Məhkəmə qərarları › İş №1(107)-363/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-363/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-363/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, zərərçəkmiş şəxsin nümayəndəsi X1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim Tahir Qubadov) 08 iyul 2022-ci il tarixli hökmü ilə, xx.xx.1983-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri Yataqxana-1, S.Vurğun küçəsi ev 24/3-də qeydiyyatda olan və Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi, Əkinçi küçəsi ev 56-da yaşayan, haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri Yataqxana-1, S.Vurğun küçəsi ev 24/3-də qeydiyyatda olan və Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi, Əkinçi küçəsi ev 56-da yaşayan, haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası saxlanılması, Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında birləşərək Zərdab rayonu Dəkkəoba kəndində aralarında baş vermiş şəxsi münasibətlər zəminində qohumu Zərdab rayonu Dəkkəoba kənd sakini Zərərçəkmiş şəxs1 əl və ayaqları ilə, eləcə də bıçaqla sağ diz oynağından qəsdən vuraraq sonuncuya burun sümüyünün sol qanadında və sağ İİİ barmağın distal falanqasının minimal, yerdəyişən, çəp sınıqları, sağ göz yuvası altı, burun beli nahiyəsində, başın sağ yarısında sağ alın - gicgah ənsə nahiyələrində geniş sahələri əhatə edən dərialtı qansızmalar, qapalı kəllə beyin travması və beyin silkələnməsi, sağ diz oynağının ön hissəsində bir qədər yuxarıda yaranın İ-li sağaldığı və onun izi olan çapıq fonunda sağ diz oynağının ön səthhində əllədikdə fluktasiya (maye) ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında birləşərək Zərdab rayonu Dəkkəoba kəndində aralarında baş vermiş şəxsi münasibətlər zəminində qohumu Zərdab rayonu Dəkkəoba kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 əl və ayaqları ilə, eləcə də bıçaqla sağ diz oynağından qəsdən vuraraq sonuncuya burun sümüyünün sol qanadında və sağ İİİ barmağın distal falanqasının minimal, yerdəyişən, çəp sınıqları, sağ göz yuvası altı, burun beli nahiyəsində, başın sağ yarısında sağ alın - gicgah - ənsə nahiyələrində geniş sahələri əhatə edən dərialtı qansızmalar, qapalı kəllə beyin travması və beyin silkələnməsi, sağ diz oynağının ön hissəsində bir qədər yuxarıda yaranın İ-li sağaldığı və onun izi olan çapıq fonunda sağ diz oynağının ön səthhində əllədikdə fluktasiya (maye) ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Zərdab rayonu Dəkkəoba kəndində aralarında baş vermiş şəxsi münasibətlər zəminində Zərdab rayon Dəkkəoba kəndində xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qəsdən yumruqla vuraraq sonuncuya başın sağ alın nahiyəsində dərialtı qansızma fonunda sağ gözün yuxarı qapaq nahiyəsində və sağ göz yarığının tamamilə qapanması ilə müşayiət edilən hematoma və qapaq - konyuktivanın posttravmatik kontuziyası ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 verdiyi apellyasiya şikayətində Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyası iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Onlar elə düşünür ki, biz günahkarıq. Əslində zərərçəkən olaraq biz onlarla barışmaq istəmirik. Məhkəmə ədalətli qərar qəbul etməmişdir. Biz hesab edirik ki, təqsirləndirilən şəxslər barəsində ağır cəza verilməlidir. Verilmiş cəza ədalətli deyil. Təqsirləndirilən şəxslər həbs edilməlidir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Bu uşaqların bilmədiyi çox şeylər var. Bu uşaqların nə iş tutduqlarından xəbərləri olmayıb. Bu işin başında təqsirləndirilən şəxslərin anaları, yəni onun doğma bacısı durur. Onlar mehriban ailə olmuşlar. Xeyir və şərləri bir olub. Bacısını qızını oğlu Elməddin istəyirdi. 2009-cu ildə onlar elçi getmək istəyəndə bacısı razılıq verməmişdir. Bu uşaqlar hər ikisi ailə qurmuşlar. Sonra gediş-gəliş soyumuşdur. Müəyyən müddət keçmişdir. Görmüşdür ki, Elməddinin maşını onların həyətindədir. Zəng etmişdir ki, nə işi var orda. Bildirmişdir ki, bibisi çağırıb. Kimisə Sumqayıta aparmaq lazımdır. Bu minvalla Elməddinin ayağı o həyətə açılmışdır. Yavaşyavaş Elməddin qızla münasibəti yaranmışdır. Hansı ki, hər ikisinin də iki uşağı var. Bacısı bu iki ailəni dağıtmışdır. Bacısı o qızı özü otuzdurub yola salırdı oğluyla. Bu hadisənin baş vermə səbəbi bunlardır. Bu məsələləri açmaq istəməmişdir. Anaları yenə də qoymamışdır. Bu işin üstü açılanda Elməddini öldürməyə getdilər. O uşaqlara bildirmişdir ki, gəlin hadisələrin necə olduğunu izah etsin. Ancaq bu günə qədər bununla bağlı onlar qapıya gəlməmişlər. Anası imkan verməmişdir. Hökmdən narazıdır. Qanuni həddə ağır cəza verilməsini xahiş edir. O razı olaram onların buraxılmasına ancaq gəlib bir dəfə də olsun bacısı deməmişdir ki, bu işləri o etmişdir, səhv etmişdir. Ona görə xahiş edir ki, apellyasiya şikayətini təmin edilsin. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, oğlu kəllə beyin travması alıb. Dizinə su yığılır. Yediyini qaytarır aldığı kəllə beyin xəsarətindən. Hazırda müalicə olunur. Bu gün bacısı ona hədə-qorxu gəlir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Onun qardaşının ailəsini dağıdanda nümayəndə ata olaraq gəlib bacısından üzr istəməyib. O, böyüklük edib onu etməyib. Sadəcə olaraq hadisə baş vermə səbəbi dayıoğlunun toyunda qarşıma çıxmasıdır. Hər biri azərbaycanlıdır. Qeyretləri, namusları var. O bacısına o ittihamları edib. Haqsız edib. Səhvləri o olub ki, polisə müraciət etməmişlər. Düzgün əməl etməmişlər. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi X14 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edirəm. Birinci instansiya məhkəməsinin hökmü qanuni və ədalətlidir. Hökmün dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi X18 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsi işə ədalətli baxaraq düzgün nəticəyə gəlmiş və ədalətli cəza vermişdir. Təqsirləndirilən şəxslər əməllərindən peşmandırlar. Bundan əlavə ən ağır cəzanın verilməsi tərəflər arasında olan kin küdurət daha da artacaq və gələcəkdə daha ağır cinayətlərin baş verməsinə gətirib çıxaracaq. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas X7 bildirdi ki, zərərçəkmiş şəxslər təyin edilmiş cəza ilə bağlı hökmdən narazıdırlar. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında olan hadisə ilə bağlı zərərçəkmiş şəxs aranın soyuması və mübahisənin unudulması üçün xarici ölkəyə çıxıb getmişdir. Ancaq qayıdandan sonra tərəflər arasında yenidən mübahisə davam etmişdir. O dövrdə də hesab edirəm ki, qohumlar yığışıb. Bu məsələni aydınlaşdıra bilərdilər. Hadisədən 7 ay keçməsinə baxmayaraq barışıq istiqamətində heç bir hərəkət olmamışdır. Zərərçəkmiş şəxsin də mövqeyi nəzərə alınmalıdır. Zərəçəkmiş şəxslərin vermiş apellyasiya şikayətinin qismən təmin edilməsini və birinci instansiya məhkəməsində dövlət ittihamçısının istədiyi həddə şikayətin təmin edilməsini xahiş edir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 onun dayısı oğlu, Zərərçəkmiş şəxs2 isə dayısı arvadıdır. Elməddinlə təxminən 2 ildir ki, münaqişəli şəraitdə yaşayırlar. Buna səbəb Elməddinin onun qardaşı Vüsalın arvadı Arzuya sataşması və namuslarına toxunması olmuşdur. Həmin səbəbdən qardaşı Vüsal Arzunu boşamış, Elməddin isə qaçıb Rusiya Federasiyana getmişdir. Hadisədən təxminən bir ay öncə Elməddinin Rusiya Federasiyasından gəldiyini bilib nə üçün belə hərəkət etməsini aydınlaşdırmaq üçün onu axtarmışlar, lakin Elməddini tapa bilməmişlər. xx.xx.2022-ci il tarixdə qardaşı Turalla birlikdə Zərdab rayonu Dəkkəoba kəndinə qohumlarının toyuna getmək üçün idarə etdiyi “Reno Müqan” markalı avtomobillə Dəkkəoba kəndində hərəkətdə olarkən yolda təsadüfən Elməddinin idarə etdiyi Vaz-2107 markalı avtomobillə qarşılaşmışlar. Elməddinin anası Zərərçəkmiş şəxs2 da Elməddinin avtomobilində olmuşdur. Həmin yerdə yol dar olduğundan avtomobillər yan-yana keçə bilməmiş, ona görə də həm, o, həm də Elməddin avtomobili saxlayıb yerə düşmüşlər. Yerə düşdükdən sonra qardaşı Turalla birlikdə Elməddinə yaxınlaşıb dalaşmağa başlamışlar. Dava-dalaş zamanı təpik və yumruqla Elməddini müxtəlif nahiyələrindən vurub xəsarətlər yetirmişlər. Bu zaman Zərərçəkmiş şəxs2 öz avtomobillərinin yük yerindən armatur götürərək, onları vurmaq istədikdə Tural armaturu onun əlindən alıb özünü kənara itələmişdir. Həmin vaxt Əsimə yerdən “torpaq kəsəyi”ni götürüb onun və Turalın baş nahiyəsinə vurmuşdur. Doğrudur dava zamanı Elməddin xəsrət almış və sifəti qan içində olmuşdur. Elməddini əlləri və təpikləri ilə vurmuşlar. Nə, o, Elməddini aboy kəsənlə, nə də ki, Tural bıçaqla vurmamışdır. Ola bilsin ki, qarışıqlıqda zərbələrdən hansısa Əsiməyə dəymiş olsun, lakin Əsiməni bilərəkdən vurduqlarını xatırlamır. Elməddini möhkəm dödüklərini görən Əsimə həyacanından özü-özünə başına, dizinə vuraraq özünə xəsarət yetirmişdir. Dava zamanı ətrafda Əsimədən başqa heç kim olmamışdır. Elməddinə qarşı başqa niyyətləri olsaydı, bunu həyata keçirməyə heç nə maneə olmurdu. Məqsədləri yalnız Elməddini döymək olmuşdur. Elməddini döydükdən sonra hirssləri soyumuş və özləri aralanmışlar. Elməddinin avtomobilini yoldan kənara çəkib, özünə yol açdıqdan sonra hadisə yerindən uzaqlaşıb, qohunlarının toyuna getmişlər. Hadisənin baş verməsinin səbəbi Elməddinin əxlaq normalarına sığmayan yuxarıda qeyd edilən qanunsuz hərəkətləri olmuşdur. Zərərçəkmiş tərəflə barışmaq istərdi, lakin zərərçəkmiş tərəf bunu istəmir. Bununla belə məsələni hüquqi müstəvidə həll etmədikləri üçün hazırda əməlindən peşmandır. Məhkəmədən törətdiyi əməlin zərərçəkən Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətlərindən irəli gəlməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 onun dayısı oğlu, Zərərçəkmiş şəxs2 isə dayısı arvadıdır. Elməddinlə təxminən 2 ildir ki, münaiqşəli şəraitdə yaşayırlar. Buna səbəb Elməddinin onun qardaşı Vüsalın arvadı Arzuya sataşması və namuslarına toxunması olmuşdur. Həmin səbəbdən qardaşı Vüsal Arzunu boşamış, Elməddin isə qaçıb Rusiya Federasiyana getmişdir. Hadisədən təxminən bir ay öncə Elməddinin Rusiya Federasiyasından gəldiyini bilib nə üçün belə hərəkət etməsini aydınlaşdırmaq üçün onu axtarmışlar, lakin Elməddini tapa bilməmişlər. xx.xx.2022-ci il tarixdə qardaşı Anarla birlikdə Zərdab rayonu Dəkkəoba kəndinə qohumlarının toyuna getmək üçün Anarın idarə etdiyi “Reno Müqan” markalı avtomobillə Dəkkəoba kəndində hərəkətdə olarkən yolda təsadüfən Elməddinin idarə etdiyi Vaz-2107 markalı avtomobillə qarşılaşmışlar. Elməddinin anası Zərərçəkmiş şəxs2 da Elməddinin avtomobilində olmuşdur. Həmin yerdə yol dar olduğundan avtomobillər yan-yana keçə bilməmiş, ona görə də həm Anar, həm də Elməddin avtomobili saxlayıb yerə düşmüşlər. Yerə düşdükdən sonra qardaşı Anarla birlikdə Elməddinə yaxınlaşıb dalaşmağa başlamışlar. Dava-dalaş zamanı təpik və yumruqla Elməddini müxtəlif nahiyələrindən vurub xəsarətlər yetirmişlər. Bu zaman Zərərçəkmiş şəxs2 öz avtomobillərinin yük yerindən armatur götürərək, onları vurmaq istədikdə, o, armaturu onun əlindən alıb özünü kənara itələmişdir. Həmin vaxt Əsimə yerdən “torpaq kəsəyi”ni götürüb onun və Anarın baş nahiyəsinə vurmuşdur. Dava zamanı Elməddin xəsrət almış və sifəti qan içində olmuşdur. Elməddini əlləri və təpikləri ilə vurmuşlar. Nə, Anar Elməddini aboy kəsənlə, nə də ki, o, bıçaqla vurmamışdır. Ola bilsin ki, qarışıqlıqda zərbələrdən hansısa Əsiməyə dəymiş olsun, lakin Əsiməni bilərəkdən vurduqlarını xatırlamır. Elməddini möhkəm dödüklərini görən Əsimə həyacanından özüözünə başına, dizinə vuraraq özünə xəsarət yetirmişdir. Dava zamanı ətrafda Əsimədən başqa heç kim olmamışdır. Elməddinə qarşı başqa niyyətləri olsaydı, bunu həyata keçirməyə heç nə maneə olmurdu. Məqsədləri yalnız Elməddini döymək olmuşdur. Elməddini döydükdən sonra hirssləri soyumuş və özləri aralanmışlar. Anar Elməddinin avtomobilini yoldan kənara çəkib, özünə yol açdıqdan sonra hadisə yerindən uzaqlaşıb, qohunlarının toyuna getmişlər. Hadisənin baş verməsinin səbəbi Elməddinin əxlaq normalarına sığmayan yuxarıda qeyd edilən qanunsuz hərəkətləri olmuşdur. Zərərçəkmiş tərəflə barışmaq istərdi, lakin zərərçəkmiş tərəf bunu istəmir. Bununla belə məsələni hüquqi müstəvidə həll etmədikləri üçün hazırda əməlindən peşmandır. Məhkəmədən törətdiyi əməlin zərərçəkən Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətlərindən irəli gəlməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 оğlunun onlara ittiham elan olunan əməlin törədilməsində təqsiri özlərinin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əslən Zərdab rayonu Dəkkoba kəndindəndir. Lakin 1999-cu il tarixdən Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxslər onun bibisi oğlanlarıdır. Əvvəllər 2003-2004-cü illərdə bibisiqızı, yəni təqsirləndirilən şəxslərin bacısı olan Aygünlə bir-birilərini sevmişlər. Evlənmək istəsələr də, valideyinləri yola getmədikləri üçün evlənmələri baş tutmamışdır. Bundan sonra həm özü, həm də Aygün başqası ilə ailə qurmuşlar. 2014-cü ildən yenidən Aygünlə əlaqələri bərpa olunmuş, mesajlaşmağa, zəngləşməyə və görüşməyə başlamış, Aygünü dəfələrlə işə aparıb işdən gətirmişdir. Aygünlə aralarında olan mesajları Aygünün qardaşı Vüsalın arvadı Arzu bildiyi üçün Arzudan bu barədə heç kəsə deməməsini xahiş etmiş və bu barədə Arzuya mesaj yazmışdır. Aygünün qardaşı Anarın Arzunun anası haqqında söyüş söydüyü üçün Arzu istəyirdi ki, Aygünün onunla yazışmasını və görüşməsini onun üzünə vursun və desin ki, pozğun onun bacısıdır. Ona görə də dəfələrlə Arzu ilə bu barədə Aygünün ailə üzvlərinə heçnə deməsin deyə mesajlaşmış, Arzunun əri Vüsal onların mesajlaşmağını bilmiş və aralarında nəsə olduğunu zənn edərək Arzunu boşamışdır. Bundan sonra Arzu onun Aygünlə olan münasibətlərini Vüsalın və qardaşlarının üzünə vurmuşdur. Bunlar 2020-ci ilin yanvar ayında olmuşdur. Bundan sonra Tural və Anarın onu axtardıqlarını bilmiş, bir müddət Rusiya Federasiyasına gedib orada qalmış və 2021-ci ilin dekabr ayında Rusiya Federasiyasından geri qayıtmışdır. Turalla Anarın onu axtardıqlarını eşitdiyi, onlarla üz-üzə gəlmək istəmədiyi, aralarında dava olacağını bildiyi üçün, həm də əmisi ona zəng edərək Turalla Anarın onlarda olduğunu, qan-qaraçılığı olmasın deyə toya gəlməməsini dediyi üçün xx.xx.2022-ci il tarixdə Zərdab rayonu Dəkkəoba kəndində əmisioğlunun toy mərasimə getməmişdir. Həmin gün təxminən 12 radələrində anası Əsimə ilə birlikdə özünün idarə etdiyi Vaz-2107 markalı avtomobillə ərzaq almaq üçün rayon mərkəzinə getmək istəyərkən kəndarası yolda Anarın idarə etdiyi “Reno Müqan” markalı avtomobillə qarşılaşmışlar. Həmin yerdə yol dar olduğundan avtomobillər yan-yana keçə bilməmiş, ona görə də həm Anar, həm də özü avtomobili saxlayıb yerə düşmüşlər. Yerə düşdükdən sonra Anarla qardaşı Tural ona yaxınlaşıb dalaşmağa başlamışlar. Dava-dalaş zamanı təpik və yumruqla onun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarətlər yetirmişlər. Həmçinin Anar əlində olan aboy kəsənlə onun sinəsindən, Tural isə bıçaqla diz nahiyyəsindən vurmuşlar. Dava zamanı anası Əsiməni də vurmuşlar. Onu möhkən döydükdən sonra Anarla Tural onlardan aralanmışlar. Anar onun avtomobilini yoldan kənara çəkib, özünə yol açdıqdan sonra hadisə yerindən uzaqlaşmışlar. Dava zamanı ətrafda anası Əsimədən başqa heç kim olmamışdır. Anası Zərdab RPŞ-də polis nəfəri olan həmkəndliləri Elminə zəng edərək, hadisə barədə məlumat vermiş və köməyə gəlməsini demişdir. Dava qurtardıqdan və Anala Tural hadisə yerindən getdikdən sonra Elmin onların yanına gəlmiş, baş verənlər barədə Polis Şöbəsinə məlumat verdikdən sonra onları xəstəxanaya çatdırmışdır. Təqsirləndirilən şəxsləri bağışlamır, işə xitam verilməsini istəmir, onların cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun (keçmiş) baldızının oğlanları, digər Zərərçəkmiş şəxs1 isə doğma oğludur. Oğlu Elməddin əvvəllər 2003-2004-cü illərdə bibisiqızı, yəni təqsirləndirilən şəxslərin bacısı olan Aygünlə bir-birilərini sevmişlər. Lakin Ayğünün valideyinləri yola getmədikləri üçün onların evlənmələri baş tutmamışdır. Bundan sonra həm Elməddin, həm də Aygün başqası ilə ailə qurmuşlar. X6 əlaqələri yenidən bərpa olunmuş, mesajlaşmağa, zəngləşməyə və görüşməyə başlamışlar. Əslində əvvəllər onun bu barədə məlumatı olmamış, sonradan bilmişdir. Aygünlə aralarında olan mesajları Aygünün qardaşı Vüsalın arvadı Arzu bildiyi üçün Elməddin Arzudan bu barədə heç kəsə deməməsini xahiş etmiş və bu barədə Arzuya mesaj yazmışdır. Arzunun əri X11 mesajlaşmasını bilmiş və aralarında nəsə olduğunu zənn edərək Arzunu boşamışdır. Bundan sonra X5 münasibətlərini Vüsalın və qardaşlarının - hazırkı təqsirləndirilən şəxslərin üzünə vurmuşdur. Bunlar 2020-ci ilin yanvar ayında olmuşdur. Bundan sonra Tural və Anar haqq-hesab çəkmək üçün Elmədini axtarmışlar, ona görə də Elməddin bir müddət Rusiya Federasiyasına gedib orada qalmış və 2021-ci ilin dekabr ayında Rusiya Federasiyasından geri qayıtmışdır. Tural və Anar Elməddini gəldiyini eşidin yenidən onu axtarmağa başlamışlar. Elməddin onlarla üz-üzə gəlmək istəmədiyi, aralarında dava olacağını bildiyi üçün, həm də əmisinin ona zəng edərək Turalla Anarın onlarda olduğunu, qan-qaraçılığı olmasın deyə toya gəlməməsini dediyi üçün Elməddin xx.xx.2022-ci il tarixdə Zərdab rayonu Dəkkəoba kəndində yaşayan əmisioğlunun toy mərasimə getməmişdir. Həmin gün təxminən 12 radələrində Elməddin onunla birlikdə idarə etdiyi Vaz-2107 markalı avtomobillə ərzaq almaq üçün rayon mərkəzinə getmək istəyərkən kəndarası yolda Anarın idarə etdiyi “Reno Müqan” markalı avtomobillə qarşılaşmışlar. Həmin yerdə yol dar olduğundan avtomobillər yan-yana keçə bilməmiş, ona görə də həm Anar, həm də Elməddin avtomobili saxlayıb yerə düşmüşlər. Yerə düşdükdən sonra Anarla qardaşı Tural Elməddinə yaxınlaşıb dalaşmağa başlamışlar. Dava-dalaş zamanı təpik və yumruqla Elməddinin bədəninin müxtəlif nahiyələrindən vurub xəsarətlər yetirmişlər. Həmçinin Anar əlində olan aboy kəsənlə Elməddinin sinəsindən, Tural isə bıçaqla diz nahiyyəsindən vurmuşlar. Dava zamanı Anarla Tural onu da vurmuşlar. Onları araşdırmaq istəsə də bu mümkün olmamışdır. Elməddini möhkən döydükdən sonra Anarla Tural onlardan aralanmışlar. Anar Elməddinin avtomobilini yoldan kənara çəkib, özünə yol açdıqdan sonra hadisə yerindən uzaqlaşmışlar. Dava zamanı ətrafda ondan, Elməddindən və təqsirləndirilən şəxslərdən başqa heç kim olmamışdır. O, özü Zərdab RPŞ-də polis nəfəri olan həmkəndliləri Elminə zəng edərək, hadisə barədə məlumat vermiş və köməyə gəlməsini demişdir. Dava qurtardıqdan və Anar ilə Tural hadisə yerindən getdikdən sonra Elmin onların yanına gəlmiş, baş verənlər barədə Polis Şöbəsinə məlumat verdikdən sonra onları xəstəxanaya çatdırmışdır. Təqsirləndirilən şəxsləri bağışlamır, işə xitam verilməsini istəmir, onların cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab RPŞ-nin PPX-nin polis nəfəri vəzifəsində işləməklə, Zərdаb rаyоnu Dəkkoba kəndində yаşаyır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndliləridir, təqsirləndirilən şəxslər isə əslən həmin kənddən olsalar da, Sumqayıt şəhərində yaşadıqları üçün onları tanımır. xx.xx.2022-ci il tarixdə növbədən çıxıb evlərinə gedərkən, təxminən saat 12 radələrində Əsimə əfərova onun mobil telefonuna zəng edərək döyülmələri barədə məlumat vermiş və kömək etməsini istəmişdir. Lakin, olduğu yeri demədiyi üçün davanın Əsiməgilin evində baş verməsini zənn edib onlara getmiş, lakin evdə heç kəs olmamışdır. Sonradan Əsimənin yenə zəng edərək olduğu yeri dedikdən sonra hadisə yerinə getmiş, orada Əsimə və Elməddinin döyülmüş vəziyyətdə olduqlarını, Elməddinin xəsarət aldığını və sifətinin qan içində olduğunu görmüşdür. O, hadisə yerinə çatdıqda orada Əsimə və Elməddindən başqa heç olmamışdır. Nə təqsirləndirilən şəxsləri hadisə yerində, nə də ki, hadisəni bilavasitə görməmişdir. Nə baş verdiyini soruşduqda, qohumları olan hazırkı təqsirləndirilən şəxslər Anar və Tural tərəfindən döyüldüklərini bildirmişlər. Dərhal hadisə barədə Polis Şöbəsinə məlumat vermiş və zərərçəkənləri xəstəxanaya çatdırmışdır. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab rayonu Dəkkoba kəndində yaşayır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndliləridir, təqsirləndirilən şəxslər isə əslən həmin kənddən olsalar da, Sumqayıt şəhərində yaşadıqları üçün onları tanımır. Zərdab RPŞ-nin PPX-nin polis nəfəri vəzifəsində işləyən həmkənlisi Şahid2 xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində onu çağırıb Elməddingilin döyüldüyünü bildirərərk, ora getmələrini dediyi üçün birlikdə hadisə yerinə getmişlər. Orada Əsimə və Elməddinin döyülmüş vəziyyətdə olduqlarını, Elməddinin xəsarət aldığını və sifətinin qan içində olduğunu görmüşdür. Əsimənin isə sifəti şişmiş vəziyyətdə olmuşdur. O, hadisə yerinə çatdıqda orada Əsimə və Elməddindən başqa heç olmamışdır. Nə təqsirləndirilən şəxsləri hadisə yerində, nə də ki, hadisəni bilavasitə görməmişdir. Elmin nə baş verdiyini soruşduqda, Əsimə qohumları olan hazırkı təqsirləndirilən şəxslər Anar və Tural tərəfindən döyüldüklərini bildirmişlər. Elmin dərhal hadisə barədə Polis Şöbəsinə məlumat vermiş və zərərçəkənləri xəstəxanaya çatdırmışdır. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Anar və Təqsirləndirilən şəxs2 onun doğma oğlu, Zərərçəkmiş şəxs1 qardaşı oğlu, Zərərçəkmiş şəxs2 isə qardaşının keçmiş arvadıdır. Əvvəllər 2003-2004-cü illərdə Elməddinlə qızı Aygün bir-birilərini sevmişlər. Elməddinin anası X16 aldıqdan sonra boşatdıracağını dediyi üçün onların evlənməsinə razı olmamışdır. Bundan sonra həm Elməddin, həm də Aygün başqası ilə ailə qurmuşlar. Son 2 il idi ki, onun oğlanları Elməddinlə münaiqşəli vəziyyətdə olmuşlar. Buna səbəb Elməddinin onun digər oğlu Vüsalın arvadı Arzuya sataşması və namuslarına toxunması olmuşdur. Həmin səbəbdən oğlu Vüsal Arzunu boşamış, Elməddin isə qaçıb Rusiya Federasiyana getmişdir. Anarla Tural hadisədən təxminən bir ay öncə Elməddinin Rusiya Federasiyasından gəldiyini bilib nə üçün belə hərəkət etməsini aydınlaşdırmaq üçün onu axtarmışlar, lakin Elməddini tapa bilməmişlər. xx.xx.2022-ci il tarixdə Anarla Tural birlikdə Zərdab rayonu Dəkkəoba kəndinə qohumlarının toyuna gedərkən Anarın idarə etdiyi “Reno Müqan” markalı avtomobillə Dəkkəoba kəndində hərəkətdə olan zaman yolda təsadüfən Elməddinin idarə etdiyi Vaz- 2107 markalı avtomobillə qarşılaşmışlar. Elməddinin anası Zərərçəkmiş şəxs2 da Elməddinin avtomobilində olmuşdur. Həmin yerdə yol dar olduğundan avtomobillər yanyana keçə bilməmiş, ona görə də həm Anar, həm də Elməddin avtomobili saxlayıb yerə düşmüşlər. Yerə düşdükdən sonra onların arasında dava olmuş və X17 döymüşlər. Qızı Aygünün sonradan Elməddinlə heç bir əlaqəsinin olmamış, əksinə Arzu ilə Elməddinin əlaqəsinin olmuş, Arzunun ailəsi və Elməddin əlaqəyə girərək Aygünü ləkələmək istəmişlər. O, özü hadisə olan zaman orada olmamış, hadisəni bilavasitə görməmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tаrixli, 17 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər : 1. Başın sağ alın nahiyəsində dərialtı qansızma fonunda sağ gözün yuxarı qapaq nahiyəsində və sağ göz yarığının tamamilə qapanması ilə müşayət edilən hematoma və qapaq – konyuktivanın posttrvmatik kontuziyası küt bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 2. sol sağrının bayır səthində və sol budun yuxarı 1/3-nin tış hissəsində sıyrıqlar küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, müxtəlif şəraitlərdə o cümlədən də avtomobil ilə vurulması nəticəsində əmələ gəlməsi halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tаrixli, 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: 1. burun sümüyünün sol qanadında və sağ İİİ barmağın distal falanqasının minimal, yerdəyişən, çəp sınıqları küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. 2. sağ göz yuvası altı, burun beli nahiyəsində, başın sağ yarısında sağ alıngicgah-ənsə nahiyələrində geniş sahələri əhatə edən dərialtı qansızmalar, qapalı kəllə beyin travması və beyin silkələnməsi küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 3. Sağ qulaq arxası sahədə yumşaq toxumanın, sol əlin İİİ barmağın uc falanqasında kəsilmiş yaralar, döş qəfəsinin sol aşağı iç və sağ diz oynağının ön hissələrində bir qədər yuxarıda yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası iti kənara malik deşici-kəsici əşyanın (ola bilsin rezak və ya bıçağın) təsirindən, boynun ön aşağı və gövdənin arxa səthində, sol kürək nahiyəsinin yuxarı tış hissəsində əzilmiş-sıyrılmış yaralar, sağ əlin İİİ barmağın distal falanqasında yumşaq toxumanın əzilmiş yarası, sağ diz oynağının ön hissəsində yumşaq toxumanın əzilmiş-cırılmış və sağ diz oynağının ön və sağ baldırın yuxarı 1/3-nin iç səthində dərialtı qansızmalar küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlirlər, həm ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tаrixli, 18/01 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 - sağ diz oynağının ön hissəsində bir qədər yuxarıda yaranın İ-li sağaldığı və onun izi olan çapıq fonunda sağ diz oynağının ön səthində, əllədikdə fluktasiya (maye) ilə nəticələnən sağ diz oynağında hərəkətlərin bir qədər məhdudluğu iti kənara malik deşici - kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartoçkasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartoçkasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Sumqayıt şəhər 21 saylı MKS-nin rəisi R.Ağayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Sumqayıt şəhər 21 saylı MKS-nin rəisi R.Ağayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 175 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan Sumqayıt şəhər 21 saylı MKS-nin rəisi R.Ağayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri cinayət əməllərində müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onların əməli müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 verdikləri apellyasiya şikayətində Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Tafiq oğluna cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən halların onun əməlində olmamasına görə cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən halların onun əməlində olmamasına görə cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırması zamanı təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nisbətən yüngül cəza, yəni islah işləri cəzası təyin olunmasını onların şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, təqsirləndirilən şəxslər yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi onlar, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı övladı olmaqla ailəli olması, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Dördüncüsü, təqsirləndirilən şəxslər ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnların müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onların islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxslərin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onlar, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onların barəsində islah işləri cəzasının təyin edilməsi onların hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onların gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni islah işləri cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədənsаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar