Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-358/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 11 avqust 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1980-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, işsiz, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi irəli sürülən ittiham xaric edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı müddət çəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmənin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış, Şəki ŞRPŞ-ndə saxlanılan və ekspertiza tədqiqatından sonra çəkisi 1.90 qram və 19.29 qram olan narkotik vasitə hesab edilən marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 25.09.2019-cu il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə 09 ay 14 gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına, 09.07.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21.29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 1.95 qram hissəsini 18 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında 01 ədəd kibrit qutusunun içərisində 60 manat pul müqabilində tanışı Şahid1 satmış, qalan 19.34 qram hissəsini isə bir ədəd sellofan torbada Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin giriş hissəsinin sol tərəfində gizlədərək saxlamış, 19 dekabr 2020-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin X14 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 saat 12:10 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində olan, “Şəhidlər Xiyabanı” adlanan ərazinin yaxınlığında saxlanılaraq X20 gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki gödəkçənin sağ yan cibindən, 01 ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarında, təmiz çəkisi 1.95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin X14 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhər-rayon Polis Şöbəsinin X14 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilən əşya yaxud predmet aşkar edilməmiş, həmin gün saat 22:50-də yaşadığı Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində olan tövlənin giriş hissəsinin sol tərəfində saxladığı, təmiz çəkisi 19.34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini, bəraət verilməsini, əməliyyat-axtarış tədbirinin iştirakçıları olmuş polis əməkdaşları barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz veriməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X17 apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apelyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günü evdə tək yatmışdır. Səhər saatlarında yuxudan oyananda evdə polislər olduğunu görmüşdür. Polislər onu yerindən durquzub qollarını buraraq X20 aparmışlar. Bölmədə onu zirzəmiyə salıb orada saxlayaraq döymüş və məcbur etmişlər ki, evdə narkotik maddə saxladığını və Yusifə narkotik maddə satdığını boynuna alsın. O, da məcbur olub etiraf etmişdir. Etiraf etməyinə səbəb həm döyülməyi, həm də evdə aşkar olunan narkotik vasitənin miqdarının az olmasına dair razılaşması olub. Belə ki, etiraf etməsə tövləsindən tapılan narkotik vasitə 21.29 qram yox, daha çox olacaqdı. Yusifə və yaxud digər hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Yusiflə əvvəllər qohumluq münasibətlərim olmuşdur. Belə ki, Yusif onun bacısının əri olmuş, lakin sonradan ayrılmışlar. Ehtimal edir ki, qeyd olunan səbəbdən Yusif ona şər atır. İstintaq dövründə onu vəkillə təmin etməmişlər. O, vəkili iki dəfə görmüşdür. Birinci dəfə məhkəməyə həbs olunması üçün gətirildikdə, bir dəfə də istintaqın yekununda vəkil ilə təmin edilmişdir. Başqa vaxtı onun vəkili olmamış, barəsində məhkəmədə qətimkan tədbirinə baxılarkən, cinayəti etiraf etməyimə, özümü təqsirli bilməyinə səbəb müstəntiqin onun buraxılacağına dair vəd verməklə aldatması olub. Bir sözlə onun evində narkotik vasitə olmamış, o, heç kimə narkotik satmamışdır. Məhkəmədən qeyd olunanları nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2014-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tutulmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Rayon Məkməsinin 25.09.2019-cu il tarixli qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təxminən 18 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotik vasitədən mütəmadi deyil, arabir istifadə edir. Təxminən 10 dekabr 2020-ci il tarixdə, axşam saat 17 radələrində yaşadığı kəndin girişində, “Dəhnəbaşı” adlanan ərazidə dayanıb kəndə getmək üçün avtomobil gözləmiş, lakin avtomobil olmadığı üçün ətrafda gəzinməyə başladıqda yolun kənarında sellofan torbanın olması diqqətini cəlb etmiş, sellofan torbanın içərisinə baxdıqda içərisində 02 ədəd kibrit qutusunun olduğunu görüb qutuları açaraq içərilərinə baxmış, hər iki kibrit qutusunun içərisində, el arasında “nəşə” adlanan narkotik vasitə olduğunu görmüş və ətrafda heç kimin olmadığına baxdıqdan sonra özü istifadə etmək məqsədilə həmin kibrit qutularını sellofan torba ilə birlikdə götürüb cibinə qoymuşdur. Bir qədər həmin yerdə dayandıqdan sonra xatırlamadığı kənd sakini ilə yaşadığı evə getmişdir. Yaşadığı evə getdikdən sonra həmin narkotik vasitəni evin həyət hissəsində olan tövlənin giriş hissəsində gizlətmişdir. Evdə ondan başqa heç kim olmamışdır. Çünki ailəsi və övladı Rusiya Federasiyasında, anası isə Bakı şəhərində qardaşıgilin evində yaşayır. Buna görə də yaşadığı kənddə olan evində tək yaşayır. 18 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində evdə olan zaman Yusif onu evinin giriş qapısına gəlib çağırmağa başlamış, səsə çölə çıxdıqda çağıranın qonşusu Yusif olduğunu görmüşdür. Bundan sonra onunla salamlaşmış və elə çöl tərəfdə, giriş hissədə onunla söhbət etmişdir. Söhbət zamanı Yusif ondan çəkmək üçün nəşə olubolmadığını soruşduqda ona bir müddət əvvəl yolun kənarından tapdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həyətə daxil olub tövlədə gizlətdiyi narkotik vasitənin içərisində bir qədər az olan bir kibrit qutusunu götürüb yenidən Yusifin yanına qayıtmış və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra tövlədən götürdüyü içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunu ona vermişdir. Yusif isə bunun müqabilində cibindən 60 manat məbləğində pulu çıxarıb ona vermiş, o isə işləmədiyi üçün və pula ehtiyacı olduğuna görə götürüb cibinə qoyaraq onunla sağollaşıb evinə keçmişdir. Ertəsi günü, yəni 19 dekabr 2020-ci il tarixdə axşam radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt Sarıca PB-nin əməkdaşları yaxınlaşıb Şahid1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, etdiyi əməlin bilindiyini başa düşüb etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsinə getdikdən sonra müstəntiq Zəfər müəllimin olduğu otağa aparmışlar. Həmin otaqda Zəfər müəllim Şahid1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib buna görə tutulacağını bildirmiş və vəkillərin siyahısını təqdim etmişdir. Həmin siyahıdan Cavid Qədimovu seçmiş, bir qədər keçdikdən sonra Cavid müəllim də Sarıca PB-nə gəlmişdir. Bundan sonra isə müstəntiq ona CM-nin 234.2-ci maddəsi ilə tutulduğunu bildirib hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı da yenidən hüquq və vəzifələri izah edilməklə iştirak edən şəxslərlə münasibətləri, ədavət və düşmənçilikləri soruşulduqda heç bir iştirakçı ilə ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq ona üzərində olan əşyaları təqdim etməyi bildirdikdə o, ayağa qalxaraq üzərində olan evin açarlarını, cib dəsmalını, siqaret və mobil telefonu masanın üzərinə qoymuş, sonra müstəntiq onun üzərini yoxlamış və heç bir şey tapmamışdır. Daha sonra isə Şahid1 narkotik vasitə satıb-satmadığını soruşduqda o, 60 manata 1 kibrit qutusunu satdığını bildirib ifadəsində qeyd etdiyi xüsusatları söyləmişdir. Bundan sonra isə başqa yerdə narkotik vasitəsi olub-olmadığı soruşulduqda yaşadığı evin tövləsində narkotik vasitə olduğunu, satdıqdan sonra bir hissəsini orada qaldığını demişdir. Bundan sonra isə müstəntiq onun mobil telefonunu qablaşdırmış, digər əşyaları isə onun özünə qaytarmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və imzalamışdır. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş, vəkilin, müstəntiq və digərlərinin iştirakları ilə yaşadığı evin yaxınlığına getmişlər. Daha sonra isə evində baxış keçirilməsindən ötrü, həmkəndliləri olan, əvvəllər ədavət və düşmənçiliyi, qohumluq münasibətləri olmayan, hazırda adlarını xatırlamadığı iki nəfər şəxs dəvət edilmişdir. Bundan sonra isə müstəntiq onların, digər iştirakçıların hüquq və vəzifələrini izah etməklə, yenidən iştirakçılarla arasında münasibətləri, etirazının olub-olmadığını soruşduqda heç birinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra isə müstəntiq onun yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməyi xahiş etdikdə, evin həyət hissəsinə daxil olaraq tövlədəki narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitə müstəntiq tərəfindən bütün iştirakçılara göstərildikdən sonra qablaşdırmışdır. Müstəntiq yaşadığı evdə əlavə narkotik vasitə olubolmadığını soruşduqda “xeyr” deyə cavab vermişdir. Daha sonra isə müstəntiq evinin digər hissələrinə baxış keçirmiş, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra isə bu barədə protokol tərtib edilmiş və digər iştirakçılar kimi o, da həmin protokolu imzalamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Bəxtiyarla münasibətləri yaxşıdır, əvvəllər qohum olmuşlar. Lakin hazırda qohumluqları, o, cümlədən aralarında düşmənçilik və ədavət yoxdur. Arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Bir neçə dəfə Bəxtiyardan kibrit qutusunda narkotik vasitə almışdır. Təxminən on beş gündən bir 1 qutu. Qutusunu 60 manata almışdır. Axırıncı dəfə aldığının bir hissəsini istifadə etmiş, keyfiyyəti xoşuna gəlməmişdir. 19 dekabr 2020-ci il tarixdə Bəxtiyardan aldığı narkotik vasitə üstündə olduğu zaman X14 əməkdaşları onu saxlamış və bölməyə aparmışlar. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş və üstündə olan narkotik vasitə aşkar olunmuşdur. O, da həmin narkotik vasitəni Bəxtiyardan 60 manata aldığını etiraf etmişdir. Narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili işləyir. 19 dekabr 2020-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kənd sakini “Yusif” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 19 dekabr 2020-ci il tarixdə “Yusif” adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis mayoru Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Yusif adlı şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Şahid1 olduğu müəyyən edildikdən sonra Şahid1 Kiçik Dəhnə kəndində yerləşən “Şəhidlər Xiyabanı”nın yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Şahid1 vəkil Emil Əliyevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra vəkilin, onun, sahə rəisi Şahid6 iştirakı ilə videoçəkilişlə Şahid1 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən kibrit qutusunda narkotik vasitə aşkar olunmuş, müstəntiq Şahid1 narkotik vasitəni haradan əldə etməsi barədə suallar verdikdə o, narkotiki həmkəndlisi və qonşusu “Bəxtiyar” adlı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Keçirilmiş tədbirlər zamanı “Bəxtiyar” adlı şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs olması, hazırda yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Bundan sonra Şahid3 ilə birlikdə Şəki rayonu Kiçik Dəhnə kəndinə gedib Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq Sarıca PB-nə gətirmişlər. Vəkil Cavid Qədimovun iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkilişlə onun, vəkilin, polis sahə nəfəri Şahid3 iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Bundan sonra isə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ondan əvvəl Şəki rayonu Kiçik Dəhnə kənd sakini Şahid1 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən kibrit qutusunun içərisində yaşıl rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülməsini, həmin şəxsin narkotik vasitəyə oxşar kütləni Şəki rayonu Kiçik Dəhnə kənd sakini “Bəxtiyar” adlı şəxsdən 60 manat pul müqabilində özü istifadə etmək üçün aldığını bildirib Şahid1 dediklərinin doğru olub-olmamasını, əgər doğrudursa nə vaxt, harada narkotik vasitəni satmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə Şahid1 60 manata narkotik vasitə satdığını, həmin narkotiki yaşadığı kəndin giriş hissəsindən tapdığını, 60 manat pulu xərclədiyini, satdığı narkotik vasitədən yaşadığı evdə qaldığını, onu təqdim edə biləcəyini, evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş mobil telefon müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılmış, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra Şahid6 və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, evin darvaza qapısı önündə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələri izah olunmuş və bir daha yaşadığı evə baxış keçirilməsinə etirazı olubolmaması soruşulmuş, həmin şəxs hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edilmiş, onların iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməsi təklif olunduqda, o evin həyətində yerləşən tövləni göstərib narkotik vasitəni tövlədə gizlətdiyini bildirmişdir. Tövlədə qapının sol tərəfində qaz balonunun üzərində olan sellofan torbanın içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəkisinin, tərkibinin və narkotik vasitə olubolmamasının müəyyən edilməsi, ekspetiza tədqiqatına təqdim edilməsi üçün 01 ədəd zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikililərə və evin bütün otaqlarına baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra müstəntiq tərəfindən bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Şahidlər Şahid3 və Paşayev X4 instansiya məhkəməsi iclasında Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, əvvəllər hal şahidi qismində iştirak etməmişdir. 19 dekabr 2020-ci il tarixdə axşam radələrində polis əməkdaşı Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi ilə bağlı hal şahidi qismində iştirak etməyini ondan xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin evinə getmişlər. Başqa bir nəfər hal şahidi də dəvət edilmiş, hüquq və vəzifələri izah edilmiş, baxışda iştirak etmələrinə, iştirakçılara etirazın olub-olmadığını araşdırılmışdır. O, Təqsirləndirilən şəxsla arasında heç bir ədavət və düşmənçiliyin olmadığını, həmçinin etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin evin həyətində yerləşən tövlədə olduğunu bildirmiş, tövləyə daxil olan kimi qapının sol tərəfində qaz balonunun üzərində olan sellofan torbanın içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar olunan kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Şahid Rəhimov X5 instansiya məhkəməsi iclasında Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Müdafiə tərəfinin vəsatəti ilə birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, X14 rəisi vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. Təqsirləndirilən şəxsla ədavət və düşmənçiliyi yoxdur. 19 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 2-3 radələrində saxlanılaraq bölməyə gətirilmiş, Təqsirləndirilən şəxs evinə isə bildiyi qədərilə saat 5-6 radələrində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs harda saxlanılmasından məlumatı yoxdur, ehtimal edir ki, kənddə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında, habelə yaşadığı evinə baxış keçirilməsində iştirak etməmiş, evinə daxil olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki təsir göstərməmişdir. Bildiyi qədərilə əməliyyat işi açılmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır, onun günahsız olduğuna inanır. Təqsirləndirilən şəxs polislər səhər sahatlarında aparmış, axşam 5-6 radələrində isə evə gətirmişlər. Aparanda görməmişdir, lakin axtarış zamanı orada olmuşdur. Onu yaxın getməyə qoymamışlar. Lakin polislərdən birinin tövlənin çardağına çıxaraq tövləyə nəsə atdığını görmüş, sonra isə tövlənin qapısını açıb Bəxtiyarı məcbur etmişlər ki, atdıqlarını götürsün. Qaranlıq olduğu üçün qeyd etdiyi halları telefon işığı vasitasi ilə görmüşdür. Qaranlıq olduğu üçün dəqiq kimin atdığını və nəyi atdığını görməmiş, atdıqlarını sonradan gətirib maşında zərfə qablaşdırmışlar. Müdafiə tərəfinin vəsatəti ilə Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır və onu ağıllı bir adam kimi tanıyır. Hadisə ilə bağlı bildirmişdir ki, polislər tövlənin çardağına çıxıb tövlənin içərisinə nəsə atmışlar. Bəxtiyarı da məcbur etmişlər ki, həmin atdıqlarını götürsün. Hadisə gecə olub, özü tövlədən çöldə olub və qapıdan görüb. Müdafiə tərəfinin vəsatəti ilə birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısıdır. Qardaşını polislər səhər aparmış, axşam isə gətirmişlər. Onu yaxına buraxmamışlar. Polislər nərdivanla tövlənin çardağına çıxıb, tövləyə nəsə atmaq istəyəndə əmisi buna imkan verməmiş, lakin onlar əmisini itələyib yıxmışlar. Sonra isə qapını açdırıb məcbur etmişlər ki, Bəxtiyar onların tövləyə atdığını götürsün. Polislərin tövləyə atdıqlarını tam görməyib, bilir ki, sellofan torbada olub. İş materiallarına əlavə edilmiş 20 dekabr 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Şahid1 üzərinə 19.12.2020-ci il tarixdə X16 şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən, 01 ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarında, təmiz çəkisi 1.95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 19 dekabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı evə baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən evin həyətyanı sahəsindəki tövlənin giriş hissəsinin sol tərəfində, 01 ədəd sellofan torbanın içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2020-ci il tarixli, 17/635 saylı rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Şahid1 üzərindən aşkar olunmuş... 01 ədəd kibrit qutusu sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 1,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin tövləsindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 19.34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd : Marixuanaların təmiz çəkisi - 1,95 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 1,90 qr. Marixuanaların təmiz çəkisi - 19.34 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 19,29 qr. (Aparılan tədqiqatın dəyəri 34,55 manat təşkil edir). Şəki RMX Nаrkоlоji şöbəsinin 27 yanvar 2021-ci il tаrixli, 125 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2016-cı il tarixdən etibarən “Kannobinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 mart 2021-ci il tarixli, 215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 04 fevral 2021-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Şəki şəhər-rayon Polis Şöbəsinin X16n daxil olmuş 05 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Şəki şəhər-rayon Polis Şöbəsinin X14 inzibati binasının ətrafında quraşdırılmış video kameraların yalnız müşahidə xarakterli olması və yaddaş bazasının olmaması ilə əlaqədar olaraq 19 dekabr 2020-ci il tarixdə saat 04:00-dan saat 12:00-dək olan video görüntülərin Şəki Rayon Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, o, məhkumluğu ödənilmədiyi və qəsdən, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21.29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 1.95 qram hissəsini 18 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında 01 ədəd kibrit qutusunun içərisində 60 manat pul müqabilində tanışı Şahid1 satmış, qalan 19.34 qram hissəsini isə bir ədəd sellofan torbada Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin giriş hissəsinin sol tərəfində gizlədərək saxlamış, 19 dekabr 2020-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin X14 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 saat 12:10 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində olan, “Şəhidlər Xiyabanı” adlanan ərazinin yaxınlığında saxlanılaraq X20 gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki gödəkçənin sağ yan cibindən, 01 ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarında, təmiz çəkisi 1.95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin X14 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhər-rayon Polis Şöbəsinin X14 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilən əşya yaxud predmet aşkar edilməmiş, həmin gün saat 22:50-də yaşadığı Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində olan tövlənin giriş hissəsinin sol tərəfində saxladığı, təmiz çəkisi 19.34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərindən bəlli olur ki, təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli hesab etmir və barəsində bəraət hökmümün çıxarılmasını xahiş edir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı apellyasiya şikayələrində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Ona görə ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində, hətta məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə ona istinad olunan əməli etiraf etmişdir. O, məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, ibtidai istintaqda etiraf edici ifadələr verdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Belə ki, məhkəmə baxışında səhər tezdən evindən tutulub bölməyə aparılmasını, ibtidai istintaq dövründə fiziki təsirə məruz qaldığını bildirsə də, qeyd olunan hallar araşdırılmış və təsdiqini tapmamışdır. Qeyd edilən xüsusatlar Şəki rayon prokurorluğunda araşdırılmış və prokurorluğun 31 may 2021-ci il tarixli qərarı ilə 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qarşı Şəki ŞRPŞ-nin əməkdaşları X3, Şahid6 və Şahid2 tərəfindən qanunsuz əməllərin törədilməsi ilə bağlı toplanmış 72c-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsini inadırıcı hesab etməklə, şübhəli olmasını qəbul etmir. Məhkəmə qeyd edir ki, şahidin ifadəsi digər sübutlarla inkar olunmur, bunun əksi olaraq məhkəmə iclasında dindirilmiş digər şahid ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə təkzib olunmur. Odur ki, məhkəmə şahidin ifadəsini əsaslı sübut kimi qəbul edir. Məhkəmə Arifə Nuruyeva, Xacay Abdulkərimova və Gülnarə Rəsulovanın göstərdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin yaxın adamları olmaqla onu müdafiə etmək məqsədilə ümumi sözlərdən ibarət olan ifadələr vermişdirlər. Belə ki, qeyd olunan şəxslər narkotik vasitənin polis işçiləri tərəfindən tövləyə çardaqdan atıldığını bildirsələr də, bunun konkret olaraq kim tərəfindən edildiyini görmədiklərini və bilmədiklərini, hadisənin günün qaranlıq vaxtında baş verdiyini, onları yaxın buraxmadıqları üçün kənardan izlədiklərini demişdilər. Odur ki, məhkəmə Arifə Nuruyevanın, Xacay Abdulkərimovanın və Gülnarə Rəsulovanın ifadəsini əsaslı sübut kimi qəbul etmir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun Qərarında cinayətkar əməllərin ixtisaslı, təkmilləşmiş alibilərlə lazımi qiymətindən kənarda qalmasının qarşısının alınması üçün daha mükəmməl yanaşmalarla məhkəmə təcrübəsinə əsaslı tövsiyyələr verilmişdir. Belə ki, Plenum Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin iş materiallarından görünür ki, DİN-nin BƏSİİ-dən daxil olmuş 25 yanvar 2021-ci il tarixli tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2014cü il tarixli hökmünün və Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki Nəzərov X6 Ağır Cinayətlər Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 25.09.2019-ci il tarixli qərarı ilə 09 ay 14 gün vaxtından əvvəl şərti azad olunub, 09.07.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər də eyni növ cinayət əməli ilə təqsirli bilinib qanunvericiklə nəzərdə tutulmuş barəsində cəza tədbirinin görülməsi diqqətdən kənarda qalmamalı, yenə də narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakına görə yaxalanması, uyğun olaraq ibtidai istintaqın gəldiyi mövqeyi möhkəmləndirir və fikrini təsdiq edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarına əsasən Məhkəmə əməlin tövsifi ilə bağlı ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşır ona görə ki, qeyd olunan Qanun narkotik vasitələrin satış məqsədilə qanunsuz əldə edilib, daşınması və saxlanmasını digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi qəbul edir, Plenum Qərarı da CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmənin də həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün göstərilən hərəkətlərin satış məqsədi ilə edilməsinin müəyyən olunmasının bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olankustar üsulla hazırlanmış heroin və qurudulmuş marixuananın istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Məhkəmə kollegiyası toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, o törətdiyi cinayətə görə cəza almalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirən hal kimi qiymətləndirilməsini, onun məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməlini törətməsini, bunun nəticəsində onun əməlində cinayətin residivi mövcud olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almış,ona təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan kifayət qədər həddə, humanist, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2019-cu il tarixli, 1(075)-41/2021 saylı hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(075)-41/2021 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-358/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-358/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver