Məhkəmə qərarları › İş №1(107)-364/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-364/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-364/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X7 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X14, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X27, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(037)-38/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 27 iyul 2021-ci il tarixli 1(037)- 38/2021 nömrəli hökmü ilə xx xxx 1973-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması,bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs edillməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının həbsə alındığı andan - 27 iyul 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yerinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilməsi, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması, ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi, xx xxxxxx 1989-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum edilməmiş, İsmayıllı şəhəri N.Behdiyev küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, bаrəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu andan - 04 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübutlar - İsmayıllı Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kağız bükümdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0.167 qram çəkidə narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış cəmi 0.386 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpiyin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı –adı X4, kod210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi, iş üzrə mülki iddia tələbinin olmaması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı şəhəri N.Behdiyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşadığı evin qarşısında qonşusu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,217 qram təşkil edən narkotik vasitə heroini 10 manat pul müqabilində alaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib növbətçi hissəsinin qarşısında üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 0,217 qram çəkidə kustar üsula hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,081 qram, 0,093 qram, 0,209 qram, 0,217 qram olmaqla kağız və sellofan bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, 04 mart 2021-ci il tarixdə saat 11 radələrində həmin narkotik vasitə olan heroinin 0,217 qram çəkidə olan hissəsini qonşusu Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin qarşısında 10 manata satmış, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən 04 mart 2021-ci il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki şalvarın sağ cibindən həmin 0,217 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı Rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın qabaq sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda 03 ədəd kağız bükümlərdə 0,083 qram, 0,081 qram, 0,093 qram, 01 ədəd sellofan bükümdə 0,209 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 234.1–ci maddəsi ilə Təqsirləndirilən şəxs1 isə CM-in 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Hökmdən Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il hökmünü ləğv edib barəsində daha ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, onun əməlinin CM-in 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti, verilmiş apellyasiya şikayələrinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun etdiyi cinayət əməli düzgün tövsif olunmamışdır. Belə ki, onun narkotik vasitəni heç kimə satmaq məqsədi olmamışdır. Ona görə də əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığı yalnız onun işin faktiki hallarına uyğun olmayn ifadəsinə əsaslanmışdır. Bundan başqa, cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri özünün istifadəsi üçün qablaşdırılmışdır. 30 mart 2021-ci il tarixli 808 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailə tərkibi özündən, 1965-ci il təvəllüdlü atası X20, 1962-ci il təvəllüdlü anası X9, 1988-ci və 1999-cu il təvəllüdlü bacıları Fərqanə və Arzudan ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü qanuni və əsaslı hesab edilə bilməz. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilməlidir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, narkotik vasitənin satıcısı olmamış, sadəcə narkotik vasitənin istifadəçisidir. Əməlindən peşmandır. Məhkəmədə iştirak edən hal şahidləri belə onu tanımırlar. Üç bükümdə olan narkotik vasitə ona aid olmuş, həmin narkotik vasitəni onun cibinə qoymamışlar. Lakin polis şöbəsində ona təzyiqlər olub ki, kiminsə üzünə dursun. Polis şöbəsində onu döymüşlər. Həmin narkotik vasitəni Sumqayıt şəhərində tapmışdır. Ədalətli qərar qəbul edlməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, narkotik maddədən istifadə etsə də, daha sonra müalicə alaraq sağalmışdır. Bir müddət sonra İsmayıllı şəhərinə gəlib narkotik vasitə axtarmağa başlamışdır. Özü ev ustasıdır. Narkotik vasitə axtarmağı barədə qonşusuna bildirmişdir. O da narkotikin özündə olduğunu və istifadə üçün verə biləcəyini bildirmişdir. Qonşundan bir miqdar götürüb ağrılarını çıxartmaq üçün istifadə etmişdir. Narkotik vasitəni qonşu Talehdən almışdır. Sonra onu üstündə narkotik vasitə ilə tutub polis şöbəsinə aparmışlar. Ondan narkotik vasitəni haradan aldığını soruşmuşlar, o da narkotikin ona pulsuz, istifadə üçün verildiyini bildirmişdir. Bundan sonra onu polis şöbəsində döyərək demişlər ki, həmin narkotik vasitəni 10 manata aldığını boynuna alsın, yoxsa yaşadığı evdən də narkotik vasitə çıxaracaqlar. Polis şöbəsində döyülməsi barədə heç kimə deməmiş, şikayət etməyə qorxmuşdur. Onu polis şöbəsində iki gün saxlamışlar. Döyülməsi barədə həkimə müraciət etməmişdir. Ona daha yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 Qulizadənin barəsində verilmiş apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək həmin şikayətlərin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X1 Osmanovun apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X14 apellyasiya şikayətlərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(037)-38/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evindən çıxıb ərzaq almaq üçün mağazaya gedərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etdikdə etiraz etməmiş və onlar birlikdə polis şöbəsinə getmişlər. Bundan sonra onun, dəvət olunmuş iki nəfər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, üzərindəki bir bükümdə olan heroini əynindəki qara rəngli şalvarın sağ cibindən çıxararaq təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitəsinin çəkisi müəyyən olunmuş və polis əməkdaşları ondan həmin narkotik vasitəsini haradan əldə etdiyini soruşmuşlar. O, həmin narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manat pula aldığını etiraf etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. 06 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən ona yaşadığı evə baxış keçirmək istədikləri bildirildikdə o etiraz etməmiş və onlar birlikdə yaşadığı evinə getmişlər. Orada polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə evinə baxış keçirilmiş, lakin evindən və evin həyətyanı sahəsindən narkotik vasitə aşkar olunmamışdır. Üzərində narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Ailədə evə gəlir gətirən yeganə şəxs odur, qeyd etdiyi halı cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı şəhəri ərazisində yolun kənarı ilə gedərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polislər ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. O, etiraz etməyərək birlikdə polis şöbəsinə getmişlər. Şöbənin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Onun, dəvət olunmuş hal şahidlərinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynindəki şalvarın cibindən içində heroin olan 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisində içərisindən 02 ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülülərdən biri açıldıqda içərisindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Digər sellofan bükülü də açılmış, həmin bükülünün içərisindən 03 ədəd kağız bükümlərdəki heroin aşkar edilmişdir. Sorğu zamanı o, heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış niyyətinin olmadığını, həmin narkotik vasitəsini 28 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindəki avtomobil bazarının kənarından tapdığını bildirmişdir. Aşkar edilmiş heroin kağız bükülülər ilə birlikdə çəkilərək çəkisi müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilsə də üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. 05 mart 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evinə baxış keçirmək istədiklərini bildirdikdə etiraz etməmişdir. Onun yaşadığı evinə və evin həyətyanı sahəsinə anası Rəsmiyə Quliyevanın iştirakı ilə baxış keçirilmiş, lakin evindən və həyətyanı sahəsindən narkotik maddə aşkar olunmamışdır. 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə istəmiş, bu zaman o, Sumqayıt şəhərindəki avtomobil bazarının kənarından tapdığı həmin narkotik vasitənin bir bükümünü təmənnasız olaraq Rövşənə vermişdir. O, Rövşənə və başqa kimsəyə narkotik vasitə satmamışdır. Onun təqdim etdiyi narkotik vasitə olan heroini satış məqsədi ilə saxlamamış, ozü mütəmadi həmin vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq ayrı-ayrı bükümlərdə saxlamaqda məqsədi isə onları rahat şəkildə üzərində gəzdirmək və ailə üzvərini şübhələndirməmək olmuşdur. Həmin narkotik vasitələri gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X22 ifadə verərək göstərmişdir ki, əməliyyat məlumatı əsasında 04 mart 2021-ci il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Rövşən yaşadığı evin yaxınlığındakı küçədən keçərkən özlərini Təqsirləndirilən şəxs2 təqdim etmişlər. Onlar sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyаt tədbirinin кеçirilməsi hаqqındа qərаr qəbul edildiyini bildirmişlər. Onlar Rövşəni həmin qərarla tаnış еdərək üzərində şəхsi ахtаrış аpаrılmаsı məqsədilə İsmayıllı RPŞ-nə getməsini təklif etmişlər. Rövşən etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbənin növbətçi hissəsində Rövşən müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. İki nəfər hal şahidi dəvət edilmiş, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Rövşən üzərində bir bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək əynindəki şalvarın cibindən bir ədəd ağ rəngli kağız bükülü çıxararaq təqdim etmişdir. Bükülü açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyə malik maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs2 bükümdə olan maddənin heroin olmasını, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Sorğu davam etdirilərkən Rövşən həmin narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manata aldığını etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitənin çəkisi müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən əlavə narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri N.Behdiyev küçəsində yerləşən yaşadığı evin yaxınlığında olarkən yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Talehi üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, barəsində əməliyyаt tədbirinin кеçirilməsi hаqqındа qərаr qəbul edildiyini bildirərək sonuncunu həmin qərarla tаnış еdərək üzərində şəхsi ахtаrış аpаrılmаsı məqsədilə birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Şöbənin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs kimi tutulmuşdur. İki nəfər şəxs hal şahidi dəvət edilmiş, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Taleh üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisindən 02 ədəd sellofan bükülü çıxmış, bükülülərdən biri açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Digər sellofan bükülü açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyə malik 03 ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitəsinə oxşar maddə aşkar edilmişdir. Bükülülərdə olan maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs1 maddənin heroin olmasını, ona məxsus olduğunu, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını, narkotik vasitələrini 28 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindəki maşın bazarı ərazisindən tapdığını, heroindən arabir istifadə etdiyi üçün öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükülülərin çəkiləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, protokolun doğruluğu imzalarla təstiq edilmişdir. 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evinə və həyətinə sonuncunun razılığına əsasən valideyininin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evdən və həyətyanı sahədən narkotik maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana sonuncunun razılığı ilə baxış keçirilmiş, baxış zamanı evdən və həyətyanı sahədən narkotik maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş həmin bir ədəd bükümdə heroin narkotik vasitəsini qonşusu Təqsirləndirilən şəxs1 10 manata alması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş İsmayıllı RPŞnin digər əməkdaşları X16, X17, X10 və X21 şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə saat 17:10-da İsmayıllı şəhərinin H.Əliyev prospektində piyada gedərkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və şöbədə bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirəcəklərini, onun da həmin prosesdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Razılıq vermiş və polis işçiləri ilə birlikdə şöbəyə gedərək növbətçi hissəsinin önündə ona, habelə dəvət olunan digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə müdafiəçinin və onların iştirakı ilə əvvəllər tanımadığı Rövşən adlı şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl polislər tərəfindən Rövşənə üzərində narkotik vasitə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Rövşən üzərində bir bükümdə heroin olduğunu bildirərək əynindəki şalvarın cibindən bir ədəd ağ rəngli kağız bükülünü çıxararaq təqdim etmişdir. Bükülü açıldıqda içərisindən qəhvəyi rəngli bir maddə aşkar edilmişdir. Rövşən bükümdə olan maddənin heroin olmasını, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını, narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Talehdən 10 manata aldığını etiraf etmişdir. Həmin maddə çəkilərək çəkisi müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Rövşənin üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş X12 da şahid Eltac Məlikov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə saat 19:50-də İsmayıllı şəhəri H.Əliyev prospektində piyada gedərkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra ona polis şöbəsində bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirəcəklərini, onun da həmin prosesdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O etiraz etməyərək polis işçiləri ilə birlikdə şöbəyə getmişdir. Şöbənin növbətçi hissəsinin önündə ona və dəvət olunan digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, sonra isə müdafiəçinin də iştirakı ilə əvvəllər tanımadığı Taleh adlı şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Talehə üzərində narkotik vasitə olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Taleh üzərində bir kibrit qutusunun içərisində narkotik vasitə olan heroin olduğunu demiş və əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisində iki ədəd sellofan bükülü olması məlum olmuşdur. Bükülülərdən biri açıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, digər sellofan bükülü açıldıqda orada da qəhvəyi rəngli 03 ədəd ağ rəngli kağız bükümlərdə maddə aşkar edilmişdir. Taleh iki ədəd sellofan bükülülərdə olan maddələrin heroin olmasını, maddələrin ona məxsus olduğunu, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəni haradan əldə etdiyi barədə soruşulduqda isə Taleh heroini 28 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindəki maşın bazarı ərazisindən tapdığını, heroindən arada istifadə etdiyi üçün götürüb saxladığını bildirmişdir. Həmin maddələr sellofan bükülü halında elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən olunmuşdur. Bükülüdəki maddələr elə kibrit qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Talehin üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 da şahid Qabil Hüseynov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan: 04 mart 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli 01 (bir) ədəd kağız bükümdə, heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilərək götürülmüşdür. 04 mart 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən 02 ədəd sellofan bükülülərdə, heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilərək götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsinə dair” 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 04 mart 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroini qonşusu Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri N.Mehdiyev küçəsi ev 17 ünvanında, yaşadığı evi yaxınlığında yerləşən küçədə satmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri N.Mehdiyev küçəsini göstərərək bir ədəd bükümdə narkotik vasitə olan heroini həmin küçədə qonşusu Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında 05 mart 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manat pul qarşılığında aldığını, Təqsirləndirilən şəxs1 isə həmin heroini qeyd edilən tarixdə və saatda sonuncuya 10 manat pul qarşılığında satdığını bir-birlərinin üzünə qarşı söyləmişlər. Məhkəmə-kimyəvi еkspеrtizаsının 05 mart 2021-ci il tarixli 17/169 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “04.03.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -0.217 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq ümumi təmiz çəkisi 0.167 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir. Məhкəmə-kimyəvi еkspеrtizаsının 05 mart 2021-ci il tarixli 17/170 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş toz.....” sözləri yazılmış zərfin içərisində, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,083 qr., -0,081 qr., -0,093 qr., 01 (bir) sellofan bükümdə təmiz çəkisi -0,209 qr., ümumi təmiz çəkisi – 0.466 qram olan maddələr kustra üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq ümumi təmiz çəkisi 0.386 qram qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhкəmə-nаrkоlоji еkspеrtizаsının 15 aprel 2021-ci il tаriхli 393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitəsi olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhкəmə-nаrkоlоji еkspеrtizаsının 15 aprel 2021-ci il tаriхli 392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəsi olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 15 mart 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İsmayıllı Rayon Mərkəzi X19 Şəxsi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 02-02- 375/21 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı RMX-nın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı Rayon Mərkəzi X19 Şəxsi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 02-02- 374/21 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-nın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Nazirlik yanında Dövlət Sosial Müdafiə X37 Şəxsin 14 saylı regional ərazi filialından heç bir sosial müavinət, təqaüd və pensiya almır. 30 mart 2021-ci il tarixli 808 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailə tərkibi özündən, 1965-ci il təvəllüdlü atası X20, 1962-ci il təvəllüdlü anası X9, 1988 və 1999-cu il təvəllüdlü bacıları Fərqanə və Arzudan ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Müstəntiqinin 04 mart 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 04 mart 2021-ci il tarixdə saat 20:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 4(037)-34/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 mart 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 3(üç) ay həddində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2019-cu il tarixli 1(037)-38/2021 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin sahiblərinin anket məlumatları, habelə həmin nömrələrin hansı İMEİ kodlu telefonlarda işləmələri, həmin nömrələrə 24 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək daxil olan və bu nömrələrdən çıxan zənglərə dair izahlı qaimələr, SMS mesajlarının yazılı mətnlərini, arayan və aranan zənglərə dair antena məlumatları və əlaqə saxlanılan nömrələrin istifadəçilərinə dair məlumatların "xxxx" MMCdən ələ keçirilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-dən təqdim edilmiş məlumatların əks olunduğu “CD” diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək olan dövr ərzində günün müxtəlif saatlarında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrələrindən qarşılıqlı olaraq bir-birilərinə dəfələrlə zənglər olunmuş və müəyyən vaxt hüdudlarında danışıqlar aparılmışdır. 16 mart 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli **********0 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Nazirlik yanında Dövlət Sosial Müdafiə X37 Şəxsin 14 saylı regional ərazi filialından heç bir sosial müavinət, təqaüd və pensiya almır. 30 mart 2021-ci il tarixli 809 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, 1961 və 1978-ci il təvəllüdlü bacıları Reyhan və Vəfadan ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Müstəntiqin 15 mart 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kağız bükümdə, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0.167 qram çəkidə narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış cəmi 0.386 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün İsmayıllı RPŞ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Müstəntiqinin 04 mart 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə saat 17:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 06 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:00-da saxlanıldığı İsmayıllı Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci, Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, şahidlər X22, X16, X17, X10, X21, X18, X12, X13 və X2 birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci, Təqsirləndirilən şəxs2 isə CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs1 əməli CM-in 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kolegiyası ona görə belə qənaətə gəlir ki, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlara əsasən, Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,081 qram, 0,093 qram, 0,209 qram, 0,217 qram olmaqla kağız və sellofan bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, 04 mart 2021-ci il tarixdə saat 11 radələrində həmin narkotik vasitə olan heroinin 0,217 qram çəkidə olan hissəsini qonşusu Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin qarşısında 10 manata satmış, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən 04 mart 2021-ci il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki şalvarın sağ cibindən həmin 0,217 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı RPŞ-nə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın qabaq sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda 03 ədəd kağız bükümlərdə 0,083 qram, 0,081 qram, 0,093 qram, 01 ədəd sellofan bükümdə 0,209 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların tərtib edilməsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən, heroin narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə kollegiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da, gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8), qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (mad.1.0.11) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbilədən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan qanun normasının mənası və plenum qərarının izahı baxımından, bununla yanaşı cinayət işinin faktiki hallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 özünün narkotik vasitələrdən istifadə etməsini bildirməsi, onun narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görülməsi, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,081 qram, 0,093 qram, 0,209 qram, 0,217 qram olmaqla kağız və sellofan bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlaması, satışa hazır vəziyyətə gətirməsi onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir və qeyd edilən çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə saxlamasını istisna etmir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi kimi, narkotik vasitələri yalnız şəxsi istehlakı üçün saxlaması barədə dəlillərinin doğruluğu digər mötəbər sübutlarla təsdiqini tapmır. Qeyd edilənlərlə yanaşı, digər təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,217 qram təşkil edən narkotik vasitə heroini 10 manat pul müqabilində aldığını göstərmişdir. Habelə "xxxx" MMC-dən təqdim edilmiş məlumatların əks olunduğu “CD” diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək olan dövr ərzində günün müxtəlif saatlarında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrələrindən qarşılıqlı olaraq birbirilərinə dəfələrlə zənglər olunmuş və müəyyən vaxt hüdudlarında danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni ona pulsuz verdiyini, həmin narkotik vasitəni ondan 10 manata aldığına dair ifadə verməsi üçün polis şöbəsində döyüldüyünü göstərsə də, kollegiya bu ifadəyə, habelə Təqsirləndirilən şəxs1 polis şöbəsində döyülməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslər həmin faktla bağlı bu vaxta qədər aidiyyəti orqanlara şikayət etməmiş, həkimə müraciət etməmiş, məhkəmədə verdikləri ifadələrində həmin məsələləri qeyd etməmişlər. Məhkəmə kollegiyasının iclasında hansı səbəbə görə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət vermədikləri soruşulduqda məntiqə və sübuta əsaslanan cavab verə bilməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Velikova Bolqarıstana qarşı iş üzrə 04.10.2000-ci il tarixli qərarında göstərilmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Beləliklə, aparılmış araşdırmanın nəticələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair həm təqsirləndirilən şəxsin, həm onun müdafiəçisinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Şahidlərin ifadələri, ekspert rəyləri və s. kimi hallar bir-birini tamamlayır, bir-biri ilə üst-üstə düşür, sübutlar arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.2-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs1 barədə seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmamasını, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olaraq CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətindən və onun apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı şəhəri N.Behdiyev küçəsi 17 saylı ünvanda yerləşən yaşadığı evin qarşısında qonşusu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,217 qram təşkil edən narkotik vasitə heroini 10 manat pul müqabilində alaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs2 qəti olaraq təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Təqsirləndirilən şəxs2 qаnunsuz оlаrаq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,217 qram təşkil edən narkotik vasitə heroini özündə saxlamaqla cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs2 cinayəti 0,15 qram şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 0, 217 qram) hesab olunan narkotik vasitə olan heroini istifadə etməklə törətməsi onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzаnı yüngülləşdirən halları və ağırlaşdıran hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Habelə, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X6 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxslərin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayətləri təmin edilmədən, İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(037)-38/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(037)-38/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar