Məhkəmə qərarları › İş №1(107)-359/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-359/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-359/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkil X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkil X8 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən hakim Malik Qarayev) 07 iyul 2022-ci il tarixli 1(024)-31/2022 nömrəli hökmü ilə, xx.xx.1997-ci ildə Qax rayonu Qum kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu Şorsu kəndində pasport qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki PMnin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi; xx.xx.1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şəki şəhəri, L.Abdullayev küçəsi, ev 19-da pasport qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan, barəsində Qax Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki PM-nin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, iş üzrə maddi sübut olan 4200 manat, 9300 ABŞ dolları, 2 cüt qızıl sırğa və 2 ədəd qızıl üzük Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınması və 1 ədəd zərfdə olan 9 ədəd əl-barmaq izi cinayət işini materiallaırnda saxlanılması, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, iş üzrə mülki iddia təmin edilməsi, Təqsirləndirilən şəxs1 10000 (on min) manat pul və eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 4100 ABŞ dolları-ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə)və 1800 manat və ödənilmiş 143.1 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanın mövqeyinə görə Təqsirləndirilən şəxs1 qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Belə ki o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində çoban işlədiyi, Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağına evdə heç kimin olmamasından istifadə edərək qanunsuz daxil olaraq orada yerləşən saxlanc yeri olan sandığı açarla açaraq içərisindən sonuncuya məxsus 10000 (on min) manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 10000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək 25 fevral 2022-ci il tarixdə saat 22 radələrində Qax rayonu Almalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni, fərdi yaşayış evinin arxa tərəfində yerləşən pəncərdən oraya qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri olan sandığın asma qıfılını Təqsirləndirilən şəxs2 əli ilə burub sındırdıqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus 6000 (altı min) manat pulu, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Belə ki o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şəki rayon, Şorsu kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək 25 fevral 2022-ci il tarixdə saat 22 radələrində Qax rayonu Almalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni, fərdi yaşayış evinin arxa tərəfində yerləşən pəncərədən oraya qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri olan sandığın asma qıfılını əli ilə burub sındırdıqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus 6000 (altı min) manat pulu, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 tərəfindən apellyasiya şikayətləri verilmişdir apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə sanksiyada nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X11 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi xahiş etdilər. Müdafiəçi X3 əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 ağır cəza təyin etmişdir. Maddənin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa azadlığın məhdudlaşdırılması cəzası da vardır. Bundan başqa apellyasiya instansiyası mərhələsində zərərçəkmiş şəxslə də barışıq əldə olunub. Belə ki, zərərçəkmiş şəxsə dəymiş ziyandan 1000 manat nağd zərər ödəniləcək və yerdə qalan 3385 manat zərər hüquqlarını müdafiə etdiyi şəxsin qardaşı Mövlüd Abdulkərimov tərəfindən ödənilməsi öhdəlik götürülür. Mövlüd Abdulkərimov “Al” marketdə işləyir və 800 manat əmək haqqı alır. Onun əmək haqqı kartı zərər ödənilənə qədər zərərçəkmiş şəxsə veriləcəkdir. Xahiş edirik apellyasiya şikayətini təmin edilsin və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilsin. Hüquqlarını müdafiə etdiyi şəxs birinci məhkumluğu da oğurluq cinayəti olmuşdur. Hazırda şəxs məhkum olunmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, əməlindən çox peşmandır. Özü də ustadır. İşləyib zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyəcəkdir. Hazırda da 1000 manat ziyan tərəfindən ödənilmişdir. Qardaşının əmək haqqı kartı da veriləcək və zərər ödəniləcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini və zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin təmin edilməsini, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş şikayətin isə, ona vurulmuş ziyan real ödəniləcəyi halda təmin edilməsinə etirazı yoxdur. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, keçən məhkəmə iclasında bildirdilər ki, pul bütöv ödəyəcəklər. Hazırda şəxsin atası deyir ki, 1000 manat verir və kart verir. O, da istəyir ki, bu hallar məhkəmənin iştirakı ilə olsun. Əmək haqqı kartı da şəxsin qardaşına məxsusdur. O, hüquqi məsələləri bilmir. Sabah ola bilsin ki, şəxs kartı bağlayar. Ondan sonra necə olacağını bilmir. Ballıyev Şahidə gəldikdə isə o birinci dəfə oğurluq edəndə həmin 10000 manat pulun 5000 manatını Yusifə verib. 1700 manatını isə Nicatın qardaşına verdiyini bildirmişdir. Əgər o, ona düz deməsə məhkəmədə onu bağışlamayacdır. Ancaq Nicat pulu vermirsə necə onu bağışlaya bilər. Məhkəmə kollegiyası iclasında iştirak edən dövlət ittihamçısı, kiçik-ədliyyən müşaviri X2 çıxışında təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə birinci instansiya məhkəməsində çıxış edən dövlət ittihamçısının istədiyi cəza həddində təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X7 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxslə tanış olmuş, Zərərçəkmiş şəxs onu öz evində, şəxsi təsərrüfatında çoban kimi işləmək üçün Almalı kəndinə aparmışdır. Onunla aylıq 200 manat pula çoban kimi işləməyə razılaşmışdır. Həmin vaxtdan 2022-ci ilin yanvar ayına kimi Zərərçəkmiş şəxs təsərrüfatında çoban işləmişdir. 2022-ci ilin yanvar ayının 17-də Zərərçəkmiş şəxs evində olduğu zaman oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin günü axşam vaxtı Həbibullah və həyat yoldaşı Zaqatala rayonuna qohumlarıgilə qonaq getmişlər. Saat 21 radələrində evin ikinci mərtəbəsinə qalxaraq, oradan Həbibullahın yataq otağına keçmiş, yataq otağında girişdə sol tərəfdə yerləşən sandığın qıfılının açarını axtarmış və otaqdakı çarpayının altından tapmışdır. Bundan sonra açarla sandığı açmış, sandıqdan 10000 manat pul götürdükdən sonra, qapağını bağlayaraq açarı götürdüyü yerə qoymuşdur. Bundan sonra Almalı kəndində yaşayan tanışı Yunis vasitəsi ilə taksi taparaq Qax şəhərinə getmişdir. Qax şəhərindən saat 22 radələrində Bakı şəhərinə getmiş, təxminən 1 aydan artıq bir müddətdə Bakı şəhərində qalmış, pulu müxtəlif yerlərdə yeyib içməyə və özünə pal-paltar almağa xərcləmişdir. Bundan başqa Bakı şəhərində olan zaman Şəki rayon sakini Təqsirləndirilən şəxs2la tanış olmuş, söhbət əsnasında Nicata Qax rayonu, Almalı kəndində çoban işlədiyi yerdən oğurluq etdiyini, həmin evin sahibinin də imkanlı olduğunu demişdir. Nicat ona Almalı kəndinə gedərək oradan oğurluq etmələrini təklif etmiş, Nicatın təklifini qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Nicatla birlikdə avtobusla Şəki şəhərinə getmiş, Şəki şəhərində bir qədər gəzib havanın qaralmağını gözləmişlər. Hava qaraldıqdan sonra Nicatın tanıdığı bir taksi ilə Qax rayonu Almalı kəndinə gəlmiş, taksi sürücüsünə Almalı kəndinə guya özünün qaynatasıgilə getdiklərini demişdir. Kəndin mərkəzində taksidən düşərək sürücüdən onları gözləməsini xahiş etmişlər. Saat təxminən 22 radələrində Nicatla birlikdə Həbibulla Qarayevin evinə arxa pəncərədən daxil olmuş, evdən əvvəl də oğurluq etdiyindən oradakı sandıqda yenə pul olacağını düşünərək Nicata yataq otağına getmələrini təklif etmiş, yataq otağındakı sandığın qıfılının açarını axtarsalar da tapa bilməmiş, Nicat qıfılı əli ilə burub sındırmışdır. Sandığı açdıqda, oradan 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğanı, 4200 manat və 9300 ABŞ dollarını pulu götürmüş, daxil olduqları yerdən evi tərk etmişlər. Daha sonra isə gəldikləri həmin taksi ilə Şəki şəhərinə qayıtmışlar. Taksi sürücüsünə yol xərci olaraq 40 manat vermişlər. Daha sonra tanımadıqları yol maşını ilə Nicatın yaşadığı Şəki rayonu Kosalı kəndində yerləşən evə getmişlər. Evdə Nicat ona 2000 manat pul və qızılları vermiş, 9300 ABŞ dollarını və 2200 manat pulu isə onun yaşadığı evin həyətində şüşə bankaya qoyub basdırmışlar. Daha sonra oradan çıxıb özündə olan pulla birlikdə bir müddət ara sakitləşənə kimi Bakı şəhərində qalmağı planlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 11 radələrində evdən çıxıb Şəki şəhərinə gedən zaman onları yolda Qax rayon polis şöbəsinin əməkdaşları saxlamış və polis şöbəsinə dəvət etmişlər. Qax rayon Polis şöbəsində törətdikləri cinayət əməllərini etiraf etmişlər. Taksi sürücüsü Fuadın onların oğurluq etməsindən heç bir məlumatı olmamışdır. Hərəkətindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxs vurduğu ziyanı qismən ödəmişdir. Zərərçəkmiş şəxs üzr istyərək onunla barışmağa cəhd etsə də, zərərçəkmiş şəxs onunla barışmamışdır. Hərəkətindən peşman olmasını, nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən Al marketdə kassir işləyir. Təqsirləndirilən şəxs1 ilə orada tanış olmuşdur. Bakı şəhərində Şahidlə söhbət edən zaman Şahid ona Qax rayonu, Almalı kəndində çoban işlədiyi yerdən oğurluq etdiyini, həmin evin sahibinin maddi imkanının yaxşı olduğunu demişdir. Şahidə Qax rayonu, Almalı kəndinə gedərək oradan oğurluq etmələrini təklif etmiş, Şahid də onunla razılaşmışdır. Şahidlə birlikdə xx.xx.2022-ci il tarixdə səhər saatlarında avtobusla Şəki şəhərində gəlmiş, bir qədər gəzişərək havanın qaralmağını gözləmişlər. Hava qaraldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olan tanışı Fuada məxsus avtomobillə Qax rayonu Almalı kəndinə gəlmiş, Fuada Almalı kəndinə dostu Şahidin qaynatasıgilə getdiklərini demişdir. Fuad onları kəndin mərkəzində düşürmüş, Fuaddan onları gözləməsini xahiş etmişdir. Bundan sonra saat təxminən 22 radələrində Şahidlə birlikdə piyada Həbibulla Qarayevin evinin yaxınlığına gələrək arxa hissədən pəncərdən içəri daxil olmuş, Şahid ona birbaşa yataq otağına getmələrini təklif etmişdir. Yataq otağına daxil olduqdan sonra girişdən sol tərəfdə olan sandığa yaxınlaşmış, sandıq qıfılla bağlı olduğu üçün açarı axtarmış, lakin tapa bilmədikdə qıfılı əli ilə vurub sındırmışdır. Sandıqdan 2 ədəd üzük, 2 cüt qızıl sırğa, 4200 min manat pul və 9300 ABŞ dolları məbləğində pulu götürmüş, daxil olduqalrı yerdən evi tərk etmişlər. Fuadla birlikdə yenidən Şəki şəhərinə qayıtmış, Fuada yol xərci olaraq 40 manat vermişlər. Daha sonra isə tanımadığı yol maşını ilə yaşadığı Kosalı kəndindəki evlərinə getmiş, Şahid ona 2000 manat pul və qızılları vermiş, 9300 ABŞ dollarını, 2200 manat pulu isə Şahidlə birlikdə yaşadığı evin həyətində şüşə bankaya qoyub basdırmışlar. Şahiddə olan pulla birlikdə bir müddət ara sakitləşənə kimi Bakı şəhərində qalmağı planlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 11 radələrində evdən çıxıb Şəki şəhərinə gedən zaman yolda Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə dəvət edilmişlər. Qax rayon Polis şöbəsində törətdikləri cinayət əməllərini etiraf etmişlər. Taksi sürücüsü Fuadın onların oğurluq etməsindən heç bir məlumatı olmamışdır. Hərəkətindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxs vurduğu ziyanı qismən ödəmişdir. Zərərçəkmiş şəxs üzr istyərək onunla barışmağa cəhd etsə də, zərərçəkmiş şəxs onunla barışmamışdır. Hərəkətindən peşman olmasını, nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təsərrüfatında özünə məxsus 130 baş xırda buynuzlu heyvan vardır. Həmin heyvanları Qax rayonu Almalı kəndində yaşadığı evin həyətindəki tövlədə saxlayır. 2021-ci ilin avqust ayında Şəki rayonu Şorsu kənd sakini Təqsirləndirilən şəxs1 bir ayı 200 manat maaş müqabilində həmin heyvanlara çobanlıq etmək üçün yaşadığı evə gətirmişdir. Təqsirləndirilən şəxs1 həmin tarixdən etibarən yaşadığı 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində qalmış, hər gün 130 baş xırda buynuzlu heyvanları kəndin ərazisində otarmışdır. 2021-ci ilin dekabr ayında təsərrüfatında olan 12 baş xırda buynuzlu heyvanları və bir baş kəlçə heyvanını satmış, həmin heyvanların pulunu saxlamaq üçün arvadı Şahid5 vermişdir. Bəturə də həmin pulları yataq otaqlarındakı sandığın içərisində olan pulların yanına qoyaraq saxlamışdır. Həmin sandıqda pul olduğunu özü və arvadı Bəturədən başqa heç kim bilməmişdir. Yataq otağı evin ikinci mərtəbəsində yerləşir. Pul qoyulan sandıq isə həmin otaqda sol tərəfdəki pəncərənin yanına qoyulmuşdur. 2022-ci ilin yanvar ayının axırları kreditə aldığı Traktorun pulunu 10 000 (on min) manatla ödəyib krediti bağlamaq istəmişlər. xx.xx.2022-ci il tarixdə Zaqatalada yaşayan qızı Leylanın ad günü olduğu üçün saat 20 radələrində arvadı Bəturə ilə birlikdə ad gününə getmişlər. Təqsirləndirilən şəxs1 isə yaşadıqları evdə tək, evin birinci mərtəbəsində qalmışdır. Evin ikinci mərtəbəsinin girişi ayrı olduğu üçün arvadı Bəturə ikinci mərtəbənin giriş qapısını bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 24 radələrində Zaqatala rayonundan yaşadıqları evə gəlmiş, Şahidin otağının işıqlarının yanmadığını görərək onun yatdığını zənn etmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında təsərrüfatında olan heyvanlara yem verən zaman, Şahidin heyvanların yanında olmadığını görmüş, onu otağından səsləsə də Şahid ona cavab verməmişdir. Otağa daxil olduqda, onun otaqda olmadığını görmüş, onun ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin nömrəyə zəng çatmamışdır. Şahidin qaçdığından şübhələndiyi üçün, arvadına mətbəxdəki stolun altında saxladıqları xırda pulları yoxlamasını demiş, arvadı həmin xırda pulların yerində olduğunu bildirmişdir. Daha sonra Bəturə ilə birlikdə yataq otağındakı sandığa baxmış, oradan 10000 manat pulun olmadığını görərək, oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində həyat yoldaşı Bəturə ilə Zaqatala şəhərinə kürəkənigilə qonaq getmiş, həmin günü saat təxminən 22:30 radələrində Zaqatala şəhərindən yaşadıqları Almalı kəndinə qayıtmış, həyat yoldaşı Bəturə yatmaq üçün evin ikinci mərtəbəsinə qalxmış, təxminən 5 dəqiqə sonra onun yanına gələrək evin ikinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu və yataq otağındakı sandığın açıq olduğunu demişdir. Onlar birlikdə yataq otağına daxil olduqda evin yataq otağına daxil olan zaman sandığın açıq olduğunu, 6000 manat pulun, 13400 ABŞ dolları və 5000 manat dəyərində 1 ədəd 7 qramlıq 575 əyarlı brilliant üzük, 1 ədəd 7 qramlıq 575 əyarlı komplektin üzüyü, 1 ədəd 7 qramlıq 575 əyarlı komplektin sırğası və 1 ədəd 3 qramlıq 575 əyarlı sırğanı oğurlandığını görmüşlər. Hadisə nəticəsində ona ümumilikdə 43780 manat maddi ziyan dəymiş, ilkin olaraq yanıldığından evindən 17000 ABŞ dolları və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermiş, lakin evindən 6000 manat pulu, 13400 ABŞ dolları və 5000 manat dəyərində 1 ədəd 7 qramlıq 575 əyarlı brilliant üzük, 1 ədəd 7 qramlıq 575 əyarlı komplektin üzük, 1 ədəd 7 qramlıq 575 əyarlı komplektin sırğa və 1 ədəd 3 qramlıq 575 əyarlı sırğa oğurlanmışdır. Ona hadisə nəticəsində ümumilikdə 43780 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduqları maddi ziyanı qismən ödəmişlər. Lakin onların hər ikisindən şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni cəza verilməsini xahiş edir. Məhkəməyə təqsirləndirilən şəxslərin ona vurduqları ziyanla bağlı mülki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən mülki iddianın təmin edilərək Təqsirləndirilən şəxs1 10000 (on min) manat pul və eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 4100 ABŞ dolları və 1800 manat və ödənilmiş 143.1 manat dövlət rüsumu alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs arvadıdır. 2021-ci ilin avqust ayında əri Həbibullah Şəki rayonu Şorsu kənd sakini Təqsirləndirilən şəxs1 ayda 200 manat maaş müqabilində həmin heyvanlara çobanlıq etmək üçün yaşadıqları evə gətirmişdir. Təqsirləndirilən şəxs1 onların yaşadığı 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində qalmışdır. 2021-ci ilin dekabr ayında təsərrüfatında olan 12 baş xırda buynuzlu heyvanları və bir baş kəlçə heyvanını satmış, əri Həbibullah həmin pulu saxlamaq üçün ona vermişdir. O da pulları yataq otağındakı sandığın içərisində olan pulların yanına qoymuşdur. xx.xx.2022-ci il tarixdə əri ilə birlikdə Zaqatala rayonunda yaşayan qızı Leylanın ad gününə getmiş, Şahid isə evdə qalmışdır. Evin ikinci mərtəbəsinin girişi ayrı olduğu üçün ikinci mərtəbənin giriş qapısını bağlamışdır. Həmin günü saat 24 radələrində evə qayıtdıqda Şahidin otağının işıqlarının yanmadığını görmüşdür. Şahidin yatdığını zənn edərək buna əhəmiyyət verməmişdir. Lakin xx.xx.2022ci il tarixdə səhər saatlarında Həbibullah ona Şahidin qaçdığını deyərək mətbəxdəki stolun altında saxladıqları xırda pulları yoxlamasını demiş, yoxladıqda pulların yerində olduğunu görmüş və ərinə demişdir. Daha sonra birlikdə yataq otağındakı sandığa baxmış, sandığın içərisində olan qızıl-zinət əşyalarının yerində olduğunu, lakin 10000 manat pulun oğurlandığını görmüşlər. Bundan sonra DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində əri Həbibullah ilə birlikdə Zaqatala şəhərinə kürəkənigilə qonaq getmiş, həmin günü saat təxminən 22 radələrində evə qayıdan zaman evin ikinci mərtəbəsinin pəncərəsinin və yataq otağındakı sandığın açıq olduğunu görərək ərini çağırmışdır. Birlikdə evin yataq otağına daxil olan zaman sandığın açıq olduğunu, ətrafında dağılmış vəziyyətdə olduğunu görmüşlər. Sandığa baxdıqda oradan naməlum şəxs və ya şəxslərin 6000 manat pulu, 13400 ABŞ dolları və 5000 manat dəyərində 1 ədəd 7 qramlıq 575 əyarlı brilliant üzük, 1 ədəd 7 qramlıq 575 əyarlı komplektin üzüyü, 1 ədəd 7 qramlıq 575 əyarlı komplektin sırğası və 1 ədəd 3 qramlıq 575 əyarlı sırğanı oğurladıqlarını görmüşlər. Hadisə nəticəsinə ailəsinə ümumilikdə 43780 manat maddi ziyan dəymiş, ilkin olaraq yanıldığından evindən 17000 ABŞ dolları və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermiş, lakin evdən 6000 manat pulu, 13400 ABŞ dolları və 5000 manat dəyərində 1 ədəd 7 qramlıq 575 əyarlı brilliant üzük, 1 ədəd 7 qramlıq 575 əyarlı komplekt üzük, 1 ədəd 7 qramlıq 575 əyarlı komplekt sırğa və 1 ədəd 3 qramlıq 575 əyarlı sırğan oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Yunis onun mobil nömrəsinə zəng edərək Həbibullahın çobanı Şahidi Qax şəhərinə aparmaq lazım olduğunu, demiş, ona 15 manata aparacağını dedikdə Yunis çobanın imkanı olmadığını, 10 manat pul verə biləcəyini demşdir. Yunisə Şahiddən 12 manat pul alacağını demiş və təxminən 10 dəqiqə sonra həmkəndlisi Həbibullahın yaşadığı küçəyə gəlmiş, Şahid maşına əyləşdikdən sonra onu Qax şəhərinə aparmışdır. Şahidin ona verdiyi 20 manatdan 5 manatına benzin tökmüş, qalanını isə zəhmət haqqı kimi çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Aydın oğlu ifadəsində göstərdi ki, hərdənbir taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 tanıyır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Nicat ona zəng edərək Qax rayonu, Almalı kəndinə dostunun qaytanasıgilə getdiklərini deyərək onları aparmasını xahiş etmişdir. Nicatı və adının sonradan Şahid olduğunu öyrəndiyi dostunu Qax rayonu, Almalı kəndinə tanımadığı yerə aparıb düşürmüş, Nicat ondan gözləməsini xahiş etmişdir. Həmin günü saat təxminən 22 radələrində Nicat və Şahidi Şəki şəhərinə aparmışdır. Nicat ona yol xərci 40 manat pul vermişdir. Nicatla Şahidin oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2022-ci il tarixdə günorta radələrində yaşadığı kənddə olduğu zaman polis əməkdaşlarıı ona yaxınlaşaraq, evə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, polis əməkdaşlarının təklifini qəbul etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə digər hal şahidi ilə birlikdə həmkəndlisi Təqsirləndirilən şəxs2 razılığı ilə onun yaşadığı evə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən Şəki rayon Şorsu kənd sakini Təqsirləndirilən şəxs1 İlqar oğlu ilə birlikdə sellofon torbaya qoyub üzərini skoçla bağladıqları torpağa basdırdıqları 2200 manat pul, 9300 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 4200 manat pul, 9300 ABŞ dolları və 2 ədəd qızıl üzük və 2 cüt qızıl sırğanı oğurladığını, oğurladıqlarından 2000 manatı və qızılları Şahidin götürdüyünü, 2200 manat pulu və 9300 ABŞ dollarını həmin yerdə basdırdıqlarını demiş, bundan sonra həmin üzərində 2200 manat pul və 9300 ABŞ dolları özünün və digər hal şahidinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdə günorta radələrində yaşadığı kənddə olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, evə baxış keçirilməsində hal şahidi kimi iştirak etmələrini xahiş etmişlər. O, polis əməkdaşlarının xahişini qəbul etmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına gəlmişlər. Polis əməkdaşlarının ondan əlavə bir nəfər şəxsi hal şahidi kimi dəvət etmiş, baxış keçirilməzdən əvvəl ona və digər hal şahidinə hüquqları izah edilmişdir. Bundan sonra polis əməkdaşları həmkəndlisi Təqsirləndirilən şəxs2 razılığı ilə onun yaşadığı evə özü və digər hal şahidinin iştirakı ilə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən Şəki rayon Şorsu kənd sakini Təqsirləndirilən şəxs1 İlqar oğlu ilə birlikdə sellofon torbaya qoyub üzərini skoçla bağladıqları torpağa basdırdıqları 2200 manat pul, 9300 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 4200 manat pul, 9300 ABŞ dolları və 2 ədəd qızıl üzük və 2 cüt qızıl sırğanı oğurladığını, oğurladıqlarından 2000 manatı və qızılları Şahidin götürdüyünü, 2200 manat pulu və 9300 ABŞ dollarını həmin yerdə basdırdıqlarını demiş, bundan sonra həmin üzərində 2200 manat pul və 9300 ABŞ dolları özünün və digər hal şahidinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 tanımır, onunla heç bir düşmənçiliyinin və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 tanıyır, Nicat onun həmkəndlisidir və onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. İşin İ cildinin 5-7-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ona məxsus Qax rayonu, Almalı kəndində yerləşən fərdi yaşayış evindən 10000 (on min) manat pulun və 25 fevral 2022-ci il tarixdə saat 22 radələrində 6000 (altı min) manat pulun, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünün, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünün, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasının, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanın oğurlandığını göstərmişdir. İşin İ cildinin 24-26-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs evin oğurlayaraq gizlədikləri pulun bir hissəsi, yəni 2200 manat pul və 9300 ABŞ dolları Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüşdür. İşin İ cildinin 94-95-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı sandığa baxış keçirilən zaman Həbiballah Qarayev sandıqda 10000 manat pulu saxladığı yeri göstərmişdir.. İşin İİ cildinin 44-45-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 aprel 2022-ci il tarixli 9/1500 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünün dəyəri 560 (beş yüz altmış) manat, bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünün dəyəri 560 (beş yüz altmış) manat, 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasınının dəyəri 560 (beş yüz altmış) manat, 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanın dəyəri 240 (iki yüz qırx) manat olmaqla, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının ümumi dəyəri təxminən 1920.0 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə mümkün olmamışdır. İşin İİ cildinin 43-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İ cildinin 79-80-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs1 17 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağında olan sandıqdan 10000 (on min) manat pulu və Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 fevral 2022-ci il tarixdə saat 22 radələrində Qax rayonu Almalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağındakı sandıqdan 6000 (altı min) manat pulu, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı oğurladığı yeri və şəraiti göstərmişdir. İşin İ cildinin 84-85-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs1 ilə birlikdə 25 fevral 2022-ci il tarixdə saat 22 radələrində Qax rayonu Almalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağındakı sandıqdan 6000 (altı min) manat pulu, 22780 (iyirmi iki min yeddi yüz səksən) manat dəyərində olan 13400 ABŞ dollarını və dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı oğurladığı yeri və şəraiti göstərmişdir. İşin İ cildinin 54-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə saat 18:52-də şübhəli şəxs qismində tutulmuşdur. İşin İ-ci cildinin 209-213-cü vərəqələrində olan Qax Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 4(024)-06/2022 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 həbsə alındığı xx.xx.2022-ci il tarixdən saat 18:50-dan hesablanmışdır. İşin İ-ci cildinin 214-217-ci vərəqələrində olan Qax Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 4(024)-07/2022 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 həbsə alındığı xx.xx.2022-ci il tarixdən saat 18:15-dən hesablanmışdır. İşin İ-ci cildinin 231-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “əşyanın tanınması haqqında” protokoldan görünür ki, 07 mart 2022-ci ildə Zərərçəkmiş şəxs ona təqdim olunan qızıl-zinət əşyalarının içərisində özünə məxsus fərdi yaşayış evindən oğurlanmış 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat olan bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyünü, dəyəri 560 (beş yüz altmış) manat 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğasını, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı tanımışdır. İşin İ cildinin 21-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Əşyanın könüllü təqdim edilməsi zamanı baxış keçirlməsi və götürlüməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs evin oğurladıqları pulun bir hissəsi və qızıl-zinət əşyaları, yəni 2000 manat pul, 2 ədəd qızıl üzük və 2 cüt qızıl sırğa Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İşin İ cildinin 238-239-cu vərəqələrində və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan görünür ki, bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyü, bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyü, 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğası, 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğa və 01 ədəd zərfdə olan 9 ədəd əl-barmaq izi sübut kimi tanınmış və pul və qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs geri qaytarılmış, 1 ədəd dəmir armatur və 01 ədəd zərfdə olan 9 ədəd əl-barmaq izi izi cinayət işinin materiallarına əlavə edilmişdir. İşin İ-ci cildinin 239-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o bir ədəd 7 qramlıq 575 əyarlı briliant qadın qızıl üzüyü, bir ədəd 7 qramlıq 575 əyarlı qadın komplektinin qızıl üzüyü, 1 cüt 7 qramlıq 575 əyarlı olan komplektin qızıl sırğası, dəyəri 240 (iki yüz qırx) manat olan 1 cüt 3 qramlıq 575 əyarlı qızıl sırğanı istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin İİ cildinin 1-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki şəhər İH-nin İpəkçi və Duluslar məhəlləsinin nümayəndəsinin verdiyi 12 mart 2022-ci il tarixli 3/1753 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki şəhəri, S.Abdullayev küçəsi, ev 19-da qeydiyyatdadır. İşin İİ cildinin 2-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki şəhər İH-nin İpəkçi məhəlləsi nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İİ cildinin 11-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki şəhər İHB-nın Şorsu kənd nümayəndəsinin verdiyi 15 mart 2022-ci il tarixli 86 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu Şorsu kəndində qeydiyyatda olmaqla orada yaşayır. İşin İİ cildinin 11-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki şəhər İHB-nın Şorsu kənd nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 161-162-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin İ cildinin 240-241-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs1 10000 (on min) manat pulun və eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 1800 manat və 4100 ABŞ dolları və ödənilmiş 143.1 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində, həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. onların əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 177.2.1, 177.2.3, 177.2.4-cü mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs verdiyi apellyasiya Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə sanksiyada nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X11 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi hökmdən verilmiş apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi deyil. yalnız təqsirləndirilən şəxslərə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddi mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, hərəkətlərindən peşmançılıq çəkməklə törətdiyi cinayətləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, əməlində onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, hərəkətlərindən peşmançılıq çəkməklə törətdiyi cinayətləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurduğu ziyandan 1000(min manat) ödəməsini də CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır və təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə halların müəyyən edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onların şəxsiyyətlərinə uyğun və əsaslı hesab edir. Həmçinin zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın ağırlaşdırılması barədə mövqeyinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını onların şəxsiyəti və törətdikləri cinayət əməllərinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmünü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar