Məhkəmə qərarları › İş №1(107)-347/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-347/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-347/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə və CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim Anar Əsgərov) 23 iyun 2022-ci il tarixli qərarı ilə xx.xx.1992-ci il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə və CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanın mövqeyinə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirlinləndirilmişdir ona görə ki, o, avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozulmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində ayıq halda, nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmaqla idarə etdiyi QAZ 3302 111 yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu – Padarqışlaq avtomobil yolunun Ağsu şəhəri Navahı ərazisindən keçən hissəsində, Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, qeyd olunan tələbləriə əməl etməyib diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəni saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etməklə keçib getməli olması barədə mümkün olan tədbirləri görməyərək, həmin günü xidmətdə olan Ağsu rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, Zərərçəkmiş şəxs asfalt yolun sağ kənarından 1 metr məsafədə ehtiyatsızlıqdan avtomaşının sağ yan hissəsi ilə vuraraq, sonuncunun sol almacıq sümüyünün göz yuvası sümüklərinə qədər uzanan sınığı, sol əng sümüklərinin sınıqları, sol kürək sümüyünün sınığı, sol tərəf 5,6,8-ci qabırğaların sınıqları, bədənin küt travması, qapalı kəllə beyin travması, sağ təpə nahiyəsinin əzilmiş sıyrılmış yarası xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinəyət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişlər. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022ci il tarixli qərarının ləğv edilməsini, qanuları kobud şəkildə və açıq-aşkar pozmaqla qanunsuz qərar qəbul etdiyinə görə işə baxan birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərarın çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarından apellyasiya protesti, tqəsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X5 apellyasiya şikayətinin təmin olunmamasını və iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə və CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu rayonun Ərəbuşağı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvüləri ilə birlikdə yaşayır. Atası Müqdətə məxsus ** BD *** dövlət qeydiyyat nişanlı Qaz 3302 111 Yük markalı avtomobili var. Həmin avtomobili o, etibarnamə əsasında idarə edir. O, özü iri və xırda buynuzlu heyvanlar alıbsatmaqla dolanaşacağını təmin edir. 13 iyun 2021-ci il tarixdə saat təxminən 18 radələrində iri buynuzlu heyvan almaq üçün etibarnamə əsasında atası Müqdətə məxsus idarə etdiyi ** BD *** dövlət qeydiyyat nişanlı Qaz 3302 111 Yük markalı avtomobillə Kürdəmir rayonu Karrar kəndinə getmişdir. Həmin kənddən 3 baş iri buynuzlu heyvan alıb, heyvanları avtomobilin yük hissəsinə yerləşdirmişdir. Saat 23 radələrində yaşadığı Ərəbuşağı kəndinə evə geri qayıtmaq üçün yola düşmüşdür. Yaşadığı Ərəbuşağı kəndinə yaxınlaşan zaman ailə üzüvləri ona zəng edərək, evə gələrkən çörək almağı tapşırmışlar. Həmin vaxt 14 iyun 2021-ci il saat 00:10 radələri olduğu üçün kənddə olan mağaza bağlı olduğundan o, çörək almaq üçün yenidən Ağsu şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxtı avtomaşının yük yerində iki baş iri buyunuzlu heyvan və bir baş da buzov olmuşdur. Ağsu rayonu Nəvahı kəndi istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən ona əks istiqamətdə hərəkət edən avtomobilin işığı gözünə düşmüşdür. O, avtomaşını təxminən saatda 40-50 km surətlə idarə edərəkən yolun ona aid hissəsində bir nəfər, piyada olan şəxsi təxminən 5-6 metr məsafədə düzünə hərəkət etməsini görmüş, həmin şəxsi vurmamaq üçün avtomaşının sükanını sola çəksə də, avtomaşının sağ yan güzgüsü həmin şəxsə dəymişdir. O, piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdikdən sonra bir qədər irəlidə yolun kənarında atomaşını saxlamışdır. Avtomaşından düşüb həmin şəxsə yaxınlaşan zaman həmin şəxsin polis əməkdaşı olmasını görmüşdür. Bundan sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, xəsarət alan polis işçisini polis maşınına qoymuşlar və onu polis əməkdaşları xəstəxanaya aparmışlar. O, hadisə günü spirtli içki içməmişdir. Lakin hadisədən iki gün qabaq yəni, 12 iyun 2021-ci il tarixdə saat təxminən 22 radələrində Ağsu rayonun Ərəbuşağı kəndində yaşayan babası Ələşrəfin evində iki şüşə xırdalan piyvəsi içmişdir. Həmin piyvənin alkoqol dərəcəsi isə sıfır olmuşdur. O, özü hadisə yerində olmuş, heç bir yerə qaçmamış, yolun sxemi və protokol tərtib olunarkən iştirak etmişdir. O, hadisədən sonra sərxoşluq müyainəsindən keçirildi, lakin ona içkili olmağı bildirilsə də, o, içkili olmadığını bildirmişdir. Daha sonra o, içkili olmamağını bildirdiyi üçün ekspertizaya göndərilməsi üçün ondan qan nümunəsi götürülmüş və qan nümunəsində spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirmiş və əməlinə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktını tətbiq etməklə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, hazırda Ağsu rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 14 iyun 2021-ci il tarixdə Ağsu şəhəri S.Vurğun küçəsinin aşağı tərəfində Ağsu Gəgəli yolunu əhatə edən Navahı ərazisində postdakı yoldaşı Şahid3la xidmətdə olarkən, saat təxminən 00:20 radələrində o, ətrafda olan mağazalardan oğurluq olmasın deyə mağazaların qarşısı ilə üzü Gəgəli kəndi tərəfə piyada gedib nəzarət edirmiş, digər postdakı yoldaşı isə yolun digər hissəsi ilə mağazaların qarşısı ilə keçərək nəzarət edirmiş. İctimai asayişin mühafizəsini təmin etmək məqsədi ilə nəzarətlərini apardıqdan sonra orada yaxınlıqda yerləşən sanitar qovşağında təbii ehtiyacını ödəyib digər tərəfdə olan postdakı yoldaşı Nicatın yanına keçmək üçün avtomobil yolunda arxaya baxmış və görmüşdür ki, arxadan avtomaşın gəlir və o, yolun kənarı ilə piyada hərəkət edərkən Gəgəli kəndi istiqamətindən Qazel markalı avtomaşının artıq yaxınlaşdığını görmüş və yolu keçməmişdir. Həmin vaxtı yolda avtomobil çox olmadığından o, Qazel markalı avtomaşını Gəgəli kəndi istiqamətindən Ağsu şəhəri istiqamətinə gəldiyini görürdüyü üçün asta yerişlə digər postdakı yoldaşının bərabərliyinə yaxınlaşırmış və bir növ də ətrafa nəzarət edirmiş. Bu zaman arxadan gələn həmin avtomaşın onu vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra Qazel markalı avtomaşının sürücüsü onun yanına gəlmiş və oraya digər polis əməkdaşları və manqa komandiri gəldiyi üçün onu post patrul avtomobili ilə Ağsu rayon mərkəzi xəstəxanasına gətirmişlər. O, polis əməkdaşı olduğundan müalicəsi Daxili İşlər Nazirliyinin Mərkəzi Hospitalında aparılmışdır. O ibtidai istintaq zamanı təyin olunaraq alınmış, eləcə də məhkəmə istintaqı zamanı onun vəsatəti əsasında təkrar təyin olunaraq alınmış məhkəmə-tibbi ekspertizasının rəyləri ilə razı deyil. Belə ki, onun xəsarətinin dərəcəsi həmin rəylərdə düzgün yazılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, hazırda Ağsu rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Zərərçəkmiş şəxsla 14 iyun 2021-ci il tarixdə Ağsu şəhəri S.Vurğun küçəsinin aşağı tərəfində Ağsu Gəgəli yolunda xidmətdə olmuşdur. Saat təxminən 00:20 radələrində Zərərçəkmiş şəxs təbii ehtiyacını ödəmək üçün yolun digər tərəfində olan sanitar qovşağına getmişdir. Ramil sanitar qovşağında təbii ehtiyacını ödəyib qurtardıqdan sonra yolu onun dayandığı istiqamətdə keçmək istəyirmiş. Lakin Ramil yolun hərəkət hissəsi ilə deyil, yolun kənarı ilə yola paralel olaraq bir metrliyində hərəkət edirmiş. Bu zaman Ağsu rayonu Ərəbuşağı kəndi istiqamətindən Qazel markalı avtomobil gəlirmiş. Həmin vaxtı yolda avtomobil çox olmadığından Qazel markalı avtomobilin Ərəbuşağı kəndi istiqamətindən Ağsu şəhəri istiqamətinə gəldiyini görürmüşdür. Ramil yolun kənarı ilə hərəkət edən zaman Qazel markalı avtomaşın arxadan gələrək Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Bu zaman Ramil zərbənin təsirindən yolun kənarına yıxılmışdır. Qazel markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs vurduqdan sonra avtomaşını saxlayıb avtomaşından yerə düşərək Ramilin vurulduğu yerə gəlmişdir. O, Qazel markalı avtomaşının Zərərçəkmiş şəxs vurmasını görüb tez hadisə yerinə getmişdir. O, Zərərçəkmiş şəxs yanına çatan zaman Ağsu RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid4 və polis nəfəri, polis baş serjantı Şahid2 hadisə yerinə gəlmişlər. Onlar tez Zərərçəkmiş şəxs Ağsu RPŞ-nin PPXB-nin Niva markalı xidməti avtomobilinə mindirərək Ağsu rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Sonra isə bu barədə Ağsu RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Bundan sonra hadisə yerinə əməliyyat-istintaq qrupu və YPX-nin əməkdaşları gələrək hadisə yerini ölçərək sənədləşmə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, hazırda Ağsu rayon Polis Şöbəsinin PPXB-nün manqa komandiri vəzifəsində işləyir. 14 iyun 2021-ci il tarixdə RPŞ-nin PPXB-nün sürücü polis nəfəri, polis baş serjantı Şahid2la birlikdə rayon ərazisində xidmətdə olmuşlar. Həmin günü şəhərin aşağı hissəsində xidmət aparan polis əməkdaşları Zərərçəkmiş şəxsla Şahid3 marşurutlarını yoxlamaq üçün RPŞ-nin PPXBnün ** AP *** nömrəli avtomobili idarə edən sürücü Şahid2la birlikdə xidməti naryadda olan postakılar Zərərçəkmiş şəxsla Şahid3 xidmət apardığı əraziyə gələrəkən postakı Zərərçəkmiş şəxs yolun təxminən 1 metr məsafəsində asfalt yolda hərəkət etdiyini görmüş və həmin vaxtı onun arxasından gələn Qazel avtomaşını Zərərçəkmiş şəxs yanından keçərkən Ramili vurmasını görməmişdir. Avtomaşın Ramilin yanından ötüb keçəndən sonra təxminən 10 metr məsafədə saxladığını görmüş, həmin vaxtı yolda Ramili görməmişdir. Artıq Ramilin olduğu və görsəndiyi yerə yaxınlaşdıqda Ramili ehtiyat hissədə yerdə uzanmış vəziyətdə görmüşdür. Şahid2 cəld avtomaşını Ramilin yanına sürüb saxlamış, onu avtomaşın vurduğunu gördüyü üçün avtomobilə Şahid3la və Qazel sürücüsü Təqsirləndirilən şəxsla birlikdə avtomobilin arxa salonuna uzandırmışlar. Zərərçəkmiş şəxs rayon xəstəxanasına gətirmişlər. Zərərçəkmiş şəxs xəstəxaya gətirərəkən isə bu barədə polis şöbəsinin növbətçi hissəsinə xidməti ratsiya vasitəsi ilə Ramili xidmət apardığı ərazidə avtomaşın vurduğunu, sürücü və avtomaşının hadisə yerində olduğunu bildirib məlumat vermiş, həmin vaxtı sürücü Təqsirləndirilən şəxs isə ayıq olmasını görmüş, onun ağzından spirtli içki iyi gəldiyini hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Ağsu rayon Ərəbuşağı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Kamil nəvəsi Tünzalənin həyat yoldaşıdır. 12 iyun 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə Kamil, həyat yoldaşı Tünzalə və oğlu Tünarla qonaq gəlmişdir. Yaşadığı evdə hər hansı bir içki məclisi olmayıb, sadəcə özü yaşlı insan olduğundan və havaların isti keçməsi ilə bağlı 0 dərəcə olan, el arasında «Hacı» piyvəsi kimi tanınan içkidən içmişdir. Həmiçinin həmin piyvədən nəvəsi Tünzalənin həyat yoldaşı Kamil də iki şüşə içmişdir. Həmin piyvənin səroxoşluğu olmur. Kamil onun evində həmin piyvədən içib, başqa içki içməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, hazırda Ağsu rayon Polis Şöbəsinin PPXB-nün sürücü polis nəfəri vəzifəsində işləyir. 14 iyun 2021-ci il tarixdə RPŞ-nin PPXB-nün manqa komandiri Şahid4lə birlikdə rayon ərazisində xidmətdə olmuşlar. Həmin günü şəhərin aşağı hissəsində xidmət aparan polis əməkdaşları Zərərçəkmiş şəxsla Şahid3 marşurutlarını yoxlamaq üçün RPŞ-nin PPXB-nün manqa komandiri Şahid4lə birlikdə xidməti naryadda olan postakılar Zərərçəkmiş şəxsla Şahid3 xidmət apardığı əraziyə gələrəkən postakı Zərərçəkmiş şəxs yolun təxminən 1 metr məsafəsində asfalt yolda hərəkət etdiyini görmüş və həmin vaxtı onun arxasından gələn Qazel avtomaşını Zərərçəkmiş şəxs yanından keçərkən Ramili vurmasını görməmişdir. Avtomaşın Ramilin yanından ötüb keçəndən sonra təxminən 10 metr məsafədə saxladığını görmüş, həmin vaxtı yolda Ramili görməmişdir. Artıq Ramilin olduğu və görsəndiyi yerə yaxınlaşdıqda Ramili ehtiyat hissədə yerdə uzanmış vəziyətdə görmüşdür. O, cəld avtomaşını Ramilin yanına sürüb saxlamış, onu avtomaşın vurduğunu gördüyü üçün avtomobilə Şahid3la və Qazel sürücüsü Təqsirləndirilən şəxsla birlikdə avtomobilin arxa salonuna uzandırmışlar. Zərərçəkmiş şəxs rayon xəstəxanasına gətirmişlər. Zərərçəkmiş şəxs xəstəxaya gətirərəkən isə Şahid4 bu barədə polis şöbəsinin növbətçi hissəsinə xidməti ratsiya vasitəsi ilə Ramili xidmət apardığı ərazidə avtomaşın vurduğunu, sürücü və avtomaşının hadisə yerində olduğunu bildirib məlumat vermiş, həmin vaxtı sürücü Təqsirləndirilən şəxs isə ayıq olmasını görmüş, onun ağzından spirtli içki iyi gəldiyini hiss etməmişdir. Cinayət işi materiallarına əlavə edilən “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 Ağsu rayon Şöbəsinin 14 iyun 2021-ci il tarixli, 146 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı zədələr var: sol almacıq sümüyünün göz yuvası sümüklərinə qədər uzanan sınığı, sol əng sümüklərinin sınıqları, sol kürək sümüyünün sınığı, sol tərəf 5, 6, 8-ci qabırğaların sınıqları, bədənin küt travması, qapalı kəllə beyin travması. Sağ təpə nahiyəsinin əzilmiş cırılmış yarası. Qeyd olunan xəsarətlər küt alət təsirindən piyadanın avtomobillə vurulması zamanı əmələ gəlməsi mümkündür. Törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilən Ağsu Regional Qİ və TBŞ-nın 29 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 961056 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük vəsiqəsi 27 yanvar 2027-ci il tarixədək qüvvədədir. Cinayət işi materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli, 8/1546 nömrəli rəyindən görünür ki, “QAZ 3302” markalı “**-BD-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə edilən “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarına əlavə edilən “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilən Ağsu Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(016)-46/2021 nömrəli qərarı ilə cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və işin məhkəmə baxışı ekspertizanın rəyi alınanadək təxirə salınmışdır. Cinayət işi materiallarına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 22 aprel 2022-ci il tarixli, T 176/2022 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs kəllə beyin travması, baş beyin silkələnməsi, baş və sifətdə əzilmiş-cırılmış yara, sol əng, almacıq, sol kürək, sol 5, 6, 8-ci qabırğalarda sınıq və bədənin küt travması olmuşdur. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomobillə piyadanın vurulması zamanı yarana bilərdilər. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Məhkəmə Kimyəvi aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirit aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilən Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində ona elan edilmiş CM-in 263.1-ci maddəsi üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmiş və əməlinə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktını tətbiq etməklə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022ci il tarixli qərarının ləğv edilməsini, qanuları kobud şəkildə və açıq-aşkar pozmaqla qanunsuz qərar qəbul etdiyinə görə işə baxan birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə kolllegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-in 81.2 maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndindən görünür ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə cinayət təqibinə “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə və CPM-in 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam vermiş və onu cinayət məsuliyyətindən azad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə və CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarının baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(016)-1/2022 saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar