Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-360/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmü ilə xx.xx.1984-cü ildə Yevlax rayonu Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayon Gülövşə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 20.03.2021-ci il tarixdə saat 16 radələrində AC 077827 nömrəli sürücülük vəsiqəsi ilə Zərərçəkmiş şəxs6 məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Xaldan avtomobil yolunun Yevlax rayonu Əkşəm kəndinin ərazisindən keçən hissəsində, Mingəçevir şəhəri istiqamətində təxminən 120 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni avtomobili “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə idarə edərək üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfiqi nişanlanma xətti) kəsərək qarşı hərəkət zolağına çıxmamalı və avtomobili öz zolağı ilə hərəkət etdirməli halda bunlara əməl etməyib qarşı tərəfində onunla eyni istiqamətdə hərəkətdə olan sürücüsü və qeydiyyat nömrəsi istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobilini ötmək üçün idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına istiqamətləndirmiş, həmin vaxt əks hərəkət zolağı ilə Yevlax rayonu Xaldan kəndi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuş, daha sonra “Hyundai Sonata” markalı avtomobil hərəkətini davam etdirərək “VAZ-2106” markalı avtomobilin arxa tərəfində eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Mercedes Benz E240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2106” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan, sonuncunun qızı 29.12.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan, X1 ölümünə səbəb olan, sonuncunun oğlu 18.10.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirilməsinə səbəb olan, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 məxsus “VAZ- 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2301 manat məbləğində maddi ziyan vurulması, Zərərçəkmiş şəxs5 məxsus “Mercedes Benz E240” markalı **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobilə 3305 manat məbləğində maddi ziyan vurulması Zərərçəkmiş şəxs6 məxsus “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7500 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 hər biri ayrı-ayrılıqda oxşar məzmunlu apellyasiya şikayətləri verərək Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmününü dəyişdirilərək CM-in 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ağırlaşdırıb maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Həmçinin, Zərərçəkmiş şəxs1 bildirdi ki, təqsirləndirilən şəxs onun müalicəsi məqsədi ilə 2500 manat versədə, bu onun müalicəsi üçün yetərli olmamışdır. Öz növbəsində zərərçəkmiş Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 da bildirdi ki, təqsirləndirilən şəxs qızının mülaicəsi üçün ilkin olaraq 1000 manat versədə, sonradan ümumiyyətlə bu işlə bağlı maraqlanmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsində dövlət ittihamçısının tələb etdiyi cəza həddində təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş şəxslər və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsində dövlət ittihamçısının tələb etdiyi cəza həddində təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs X7 əməlinin CM-in 263.2-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha ağır cəza təyin edilməsini xahiş etmişlər. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıdan məhrum etmə cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Hazırda öyrənilən işdən görünür ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuş, öz növbəsində birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi CM-in 263.2-ci maddəsi ilə təqsirli bilib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə ilə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Çünki, öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs həm zərərçəkmiş şəxsin hüququ varisi, həm də digər zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6la barışmış, onalara vurduğu maddi və mənəvi zərəri ödəmiş, bundan əlavə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 müalicəsi ilə bağlı 2500 manat, Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 isə 1000 manat vermiş və bununla da cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlər etmişdir. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59-cu maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur (CM-in 59.1.14 maddəsi). Təhlil olunan işdən aydın olur ki, təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hallar olsada, cəzanı ağırlaşdıran hallar mövcud deyil. Belə olan halda isə məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı və zərərçəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(039)-116/2021 nömrəli verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №1(107)-360/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-360/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver