Məhkəmə qərarları › İş №1(107)-355/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-355/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-355/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 30 iyul 2021-ci il tarixli, 1(035)- 40/2021 nömrəli hökmü ilə xx.xx.1990-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Gödəkqobu kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətəazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinəəsasən Təqsirləndirilən şəxs1 26.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmamüddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətəazadlığın məhdudlaşdırılması cəzası təyin ediməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Zərdab rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirməsi və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməməsi, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməməsi, müvafiq məhkənmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlatlandırması, kütləvi və digər tədbirlər təşkil etməməsi və belə tədbirlərdə iştirak etməməsi vəzifələrinin qoyulması, hökmün icrası Təqsirləndirilən şəxs1 dair hissədə Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. İşin halları: Əzizov X5 Amil Nəsib oğlu ilə özgə əmlakını gizli yolla talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 26.04.2021-ci il tarixdə saat 17:30 radələrində Zərdab rayonu Gödəkqobu kənd ərazisinə idarə etdiyi avtomobillə gəlmiş, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus Zərdab rayonu Gödəkqobu kənd ərazisində yolun kənarında açıq sahədə olan quzuları gizli talama məqsədilə sonuncunun quzuları otaran azyaşlı oğlu X4 yaxınlaşaraq onun azyaşlı şəxs olmasından istifadə edib guya atası ilə quzuları alqı-satqısı barədə razılaşdıqlarını bildirərək, bu məqsədlə atası Zərərçəkmiş şəxs gələnə qədər quzuları seçəcəkləri adı ilə idarə etdiyi Khazar-Lada markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb özü ilə aparmış, yəni baş verən hadisələrin mahiyyətini, əmlakının əlindən çıxmasını dərk edə bilməyən Elşən İbadlını aldadaraq ümumilikdə 720 manat dəyərində 8 baş quzularını qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmünün cəzanın çəkilməsi yeri hissəsində dəyişdirilərək, cəzanın çəkilməsi yeri kimi onun hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, X13 qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evi üzrə müəyyən edilməsininə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6 verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasınını mülahizəsinə buraxdığını bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. CPM-in 398.1.4-cü maddsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.4-cü maddəsinə görəcinayət qanunu normasının düzgün tətbiq edilməməsi; Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmü cəzanın çəkilməsi yeri və hökmün icrasına nəzarətin Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsinə münasibətdə dəyişdirilməlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs Əzizov X8 Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)- 40/2021 nömrəli hökmünün cəzanın çəkilməsi yeri hissəsində dəyişdirilərək, cəzanın çəkilməsi yeri kimi onun hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, X13 qəsəbəsi, 2ci sahə ünvanında yerləşən fərdi yaşayış evi üzrə müəyyən edilməsininə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs Əzizov X8 rayonunun Gödəkqobu kəndində qeydiyyatda olsada, faktiki olaraq onun Zərdab rayonunda hər hansı bir yaşayış yeri yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Əzizov X8 rayonu Gğdəkqobu kəndində qeydiyyatda olsada, hal-hazırda həmin kəndə deyil, Bakı şəhərində yaşayır. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu İHB-nın Raman qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan aydın olur ki, Əzizov X9 qəsəbəsi 2-ci sahə ünvanında yerləşən evdə yaşayır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Yaşayış yeri və olduğu yer haqqında Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Öyrənilən işdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evi olduğundan, cəzanın çəkilməsi yeri dəyişdirilməli, uyğun olaraq cəzanın çəkilməsi yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi müəyyən edilməli və Təqsirləndirilən şəxs1 münasibətdə hökmün icrasına nəzarət Bakı şəhəri, Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə olan halda məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 dair hissədə cəzanın çəkilməsi yeri və hökmün icrasına nəzarətin Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hissəsində dəyişdirilməli və hökmün icrası Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi həvalə edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-40/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 dair hissədə cəzanın çəkilməsi yeri və hökmün icrasına nəzarətin Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsinin ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun və hökmün icrası Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar