Məhkəmə qərarları › İş №1(107)-352/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-352/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-352/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Yevlax Rayon Vəkil Büronun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X13 (sədrlik edən), X9 (məruzəçi) və X10 oğlundan ibarət tərkibdə) 27 iyul 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1960-cı ildə Yevlax rayonu, Yəldili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəknə müddətinin əvvəlinin həbs edildiyi 27 iyul 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2015-ci ilin aprel ayının əvvəllərində kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində müalicə etdirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 12 may 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 14 may 2015-ci il tarixdən 05 iyun 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs 2015-ci ilin iyul ayının əvvəllərində kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 17 iyul 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 19 iyul 2015-ci il tarixdən 17 avqust 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayının ortalarında kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 29 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 01 sentyabr 2015-ci il tarixdən 25 sentyabr 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-cı ilin əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 13 fevral 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 15 fevral 2016-cı il tarixdən 12 mart 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2016-cı ilin mart ayının ortalarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 19 mart 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 21 mart 2016-cı il tarixdən 17 aprel 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayının əvvəllərində Türkiyə Respublikasının Balıkesir şəhərində olan Zərərçəkmiş şəxs2 ilə danışaraq maddi ehtiyaclarını ödəmək üçün nəzarəti altında fahişəliklə məşğul olacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 2016-cı ilin sentyabr ayının əvvəllərindən 01 dekabr 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144.1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçi X4 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər. Zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə kollegiyasının iclasına teleqramlar ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadıqlarını və məhkəmə iclasına iştirakları olmadan baxılmasını bildirmişlər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144.1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəni təsdiq edərək heç bir təqsiri olmadığı və ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Ankara şəhərində yaşayan bacısı qızı onu alver etmək məqsədi ilə oraya dəvət etmiş, Mingəçevir şəhərində alverlə məşğul olan zaman tandığı Aidə adlı qadının vəziyyətini görüb sonuncuya yazığı gələrək özü ilə yol yoldaşı kimi Türkiyə Respublikasına aparmışdır. Aidə özü əvvəllər Türkiyə və X2 Dubay şəhərində olmuş, təxminən 5-6 ay Türkiyədə qalmışdır. Qudası vəfat etdiyinə görə Azərbaycana gəlmiş, yenidən Türkiyə Respublikasına qayıdarkən Aidənin Manisa şəhərində ərə getdiyini bilmişdir. Bir dəfə Aidə ona zəng vuraraq özünü tək və kimsəsiz hiss etdiyini, bir yaxını kimi sonuncunun evinə qonaq getməyi xahiş etmişdir. Aidənin yaşadığı evə getmiş, Aidə ona ərindən narazılıq etmişdir. Aidəyə ailəsini dağıtmamasını məsləhət görmüş, sonra Aidə əri ilə Türkiyə Respublikasında onun yaşadığı qəsəbəyə gələrək orada kirayə yaşamışdır. Onun xahişi ilə orada Aidənin ərini işə götürmüşlər. Sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs1 anası Gülnarı Türkiyə Respublikasında yaşayan bacısının yanına aparmağı ondan xahiş etdiyinə görə Gülnar onunla Türkiyə Respublikasına gedib onunla təxminən 4-5 gün orada qalmışdır. Gülnarın anası ondan 2000 manat borc pul istədiyinə görə sonuncuya Ziraat Bank vasitəsi ilə pul göndərmiş, xəstəxanada olarkən Gülnar bacısı ilə onun yanına gəlib ona olan borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs3 isə ona müraciət edərək Türkiyə Respublikasında bir nəfərlə tanış olub sonuncu ilə evlənmək istədiyini və onunla birlikdə Türkiyəyə getmək istədiyini bildirdiyinə görə Ninanı da özü ilə Türkiyə Respublikasına aparmışdır. Orada Nina tanış olduğu şəxslə evlənmişdir. Zərər çəkmiş şəxsləri yoldan çıxartmamış, sonuncuları əxlaqsız yola məcbur etməmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərindən tanımış, anasını xəstəxanaya aparanda Dilavəri orada görmüşdür. Dilavərdən onu Türkiyə Respublikasına aparmasının və onun orada evlənməsinə köməklik etməsini xahiş etdikdən sonra 02 iyul 2014-cü il tarixdə Dliavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmişdir. Orada Dilavərlə təxminən 10-15 gün qaldığı müddət ərzində müxtəlif kişilərlə görüşərək pul müqabilində cinsi əlaqədə olmuş, aldığı pulun yarısını Dilavərə vermişdir. X14 adlı şəxslə tanış olaraq sonuncu ilə evlənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərindən tanımış, 02 iyul 2014-cü il tarixdə əri Abdullahın dəvəti ilə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmişdir. Abdullahla üç il ər-arvad kimi yaşamış, Balıkesirdə olduğu müddətdə Dilavərin də oraya gəlib-getdiyini görmüşdür. 2016-cı ilin sentyabr ayının sonlarında Dilavərlə təsadüfən Balıkesirdə bazarda görüşmüş, sonuncudan iş tapmasını xahiş etmişdir. Dilavər ona köməklik edəcəyini, onu kişi müştəriləri ilə görüşdürəcəyini bildirmişdir. Dilavərdən ona başqa iş tapmasını, sonuncu isə cavabında onun kimi insan üçün bundan başqa iş olmadığını bildirmişdir. Başqa çıxış yolu olmamış, Dilavərin təklifi ilə razılaşaraq sonuncu onu Balıkesirdə müştəriləri ilə görüşdürməyə başlamışdır. Dilavər onu kirayə yaşadığı evində saxlamış, evə müştərilərini dəvət edərək müştəridən aldığı pulun yarısını ona vermişdir. Dilavərin nə qədər pul aldığını bilməmiş, bu qaydada iki ay Dilavər tərəfindən istismar edilmişdir. 2016-cı ilin noyabr ayının sonlarında Dilavər Azərbaycana qayıtmış, Dilavər qayıtdıqdan sonra özünə iş axtarmış və restoranlarda xidmətçi işləməyə başlamışdır. 2014-cü ilin iyul ayının 2-nə kimi Balıkesirdə qalmış, Dilavər arabir onunla əlaqə saxlayıb yenidən Balıkesirə gələcəyini, onu fahişəliyə cəlb edəcəyini bildirmiş, lakin o, buna etiraz edərək bir daha bununla bağlı onunla əlaqə saxlamamasını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Dilavərlə qonşu olmaqla sonuncunu paltar alvermisi kimi tanımış, Dilavər Türkiyə Respublikasına alverə getdiyinə görə onu da gözünün müalicəsi üçün oraya aparmasını xahiş etmişdir. Onun Türkiyəyə getmək xərclərinin hamısını Dilavər çəkdiyinə görə sonuncuya 500 manat borcu yaranmışdır. Türkiyədə bir neçə kişilərlə görüşüb cinsi əlaqədə olmaqla Dilavərə olan borcunu qaytarmışdır. Birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildə Mingəçevir şəhərində yaşayarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, 2015-ci ilin aprel ayının əvvəllərində Dilavərin yaşadığı ünvanda olarkən sonuncuya gözündə problemləri olduğunu bildirmişdir. Dilavər həmin vaxt onu özü ilə birlikdə Türkiyə Respublikasının Balıkesir şəhərinə aparmağı təklif etmişdir. Bir neçə gün sonra Dilavərin yaşadığı mənzilə getmiş və birlikdə Türkiyəyə gedəcəyini qeyd etmişdir. Dilavərlə razılaşıb 12 may 2015-ci il tarixdə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Balıkesir şəhərinə birbaşa Dilavərin kirayə tutduğu mənzilə getmiş, iki gün yol getdikləri üçün həmin gün istirahət etmişlər. Növbəti gün Dilavər onu xəstəxanaya aparmış, gözünü müayinə etmişlər. Az pulu olduğu üçün yalnız müayinə pulunu verə bilmiş, Dilavər ilə birlikdə mənzilə qayıtdıqdan sonra sonuncu ona gözünü müalicə etmək və borclu olduğu yol pulunu verə bilmək üçün mənzilə çağırdığı şəxslərlə cinsi əlaqədə olmalı olduğunu bildirmişdir. Çıxılmaz vəziyyətdə olduğundan razılıq verməli olmuş, Dilavər mənzilə gün ərzində dəvət etdiyi 1-2 nəfər kişi müştərilərlə cinsi əlaqədə olmuşdur. Dilavər aldığı puldan ona bildirdiyinə görə yarısını özünə vermişdir. Bu qaydada 2015-ci ilin iyun ayının əvvəllərinə kimi Dilavər tərəfindən cinsi istismar olunmuş, 05 iyun 2015-ci il tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə yaşadığı ünvana gəlmişdir. Türkiyədə olduğu müddətdə Dilavərin ona etdikləri barədə ailəsinə heç bir şey bildirməmiş, müayinə sənədlərini göstərərək gözü ilə bağlı müraciət etdiyini bildirmişdir. 2015-ci ilin iyul ayının əvvəllərində Dilavər onu yenidən Mingəçevir şəhərində yaşadığı ünvana çağırmış və bir neçə günə yenidən Türkiyə Respublikasına gedəcəklərini, müştəriləri onunla görüşmək istədiklərini, həmçinin müalicəsi üçün ona pul lazım olduğunu bildirmişdir. Çıxılmaz vəziyyətdə olduğundan Dilavərlə razılaşaraq 17 iyul 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Balıkesir şəhərinə, Dilavərin yaşadığı əvvəlki mənzilə getmiş, iki gün yol getdikdən sonra oraya çatmış və Dilavər əvvəlki qaydada onu gün ərzində 1-2 iki nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Dilavər bildirmişdir ki, müştəridən aldığı pulun yarısını özünə götürür, yarısını isə ona verir. Bir ay Dilavər tərəfindən bu qaydada cinsi istismar olunduqdan sonra 17 avqust 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana, yaşadığı ünvana gəlmişdir. Bir neçə gün sonra Dilavər onu Mingəçevir şəhərində yaşadığı ünvana çağırmış, birlikdə Türkiyəyə gedib pul qazanmağı, yəni gözünün müalicəsinə pul toplamağı, konkret olaraq onu fahişəliyə cəlb etməyi bildirmiş, maddi ehtiyacları olduğundan razılıq verməli olmuş, 29 avqust 2015-ci il tarixdə dövlət sərhədini Dilavərlə birlikdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkesir şəhərinə Dilavərin yaşadığı həmin ünvana getmiş, əvvəlki qaydada Dilavər onu gün ərzində 1-2 nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağımı təşkil etməklə cinsi istismar etmişdir. 25 sentyabr 2015-ci il tarixdə Dilavərlə birlikdə dövlət sərhədinə yaxınlaşmış, Dilavər bəzi işləri olduğunu deyib onu yola salmış, özü isə Gürcüstanda qalmışdır. Dilavər bundan sonra da onu yaşadığı ünvana bir neçə dəfə dəvət edib birlikdə Türkiyə Respublikasına getməyi təklif etsə də o başa düşmüşdür ki, Dilavərin məqsədi onu tora salıb özündən asılı vəziyyətə salıb sui-istifadə etməkdir. Buna görə də Dilavərə bildirmişdir ki, onun bir daha əxlaqsızlıqla məşğul olmaq fikri yoxdur. Əvvəlki səhvləri maddi ehtiyacları və çıxılmaz vəziyyəti ilə bağlı olmuşdur. Bundan sonra Dilavər onunla əlaqə saxlamamışdır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, üç dəfə Türkiyə Respublikasına getmiş, hər dəfə Təqsirləndirilən şəxs ilə birlikdə gedərək Balıkesir şəhərində qalmışlar. Orada Dilavərin tapdığı müxtəlif şəxslərlə görüşərək cinsi əlaqədə olmuşdur. Həmin şəxslərdən hədiyyələr almışdır. Birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Dilavəri 2010-cu ilin əvvəllərindən Mingəçevir şəhərində toy məclisində tanımış, Dilavər tez-tez Türkiyə Respublikasına gedib-gələrək ona orada çoxlu tanışları olduğunu bildirmişdir. 2016-cı ilin təxminən əvvəllərində Dilavər yaşadığı evdə olarkən Türkiyədə evlənmiş, həmin ərəfələr ərindən boşandığına görə maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkmişdir. Dilavərdən onu da özü ilə birlikdə Türkiyəyə aparmasını xahiş etmiş, Dilavər gələn dəfə getdikdə onu da aparacağını söz vermişdir. Dilavərlə danışıb razılaşdıqdan sonra 13 fevral 2016-cı il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmiş, Dilavər onu kirayə tutduğu evə aparmışdır. İki gün yol getdikləri üçün həmin gün istirahət etmiş, növbəti gün Dilavər özünə ər tapmaq istəyirsə əvvəlcə kişilərlə görüşüb fahişəliklə məşğul olmalı olduğunun bildirmişdir. Dilavərə fahişəliklə məşğul olmağa gəlmədiyini bildirsə də sonuncu başqa çıxış yolu olmadığını bildirmiş, çıxılmaz vəziyyətdə qalıb razılıq verdikdən sonra Dilavər gün ərzində onu 4-5 nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmasını təşkil etmişdir. Bu qaydada bir ay Dilavər tərəfindən istismar edildikdən sonra Dilavər Azərbaycana giriş-çıxış edib yenidən qayıdacaqlarını bildirmişdir. Dilavərə evlənmək üçün Türkiyəyə getdiyini bildirdikdə sonuncu gələn dəfə getdikdə ona ər tapacağına söz vermişdir. 12 mart 2016-cı il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. 2016-cı ilin mart ayının ortalarında yaşadığı evdə olarkən Dilavər onunla mobil telefonla əlaqə saxlayıb mart ayının 19-da Türkiyəyə gedəcəklərini bildirmişdir. Həmin tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmiş, Dilavər yenidən ev kirayə tutub mənzilə kişiləri dəvət etməyə başlamışdır. Dilavər yenidən onu aldatdığını başa düşmüş, Dilavərə ona evlənmək üçün bir nəfər tapmasını bildirsə də sonuncu başqa çıxış yolu olmadığını, gəldiyi halda işləməli olduğunu qeyd etmişdir. Çıxılmaz vəziyyətdə qalıb yenidən Dilavərin tapdığı müştərilərlə görüşüb cinsi əlaqədə olmağa başlamış, Dilavər gün ərzində 3-4 nəfərlə cinsi əlaqədə olmağını təşkil edərək arabir müştəridən aldığı puldan ona vermişdir. Bu qaydada bir ay Dilavər tərəfindən istismar edildikdən sonra Azərbaycana gəlməli olmuş, gəlməzdən 2-3 gün əvvəl Dilavər onu Fərrux adlı şəxslə tanış edərək sonuncunun ondan xoşu gəldiyini bildirmişdir. Fərrux gələn dəfə Türkiyəyə getdikdə sonuncu ilə əlaqə saxlamasını bildirmişdir. 17 aprel 2016-cı il tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 12 may 2015-ci il tarixdə saat 1947 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 iyun 2015-ci il tarixdə saat 01:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 17 iyul 2015-ci il tarixdə saat 2023 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 avqust 2015-ci il tarixdə saat 0220 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 29 avqust 2015-ci il tarixdə saat 1840 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 25 sentyabr 2015-ci il tarixdə saat 2326 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 13 fevral 2016-cı il tarixdə saat 1916 dəqiqədə «P4954879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2016-cı il tarixdə saat 0149 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 19 mart 2016-cı il tarixdə saat 2016 dəqiqədə «P4954879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 aprel 2016-cı il tarixdə saat 2352 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 02 iyul 2014-cü il tarixdə saat 2139 dəqiqədə «P3362442» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 01 iyun 2017-ci il tarixdə saat 1225 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Aeroportunda yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 12 may 2015-ci il tarixdə saat 1947 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 iyun 2015-ci il tarixdə saat 0143 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 17 iyul 2015-ci il tarixdə saat 2022 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 avqust 2015-ci il tarixdə saat 0219 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 29 avqust 2015-ci il tarixdə saat 1844 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 26 sentyabr 2015-ci il tarixdə saat 2222 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 13 fevral 2016-cı il tarixdə saat 1916 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2016-cı il tarixdə saat 0149 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 19 mart 2016-cı il tarixdə saat 2000 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 aprel 2016-cı il tarixdə saat 2352 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 27 sentyabr 2016-cı il tarixdə saat 1928 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 01 dekabr 2016-cı il tarixdə saat 22:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq barədə tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin 1-53 nömrəli 14 may 2003-cü il tarixli hökmündən, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2Cİ-109/2004 nömrəli 09 aprel 2004-cü il tarixli qərarından görünür ki, Qurbanova X5 Şəhər Məhkəməsinin həmin hökmü ilə CM-in 171.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “X6 faşizm üzərində qələbənin ildönümü münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Qərarının 1-ci bölməsinin 7.1-ci bəndinə əsasən ona təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 aprel 2004-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin hökmü dəyişdirilmiş, Milli Məclisin 06 may 2003-cü il tarixli qərarının tətbiqi hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 01 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının X18 dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli, 919 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon X7 Hüquqi Şəxsinin 17 mart 2021-ci il tarixli 1911 nömrəli arayışdan görünür ki, Yevlax rayonu Aran qəsəbə sakini, xx.xx.1960-cı ildə amadan olmuş Təqsirləndirilən şəxs 06.11.2012-ci il tarixdən “Şəkərli diabet, orta ağır forma, İİ tip, insulin tələbli. H-360 Diabetik proliflrativ retinopatiya” diaqnozu ilə qeydiyyatdadır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs istintaq, birinci instansiya məhkəməsi, məhkəmə kollegiyasının iclası zamanı verdikləri ifadələrə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxsin cinаyət əməli Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144- 1.2.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili onun əməldə təqsirliliyi sübuta yetmədiyindən Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin in qeyd hissəsinə əsasən müəyyən edilir ki; 1. maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. 2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Bundan başqa iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də Mingəçevir Şəhər Məhkəməsinin 1-53 nömrəli 14 may 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi Təqsirləndirilən şəxs əməlində hazırda residiv və ya cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasa da məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər qrupuna aid olan az ağır cinayət törətməsi onun mənfi xarakterizə olunmasını göstərir. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Təqsirləndirilən şəxs məhkum olunduğu Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin alınması məqsədlərinə xidmət edir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144.1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144.1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar