Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-367/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsndə mühasib vəzifəsində işləyən X3, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən Hilal Xəlilov) 14 iyul 2022-ci il tarixli hökmü ilə, xx xxxxxxxx 1992-ci ildə Ucar rayonu, Pirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs sədri vəzifəsində işləmiş, Ucar rayonu, Pirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə əsas və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesab edilməsi, bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və o, məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində seçilmiş vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri ləğv edilməsi, iş üzrə maddi sübut olan 14 iyun 2021-ci il tarixli, 35887 nömrəli, 30 avqust 2021-ci il tarixli, 35888 nömrəli, 11 may 2018-ci il tarixli, 35876 nömrəli, 16 may 2018-ci il tarixli, 35877 nömrəli, 24 oktyabr 2018-ci il tarixli, 35878 nömrəli, 08 fevral 2019-cu il tarixli, 35879 nömrəli, 20 fevral 2019-cu il tarixli, 35880 nömrəli, 28 mart 2019-cu il tarixli, 35882 nömrəli, 12 mart 2019-cu il tarixli, 35883 nömrəli, 25 iyun 2019-cu il tarixli, 35884 nömrəli, 20 fevral 2019-cu il tarixli, 35881 nömrəli, 12 avqust 2020-ci il tarixli, 35885 nömrəli və 12 oktyabr 2020-ci il tarixli, 35886 nömrəli qəbzlər və eyni nömrəli xəzinə məxaric orderləri cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 226 (iki yüz iyirmi altı) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin və hökmün həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 4700 (dörd min yeddi yüz) manat məbləğində vəsait Zərərçəkmiş şəxs hesabına köçürülsün və hökmün həmin hissədə icrası Bakı şəhəri Səbail rayon icra şöbəsinə həvalə edilməsi, Zərərçəkmiş şəxsnə dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 179.2.4, 309.1 və 313-cü maddəsi ilə ittiham elan edilmişdir ki, ona görə ki, o, 29 aprel 2010-cu il tarixli, 3767 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs 15 dekabr 2017-ci il tarixdən sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin 09 aprel 2000-ci il tarixli, 4 nömrəli iclas qərarı ilə təsdiq edilmiş «Zərərçəkmiş şəxs Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçiləri vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X2»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar olunmuş əmlakı vahid niyyətlə mənimsəməklə talamaq məqsədilə 2018-2021-ci illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, iclas protokollarının gündəliyinə bələdiyyə büdcəsindən götürməyi nəzərdə tutduğu pul vəsaitlərinin hansı istiqamətdə xərclənməsinə dair məsələlərin salınmasını qəsdən təmin etməyərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "xxxx" MMC-nin Ucar poçt filialının Ucar rayonu, H.Əliyev prospekti 8 ünvanında yerləşən inzibati binasında tamah niyyəti ilə, yəni bələdiyyə büdcəsində olan pul vəsaitlərinin götürülməsi üçün nəzərdə tutulmuş qəbzlərdə (çek vərəqlərində) olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan Şahid11 Abduləhməd oğlunun əvəzindən imzalayıb vəzifə saxtakarlığı yolu ilə hazırladığı, həmçinin verdiyi tapşırığa əsasən sonuncu tərəfindən imzalanmasına nail olaraq əldə etdiyi qəbzlər (çek vərəqləri) əsasında "xxxx" MMC-nin Ucar poçt filialında olan Ucar rayonu Qaracallı bələdiyyəsinin AZ14AZPO******************** nömrəli hesabından müxtəlif məbləğdə, o cümlədən, 11 may 2018-ci ildə həmin tarixli 35876 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaların verdiyi tapşırığa əsasən cinayətdən xəbərsiz Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun tərəfindən imzalanmasına nail olmaqla həmin qəbz (çek) əsasında sonuncunun vasitəsilə 2.618 manat, eyni niyyətlə, 16 may 2018-ci ildə həmin tarixli 35877 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 500 manat, eyni niyyətlə, 24 oktyabr 2018-ci ildə həmin tarixli 35878 nömrəli qəbzdə (çeklərdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 500 manat, eyni niyyətlə, 8 fevral 2019-cu ildə həmin tarixli 35879 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 5.996,5 manat, eyni niyyətlə, 20 fevral 2019-cu ildə həmin tarixli 35880 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 9.002,36 manat, eyni niyyətlə, 20 fevral 2019-cu ildə həmin tarixli 35881 nömrəli qəbzin (çekin) ön üzündə olan “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzanı və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzanı Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 26 manat, eyni niyyətlə, 12 mart 2019-cu ildə həmin tarixli 35883 nömrəli qəbzin (çekin) ön üzündə olan “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzanı, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığanxəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 2.800 manat, eyni niyyətlə, 28 mart 2019-cu ildə həmin tarixli 35882 nömrəli qəbzin (çekin) ön üzündə olan “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzanı, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığanxəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü oxşadıb imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 200 manat, eyni niyyətlə, 25 iyun 2019-cu ildə həmin tarixli 35884 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaların isə verdiyi tapşırığa əsasən cinayətdən xəbərsiz Şahid11 Abduləhməd oğlu tərəfindən imzalanmasına nail olmaqla həmin qəbz (çek) əsasında sonuncunun vasitəsilə 3.200 manat, eyni niyyətlə, 12 avqust 2020-ci ildə həmin tarixli 35885 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığanxəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaların isə verdiyi tapşırığa əsasən cinayətdən xəbərsiz Şahid11 Abduləhməd oğlunun tərəfindən imzalanmasına nail olmaqla həmin qəbz (çek) əsasında sonuncunun vasitəsilə 2.100 manat, eyni niyyətlə, 12 oktyabr 2020-ci ildə həmin tarixli 35886 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb həmin qəbz (çek) əsasında 3.050 manat, eyni niyyətlə, 14 iyun 2021-ci ildə həmin tarixli 35887 nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaların isə verdiyi tapşırığa əsasən cinayətdən xəbərsiz Şahid11 Abduləhməd oğlunun tərəfindən imzalanmasına nail olmaqla həmin qəbz (çek) əsasında sonuncunun vasitəsilə 3.100 manat, eyni niyyətlə, 30 avqust 2021-ci ildə həmin tarixli 35888 nömrəli nömrəli qəbzdə (çekdə) “İmzalar” sözünün qarşısında “2” nömrəsi ilə nömrələnmiş imzaları Ucar rayon, Qaracallı bələdiyyəsinin vergi yığan-xəzinədarı Şahid11 Abduləhməd oğlunun əvəzinə özü imzalaqla saxtalaşdırıb, həmin qəbzin arxa üzündə “Çekdə göstərilən məbləği aldım imza:” sözlərinin və eyni nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” sözlərinin qarşısında olan imzaların isə verdiyi tapşırığa əsasən cinayətdən xəbərsiz Şahid11 Abduləhməd oğlunun tərəfindən imzalanmasına nail olmaqla həmin qəbz (çek) əsasında sonuncunun vasitəsilə 2.650 manat məbləğdə olmaqla, ümumilikdə 35.742,86 manat məbləğində pul vəsaitini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "xxxx" MMC-nin Ucar poçt filialında Ucar rayonu Qaracallı bələdiyyəsinin qeyd edilən hesabından götürüb həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə Ucar rayon, Qaracallı bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş cəmi 35.742,86 manat (otuz beş min yeddi yüz qırx iki manat səksən altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Ucar rayon, Qaracallı bələdiyyəsinə məxsus pul vəsaitlərinin prosedur qaydalar gözlənilməklə bələdiyyə məqsədlərinə uyğun düzgün sərf edilməsi və ona nəzarətin həyata keçirilməsi üzrə fəaliyyətini pozmaqla bələdiyyənin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində həbs ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində həbs ilə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında çıxış edən dövlət ittihamçısı kiçik-ədliyyə müşaviri X4 şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsndə mühasib vəzifəsində işləyən X6 təqsirləndirilən şəxsin qohumları tərəfindən Apellyasiya Məhkəməsi dövründə 15000 manat ödənildiyini, dövlət rüsumu çıxıldıqdan sonra bələdiyyənin balansına 14985 manatın oturduğunu qeyd edərək apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak edərək Ucar rayonu, Qaracallı bələdiyyəsinin üzvü seçilmişdir. Həmin seçkidə bələdiyyə sədri X7 olmuşdur. Lakin bir müddət sonra Ağakişi Kərimovun səhhətində yaranmış problemlər səbəbindən 2017-ci ilin dekabr ayının 15-dən etibarən bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclas nəticəsində o, bələdiyyə sədri seçilmiş, Həmin dövrdən etibarən bələdiyyə sədri vəzifəsini icra etmişdir. Bundan başqa növbəti dəfə 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində də iştirak etmiş və yenidən bələdiyyə üzvü seçilmişdir. 2020-ci ilin yanvar ayının 3-də keçirilmiş iclasda isə yenidən bələdiyyə sədri seçilmişdir. 2017-ci ilin dekabr ayında və 2020-ci ildə bələdiyyə sədri seçilmə ilə bağlı müvafiq iclaslar keçirilmiş və tərtib edilmiş iclas protokolu iştirak edən bələdiyyə üzvləri tərəfindən imzalanmışdır. Ucar rayon, Qaracallı bələdiyyəsinin sədri olduğu dövrdən etibarən bələdiyyə iclası keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişdir. Bu səbəbdən də protokollar bələdiyyə üzvləri tərəfindən imzalanmamışdır. Göyçay Regional Ədliyyə İdarəsinə göndərdiyi nüsxələr də imzasızdır. Ancaq son 4 ay müddətində regional ədliyyə idarəsinə də göndərilməmişdir. Həmçinin, 2021-ci il ərzində pandemiya ilə əlaqədar heç bir onlayn və ya real rejimdə iclas keçirilməmişdir. Bələdiyyənin ondan başqa daha iki işçisi vardır. Şahid11 bələdiyyənin vergi-toplayan xəzinədarı və Şahid8 bələdiyyənin mühasibi vəzifəsində işləmişlər. Ancaq hər iki şəxs rəsmi olaraq bələdiyyənin işçiləri olsa da, faktiki olaraq işə gəlməmişlə. O, yeni sədr seçildikdən sonra Şahid11 özü işə gəlib-getməmişdir. Onsuz da bələdiyyə büdcəsində adı çəkilən şəxsə əməkhaqqı verilə bilmədiyindən Şahid11 işə çağırmamışdır. Bir müddət həmin iş icrasız qaldığından məcbur qalaraq həmin işi icra etməsi üçün 2018-ci ilin sonlarından etibarən Şahid7la qeyri-rəsmi olaraq şifahi razılaşmışdır. Şahid7 həmin işi icra etməsi üçün nağd olaraq aylıq 200 manat əməkhaqqı əlbəəl təqdim etmişdir. Bəzi hallarda 180, bəzi hallarda isə 220 manat olmuşdur. Şahid7 bildirdiyi kimi yaşlı və vergi ödəmək üçün poçta gedə bilməyən sakinlərin vergi ödənişləri Şahid7 vasitəsilə əlbəəl alınaraq ona təqdim edilmiş və həmin pullar həqiqətən də poçt vasitəsilə bələdiyyənin büdcəsinə köçürülmüşdür. Bələdiyyə büdcəsindən poçt vasitəsilə çıxarılmış 35742 manat 86 qəpik pul vəsaitinə görə təqsirkar olduğunu tam səmimi etiraf edir. Həmin pulları poçtdan özü çıxarmış, Şahid11 tərəfindən poçtdan 5 halda ayrı-ayrı vaxtlarda götürülmüş pul vəsaitlərinin hamısı ona təqdim edilmişdir. Şahid11 heç nədən xəbəri olmamışdır. Pulları çıxarıb ona verməsini o, özü xahiş etmişdir. Poçta təqdim edilmiş sənədlər onun tərəfindən saxtalaşdırılmışdır. Bəzi sənədlərdə isə poçtda pulları təhvil alıb ona təqdim edən Şahid11 imza atmışdır. Ondan başqa sənədlərə heç kim imza atmamış və bu barədə heç kəsin məlumatı olmamışdır. Yəni ümumilikdə 13 halda poçtdan götürülmüş pul vəsaitləri birbaşa onun özü tərəfindən ələ keçirilmişdir. 14 iyun 2021-ci il tarixli 35887 nömrəli qəbz əsasında 3100 manat, 30 avqust 2021-ci il tarixli 35888 nömrəli qəbz əsasında 2650 manat, 11 may 2018-ci il tarixli 35876 nömrəli qəbz əsasında 2618 manat, 16 may 2018-ci il tarixli 35877 nömrəli qəbz əsasında 500 manat, 24 oktyabr 2018-ci il tarixli 35878 nömrəli qəbz əsasında 500 manat, 08 fevral 2019-cu il tarixli 35879 nömrəli qəbz əsasında 5996,50 manat, 20 fevral 2019-cu il tarixli 35880 nömrəli qəbz əsasında 9002,36 manat, 20 fevral 2019-cu il tarixli 35881 nömrəli qəbz əsasında 26 manat, 28 mart 2019-cu il tarixli 35882 nömrəli qəbz əsasında 200 manat, 12 mart 2019-cu il tarixli 35883 nömrəli qəbz əsasında 2800 manat, 25 iyun 2019-cu il tarixli 35884 nömrəli qəbz əsasında 3200 manat, 12 avqust 2020-ci il tarixli 35885 nömrəli qəbz əsasında 2100 manat və 12 oktyabr 2020-ci il tarixli 35886 nömrəli qəbz əsasında 3050 manat olmaqla Ucar rayon, Qaracallı bələdiyyəsinə məxsus ümumilikdə 35.742,86 manat məbləğində pul vəsaiti "xxxx" MMCnin Ucar poçt filialından nağdlaşdırılaraq götürülmüşdür. Qeyd olunan pul vəsitlərinin az bir hissəsi vergidən yığılan, bir hissəsi dövlət tərəfindən ayrılan dotasiya, qalan hissəsi isə icarəyə verilmiş torpaq sahələrindən gələn pullar olmuşdur. Qeyd olunan pul vəsaitlərinin büdcədən çıxarılması üçün heç bir iclas keçirilməmiş və protokol tərtib edilməmişdir. Həmçinin heç bir bələdiyyə üzvü tərəfindən hər hansı protokola imza atılmamışdır. Ona görə özünü bu məsələdə günahkar və təqsirli bilir. Özünü qismən təqsirli bilməyinin səbəbi isə həmin pul vəsaitlərini poçtdan çıxardıqdan sonra Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid10 verməyi olmuşdur. Məhkəmədən himayəsində 3 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini və dəymiş ziyanın bir hissəsini ödəməsini nəzərə alaraq ona təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzaların aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs Ucar rayonu Qaracallı Bələdiyyəsinin sədri X8 məhkəməyə ərizə ilə müraciət edib xidməti vəzifəsi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2010cu ildən Ucar rayonu, Qaracallı kənd 2 nömrəli orta məktəbdə tarix müəllimi işləyir. 2015-ci ildə keçirilmiş bələdiyyə seçkilərində Ucar rayon, Qaracallı bələdiyyəsinin üzvü seçilmişdir. 2015-ci ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi olaraq bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmiş və Ağakişi Kərimov bələdiyyə sədri seçilmişdir. 2017-ci ildə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə etdiyi qanunsuzluqlar barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ucar rayonu, Qaracallı kənd 1 nömrəli orta məktəbdə mühasib işləyir. 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində Ucar rayon, Qaracallı bələdiyyəsinin üzvü seçilmişdir. Həmin bələdiyyə seçkilərinin nəticəsi olaraq keçirilmiş ilk iclas nəticəsində səsvermə yolu ilə Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. Ancaq bundan sonra heç vaxt heç bir bələdiyyə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə etdiyi qanunsuzluqlar barədə məlumatı olmamışdır. Şahid11 və Şahid8 Ucar rayonu, Qaracallı bələdiyyəsində işləyib-işləməməsi, həmçinin Sərkar Həsənovun Şahid11 əvəzinə qeyrirəsmi olaraq bələdiyyə vergilərinin yığılması işinə cəlb edilməsi və bələdiyyə büdcəsindən ayrı-ayrı vaxtlarda 13 ədəd qəbz (çek) əsasında ümumilikdə 35742 manat pul vəsaitinin götürülməsi barədə məlumatı olmamışdır. Həmin pulların hansı istiqamətə xərclənməsi barədə bələdiyyə iclası təşkil edilməmiş, heç bir iclasda iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində Ucar rayon, Qaracallı bələdiyyəsinin üzvü seçilmişdir. Keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi olaraq bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmiş və Ağakişi Kərimov bələdiyyə sədri seçilmişdir. 2017-ci ildə dəqiq xatırlamadığı tarixdə Ağakişi Kərimovun səhhətində problem yarandığından vəzifəsindən imtina etmiş və bələdiyyə sədri vəzifəsi boş qalmışdır. Bununla bağlı yeni iclas keçirilmiş və sonradan Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. 2019-cu ildə isə yenidən seçkilər keçirilmişdir. Həmin seçkilərdə də bələdiyyə üzvü seçilmişdir. İlk iclas keçirilmiş və Təqsirləndirilən şəxs səsvermə yolu ilə bələdiyyə sədri seçilmişdir. Ancaq bundan sonra heç vaxt heç bir bələdiyyə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə etdiyi qanunsuzluqlar barədə məlumatı olmamışdır. Şahid11 və Şahid8 Ucar rayonu, Qaracallı bələdiyyəsində işləyib-işləməməsi, həmçinin Sərkar Həsənovun Şahid11 əvəzinə qeyri-rəsmi olaraq bələdiyyə vergilərinin yığılması işinə cəlb edilməsi və bələdiyyə büdcəsindən ayrı-ayrı vaxtlarda 13 ədəd qəbz (çek) əsasında ümumilikdə 35742 manat pul vəsaitinin götürülməsi barədə məlumatı olmamışdır. Həmin pulların hansı istiqamətə xərclənməsi barədə bələdiyyə iclası təşkil edilməmiş, heç bir iclasda iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Ucar rayon, Qaracallı bələdiyyəsinin sədri kimi tanıyır. Təxminən 2018-ci ilin sonlarına doğru Təqsirləndirilən şəxs bələdiyyə vergilərinin yığılması üçün işçi axtardığını eşitmişdir. O, həmin dövrdə maddi cəhətdən çox ciddi sıxıntılar keçirdiyindən həmin işi icra etmək qərarına gəlmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq bələdiyyə vergilərinin yığılması işinə qəbul olunmaq istədiyini bildirmişdir. Təxminən, 2019-cu ilin sonuna qədər qeyd olunan ərazi üzrə, yəni Qaracallı, Pirkənd və Küçəkənd kəndlərində bələdiyyə bildirişlərinin paylanması və vergilərin yığılması işini icra etmişdir. Yaşlı və vergi ödəmək üçün poçta gedə bilməyən sakinlərin vergi ödənişlərini isə onlardan əlbəəl alıb, özünün tərtib etdiyi dəftərə qeyd edərək nağd şəkildə Təqsirləndirilən şəxs təqdim etmişdir. Yaşlı şəxslərin sayı 10 nəfər olardı. Ancaq hazırda həmin məbləği dəqiq xatırlamır. Tərtib etdiyi dəftəri işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs təhvil vermişdir. Ancaq Təqsirləndirilən şəxs həmin məbləğləri bələdiyyə büdcəsinə köçürübköçürmədiyini dəqiq bilməmişdir. O, həftənin beş günü bələdiyyənin binasına gedərək Təqsirləndirilən şəxs bildirişləri alıb sakinlərə paylamaq üçün kəndləri gəzmişdir. Qeyd olunan işləri qeyri-rəsmi olaraq icra etmiş, rəsmi olaraq bələdiyyənin işçisi olmamışdır. Təqsirləndirilən şəxsla şifahi razılaşma əsasında qeyd olunan işi həyata keçirmişdir. Danışığa əsasən Təqsirləndirilən şəxs ona hər ayın sonunda 180-220 manat aralığında əmək haqqı vermişdir. Şahid11 Əbduləhəd oğlunun rəsmi olaraq Ucar rayon, Qaracallı bələdiyyəsi vergi toplayan-xəzinədar vəzifəsində, yəni onun faktiki qeyri-rəsmi olarq icra etdiyi vəzifədə işləməsi barədə məlumatı olmamışdır. Şahid8 Ucar rayon, Qaracallı bələdiyyəsində mühasib vəzifəsində işləməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ali təhsili olmadığından uzun müddət işsiz qalmışdır, sonradan isə fəhləlik edərək özünü dolandırmağa başlamış və Göyçay rayonunda günəmuzd fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs onun doğma bibisi Şərafət Cəfərovanın yeganə oğludur. Təqsirləndirilən şəxsla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarından etibarən Ucar rayon, Qaracallı bələdiyyəsinin sədri olmuşdur. Təqsirləndirilən şəxs heç vaxt onu bələdiyyədə hansısa işə dəvət etməmişdir. Həmçinin onun tərəfindən də belə bir təşəbbüs irəli sürülməmişdir. Onun savadı olmadığından sənədlərlə işləmək onun üçün çox çətindir. O heç vaxt Ucar rayon, Qaracallı bələdiyyəsində mühasib vəzifəsində işləməmişdir. Hansı tarixdən qeyd olunan vəzifəyə təyin olunmağı barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona məxsus hər hansı sənədi tələb etməsini xatırlamır. Əslində buna ehtiyac da yoxdur. Çünki bibisi oğlu olduğundan onunla bağlı bütün məlumatlar onsuz da Təqsirləndirilən şəxs olmuşdur. Ucar rayon, Qaracallı bələdiyyəsindən hər hansı məbləğdə əmək haqqı almamışdır, həmçinin bununla bağlı heç bir sənədə imza atmamışdır. Zərərçəkmiş şəxs büdcəsindən hər hansı məbləğdə pul çıxarılması və xərclənməsi barədə məlumatı yoxdur. O, cəmisi bir dəfə 2018-ci ilin yanvar ayında fəhlə kimi Pirkənd, Küçəkənd və Qaracallıda qəbirstanlıqların ətrafını kol-kosdan təmizləmiş və bunun üçün də iki nəfərə ümumilikdə 270 manat zəhmət haqqı almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 1994-cü ildən "xxxx" MMC-nin Ucar poçt filialında işləyir. Hazırda Ucar poçt filialının müştəri xidmətləri şöbəsinin məsul əməliyyatçısı vəzifəsini icra edir. Vəzifəsi əməliyyatçı kimi universal poçt xidmətini həyata keçirməkdən ibarətdir. Buna vətəndaşların pul köçürməsinin icra edilməsi, teleqram vurulması, kommunal ödənişlərin icra edilməsi, beynalxalq poçt göndərişlərinin icra edilməsi və s. aiddir. Bələdiyyələr cari hesablarından pul çıxarmaq məqsədilə əməliyyatın icra edilməsi üçün poçta müraciət edərkən ilk öncə poçtun baş mühasibinə yaxınlaşır və balansda olan məbləği öyrənir. Bundan sonra isə bələdiyyə sədri bələdiyyəyə məxsus çek kitabçasına müvafiq məbləği yazaraq bələdiyyəyə məxsus möhürlə möhürləyib, həm özü, həm də xəzinədar tərəfindən imzalamaqla poçtun əməliyyatçasına təqdim edir. Əməliyyatın davamında isə ya xəzinədar, yoxdursa bələdiyyə sədri xəzinə məxaric orderinə imza atmaqla pul vəsaitini təhvil alır. Qeyd olunan sənədlərin bir nüsxəsi də poçtda saxlanılır. 25 iyun 2019-cu il tarixli 35884 nömrəli, 12 avqust 2020-ci il tarixli, 14 iyun 2021-ci il tarixli və 30 avqust 2021-ci il tarixli 35888 nömrəli qəbzlər əsasında həyata keçirilən əməliyyatlar onun tərəfindən icra olunmuşdur. Həmin qəbzlər əsasında müvafiq olaraq 3200 manat, 2100 manat, 3100 manat və 2650 manat məbləğində pul vəsaitləri götürülmüşdür. Pul vəsaitləri Ucar rayon, Qaracallı bələdiyyəsinin möhürü ilə möhürlənmiş, həm bələdiyyə sədri, həm də xəzinədarın imzası ilə təsdiqlənmiş qəbzlər əsasında bələdiyyənin xəzinədarı Şahid11 təhvil verilmişdir. Digər məbləğlər isə poçtun keçmiş işçisi, 2020-ci ildə vəfat etmiş Cümşüd Şükürov tərəfindən təhvil verilmişdir. Cümşüd Şükürov poçtda baş mühasib kimi işləmişdir. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs Şahid11 olmadan poçta gəlib pul götürmək istəyərkən o, bundan imtina etmişdir. Həmin vaxt Cümşüd Şükürov ona izah etmişdir ki, bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs bələdiyyənin maddi məsul şəxsdir və pul vəsaitləri ona da təhvil verilə bilər və bu proses tam olaraq qanunidir. Ancaq yenə də ehtiyat edərək pulları təhvil verməmiş, həmin vaxt Cümşüd Şükürov özü pulları Təqsirləndirilən şəxs təhvil vermişdir. Qəbzlərdəki imzalardan da görünür ki, pulları təhvil verən icraçı şəxs elə Cümşüd olmuşdur. Ancaq pulların bələdiyyə sədrinə verilməsində də heç bir qanun pozuntusu yoxdur. Ümumilikdə müvafiq işçi olmadığından və ya poçta gələ bilmədiyindən pul bələdiyyə sədrinə verilə bilər. Şahid11 ancaq 11 may 2018-ci il tarixli 35876 nömrəli qəbzi yox, qeyd etdiyi dörd halda da qəbzləri verməklə pulları təhvil almışdır. Çünki həmin əməliyyatları o, özü icra etmişdir. Şahid11 yaşlı insandır, ola bilər ki, hazırda xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, Ucar Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri baş memarı vəzifəsində işləyir. Vəzifəsi rayon ərazisində olan fərdi yaşayış evlərinin layihələrinin uyğunluğunun yoxlanılması, sahibkarlıq obyektlərinin layihələrinin təsdiq edilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi, ümumi şəhərsalma prosesinə nəzarətdən ibarətdir. Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Həmçinin, Təqsirləndirilən şəxs atası Azər Cəfərovu da elə həmin dövrdən etibarən tanımışdır. Təqsirləndirilən şəxs 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində Ucar rayon, Qaracallı bələdiyyəsinin üzvü seçilmiş, 2017-ci ildə həmin bələdiyyənin sədri Ağakişi Kərimov səhhəti ilə əlaqədar özü vəzifəsini icra edə bilmədiyindən vəzifəsindən çıxdıqdan sonra Təqsirləndirilən şəxs həmin bələdiyyəyə sədr seçilmişdir. Təqsirləndirilən şəxs tanıdığı qədər məsuliyyətsiz, iş yarıtmaz və yalana meyilli insandır. Həmçinin, Təqsirləndirilən şəxs fəaliyyəti dövründə etdiyi qanunsuzluqlardan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özünün törətmiş olduğu cinayət əməllərini ört basdır etmək üçün haqsız yerə onun adını çəkmişdir. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsindən çıxardığı pul vəsaitlərindən ona hər hansı məbləğdə verməsi barədə deyilənlər tamamilə yalandır. Onun avtomobilinin modelini və nömrəsini bilməsi normaldır. Çünki, o, özü də, Qaracallı kəndində yaşayır və ora kiçik bir ərazi olduğundan hamı bir-birini tanıyır. Təqsirləndirilən şəxs 2019-cu ilin sonunda Ucar rayonunun mərkəzində 5.000 manat məbləğində pul vəsaitini onun təkidi ilə Pirkənd kəndində yaşadığı həyət evinin darvazasının qarşısında ona məxsus “Mercedes-Benz markalı”, “S” class modelli, sonu 979 dövlət qeydiyyat nişanlı avtomobildə verilməsi barədə deyilənlər yalandır. Həmçinin, sədr seçildikdən 10 gün sonra atası Azər Cəfərovun iştirakı ilə “Mercedes Benz” markalı avtomobilində işləməyinə şərait yaratmaq və ümumi himayədarlıq etmək adı ilə 10000 manat pul almağı da yalandır. Bundan başqa bələdiyyəyə məxsus 4 həyətyanı torpaq sahəsində tikinti işlərinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs 2018-ci ildə dəqiq xatırlamadığı tarixdə 6000 manat rüşvət tələb edərək alması barədə göstərilənlər həqiqəti əks etdirmir. Torpaq sahəsinə tikinti işlərinə icazə verilməsi üçün bələdiyyə yox, yalnız vətəndaş özü müraciət edə bilər. Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almamış və kiməsə hansısa pulun çatacağını deməmiş, tamamilə cəfəngiyyatdır. Təqsirləndirilən şəxs pulları özü keyfinə, eyş-işrətə xərcləmişdir. Təqsirləndirilən şəxs ilə görüşdüyü həqiqətdir. Ancaq görüşün səbəbi Asifin onun barəsində istintaqa yalan məlumatlar verməsi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində Ucar rayon, Qaracallı bələdiyyəsinin üzvü seçilmişdir. Keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi olaraq bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmiş və Ağakişi Kərimov bələdiyyə sədri seçilmişdir. 2017-ci ildə dəqiq xatırlamadığı tarixdə Ağakişi Kərimovun səhhətində problem yarandığından vəzifəsindən imtina etmiş və bələdiyyə sədri vəzifəsi boş qalmışdır. Bununla bağlı yeni iclas keçirilmiş və Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. 2019-cu ildə isə yenidən seçkilər keçirilmişdir. Həmin seçkilərdə də bələdiyyə üzvü seçilmişdir. İlk iclas keçirilmiş və Təqsirləndirilən şəxs səsvermə yolu ilə bələdiyyə sədri seçilmişdir. Ancaq bundan sonra heç vaxt heç bir bələdiyyə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə etdiyi qanunsuzluqlar barədə məlumatı olmamışdır. Şahid11 və Şahid8 Ucar rayonu, Qaracallı bələdiyyəsində işləyib-işləməməsi, həmçinin Sərkar Həsənovun Şahid11 əvəzinə qeyri-rəsmi olaraq bələdiyyə vergilərinin yığılması işinə cəlb edilməsi və bələdiyyə büdcəsindən ayrı-ayrı vaxtlarda 13 ədəd qəbz (çek) əsasında ümumilikdə 35742 manat pul vəsaitinin götürülməsi barədə məlumatı olmamışdır. Həmin pulların hansı istiqamətə xərclənməsi barədə bələdiyyə iclası təşkil edilməmiş, heç bir iclasda iştirak etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Ucar rayonu, Qaracallı kənd 2 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyir. 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində Ucar rayon, Qaracallı bələdiyyəsinin üzvü seçilmişdir. Həmin bələdiyyə seçkilərinin nəticəsi olaraq keçirilmiş ilk iclas nəticəsində səsvermə yolu ilə Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. Ancaq bundan sonra heç vaxt heç bir bələdiyyə iclasında iştirak etməmiş və heç bir iclas protokoluna imza atmamışdır. Şahid11 və Şahid8 Ucar rayonu, Qaracallı bələdiyyəsində işləyib-işləməməsi, həmçinin Sərkar Həsənovun Şahid11 əvəzinə qeyri-rəsmi olaraq bələdiyyə vergilərinin yığılması işinə cəlb edilməsi və bələdiyyə büdcəsindən ayrı-ayrı vaxtlarda 13 ədəd qəbz (çek) əsasında ümumilikdə 35742 manat pul vəsaitinin götürülməsi barədə məlumatı olmamışdır. Həmin pulların hansı istiqamətə xərclənməsi barədə bələdiyyə iclası təşkil edilməmiş, heç bir iclasda iştirak etməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2001-ci ildən Ucar rayon, Qaracallı bələdiyyəsində vergi toplayan-xəzinədar vəzifəsində işləmişdir. Həmişə öz işini icra etmiş və əmək haqqı almışdır. Onun vəzifəsi vətəndaşlardan torpaq və əmlak vergisini yığmaq və bələdiyyənin büdcəsində mədaxil etməkdən ibarət olmuşdur. Həmçinin bələdiyyə büdcəsindən hər hansı təyinat üzrə xərclənməsi nəzərdə tutulmuş pul vəsaitinin götürülməsi onun tərəfindən həyata keçirilmişdir. X12 da 2011-ci ildən 2017-ci ilin sonlarına qədər Qaracallı bələdiyyəsinin mühasibi işləmiş, 2017-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə isə vəfat etmişdir. 2015-ci ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi olaraq bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmiş və Ağakişi Kərimov bələdiyyə sədri seçilmişdir. Lakin 2017-ci ildən səhhətində problem yarandığından artıq vəzifəsini icra etməkdə çətinlik çəkməyə başlamışdır. Bu səbəbdən yenidən bələdiyyə sədri seçilməsi zərurəti yaranmışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. O, bələdiyyə üzvü olmadığından iclasın keçirilib-keçirilmədiyini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs sədr seçildikdən sonra 1-2 dəfə yenə də işə getmiş, ancaq Təqsirləndirilən şəxs onunla işləmək fikrində olmadığını hiss etdiyindən işə getməmiş və işdən azad olunmağı ilə bağlı ərizə də yazmamışdır. Təqsirləndirilən şəxs özü də ona zəng edib nə işə çağırmış, nə də ki, işə getməməyi ilə bağlı ona irad bildirməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs onun yerinə qeyri-rəsmi olaraq kimisə işə götürdüyünü və həmin şəxsin faktiki olaraq onun işlərini icra etdiyini eşitmişdir. Ancaq həmin şəxsin kim olması barədə məlumatı yoxdur. Həqiqətən də qeyd olunan tarixlərdə göstərilən sənədlərə imza atmaqla həmin pul vəsaitlərini təhvil almış, pulu alan kimi dərhal Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı həmin pulun hansı məqsədlə və hansı təyinat üzrə götürülməsi barədə ona heç bir məlumat verməmişdir. Həmçinin pulu hansısa digər şəxsə verəcəyini də deməmişdir. O, özü də bu barədə heç nə soruşmamışdır. Digər qəbzlərdə olan imzalar ona məxsus deyildir və adının kim tərəfindən yazılaraq pulların təhvil alınması barədə məlumatı yoxdur. Qəbzlərdən görünür ki, həmin sənədlər üzərində bələdiyyənin möhürü vardır. Bələdiyyənin möhürü isə ancaq Təqsirləndirilən şəxs olmuşdur. Həmçinin sənədlər hamısı eyni xətlə doldurulmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, həmin sənədləri Təqsirləndirilən şəxs özü saxtalaşdırıb pulları götürmüşdür. Şahid8 Pirkənd kəndinin sakini və Təqsirləndirilən şəxs qohumu kimi yaxından tanıyır. Daşqın heç vaxt Qaracallı bələdiyyəsinin mühasibi vəzifəsində işləməmişdir. Məlumatına görə Daşqın Göyçay rayonunda fəhlə işləmişdir. 2017-ci ilin dekabr ayından etibarən hal-hazırki dövrə qədər Ucar rayon, Qaracallı bələdiyyəsindən əməkhaqqı almamış, bununla bağlı ödəniş və ya əməkhaqqı cədvəllərinə imza atmamışdır. Cinayət işində оlаn məhkəmə-xəttşünaslıq ekspertizasının 28 yanvar 2022-ci il tarixli, 4/110 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 14 iyun 2021-ci il tarixli ******* nömrəli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 14 iyun 2021-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 30 avqust 2021-ci il tarixli ******* nömrəli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 30 avqust 2021-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 11 may 2018-ci il tarixli ******* nömrəli çekdə “İmzalar 2:” qrafalarındakı imzalar və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 11 may 2018-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 25 iyun 2019-cu il tarixli ******* nömrəli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 25 iyun 2019-cu il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 12 avqust 2020-ci il tarixli ******* nömrəli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 12 avqust 2020-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza - Şahid11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 30 avqust 2021-ci il tarixli ******* nömrəli çekdə “İmzalar 2:” qrafalarındakı imzalar, 08 fevral 2019-cu il tarixli ******* nömrəli çekin ön və arxa tərəflərində “İmzalar” qrafasındakı 2-ci imzalar və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 08 fevral 2019-cu il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 20 fevral 2019-cu il tarixli ******* nömrəli çekin ön və arxa tərəflərində “İmzalar” qrafasındakı 2-ci imzalar və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 20 fevral 2019-cu il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 28 mart 2019-cu il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 12 mart 2019-cu il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 20 fevral 2019-cu il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar 2:” qrafasındakı imza, 20 fevral 2019-cu il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 12 avqust 2020-ci il tarixli ******* nömrəli çekin arxa tərəfində “İmzalar 2:” qrafasındakı imza, 12 oktyabr 2020-ci il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar 2:” qrafasındakı imza, 12 oktyabr 2020-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 14 iyun 2021-ci il tarixli ******* nömrəli çekdə “İmzalar 2.” qrafalarındakı imzalar, 16 may 2018-ci il tarixli ******* nömrəli çekin ön və arxa tərəflərində “İmzalar” qrafasındakı 2-ci imzalar və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 16 may 2018-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 24 oktyabr 2018-ci il tarixli ******* nömrəli çekin ön və arxa tərəflərində “İmzalar” qrafasındakı 2-ci imzalar və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 24 oktyabr 2018-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imza, 28 mart 2019-cu il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar” qrafasındakı 2-ci imza və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 12 mart 2019-cu il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar” qrafasındakı 2-ci imza və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza, 25 iyun 2019-cu il tarixli ******* nömrəli çekdə “İmzalar 2:” qrafalarındakı imzalar, 12 avqust 2020-ci il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar 2:” qrafasındakı imza, 12 oktyabr 2020-ci il tarixli ******* nömrəli çekin arxa tərəfində “İmzalar 2:” qrafasındakı 2-ci imza - Şahid11 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 14 iyun 2021-ci il tarixli ******* nömrəli çekdə “İmzalar 2.” qrafalarındakı imzaların, 16 may 2018-ci il tarixli ******* nömrəli çekin ön və arxa tərəflərində “İmzalar” qrafasındakı 2-ci imzaların və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imzanın, 16 may 2018-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imzanın, 24 oktyabr 2018-ci il tarixli ******* nömrəli çekin ön və arxa tərəflərində “İmzalar” qrafasındakı 2-ci imzalar və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imzanın, 24 oktyabr 2018-ci il tarixli ******* nömrəli xəzinə məxaric orderində “Məxaric orderi üzrə məbləği alan” qrafasındakı imzanın, 28 mart 2019-cu il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar” qrafasındakı 2-ci imzanın və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imzanın, 12 mart 2019-cu il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar” qrafasındakı 2-ci imzanın və “Çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imzanın, 25 iyun 2019-cu il tarixli ******* nömrəli çekdə “İmzalar 2:” qrafalarındakı imzaların, 12 avqust 2020-ci il tarixli ******* nömrəli çekin ön tərəfində “İmzalar 2:” qrafasındakı imzanın, 12 oktyabr 2020-ci il tarixli ******* nömrəli çekin arxa tərəfində “İmzalar” qrafasındakı 2-ci imzanın-Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, yəni 11 fevral 2022-ci ildə cinayət nəticəsində vurulmuş zərərə görə ödədiyi 4700 manat məbləğində pul Azərbycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 yanvar 2022-ci il tarixli, 63 nömrəli arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 sentyabr 2011-ci ildə doğulmuş Cavidan, 23 dekabr 2013-cü ildə doğulmuş Cəfər və 04 sentyabr 2015-ci ildə doğulmuş Cəsur adlı üç uşağı vardır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakmiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xаrаkterizə оlunmuşdur. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Öz növbəsində məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarnı, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi CM-in 59.1.14-cü maddəsinə, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə səmimi peşmаnçılıq çəkməsini, yaşadığı yerdən müsbət xarakterizə olunmasını və ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.2-ci maddəsinə əsasən оnun cəzаsını yüngülləşdirən hallar kimi, həmçinin onun əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq azdlıqdan məhrum etmə ilə bağlı cəza təyin etmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Ucar rayon Qaracəlli Bələdiyyəsi tərəfindən təqdim edilən 26 sentyabr 2022-ci il tarixli 30 nömrəli arayışdan görünür ki, Qaracəlli Bələdiyyəsinin keçmiş sədri Ucar rayonu Pirkənd kənd sakini Təqsirləndirilən şəxs Qaracəlli Bələdiyyəsinin sədri olduğu müddətdə bələdiyyəsinin hesabından şəxsi ehtiyacı üçün xərclədiyi pul vəsaitinin 14.985 (on dörd min doqquz yüz səksən beş) manatını Kapital Bank vəsaiti ilə Ucar rayon Qaracəlli bələdiyyəssinin hesabına 23 sentyabr 2022-ci il tarixdə ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, yəni 11 fevral 2022-ci ildə cinayət nəticəsində vurulmuş zərərə görə ödədiyi 4700 manat məbləğində pul Azərbycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlu dəymiş 35742,86 manatın istintaq dövründə 4700 manatını, cinayət işi Apellyasiya Məhkəməsinin icraatında olduğu dövürdə isə 14985 manatını ödəmişdir; Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən Təqsirləndirilən şəxs оğlunun himаyəsində 3 azyaşlı övladı olmaqla ailəli olması, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı uşaqlarının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza təyin edilməsini zəruriliyini şərtləndirmişdir. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması, Cinayət Məcəlləsinin 309.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2(iki) il müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1(bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə islah işləri cəzası və 313-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) gününə hesablanmaqla Cinayət Məcəlləsinin 309.1ci maddəsi ilə 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və bələdiyyə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdən bügünədək, yəni 12 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2(iki) ay 28 (iyirmi səkkiz) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə hesablanmaqla 5 (beş) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş 3(üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ucar rayonu İcra və Probasiya Şöbəsi həyata keçirsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət Prosesual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-367/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-367/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver