Məhkəmə qərarları › İş №1(107)-36/2022

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-36/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-36/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rafail Əliyev, hakimlər Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədovdan ibarət tərkibdə) 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 tarixli hökmü ilə, xx xxxxxxx 1970-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27.04.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin təyin olunmuş cəza müddəti bitənə qədər dəyişdirilmədən saxlanılması, xx xxxx 1998-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən şəhəri H.Əliyev pr 107A ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.04.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın saxlanılması, təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Balakən rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 kq 679,8 qram və 14,02 qram olan qurudulmuş marixuanaların hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, 13 ədəd DVD diskin və Azercell MMC-dən daxil olmuş 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157,80 AZN (yüz qırx üç manat 88 qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78,90 manat olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən 1 ədəd ağ rəngli sintetik kisədə, külli miqdar hesab edilən, yəni təmiz çəkisi 1 kq 694,22 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi VAZ-21011 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobildə saxlamış, daha sonra 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1 kq 680 qram hissəsini ünvan 3 ünvanında yerləşən “X17 Müəssisəsi” MMC-nin qarşısında Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 150 manata satmış, qalan 14,22 qramı isə satış məqsədi ilə özünə məxsus avtomobildə saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ- 21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının arxa sərnişin oturacağının arxa tərəfindən satış məqsədilə saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən “X17 Müəssisəsi” MMC-nin qarşısında satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün 150 manata alaraq əldə etmiş, daha sonra isə əlində daşıyaraq saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada olan təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin edildiyi hissə mübahisə doğurmur. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etməsini əsassız olaraq istisna etməklə qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak və külli miqdar üçün müəyyən edilən həddən kifayət qədər çox olmasında ifadə olunan işin hallarını nəzərə almamış, səhv qənaətə gələrək qeyd edilən təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmü ilə razılaşmır. Məhkəmə istintaqı zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutlar və işin obyektiv halları, o cümlədən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın xarakteri, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktlar obyektiv tədqiq edilməmiş, məhkəmə işin mühüm əhəmiyyətli faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmədən son nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə səbəb olmuşdur. Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən RPŞ-nin X38 X24 Xidmətinin inspektoru Şahid9 raportla Balakən RPŞ-nin rəisinə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmiş və həmin məlumatın yoxlanılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən RPŞ-nin X38 X24 Xidmətinin inspektoru Şahid9 raportla müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğundan, Təqsirləndirilən şəxs2 tərəfindən rayon polis şöbəsinə gətirildiyini bildirmiş və onun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisində tünd rəngli, spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş və bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 1,71 kq olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitəni Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 150 manat məbləğində pul verməklə aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əlavə olaraq hər hansı qadağan edilmiş əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən hər hansı qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan Vaz- 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomaşının arxa tərəfindən 1 ədəd ağ rəngli kiçik ölçülü sellofan torba çıxararaq təqdim etmiş həmin sellofan torbaya baxış zamanı torbanın içərisində spisifik iyli qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 14,27 qram olması müəyyən edilmişdir. Bundan başqa avtomaşına baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X18 bölməsinin 28.04.2020-ci il tarixli 17/248 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət.Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada təmizi çəkisi – 1 kq 680 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB- *** dövlət qeydiyyat nişanlı avtomaşından " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 14,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində qara rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından..." sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamadakı qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin istintaqın sonrakı mərhələlərində təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, Təqsirləndirilən şəxs2 27 aprel 2020-ci ildə onun mobil telefonuna zəng edərək narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirmiş, lakin o, Təqsirləndirilən şəxs2 özündə narkotik vasitə olmadığını bildirmiş, sonradan həyətində ağac budaqlarının altında saxladığı çürümüş halda olan təxminən 100 qrama yaxın olan narkotik vasitəni maddi ehtyacı olduğuna görə Təqsirləndirilən şəxs2 satmaq qərarına gəlmiş, bundan sonra o, özü Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə zəng edərək yararsız narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitəni almaq üçün 150 manat məbləğində pulu olduğunu bildirmiş, o idarə etdiyi avtomaşınla həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 satmaq məqsədi ilə X26nun qarşısına getmiş, İslam onun idarə etdiyi VAZ-21011 markalı avtomaşına yaxınlaşmış, təxminən 100 qram çəkidə olan yararsız narkotik vasitə olan marixuananı ondan götürmüş və əvəzində ona 150 manat məbləğində pul vermişdir. Həmin vaxt onun avtomaşınında Balakən sakinləri Şahid2 və Şahid3 adlı şəxslər olmuşdur. İslama təxminən 100 qram çəkidə olan narkotik vasitə marixuananı satdıqdan və bir qədər məsafə getdikdən sonra Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis onun avtomaşınına baxış keçirəcəyini və avtomaşınına narkotik vasitə qoyacağını bildirmiş, avtomaşınına baxış zamanı o arxa oturacaqdan narkotik vasitə olan qurudulmuş marixuananı göstərərək polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 14,27 qram olması müyyən edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitənin çəkisi 1,71 kiloqram olmuş, o buna etiraz etdikdə polis tərəfindən təzyiqə məruz qalmışdır. Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı tam, hərtərəfli və obyektiv yoxlanılmışdır. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı bildirmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. Həmçinin, narkotik vasitə almaq üçün əvvəldən tanıdığı və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum edildiyi üçün Təqsirləndirilən şəxs1 ona narkotik vasitə təşkil edəcəyini bildiyinə görə 27 aprel 2020-ci ildə ona mobil telefon vasitəsi ilə zəng edərək narkotik vasitə olan almaq istədiyini bildirmiş və 150 manat məbləğində pulu olduğunu demişdir. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə təşkil edəcəyini bildirirək onun işlədiyi kərpic zavodun qarşısına gələrək, ona sellofan torbada narkotik vasitə qurudulmuş marixuanan satmış, əvəzində isə Elşənə 150 manat pul vermiş, narkotik vasitəni gödəkçəsinin altında saxlayaraq zavoda tərəf yaxınlaşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmış və dərhal Balakən RPŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs1 aldığı sellofan torbada olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmiş, narkotik vasitə marixuana elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 1,71 kiloqram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuananı 150 manata öz istifadəsi üçün almış, lakin alarkən tərəzi vasitəsi ilə çəkməmiş, həmçinin Təqsirləndirilən şəxs1 da ona narkotik vasitə gətirərkən çəkisinin nə qədər olmasını deməmişdir. Lakin narkotik vasitə marixuananı götürərkən çəkisinin ağır olmasını hiss etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra polis şöbəsinə gətirilərək Elşəndən aldığı narkotik vasitə marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş və müvafiq ekspertizanın rəyindən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona satdığı narkotik vasitənin təmiz çəkisi 1,680 kiloqram olmuşdur. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusat öz təsdiqini tapmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 1 kiloqram 680 qram deyil, 100 qram narkotik vasitə qurudulmuş marixuana satması baxış və şəxsi axtarış protokolları, həmin protokollara əlavələr, ekspert rəyi, digər istintaq materialları və toplanmış mötəbər sübutların məcmusu ilə təkzib olunmuş, yəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 100 qram yox, 1 kiloqram 680 qram narkotik vasitə qurudulmuş marixuana satması istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusat, yəni Təqsirləndirilən şəxs2 100 qram narkotik vasitə qurudulmuş marixuana satmasını göstərməsi özünü müdafiə xarakteri daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 göstərmişdir ki, polis əməkdaşları onun avtomaşınına gecə saat 12 radələrində baxış keçirmişdir. Həmin vaxtı ona avtomaşınına narkotik vasitə qoyacaqlarını bildirmişlər, avtomaşına onda olan çürüntünün bir az hissəsini qoyacaqlar ki, fakt olsun həmin çürüntü onundur. Sonra isə avtomaşına baxdıqda avtomaşında olan narkotik çürüntü deyil, başqa narkotik olduğunu görmüşdür. Baxış keçirilən zaman avtomaşınında narkotik vasitə olmasını demişdir. Polislər ona avtomaşınında narkotik vasitə, yaxud da onda olan çürüntünün olmasının heç bir fərqi olmadığını, hamısının eyni olduğunu demişlər. Qeyd etmişdir ki, kərpic zavodun qarşısında saxlanılarkən onun avtomaşınında bir dəfə axtarış olmuşdur. Sonra isə polis şöbəsinə gəldikdən sonra yenə də avtomaşınında baxış olmuşdur. Daha sonra isə yaşadığı evdə axtarış keçirilmişdir. Gecə saat 12 radələrində isə yenidən avtomaşınına baxış keçirilmiş, baxış zamanı avtomaşınının arxa oturacaq hissəsindən marixuana aşkar edilmişdir. Lakin istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusat öz təsdiqini tapmamışdır. Çünki cinayət işinin istintaq materiallarından görünür ki, 27.04.2020-ci ildə Təqsirləndirilən şəxs1 müdafiəçisi X12 istirakı ilə saat 20 radələrində fasiləsiz videoçəklişdən istifadə edilməklə onun idarə etdiyi VAZ 21011 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək avtomaşının arxa oturacağının içəri hissəsindən narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 14,22 qram olması müəyyən edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünü müdafiə xarakteri kimi dəlil gətirərək Təqsirləndirilən şəxs2 150 manat məbləğində satmış olduğu narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 Şahid1 və onun yanında olan Nigar Teneşovaya aldığını, bir hissəsini isə özünə götürəcəyini bildirmiş, 150 manat məbləğində pulu İslama gah Şahid1, gah Nurlan adlı şəxsin verməsini, Şahid13 hadisə yerində X22 Müəssisəsi MMC-nin qarşısında olmasını, polis şöbəsinə gətirildikdən sonra 150 manat məbləğində pulun ondan polis əməkdaşı tərəfindən götürülməsini bildirərək ziddiyətli ifadələr verməklə özünü müdafiə etmək kimi dəlilllər gətirmişdir. İbtidai istintaq zamanı qeyd edilən xüsusatlar tam və hərtərəfli yoxlanılmış, Təqsirləndirilən şəxs2 qeyd edilən xüsusat üzrə dindirilərkən narkotik vasitəni öz maaşından qalan 150 manat pulla öz istifadəsi üçün aldığını bildirmiş, narkotik vasitə marixuanadan istifadə etdiyini göstərərək heç kimin ona pul vermədiyini, əksinə Fəridin ondan borc istədiyini, Şahid1 da Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 borc istədiyini, ona polis əməkdaşlarının, Nurlan adlı şəxsin və ya hər hansı şəxsin narkotik vasitə alması üçün ona pul vermədiyini bildirmişdir. Polis şöbəsində onun üzərindən 150 manat məbləğində pulun götürülməsi haqqında qeyd edilənlərlə bağlı müvafiq əməliyyat tapşırığı verilmiş, şahidlər dindirilməklə göstərilən xüsusat yoxlanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadələrində Təqsirləndirilən şəxs2 aldığı pulu cibinə deyil, avtomaşında başqa yerə qoyduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 mötəbər dəlillərlə və təkibedilməz sübutlarla, işin faktiki halları ilə uyğun olan ifadələrini sübut kimi qəbul etməyərək, yalnız onun məhkəmə istintaqında verdiyi ifadəsini əsas götürməkdə səhvə yol vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrinin həqiqiliyinə və mötəbərliliyinə şübhə ilə yanaşaraq sübut növü kimi qəbul etməmiş, əksinə onun məhkəmə istintaqında verdiyi ifadəsini, yəni işin faktiki hallarına uyğun olmayan, qohumu olan Təqsirləndirilən şəxs1 məsuliyyətdən kənarda qalmasına yönəlmiş müdafiə xaratkerli verdiyi ifadəsinə tənqidi yanaşmalı olsa da, bunu etməyərək əksinə həmin ifadəni əsas götürmüşdür. Məhkəmə kollegiyası 11.10.2021-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasındakı alğı-satqının predmetini təşkil edən narkotik vasitənin çəkisi ilə bağlı bildirmişdir ki, ibtidai araşdırmanın ilkin mərhələsində 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ona vəkillərin siyahısı təqdim olunmuş və özünün seçdiyi müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisindəki kütlənin narkotik vasitə - marixuana olduğunu bildirmiş və Təqsirləndirilən şəxs1 150 manat pulun müqabilində aldığını qeyd etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 kq 700 qr olduğu müəyyən olunmuş, bundan sonra həmin kütlə sellofan torba ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülərək rəy alınması üçün ekpertizaya göndərilmişdir. Cinayət işinin materiallarında olan ekspert rəyindən də göründüyü kimi, həmin kütlə tədqiqata tədqim olunmuş və ekspert tərəfindən ölçülmüş, çəkisinin 1 kq 680 qr olduğu müəyyən edilmişdir. Tərtib edilmiş rəylə sözügedən kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan digər sübutlar da (şahid ifadələri və s.) müdafiə tərəfin qeyd etdiklərini təkzib etdiyindən, məhkəmə kollegiyası bu hissədə müdafiə tərəfinin, o cümlədən digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və həmin ifadələrin müdafiə xarakterli ifadələr olması qənaətinə gəlir. Göründüyü kimi məhkəmə kollegiyası hökmü ilə qəbul edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi yuxarıda göstərilən xüsusat üzrə müdafiə xarakterlidir. Buna baxmayaraq məhkəmə kollegiyası hökmündə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsini əsas götürmüş, ibtidai istintaq zamanı verdiyi ifadələrə əsassız olaraq tənqidi yanaşmışdır. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən külli miqdarda, yəni 1 kiloqram 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib özündə saxlamasını və 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 satmasını, Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitəni əldə edib üzərində saxlamasını qəbul edir, lakin məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci ilin aprel ayının əvvəllərində Şahid1 istifadəsində olan mobil telefon nömrəsindən qonşusu olan və taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sonuncudan ona istifadə etmək üçün narkotik vasitə olan marixuana satmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə ona narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bir müddət sonra, yəni aprel ayının sonlarına doğru Şahid1 bu dəfə əvvəldən tanıdığı İslam Ələkəbərova zəng edərək ona 150 manat müqabilində narkotik vasitə olan marixuana tapmasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 ilk əvvəl ona narkotik vasitə tapa bilməyəcəyini bildirmiş, lakin Şahid1 inadından əl çəkməyərək 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə 70ə yaxın zəng edərək ona istifadə üçün narkotik vasitə olan marixuana tapmağı xahiş etmiş, nəticədə Təqsirləndirilən şəxs2 ona narkotik vasitə tapacağına söz verərək istifadəsində olan telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sonuncudan ona narkotik vasitə marixuana təşkil edə biləcəyi ilə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə cavabında narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 bir daha Təqsirləndirilən şəxs1 zəng edərək 150 manat pulunun olduğunu və hətta keyfiyyətsiz mal olsa da, qəbul edə biləcəyini bildirərək ona narkotik vasitə tapmasını xahiş etmişdir. Belə olub Təqsirləndirilən şəxs1 özündə olan 1 kq 680 qr narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 satmağa razılaşmış və növbəti dəfə Təqsirləndirilən şəxs2 zəng etdikdə ona 150 manat müqabilində marixuana satmağa razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məhz təhrik nəticəsində 27.04.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “X17 Müəssisəsi” MMC-nin qarşısında Təqsirləndirilən şəxs2 satarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə bu qənaətə yalnız Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 məhkəmə istintaqı zamanı verdikləri əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmasına yönəlmiş müdafiə xaraktreli ifadələrə əsaslanmışdır. Halbu ki, qeyd olunan ifadələr işin faktiki hallarına uyğun deyil, iş üzrə toplanmış sübutlarla tam təkzib olunur. Həmçinin məhkəmə kollegiyasının mövqeyinə görə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin alqı-satqısı baş verən anadək iş üzrə Şahid1la digər Təqsirləndirilən şəxs2 arasında üç gün ərzində çoxlu sayda, təxminən 70 dəfə telefon əlaqəsi olmuş, bununla paralel olaraq Şahid1 iş üzrə digər şahid Balakən Rayon Polis Şöbəsinin rəisinin sürücüsü, eyni zamanda Balakən Rayon Polis Şöbəsində ocaqçı vəzifəsində işləmiş Şahid13la 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək müddət ərzində çoxsaylı (30-a yaxın) telefon danışıqları aparmış, həmçinin hər iki şəxs - həm Təqsirləndirilən şəxs2, həm də Şahid1 məhkəmə istintaqı zamanı bu halları təsdiq etmiş, eyni zamanda Şahid1 Təqsirləndirilən şəxs2 sözü gedən narkotik vasitəni alması üçün təhrik etdiyini birbaşa məhkəmə iclasında qeyd etmişdir. Məhkəmə kollegiyası bu xüsusata dair hər iki təqsirləndirilən şəxsin, o cümlədən iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinin iş üzrə mövcud olan digər sübutlarla da təsdiq olunduğunu və üst-üstə düşməklə biri digərini tamamladığını bildirərək, həmin hissədə ifadələrin obyektiv həqiqəti əks etdirdiyi qənaətinə gəlir, ona görə də, həmin hissədə məhkəmə istintaqı zamanı verilən ifadələri əsaslı sayaraq qəbul edir. Lakin məhkəmə Şahid13 ifadəsini elan etməklə sübut növü kimi qəbul etməsinə və şəxsin ifadəsində Şahid1 və sonuncunun atası ilə tanışlıqlarının olmasını, avtomobili yudurtmaq, ərzaq məhsullarının alınmasında köməklik etməsi və işlərində ona yardımçı olması üçün Şahid1la tez-tez mobil telefon vasitəsilə danışdıqlarını, hətta Şahid1 ondan borc pul istəməsini bildirməsinə baxmayaraq hər iki şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini hər hansı sübutla təkzib etmədən sübut növü kimi qəbul etməmiş, yalnız Şahid1 təqsirləndirilən şəxs dostu Təqsirləndirilən şəxs2, dolayısı ilə də sonuncunun qohumunu müdafiə etmək, qorumaq məqsədilə verdiyi ifadəsini əsas götürməkdə haqlı olmamışdır. Ona görə də apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsi, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını hərtərəfli araşdırsa da, pozuntuları müəyyən etsə də, onlara hüquqi qiymət versə də, sonda düzgün və ədalətli olmayan nəticəyə gəlmişdir. Həqiqətən də, cinayət işinin materiallarından müəyyən olunmuşur ki, 2020-ci ilin aprel ayının əvvəllərində Şahid1 istifadəsində olan mobil telefon nömrəsindən qonşusu olan və taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sonuncudan ona istifadə etmək üçün narkotik vasitə olan marixuana satmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə ona narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bir müddət sonra, yəni aprel ayının sonlarına doğru Şahid1 bu dəfə əvvəldən tanıdığı İslam Ələkəbərova zəng edərək ona 150 manat müqabilində narkotik vasitə olan marixuana tapmasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 ilk əvvəl ona narkotik vasitə tapa bilməyəcəyini bildirmiş, lakin Şahid1 inadından əl çəkməyərək 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə 70ə yaxın zəng edərək ona istifadə üçün narkotik vasitə olan marixuana tapmağı xahiş etmiş,nəticədə Təqsirləndirilən şəxs2 ona narkotik vasitə tapacağına söz verərək, istifadəsində olan telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sonuncudan ona narkotik vasitə marixuana təşkil edə biləcəyi ilə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə cavabında narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 bir daha Təqsirləndirilən şəxs1 zəng edərək 150 manat pulunun olduğunu və hətta keyfiyyətsiz mal olsa da, qəbul edə biləcəyini bildirərək ona narkotik vasitə tapmasını xahiş etmişdir. Belə olub Təqsirləndirilən şəxs1 özündə olan narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 satmağa razılaşmış və növbəti dəfə Təqsirləndirilən şəxs2 zəng etdikdə ona 150 manat müqabilində marixuana satmağa razı olduğunu bildirmişdir. Nəticədə 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sözügedən narkotik vasitə marixuananı satarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən cinayətin polis provokasiyası nəticəsində törətməsi halını yəni “təhrik etmə”ni müəyyən etsə də, Təqsirləndirilən şəxs2 234.1-ci maddə ilə təqsirli bilmişdir. Halbuki, işin halları təhrik etməni və təhrikin ilk “qurbanı” məhz Təqsirləndirilən şəxs2 olmasını açıq aşkar təsdiq edir. Bu halda onun təqsirli bilinməsi ədalət və humanizm prinsiplərinə ziddir. Teyxeyro de Kastro Portuqaliyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, araşdırmanın ədalətliliyi barədə 6-cı maddədə təsbit edilmiş ümumi tələblər hər növ cinayət proseslərinə, ən sadəsindən tutmuş ən mürəkkəbinə qədər şamil olunur. Cinayətkarlıqla mübarizədə ictimaiyyətin maraqlı olması polis tərəfindən təhrik edilmə vasitəsilə əldə edilən sübutlardan istifadəyə haqq qazandıra bilməz. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı anadək iş üzrə Şahid1la digər Təqsirləndirilən şəxs2 arasında üç gün ərzində çoxlu sayda, təxminən 70 dəfə telefon əlaqəsi olmuş, bununla paralel olaraq Şahid1 iş üzrə digər şahid Balakən Rayon Polis Şöbəsinin rəisinin sürücüsü, eyni zamanda Balakən Rayon Polis Şöbəsində ocaqçı vəzifəsində işləmiş Şahid13la 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək müddət ərzində çoxsaylı (30-a yaxın) telefon danışıqları aparmış, həmçinin hər iki şəxs həm Təqsirləndirilən şəxs2, həm də Şahid1 məhkəmə istintaqı zamanı bu halları təsdiq etmiş, eyni zamanda Şahid1 Təqsirləndirilən şəxs2 sözügedən narkotik vasitəni alması üçün təhrik etdiyini birbaşa məhkəmə iclasında qeyd etmiş, onu buna təhrik edən şəxslər iş üzrə digər şahid olan polis əməkdaşlarının üzlərinə də deyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası bu xüsusata dair hər iki təqsirləndirilən şəxsin, o cümlədən iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinin iş üzrə mövcud olan digər sübutlarla da təsdiq olunduğunu və üst-üstə düşməklə biri digərini tamamladığını bildirərək, həmin hissədə ifadələrin obyektiv həqiqəti əks etdirdiyi qənaətinə gəlmiş, həmin hissədə məhkəmə istintaqı zamanı verilən ifadələri əsaslı sayaraq qəbul etmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsində baxılan və 23.07.2021-ci il tarixdə çıxarılan 1(019)-14/2021 saylı hökmdən də göründüyü kimi, Şahid1 həmin iş üzrə də ittiham tərəfin sübutu qismində şahid statusunda dindirilmiş və məhkəmə iclasında polis əməkdaşları tərəfindən bu cür cinayət işlərinə cəlb edildiyini, polis porvakasiyasında iştirak etdyini bildirmişdir. Həmin hökmlə X13 CM-in 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında mövcud olan sair çoxsaylı sübutları polis provakasiyası nəticəsində əldə olunmasını müəyyən etmişdir. Avropa Məhkəməsi ayrı-ayrı qərarlarında yaratdığı hüquqi mövqeyində də qeyd etmişdir ki, polis müdaxiləsi yalnız o zaman qanuni sayıla və qəbul edilə bilən ola bilər ki, onlar tərəfindən şəxs narkotik vasitənin satışına təhrik edilməsin. Onların fəaliyyəti yalnız passiv olsun və normal şəkildə öz axarında baş verən prosesə qoşulma formasında çıxış etsin. Yəni təqsirləndirilən şəxs normal şəraitdə özündə olan narkotik vasitəni satarkən şərti alıcı və ya polis əməkdaşları tərəfindən çıxış edən şəxs də narkotik vasitə almaq üçün müraciət etsin və heç bir təhrik olmadan həmin narkotik vasitəni əldə etmiş olsun. Nəinki hazırkı haldakı kimi təqsirləndirilən şəxs narkotik vasitənin bariz satışına sövq edilsin. Belə olan halda Avropa Məhkəməsinin öz qərarlarında yaratdığı hüquqi mövqedən çıxış edib, həmçinin cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verməklə qeyd etmək olar ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə polis təhrikinə məruz qalmış, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olmuşdur. Məhkəmə burada Təqsirləndirilən şəxs1 hazırki iş üzrə polis təhrikinə məruz qalmasını, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olması qənaətinə gəlmiş, lakin Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs1 Şahid1 vasitəsi ilə təsir edə bilməyən polis əməkdaşları Təqsirləndirilən şəxs2 vasitəsilə ilə öz məqsədlərinə nail olmuş və hər iki şəxsi təhrikin qurbanına çevirmişdir. Eyni şəxsin cinayət işlərində hal şahidi və ya şərti alıcı kimi iştirakının mütəmadi xarakterli olması onun iştirakı ilə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin və tərtib olunmuş prosessual sənədlərin mötəbərliyini şübhə altına alır və sübut əhəmiyyətini heçə endirir. Eyni zamanda məhkəmə iclasında şahid qismində fərqli məhkəmə tərkibləri tərəfindən 2 dəfə dindirilən polis əməkdaşlarının aşkar surətdə verdikləri ziddiyyətli ifadələr ittiahım mötəbərliliyinə müdafiə tərəfində əsaslı şübhələr yaratmışdır. Hesab edir ki, polisin müdaxiləsi ilə toplanılmış sübut, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə də bu halda Təqsirləndirilən şəxs2 əməli onun polis tərəfindən cinayət törətməyə “provakasiya edilməsi” kimi qiymətləndirilməlidir. Bir daha qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci mаddəsi ilə təqsirləndirilməsi üçün əldə edilmiş sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)- 57/2021 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli iş nömrəli hökmü qəbul olunan zaman aşağıda qeyd olunan məsələlər araşdırılmamış, həmçinin sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə hazırkı qanunsuz və əsassız hökm qəbul edilmişdir: Hesab edir ki, cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Təqsirləndirilən şəxs2 məxsus və həmin vaxtı üzərində olan gödəkcənin məhkəməyə gətirilməsi və Təqsirləndirilən şəxs1 aşkarlandığı iddia olunan narkotik vasitənin həmin gödəkcənin içərisinə girməsinin mümkün olub-olmamasını müəyyən etmək məqsədi ilə eksperiment keçirilməli idi. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitənin çəkisi maksimum 50-100 qram olardı və o, həmin narkotiki Təqsirləndirilən şəxs1 aldıqdan sonra gödəkcəsinin cibinə qoymuşdur. Eyni ilə, 16 mart 2021-ci il tarixdə məhkəmədə ifadə vermiş şahid - Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 aşkarlanmış torba, onun gödəkcəsinin cibində idi. 07 iyul 2021-ci il tarixdə məhkəməyə ifadə vermiş şahid - Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitəni gödəkcəsinin cibinə qoyduğunu gördüm. İslamın əlində gözə çarpan heç nə yox idi. 02 sentyabr 2021-ci il tarixdə məhkəməyə ifadə vermiş şahid - Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə götürdüyünü görməmişəm. Əgər versə idi görərdim. Göründüyü kimi, bütün bu ifadələr Təqsirləndirilən şəxs1 dediklərinin həqiqət olmasını, yəni Təqsirləndirilən şəxs2 ondan götürdüyü narkotik vasitəni gödəkcəsinin cibinə qoymasını təsdiq edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 müdafiəçi təyin olunduqdan sonra cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə - Balakən rayon sakinləri Şahid3 Ramiz oğlu və Şahid2 şahid qismində video yazan texniki vasitələrdən istifadə etməklə dindirilməsi, Təqsirləndirilən şəxs1 yenidən video yazan texniki vasitələrdən istifadə etməklə dindirilməsi, Təqsirləndirilən şəxs1 yenidən iş üzrə digər Təqsirləndirilən şəxs2la video yazan texniki vasitələrdən istifadə etməklə üzləşdirilməsi, iş üzrə digər Təqsirləndirilən şəxs2 saxlanıldığı günə, sonuncunun işlədiyi "Balakən Kərpiç” zavodunun giriş hissəsinə quraşdırılmış video kameralar vasitəsində aparılmış video qeydiyyatın götürülməsi, Təqsirləndirilən şəxs1 tutulduğu və ondan əvvəlki son 3 (üç) gün ərzində iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-******* mobil telefon nömrəsi ilə Balakən şəhər sakini Şahid1 istfadəsində olan ***-******* mobil nömrəsi arasında danışıqların olub-olmamasını, o cümlədən, Balakən şəhər sakini Şahid1 istfadəsində olan ***-******* mobil nömrəsi ilə iş üzrə təsqiləndirilən şəxslərin tutulduğu və ondan əvvəlki son 3 (üç) gün ərzində kimlərlə əlaqə saxlamasını müəyyən etmək məqsədi ilə müvafiq mobil operatoruna sorğuların verilməsi barədə hazırkı cinayət işi üzrə cinayət təqibini həyata keçirən müstəntiqə vəsatət verilmiş, lakin müstəntiqin 04 iyun 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. İş üzrə cinayət təqibini həyata keçirən müstəntiqin 04 iyun 2020-ci il tarixli "Vəsatətin rədd edilməsi haqqında" qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilmiş və Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədovun 29 iyun 2020-ci il tarixli qərarı ilə müstəntiqin 04 iyun 2020-ci il tarixli "Vəsatətin rədd edilməsi haqqında" qərarı ləğv edilmiş və vəsatət qismən təmin olunaraq Balakən rayon sakinləri Şahid3 Ramiz oğlu və Şahid2 şahid qismində, həmçinin hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs1 video yazan texniki vasitələrdən istifadə etməklə dindirilməsi; iş üzrə digər Təqsirləndirilən şəxs2 saxlanıldığı günə, sonuncunun işlədiyi "X19" giriş hissəsinə quraşdırılmış video kameralar vasitəsində aparılmış video qeydiyyatın götürülməsi, Təqsirləndirilən şəxs1 tutulduğu və ondan əvvəlki son 3 (üç) gün ərzində iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-******* mobil telefon nömrəsi ilə Balakən şəhər sakini Şahid1 istfadəsində olan ***-******* mobil nömrəsi arasında danışıqların olub-olmamasını, o cümlədən, Balakən şəhər sakini Şahid1 istfadəsində olan ***-******* mobil nömrəsi ilə iş üzrə təsqiləndirilən şəxslərin tutulduğu və ondan əvvəlki son 3 (üç) gün ərzində kimlərlə əlaqə saxlamasını müəyyən etmək məqsədi ilə müvafiq mobil operatoruna sorğuların verilməsi qərara alınmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 tutulduğu və ondan əvvəlki son 3 (üç) gün ərzində iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ******* mobil telefon nömrəsi ilə Balakən şəhər sakini Şahid1 istfadəsində olan ***-******* mobil nömrəsi arasında danışıqların olub-olmamasını, o cümlədən, Balakən səhər sakini Şahid1 istfadəsində olan ***-******* mobil nömrəsi ilə iş üzrə təsqiləndirilən şəxslərin tutulduğu və ondan əvvəlki son 3(üç) gün ərzində kimlərlə əlaqə saxlamasım müəyyən etmək məqsədi ilə müvafiq mobil operatoruna sorğular göndərilmiş və müvafiq məlumatlar əldə edilmişdir. Lakin əldə edilmiş məlumatlardan da göründüyü kimi, Balakən şəhər sakini Şahid1 istifadəsində olan ***-******* mobil nömrəsindən göndərilən və ona daxil olan məktubların (sms-lərin) mətnləri müvafiq mobil operatoru tərəfindən ibtidai istintaq orqanına təqdim olunmamışdır, (qeyd: daşıqılar həm şifahi - zəng formasında, həm də yazılı - sms formasında ola bilər) Bu isə son nəticədə müdafiə tərəfinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı əsasında təmin edilmiş vəsatətinin tam icra edilməməsi deməkdir ki, işin bu halı da son nəticəsində müdafiə hüququnun pozulmasına dəlalət edən haldır. Məhkəmə istintaqı zamanı ifadə vermiş, iş üzrə Şahid1 bildirmişdirdir ki, polisin təzyiqi və diktəsi nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə almağa sövq etmişdir. Ona təzyiq göstərən şəxslər əməliyyat işləri üzrə rəis müavini, CABnin rəisi və Şahid13 olmuşdur. Həmin məqsədlə də 150 manat pulu polis rəisinin sürücüsü olan Şahid13 almışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, polis ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından istifadə edərək hədə-qorxu gəlmiş və məcbur etmişdir ki, onların dediklərini eləsin. Bu məqsədlə CAB-nin rəisi və Şahid13 ona dəfələrlə zəng etmişdirlər. Təqsirləndirilən şəxs1 tutulan zaman Şahid13 da özünə məxsus Lexsus markalı avtomobillə orada olmuşdur. İşin həmin halını digər şahidlərdə təsdiq etmişdir. İbtidai istintaq zamanı Şahid13 isə bildirmişdir ki, güyaki iddia olunan **-KV-*** dövlət qeydiyyat nişanlı Lexsus GX470 markalı avtomobili 21 avqust 2020-ci il tarixdən istifadə edir və o, həmin vaxtı orada olmamışdır. Halbuki, sorğu əsasında Baş X37 İdarəsindən əldə etdiyi və hazırda məhkəməyə təqdim etdiyi məktubdan da göründüyü kimi, Şahid13 ibtidai istintaq zamanı müstəntiqə yalan ifadə vermişdir. Belə ki, həmin məktubda **-KV-*** dövlət qeydiyyat nişanlı Lexsus GX470 markalı avtomobilin 09 avqust 2019-cu il tarixdən, 09 avqust 2020-ci il tarixinədək etibarnamə əsasında Şahid13 istifadəsində olmuşdur. Lakin bütün bunlara baxmayaraq, Şəki Ağır Cinayətlər Məhkəməsi Şahid13 məhkəmə istintaqı dövründə dindirilməsini təmin etməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi qənaətə gəlmişdir ki, hazırkı cinayət Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının təhriki nəticəsində törənmişdir. Həmçinin məhkəmə müdafiəçisi olduğum Təqsirləndirilən şəxs1 avtomobilində aşkar olunmuş narkotik vasitə ilə bağlı istintaq hərəkətinə dair sənədləri qanunsuz hesab edərək, ona verilmiş ittihamdan həmin hissəni çıxarmışdır. İşdə olan məhkəmə bioloji ekspertizasının 28 aprel 2020-ci il tarixli, 17/248 nömrəli rəyindən də göründüyü kimi, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs1 avtomobilində aşkarlanmış narkotik vasitə ilə, Təqsirləndirilən şəxs2 üzərində aşkarlanmış narkotik vasitələr tərkibinə görə eynidirlər. Müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 tutulduğu gündən bu günə, həmçinin Təqsirləndirilən şəxs2, o cümlədən Şahid1 məhkəmə istintaqı dövründə bildirmişdirlər ki, Təqsirləndirilən şəxs2 verilmiş narkotik təqribən 50-100 qram aralığında və çürüntü halında olmuşdur. İşin bu halı bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs2 olduğu iddia olunan narkotik vasitə də Balakən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində əldə edilmiş sübutdur. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)- 57/2021 nömrəli hökmünün ləğv edilərək CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllər hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs1 tərəfindən törədilmədiyi və onların belə cinayət törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün ona bəraət verilməsini xahiş edir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, taksi xidmətində işləmişdir. 27 aprel 2020-ci il tarixdən 15- 20 gün əvvəl gecə radələrində istifadəsində olan mobil telefonuna zəng gəlmiş, nömrəsini tanımadığından zəngə cavab verməmiş, sonradan birdə həmin nömrədən zəng gələndə telefonu açmış və zəng edən şəxsin kim olduğunu soruşmuş, həmin şəxs ona danışanın Fərid olduğunu bildirmiş, ondan hansı Fərid olduğunu soruşduqda, həmin şəxs moyka işlədən Elmanın oğlu Fərid olduğunu bildirmişdir. Ondan nə lazım olduğunu soruşduqda Fərid ona narkotik vasitə lazım olduğunu bildirmiş, Fəridə narkotik satan olmadığını deyərək telefonunu söndürmüşdür. 27 aprel 2020-ci il tarixdə yaşadığı evdə təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin vaxtlar da karantin vəziyyəti ilə əlaqədar çölə-bayıra çıxmaq qadağan olmuşdur. Evdə işlədiyi zaman Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək ondan marixuana istəmişdir. Bu zaman İslama nə üçün marixuanaya görə ona zəng etdiyini soruşmuş və onda marixuana olmadığını bildirmişdir. Həmin vaxtdan təxminən 1 saat keçdikdən sonra İslam yenidən ona zəng edərək narkotik vasitə istəmişdir. İslam ona 150 manat məbləğində pul olduğunu, həmin pulu marixuana üçün saxladığını bildirmişdir. İslam ona pulun özünün olmadığını, həmin pulu Fərid və Fəridin yanında olan qızdan götürdüyünü bildirmişdir. İslama bir daha bu barədə ona zəng etməməsini deyərək telefonu sondürmüşdür. Bir neçə il əvvəl meşədə odun tədarük edərkən narkotik vasitə olan marixuana tapmış, həmin marixuananı evində kəsilmiş ağac budaqlarının altında saxlamışdır. İslam ona zəng etdikdən sonra həmin narkotik vasitə olan marixuananı həyətində gizlətdiyi yadına düşmüşdür. Həmin ağac budaqlarının altından içərisində marixuana olan sellofan torbanı axtarmış və tapdıqda torbanın cırıldığını görmüşdür. İçərisində olan marixuana isə çürümüşdür. Həmin marixuananı başqa bir qara rəngli sellofan torbaya yığıb İslama zəng etmişdir. İslam telefonu açdıqdan sonra İslama narkotik vasitə olduğunu, lakin çürük mal olduğunu bildirmişdir. İslam da ona zəng edəcəyini bildirirək telefonu söndürmüşdür. Daha sonra İslam ona zəng edərək narkotik vasitəni gətirməsini bildirmiş, o da İslamla razılaşaraq telefonunu söndürmüş, lakin marixuananı İslama aparmamışdır. Həmin gün İslam ona 10 dəfə zəng etmiş, o isə İslama cavab verdikdə İslam narkotik vasitəni gətirməsini xahiş etmişdir. İslama narkotik vasitə çürüyüb istifadəyə tam yararsız olduğunu bildirmişdir. İslam yenə də israrla narkotik vasitəni gətirməsini demişdir. Yenidən İslama həmin narkotik vasitə marixuananın çürüntü olduğunu bildirmiş, ona “həmin narkotik vasitəni çəkincə yerdən çürüntü götürüb çəksən daha yaxşı olar” demiş, lakin İslam yenə də narkotik vasitəni gətirməsini xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Fəridə narkotik almaq üçün pulu polis əməkdaşları vermiş və polis əməkdaşları onu hazır vəziyyətdə gözləmişlər. Təxminən saat 17 radələrində İslam ona mütəmadi olaraq zəng etdiyinə görə narkotik vasitəni İslama aparmaq qərarına gəlmiş, İslam ona zəng edib narkotik vasitəni gətirməsini xahiş etdikdən sonra narkotik vasitəni əynində “canlığın” cibinə qoymuş və İslamın işlədiyi zavoda getmək üçün evdən çıxmışdır. İslamla görüşməyə gedərkən yolda ona bir nəfər şəxs əl edərək maşını saxlamağını istəmişdir. Maşını saxlayıb həmin şəxsin əvvəldən tanıdığı Rövşən olduğunu görmüş, Rövşən onu evlərinə aparmasını xahiş etmiş, X26nun qarşısına gəlib çatdıqda İslamın zavodun qarşısında onu gözlədiyini görmüşdür. Maşından yerə düşmədən, narkotik vasitəni əli ilə İslama uzatmış, İslam da ona 150 manat pulu vermişdir. İslam narkotik vasitəni kurtkasının iç cibinə qoymuşdur. Kərpic zavodun qarşısından 30 metrlik məsafədə rusiya dövlət nömrə nişanlı “Leksus” markalı “cip” dayanmışdır. İslama narkotik vasitəni verib kərpic zavodundan 150 metr uzaqlaşdıqda polislər onu saxlamışlar. Polislər onu yerə yıxıb əllərini arxaya tutaraq maşınında axtarış aparmışlar. Daha sonra ondan İslama nə verdiyini soruşmuşlar. O da İslama 100 qram çürüntü verdiyini bildirmişdir. Polis əməkdaşları İslamla onu eyni vaxtda tutmuşlar. İslam ondan narkotik vasitəni götürüb Fərid və Fəridin yanında olan qıza verərkən polis əməkdaşları İslamı tutmuşlar. Sonra isə onları polis şöbəsinə gətirmişlər. Pilləkənləri tam qalxmamışdan əvvəl polis əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq 150 manat pulun harada olduğunu soruşaraq həmin pulun ona məxsus olmasının bildirmiş, bu zaman onun cibində cəmi 151 manat pul olmuş, həmin pulun 150 manatını həmin şəxsə vermişdir. Daha sonra isə rəis müavini Şahid8 xidməti iş otağına daxil olmuşdur. Orada polis rəisi ondan nə məsələ olduğunu soruşmuşdur. O da 150 manata Təqsirləndirilən şəxs2 100 qram çürüntü satdığını demişdir. Sonra onu “padvala” aparmışlar. Orada Fərid, Fəridin yanında olan qız, Rövşən və Coşqun olmuşdur. Bu zaman Fərid və yanında olan qız ona yaxınlaşaraq bu işdə onların günahı olmadığını demişlər. Onun evində və maşınında polis əməkdaşları axtarış aparmışlar. Polis işçiləri ona bildirmişlər ki, avtomaşına çürüntünün bir az hissəsini qoyacaqlar ki, fakt olsun ki, həmin çürüntü onundur. Sonra isə avtomaşına baxdıqda avtomaşında olan narkotik çürüntü deyil başqa narkotik olduğunu görmüşdür. Digər 1 kiloqram 680 qram olan narkotik vasitəni isə ümumiyyətlə görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, narkotik vasitəni meşədən taparkən çəkisi nəm halda təqribən 200 qram olardı. Narkotik vasitəni evə gətirərkən qurutmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 100 qram “çürüntü” satmış, buna görə də özünü təqsirli bilir. Təyin edilən əvvəlki cəzanı tam çəkmişdir. Narkotik vasitəni pula ehtiyacı olduğu üçün 150 manata satmışdır. Onun əynində “canlıq” olmuşdur. Narkotik vasitəni canlıqdan çıxarıb İslama vermişdir. Həmin vaxt maşınında axtarış aparılanda heç nə tapmamışlar. Polis şöbəsində döyülməsi ilə bağlı hər yerə şikayət etmişdir. Ekspert başında şiş olduğunu bildirmiş və “beş” manatlıq maz yazmışdır. Ekspert başında olan şişin təhlükəli olmadığını bildirmişdir. “Çürüntü” marixuananı İslama satandan sonra həmin “çürüntü” marixuananı görməmişdir. Qeyd olunan 1 kiloqram 600 qram narkotik vasitə ona aid olmamışdır. İslam ona həmin gün 7-8 dəfə zəng etmişdir. Özü heç vaxt narkotik vasitədən istifadə etməmiş və narkotik vasitənin satışi ilə məşğul olmamışdır. O cümlədən, narkotik vasitənin satışi ilə əlaqədar İslamla söhbəti olmamışdır. Onun Fəridlə yox, İslamla əlaqəsi olmuşdur. İslamın anasını tez-tez bazara toyuq satmağa aparmışdır. Narkotik vasitə olan marixuana yararsız, yəni sulu olmuşdur. İslam həmin gün ona səhər saatlarında zəng etmişdir. İslam ondan narkotik vasitə istəyərkən miqdarını bildirməmişdir. İslama narkotik vasitənin “çürüntü” olmasını demiş, çəkisini dəqiq bilmədiyi üçün deməmişdir. Ondan polis şöbəsində İslamdan aldığı 150 manat pulu istəyən Elmar adlı şəxs olmuşdur. Polis şöbəsində razılaşmışdır ki, maşınına İslama satdığı “çürüntünü” qoysunlar, onlar isə qeyd olunan 1 kiloqram 600 qram narkotik vasitə qoymuşlar. Həmin narkotik vasitə isə ona aid olmamışdır. Ona polis şöbəsində təzyiq edildiyi üçün həmin 1 kiloqram 600 qram narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Əslində heç vaxt maşınında narkotik vasitə saxlamamışdır. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Fərid onun uşaqlıq dostudur. 27 aprel 2020-ci il tarixdə Fərid ona zəng edərək 190 manat maddi yardım alığını və ona narkotik vasitə lazım olduğunu bildirmişdir. İş yerində olan zaman Təqsirləndirilən şəxs1 zəng edərək narkotik vasitə marixuananın olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona özündə “çürüntü” marixuana olduğunu bildirmişdir. O da Fəridə zəng edərək “çürüntü” marixuana tapdığını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 zəng edərək 150 manat pulunun olduğunu, ona narkotik vasitə lazım olduğunu bildirmiş və ondan narkotik vasitə tapa bilibbilməyəcəyini soruşmuşdur. O isə ilk əvvəl imtina etmiş və narkotik vasitə satmadığını bildirmişdir. Bir neçə dəfə zəng etdikdən sonra Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Elşənə 150 manat pulun onda olduğunu bildirmişdir. Elşən bir qədər vaxtdan sonra özünün zəng edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ona zəng etmədiyi üçün yenidən özü ona zəng etmişdir. Təqsirləndirilən şəxs1 özü zəng edən zaman zavodun qabağına çıxmasını bildirmişdir. Həmin vaxt pul onun üstündə olmuşdur. Maşına yaxınlaşmış, salamlaşan vaxt narkotik vasitəni ovcunun içində götürmüş və həmin vaxt əynində olan gödəkçənin cibinə qoyaraq zavoda girmişdir. Zavodun həyətinə girən kimi Fərid ona zəng edib zavodun qabağında olduğunu bildirdikdə dərhal geri qayıdaraq çölə çıxmışdır. Qapıdan çıxıb Fəridgilin maşınına yaxınlaşmaq istəyərkən arxada ağ rəngdə maşın dayanmış, əlindəki qara rəngli selofan torbanı maşının altına atmışdır. Özünün istifadəsi üçün saxlıdığı narkotik vasitəni isə arxa təkərin yanına salıb əzmək istərkən polis əməkdaşları onun qolundan tutub yerə yıxdıraraq vurmağa başlamışlar. Sonra ona sual vermişlər ki, “qara torba hanı.” Fəridin yanında gələn Nigar adlı qız əyilərək maşının altına atdığı selofan torbanı çıxartmışdır ki, polislər görsünlər. Onunla Fəridi polis maşınının arxasına otuzdurmuşlar. Polis şöbəsinə aparıb “katalaşka” yerinə salmışlar. Polis şöbəsində ona narkotik vasitənin çəkisinin nə qədər olması barədə sual verilmiş, o da demişdir ki, 100 qram olar. Sonra onu CAB-ın rəisi Orxan müəllimin yanına aparmışlar. O da Elşəndən nə qədər narkotik vasitə aldığını soruşmuş, cavabında “bir ovuc, yəni 100 qram olar” demişdir. Orxan müəllim ona “100 qram yox, 1 kiloqram 700 qram idi” demişdir. Buna etiraz etsə də, Orxan müəllim “bizə belə lazımdır, sən hər şeyi sonra bilərsən” demişdir. Onu başqa otağa salıb döyməyə başlamışlar. Sonra onunla Elşənin üzləşməsi olmuşdur. Üzləşmə vaxtı o “Elşəndən 100 qram narkotik vasitə almışam” deyəndə çəkilişi saxlamışlar. Onu başqa otağa aparıb döyməyə başlamışlar və demişlər ki, “sən Təqsirləndirilən şəxs1 üzünə durmalısan və deməlisən ki, narkotik vasitənin çəkisi 1 kiloqram 700 qram olub”. Onu çəkiliş olan otağa qaytarmışlar və Tural müəllim özünə sərf edən suallar verməyə başlamışdır. O da həmin sualları onlar deyən kimi cavablandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Şahid1la uşaq vaxtlarından dostdurlar. Elşən onu satmaz deyə, ona müraciət etmişdir. Təqsirləndirilən şəxs1 barəsində başqa heç nə eşitməmişdir. Elşənə neçə dəfə zəng etdiyi yadında deyil. Həmin gün Fəridlə axşama qədər danışmışlar. Fərid onu vadar etmişdir ki, ona narkotik vasitə tapsın. Son vaxtlarda bilmişdir ki, Fərid narkotik vasitədən istifadə edir. Çəkiliş vaxtı onu qorxutmaq üçün deyirdilər ki, adını xatırlamadığım şəxsin yanına aparaq. Fərid narkotik vasitə istəyərkən kiminsə adını çəkməmiş, Fərid onun kimdən narkotik vasitə aldığını bilməmişdir. Polis şöbəsində olarkən Fəridin necə olduğunu soruşmamışdır. Tutulanda Fəriddən soruşmuşdur ki, bu nə işdir, o da “mənlik deyil” demişdir. Çəkilişi dayandırmışlar, onu döyəndən sonra təzədən çəkmişlər. Üzləşdirmə təzədən başlanmışdır. Döyülməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Narkotik vasitə əkib-becərməmiş, sadəcə istifadə etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Narkotik vasitə tapması üçün Fərid ona heç bir vəd verməmiş, həmin narkotik vasitənin satışından qazancı yoxdur. Fəriddən onun heç bir asılılığı olmamış, sadəcə narkotik vasitəni tapıb almasına onu Fərid vadar etmişdir. Fəridə narkotik vasitə tapmasında heç bir marağı olmamışdır. Pulu maşının qabaq oturacağına atmışdır. Sonra Elşənlə əl verib salamlaşaraq narkotik vasitəni götürüb yaxalığına qoymuşdur. Əlindəki narkotik vasitəni maşının altına atmışdır. Onu polis şöbəsinə Post-Patrul Xidmətinin maşınında aparmışlar. Çəkiliş vaxtı onu döyəndə üzünə zərbə vurmamışlar, ona görə də üz nahiyəsində iz qalmamışdır. Fərid ilk dəfə ona narkotik tapmasını həmin gün, yəni 27 aprel 2020-ci il tarixdə xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid1 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin aprel ayında Balakən RPŞ DYPB-nin əməkdaşları onu saxladıb maşınını polis şöbəsinə aparmış, polis şöbəsində ona demişlər ki, “Təqsirləndirilən şəxs1 zəng et, ondan narkotik vasitə istə”. O da Təqsirləndirilən şəxs1 zəng edib narkotik vasitə istəmiş, Elşən cavabında narkotik vasitəni satan olmadığını bildirmişdir. Sonra İslama zəng vurmuşdur ki, “mənə narkotik vasitə lazımdır”. O da onun üçün tapa biləcəyini demiş, bir müddət sonra İslam ona zəng vurub “narkotik vasitə tapmışam, ancaq xarab narkotik vasitədir” demişdir. Sonra Elmar ona 150 manat pul vermiş, bundan sonra İslama zəng vurub pulun hazır olduğunu, narkotik vasitəni gətirməsini demişdir. İslam narkotik vasitəni gətirəndə onları tutmuşlar. Bundan sonra Şahid1 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Vüsal rəisin müavini, Elmar isə rəisin sürücüsü işləmişdir. Onlar dəfələrlə Elşənə zəng etməsini, ondan narkotik vasitəni istəməsini ona demişlər. O da hər dəfəsində demişdir ki, “zəng edirəm, o da deyir ki, mən narkotik vasitə satan deyiləm”. Onlar bu halda onun özünü CMin 234.4.3-cü maddəsi ilə həbs edəcəklərini demişlər. Ziddiyətli ifadə vermir, ibtidai istintaq dövründə də eyni ifadəni vermişdir. Hal-hazırda CM-in 177-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası çəkir. Polislər onu İslama zəng vurmaq üçün təhrik etməmiş, ondan Elşənə zəng vurmasını tələb etmişlər. İslam narkotik vasitəni Elşəndən aldığını deməmişdir. Narkotik almaq üçün pulu ona rəisin sürücüsü işləyən Elmar vermişdir. Əvvəllər CM-in 234.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və polis işçiləri onun həmin maddə ilə cəza çəkdiyini bilmişlər. Elmar pulu ona verəndən sonra İslama zəng vurub xarab da olsa, narkotik vasitəni gətirməsini, onu dəyişəcəyini bildirmişdir. Elşəngilin tutulmasını görmüşdür. Həmin vaxt o tutulanda tək olmuşdur. Polislər ona maşınını qaytarıb İslamdan narkotik vasitəni götürməsini demişlər. O da İslama zəng vurub gəldiyini demişdir. Polislərə narkotik vasitəni götürməyə getdiyini demiş, polislər də “onları bir az ləngit” demişlər. Sonra İslam gəlib ona qara rəngli selofan torba vermiş, həmin torba əlinin içi boyda olardı. Torbanı götürməmiş, çünki narkotik vasitə palçıq kimi idi. İslamı Vüsal tutmuş, onlar İslamı döymüşlər. Atasının yanında maşın yuma sexində işləmiş, Elmar ora gəlib maşınını yuduzdurub heç pul da vermirdi. Sonra Elmar onu polis şöbəsinə çağırıb demişdir ki, “mənə iş ver.” O da ondan əl çəkməsini bildirmişdir. Elmar onunla telefon vasitəsi ilə əlaqə saxlamış, işlətdiyi mobil nömrə ***-******* olmuşdur. Bundan başqa da ya onu gəlib işdən, ya da evdən götürürməklə onunla belə əlaqə saxlayırdı. Vüsalın mobil nömrəsi yadında deyil, çünki hər dəfə ona Elmar zəng vurmuşdur. Elşənə zəng vurmağı ona Vüsal demiş, eyni zamanda Vüsal ona Elşən kimdir deməmişdir. Elşən onun qonşusu idi. Ona demişlər ki, “ya narkotik vasitə tap, ya da sənin özünü “yükləyirik”. Bir qız var onu da sənin üzünə durquzacağıq”. O da məcbur qalıb İslama zəng vurmuşdur. Vüsalla Elmarı “moykada” işlədiyi vaxtdan tanıyır, birinin rəis müavini, o birisinin isə sürücü olduğunu bilmişdir. Polislər əvvəllər də ona bir neçə dəfə zəng vurub narkotik vasitəni istəməsini demişlər. O da polislərin yanında zəng vurub narkotik vasitəni istəmişdir. Məsələn, belə işlə bağlı Qarayev Anar adlı şəxsə zəng vurmuş, sonra polisdən aralanan kimi həmin şəxslərə zəng vurub “bu qurulma işdir, mənə tərəf gəlməyin” demişdir. Həmin işləri polisin göstərişi ilə etmişdir. İslam ona narkotik vasitəni kimdən aldığını deməmişdir. Polislər ona İslama zəng vurmasını deməmişlər. İslamla içki içsələr də, amma narkotik vasitə çəkməmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitəni istəməsini ona Balakən Rayon Polis şöbəsində işləyən Vüsal və Elmar adlı şəxslər demişlər. Onun Elmarla bağlı söhbəti olmamış, istintaqda da belə bir ifadə verməsi yadına gəlmir. Çünki ona imza etdirilən sənədlərin heç birini oxumamışdır. Müstəntiq Tural ona “bu sənədə qol çək” demiş, o da çəkmişdir. Elmarı polis rəisinin sürücüsü kimi tanıyır, o, şəhərdə bi neçə nəfəri “yükləyib” həbsə göndərmişdir. Elmar həmişə mülki formada gəzmişdir. İslam onun uşaqlıq dostudur. İslam ona narkotik vasitəni Elşəndən aldığını deməmişdir. Elşənə zəng vurub narkotik vasitə istəməsini polislər ona demişdilər. Elşənə zəng vurub narkotik vasitə istəmiş, o da “narkotik vasitə satmıram, birdə mənə zəng vursan səni “dədənə” tapşıracam” demişdir. İstifadəyə yaramayan narkotik vasitəni tapmasını İslama demiş, lakin narkotik vasitəni Elşəndən almasını ona deməmişdir. İslam narkotik vasitəni Elşəndən aldığını ona deməmişdir. İslama zəng vurmaqda məqsədi bu olmuşdur ki, polislər ona “Elşənlə iş alınmır başqa fakt gətir bizə” demişlər. Polis şöbəsində onun qabağına narkotik vasitə qoyub onun olduğunu demişlər, o da məcbur qalıb İslama zəng vurmuşdur. Marixuanadan istifadə etmişdir. 150 manatı Vüsalın tapşırığı ilə Elmar ona vermiş, pul ona narkotik vasitə almaq üçün verilmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid13 ifadə verərkən xahiş etdi ki, ona suallar verilsin. Bundan sonra Şahid13 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, hər üç nəfərə onun tərəfindən heç bir təzyiq olunmamış, polis şöbəsində olanda İslama zəng vurmamışdır. ***-******* mobil nömrədən istifadə edir. Həmin nömrəni işlətmiş, lakin iş yoldaşlarından kimsə də zəng edə bilərdi. Fəridi 2020-ci ilin yay aylarından tanıyır, onu atasına görə tanımışdır. Təqsirləndirilən şəxsləri tanımır. Fəridlə heç bir münasibəti olmamışdır. Həmin vaxtlar Balakən rayon polis şöbəsinin yeməkxanasını işlətmiş, yeməkxana işlətməsi ilə bağlı Fəridə tez-tez zəng etmiş, Fəridə hər gün yeməkxanaya ərzaq gətirməsi üçün zəng vurmuşdur. Bir gün ərzində Fəridə ən çoxu 10-15 dəfə zəng edə bilərdi. Rəisin sürücüsü olmamış, Şahid1 məhkumluq həyatını yaşadığını bilməmişdir. Onun 505 nömrəsi ilə “Leksus” markalı avtomobil olmamış, **-KV-*** dövlət nömrə nişanlı “Leksus” markalı avtomobili Balakəndən almış, lakin hadisə vaxtı onun “Toyota Prado” markalı avtomobili olmuşdur. Heç bir hadisədən xəbəri olmamışdır. Fəridə 30 dəfə zəng etməsinin səbəbi onun avtomobilini yararsız vəziyyətə salmağı olub, belə ki, Fərid onun avtomobilini kimyəvi təmizləmə etmiş, nəticədə maşının salonu xarab olmuş, bununla bağlı ona tez-tez zəng etmişdir. Balakəndə iki il əvvəl işləmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllərin Təqsirləndirilən şəxs1 tərəfindən törədilmədiyindən və onun belə cinayət törətməsi nə ibtidai istintaq dövründə, nə də birinci instansiya məhkəməsində subuta yetirilmədiyindən Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X3 apellyasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini və Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmü ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 1 kiloqram 680 qram çəkidə narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2 sadəcə çəkisi 100 qramdan aşağı olan çürüntüyə bənzər narkotik vasitə vermişdir. 27 aprel 2020-ci il tarixdən 15-20 gün əvvəl gecə radələrində istifadəsində olan mobil telefonuna zəng gəlmiş, həmin telefon zəngi onun üçün yad olmuşdur. Yəni zəng gələn nömrəni tanımamışdır. Mobil telefonunu açdıqda zəng edən şəxsin kim olduğunu soruşmuş, həmin şəxs ona danışanın Fərid olduğunu demişdir. Bu zaman o, hansı Fərid olduğunu soruşduqda, həmin şəxs moyka işlədən Elmanın oğlu Fərid olduğunu bildirmişdir. Daha sonra o, nə lazım olduğunu yəni nə istədiyini soruşmuş, Fərid isə “Dayı əhvalım yaxşıdır, mənə təbii şey lazımdır” demişdir. Bu zaman o, Fəridə acı sözlər demiş, həmçinin narkotik satan olmadığını deyərək mobil telefonunu söndürmüşdür. 27 aprel 2020-ci il tarixdə saat 10-11 radələri öz yaşadığı evdə təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin vaxtlar da karantin vəziyyəti ilə əlaqədar çölə bayıra çıxmaq olmamışdır. Evdə işlədiyi zaman Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng etmiş və ondan narkotik vasitə olan marixuana istəmişdir. Bu zaman o, İslama nə üçün marixuanaya görə ona zəng etdiyini soruşmuş, həmçinin özündə narkotik vasitə olan marixuana olmur demişdir. Həmin vaxtdan təxminən 1 saat keçdikdən sonra İslam yenidən ona zəng etmiş və yenidən narkotik vasitə istəmişdir. Bu zaman o da İslama narkotik vasitə olan marixuana olmadığını demişdir. Həmin vaxtı İslam özündə 150 manat məbləğində pul olduğunu, həmin pulu marixuana üçün saxladığını bildirmişdir. O da İslama “səndə 150 manat məbləğində pul necə ola bilər, banka olan borcunu ödəyə bilmirsən” demişdir. Həmçinin dayısı oğlu Oruca bir həftə əvvəl zəng gəldiyini və bankın pulunu ödəmədiyini demişdir. Bu zaman İslam ona pul özünün olmadığını, həmin pulu Fərid və Fəridin yanında olan qızdan götürdüyünü bildirmişdir. Daha sonra o, yenidən İslama özündə narkotik vasitə olmadığını bildirmişdir. Həmçinin bir daha bu barədə zəng etməməsini deyərək telefonu sondürmüşdür. Həmçinin qeyd etmişdir ki, 2018-ci ildə narkotik vasitə olan marixuana tapmışdır. Həmin marixuananı evində kəsilmiş ağac budaqlarının altında saxlamışdır. Çəkisi də 100 qramdan da az olmuşdur. İslam ona zəng etdikdən sonra həmin narkotik vasitə olan marixuananı həyətində gizlətdiyi yadına düşmüşdür. Həmçinin də fikirləşmişdir ki, görəsən həmin narkotiki saxlamasını kimsə bilibmi və buna görə də ona narkotik vasitə marixuana təşkil etməsi üçün zəng gəlir. Daha sonra yaxınlaşıb həmin ağac budaqlarının altından içərisində marixuana olan sellofan torbanı axtarmış və tapdıqda torbanın cırıldığını görmüşdür. İçərisində olan marixuana isə çürümüşdür. Həmin marixuananı başqa bir qara rəngli sellofan torbaya yığmış və sonra isə İslama zəng etmişdir. İslam telefonu açdıqdan sonra İslama narkotik vasitə olduğunu, lakin çürük mal olduğunu bildirmişdir. İslam da zəng edəcəyini bildirirək telefonu söndürmüşdür. Daha sonra İslam ona zəng edərək narkotik vasitəni gətirməsini bildirmişdir. O da İslamla razılaşaraq telefonu söndürmüşdür. Lakin marixuananı İslama aparmamışdır. Həmin gün İslam ona 10 dəfə zəng etmiş o, isə İslama cavab verdikdə İslam narkotik vasitəni gətirməsini xahiş etmişdir. Bu zaman o, İslama narkotik vasitənin çürüyüb istifadəyə tam yararsız olduğunu bildirmişdir. Lakin İslam yenə də gətirməsini demişdir. Həmçinin nakotik vasitə marixuananı Fəridə və Fəridin yanında olan qıza verəcəyini, bir hissəsini isə özünə çəkmək üçün götürəcəyini bildirmişdir. O, yenidən İslama həmin narkotik vasitə marixuananın çürüntü olduğunu demişdir. Həmçinin İslama “həmin narkotik vasitəni çəkincə yerdən çürüntü götürüb çəksən daha yaxşı olar” demişdir. Lakin İslam yenə də narkotik vasitəni gətirməsini xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Fəridə narkotik almaq üçün pulu polis əməkdaşları vermiş və polis əməkdaşları onu hazır vəziyyətdə gözləmişlər. Təxminən saat 17 radələrində İslam ona mütəmadi olaraq zəng etdiyinə görə narkotik vasitəni İslama aparmaq qərarına gəlmişdir. Həmin narkotik vasitəni cibində aparmışdır. Çəkisi də 40-50 qram belə olmamışdır. Bu barədə istintaqın ilkin mərhələsində də bildirmişdir. Ona təzyiqlər edərək və döyərək imza etdirmişlər. Onu döyənlərdən biri də rəis müavini Anar müəllim olduğunu bildirmişdir. Həmçinin döyülməsi barədə rayon prokurorluğunda araşdırma aparılmışdır. Ekspert isə ona baxıb başında şiş olduğuna görə 5 manatlıq maz yazmışdır. Həmçinin eskpert başındakı şişin təhlükəli olmadığını bildirmişdir. İslam ona zəng edib narkotik vasitəni gətirməsini xahiş etdikdən sonra o, narkotik vasitəni əyninə geydiyi jiletin cibinə qoymuş və İslamın işlədiyi zavoda getmək üçün evdən çıxmışdır. İslamla görüşməyə gedərkən yolda ona bir nəfər şəxs əl edərək maşını saxlamasını istəmişdir. O, avtomaşını saxlamış və həmin şəxs əvvəldən tanıdığı Şahid3 Ramiz oğlu olduğunu görmüşdür. Şahid3 ona Qazbinə kəndində olan poçt məntəqəsindən 190 manat yardım pulunu almaq üçün gəldiyini, həmçinin ondan özünü evlərinə aparmasını xahiş etmişdir. Həmçinin yolda dostu olan Şahid2 da götürməsini xahiş etmişdir. Coşqunla birlikdə həyətlərində setka çəkəcəklərini demişdir. Həmçinin Şahid3 ona yol pulu olaraq 2 manat verəcəyini bildirmişdir. Daha sonra Coşqunu da avtomaşına götürdükdən sonra X26nun qarşısına gəlib çatdıqda İslamın zavodun qarşısında onu gözlədiyini görmüşdür. Bu zaman o, avtomaşını saxlamış, həmin vaxtı İslam da ona yaxınlaşmışdır. O, avtomaşından yerə düşmədən, narkotik vasitəni əli ilə İslama uzatmış, İslam da ona 150 manat pulu vermişdir. Həmçinin İslam narkotik vasitəni kurtkasının iç cibinə qoymuşdur. Həmin cibə heç 100 qram da narkotik vasitə yerləşməzdir. O, İslamın verdiyi pulu cibinə qoymamış və avtomaşında başqa yerə qoymuşdur. Qeyd etmişdir ki, o, İslama çürüntü vermişdir. Heç bir ekspert də deyə bilməzki həmin kütlə çürüntüdür yaxud narkotik vasitədir. Kərpic zavodun qarşısından 30 metr kənarda rəis müavini Şahid8 dayanmışdır. İslama narkotik vasitəni verib kərpic zavodundan 150 metr uzaqlaşdıqda polislər onu saxlamış, bu zaman o, müqavimət də göstərməmiş, həmin vaxtı onu yerə yıxmışlar və əllərini arxaya tutaraq maşınında axtarış aparmışlar. Daha sonra isə ondan İslama nə verdiyini soruşmuşlar. O da İslama 100 qram çürüntü verdiyini bildirmişdir. Bundan sonra isə həmin polis əməkdaşları zəng etmişlər və həmin yerə başqa polis əməkdaşları da gəlmişdir. Daha sonra onları kərpic zavodunun qarşısına gətirmişlər. Həmin vaxt o, tutulduğu yerdən İslamı görmüşdür. Polis əməkdaşları İslamla onu eyni vaxtda tutmuşdurlar. O, kərpic zavodun qarşısına avtomaşında yer olmadığı üçün Coşqunu Fəridin “VAZ 2107” markalı avtomaşınına mindirmişlər. İslam ondan narkotik vasitəni götürüb Fərid və Fəridin yanında olan qıza verərkən polis əməkdaşları İslamı tutmuşlar. Sonra isə onları polis şöbəsinə gətirmişlər. Daha sonra onu polis şöbəsinin pilləkənlərindən yuxarı qaldırmışlar və rəis müavini Şahid8 otağına aparmışlar. Həmin vaxt polis rəisi rəis müavini olan Şahid8 otağında olmuşdur. Pilləkənləri tam qalxmamışdan əvvəl polis əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq 150 manat pulun harada olduğunu soruşmuşdur. Həmçinin pulun özünün halal pulu olduğunu bildirmişdir. Bu zaman onun cibində 151 manat pul olmuşdur. Həmin pulun 150 manatını həmin şəxsə vermişdir. Daha sonra isə Şahid8 xidməti iş otağına daxil olmuşdur. Orada polis rəisi ondan nə məsələ olduğunu soruşmuşdur. O da 150 manata Təqsirləndirilən şəxs2 100 qram çürüntü satdığını demişdir. Bu zaman rəis ona yaxınlaşaraq mədə nahiyəsindən vurmuşdur. Daha sonra o, narkotik vasitəni, yəni çürümüş istifadəyə yararsız çürüntünü 150 manata İslama satdığını bildirmişdir. Bu zaman Şahid8 narkotik vasitəyə yaxınlaşaraq narkotik vasitəni iyləmiş və arxaya tərəf getmişdir. Çünki tamamilə çürüdüyündən pis iy gəlmişdir. Daha sonra isə onu aşağı aparmışlar. Təhqiqatçı tərəfindən yazı yazılmış və təhqiqatçı ona yazdıqlarına imza etməsini bildirmişdir. O da imza etməyəcəyini demişdir. Bundan sonra onu rəis müavini Anar müəllimin yanına aparmışlar. Anar müəllim onu imza etmədiyinə görə yerə yıxıb döymüşdür. Daha sonra isə onu şöbənin zirzəmisinə salmışlar. O, padvala düşdükdə padvalda Fərid, Fəridin yanında olan qız, Rövşən və Coşqun da orada olmuşdur. Bu zaman Fərid və yanında olan qız ona yaxınlaşaraq bu işdə onların günahı olmadığını demişlər. Onlara pulu Balakən rayon Mahamalar kəndində olan Nurlan adlı şəxs verdiyini bildirmişdir. O da günah özünə olduğunu, İslama 100 qram çürüntü satdığını demişdir. Daha sonra o, imza etməyə razı olmuş və gələcəkdə isə bu işdən əl çəkməyəcəyini bildirmişdir. Həmçinin İslama 100 qram çürüntü satdığını bir daha bildirmişdir. Polis əməkdaşları avtomaşınına gecə saat 12 radələrində baxış keçirmişdir. Həmin vaxtı ona avtomaşınına narkotik vasitə qoyacaqlarını bildirmişlər, həmçinin polis əməkdaşları bildirmişlər ki, avtomaşına onda olan çürüntünün bir az hissəsini qoyacaqlar ki, fakt olsun həmin çürüntü onundur. Sonra isə avtomaşına baxdıqda avtomaşında olan narkotik çürüntü deyil başqa narkotik olduğunu görmüşdür. Baxış keçirilən zaman avtomaşınında narkotik vasitə olmasını demişdir. Həmçinin polislər ona avtomaşında narkotik vasitə yaxudda onda olan çürüntünün olmasının heç bir fərqi olmadığını, hamısı eyni olduğunu demişlər. Qeyd etmişdir ki, kərpic zavodun qarşısında saxlanılarkən onun avtomaşınında bir dəfə axtarış olmuşdur. Sonra isə polis şöbəsinə gəldikdən sonra yenə də avtomaşınında baxış olmuşdur. Daha sonra isə yaşadığı evdə axtarış keçirilmişdir. Gecə saat 12 radələrində isə yenidən avtomaşınına baxış keçirilmiş, baxış zamanı avtomaşınının arxa oturacaq hissəsindən marixuana aşkar edilmişdir. Həmçinin digər 1 kiloqram 680 qram olan narkotik vasitəni ümumiyyətlə o, görməmişdir. Həmin narkotiki kim qablaşdırdığını və necə hazırlandığını isə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 150 manata satdığı narkotik vasitə toz halında, çürük və yararsız olduğu üçün həmin qiymətə satmışdır. Həmin narkotiki də pula ehtiyacı olduğu üçün 150 manat müqabilində satmış, lakin həmin narkotik vasitəni əvvəllər saxlayarkən hər hansı bir məqsədi olmamışdır. Narkotik vasitə marixuananı satmaq fikri olsaydı 2 ildə satardı. 2 il həmin narkotik vasitə onda olmuşdur. Maddi vəziyyəti ağır olduğundan, neçə aydır iş olmadığından və dövlət tərəfindən kasıblara və işsizlərə ayrılmış 190 manat məbləğində pulu ala bilmədiyindən, bu işə getmişdir. Həmçinin qeyd etmişdir ki, İslama 100 qrama yaxın narkotik vermiş və bunun müqabilində də İslamdan 150 manat pul almışdır. Həmin narkotik də normal şəkildə istifadə ediləcək vəziyyətdə olmamış və çox hissəsi istifadəyə yararsız olmuşdur. Həmçinin qeyd etmişdir ki, İslamın telefon nörməsindən ona həmin gün 10 dəfə zəng gəlmişsə, həmin rəqəmdən daha çox Fəridə zəng etmişdir. Ona məxsus olan avtomaşına videoçəkiliş aparılan zaman o, maşının oturacaqlarının arxasından sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini çıxardıb təqdim etmişdir. Həmin vaxtı polis əməkdaşları ona özlərində fakt olması üçün həmin narkotik onun olmasını bildirmişlər. Həmin gün maşınına gündüz 2 dəfə baxış keçirilmiş lakin avtomaşından narkotik vasitə çıxmamışdır. Gecə saat 12 radələrində baxış keçirilən zaman isə polislər özləri həmin narkotik vasitəni avtomaşına qoymuşdurlar. Bir daha qeyd etmişdir ki, həmin narkotik onun deyil, ona sadəcə olaraq təzyiq edilərək narkotiki özünün olduğunu etiraf etməsini bildirmişlər. O, heç vaxtı maşınında narkotik saxlamamışdır. Həmçinin əvvəllər narkotik vasitə satışı ilə məşğul olmamış və narkotik vasitədən istifadə etməmişdir. Onun sonuncu məhkumluğu qanunsuz olaraq narkotik vasitə saxlamağı ilə bağlı olmuşdur. İslam da məhz buna görə ona zəng edərək ondan narkotik vasitə istəmişdir. Həmçinin narkotik vasitəni evində gündəlik ərzaq məhsullarını-şəkəri, qəndi çəkmək üçün saxladığı tərəzi vasitəsi ilə çəkmişdir. Çəkməsə belə çəkisini təxmini bilmişdir. Həmin narkotik vasitəni isə dəmiryolu adlanan ərazidən gedən yolda olan akasiyalıq adlanan yerdən yaşadığı evinə odun tədarük edib gətirmək üçün getdiyi zaman oradan tapmışdır. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə Balakən rayon Mahamalar kəndində yaşayır və fərdi əməklə məşğuldur. Əvvəllər CM-in 234.1-ci, 177.2.1, 177.2, 177.2.3-cü maddələri ilə məhkum edilmiş, hal-hazırda məhkumluğu yoxdur. Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır və həmçinin onun qohumudur. Təqsirləndirilən şəxs2la heç bir düşmənçiliyi və ədavəti yoxdur. Narkotik vasitə olan marixuanadan istifadə etmir, yəni çəkən deyildir. 2018-ci ilin fevral ayında evinə odun gətirmək üçün özünə məxsus olan idarə etdiyi VAZ 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu ərazisində olan Dəmiryol adlanan əraziyə “akasiyalıq” adlanan yerə evinə tədarük olaraq odun gətirmək üçün getmişdir. Oradan odun yığıb evə qayıtmaq istədiyi zaman həmin yerdə olan zibillikdə 1 ədəd ağ rəngli kisə görmüşdür. Həmin kisəyə baxdıqda isə içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bu zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin ağ rəngli kisəni maşınına qoyub yaşadığı evinə gətirmişdir. Lakin həmin narkotik vasitə olan qurudulmuş marixuananı evinə gətirməkdə hər hansı dəqiq bir məqsədi olmamışdır. Daha sonra kisədə olan narkotiki ağ rəngli sellofan torbaya boşaldıb evin həyətində olan istifadə edilməyən odun qırıqlarının alt hissəsində saxlamışdır. Həmin gündən sonra isə orada narkotik saxladığı yadından çıxmışdır. 24.04.2020-ci il tarixdə evinin həyətində işləyərkən 2018-ci ildə odun qırıqlarının altında saxladığı 1 ədəd ağ rəngli sellofan torbada olan narkotik vasitə nəşəni tapmışdır. Həmin sellofan torbanı oradan çıxardıb baxdıqda narkotik nəmli vəziyyətdə olduğunu və istifadəyə yararsız olduğunu görmüşdür. Bundan sonra həmin sellofan torbanın ağzını açıb narkotiki günün altında sərib qurutmuşdur. Daha sonra isə həmin gün də narkotiki qara rəngli sellofan torbaya yığıb həmin odun qırıqları olan yerdə saxlamışdır. 27.04.2020-ci il tarixdə evdə olduğu zaman tanışı İslam ona zəng edərək 100 qram narkotik vasitə olan nəşə lazım olduğunu demişdir. O da İslama evin həyətində narkotik vasitə nəşə saxladığını, lakin istifadə etmək üçün bir o qədərdə yararlı olmadığını, əgər istəsə 150 manata ona sata biləcəyini demişdir. İslam da ona əlində 150 manat pulu olduğunu və "gəl görüşək sənə verim" demişdir. Bu zaman o, İslama harada olduğunu soruşmuş, İslam da kərpic zavodunun qarşısında olduğunu demişdir. X20 Kərpic zavodunda fəhlə işlədiyini bilir. Buna görə də evdən özünə məxsus olan VAZ 21011 markalı avtomaşınla çıxıb kərpic zavodunun qarşısına İslam ilə görüşmək üçün getmişdir. Kərpic zavodunun yanına çatdıqda İslama zəng etmiş və İslam zavoddan çıxaraq onun yanına gəlmişdir. Həmin vaxt o, maşından düşməyərək qara rəngli sellofan torbaya yığıb saxladığı narkotik vasitə qurudulmuş marixuana olan torbanı İslama vermiş, İslam da ona həmin narkotik vasitə nəşənin əvəzinə 150 manat pul verərək narkotik vasitə nəşəni əynindəki gödəkçənin içəri cibinə qoyaraq getmişdir. Bundan sonra o, həmin yerdən idarə etdiyi avtomaşınla geri qayıtdığı zaman yolda 4 nəfər polis əməkdaşları maşın ilə onu saxladaraq özlərini təqdim etmiş və onu avtomaşını ilə birlikdə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Balakən Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyasından seçdiyi Ceyhun Daanovun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, yaxud da qanunsuz əşya tapılmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman o, vəkil və polis əməkdaşlarının yanında idarə etdiyi maşınında narkotik saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılandan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə polis şöbəsinin müvəqqəti duracağında olan idarə etdiyi VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı o, maşının arxa oturacağının arxasında olan 1 ədəd ağ rəngli sellofan torbada olan narkotiki çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 14,27 qram təşkil etmişdir. Sellofan torbada olan həmin narkotik vasitə sellofan torba ilə birlikdə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Həmçinin eskpertin rəyindən sonra avtomaşında aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanın təmiz çəkisi 14,22 qram olduğu ona məlum olmuşdur. Daha sonra polis əməkdaşları onun, vəkili Ceyhun Daanovun və həmçinin bir neçə polis əməkdaşlarının iştirakı ilə Balakən rayon Mahamalar kəndindəki evinə baxış keçirmişlər, lakin yaşadığı evdən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin qeyd etmişdir ki, maşında aşkar olunan 1 ədəd sellofan torbada olan narkotik onun deyildir. Sadəcə olaraq polis əməkdaşları ona təzyiq göstərdikləri üçün üzərində şəxsi axtarış aparılan zaman maşınında narkotik saxladığını bildirmişdir. Lakin onun həmin narkotikdən xəbəri olmamışdır. Ancaq İslama narkotik satdığını etiraf edir. Həmin narkotik vasitəni İslama satmağının müqabilində İslamdan 150 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs2 həmin narkotiki pula ehtiyacı olduğu üçün 150 manat müqabilində satmışdır. Lakin həmin narkotik vasitəni əvvəllər saxlayarkən hər hansı bir məqsədi olmamışdır. Həmçinin qeyd etmişdir ki, İslama 100 qrama yaxın narkotik vermişdir və bunun müqabilində də İslamdan 150 manat pul almışdır. Həmin narkotik də normal şəkildə istifadə ediləcək vəziyyətdə olmamış, çox hissəsi istifadəyə yararsız olmuşdur. Avtomaşınında videoçəkiliş aparılan zaman oturacaqların arxasından çıxarıb təqdim etdiyi sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi onun deyildir, ona sadəcə olaraq təzyiq edilmiş və narkotikin özünün olduğunu etiraf etməsi deyilmişdir. O, maşınında heç vaxt narkotik saxlamamışdır. Təqsirləndirilən şəxs2 isə satdığı qurudulmuş marixuananın çəkisi 100 qram narkotik vasitə marixuana olmuşdur. Həmin narkotik isə 2 il bundan əvvəl tapıb evinin həyətində odun parçalarının altında gizlətdiyi narkotikdir. Həmçinin həmin narkotik nəmli və istifadəyə yararsız olduğu üçün İslama 150 manata satmışdır. Lakin o, İslama 1 kiloqram 680 qram narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 150 manata satdığı narkotik vasitə marixuananın çəkisini təxmini 100 qram hesab edir.Həmin narkotik vasitəni İslama verərkən özünün evdə olan tərəzisi ilə çəkmişdir. Həmin narkotik vasitə sellofan torba ilə birlikdə 100 qram olmuşdur. Əvvəllər isə İslama narkotik vasitə satmamışdır. İslam onu əvvəldən tanıdığı üçün ona etibar edərək zəng edib ondan narkotik vasitə istəmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ona CM-in 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 zəng edib ondan 150 manat dəyərində narkotik vasitə marixuana istəmiş, amma onunla 100 qram narkotik vasitə almaqla bağlı razılığa gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 başqa narkotik vasitəsinin olmadığını və həmin malın da çürüntü olduğunu bildirmişdir. 100 qram narkotik vasitə də balaca bükümdə - torbada ortaya gəlib çıxmıışdır. Həmin narkotik vasitə çürüntü olmuş, yəni həmin narkotik vasitənin yüzdə yetmiş-səksən faizi istifadəyə yararsız olmuşdur. Amma məcburi şəkildə onlara 1 kiloqram 700 qram narkotik vasitəyə qol çəkdirmişlər, halbuki, onlardan o qədər narkotik vasitə aşkar olunmamışdır. Hadisə ilə bağlı isə bildirmişdir ki, iş yerində, yəni zavodda olan zaman Təqsirləndirilən şəxs1 zəng etmişdir. Belə ki, qohum olduqlarına görə ona etibar etmişdir. Onda narkotik vasitə marixuana olub-olmadığını dəqiq bilməmiş, sadəcə olaraq soruşmaq məqsədilə ona zəng etmişdir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Belə ki, Şahid1 ona zəng edərək 150 manat pulu olduğunu bildirmiş və ona narkotik vasitə tapa bilib-bilməyəcəyimi soruşmuşdur. Özü narkotik vasitə istifadəçisi olmuş, Şahid1 isə onun uşaqlıq dostu olmuşdur. Onun Fəridə narkotik vasitə satmaq məqsədi olmamış, nə də ki, hər hansı maddi marağı olmamışdır. Sadəcə olaraq Fərid zəng edib onu bezdirmişdir ki, “150 manat pulu var, ona narkotik vasitə tap”. Buna görə də, o, Təqsirləndirilən şəxs1 zəng edərək 150 manat pulunun olduğunu, ona narkotik vasitə lazım olduğunu bildirmiş və ondan narkotik vasitə tapa bilibbilməyəcəyini soruşmuşdur. O isə ilk əvvəl imtina etmiş və narkotik vasitə satmadığını bildirmişdir. Bir neçə dəfə zəng etdikdən sonra Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. O, Elşənə 150 manat pulun onda olduğunu bildirmiş, o isə bir qədər vaxtdan sonra özünün zəng edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ona zəng etmədiyi üçün yenidən özü ona zəng etmiş və pulun üstündə olduğunu bildirərək narkotik vasitəni gətirə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 özü zəng edən zaman zavodun qabağına çıxmağını bildirmişdir. Həmin vaxt pul onun üstündə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 ona zəng etdmiş və o, zavodun qabağına çıxmışdır. Sağ tərəfdən maşının ön qapısına yaxınlaşmış, avtomobilin şüşəsi aşağıda olmuşdur. Salamlaşan vaxt narkotik vasitəni ovcunun içində götürmüş və həmin vaxt əynində olan gödəkçənin cibinə qoyaraq qaçıb zavoda girmişdir. Zavodun həyətinə girən kimi Fərid ona zəng etmiş və zavodun qabağında olduğunu bildirmişdir, belə olub dərhal geri qayıdaraq çölə çıxmışdır. Qapıdan çıxıb bir az aşağı getmək istəyərkən polis əməkdaşları onu saxlamışdır. Birinci instansiya məhkəməsində ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, narkotik vasitə tapmağı ondan Şahid1 istəmiş, hətta 150 manat pulu da ona Şahid1 vermiş, hadisə vaxtı onunla birlikdə Şahid1 və onun yanındakı qız, habelə Təqsirləndirilən şəxs1 maşınında olan Coşqun və Rövşən də saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Onun Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitənin çəkisi 100 qrama yaxın olmuş, lakin polis şöbəsində həmin qara sellofan torbanın çəkisi artırılmış, 1 kq 700 qr olmuşdur. Qorxusundan polis əməkdaşlarının dedikləri ilə razı olmağa, onların təqdim etdiyi sənədlərə qol çəkməyə məcbur olmuşdur. Narkotik vasitənin alğı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs1 ilk dəfə 27.04.2020-ci il tarixdə zəng etmiş, daha sonra durmadan Təqsirləndirilən şəxs1 bir neçə dəfə zəng etmişdir. Elə olmuşdur ki, həmin zənglər zamanı Təqsirləndirilən şəxs1 onun zənginə cavab verməmiş, ya da zənginə cavab verərək özünün zəng edəcəyini bildirmiş, yəni Elşən ona tam dəqiq heç nə deməmişdir. O, təxminən 7-8 dəfə zəng etdikdən sonra Təqsirləndirilən şəxs1 artıq onun əl çəkmədiyini görüb ən sonuncu dəfə pulun onun özündə olub-olmaması ilə maraqlanmış, o da Elşənə pulun cibində olduğunu, 150 manat pul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə olduğunu, həmin narkotik vasitənin çürüntü olduğunu, istifadəyə yararsız olduğunu bildirmiş, o isə Elşənə həmin narkotik vasitəni gətirməsini, istifadə edəcəyini bildirmişdir. Həmin telefon danışığından sonra Təqsirləndirilən şəxs1 narkotik vasitəni gətirmişdir. Əvvəllər bu formada ifadə verməyə qorxmuş, hazırda isə həqiqəti danışmışdır. Odur ki, məhkəmədə verdiyi ifadəsinin həqiqət olduğunu qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, hal-hazırda Balakən rayonu ərazisində yerləşən Kərpic zavodu MMC-də operator vəzifəsində işləyir, 2-ci qrup əlildir və uzun müddətdir ki, narkotik istifadəçisidir. 27.04.2020-ci il tarixdə günorta saatlarında özünə çəkmək üçün narkotik lazım olduğuna görə tanışı Təqsirləndirilən şəxs1 zəng etmişdir. Elşənlə telefonda danışdığı zaman narkotik tapmasını xahiş etmiş, pulunu da verəcəyini demişdir. Elşən isə ona telefonda dəqiq bir söz deməyərək xəbər edəcəyini və telefonunun açıq olmasını bildirmişdir. Bundan əlavə o, Elşənlə telefonda danışdığı zaman cəmi 150 manat pulu olduğunu və ona verə biləcəyini demişdir. Bir qədər keçdikdən sonra Elşən ona zəng edib cibində həmin pulun olub-olmadığını soruşmuş, o, isə Elşənə pul üstündə olduğunu demişdir. O cümlədən, Elşənə işdə olduğunu, çıxa bilmədiyini, Kərpic zavodunun qarşısına gələrək narkotiki ona verməsini və pulu da orada verəcəyini bildirmişdir. Bundan bir qədər sonra Elşən ona zəng edərək kərpic zavodunun qarşısında onu gözlədiyini demişdir. Buna görə də o, zavodun qarşısına çıxmış və Elşənin idarə etdiyi VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla zavodun qarşısında dayandığını görmüşdür. Həmin vaxtı o, maşına yaxınlaşmış, Elşən də maşından düşməyərək içərisində narkotik olan olan qara rəngli sellofan torbanı ona vermişdir. O da həmin torbanı götürüb işlədiyi zavoda tərəf getməyə başlamışdır. Həmin vaxtı o, Elşəndən götürdüyü narkotik vasitə olan marixuananı tərəzi vasitəsilə çəkməmişdir. Lakin torbada olan nəşənin çəkisi ağır olmuşdur. Narkotik vasitə olan nəşəni götürdükdən sonra 150 manatı Elşənə vermiş və Elşən oradan çıxıb getdikdən sonra o da əlindəki torba ilə zavoda daxil olmaq üçün giriş qapısına tərəf getmişdir. Həmin vaxtı 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Balakən Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçmiş olduğu vəkil Məlahət Emçiyevanın iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zaman əlində olan 1 ədəd qara rəngli içərisində narkotik vasitə nəşə olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba narkotik ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 1,71 kq təşkil etmişdir. Daha sonra həmin narkotik sellofan torba ilə birlikdə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları onun və vəkili X8, o cümlədən bir neçə polis əməkdaşlarının iştirakı ilə ünvan 10 ünvanındakı evinə baxış keçirmişlər. Lakin yaşadığı evdən hər hansı bir narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 aldığı 1 ədəd sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini narkotik istifadəçisi olduğuna görə özü çəkib istifadə etmək üçün almışdır. Lakin həmin narkotiki Elşəndən aldığı zaman çəkisini bilməmişdir. Polis şöbəsində isə Elşəndən aldığı narkotikin çəkisi 1,71 kq olduğunu bilmişdir. Məhkəmə bioloji eskpertizasının rəyindən sonra isə Elşənin ona 150 manata satdığı nəşənin çəkisi 1 kiloqram 680 qram olduğu ona məlum olmuşdur. Qeyd etmişdir ki, Elşən onunla görüşməzdən əvvəl telefonda danışdıqları zaman ona gətirəcəyi narkotikin 2 il bundan əvvəl qalan istifadəyə yarasız nəmli qalmış narkotik olduğunu demişdir. Buna görə də Elşənlə telefonda danışdıqları zamanı əgər elədirsə həmin narkotikin içərisindən yararlı hissələrini özü ayırıb istifadə edərək geri qalanını da tullamaq qərarına gəlmişdir. Həmin məqsədlə də Elşənin ona verdiyi qara rəngli sellofan torbada olan narkotikin müqabilində Elşənə 150 manat pul vermişdir. Habelə o, heç vaxt narkotik vasitələrin alqısatqısı ilə məşğul olmamışdır. Polis şöbəsində isə ona hər hansı bir fiziki qüvvə tətbiq edilməmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs2 verilmiş ittihamla özünü təqsirli bilərək, həmçinin istintaq zamanı şübhəli və təqsirləndirlən şəxs qismində dindirilərkən vermiş olduğunu ifadlərini təsdiq edərək göstəmişdir ki, Təqsirləndirilən şəxs1 27 aprel 2020-ci il tarixdə narkotik vasitə alarkən avtomaşının içərisinə tam olaraq baxmamışdır. Yəni avtomaşının içərisində sərnişin olub-olmamasına fikir verməmişdir. Həmin vaxtı orada Təqsirləndirilən şəxs1 tələsik bir şəkildə yaxınlaşmış və narkotik vasitəni Elşəndən götürüb pulunu verərək uzaqlaşmışdır. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitəni alarkən həmin narkotik vasitənin çəkisini çəkməmişdir. Həmin narkotik vasitənin çəkisinin nə qədər olmasına çəkib baxmamışdır. Sadəcə olaraq Elşənə 150 manat pulunun olduğunu və narkotik vasitə lazım olduğunu demişdir. Elşən də ona 150 manatın əvəzində narkotik vasitə gətirmişdir. O da 150 manatı Elşənə vermiş və narkotik vasitəni ondan almışdır. Həmçinin həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Şahid1 isə onun uşaqlıq dostudur. Fərid onun işlədiyi kərpic zavodun qarşısına ondan borc pul istəmək üçün gəlmişdir. Elşənin isə yalan dediyini bildirmiş, Fəridin onun Elşəndən aldığı narkotiklə bağlı heç bir əlaqəsi olmamış, Fəridin onun Elşəndən narkotik vasitə alması barədə xəbəri olmamışdır. Bir daha qeyd etmişdir ki, Fərid ondan borc pul istəmişdir. Buna görə də aralarında mütəmadi olaraq telefon danışığı olmasının səbəbi Fəridin ondan borc pul istəməsi olmuşdur. O, polis tərəfindən saxlanılmamışdan əvvəl də Fərid ona mütəmadi zəng edib pul istəmişdir. Onun Fəridlə aralarında olan telefon danışığının Elşəndən aldığı narkotiklə bağlı heç bir əlaqəsi olmamışdır. Fəridlə həmkəndlidirlər və 8-9 ildir ki, dostluq edirlər. Qeyd etmişdir ki, Fəridə narkotik vasitə verməmiş və narkotik vasitə vermək fikri də olmamışdır, Fəridə narkotik vasitə verəcəyi barədə heç bir sövdələşməsi olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 narkotik vasitə alması barədə Şahid1 xəbəri olmamışdır. Fəridlə uzun illlərdir ki, dostdurlar. Buna görə də Fərid 2-3 gün olar ki, ondan borc pul istəmişdir. O da Fəridə pul tapıb verəcəyini bildirmişdir. Buna görədə Fərid ona gün ərzində mütəmadi olaraq zəng etmişdir. O da Fəridə pul tapanda xəbər edəcəyini demişdir. Yəni zaovoddan alacağı pulu aldıqda Fəridə zəng edəcəyini bildirmişdir. O, polislər tərəfindən saxlanılarkən Fərid onun işlədiyi kərpic zavodun qarşısına gəlmişdir. Lakin o, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürərkən Fərid ondan kənarda olmuşdur. O cümlədən Fərid onun Təqsirləndirilən şəxs1 nə götürdüyünü belə bilməmişdir. Elşən yalan deyir və Şahid1 böhtan atır. Fərid həmin gün və ondan iki-üç gün əvvəldən ondan borc pul istəmişdir. Habelə Fərid ona sevdiyi qızla gəzməyə gedəcəklərini və idarə etdiyi avtomaşının nasaz yerini düzəltdirəcəyini bildirmişdir. Buna görə ondan 50 manat pul istəmiş, mütəmadi olaraq ona zəng etmişdir. O da Fəridə imkan daxilində pul tapacağını demişdir. Həmin vaxt da, yəni Elşəndən narkotiki aldığı vaxtlarda Fərid ondan borc pul götürmək üçün zavodun qarşısına gəlmişdir. Bir daha qeyd etmişdir ki, o, narkotik vasitə marixuanadan istifadə edir. Buna görə də Elşəndən öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Üzərində olan 150 manat pul isə maaşından qalan pul olmuşdur. Həmin pulu da narkotik vasitə marixuana almaq üçün saxlamışdır. Əlavə olaraq bir daha bildirmişdir ki, Elşən yalan deyir. O, maaşından saxladığı həmin pulu marixuana istifadə etdiyi üçün marixuana almaq üçün saxlamışdır. Ona Fərid yaxud da başqa bir şəxs Elşəndən narkotik vasitə alması üçün pul verməmişdir. O, Elşənə özü üçün narkotik alacağını deməmişdir. Fəridin və onun yanında olan adını belə bilmədiyi, lakin Fəridin sevgilisi olan qızın onun Elşəndən narkotik vasitə almağı barədə xəbəri olmamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün almışdır. 27 aprel 2020-ci ildə Elşəndən narkotik vasitə alarkən saat 17 radələrində saxlanılmış, saxlanıldıqdan dərhal sonra polis şöbəsinə gətirilmişdir. Tutulma vaxtı isə saat 17:30 radələri olmuşdur. Qeyd etmişdir ki, 17:30 radələrində şübhəli kimi tutulmuş, lakin saxlanıldığı vaxt saat 17 radələri olmuşdur. Hansı dəqiqədə olmasını isə deyə bilmir. Saxlanılqdıqdan dərhal sonra polis şöbəsinə gətirilmiş və dərhal da üzərində olan sellofan torba elektron tərəzi vasitəsi ilə çəkilib və çəkisinin 1,71 kiloqram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığı zaman həmin narkotiki gödəkçəsinin içəri hissəsinə, yəni qolu ilə bədəninin arasına qoymuşdur. Həmin vaxtı isə orada kimin, yaxud da hansı avtomaşının olması barədə heç nə deyə bilmir və yadında qalmamışdır. İstintaq zamanı verdiyi ifadələrində dəfələrlə qeyd etmişdir ki, ona heç kim pul verməyib, yaxud da Fərid ona pul verməmişdir. Təqsirləndirilən şəxs1 dedikləri şər böhtandır. O, öz pulu ilə-150 manat məbləğində pulla Elşəndən narkotik vasitə almışdır. Fərid isə ondan sevgilisi olan qızla gəzmək üçün, həmdə ki, avtomaşınını düzəltdirmək üçün 50 manat borc pul almaq üçün gəlmişdir. Elşənin dedikləri yalan və şərdir, böhtandır. Həmçinin Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün necə böhtan atsın şər etsin bilmir. Elşənə verdiyi 150 manat pul onun özünə məxsus olmuşdur. Habelə qeyd etmişdir ki, Nurlan adlı şəxs tanımır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27.04.2020-ci il tarixdə şöbədə işdə olan zaman şübhəli şəxs kimi saxlanılan iki nəfər şəxsin üzərinə baxışda iştirak etmək üçün dəvət edilmişdir. İlk olaraq polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərə video çəkilişlə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli sellofan torbanı təqdim etmiş və həmin torbaya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması aşkar edilmişdir. Həmin bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 1,71 kiloqram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini Təqsirləndirilən şəxs1 adlı şəxsdən 150 manat məbləğində pul verməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan torba ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs1 üzərindən hər hansı narkotik vasitə yaxud qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan başqa 27 aprel 2020-ci ildə saat 20 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 avtomaşında narkotik vasitə saxladığını və avtomaşına yaxınlaşaraq avtomaşının arxa oturacağında gizlətdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Hazırda həmin bitki kütləsinin çəkisi yadında qalmasa da, onun çəkisi elə də çox olmamışdır. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs1, onun müdafiəçisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 yaşadığı Balakən rayon Mahamalar kəndində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən yaşayış evindən hər hansı narkotik vasitə, qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 yaşadığı Balakən şəhərində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən hər hansı narkotik vasitə və ya qadağan edilmiş predmet aşkar edilməmişdir. Şahid4 sualları cavablandırarkən polis şöbəsində hər iki təqsirləndirilən şəxsə qarşı təsir və təzyiq olunmadığını, Təqsirləndirilən şəxs1 məxsus avtomobilə polis əməkdaşları tərəfindən narkotik vasitənin qoyulmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, özü Yol Patrul Xidmətinin əməkdaşıdır. Hazırda xəstəlik keçirdiyindən iştirak etdiyi əməliyyat tədbirini xatırlamır. Lakin yadında qalan odur ki, xidmət yoldaşı Şahid9 narkotiklə bağlı məlumat daxil olduğu üçün efirə çıxaraq bu barədə məlumat vermiş və daha sonra onlar Balakən şəhərində Kərpic zavodun yaxınlığında şübhəli avtomobilin saxlanılması əməliyyatı keçirilərkən orada iştirak etmişlər. Hadisəyə dair isə hazırda dəqiq heç nə xatırlamır. Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə hadisəyə dair heç bir hal müəyyən edilmədiyindən, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid10 göstərmişdir ki, hazırda Balakən Rayon Polis X31 X25 Partul Xidmətinin inspektoru vəzifəsində işləyir. 27 aprel 2020-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində Balakən rayon polis X31 polisi bölməsinin xidməti Kia markalı, **-YP-*** nömrəli avtomobili ilə Konserv Zavodunun yaxınlığında yerləşən dairədə YPX-nin inspektoru Şahid9lə birlikdə xidmət apardıqları zaman Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21011 markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektilə “X26” istiqamətində hərəkətdə olduğunu görmüşlər. Şahid9 Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə məşğul olması barədə bir neçə dəfə müxtəlif yerlərdə eşitdiyini bildirmiş və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hansı istiqamətə getməsini müşahidə etmək üçün arxasınca baxmışdır. Təqsirləndirilən şəxs1 avtomobillə “X26” istiqamətində hərəkət etdiyini gördüyü üçün Təqsirləndirilən şəxs1 narkotik ticarəti ilə məşğul olmasını, avtomaşınında və üzərində narkotik vasitə gəzdirməsini, həmçinin narkotik vasitə satışı üçün həmin yerə getdiyini düşünüb əsaslı şübhələri yarandığına görə Təqsirləndirilən şəxs1 xidməti avtomobillə izləmək qərarına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ardınca hərəkətə başladıqdan sonra dərhal bu barədə xidməti radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və həmin istiqamətdə gəlmələrini bildirmişdir. Bundan sonra Şahid9 idarə etdiyi avtomobili Elşənin idarə etdiyi avtomobilin ardınca sürərək Təqsirləndirilən şəxs1 avtomobilini uzaqdan müşahidə etməyə başlamışdır. Həmin vaxt rəis müavini Şahid8 CAB-ın əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 ilə birlikdə, həmçinin ərazidə xidmət aparan RPŞ-nin PPX tağımının polis nəfərləri, polis serjantları Şahid11 və Şahid12 onların yanına gəlmişlər. Bu zaman onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili “X26”nun qarşısında saxladığını və bir nəfər şəxs, sonradan adının Təqsirləndirilən şəxs2 olması məlum olan şəxs Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşdığını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə verdiyini və ondan nə isə götürdüyünü, daha sonra isə Təqsirləndirilən şəxs2 onların istiqamətində, Təqsirləndirilən şəxs1 isə avtomobilini hərəkət etdirərək digər istiqamətə getməsini müşahidə etmişlər. Bu zaman onlar dərhal avtomobilləri ilə hərəkətlərini davam etdirərək irəli sürmüşlər. Daha sonra isə o, Şahid9 və PPX əməkdaşları xidməti avtomobillərini İslamın yanında saxlamış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt rəis müavini Şahid8, əməliyyat müvəkkilləri Şahid6la və Şahid7lə birlikdə hərəkətlərini davam etdirib özünə məxsus avtomobillə uzaqlaşan Təqsirləndirilən şəxs1 ardınca gedərək onu da saxlamışlar. Daha sonra o, Şahid9, Şahid11 və Şahid12lə köməkləşib Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmaq üçün “Niva” markalı xidməti avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi avtomobillə hərəkətə başlayıb oradan bir qədər uzaqlaşdığı üçün rəis müavini Şahid8la əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili 100-150 metr uzaqlıdıqda saxlamışlar. Həmçinin, onlar həmin vaxt orada olan Fərid adlı şəxsin həmin şəxslərlə birlikdə olmasını düşündükləri üçün Fəridə məxsus avtomobillə və yanında olan qızla birlikdə onları da saxlamışlar. Həmin şəxslərin hamısını saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21011 markalı avtomobillə bərabər və onun avtomobilində olan iki nəfər sərnişini, habelə Fərid adlı şəxsi ona məxsus avtomobillə və yanında olan qızla birlikdə polis şöbəsinə gətirmişlər. Bundan sonra Şahid9 raport yazaraq həmin şəxsləri Polis Şöbəsinə təhvil vermiş və daha sonra isə xidmətlərini davam etdirmək üçün birlikdə xidməti əraziyə qayıtmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid10 bir daha həmin hadisələri dəqiq xatırlamadığını bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımamış, lakin Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımışdır. Onlara efir vasitəsi ilə narkotik vasitə alqı-satqısı ilə bağlı məlumat gəlmiş və həmin məlumatı əməkdaşlara ötürmüş, o cümlədən digər polis əməkdaşları ilə birlikdə tədbirdə iştirak etmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, onlara kərpic zavodunun yaxınlığında narkotik vasitə alqı-satqısı edildiyi barədə məlumat verilmiş, lakin konkret ad deyilməmişdir. Habelə narkotik vasitə alqı-satqısının kimlərin arasında olacağı da bilinməmişdir. Məruzə edərək belə bir məlumatın olduğunu, dəyərləndirilməsini bildirmişdir. Onlara tədbirin avtomobillə keçiriləcəyi deyilmişdir. Ona görə də küçənin başında dayanmışlar ki, avtomobili saxlamaq lazım olsa, saxlasınlar. Həmin vaxt təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən saxlanılmasını konkret olaraq görməmiş, çünki yaxınlıqda olmamışdır. Əməliyyat tədbirini uzaqdan, təxminən 300-400 metr məsafədən müşahidə etmişdir. Həmçinin, digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 avtomobilinin saxlanmasını görməmişdir. Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid9 göstərmişdir ki, hazırda Balakən rayon polis X31 X25 Partul Xidmətinin inspektoru vəzifəsində işləyir. 27 aprel 2020-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində Balakən rayon polis X31 polisi bölməsinin xidməti Kia markalı, **-YP-*** nömrəli avtomobili ilə Konserv Zavodunun yaxınlığında yerləşən dairədə YPX-nin inspektoru Şahid10lə birlikdə xidmət apardıqları zaman Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ- 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektilə “X26” istiqamətində hərəkətdə olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə məşğul olması barədə bir neçə dəfə müxtəlif yerlərdə eşitmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hansı istiqamətə getməsini müşahidə etmək üçün arxasınca baxmışdır. Təqsirləndirilən şəxs1 avtomobillə “X26” istiqamətində hərəkət etdiyini gördüyü üçün Təqsirləndirilən şəxs1 narkotik ticarəti ilə məşğul olmasını, avtomaşınında və üzərində narkotik vasitə gəzdirməsini, həmçinin narkotik vasitə satışı üçün həmin yerə getdiyini düşünüb əsaslı şübhələri yarandığına görə Təqsirləndirilən şəxs1 xidməti avtomobillə izləmək qərarına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ardınca hərəkətə başladıqdan sonra dərhal bu barədə xidməti radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və həmin istiqamətdə gəlmələrini bildirmişdir. Həmin vaxt onun düşündüyü xüsusat öz təsdiqini tapardısa ərazidə xidmət aparan digər polis əməkdaşlarının köməyinə ehtiyacı ola biləcəyini düşünmüşdür. Bundan sonra idarə etdiyi avtomobili Elşənin idarə etdiyi avtomobilin ardınca sürərək Təqsirləndirilən şəxs1 avtomobilini uzaqdan müşahidə etməyə başlamışdır. Həmin vaxt rəis müavini Şahid8 CAB-ın əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 ilə birlikdə, həmçinin ərazidə xidmət aparan RPŞ-nin PPX tağımının polis nəfərləri, polis serjantları Şahid11 və Şahid12 onların yanına gəlmişlər. Bu zaman onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili “X26”nun qarşısında saxladığını və bir nəfər şəxs, sonradan adının Təqsirləndirilən şəxs2 olması məlum olan şəxsin Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşdırğını görmüşlər. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə verdiyini və ondan nə isə götürdüyünü, daha sonra isə Təqsirləndirilən şəxs2 onların istiqamətində, Təqsirləndirilən şəxs1 isə avtomobilini hərəkət etdirərək digər istiqamətə getməsini müşahidə etmişlər. Bu zaman onlar dərhal avtomobilləri ilə hərəkətlərini davam etdirərək irəli sürmüşlər. Daha sonra isə o, Şahid10 və PPX əməkdaşları xidməti avtomobillərini İslamın yanında saxlamış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt rəis müavini Şahid8, əməliyyat müvəkkilləri Şahid6la və Şahid7lə birlikdə hərəkətlərini davam etdirib özünə məxsus avtomobillə uzaqlaşan Təqsirləndirilən şəxs1 ardınca gedərək onu da saxlamışlar. Daha sonra o, Şahid10, Şahid11 və Şahid12lə köməkləşib Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmaq üçün “Niva” markalı xidməti avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi avtomobillə hərəkətə başlayıb oradan bir qədər uzaqlaşdığı üçün rəis müavini Şahid8la əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili 100-150 metr uzaqlıqda saxlamışlar. Habelə, onlar həmin vaxt orada olan Fərid adlı şəxsin həmin şəxslərlə birlikdə olmasını düşündükləri üçün Fəridə məxsus avtomobillə və yanında olan qızla birlikdə onları da saxlamışlar. Həmin şəxslərin hamısını saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21011 markalı avtomobillə bərabər və onun avtomobilində olan iki nəfər sərnişini, həmçinin Fərid adlı şəxsi ona məxsus avtomobillə və yanında olan qızla birlikdə polis şöbəsinə gətirmişlər. Bundan sonra o, raport yazaraq həmin şəxsləri Polis Şöbəsinə təhvil vermiş və daha sonra isə xidmətlərini davam etdirmək üçün Şahid10lə birlikdə xidməti əraziyə qayıtmışlar. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 saxlayan zaman İslamın gödəkçəsinin altında qara rəngli sellofan torba olmasını görmüşlər, lakin həmin yerdə İslamın üzərinə baxış keçirməmişlər. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 saxlayan zaman İslamın gödəkçəsinin altında qara rəngli sellofan torbanın olmasını görmüşdür, lakin o, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasında iştirak etmədiyi üçün həmin sellofanın içərisində nə olmasını və çəkisinin nə qədər olmasını bilməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğu ona məlum olmuşdur. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 RPŞ-nə gətirdikdən sonra Növbətçi Hissəyə təhvil verib raport yazmış və oradan getmişlər. Həmin vaxt isə Təqsirləndirilən şəxs1 yaxınlaşan və ya Elşənin cibindən pul götürən polis əməkdaşı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının əvvəlləri Balakən rayonunda maşında gəzdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Ona orada bir telefon nömrəsi verilmiş, bu nömrə Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrə olmuşdur. Polis əməkdaşları ona həmin nömrəyə zəng edib narkotik vasitə istəməyini tələb etmişlər. Ona “Sənin qonşun olduğuna görə sənə güvənib narkotik vasitə satar” demişlər. O, əvvəl Təqsirləndirilən şəxs1 zəng vurub narkotik vasitə istəmiş, lakin Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək telefonu söndürmüşdür. Sonra Təqsirləndirilən şəxs2 zəng vurub, narkotik vasitə istədiyini bildirmişdir. Ona 100-150 qr narkotik vasitə lazım olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 özündə narkotik vasitənin olmadığını bildirmişdir. Lakin o, polis təkidi ilə yenidən İslama zəng vurmuş və hətta dozası olmayan narkotik vasitə olsa da kifayət olacağını bildirmişdir. Bir müddət sonra İslam narkotik vasitənin olduğunu ancaq çürüntü halında olduğunu bildirmişdir. O isə cavabında “eybi yoxdur gətir” demiş və bu barədə polis əməkdaşlarına bildirmişdir. Ona polis əməkdaşları tərəfindən 150 manatı pul verilmiş, “narkotik vasitəni al, əsas odur ki alqı-satqı olsun, qalan işləri özümüz həll edəcəyik” deyilmişdir. O da 150 manatı İslama vermiş, İslam həmin pulu verib narkotik vasitəni alan zaman polis əməkdaşları gəlib onları tutmuşdur. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, polis əməkdaşları tərfindən daim incidilmişdir. Tez-tez tutularaq polis şöbəsinə rəis müavininin yanına aparılmış, rəis müavini Vüsal müəllim, rəisin sürücüsü Elmar onu narkotik yükləyib sutka verəcəkləri ilə, hətta CM-in 234.4.3-cü maddəsi ilə tutacaqları ilə hədələyərək ona təzyiq göstərmiş, onlara fakt verilməsini tələb etmişlər. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış, Təqsirləndirilən şəxs1 isə taksi sürücüsü kimi tanımışdır. İslama bir neçə dəfə zəng vurandan sonra İslam demişdir ki, “narkotik vasitə var, ancaq çürüntü halındadır”. Rəisin sürücüsü Elmar onunla daim telefon əlaqəsi saxlamış, narkotik almaq üçün 150 manatı da ona Elmar vermişdir. İslam işdən çıxanda ona narkotik vasitəni nə vaxt, harda verəcəyi barədə xəbər edəcəyini bildirmişdir Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanıyır. Onunla dostluq münasibətləri olmuşdur. Həmçinin İslamla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 da tanıyır. Onunla da heç bir düşmənçiliyi və ədavəti yoxdur. 27 aprel 2020-ci ildə tanışı olan Balakən rayonu Katex kənd sakini X15 ilə birlikdə olduğu zaman ona pul lazım olduğu üçün dostu İslama zəng etmiş və İslamdan borc pul istəmişdir. Həmin vaxtı İslam ona hal-hazırda işlədiyi kərpic zavodunda iş başında olduğunu demiş, ona işlədiyi zavodun qarşısına gəlməsini və orada ona borc pul verə biləcəyini bildirmişdir. Lakin işdən çıxa bilmədiyini demişdir. Buna görə də o, idarə etdiyi VAZ 2107 markalı **-KG-*** dövlət nömrə nişanlı avtomaşını ilə İslamın işlədiyi kərpic zavoduna getmişdir. Yolda İslamla görüşdüyü zaman bir neçə polis əməkdaşı yaxınlaşaraq İslamı, onu və Nigar Teneşovanı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Nigardan və ondan İslamla hansı əlaqələrinin olduğunu soruşmuşlar. Həmin vaxtı o, İslamdan borc pul götürmək üçün kərpic zavodun qarşısına getdiyini bildirmiş, Nigar da onun dediklərini təsdiqləmişdir. Daha sonra isə polis əməkdaşları onun və Nigarın İslamla hər hansı bir başqa əlaqəsi olmadığını görərək onları polis şöbəsindən buraxmışlar. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 27 aprel 2020-ci ildə Balakən rayonunda yerləşən Təqsirləndirilən şəxs2 işlədiyi kərpic zavodun qarşısında Təqsirləndirilən şəxs2 satmış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı İslamın həmin narkotik vasitəni ona almasını deməsi tamamilə yalandır. Həmin vaxtı o, dostu İslamdan borc pul götürmək üçün İslamın işlədiyi zavoda getmişdir. Orada İslamla görüşdüyü vaxt isə polis əməkdaşları onları saxlamışdır. X33 narkotik vasitə satmasından xəbəri olmamışdır. O cümlədən, o, həmin gün Təqsirləndirilən şəxs1 görməmişdir. Bundan başqa Elşənlə İslamın arasında hər hansı alış-veriş olmasından xəbəri olmamışdır. İstintaqın sonrakı mərhələsində Şahid1 şahid qismində əlavə dindirilərkən istintaqın ilkin mərhələsində verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2020-ci ilin aprel ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1 mobil telefonuna gecə saatlarında istifadəsində olan ***-******* nömrəli mobil telefon nömrəsi ilə zəng edərək Elşəndən narkotik vasitə olan marixuana, yəni nəşə istəmişdir. Lakin həmin vaxtı Elşən ona özündə narkotik vasitə olmadığını bildirmişdir. Həmin gün narkoitik vasitə olan marixuana çəkmək istədiyindən o, Elşəndən narkotik vasitəni öz istifadəsi üçün istəmişdir. Həmçinin qeyd etmişdir ki, narkotik vasitə olan marixuanadan vaxtaşırı istifadə edir. Buna görə də Elşənə zəng edərək narkotik vasitə olan marixuana istəmişdir. Lakin Elşən narkotik vasitə olmadığını bildirmişdir. Habelə Elşənə o, özünü tanıması üçün Elmanın oğlu olduğunu bildirmişdir. Həmin vaxtı Elşən də ondan telefonda hansı Elmanın oğlu olduğunu soruşduqda “Moyşik Elmanın” oğlu olduğunu bildirmişdir. Çünki atası uzun illərdir Balakən rayonunda avtomaşın yumaqla məşğul olmuş və hər kəs atası Elman Qazaxovu “Moyşik Elman” adı ilə tanımışdır. Narkotik vasitə olan marixuana əldə edib istifadə etmək üçün məhz Təqsirləndirilən şəxs1 zəng etməkdə məqsədi Təqsirləndirilən şəxs1 narkotik satışı ilə məşğul olduğunu, yəni narkotik vasitə olan nəşə satdığını bilmişdir. Həmçinin də narkotik vasitə olan marixuana satdığını bir çox yerdə eşitmişdir. Bundan başqa nəşə çəkən şəxslər nəşə almaq istədikdə dəfələrlə şahidi olmuşdur ki, Təqsirləndirilən şəxs1 zəng etmişlər və narkotik vasitə nəşəni Təqsirləndirilən şəxs1 alacaqlarını və aldıqlarını belə bildirmişlər. Buna görə o da nəşə çəkmək istədikdə Elşənə zəng etsə Elşən ona narkotik vasitə nəşə satacağını düşünmüşdür. Yəni Elşəndən narkotik vasitə ala biləcəyini fikirləşmişdir. Habelə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan nəşə satır. Lakin Elşəndən narkotik alan şəxslərin kim olması yadında qalmamışdır və buna görə də adlarını deyə bilmir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə alması üçün İslama nə o, nədə ki, yanında olan qız 150 manat pul verməmişdir. Elşən yalan deyir. Onun yanında bir vaxtlar yaşadığı, yəni sevdiyi, hal-hazırda isə ayrı olduğu qız Balakən rayon Katex kənd sakini X15 olmuşdur. Nigarda və onda pul olmamışdır. Onlar İslama borc pul verməmişlər. Əksinə o, dostu Təqsirləndirilən şəxs2 borc pul istəmişdir. Həmin vaxt istifadəsində olan VAZ 2107 markalı avtomaşının problemləri olmuşdur. Bundan başqa Nigar ona gəzməyə getmək istədiyini demişdir. Buna görə də o, İslamdan 50 manat borc pul istəmiş ki, həmin maşının nasaz hissələrini düzəltdirsin və həmçinin də sevgilisi Nigar Teneşovanı gəzməyə apara bilsin. Onun və X28 Adalovdan narkotik vasitə alacağından, narkotik vasitə qəbul edəcəyindən xəbərləri olmamışdır. Elşənin bu barədə göstərdikləri yalandır. Bundan başqa da qeyd etmişdir ki, onun pulu olmamışdır. Nədə ki, ona heç kim pul verməmişdir ki, İslama pulu verib Təqsirləndirilən şəxs1 narkotik alsın. Əksinə o, özü İslamdan borc pul istəmişdir. Elşənin bu barədə dedikləri yalandır. Elşən özü narkotik vasitə satışı ilə məşğul olur. Elşən onu zavodun qarşısında gördüyü üçün və o, Elşənə zəng edib narkotik vasitə nəşə istədiyi üçün Elşəni onun polis əməkdaşlarına satdığını fikirləşmişdir. Lakin onun bu işlə əlaqəsi olmamışdır. Bir daha qeyd etmişdir ki, Elşən özü narkotik satışı ilə məşğul olandır. O, Kərpic zavodun qarşısında İslamdan 50 manat borc pul götürmək üçün getdiyi zaman yolda İslama yaxınlaşmaq istədikdə bir neçə polis əməkdaşı yaxınlaşaraq onu polis maşınına mindirmişlər. Yanında olan Nigar Teneşovanı isə başqa maşına mindirmişlər. Lakin nə maşın olması yadında qalmamışdır. Daha sonra Nigarı və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Nigardan və ondan İslamla hansı əlaqələri olduğunu soruşmuşlar. O da İslamdan borc pul götürmək üçün kərpic zavodun qarşısına getdiyini bildirmiş, Nigar da onun dediklərini təsdqləmişdir. Polis əməkdaşları onun və Nigarın İslamla hər hansı bir başqa əlaqələrinin olmadığını görərək onları polis şöbəsindən buraxmışlar. Bir daha qeyd etmişdir ki, İslamın Elşəndən narkotik vasitə alması barədə onun heç bir məlumatı olmamışdır. O, 27 aprel 2020-ci tarixdə X26nun qarşısına İslamdan borc pul götürmək üçün getmişdir. Təqsirləndirilən şəxs1la dostu Təqsirləndirilən şəxs2 arasında olan işdən isə onun xəbəri olmamışdır. Elşən polislər tərəfindən saxlanılmasında onun iştirakı olmasından şübhələnir. Çünki Elşəndən 2020-ci ilin aprel ayınının əvvələrində narkotik vasitə olan marixuana, yəni nəşə istəmişdir. Lakin Elşən ona narkotik olmadığını bildirmişdir. Buna görə də Elşəni polisə tutdurmaq üçün ondan narkotik vasitə olan nəşə istədiyini fikirləşir. Sonra da Elşən İslama narkotik satarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O cümlədən, İslam da Elşəndən narkotik vasitə aldığı üçün polis tərəfindən tutulmuşdur. Elşən də həmin gün ona zəng edib narkotik vasitə istədiyindən sonra zavodun qaşısında tutulduğu gün onu gördüyü üçün şübhəsi daha da artmağa başlamış və onu polisə tutdurduğunu fikirləşərək ona qarşı şər-böhtan atmağa başlamışdır. Buna görə də onun barəsində əsassız şər-böhtan etmişdir. Lakin Elşənin ondan şübhələnməsi əsassızdır. Onu da qeyd etmişdir ki, bu cinayət Elşənin etdiyi ilk cinayət deyildir. Elşən mütəmadi olaraq narkotik vasitə olan marixuana satmışdır. Kimə narkotik vasitə nəşə lazım olsa Elşənə zəng etmişdir. Elşənlə evləri bir əraziyə yaxın yerləşir. Buna görə də Elşənin nə ilə məşğul olmasını yaxşı bilir. Həmçinin bir daha qeyd etmişdir ki, İslamla dostluq münasibətləri var. Buna görə də İslamdan 50 manat borc pul istəmişdir. Dəfələrlə də İslama zəng etmiş ki, ona borc pul tapsın. İslam da ona borc pul tapacağını bildirmişdir. Bundan başqa əlavə olaraq göstərmişdir ki, 27 aprel 2020-ci ildə İslamdan borc pul götürmək üçün Balakən rayon Kərpic zavodunun qarşısına gedərkən orada polis əməkdaşları tərəfindən saxlanılaraq onu və Nigar Teneşovanı polis şöbəsinə gətirmişlər. Lakin polis şöbəsində onu və Nigarı saxlamamışlar. Elşən və İslamın işi bağlı onları əlaqəsi olmadığı müəyyən olunduqdan sonra onu və Nigarı polis şöbəsindən buraxmışlar. Buna görə də o və Nigar polis şöbəsindən tez bir zamanda çıxmışlar. Elşənin isə yalan dediyin, Nigar və o, polis şöbəsində Elşənlə qarşılaşmadıqlarını, Elşənin onlara atdığı növbəti böhtan olduğunu bildirmişdir. Şahid13ı isə tanıyır. Elmarla həm atası Elmanın tanışlığı var, həm də o, özü işlədiyi avtoyumada Elmarla tanış olmuşdur. Elmarla tanışlıqları olduqdan sonra Elmar özünün Balakən rayon polis şöbəsində istilik sisteminə baxdığını bildirmiş, həmçinin Elmar özü ona telefon nömrəsini vermiş, onun telefon nömrəsini də öz telefonuna qeyd etmiş ki, özünə lazım olan ərzaq məhsullarının alınmasında ona köməklik etsin. Buna görə də həmişə Elmarla daimi əlaqələri olmuşdur. Elmarla 27 apreldən qabaq ki, tarixlərdə də əlaqələri olmuş, Elmarla aralarında həmin vaxtlarda həmin tarixdən əvvəl və sonra da telefon zəngləri olmuş və Elmarla görüşmüşdür. Həmin vaxtlarda Elmar ona çay balığı tapmasını və təzə balıq olsa pulunu verməklə alacağını bildirmişdir. Bundan başqa həmin vaxtlarda borc olaraq Elmardan 50 manat pul da istəmişdir. Eyni vaxtda İslama da borc üçün müraciət etmişdir. 27 aprel 2020-ci il tarixdə isə İslamla kərpic zavodun qarşısında görüşmək üçün getdiyi zaman orada Elmarın idarə etdiyi Lexus markalı **-GH- *** dövlət nömrə nişanlı avtomaşını görməmişdir. Habelə kərpic zavodun qarşısında nə Elmarı, nə də Elmarın avtomaşın sürməsini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid1 hazırda məhkəmədə verdiyi ifadəsi həqiqət olduğundan onun nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etmiş, onları hadisə yerindən götürüb şöbəyə aparmışdır. Saxlanılan şəxslərin üzərinə baxış olarkən isə iştirak etməmişdir. Belə ki, 27.04.2020-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində ərazi üzrə Post Patrol Xidmətində olmuş, rabitə vasitəsilə “Kərpic zavod” deyilən yerə çağırılmışdır. Tədbir var deyilmiş və xidmət yoldaşı, polis nəfəri Şahid12lə ora yaxınlaşmışlar. Sonra rəsi müavini Vüsal müəllim ora gəlmişdir. Deyilmişdir ki, “tədbir var, gözləyin, göstəriş verəcəyik gedərsiniz”. Bir müddət sonra deyilmişdir ki, kərpic zavodun qarşısında adamlar var, onlara diqqət edin. Onlar da gözləyib, müşahidə etmişlər. Kərpic zavodun qarşısında dayanmış bir nəfər şəxsə maşın yaxınlaşmış və onlar bir-birinə nəsə vermişlər. Sonra Vüsal müəllim onlara göstəriş vermişdir ki, həmin adamları saxlayıb şöbəyə aparsınlar. Onlar da yaxınlaşıb həmin adamları tutub şöbəyə aparmış və növbətçi hissəyə təhvil vermişlər. Həmin vaxtı xidmətdə o, Şahid12, Şahid9 və Şahid10 olmuşdur. Birinci instansiya məhkəməsində ona ünvanlanan suaları cavablandırarkən bildirmişdir ki, maşın uzaqda olduğundan, baş verənləri tam seçə bilməmiş, sadəcə həmin şəxslərin bir-birlərinə nə isə verdiklərini görmüş, sonradan ilk olaraq həmin şəxslərdən piyada olanını saxlamışlar və həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən yanında heç kim olmamışdır. Maşında olan digər şəxsi isə digər polis əməkdaşları saxlamışdır. İslamın hər hansı bir maşının altına nə isə atdığını görməmiş, həmin vaxt İslamın üzərinə baxış keçirilməmişdir. Lakin Təqsirləndirilən şəxs2 əlində qara rəngli sellofan torba olmuş, İslam onu əlində tutmuşdur. İslamdan başqa daha 2 nəfər - bir kişi, biri qadın olmaqla hadisə ilə bağlı şöbəyə aparılmışdır. Saxlanılan digər 2 nəfər İslamdan biraz irəlidə olmuş, onların da hadisə ilə əlaqəsinin olması ehtima edilərək şöbəyə aparılmışdır. Başqa heç bir tədbirdə, baxışda iştirak etməmiş, saxlanılan şəxslər şöbəyə - növbəti hissəyə təhvil verildikdən sonra öz işlərinə dönmüşlər. Onlarda keçiriləcək əməliyyatla bağlı konkret məlumat olmamışdır. Təqsirləndirilən şəxs1 bir az irəlidə digər əmkədaşlar saxlamış, o, xidməti maşınla şöbəyə aparılmışdır. Onun avtomobilinin hara olduğundan isə məlumatı olmamış, maşını kimin sürdüyünü bilməmişdir. Təqsirləndrilən şəxs saxlanılarkən ona qarşı fiziki güc tətbiq edilməmiş, təsir və təzyiqə məruz qalmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid12 digər Şahid11 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, 27 aprel 2020-ci il tarixdə xidmətdə olduqları zaman yol patrul xidmətinin əməkdaşları efirə çıxaraq məlumat vermişlər ki, xidmətdə olan şəxslər kərpic zavodu istiqamətinə yaxınlaşsınlar. Belə olub xidmət yoldaşı - əməliyyat müvəkkili Elçin Eyyubovla birlikdə kərpic zavodun yanına gəlmişlər. Orada rəis müavini Vüsal müəllimi və digər polis əməkdaşlarını görmüşlər. Qısa vaxt sonra Təqsirləndirilən şəxs1 VAZ 21011 markalı maşınla kərpic zavoduna yaxınlaşmışdır. Həmin vaxt İslam zavod tərəfdən gəlib onun avtomobilinə yaxınlaşmış, nə isə götürüb ordan uzaqlaşanda rəis müavini Şahid8 post patrul xidmətinin əməkdaşlarına bildirmişdir ki, İslama yaxınlaşıb onu saxlasınlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi maşın uzaqlaşdığından, onlar Elşənin arxasınca getmişlər. Təqsirləndirilən şəxs1 bir qədər getdikdən sonra onun avtomobili saxlanılmış və polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 onların xidməti avtomobilində getmiş, onun avtomobilini isə səhv etmirsə yol patrul xidmətinin əməkdaşları sürərək şöbəyə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əlində tutduğu qara sellofan torbada narkotik vasitəyə bənzər kütlə aşkarlanmış, həmin baxışda o, da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kütləni 150 manat pulun müqabilində Təqsirləndirilən şəxs1 almışdır. Daha sonra Elşənin üzərinə baxış keçirilmiş və onun üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilmiş və baxış zamanı sellofanda narkotik vasitə aşkar olunaraq tərəflərindən götürülmüşdür. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, avtomobildən çıxan narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisi az, təxminən 14- 15 qram olmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən çıxan narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisi isə 1 kq-dan çox olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılarkən, avtomobildə ondan əlavə 2 nəfər də olmuşdur. Həmin şəxslər də Elşənlə birlikdə polis şöbəsinə gətirilmiş, lakin sonradan həmin adamların bu hadisə ilə heç bir əlaqəsi olmadığı üçün buraxılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs2 qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Nə İslam, nə də Elşən baxış zamanı heç bir narazılıq bildirməmişdir. Həmin vaxt polis şöbəsində yeni gəldiyidən, Təqsirləndirilən şəxs1 barəsində hər hansı əməliyyat məlumatına malik olmamışdır. Bildiyi qədəri ilə bu tədbir əvvəldən hazırlanan tədbir olmamış, həmin günü alınmış və onlar da yardım üçün hadisə yerində çağırılmışlar. Həmin hadisə vaxtı heç bir video çəkiliş və yaxud sənədləşmə olmamış, sadəcə müşahidə olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus avtomobilə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 digər Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 taksı sürücüsü kimi tanımışdır. 27 aprel 2020-ci il tarixdə Balakən rayon Hənifə kəndində yerləşən yaşadığı evin həyətində işlədiyi zaman suyun gəlmədiyini görmüş və yola çıxaraq su borusunu düzəltmək üçün getdikdə yolda Balakən şəhər sakini Şahid3 Ramiz oğlunun onun dalınca gəldiyini görmüşdür. Rövşəni əvvəldən tanıyır və onunla dostluq münasibəti vardır. Rövşən həmin vaxtı onunla görüşmüş və daha sonra yaşadığı evin həyətində setka çəkəcəyini, buna görə də özünə kömək etməsini xahiş etmişdir. Həmçinin həmin vaxtı Rövşən Balakən rayon Qazbinə kəndində yerləşən poçt məntəqəsindən anası X2 adına karantin rejimi ilə bağlı yardım məqsədilə dövlət tərəfindən verilən 190 manat məbləğində pulu almaq üçün getdiyini bildirmişdir. Geri qayıtdığında isə taskiylə gələcəyini və onu da evdən götürərək özü ilə aparacağını demişdir. O da Rövşənlə razılaşmışdır. Bundan sonra Rövşən onda ayrılaraq poçt məntəqəsinə getmişdir. Həmin vaxt isə günorta saatları olmuşdur. Bir müddətdən sonra o, evlərinin yaxınlığında olan fermanın həyətində yenidən həyətə su gəlmədiyini görərək Fermaya tərəf su borusunu düzəltmək üçün getmişdir. Fermadan çıxıb geri qayıtdıqda isə təxminən Rövşənlə görüşdükdən 2 saat sonra Elşənin idarə etdiyi VAZ 21011 markalı avtomaşının gəldiyini görmüşdür. Avtomaşına baxdıqda isə avtomaşında Rövşənin oturduğunu görmüşdür. Həmin vaxtı fit verərək avtomaşını saxlatmışdır. Avtomaşının onların həyətinə tərəf getdiyini bilmişdir. Çünki Rövşən ona 190 manat məbləğində pulu poçt məntəqəsindən alıb geri qayıtdıqda evdən onu çağıracağını bildirmişdir. Həmin vaxtı Elşən avtomaşını saxlamış və o, avtomaşına arxa oturacağa oturaraq Rövşənə setka çəkmək üçün kömək məqsədilə Təqsirləndirilən şəxs1 avtomaşınında Rövşənin yaşadığı evə tərəf getməyə başlamışlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla Kərpic zavodu olan yerdə kərpic zavodunun yanında saxlamışdır. Həmin vaxtı onun əlində telefon olmuşdur. Avtomaşın dayandıqda kərpic zavoddan Elşənin avtomaşınına tərəf əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdür. İslamın Elşənin idarə etdiyi avtomaşına yaxınlaşdığını görmüş, lakin həmin vaxt o, mobil telefonunda oyun oynadığından, Elşənin və İslamın nə etdiyinə baxmamış və onlara fikir verməmişdir. Daha sonra isə Elşən yoluna davam etməyə başlamışdır. Onlar yolda gəldikləri zaman yolda Elşənin avtomaşını polis əməkdaşları saxlatmış, Elşəni və Rövşəni polis maşınında, onu isə Elşənın maşınında əvvəlcə Kərpic zavodun yanına aparmışlar, orada isə onu Elşənin maşınından düşürdərək Şahid1 maşınına mindirmişlər. Həmin maşında ondan başqa, Fərid və Fəridlə birlikdə olan qız olmuşdur. Sonra hamısını polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra Rövşəndən və ondan Elşənin avtomaşınında nə etdiklərini soruşduqda onlar hər ikisi Elşənin avtomaşınında sərnişin olduqlarını bildirmişlər. Bir müddət sonra polis əməkdaşları onları polis şöbəsindən buraxmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Ramiz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımışdır. 27 aprel 2020-ci il tarixdə anası X2 adına dövlət tərəfindən karantin rejimi ilə bağlı yardım məqsədilə verilmiş pulu almaq üçün Balakən rayon Qazbinə kəndində yerləşən Poçt məntəqəsinə getmək üçün yaşadığı evdən çıxmışdır. Həmçinin yol üstündə Balakən rayon Hənifə kəndindən olan dostu Coşqunu yaşadığı evin həyətində setka çəkmək üçün özünə kömək məqsədi ilə çağırmaq üçün getmişdir. Coşqunla görüşdükdən sonra özünə kömək etməsini xahiş etmişdir. Coşqun da onunla razılaşmışdır. Bundan sonra o, Balakən rayon Qazbinə kəndində yerləşən poçt məntəqəsindən 190 manat pulu götürərək yol ilə gəldikdə yolda Təqsirləndirilən şəxs1 idarə etdiyi taksi olaraq sürdüyü VAZ 21011 markalı avtomaşını görmüş və əl edərək avtomaşını saxlatmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs1 onu yaşadığı evə aparmasını və əvəzində ona 3 manat pul verəcəyini bildirmişdir. Elşən də onunla razılaşmışdır. Daha sonra yolla gəldikləri zaman Coşqunuda yaşadığı evdən özünə kömək məqsədilə götürəcəyini bildirmişdir. Yolda Elşənin avtomaşını ilə gəldikləri zaman Coşqun Elşənin idarə etdiyi avtomaşını fit verərək saxlatmış və Coşqun da avtomaşına əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşını Kərpic zavodu olan yerdə kərpic zavodunun yanında saxlamışdır. Həmin vaxtı o, telefonla anası Nərgiz Yekəyeva danışmışdır. O, avtomaşında telefonla danışdığı zaman kərpic zavoddan Elşənin avtomaşınına tərəf əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdür. Həmin vaxtı İslamın Elşənin idarə etdiyi avtomaşına yaxınlaşdığını görmüş, lakin həmin vaxtı o, telefonla danışdığına görə Elşənin və İslamın nə etdiyinə fikir verməmişdir. Həmçinin İslam avtomaşına yaxınlaşdıqda Elşənin avtomaşından düşdüyünü görməmiş və fikir verməmişdir. Daha sonra isə Elşən yoluna davam etməyə başlamışdır. Yolda getdikləri zaman Elşənin avtomaşınını polis əməkdaşları saxlatmış, Elşəni və onu polis maşınına mindirmişlər, Cosqun isə Elşənın maşınında qalmışdır. Sonra onları polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra Coşqundan və ondan Elşənin avtomaşınında nə etdiklərini soruşmuşlar. Onlar isə hər ikisi Elşənin avtomaşınında sərnişin olduqlarını bildirmişlər. Daha sonra isə polis əməkdaşları Elşənlə və İslamla onların heç bir əlaqəsinin olmadığını bildiklərinə görə onları polis şöbəsindən buraxmışlar. Birinci instansiya məhkəməsində Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid8 göstərmişdir ki, Balakən rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyir. 27 aprel 2020-ci il tarixdə Balakən rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid6 və əməliyyat müvəkkili Şahid7 ilə birlikdə Balakən rayon ərazisinə xidməti gəzintiyə çıxmışdırlar. Bu zaman Balakən rayon polis X31 Polisi X24 Xidmətinin inspektoru, polis baş serjantı Şahid9 radio rabitə vasitəsi ilə Balakən rayon Kərpic zavodu istiqamətinə xidmətdə olan əməkdaşların dərhal yaxınlaşmasını bildirmişdir. Həmin vaxtı Şahid9 radio rabitə vasitəsi ilə diqqətə çatdırdığı məsələ ilə bağlı o, dərhal xidməti radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan polis əməkdaşlarına Balakən rayon Kərpic zavoduna tərəf yaxınlaşmalarını bildirmişdir. Daha sonra isə dərhal əməliyyat müvəkkili Şahid7 və baş əməliyyat müvəkkili Şahid6 ilə birlikdə dərhal X26 müəssisəsinə tərəf getmişlər. Həmin vaxt ərazidə xidmət aparan RPŞ-nin PPX taqımının polis nəfərləri, polis serjantları Şahid11 və Şahid12 həmin yerə gəlmişlər. Bu zaman onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili “X26”nun qarşısında saxladığını və bir nəfər şəxs, sonradan adının Təqsirləndirilən şəxs2 olması məlum olan şəxsin Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşdığını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə verdiyini və ondan nə isə götürdüyünü, daha sonra isə Təqsirləndirilən şəxs2 onların istiqamətinə, Təqsirləndirilən şəxs1 isə avtomobilini hərəkət etdirərək digər istiqamətə getməsini müşahidə etmişlər. Bu zaman o, orada olan əməkdaşlara dərhal avtomobillərilə hərəkəti davam etdirərək onlara yaxınlaşmalarına göstəriş vermiş və avtomobilləri irəli sürmüşlər. Şahid9, Şahid10 və PPX əməkdaşları avtomobillərini İslamın yanında saxlamış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq tutub saxlamışlar. Həmin vaxt o, əməliyyat müvəkkilləri Şahid6 və Şahid7lə birlikdə hərəkətlərini davam etdirib özünə məxsus avtomobillə uzaqlaşan Təqsirləndirilən şəxs1 ardınca getmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hərəkətə başlayıb oradan bir qədər uzaqlaşdığı üçün o, əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili 100-150 metr uzaqlıqda saxlamışlar və Təqsirləndirilən şəxs1 öz xidməti avtomobillərinə mindirmişlər. Daha sonra isə Elşənin avtomobilini, həmin avtomobildə olan digər iki nəfər şəxsi polis şöbəsinə aparmaq üçün hərəkətə başlamışlar. Şahid9, Şahid10, Şahid11 və Şahid12 isə Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmaq üçün “Niva” markalı xidməti avtomobilə mindirdimişlər. Həmçinin, onlar həmin vaxt orada olan Fərid adlı şəxsin həmin şəxslərlə birlikdə olmasını düşündükləri üçün Fəridə məxsus avtomobillə və yanında olan qızla birlikdə onları saxlamışlar. Həmin şəxslərin hamısını saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21011 markalı avtomobillə bərabər və Elşənin avtomobilində olan iki nəfər sərnişini, həmçinin Fərid adlı şəxsi ona məxsus avtomobillə və yanında olan qızla birlikdə polis şöbəsinə gətirmişlər. Daha sonra Şahid9 raport yazmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Polis Şöbəsinə təhvil verdikdən sonra xidmətlərini davam etdirmək üçün DYP və PPX əməkdaşlarına xidməti əraziyə getmələrinə göstəriş vermişdir. Əməliyyat müvəkkili Şahid6 isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanında qalmışlar. Sonradan isə ona polis şöbəsinə gətirdikləri Təqsirləndirilən şəxs1 zavodun qaşısında saxlanılan Təqsirləndirilən şəxs2 küllü miqdarda narkotik vasitə satdığı və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü məlum olmuşdur. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 saxlayan zaman İslamın gödəkçəsinin altında qara rəngli sellofan torba olmasını görmüşlər, lakin həmin vaxtı İslamın üzərinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirdikdən sonra polis əməkdaşları Elşənin əlindən pul almamışlar. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman üzərindən məbləğini bilmədiyi miqdarda pul aşkar olunmuşdur. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirdikdən sonra şöbənin rəisi, rəis müavinləri və ya digər polis əməkdaşları tərəfindən Elşənə heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs1 heç kim döyməmiş və ya təhqir etməmişdir. Habelə Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirdikdən sonra polis əməkdaşları Elşənin əlindən pul almamışlar. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman Elşənin üzərindən məbləğini bilmədiyi miqdarda pul aşkar olunmuşdur. O cümlədən, Təqsirləndirilən şəxs1 göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirildikdən sonra onun xidməti otağına gətirilməmiş, orada şöbənin rəisi, rəis müavinləri və ya digər polis əməkdaşları tərəfindən döyülməmiş və ya ona hər hansı bir təzyiq göstərilməmişdir. Həmçinin, həmin vaxt o, narkotik vasitəni iyləməmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq RPŞ-nin inzibati binasına gətirildikdən sonra müvafiq sənədləşmə aparılması üçün birbaşa təhqiqatçının yanına aparılmış və orada müvafiq sənədləşmə aparılmış, nə onun, nə də digər rəis müavininin, nə də ki, rəisin yanına aparılmamışdır. Birinci instansiya məhkəməsində Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid13 göstərmişdir ki, Balakən rayon polis şöbəsinin ocaqçısı işləyir. Balakən rayon polis şöbəsinin ocaqçısı kimi işləməyə isə 09 aprel 2020-ci il tarixdən başlamışdır. Həmçinin boş vaxtlarında Balakən rayon polis şöbəsinin yeməkxanasında gündəlik istifadə edilən ərzaq məhusullarının da alınmasına köməklik edir. Balakən şəhərində yaşayan Şahid1 tanıyır. Fəridlə tanışlıqları 2020-ci ilin aprel ayına təsadüf edir. Şahid1 avtoyuma üçün nəzərdə tutulmuş yerdə tanımışdır. Fəriddən əvvəl isə atası Elman Qazaxovla tanış olmuşdur, Fəridin atası Elmanı Balakən rayonunda Moyka Elman olaraq adlandırırlar. Bir neçə dəfə Elmanın avtomaşın yuduğu yerdə avtomaşın yudurduqdan sonra Fəridlə tanış olmuşdur. Fəridlə avtoyumada söhbət etdikləri zaman Fərid ona avtomayumada atası Elmanın yanında işlədiyini, avtomaşın yuyaraq gündəlik ehtiyaclarını təmin etdiyini bildirmişdir. Fəridlə tanış olduqdan sonra onun mobil telefon nömrəsini öz mobil telefonuna qeyd etmişdir. Həmçinin öz istifadəsində olan mobil telefon nömrəsinidə Fəridə vermişdir. Bundan sonra avtomaşın yudurmaq lazım gəldikdə Fəridə zəng etmiş və avtomaşınını Fəridə yuması üçün vermişdir. Fərid Balakən rayon ərazisini yaxşı tanıdığı üçün Fəridə yerini bilmədiyi kənd təsərrüfatı məhsullarının harada satılmasını və həmin məhsulların haradan əldə edilməsinin mümkün olmasını öyrənmişdir. Yəni tanışlıqdan sonra Fəridlə tez tez əlaqə saxlamışlar. Balakən rayonunda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə tanımır. Özünə məxsus hal-hazırda Lexus GX 470 markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşını və istifadəsində ***-***-**-** Bakcel mobil nömrəsi var. O, özünə məxsus olan GX 470 markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşını 21.08.2020-ci il tarixdən idarə edir. Həmin tarixədək isə avtomaşın onun istifadəsində olmamışdır. Həmin avtomaşının dövlət nömrə nişanı 01 iyul 2020-ci il tarixdə alınmışdır. Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi1 isə 27 aprel 2020-ci il tarixdə hazırda onun istifadəsində olan Lexus GX 470 markalı avtomaşının X26nun qarşısında olduğunu bildirmişdir. Həmin vaxtlarda həmin avtomaşının dövlət qeydiyyat nişanı **-GH-*** dövlət nömrə nişanında olmamışdır. Həmin vaxtlarda avtomaşın onun istifadəsində olmamışdır. Buna görə ona qarşı göstərilənlər yalan və böhtandır. Bir daha qeyd etmişdir ki, hazırda ona məxsus olan Lexus markalı avtomaşın 27 aprel 2020-ci il tarixdə Kərpic zavodun qarşısında olmamışdır. Lakin həmin vaxtlarda Fəridlə mütəmadi olaraq əlaqələri olmuş və görüşmüşlər. Fəridə polis şöbəsinin yeməkxanasına lazım olan ərzaq məhsullarının, o cümlədən bişirilməsi üçün təzə çay balığı tapmasını xahiş etmişdir. Bir daha qeyd etmişdir ki, Fəridlə tanışlıqları olduqdan sonra daimi olaraq əlaqələri olmuşdur. 27 aprel 2020-ci il tarixdən də qabaqkı və sonraki tarixlərdə də Fəridlə telefon zəngləri olmuş və görüşmüşlər. Fəridə sadəcə olaraq polis şöbəsinin yeməkxanasında bişirilməsi üçün ərzaq məhsullarının alınmasında ona köməklik etməsini və təzə çay balığı tapmasını bildirmişdir. Həmin vaxtlarda Fərid ona avtomobilini təmir etdirəcəyini, maddi sıxıntısı olduğuna görə isə ondan 50 manat borc pul da istəmiş, başqa tanışlarından da borc pul istəyəcəyini bildirmişdir. Buna görə də o, Fəridə borc pul tapacağını bildirmişdir. Fəridlə münasibəti sadəcə qeyd etdikləri ilə bağlı olmuşdur. Elşən adlı şəxslə İslam adlı şəxsin aralarında nə olması barədə onun məlumatı olmamışdır. Elşənin və vəkili Samirin onun barəsində dedikləri yalan və şər-böhtandır. Onunla hansı qərəzli münasibətlərinin olmasını bilmir. Həmin şəxslərlə heç vaxt düşmənçiliyi, ədavəti və başqa hər hansı bir problemi olmamışdır. Bundan əlavə, Şahid13 göstərmişdir ki, İslam, nədəki Elşən adlı şəxsləri tanımır. O, özü polis şöbəsində mülki işçidir. Elşən və İslam adlı şəxslərin tutulmasından belə xəbəri olmamışdır. Əgər Elşən adlı şəxs cibində olan 150 manat pulunu götürdüyünü iddia edirsə o yalan deyir. Ona şərböhtan atır. Elşən adlı şəxslə polis şöbəsində, yaxud başqa bir yerdə qarşılaşmamışdır. Elşən yaxudda başqa bir şəxslərin tutulub tutulmamasının ona heç bir aidiyyəti olmadığı üçün belə işlərlə maraqlanmır. Polis şöbəsində öz gündəlik işləri ilə məşğul olmuşdur. Əgər Elşən adlı tanımadığı şəxs onun adını çəkirsə deməli ona böhtan atır. Elşən adlı şəxsin dedikləri şərdir, böhtandır. O, polis şöbəsində bu günə qədər hər hansı bir şəxsdən pul götürməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X31 Polis X24 Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmiş və həmin məlumatın yoxlanılması üçün aidiyyəti əməkdaşlara göstərş verilməsini xahiş etmişdir (cild 01, iş vərəqi 3). 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X31 Polis X24 Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğundan, Təqsirləndirilən şəxs2 tərəfindən rayon polis şöbəsinə gətirildiyini bildirmiş və onun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir (cild 01, iş vər. 4). 27.04.2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisində tünd rəngli, spesifik iyli narkotik vasitə qurudulmuş marixunanaya oxşar bitki kütləsi aşkar edilmiş və bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 1,71 kq olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitəni Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 150 manat məbləğində pul verməklə aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əlavə olaraq hər hansı qadağan edilmiş əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 01, iş vər. 2022) 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X31 Polis X24 Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlanmasında şübhələr olduğunu bildirmiş, həmin məlumat əsasında keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs2 və Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 23). 27.04.2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əmkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən hər hansı qadağan edilmiş əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 43-45). 27.04.2020-ci il tarixli “Baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan VAZ-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomaşının arxa tərəfindən 1 ədəd ağ rəngli kiçik ölçülü sellofan torba çıxararaq təqdim etmiş, həmin sellofan torbaya baxış zamanı torbanın içərisində spisifik iyli qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 14,27 qram olması müəyyən edilmişdir. Bundan başqa avtomaşına baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 46-48). Ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 49) 27.04.2020-ci il tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 50-52) Ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 53) 27.04.2020-ci il tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 55-57) Məhkəmə bioloji ekspertizasının 28.04.2020-ci il tarixli 17/248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət.Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada təmizi çəkisi- 1 kq 680 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından..... " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 14,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından..... " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamadakı qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər(cild 01, iş vər. 67-70) Məhkəmə narkoloji ekspertizasının 24 iyun 2020-ci il tarixli 530 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 204) Məhkəmə narkoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli 710 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür(cild 01, iş vər. 242). 21.09.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı narkotik vasitə qurudulmuş marixuananı tapdığı yeri əyani şəkildə göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 46-47). 18.09.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 aldığı yeri əyani şəkildə göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 32-34). Balakən rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas, X7 09.07.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış, lakin toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. (cild 02, iş vər. 96-101) “Telefon danışıqlarına dair məlumatlardan” görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-******* mobil nömrəsi ilə iş üzrə Şahid1 istifadəsində olan ***-******* mobil nömrəsi arasında 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək mütəmadi (70ə yaxın) telefon zəngi əlaqəsi olmuşdur. Habelə, iş üzrə Şahid1 istifadəsində olan ***- ******* mobil nömrəsi ilə iş üzrə digər Şahid13 istifadəsində olan ***-******* mobil nömrəsi arasında 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək mütəmadi danışıqlar olmuş, əvvəlki üç gündə bir neçə dəfə bu danışıq qeydə alınsa da, 27.04.2020-ci il tarixdə 30-a yaxın telefon danışığı qeydə alınmışdır. (cild 02, iş vər.11-22) Balakən Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 1(019)-14/2021 saylı hökmünə əsasən X1 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılası cəzasına məhkum olunmuş, X13 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmin hökmdən görünür ki, Şahid1 həmin iş üzrə şahid qismində dindirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, “Digər tərəfdən Şahid1 və Təqsirləndirilən şəxs2 ilk dəfə Təqsirləndirilən şəxs1la telefon əlaqəsi yaradan zaman Təqsirləndirilən şəxs1 onlara narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək narkotik vasitə satışından imtina etmiş, lakin sonradan Təqsirləndirilən şəxs2 bir neçə dəfə zəng etdikdən, hətta çürük mal olsa belə ona satacağı narkotik vasitənin qarşılığında 150 manat pul verəcəyini təklif etdikdən sonra sonuncu sözügedən narkotik vasitənin satışı ilə bağlı razılığa gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vaxtı yalnız Təqsirləndirilən şəxs2 satmaq üçün gətirdiyi çəkidə narkotik vasitə aşkar olunmuş, daha sonra üzərinə və yaşadığı evə baxış keçirilərkən hər hansı başqa narkotik vasitə aşkar olunmamışdır. Beləliklə bütün bu qeyd olunanlar və cinayət işinin materiallarında mövcud olan sair çoxsaylı sübutlar məhkəmə heyətində qeyd edilən nəticəyə gəlməyə, yəni sübutların polis provakasiyası nəticəsində əldə olunması barədə qənaətə gəlməyə səbəb olmuşdur. Belə ki, Avropa Məhkəməsi ayrı-ayrı qərarlarında yaratdığı hüquqi mövqeyində də qeyd etmişdir ki, polis müdaxiləsi yalnız o zaman qanuni sayıla və qəbul edilə bilən ola bilər ki, onlar tərəfindən şəxs narkotik vasitənin satışına təhrik edilməsin. Onların fəaliyyəti yalnız passiv olsun və normal şəkildə öz axarında baş verən prosesə qoşulma formasında çıxış etsin. Yəni təqsirləndirilən şəxs normal şəraitdə özündə olan narkotik vasitəni satarkən şərti alıcı və ya polis əməkdaşları tərəfindən çıxış edən şəxs də narkotik vasitə almaq üçün müraciət etsin və heç bir təhrik olmadan həmin narkotik vasitəni əldə etmiş olsun. Nəyinki hazırki haldakı kimi, təqsirləndirilən şəxs narkotik vasitənin bariz satışına sövq edilsin. Belə olan halda Avropa Məhkəməsinin öz qərarlarında yaratdığı hüquqi mövqedən çıxış edib, həmçinin cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verməklə qeyd etmək olar ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə polis təhrikinə məruz qalmış, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olmuşdur. Odur ki, ibtidai istintaq orqanı tərəfidən əldə olunan sübutlar Təqsirləndirilən şəxs1 CMnin 234.4.3-cü maddəsi ilə ittiham olunmasına, o cümlədən sonuncunun qeyd olunan maddədə nəzərdə tutulan əməlin törədilməsində təqsirli sayılaraq məhkum edilməsinə səbəb ola bilməz. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, əldə olunan sübutlar Təqsirləndirilən şəxs1 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə və onun sözügedən maddə ilə təqsirli bilinərək məhkum edilməsinə imkan verməsə də, cinayət işinin materiallarında mövcud olan sübutlar Təqsirləndirilən şəxs1 əvvəlki cinayət əməlini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qəsdən əldə edib özündə saxlama cinayətini ifşa etmişdir ki, belə olan halda o, CM-nin 234.1-ci maddəsi ilə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qəsdən qanunsuz olaraq əldə edib özündə saxlama cinayətini törətməkdə təqsirli bilinərək qanuna müvafiq qaydada cəzalandırımalıdır. Təqsirləndirilən şəxs2 gəldikdə isə məhkəmə kollegiyası onun ittiham olunduğu cinayət əməlini törətməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs2 sözügedən cinayət əməlini törətməsi cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə tam təsdiq olunur. Ona görə də, o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri cinayət işinin materiallarında mövcud olan və biri-digərinə uyğun gələn sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir.” Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan işdə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş və bunu onun polis əməliyyatında iştirak edən Şahid1 tərəfindən cinayətin törədilməsinə təhrik edilməsi və sübutlar bazasının məhz bu yolla yaradılması, nəticədə Təqsirləndirilən şəxs1 polis provokasiyasının qurbanı olması ilə əlaqələndirmişdir. Lakin birinci instansiya məhkəməsi digər Təqsirləndirilən şəxs2 münasibətdə ibtidai istintaq orqanı tərəfindən ona CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamla razılaşaraq həmin maddə ilə ilə ona cəza təyin etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətində göstərmişdir ki, “birinci instansiya məhkəməsi burada Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə polis təhrikinə məruz qalmasını, o cümlədən cinayətin törədilməsi üçün polis provokasiyasının qurbanı olması qənaətinə gəlmiş, lakin Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs1 Şahid1 vasitəsi ilə təsir edə bilməyən polis əməkdaşları Təqsirləndirilən şəxs2 vasitəsilə ilə öz məqsədlərinə nail olmuş və hər iki şəxsi təhrikin qurbanına çevirmişdir. Polisin müdaxiləsi ilə toplanılmış sübut, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə də bu halda Təqsirləndirilən şəxs2 əməli onun polis tərəfindən cinayət törətməyə “provakasiya edilməsi” kimi qiymətləndirilməlidir.” Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X10 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Belə ki, oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X9 Rusiya Federasiyasına (bundan sonra RF) qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyətinin işdə olan milis provokasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provokasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (Qərarın 40-cı bəndi). İşin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi ilə Q.Vanyanın işi arasında olan bənzərlik həmin presedentin hazırkı işə tətbiqini şərtləndirir, eyni zamanda onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hökmündə Avropa Məhkəməsinin həmin qərarına istinad etsə də, işin gerçək hallarına uyğun olan nəticəyə gəlməmişdir. Sözügedən işdə Rusiyanın polis orqanında Q.Vanyanın narkotiklərin satışı ilə məşğul olması haqqında məlumat var idi. Bu məlumatın yoxlanılması məqsədi ilə Q.Vanyandan narkotik vasitə əldə edə biləcək şəxs kimi polis sonuncunun tanışı O.Z.-ni seçmişdi. O.Z. şərti alıcı kimi istintaq şöbəsi tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirində iştirak etməyə razılıq vermişdi. Bunun üçün ona 200 rubl pul verilmişdi (məhkəmədə dindirilərkən O.Z. ərizəçinin ifşa edilməsi üçün əməliyyatda könüllü iştirak etdiyini bildirmiş və onun ifadələri polis əməkdaşlarının ifadələrinə analoji olmuşdu). Polisin nəzarət edə bildiyi şəraitdə O.Z. ərizəçi Vanyanla görüşdükdən sonra Vanyan 400 rubla, o cümlədən O.Z.-nin verdiyi pula S.Z.-dən cəmi 0,318 qram heroin əldə etmiş, bundan 0,008 qramını aldığı 200 rublun müqabilində O.Z.-yə vermiş, qalan 0,31 qramını isə özündə saxlamışdır. O.Z.-nin işarəsi ilə narkotikin ona verilməsindən sonra milis əməkdaşları Vanyanı yaxalamaq istəsələr də o, qaçmışdır. O.Z. ərizəçi Vanyandan aldığı 0,008 qram heroini polisə təqdim etmiş, Vanyandan isə 0,31 qram heroin bir gün sonra o, yaxalanarkən götürülmüşdür. Lyublin Rayon Məhkəməsi 2 aprel 1999-cu il tarixli hökmü ilə ərizəçini (eləcə də narkotiki ona satan S.Z-ni) RF Cinayət Məcəlləsinin 228-ci maddəsinin 4-cü hissəsi ilə, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və saxlamağa, habelə satmağa görə təqsirli bilib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, həmin hökm müdafiə tərəfinin kassasiya şikayəti əsasında işə baxan Moskva Şəhər Məhkəməsinin 17 may 1999-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Vanyanı göstərilən qaydada təqsirli bilərkən hesab etmişdir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələri şahidlərin ifadələri, ekspert rəyləri və sənədlərlə təsdiq olunur. Rayon məhkəməsinin qənaətinə görə bütün sübutlar qanuni yolla əldə edilmiş və məhkumun hüquqları ibtidai istintaqda təmin edilmişdir. RF Ali Məhkəməsinin sədr müavininin protesti əsasında işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyəti 16 noyabr 2000-ci il tarixli qərarı ilə Vanyanın narkotik vasitənin qanunsuz dövriyyəsi üzrə cinayətdə satıcı S.Z.-nin deyil, alıcı O.Z.-nin maraqları naminə, məhz sonuncu ilə əlbirliklə iştirak etdiyini, eləcə də onun özündən götürülmüş heroini də şəxsi istehlakı üçün əldə edib saxladığını nəzərə alaraq, onun əməlini RF CM-in 228-ci maddəsinin 1-ci hissəsinə tövsif etmiş və həmin maddə ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edib, amnistiya haqqında qərara əsasən onu cəzanı çəkməkdən və həbsdən azad etmişdir. X30 Məhkəməsi qarşısında ittihamın O.Z. ilə əlaqədar olan hissəsi üzrə məhkum edilməsinin onun Avropa Konvensiyasının 6-cı maddəsinin nəzərdə tutduğu ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edir və bu zaman onu əsas gətirirdi ki, o, həmin cinayətə polis tərəfindən təhrik edilmişdi (cinayət polis provakasiyasının nəticəsi idi), habelə onun məhkum edilməsi bu provakasiyada iştirak etmiş O.Z.-nin və polis əməkdaşlarının ifadələrinə əsaslanırdı (Vanyan ifadəsində O.Z.-nin telefonla ondan narkotik vasitə almağı xahiş edib, narkotik olmasa səhhətinin pis olacağını bildirdiyinə görə əldə edərək O.Z.-yə verdiyini göstərirdi). Avropa Məhkəməsi Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, ərizəçinin və RF Hökümətinin dəlillərini araşdırıb, əvvəlki təcrübəsinə, xüsusilə də “Teyxeyra de Kastro Portuqaliyaya qarşı” iş üzrə 9 iyun 1998-ci il tarixli qərarına əsaslanmaqla bir daha qeyd etdi ki, “Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provakasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provakasiya adlandırıla bilər” (Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə Qərarın 46-47-ci bəndləri). Avropa Məhkəməsi Vanyana qarşı cinayət işində Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən etdi və bu zaman yuxarıda “polis provakasiyası” anlayışına verdiyi təfsirlə yanaşı aşağıdakılara əsaslandı: “O.Z. polisin göstərişi ilə hərəkət edirdi. O, ərizəçinin narkotiklərin satışı ilə məşğul olmasını ifşa etmək üçün “nəzarət qaydasında malın alınmasında” iştirak etməyə razılıq vermiş və ərizəçidən xahiş etmişdi ki, ona narkotik vasitə tapsın. O.Z.-nin cəlb edilməsinədək polisdə ərizəçini narkotikləri yaymaqda şübhəli bilmək üçün əsasların olduğunu göstərən sübutlar mövcud deyil. Məhkəmədə polis əməkdaşlarının onlarda ərizəçinin narkotiklərin satışı ilə məşğul olduğuna dair məlumatların olmasına sadəcə istinad etmələri (hansı ki, heç məhkəmə tərəfindən yoxlanılmamışdır) nəzərə alına bilməz. Polis özünü heç də ərizəçinin cinayətkar fəaliyyətini passiv tədqiq etməklə məhdudlaşdırmamışdı. Ərizəçinin cinayəti O.Z.-nin yuxarıda göstərilən qaydada cəlb edilməsi olmadan da törədəcəyini ehtimal etmək üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, O.Z.-nin xahişi ilə narkotik vasitənin əldə edilməsində ifadə olunan cinayət əməli polis tərəfindən provakasiya olunmuşdu. İttihamın O.Z. üçün narkotik vasitənin qabaqcadan əlbir olmaqla əldə edilməsi və saxlanılması hissəsində ərizəçinin təqsirli bilinməsi əsasən polis provakasıyası nəticəsində əldə olunmuş sübutlar, o cümlədən O.Z.-nin və polis əməkdaşları E.F. ilə M.B.-nin ifadələri vasitəsi ilə əsaslandırılmışdı. Beləliklə, polisin müdaxiləsi və bunun nəticəsində əldə olunmuş sübutlardan ərizəçiyə qarşı cinayət işinin qaldırılması üçün istifadə edilməsi məhkəmə araşdırmasının ədalətliliyinə bərpaedilməz zərər vurmuşdur” (Qərarın 49-cu bəndi). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin təsvir olunan presedentinin sübutetmə və sübutların mümkünlüyü üzrə yuxarıda qeyd edilən, eləcə da hazırkı işə aidiyyatı olan digər milli hüquq normaları ilə müqayisə edilməsinə zərurət görür və bu sırada təfsir edilməli olan normalar kimi əvvəl qeyd olunanlarla yanaşı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsini qeyd edir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində tətbiqinə yol verilən əməliyyat-axtarış tədbirləri göstərilmiş, o cümlədən həmin maddənin 12-ci bəndində “nəzarət qaydasında mal alınması” kimi əməliyyat-axtarış tədbiri nəzərdə tutulmuşdur. CPM-in 137-ci maddəsində isə təsbit olunmuşdur ki, “Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.” Araşdırılan kontekstə əməliyyat axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların CPM-in 125 və 137-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən qanuniliyi və bu üzdən mümkünlüyü məsələsinə baxıldıqda həmin sübutların polis provakasiyasının nəticəsində əldə edilib-edilmədiyinə də əhəmiyyət verilməlidir, çünki belə yanaşma Avropa Məhkəməsinin “Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə qərarından və onun presedentlərinin nəzərə alınmasını tələb edən milli qanunvericilik normalarından irəli gəlir. Şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməzlər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də onlara “Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə qərarın işığında baxdıqda, şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Nəzarət qaydasında malın alınması kimi əməliyyat-axtarış tədbirinin gedişində şəxsin onda olan narkotik vasitəni polis əməliyyatına cəlb edilmiş şərti alıcıya “satması” da, şəxsin bu əməliyyatadək, yəni polisin müdaxiləsi olmadan törətdiyi kriminal hərəkətlərinin ifşa edilməsi üçün həyata keçirilən tədbir kimi nəzərdən keçirilməlidir. Məsələn, qanunsuz olaraq narkotik vasitə saxlayan şəxs şərti alıcı vasitəsi ilə nəzarət qaydasında malın alınması əməliyyatının gedişində ifşa olunursa, məsuliyyət yaradan kriminal davranış kimi həmin şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və bunu məhz satış məqsədi ilə etməsi çıxış edir, narkotik maddənin əməliyyatın gedişində şərti alıcıya “satılması” isə onun əməliyyatadək (polisin müdaxiləsi olmadan) törəmiş olduğu həmin cinayətini (satış məqsədi ilə narkotik vasitəni saxlamasını) ifşa etməyə kömək edən vasitə rolunu oynayır və şübhəsiz ki, şəxsin başqa (polisin müdaxiləsi olmadan törətdiyi) kriminal hərəkətləri müəyyən edilmədiyi halda özü-özlüyündə cinayət məsuliyyəti yaradan əməl olaraq qiymətləndirilə bilməz (həm də ona görə ki, əməliyyatın gedişində narkotik vasitənin şərti alıcıya “satılması” zamanı, sözün əsl mənasında, yəni ictimai təhlükəli xarakter daşıyan narkotik vasitənin satışı, yayılması kimi əməl baş tutmur, əksinə bu vəziyyətdə “narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması”nda özünü göstərən əməliyyat axtarış orqanının fəaliyyəti mövcud olur). Başqa sözlə, əməliyyat-axtarış tədbiri provokasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provokasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Şahid1 həm birinci instansiya məhkəməsinin iclasında, həm də məhkəmə kollegiyasının iclasında verdiyi ifadələrdən görünür ki, o, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hazırda baxılan cinayət işi üzrə əməliyyatın təşkil edilməsində iştirak etməyə cəlb edilmiş (Şahid1 istifadəsində olan ***-******* mobil nömrəsi ilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Şahid13 istifadəsində olan ***-******* mobil nömrəsi arasında 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək mütəmadi danışıqlar olmuş, əvvəlki üç gündə bir neçə dəfə bu danışıq qeydə alınsa da, sözügedən əməliyyatın baş tutduğu 27.04.2020-ci il tarixdə 30-a yaxın telefon danışığı qeydə alınmışdır), məhz onun təhriki nəticəsində və verdiyi pul ilə Təqsirləndirilən şəxs2 (Şahid1 24.04.2020-ci ildən 27.04.2020-ci ilə kimi Təqsirləndirilən şəxs2 ilə 70-ə yaxın telefon əlaqəsi saxlaması sübutlarla təsdiq olunur) Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı almışdır. Bununla belə, bu cür təhrik və ondan istifadə olunduğu 27 aprel 2020-ci il tarixli polis əməliyyatı ilə, eləcə də bundan sonra həyata keçirilmiş ibtidai istintaqın və məhkəmə araşdırmalarının gedişində Təqsirləndirilən şəxs2 həmin təhrikedici hərəkətlər (yəni polisin müdaxiləsi) olmadan törətdiyi, və yaxud törətməyə hazırlaşdığı hər hansı bir əməli müəyyən olunmamış, Təqsirləndirilən şəxs2 barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanılmasına, istintaqın aparılmasına, onun həmin maddə ilə təqsirli bilinib məhkum edilməsinə müstəsna olaraq Şahid1 (Təqsirləndirilən şəxs2 ilə uşaqlıq dostu olmasından istifadə etməklə) təhriki və beləliklə, polisin müdaxiləsi ilə törətdiyi hərəkətlər – Təqsirləndirilən şəxs1 Şahid1 üçün 1 kq 680 q. qurudulmuş marixuana alması səbəb olmuşdur. Başqa sözlə, Vanyanın işində olduğu kimi Şahid1 təhriki Təqsirləndirilən şəxs2 polisin müdaxiləsi olmadan törətdiyi və yaxud törətməyə hazırlaşdığı cinayətin ifşa edilməsini təmin etmədiyi üçün Avropa Məhkəməsinin müəyyən etdiyi “gizli agent” anlayışının hüdudlarından kənara çıxmış, Təqsirləndirilən şəxs2 törətməkdə təqsirli bilindiyi əməl isə “polis provokasiyası”nın nəticəsi olmuşdur. Vanyanın işində olduğu kimi hazırkı işdə də əməliyyatda iştirak etmiş polis əməkdaşları (Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Şahid9) onlarda əməliyyatadək Təqsirləndirilən şəxs2 narkotiklərin satışı ilə məşğul olmasına dair məlumatların olduğunu bildirsələr də, həmin ifadələr müəyyənlikdən uzaq olub, heç bir konkret hala əsaslanmadığından Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə sözügedən sübutları Təqsirləndirilən şəxs2 polis əməliyyatınadək (yəni polisin müdaxiləsi olmadan) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dəlalət edən əsaslar kimi nəzərdən keçirmək olmaz. Ümumiyyətlə, məhkəmənin əsaslandığı bütün şahid ifadələrinin məzmunundan görünür ki, həmin ifadələrin hamısı Şahid1 təhrikindən (polisin müdaxiləsindən) sonra Təqsirləndirilən şəxs2 törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin (polis provokasiyasının) nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Təqsirləndirilən şəxs2 bu cür sübutlar əsasında, polis müdaxiləsi olmadan törətmiş olduğu hər hansı bir cinayət əməli müəyyən olunmadığı vəziyyətdə müstəsna olaraq əməliyyatın gedişində təhrik (polis provokasiyası) nəticəsində törətmiş olduğu əmələ görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi nə yuxarıda təsvir edilən cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalara, o cümlədən CPM-in 125 və 143-146-cı maddələrinə, nə də ki, (nəticə eibarı ilə) Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə, o cümlədən “Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə qərarda ifadə olunmuş Avropa Məhkəməsinin hüquqi mövqeyinə cavab verən mühakimə prosesi kimi qiymətləndirilə bilməz. Bu isə onu göstərir ki, baxılan işdə məhkəmə hökmünün apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən CPM-in 399.1.2 və 401.2.1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Çünki, birinci instansiya məhkəməsi tövsif məsələsində həlledici əhəmiyyət kəsb edən hal olan Təqsirləndirilən şəxs2 məhz Şahid1 onun üçün narkotik tapmaq xahişi (təhriki) ilə, yəni satıcı Təqsirləndirilən şəxs1 deyil “alıcı” Şahid1 maraqları naminə hərəkət etməsini nəzərindən qaçırmış, o cümlədən Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə edən Şahid1 tərəfində təqsirli bilindiyi hərəkətlərdə iştirak etməsinə dəlalət edən bir sıra başqa mühüm hallara əhəmiyyət verməmişdir. Belə ki, narkotik vasitə Təqsirləndirilən şəxs2 deyil, onu satana məxsus olmuş, onların arasında narkotik vasitəni satmaq barədə hər hansı razılaşma olmamış, Təqsirləndirilən şəxs2 narkotiki satandan özü mənfəət əldə etməmiş, əksinə əldə edənin verdiyi 150 manat məbləğində pulu satıcıya vermiş, Təqsirləndirilən şəxs2 niyyəti narkotiki satan Təqsirləndirilən şəxs1 deyil, onu əldə etmək istəyən Şahid1 kömək etmək olmuşdur. Məhkəmənin sözügedən məsələ üzrə çıxardığı nəticə işin müəyyən olunmuş faktiki hallarına zidd olmaqla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 11-ci bəndində verilmiş tövsiyələrə də uyğun gəlmir. Şərh edilənlər kollegiyada belə qənaət yaradır ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin “Təqsirləndirilən şəxs2 əməli onun polis tərəfindən cinayət törətməyə “provakasiya edilməsi” kimi qiymətləndirilməlidir” barədə dəlili əsaslıdır. Çünki, Təqsirləndirilən şəxs2 ona verilən ittiham üzrə cinayət əməlini törətməyə təhrik edildiyindən polis provokasiyasının qurbanı olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Аzərbаycаn Rеspublikаsının CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına barədə tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə cəza təyin edilmişdir. Dövlət ittihamçısının apellyasiya protestində hökmün həmin hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməsi, Təqsirləndirilən şəxs1 müdafiəçisinin apellyasiya şikayətində isə onun cinayət törətməsi sübut olunmadığından ona bəraət verilməsi xahiş edilmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı 150 manat məbləğində pula Təqsirləndirilən şəxs2 satmışdır. Bu xüsusat iş materialları və işin faktiki halları ilə tam təsdiq olunur. Belə ki, “Narkotik vastələrin və psixotrop maddələrin və onların prekursorların dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vastələrin və pisxatrop maddələrin qanunsuz satılması - miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vastələrin və pisxatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində göstərilir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həm ibtidai istintaqda, həm birinci instansiya məhkəməsində icraat, həm də məhkəmə kollegiyasında icraat nəticəsində tam olaraq sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 qəsdən 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən 1 ədəd ağ rəngli sintetik kisədə, külli miqdar hesab edilən, yəni təmiz çəkisi 1 kq 694,22 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi VAZ-21011 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobildə saxlamış, daha sonra 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1 kq 680 qram hissəsini ünvan 3 ünvanında yerləşən “X17 Müəssisəsi” MMC-nin qarşısında Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 150 manata satmışdır. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi narkotik vasitə olan marixuananın çəkisini mübahisələndirmişlər. Birinci instansiya məhkəməsi bununla bağlı göstərmişdir ki, “Belə ki, məhkəmə istintaqı zamanı müdafiəçi Təqsirləndirilən şəxs1 saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyü və ona görə də, ibtidai araşdırmanın ilkin dövründə etirafedici ifadə vermək məcburiyyətində qaldığını qeyd etmiş, həmçinin Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasındakı alqı-satqının predmetini təşkil edən narkotik vasitənin çəkisini mübahisələndirərək həmin narkotik vasitənin çəkisinin 100 qram, özü də həmin kütlənin çürüntü mal olduğu halda, polis əməkdaşları tərəfindən artırılaraq təqribən 1 kq 700 qram qurudulmuş marixuanaya çatdırıldığını irəli sürmüş, habelə Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunan narkotik vasitənin həmin avtomobilə polis əməkdaşları tərəfindən qoyulduğunu israr etmiş, eyni zamanda 27.04.2020-ci il tarixdə hər iki təqsirləndirilən şəxs arasında baş tutan alqı-satqı prosesinin polisin provokasiyası olduğunu, yəni sözügedən alqı-satqının təhrik nəticəsində baş verdiyini əsas gətirərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfi ilkin olaraq Təqsirləndirilən şəxs1 saxlanılarkən, o cümlədən polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qaldığı üçün araşdırmanın ilkin dövründə etirafedici ifadələr verdiyini bildirdiyindən və qeyd olunan məsələ təsdiq olunduğu təqdirdə bütövlükdə cinayət işi üzrə icraatın ədalətsiz elan olunmasına gətirib çıxara biləcəyindən, məhkəmə kollegiyası ilk növbədə bu məsələyə münasibət bildirməyi zəruri sayır. Çünki həm daxili qanunvericiliklə qadağan olunan, həm də Avropa İnsan Hüquqları Konvensiyasının zəmanət verdiyi əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində təmin edilmiş sübutdan istifadə, hər zaman məhkəmə icraatının ədalətliliyi ilə bağlı ciddi suallar ortaya çıxarmışdır. Daxili qanunvericiliklə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində də öz əksini tapan “işgəncələrin qadağan olunması” sözügedən sənəddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri kimi təsbit edilir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94 , § 95, ECHR 1999-V). Beləliklə, qeyd olunanlara münasibət bildirərək məhkəmə kollegiyası vurğulayır ki, müdafiə tərəfi sözügedən məsələni ibtidai istintaq zamanı da qaldırmış və həmin xüsusat Balakən rayon prokurorluğunda araşdırılmışdır. Cinayət işinin materiallarında yer alan 09.07.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə qeyd etdiyi hallar prokurorluqda araşdırılmış, lakin toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin müdafiə tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, həmin qərara əsasən müdafiə tərəfin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, həmin qərar müdafiə tərəfindən mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qalması ilə bağlı nəticəyə gəlmək qeyrimümkündür. Ona görə də, məhkəmə kollegiyası bu hissədə Təqsirləndirilən şəxs1 qeyd etdiklərinə tənqidi yanaşaraq həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və onunla razılaşmır. Müdafiə tərəfin mübahisələndirdiyi digər məsələ Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasındakı alqı-satqının predmetini təşkil edən narkotik vasitənin çəkisi ilə bağlı olmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilkin mərhələsində 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ona vəkillərin siyahısı təqdim olunmuş və özünün seçdiyi müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu bildirmiş və Təqsirləndirilən şəxs1 150 manat pulun müqabilində aldığını qeyd etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 kq 700 qr olduğu müəyyən olunmuş, bundan sonra həmin kütlə sellofan torba ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülərək rəy alınması üçün ekpertizaya göndərilmişdir. Cinayət işinin materiallarında olan ekspert rəyindən də göründüyü kimi, həmin kütlə tədqiqata tədqim olunmuş və ekspert tərəfindən ölçülmüş, çəkisinin 1 kq 680 qr olduğu müəyyən edilmişdir. Tərtib edilmiş rəylə sözügedən kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan digər sübutlar da (şahid ifadələri və s.) müdafiə tərəfin qeyd etdiklərini təkzib etdiyindən, məhkəmə kollegiyası bu hissədə də müdafiə tərəfin, o cümlədən digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və həmin ifadələrin müdafiə xarakterli ifadələr olması qənaətinə gəlir.” Məhkəmə kollegiyası müdafiə tərəfinin mübahisələndirdiyi həmin hallarla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlini CM-in 234.4.3cü maddəsindən 234.1-ci maddəsinə tövsif etməklə səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə üzrə polis təhrikinə məruz qalmış, o cümlədən cinayətin törədilməsi üçün polis provokasiyasının qurbanı olmuşdur. Odur ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutlar Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmasına, o cümlədən sonuncunun qeyd olunan maddədə nəzərdə tutulan əməlin törəilməsində təqsirli sayılaraq məhkum edilməsinə səbəb ola bilməz.” Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 hazırda baxılan cinayət əməlini törətməyə polis əməkdaşları tərəfindən cəlb edilmiş Şahid1 tərəfindən təhrik edildiyindən polis provokasiyasının qurbanı olmuşdur. Təqsirləndirilən şəxs1 isə polis provokasiyasının qurbanı hesab etmək olmaz. Belə ki, polislərlə əlbir olan Şahid1 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmağa təhrik etməmiş, Təqsirləndirilən şəxs1 Şahid1 narkotik vasitə satmamışdır. O, 1 kq 680 qr çəkidə qurudulmuş marixuananı 150 manat pul müqabilində Təqsirləndirilən şəxs2 satmış, satdığı narkotik vasitənin müqabilində 150 manatı Təqsirləndirilən şəxs2 almış, bununla da öz cinayət əməlini başa çatdırmışdır. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə polis təhrikinə məruz qalması, o cümlədən cinayətin törədilməsi üçün polis provokasiyasının qurbanı olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 2018-ci ilin fevral ayından həmin narkotik vasitəni öz həyətində saxlaması mübahisə doğurmayan haldır (Təqsirləndirilən şəxs1 bunu özünün bütün ifadələrində etiraf etmişdir). Məhkəmə narkoloji ekspertizasının 24 iyun 2020-ci il tarixli 530 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkotik vasitənin istifadəçisi deyildir və deməli, 1 kq 694 qr çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı iki ildən artıq müddətdə özündə şəxsi istifadəsi üçün saxlamamışdır. Belə olan halda, onun həmin narkotik vasitəni satış məqsədi ilə saxlaması ağlabatan və inandırıcı versiya olmaqla, işin gerçək hallarına da uyğundur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “məhkəmə kollegiyasında həmin sübutla bağlı haqlı şübhələr yarandığından, o cümlədən həmin şübhələr aradan qaldırılması mümkün olmayan şübhələr olduğundan, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı elan olunan ümumi ittihamdan “Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib idarə etdiyi VAZ-21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşının arxa sərnişin oturacağının arxa tərəfində saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marxuanaya dair” hissəsi xaric edilməlidir.” Məhkəmə kollegiyası həmin epizodla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihama görə, o, 1 kq 694,22 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi avtomobildə saxlamış, daha sonra 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1 kq 680 qram hissəsini Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 150 manata satmış, qalan 14,22 qramı isə satış məqsədi ilə özünə məxsus avtomobildə saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən RPŞ-inə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ- 21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının arxa sərnişin oturacağının arxa tərəfindən satış məqsədilə saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə bioloji ekspertizasının 28.04.2020-ci il tarixli 17/248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət.Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada təmizi çəkisi- 1 kq 680 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından..... " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 14,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından..... " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamadakı qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 tutulan 1 kq 680 qram və Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilən 14,22 qram qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Belə olan halda, birinci instansiya məhkəməsi Balakən RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman yol verilən qanun pozuntularına görə həmin epizodu ittihamdan xaric etməkdə haqlı olmamışdır. Sözügedən qanun pozuntularına görə isə, polis əməkdaşlarının barələrində tədbir görülməsi üçün xüsusi qərar çıxarılmaqla və ya təqdimat yazılmaqla yuxarı orqanların nəzərinə çatdırıla bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli sübuta yetirildiyindən o, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apelyasiya şikayətinin dəlillərini və CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunverciliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək müdafiə tərəfinin və dövlət ittihamçısının rəylərini dinləyərək hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmü ləğv edilməli və yeni hökm çıxarılmalıdır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in 42.1.2-ci maddəsinə görə, əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. CPM-in 42.2.2-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin əməlində cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılmalıdır. “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir: “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir.” İnsan hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. CPM-in 25.3-cü maddəsinin tələbinə görə, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apelyasiya şikayətinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası bu halların məcmusuna, həmçinin sübutların tədqiqinə əsaslanan daxili inama və hüquq düşüncəsinə əsaslanıb cinayət və cinayət-prosessual qanunların normalarının tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və yeni hökm çıxarılmasını qanuna və məqsədəuyğun sayır. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə əməlində cinayət tərkibi olmamasına görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə əməli sübuta yetirildiyindən həmin maddənin sanksiyası həddində ona cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Məhkəmə kollegiyası cəza təyini zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların müəyyən olmamasını, lakin əvvəllər dəfələrlə, o cümlədən, CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğu olmasa da yenidən qəsdən ağır cinayət törətməsini qeyd edir, himayəsində bir nəfər azyaşlı uşağının olmasını isə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27.04.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs1 27.04.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Belə olan halda, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 çəkdiyi 01 il 06 ay müddət ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş üzrə 28.04.2020-ci il tarixli məhkəmə bioloji ekspertizasının xərci 51 manat 06 qəpik Təqsirləndirilən şəxs1 tutularaq dövlət bücəsinə ödənilməlidir. Maddi sübut olan 1 kq 679,8 qram və 14,02 qram olan qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan isə məhv edilməlidir. CPM-in 398.1.2-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmü ləğv edilsin və yeni hökm çıxarılsın. Əməlində cinayət tərkibi olmamasına görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 çəkdiyi 01 (bir) il 06 (altı) ay müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 kq 679,8 qram və 14,02 qram olan qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 13 ədəd DVD diskin və Azercell MMC-dən daxil olmuş 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 51 (əlli bir) manat 06 qəpik Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar