrə yığılmış və elektron tərəzidə çəkilmişdir. Bundan başqa həmin sahədə 14 ədəd kökündən çıxarılmış quru halda olan çətənə bitkiləri aşkar edilmiş, həmin bitkilər də qablaşdırılaraq, götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 həmin sahədən təxminən 100 metr aralıda bir ədəd çətənə bitkisi əkdiyini bildirmiş, həmin yerə baxış keçirilmiş və oradan bir ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkilərdə qablaşdırılaraq tərəzidə çəkilmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin sahənin yaxınlığında gecələmək üçün düzəltdiyi yerə baxış keçirilmiş və orada olan adyalın alt hissəsində ağ rəngli sintetik kisənin üzərinə sərilmiş yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin bitki kütləsi yığıldığı sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 160 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 gecələmək üçün düzəltdiyi yerdən ona məxsus olan müxtəlif paltarlar, yorğan, döşək, fənər, dəhrə, su qabı, içərisində 3 ədəd siqaret və ərzaq olan bir ədəd torba aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 gecələmək üçün düzəltdiyi yerdən 8 metr aralıda ağacın dibindən içərisində kəskin iyli bitki kütləsi olan sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin bitki kütləsi də elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, oxunduqdan sonra həmin protokolla tanış olub imzalamışlar. Təqsirləndirilən şəxs3 ilkin izahatında “Selbasan” adlanan ərazidə narkotik tərkibli çətənə bitkilərini Muxax kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq əkibbecərdiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək tutulmaları məqsədilə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs2 Zaqatala rayonu ərazisində olduğu yeri müəyyən etdikdən sonra idarə etdiyi avtomobillə birlikdə Zaqatala RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən şübhəli bilinərək tutulmuş və ona müdafiəçi təyin edilmişdir. Bundan sonra onun, iki nəfər hal şahidinin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd 50 manatlıq, 3 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 102 manat pul aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra, hal şahidlərinin, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes-benz” markalı avtomobilə baxış keçirilmiş, həmin avtomobilə baxış keçirilən zaman sürücü oturacağının alt hissəsindən iki ədəd kibrit qutusuna qablaşdırılmış yaşıl rəngli, qurudulmuş, kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi kibrit qutuları ilə birlikdə onun iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Bir kibrit qutusunda 6,9 qram, digər kibrit qutusunda isə 10,9 qram bitki kütləsi aşkar edilmiş, içərisində bitki kütləsi olan kibrit qutuları təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa həmin avtomobilin qabaq sərnişin oturacağının üzərində bir ədəd içərisi boş və 6 ədəd içərisində bitki hissəcikləri olan cəmi 7 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutuları da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və onun idarə etdiyi avtomobilə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokol oxunduqdan sonra imzalanmışdır. 08 avqust 2018-ci il tarixdə şübhəli bilinərək tutulmuş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs1 üzərində onun, iki nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd sellofan bükümdə toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin toxumların narkotik tərkibli çətənə bitkisinə aid toxumlar olduğunu, həmin toxumların özünə məxsus olduğunu və əvvəllər yaşadığı kəndin yaxınlığındakı sahədə yabanı halda bitmiş çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş toxumların fotoşəkli çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, bundan sonra protokol tərtib edilərək oxunub imzalanmışdır. Birinci instansiya məhkəməsi iclasında ona ünvanlanan sualları cavablandırarkən baxış zamanı təqsirləndirilən şəxslərə qarşı heç bir zor tətbiq olunmadığını, təzyiq göstərilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları tamamilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zaqatala rayon bitki mühafizəsi xidmətinin rəisi vəzifəsində işləyir. 04 avqust 2018-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşları ona zəng edərək Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs3 “Selbasan” adlanan ərazidə narkotik tərkibli bitkilər əkib-becərməsi ilə məşğul olduğunu bildirmiş və həmin sahəyə baxış keçirilməsində mütəxəssis qismində iştirak etməyə dəvət etmişlər. O, baxışda iştirak etməyə razılıq vermiş və polis əməkdaşları ilə birlikdə “Selbasan” adlanan əraziyə getmişlər. Həmin əraziyə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən tutulmuş Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan şalvarın ciblərindən kəskin iyli, qurudulmuş və yaş halda bitki kütlələri aşkar edilmiş, Nazim həmin bitki kütlələrinin narkotik tərkibli çətənə bitkiləri olduğunu və “Selbasan” adlanan sahədə əkib-becərərək yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin bitki kütlələri tərəzidə çəkildikdən sonra möhürlənib, götürülmüşdür. Bundan sonra onun, hal şahidlərinin, Təqsirləndirilən şəxs3, müdafiəçisinin iştirakıyla “Selbasan” adlanan ərazidə uzunluğu təxminən 20 metr, eni 10 metr olan kollardan təmizlənmiş sahəyə baxış keçirilmiş, həmin sahəyə baxış keçirilən zaman orada 40 ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmiş, o, həmin bitkiləri müayinə etdikdən sonra onlara aqrotexniki qulluq olunduğunu, yəni əkildikdən sonra sulandığını, dibinin təmizləndiyini və yetişdirildiyini polis əməkdaşlarına bildirmişdir. Bundan başqa həmin sahədə 16 ədəd kökündən çıxarılaraq yerə yığılmış quru halda olan çətənə bitkiləri aşkar edilmiş, həmin bitkilərə də aqrotexniki qaydada qulluq olunmuşdur. Bundan başqa həmin sahədə yerə sərilmiş qurudulmuş, kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Aşkar edilmiş bitkilər qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 olduqları sahədən təxminən 50 metr aralıda başqa bir sahədə də çətənə bitkiləri əkib-becərdiklərini bildirmiş, həmin sahəyə baxış keçirilən zaman orada 51 ədəd kök üstündə olan çətənə bitkisi və 14 ədəd kökündən çıxarılmış quru halda olan çətənə bitkiləri aşkar edilmiş, o, həmin bitkiləri də müayinə etmiş və onlara aqrotexniki qulluq olunduğunu bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 həmin sahədən təxminən 100 metr aralıda bir ədəd çətənə bitkisi əkdiyini bildirmiş, həmin yerə baxış keçirilmiş və oradan bir ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkilərdə əkildikdən sonra sulanıb, dibi təmizlənib, qulluq olunmuşdu. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin sahənin yaxınlığında gecələmək üçün düzəltdiyi yerə baxış keçirilmiş, baxış keçirilən zaman orada olan adyalın alt hissəsində ağ rəngli sintetik kisənin üzərinə sərilmiş yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 gecələmək üçün düzəltdiyi yerdən 8 metr aralıda ağacın dibindən içərisində kəskin iyli bitki kütləsi olan sellofan torba aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Baxış zamanı aşkar olunan narkotik vasitələr polis əməkdaşları tərəfindən tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs3 baxış zamanı polis əməkdaşlarına aşkar edilən narkotik vasitəni “Selbasan” adlanan ərazidə Ramin adlı Muxax kənd sakini ilə əkib-becərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 05 avqust 2018-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq külli miqdarda narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və satışında şübhəli bilinərək tutulmuş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və onun idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. O, hal şahidi qismində iştirak etməyə razılıq verdikdən sonra Zaqatala RPŞ-nin inzibati binasına getmiş, orada digər hal şahidinin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan şalvarın arxa sağ cibindən pullar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun və digər hal şahidinin iştirakıyla polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman sürücü oturacağının alt hissəsindən iki ədəd kibrit qutusuna qablaşdırılmış yaşıl rəngli, qurudulmuş, kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Bundan başqa həmin avtomobilin qabaq sərnişin oturacağının üzərində bir ədəd içərisi boş və 6 ədəd içərisində bitki hissəcikləri olan cəmi 7 ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutuları polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənib, götürülmüşdür. Sonda tərtib olunan protokolla tanış olduqdan sonra imzalamışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid9 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları tamamilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 08 avqust 2018-ci il tarixdə saat 16 radələrində Zaqatala rayonu Əliabad qəsəbəsində yaşadığı evin qarşısında küçədə polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli bilinərək tutulmuş şəxsin üzərində şəxsi axtarış aparılması zamanı hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. O, hal şahidi qismində iştirak etməyə razılaşmış və müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın qabaq sol cibindən bir ədəd sellofan bükümdə toxumlar aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq Təqsirləndirilən şəxs1 həmin toxumların özünə məxsus olduğunu, yaşadığı Muxax kəndinin yaxınlığındakı sahədə yabanı halda bitmiş çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş toxumların fotoşəkli çəkilmiş və polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənib, götürülmüşdür. Sonda tərtib olunmuş protokolla tanış olduqdan sonra imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər hal şahidi Şahid13 Şahid12 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları tamamilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 04 avqust 2018-ci il tarixdə saat 18:30 radələrində Zaqatala rayon polis şöbəsinin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsində və narkotik vasitələrin saxlanmasında şübhəli bilinən şəxsin üzərində şəxsi axtarış və narkotik tərkibli bitkilərin əkilib-becərildiyi sahəyə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. O, hal şahidi qismində iştirak etməyə razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə ZaqatalaYevlax magistral yolunun sağ kənarında yerləşən “Selbasan” adlanan əraziyə getmişlər. Bundan sonra onun, digər hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə narkotik tərkibli bitkilərin əkilib-becərilməsində və narkotik vasitələrin saxlanmasında şübhəli bilinərək tutulmuş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan şalvarın arxa sol cibindən kəskin iyli, yaşıl rəngli, yaş halda olan bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik tərkibli çətənə bitkisi olduğunu və “Selbasan” adlanan sahədə əkib-becərərək yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmiş, həmin bitki kütləsi onun, digər hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 əynində olan şalvarın arxa sağ cibindən kəskin iyli, qurudulmuş bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik tərkibli çətənə bitkisi olduğunu və “Selbasan” adlanan sahədə əkib-becərərək yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 əynində olan şalvarın ön sağ cibindən üzərində bir ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusunun içərisində kəskin iyli, yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik tərkibli çətənə bitkisi olduğunu və “Selbasan” adlanan sahədə əkib-becərərək yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Bundan sonra onun, digər hal şahidinin, Təqsirləndirilən şəxs3, onun müdafiəçisinin, və mütəxəssisin iştirakı ilə “Selbasan” adlanan ərazidə uzunluğu təxminən 20 metr, eni 10 metr olan kollardan təmizlənmiş sahəyə baxış keçirilmiş, orada 40 ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin çətənə bitkilərini Ramin adlı Muxax kənd sakini ilə əkib-becərdiyini bildirmişdir. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılmışdır. Bundan başqa həmin sahədə 16 ədəd kökündən çıxarılaraq yerə yığılmış quru halda olan çətənə bitkiləri və yerə sərilmiş qurudulmuş, kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs3 aşkar edilmiş yaş və quru halda olan bitki kütlələrinin narkotik vasitə hesab edilən marixuana olduğunu və həmin narkotik vasitəni “Selbasan” adlanan həmin ərazidə Təqsirləndirilən şəxs1la birlikdə əkibbecərdiyi narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs3 bundan başqa haradasa çətənə bitkiləri əkibəkilmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs3 olduqları sahədən təxminən 50 metr aralıda başqa bir sahədə də çətənə bitkiləri əkib-becərdiklərini bildirmiş, bundan sonra həmin sahəyə onların iştirakı ilə baxış keçirilmişdir. Həmin sahəyə baxış keçirilən zaman orada 51 ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmiş, həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq sintetik kisələrə yığılaraq götürülmüşdür. Bundan başqa həmin sahədə 14 ədəd kökündən çıxarılmış quru halda olan çətənə bitkiləri aşkar edilmiş, həmin bitkilər onun iştirakı ilə polis əməkdaşları tərəfindən bir ədəd sintetik kisəyə qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Bundan sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs3 həmin sahədən təxminən 100 metr aralıda bir ədəd çətənə bitkisi əkdiyini bildirmiş, onların iştirakı ilə həmin bitkinin olduğu yerə baxış keçirilmiş və oradan bir ədəd kök üstündə olan çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkisi onun iştirakı ilə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin sahənin yaxınlığında gecələmək üçün düzəltdiyi yerə baxış keçirilmiş, orada olan adyalın alt hissəsində ağ rəngli sintetik kisənin üzərinə sərilmiş yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs3 aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, həmin bitki kütləsi yığıldığı sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 gecələmək üçün düzəltdiyi yerdən 8 metr aralıda ağacın dibindən içərisində kəskin iyli bitki kütləsi olan sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, aşkar edilmiş həmin narkotik vasitələr qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, oxunduqdan sonra o, həmin protokolla tanış olub imzalamışdır. Cinayət işinin materiallarında olan 04 avqust 2018-ci il tarixli raporta əsasən, narkotik vasitələrin istifadəsində, narkotik xassəli çətənə bitkilərinin əkilib-becərilməsində və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs3 04.08.2018-ci il tarixdə Zaqatala rayonu Muxax kəndinə məxsus “Selbasan” adlanan çöl sahəsində narkotik xassəli çətənə bitkilərinə qulluq göstərən zaman saxlanılmışdır. (cild 1, iş vərəqi 8). Cinayət işinin materiallarında olan 05 avqust 2018-ci il tarixli raporta əsasən, narkotik vasitələrin istifadəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik xassəli çətənə bitkilərinin əkilib-becərilməsində Təqsirləndirilən şəxs3 köməklik göstərməkdə şübhəli bilinən Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs2 05.08.2018-ci il tarixdə Zaqatala rayonu ərazisində saxlanılmış, idarə etdiyi **-GN-*** dövlət qeydiyyat nişanlı, göy rəngli “Mersedes” markalı nəqliyyat vasitəsilə birgə RPŞ-yə gətirilmişdir. (cild 1, iş vərəqi 69) Cinayət işinin materiallarında olan 08 avqust 2018-ci il tarixli raporta əsasən, Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsində iştirakı müəyyən olunmuş, 08.08.2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 Zaqatala rayonu Əliabad kəndi ərazisində tutularaq RPŞ-yə gətirilmişdir. (cild 1, iş vərəqi 240) Cinayət işinin materiallarında olan 04 avqust 2018-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs3 əynindəki şalvarın arxa sol cibindən yaş halda olan bitki mənşəli yaşıl kütləni təqdim edib, həmin kütləni çətənə kollarından topladığını bildirmiş, həmin yaş halda olan bitki mənşəli kütlə elektron tərəzidə çəkilmiş və 3,6 qram olması müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs3 şalvarın arxa sağ cibindən quru halda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş və həmin kütlə elektron tərəzidə çəkilmiş və 4,3 qram olması müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs3 əynindəki şalvarın ön sağ cibindən içərisində qurudulmuş marixuanaya bənzər yaşıl kütlə olan bir ədəd kibrit qutusunu çıxardıb təqdim etmiş, həmin kibrit qutusu içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və 5,5 qram qram olması müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli zərfdə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 əynindəki şalvarın ön sol cibindən siqaret qutusu aşkar olunmuş, iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs3 özünə qaytarılmışdır. (cild 1, iş vərəqi 32-35). Cinayət işinin materiallarında olan 05 avqust 2018-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şalvarının sağ arxa cibindən 1 (bir) ədəd 50 manatlıq, 3 (üç) ədəd 10 manatlıq, 3 (üç) ədəd 5 (beş) manatlıq və 7 (yeddi) ədəd 1 manatlıq pul əskinasları- cəmi 102 (bir yüz iki) manat pul götürülmüş, bundan başqa iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqi 87-89) Cinayət işinin materiallarında olan 08 avqust 2018-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan cins şalvarın qabaq sol cibində bir ədəd sellofan büküm hal şahidlərinin və müdafiəçinin iştirakı ilə açıldıqda içərisində toxumların olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin toxumların özünə məxsus olduğunu, yaşadığı Muxax kəndinin yaxınlığında çöl sahəsində yabanı halda bitmiş çətənə bitkisinin toxumları olduğunu, həmin toxumları əkib-becərərək narkotik əldə etmək istədiyini bildirmişdir. Aşkar edilmiş toxumlar aşkar edildiyi sellofan bükümə qoyularaq fotoşəkilləri çəkilmiş, bir ədəd zərfə qoyularaq möhürlənmişdir. (cild 2, iş vərəqi 1-3) Cinayət işinin materiallarında olan 04 avqust 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən “Selbasan” adlanan çöldə meşəyə bənzər kolluq ərazidə baxış keçirilərkən çətənə kollarına bənzər bitkilərin əkildiyi biri 20 metr uzunluqda, 10 metr endə, digəri 10 metr uzunluqda 5 metr endə olmaqla koldan alaqdan təmizlənmiş iki sahə aşkar edilmiş, həmin sahələrin arasındakı məsafə təxminən 50 metrdir. Sahələrin arasında gecələmək üçün xüsusi yer hazırlanmışdır. Uzunluğu 20 metr eni 10 metr olan torpaq sahəsində 40 (qırx) ədəd çətənə koluna bənzər bitkinin olduğu müəyyən olunmuş, 40 ədəd bitkidən 8 ədədinin kökdən təxminən 30 sm hündürlükdən gövdədən qırılmış vəziyyətdə olduğu müşahidə edilmiş, həmin 40 ədəd çətənə koluna bənzər bitki kökündən çıxarılaraq sintetik kisələrdə qablaşdırılmış və elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 29 kq 495 qram olduğu müəyyən olunmuşdur. Həmin sahəyə baxış keçirilərkən sahənin içərisində kökündən çıxarılmış quru halda olan 16 ədəd çətənə koluna bənzər bitki aşkar olunmuş, həmin 16 ədəd bitki sintetik kisələrdə qablaşdırılmış və elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 2 kq 670 qram olduğu müəyyən olunmuşdur. Həmin sahədə yerə sərilmiş halda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə ağ rəngli polietilen torbaya qoyularaq qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Kütlənin torba ilə birlikdə ümumi çəkisi 360 qram olduğu müəyyən edilmişdir. Digər 10 metr uzunluqda 5 metr enində olan sahəyə baxış keçirilərkən sahədə 51 ədəd çətənə koluna bənzər bitki olduğu müşahidə edilmiş, həmin bitkilərdən 11 ədəd bitkinin gövdəsi kökdən təxminən 25-30 sm hündürlükdən qırılmış vəziyyətdə olmuşdur. Həmin 51 ədəd çətənə koluna bənzər kökündən çıxarılaraq sintetik kisələrdə qablaşdırılmış və həmin sintetik kisələrdə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 22 kq 460 qram olduğu müəyyən olunmuşdur. Həmin sahəyə baxış keçirilərkən sahənin içərisində kökündən çıxarılmış quru halda olan 14 ədəd çətənə koluna bənzər bitki aşkar olunmuş, həmin 14 ədəd bitki sintetik kisədə qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. 14 ədəd quru halda olan kökündən çıxarılmış çətənə kolları qablaşdırıldığı kisə ilə birlikdə ümumi çəkisi 1 kq 140 qram olmuşdur. Daha sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs3 narkotik əkilmiş sahələrdən təxminən 100 metr aralıda bir ədəd əkilib qulluq olunmuş çətənə kolu olduğunu bildirmiş və həmin kolluq sahəyə baxış keçirilərkən kolluğun içərisinə doğru təxminən 30-40 sm enində cığır olduğu, həmin cığırla təxminən 15 metr kolluğun içərisinə daxil olduqda çığırın sonunda dibi alaqdan təmizlənmiş bir ədəd çətənə koluna bənzər bitki olduğu müşahidə olunmuş, həmin bitki kökündən çıxarılmış və sintetik kisədə qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, qablaşdırıldığı sintetik kisə ilə birlikdə həmin bir ədəd çətənə koluna bənzər bitkinin çəkisi 310 qram müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi gecələmək üçün xüsusi olaraq hazırladığı yerə baxış keçirilmiş, baxış zamanı həmin yerdə olan adyalın altında sintetik kisənin içərisində marixuanaya bənzər yaşıl kütlə aşkar olunmuş, həmin kütlə üzərinə sərilmiş kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 160 qram olmuşdur. Həmin vaxt baxışda iştirak edən Nazim Nəmmədov gecələmək üçün hazırladığı yerdən təxminən 8 metr aralıda ağacın dibində marixuana olduğunu bildirmiş və həmin yerə baxış zamanı gər ağacının dibində yerdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə polietilen torbada qablaşdırılaraq tərəzidə çəkilmişdir. Həmin kütlənin torba ilə birlikdə ümumi çəkisi 440 qram olmuş, daha sonra gecələmək üçün xüsusi hazırlanmış yerdə olan yorğan, döşək, 3 ədəd adyal, bir ədəd mayka, bir ədəd şortik, bir ədəd gödəkcə, bir ədəd qara rəngli idman şalvarı sintetik kisələrdə, bir ədəd əl fənəri, bir ədəd dəhrə, bir ədəd plastik su qabı və bir ədəd kart sintetik kisədə, həmin yerdə aşkar olunan ərzaq isə göy rəngli polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Şahid6 aşkar edilərkən kökündən çıxarılıb qablaşdırılan çətənə kollarına xüsusi qulluq olunduğunu bildirmişdir. (cild 1, iş vərəqi 40-43) Cinayət işinin materiallarında olan 05 avqust 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zaqatala rayonu Muxax kəndində yaşayan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücü əyləşən oturacağının alt tərəfindən üzərində “ФЭСKO” yazısı olan iki ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya oxşar yaşıl kütlə aşkar olunaraq götürülmüş, bundan əlavə qabaq sağ oturacağın üstündə olan 7 (yeddi) ədəd-birinin içi boş, digərlərinin içərisində dənələr olan kibrit qutusu və Təqsirləndirilən şəxs2 məxsus P ******* nömrəli pasport götürülmüşdür. Üzərində “ФЭСKO” yazısı olan iki ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya oxşar yaşıl kütlə elektron tərəzidə çəkilmiş, həmin yaşıl kütlələrdən birinin çəkisi kibrit qutusu ilə birlikdə 6,9 qram, digərinin isə çəkisi kibrit qutusu ilə birlikdə 10,9 qram olmuşdur. (cild 1, iş vərəqi 95-97) Cinayət işinin materiallarında olan 04 avqust 2018-ci il tarixli rəydən görünür ki, 04 avqust 2018-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində yaşayan Təqsirləndirilən şəxs3 əkib-becərməkdə şübhəli olduğu Muxax kənd ərazisində yerləşən “Selbasan” adlanan çöl sahəsinə baxış keçirərkən həmin sahədə aşkar olunmuş 122 (bir yüz iyirmi iki) ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. (cild 1 iş vərəq 54) Məhkəmə Ekspertiza Mərkəzi X17 tərəfindən verilmiş 05 avqust 2018-ci il tarixli, 348 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqdə “Zaqatala rayonu Muxax kəndində yerləşən “Selbasan” çölündəki .. 20 metr uzunluğunda 10 metr enində olan sahədə aşkar edilərək götürülmüş ..bitki..” sözləri yazılmış 05 (beş) ədədsintetik kisələrin içərisində ümumilikdə 32 (otuz iki) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 26 kiloqram 325,00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin 05 (beş) ədəd sintetik kisələriniçərisində, ümumilikdə 08 (səkkiz) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 2 kiloqram 630,00 qram olan bitki kökləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələridir. - Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış vərəqdə “Zaqatala rayonu Muxax kəndində yerləşən “Selbasan” çölündəki .. 10 metr uzunluğunda 5 metr enində olan sahədə aşkar edilərək götürülmüş .. bitki ..” sözləri yazılmış 04 (dörd) ədəd sintetik kisələrin içərisində ümumilikdə 40 (qırx) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 17 kiloqram 975, 00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin 04 (dörd) ədəd sintetik kisələrin içərisində ümumilikdə 11 (on bir) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 3 kiloqram 410,00 qram olan bitki kökləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələridir. - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Zaqatala rayonu Muxax kəndində yerləşən “Selbasan” çölündə çətənə kolları əkilmiş 20 metr uzunluğunda 10 metr enində olan sahənin içərisində aşkar edilən ... quru halda olan 16 ədəd çətənə ..” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 16 (on altı) ədəd, quru vəziyyətdə, ümumi təmiz çəkisi-2 kiloqram 325,00 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Zaqatala rayonu Muxax kəndində yerləşən “Selbasan” çölündə çətənə kolları əkilmiş 10 metr uzunluğunda 5 metr enində olan sahənin içərisində aşkar edilən ... quru halda olan 14 ədəd çətənə ..” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 14 (on dörd) ədəd, quru vəziyyətdə, ümumi təmiz çəkisi – 865,00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Zaqatala rayonu Muxax kəndində yerləşən “Selbasan” çölündəki kolluq sahədə aşkar edilərək götürülmüş bir ədəd çətənə...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 01 (bir) ədəd, yaş vəziyyətdə, təmiz çəkisi – 155,48 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. - Təqdim olunmuş, üzərinə yapışdırılmış vərqədə “Zaqatala rayonu Muxax kəndində yerləşən “Selbasan” çölündə çətənə kolları əkilmiş 20 metr uzunluğunda 10 metr enində olan sahənin içərisində aşkar edilən qurudulmuş marixuanaya bənzər yaşıl kütlə..” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisində, təmiz çəkisi – 355,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “... Təqsirləndirilən şəxs3 Muxax kəndi ərazisidnəki “Selbasan” çöl sahəsində ... gecələmək üçün hazırladığıyerdən aşkar edilən ...” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisində, təmiz çəkisi, 420,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs3 əynindəki şalvarın arxa sağ cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə..” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-4,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 əynindəki şalvarın ön sağ cibində...” sözləri yazılmış 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-1,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Təqdim olunuş üzərində “... Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **- GN-*** dövlət qeydiyyat nişanlı avtomaşının.. aşkar olunaraq götürülmüş...” sözləri yazılmış 01 (bir)ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri – 8,23 qram və 4,10 qram, ümumi təmiz çəkisi-12,33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. - Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 əynindəki şalvarın arxa sol cibində aşkar olunaraq götürülmüş yaş halda olan bitki mənşəli kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, yaş vəziyyətdə təmiz çəkisi- 1,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. - Təqdim olunuş üzərində “...Təqsirləndirilən şəxs3 Muxax kəndi ərazisində yerləşən “Selbasan” çöl sahəsindəki... kolluq və ağaclıq hissədə .. gecələmək üçün hazırladığı adyalın altındakı ağ rəngli sintetik kisənin içərisində olan .. kütlə..” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sintetik kisədə, yaş vəziyyətdə təmiz çəkisi- 79,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (lannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. - Təqdim olunmuş 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar ilə 03 (üç) ədəd zərfdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 1 iş vərəq 157-161) - Məhkəmə Ekspertiza Mərkəzi X17 tərəfindən verilmiş 28 sentyabr 2018-ci il tarixli, 419 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan 135 (bir yüz otuz beş) ədəd bozumtul-yaşıl rəngli bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır, çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir.(cild 2 iş vərəq 165-166) - Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 20 avqust 2018-ci il tarixli, 461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 03 iş vərəq 23) - Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 20 avqust 2018-ci il tarixli, 462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğuna görə narkomanlıq xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 10 yanvar 2019-cu il tarixli, 12 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əziyyət çəkir. 3-cü qrup əlil olduğuna görə narkomanlıq xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 03 iş vərəq 21) Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 оğlu Cınayət 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs2 istintaq, qismən birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclası zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs2 оğlunun məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxslərin cinаyət əməli Cinayət Məcəlləsinin Təqsirləndirilən şəxs2 maddələri ilə düzgün tövsif olunmuşdur Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin əsas dəlili onun əməlində cinayət tərkibi olmadığından Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, hazırkı cinayət işi 04.08.2018-ci il tarixdə narkotik vasitələrin istifadəsində, narkotik xassəli çətənə bitkilərinin əkilib-becərilməsində və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Zaqatala rayonu Muxax kənd sakini Məmmədov X7 rayonu Muxax kəndinə məxsus “Selbasan” adlanan çöl sahəsində narkotik xassəli çətənə bitkilərinə qulluq göstərən zaman saxlanılmış, daha sonra ona müdafiəçi təyin olunmuş, saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 19:15-dən 19:40-dək olan müddət ərzində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və narkotik vasitə aşkar olunmuş, daha sonra həmin tarixdə saat 19:45-dən 21:20-dək hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən Selbasan adlanan çöldə meşəyə bənzər kolluq ərazidə baxış keçirilmiş və çətənə kollarına bənzər bitkilərin əkildiyi biri 20 metr uzunluqda, 10 metr endə, digəri 10 metr uzunluqda 5 metr endə olmaqla koldan alaqdan təmizlənmiş iki sahə aşkar edilmiş, həmin sahələrin arasındakı məsafə təxminən 50 metrdir. Sahələrin arasında gecələmək üçün xüsusi yer hazırlanmışdır. Uzunluğu 20 metr eni 10 metr olan torpaq sahəsində 40 (qırx) ədəd çətənə koluna bənzər bitkinin olduğu müəyyən olunmuş, 40 ədəd bitkidən 8 ədədinin kökdən təxminən 30 sm hündürlükdən gövdədən qırılmış vəziyyətdə olduğu müşahidə edilmiş, həmin 40 ədəd çətənə koluna bənzər bitki kökündən çıxarılaraq sintetik kisələrdə qablaşdırılmış və elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 29 kq 495 qram olduğu müəyyən olunmuşdur. Həmin sahəyə baxış keçirilərkən sahənin içərisində kökündən çıxarılmış quru halda olan 16 ədəd çətənə koluna bənzər bitki aşkar olunmuş, həmin 16 ədəd bitki sintetik kisələrdə qablaşdırılmış və elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 2 kq 670 qram olduğu müəyyən olunmuşdur. Həmin sahədə yerə sərilmiş halda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə ağ rəngli polietilen torbaya qoyularaq qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Kütlənin torba ilə birlikdə ümumi çəkisi 360 qram olduğu müəyyən edilmişdir. Digər 10 metr uzunluqda 5 metr enində olan sahəyə baxış keçirilərkən sahədə 51 ədəd çətənə koluna bənzər bitki olduğu müşahidə edilmiş, həmin bitkilərdən 11 ədəd bitkinin gövdəsi kökdən təxminən 25-30 sm hündürlükdən qırılmış vəziyyətdə olmuşdur. Həmin 51 ədəd çətənə koluna bənzər kökündən çıxarılaraq sintetik kisələrdə qablaşdırılmış və həmin sintetik kisələrdə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 22 kq 460 qram olduğu müəyyən olunmuşdur. Həmin sahəyə baxış keçirilərkən sahənin içərisində kökündən çıxarılmış quru halda olan 14 ədəd çətənə koluna bənzər bitki aşkar olunmuş, həmin 14 ədəd bitki sintetik kisədə qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. 14 ədəd quru halda olan kökündən çıxarılmış çətənə kolları qablaşdırıldığı kisə ilə birlikdə ümumi çəkisi 1 kq 140 qram olmuşdur. Daha sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs3 narkotik əkilmiş sahələrdən təxminən 100 metr aralıda bir ədəd əkilib qulluq olunmuş çətənə kolu olduğunu bildirmiş və həmin kolluq sahəyə baxış keçirilərkən kolluğun içərisinə doğru təxminən 30-40 sm enində cığır olduğu, həmin cığırla təxminən 15 metr kolluğun içərisinə daxil olduqda çığırın sonunda dibi alaqdan təmizlənmiş bir ədəd çətənə koluna bənzər bitki olduğu müşahidə olunmuş, həmin bitki kökündən çıxarılmış və sintetik kisədə qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, qablaşdırıldığı sintetik kisə ilə birlikdə həmin bir ədəd çətənə koluna bənzər bitkinin çəkisi 310 qram müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi gecələmək üçün xüsusi olaraq hazırladığı yerə baxış keçirilmiş, baxış zamanı həmin yerdə olan adyalın altında sintetik kisənin içərisində marixuanaya bənzər yaşıl kütlə aşkar olunmuş, həmin kütlə üzərinə sərilmiş kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 160 qram olmuşdur. Həmin vaxt baxışda iştirak edən Nazim Nəmmədov gecələmək üçün hazırladığı yerdən təxminən 8 metr aralıda ağacın dibində marixuana olduğunu bildirmiş və həmin yerə baxış zamanı gər ağacının dibində yerdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə polietilen torbada qablaşdırılaraq tərəzidə çəkilmişdir. Həmin kütlənin torba ilə birlikdə ümumi çəkisi 440 qram olmuş, daha sonra gecələmək üçün xüsusi hazırlanmış yerdə olan yorğan, döşək, 3 ədəd adyal, bir ədəd mayka, bir ədəd şortik, bir ədəd gödəkcə, bir ədəd qara rəngli idman şalvarı sintetik kisələrdə, bir ədəd əl fənəri, bir ədəd dəhrə, bir ədəd plastik su qabı və bir ədəd kart sintetik kisədə, həmin yerdə aşkar olunan ərzaq isə göy rəngli polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Şahid6 aşkar edilərkən kökündən çıxarılıb qablaşdırılan çətənə kollarına xüsusi qulluq olunduğunu bildirmişdir. Götürülmüş narkotik tərkibli maddələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. İş materiallarından görünür ki, hazırkı cinayət işi 05.08.2018-ci il tarixdə saat 00:00 radələrində narkotik vasitələri üzərində, idarə etdiyi “Mersedes” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxlamaqda və narkotik xassəli çətənə bitkilərinin əkilibbecərilməsində şübhəli bilinən Zaqatala rayonu Muxax kəndində yaşayan Mahmudov X9 rayonu ərazisində saxlanılmış, idarə etdiyi göy rəngli nəqliyyat vasitəsilə birgə RPŞ-yə gətirilmiş, daha sonra ona müdafiəçi təyin olunmuş, saat 00:40-da şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 00:50-dən 01:00-dək olan müddət ərzində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və cəmi 102 (bir yüz iki) manat pul aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə saat 01:05dən 01:35-dək hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 “Mersedes” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomaşının sürücü əyləşən oturacağının alt tərəfindən üzərində “ФЭСKO” yazısı olan iki ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya oxşar yaşıl kütlə aşkar olunaraq götürülmüş, bundan əlavə qabaq sağ oturacağın üstündə olan 7 (yeddi) ədəd-birinin içi boş, digərlərinin içərisində dənələr olan kibrit qutusu və Təqsirləndirilən şəxs2 məxsus P3788017 nömrəli pasport götürülmüşdür. Üzərində “ФЭСKO” yazısı olan iki ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya oxşar yaşıl kütlə elektron tərəzidə çəkilmiş, həmin yaşıl kütlələrdən birinin çəkisi kibrit qutusu ilə birlikdə 6,9 qram, digərinin isə çəkisi kibrit qutusu ilə birlikdə 10,9 qram olmuşdur. İş materiallarından görünür ki, hazırkı cinayət işi 08 avqust 2018-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 Zaqatala rayonu Əliabad kəndi ərazisində tutularaq RPŞ-yə gətirilmiş, daha sonra ona müdafiəçi təyin olunmuş, saat 15:45-də şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 16:10-dan 16:50-dək olan müddət ərzində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və onun əynində olan cins şalvarın qabaq sol cibində bir ədəd sellofan büküm hal şahidlərinin və müdafiəçinin iştirakı ilə açıldıqda içərisində toxumların olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin toxumların özünə məxsus olduğunu, yaşadığı Muxax kəndinin yaxınlığında çöl sahəsində yabanı halda bitmiş çətənə bitkisinin toxumları olduğunu, həmin toxumları əkibbecərərək narkotik əldə etmək istədiyini bildirmişdir. Aşkar edilmiş toxumlar aşkar edildiyi sellofan bükümə qoyularaq fotoşəkilləri çəkilmiş, bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 narkotik vasitəni almış olan Şahid11, Təqsirləndirilən şəxs1 tanıdığını, onunla Raminin əlaqə saxladığını, özünün onunla telefon vasitəsilə danışmadığını, Təqsirləndirilən şəxs1 da öz növbəsində bunu təstiq etsə də, kollegiyanın iclasında şahid qismində dindirilmiş Şahid11 bunu inkar edərək, öncə Təqsirləndirilən şəxs2 tanıdığını, onunla bir neçə dəfə görüşüb narkotik vasitə istifadə etdiklərini, ancaq İlqarla telefonla əlaqə saxladığını, Raminin onunla heç bir əlaqəsinin olmadığını, onunla telefonda danışmadığını, sonuncu dəfə də İlqarla danışıb görüşdüyünü, narkotik vasitəni ona İlqarın verdiyini, lakin satmadığını, hədiyyə etdiyini, lakin həmin vaxt İlqara borca 150 manat verdiyini göstərmişdir. Bununla da kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri Təqsirləndirilən şəxs2 məsuliyyətdən azad etmək üçün müdafiə taktikasıdır ki, bu da Şahid11 ifadəsi ilə tam təkzib olunur. Bu baxımdan da, kollegiya Təqsirləndirilən şəxs2 bu xüsusat üzrə ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və subut kimi qəbul etmir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Zaqatala rayonu Muxax kəndinə məxsus “Selbasan” adlanan çöl sahəsində narkotik xassəli çətənə bitkilərinə qulluq göstərən zaman saxlanılması, onun şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı, həmçinin “Selbasan” adlanan çöl sahəsində meşəyə bənzər kolluq ərazidə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxlamaqda və narkotik xassəli çətənə bitkilərinin əkilib-becərilməsində şübhəli bilinərək saxlanılması, onun şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış keçirilməsi zamanı, həmçinin idarə etdiyi avtomobilə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı, habelə Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilməsi, onun şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı hökmdə sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamları təsdiq edir və bununla bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 narkotik vasitə çətənə bitkisinin toxumlarını əkərkən tək olduğunu, həmin bitkilərə yalnız özünün qulluq edərək yetişdirdiyini, Təqsirləndirilən şəxs3 həmin sahədə ancaq qarovulluq etdiyini, tanışı Vəliyə satdığı narkotik vasitənin satışını yalnız özünün təşkil etdiyini, Təqsirləndirilən şəxs2 ancaq taksi kimi istifadə etdiyini və buna görə də İlqara pul verdiyinə dair, həmçinin Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək Selbasan adlanan ərazidə yalnız qarovulluq etdiyini, Ramin Mahmudov tərəfindən əkilərək yetişdirilən narkotik tərkibli bitkilərin kultivasiya edilməsində iştirak etmədiyini və təqdim edilən bütün sənədləri oxumadan imzaladığına dair, habelə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək Selbasan adlanan ərazidə yetişdirilən bitkiləri heç vaxt görmədiyini, həmin bitkilərin əkilməsində, qulluq edilməsində və yetişdirilməsində iştirak etmədiyini, Təqsirləndirilən şəxs1 tərəfindən həmin narkotik tərkibli bitkilərin əkilməsi barədə sonradan bildiyini və qorxduğu üçün bu haqda heç kimə heçnə demədiyini, həmçinin narkotik vasitənin satışında iştirak etmədiyini, özünün yalnız taksi fəaliyyəti ilə məşğul olmasını, avtomobilindən aşkar olunan narkotik vasitənin kim tərəfindən və necə qoyulduğunu bilmədiyini, özünün xəstəliyi ilə əlaqədar ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyinə dair göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, hər üç təqsirləndirilən şəxsin qeyd etdikləri cinayət işinin materiallarında olan hər hansı dəlil vasitəsi ilə öz təsdiqini tapmamışdır, həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə kollegiyası bütün bu qeyd edilənləri əsas tutaraq təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdikləri dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və hesab edir ki, hər üç təqsirləndirilən şəxsin bu formada ifadə verməklə Təqsirləndirilən şəxs2 məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təqsirləndirilən şəxs2 da ifadəsində özünün Təqsirləndirilən şəxs1la dəfələrlə Təqsirləndirilən şəxs3 olduğu “Selbasan” adlanan əraziyə getdiklərini, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üçün “ərzaq məhsulları” alıb aparmasını və hətta bir-iki dəfə həmin ərazidə üçü birlikdə yeyib-içdiklərini etiraf etsə də ətrafda hər hansı bir yaşayış məntəqəsi olmayan çay və meşə relyefindən ibarət ərazidə Təqsirləndirilən şəxs3 nə işlə məşğul olduğunu bilmədiyini deməklə özünü məsuliyyətdən kənar etmək törədilmiş əməllərdən “xəbərsiz” və “təqsirsiz” şəxs görüntüsü yaratmağa çalışır. Ona görə də, məhkəmə kollegiyası hər üç təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri işin faktiki hallarına uyğun hesab edərək məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, o cümlədən iş materialları ilə onların ibtidai istintaq zamanı verdikləri ifadələrin üst-üstə düşdüyü, birinin digərini tamamladığı qənaətinə gəlir və qeyd edilən səbəbdən həmin ifadələri əsaslı sayaraq onlara qarşı irəli sürülmüş ittihamların əsasına məhz həmin ifadələri qoyur. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Təqsirləndirilən şəxs2 məhkum olunduğu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Cinayət Prosessual Məcəllənin 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs3 Hüseyn oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mahuma oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar