Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-370/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X11, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4, digər Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.4.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(091)-89/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1,onun müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədovdan ibarət tərkibdə) 29 iyul 2021-ci il tarixli 1(091)-89/2021 nömrəli hökmü ilə 10 dekabr 1969-cu il tarixdə Ağdaş rayonu Movdut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 55/13 saylı evin 21 saylı mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 13 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, xx xxx 1979-cu il tarixdə Ağdaş rayonu Ləki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev küçəsi 88 saylı evin 63 saylı mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2020-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması, onun üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, xx xxxxxxx 1970-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 13.02.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmünə əsasən təyin olunan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 07 (yeddi) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 05 (beş) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməsi, Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olmasının nəzərə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 79,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd sellofan bağlamada olan 30 ədəd içərisində kibritlər olan qutuların hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, 07 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə 97,14 AZN (doxsan yeddi manat 14 qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 32,38 AZN (otuz iki manat 38 qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitənin istintaqa bəlli olmayan bir hissəsini Naftalan rayon sakini Şahid2, bir hissəsini isə şəxsiyyətləri istintaqa bəlli olmayan şəxslərə satmaq və əldə etdikləri gəliri öz aralarında bölmək üçün qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmiş, aralarında olan razılaşmaya, ümumi cinayətkar niyyətə və vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 verilən sifariş əsasında sonuncunun istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı ondan götürüb sifarişçiyə çatdırmaq və əldə etdiyi pulun 500 manatını Təqsirləndirilən şəxs2 göndərmək üçün 13.09.2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs3 taksi fəaliyyəti ilə məşğul olan tanışları Şahid1 idarə etdiyi «Kia Sephia» markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndinə getmiş, Təqsirləndirilən şəxs3 Şahid1 idarə etdiyi avtomobillə həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndinə gedib orada bir ədəd şəffaf sellofana qablaşdırılmış, təmiz çəkisi 79,33 qram çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə alıb sərnişin qismində əyləşdiyi Şahid1 avtomobilinin sağ qabaq oturacağının ayaq altında gizlətməklə orada saxlayıb özü ilə daşımış, 13.09.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti Kür komputer zavodunun yaxınlığında yerləşən avtomobil təmiri sexinin yanında Şahid1 məxsus avtomobil saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinin həyətinə gətirilib, həmin avtomobilə baxış keçirilən zaman ümumi təmiz çəkisi 79,33 qram miqdarda narkotik vasitə - qurudulmuş marixuana avtomobilin sağ qabaq oturacağının ayaq altından aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, habelə verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ona təyin edilmiş cəza yüngülləşdirilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza daha yüngül cəza növü ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.1-ci maddəsinin tərkib əlamətləri var. Belə ki, Təqsirləndirilən şəxs1 əldə etmək istədiyi narkotik vasitəni özü üçün istifadə etmək istəmişdir. Onun həmin narkotik vasitəni kimisə satmaq fikri olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona verdiyi narkotik vasitənin satışı barədə onunla və ya qeyrisinlə qabaqcadan heç bir razılığa gəlməmiş, narktotik vasitənin satışından mənfəət əldə etməmişdir. Ancaq buna baxmayaraq, Şəki Ağır Cinayətlər Məhkəməsi bu halların heç birini araşdırmamış, ibtidai istintaq orqanının verdiyi ittiham əsasında ona cəza təyin etmişdir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(091)-89/2021 nömrəli hökmünün ləğv edilməsini, məhkəmə istintaqı bərpa edilməklə Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.1-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə hökmün çıxarılmasını apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və cəzasının şərti tətbiq edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Mingəçevir gölündə balıq tutub satmaqla məşğul olmuşdur. Qış mövsümündə getməklə yay mövsümündə qayıtmışdır. Evə qayıtdıqdan sonra Firqətə zəng etmişdir ki, ona çəkməyə narkotik vasitə lazımdır. O da cavabında “varımdır gəl apar” demişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs3 mağazada olmuş, o, evə gələndə Firqətdə sumkanın olduğunu, onu götürüb gəlməsini ona demişdir. Həyat yoldaşı sumkanı götürüb qayıdanda polislər onu tutmuşlar, halbuki, Məlahətin bu işdə heç bir günahı yoxdur. Firqət həmin narkotik vasitəni ona satmamış, əgər satmaq fikri olsaydı gəlib çəkməsi, sonra almasını ona deyərdi. Onların da həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, ayağı ağrıdığı üçün naxoş olmuş, narkotik vasitəni Firqət ona pulsuz verdiyindən həyat yoldaşını göndərmişdir. O, Firqətlə bir yerdə narkotik vasitədən istifadə etmişdir. Lakin heç vaxt Məlahəti narkotik vasitə almağa göndərməmişdir. Şahid2 tanıyır, onunla birlikdə toylarda video çəkmişlər. O, heç vaxt Rövşənə narkotik vasitə satmamış, Rövşənin ona 100 manat borcu olmuşdur. Firqətin ona verdiyi narkotik vasitə çox zəif olduğundan onu heç kəsə satmaq olmazdı. O, həmin narkotik vasitəni dənizdə istifadə etmişdir. Narkotik vasitəni çəkmək üçün Firqətdən almış, onu satmaq niyyəti olmamışdır. Məlahətin isə heç nədən xəbəri olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 ilə 2012-ci ildən ayrı yaşamışlar. Son vaxtlar birlikdə yaşayırdılar. Oğlunun toyuna çağırıldığına görə gəlmiş, çünki dənizdən qayıdanda bacısıgildə qalırdı. Əməlindən peşmandır. Ədalətli qərar qəbul edlməsini xahiş etdi. Təqsirləndirilən şəxs3 məhkəmə kollegiyasının iclasında verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2012-ci ildən Təqsirləndirilən şəxs1la ayrı yaşasalar da, rəsmi qaydada boşanmamışlar. 2020-ci ildə oğluna toy edəndə oğlu atasının da çağırılmasını xahiş etdi. Toydan sonra karantin olduğu üçün dənizə gedə bilməmişdir. Hadisə baş verən gün də həyətdə mağazada olmuş, lazım olan ərzaqları aldıqdan sonra evə qayıtmışdır. Həmin vaxt Çingizin ayağı topuqdan şişmiş və qaralmışdır. Çingiz qapının yanında sumkaları əlindən alıb “maşına zəng etmişəm, gəlir, Yevlağa get meyvə var, onu götür gəl” demişdir. O da meyvə sumkasını necə götürmüşdürsə, elə də ayaqaltına qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, onun heç nədən, o cümlədən Çingizlə Firqətin arasında olan söhbətdən xəbəri olmamış, Firqətdən meyvə torbasını götürəndə ondan heç nə soruşmamış, sadəcə salam vermiş və torbanı götürüb qayıtmışdır. Firqət ilə telefonla əlaqə saxlamamışdır. Firqət onu qapıda gözləmiş, meyvə torbasını ondan o özü götürmüşdür. Polislər ondan narkotik vasitə barədə soruşanda heç nədən xəbərinin olmadığını bildirmişdir. İki gün müvəqqəti saxlanma yerində saxlanılmışdır. Polis şöbəsində ona zor tədbiq olunmuş, o, təhqir olunmuşdur. Çingizin evdə narkotik vasitədən istifadə etdiyini görmüş və onunla buna görə mübahisəsi olmamışdır. Mingəçevir şəhərinin girişində yol polisi onları saxlamış, poils işçilərindən biri pəncərədən üstünə atılmış, bundan sonra qapını açlıb maşına baxmışlar. Rövşənin göndərdiyi pulu poçtdan o özü götürmüşür. Çingizin meyvə üçün onu niyə Yevlağın kəndinə göndərməsinə təəccüblənməmişdir. Qara torbada təqribən 7-8 kiloqram heyva və nardan ibarət meyvə olmuşdur. Çingiz Yevlağa gedib-gəlmək üçün 10 manat taksi pulu vermişdir. Firqətin ona verdiyi torbanın içinə baxmamışdır. Belə ki, Firqət ona meyvə torbasını qapının qabağında vermiş və içində narkotik vasitənin olması barədə ona heç nə deməmişdir. Polis işçiləri onu vurmamış, lakin təhqir olunması barədə prokurorluğa yazılı müraciət etmişdir. Rövşən poçt vasitəsi ilə bir dəfə pul göndərmiş, Çingizdən nə pul olduğunu soruşanda o, həmin pulun video kameranın pulu olduğunu bildirmişdir. Aska adlı şəxsi tanımır. Çingiz Askadan paltar almış və ona borcu olmuşdur. O da bir dəfə gəlib Çingizi soruşub getmişdir. Bağışlanmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X11 hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 özünün və müdafiə etdiyi şəxsin apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən Təqsirləndirilən şəxs3 müdafiəçisi Rəcəbov X9 Zərbəliyevanın Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(091)-89/2021 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs3 Yuisif qızının barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş məhkum Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, onun söhbəti Çingizlə olmuş, o da demişdir ki, “həyat yoldaşımı göndərmişəm, gəlir”. Məlahət xanımı tanımır. Firqət ona demişdir ki, “bir az meyvə yığ, narkotik vasitəni də meyvə torbasının içinə qoy.” Təqsirləndirilən şəxs3 torbada 7-8 kiloqram meyvə olduğunu qeyd etsə də, əslində torbada 10-12 kiloqram meyvə olub. Narkotik vasitə satan deyil, həmin narkotik vasitə də tullantı bir şey olub, ona heç kəs pul verməzdi. Həmin natkotik vasitə evinin yaxınlığındakı zibillikdə bitmişdir. Çingizə demişdir ki, “əgər nəsə olsa sənə çəkmək üçün verəcəyəm.” Çingiz də təsadüfən zəng edərək “çəkməyə nəsə var?” soruşmuş, o da “var” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Məlahətlə onun arasında heç bir ünsiyyət olmamış, onu əvvəllər bir dəfə görmüşdür. Torbanı xanıma verib demişdir ki, Çingizə çatacaq meyvələrdir. Çingiz ayağı şişib gələ bilmədiyini, həyat yoldaşının gəldiyini ona demişdir. Çingizlə narkotik vasitəni satıb gəlir əldə etmək barədə söhbəti olmamışdır. Narkotik vasitənin çəkənidir, onun hansının yaxşı, hansının pis olduğunu bilir, lakin heç vaxt narkotik vasitəni hazırlamamışdır. Xəstə olduğundan psixotrop dərmanlarla yaşayır. Məlahət gələnə kimi torbanı hazırlamış, o da torbanın içinə baxmamışdır. Baxmış olsa da, narkotik vasitəni görə bilməzdi. Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur, kənd yerində aylıq qazanc olmur, lakin ot mövsümündə 3000-4000 manat qazanmaq olur. Çingiz videoçəkən olmuş, onların kəndinə toylarda video çəkməyə tez-tez gəlmiş, münasibətləri də belə yaranmışdır. Çingizə narkotik vasitə verib satdırmağı barədə ifadəsi olmamışdır. Təzyiq altında ifadə verməmiş, sadəcə müstəntiq gözünün yaxşı görməməyindən istifadə etmişdir. Çingiz ona verdiyi həmin narkotik vasitəyə görə 500 manat verəcəyinə söz verməmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021ci il tarixli 1(091)-89/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 özünü ona CM-in 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, o, hər qış fəslində balığa işləməyə gedib orada balıqçılara yemək bişirmiş və həmin işin qarşılığında ayda ona təxminən 200-300 manat pul verilmişdir. O, bir gün Təqsirləndirilən şəxs2 zəng edərək özü istifadə etmək üçün ona narkotik vasitə verməsini xahiş etmiş, Firqət də ona etiraz etməmişdir. Firqətə meyvə də yığmasını bildirərək ayağı ağrıdığı üçün özünün gələ bilməyəcəyini, çantanı götürmək üçün həyat yoldaşı Məlahəti oraya göndərəcəyini demiş və həmin narkotik vasitəni də meyvələrin içinə qoymasını, bundan həyat yoldaşı ilə taksi sürücüsünün xəbərinin olmamasını tapşırmıışdır. Daha sonra həyat yoldaşı Təqsirləndirilən şəxs3 Yevlax rayonunda ona çatası çanta olduğunu bildirərək həmin çantanı gedib-gətirməsini xahiş etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs3 Yevlax rayonuna gedərək həmin çantanı götürüb ona gətirməyə etiraz etməmişdir. Beləliklə, o, həmin çantanı götürüb qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 ona heç bir narkotik vasitə satmamışdır. Əgər Firqət həmin narkotik vasitəni ona çəkmək məqsədilə versəydi, özünün oraya gəlib narkotik vasitəni çəkib xoşuna gələni aparmağını təklif edərdi. O, çantada olan həmin narkotik vasitənin çəkisinin nə qədər olduğunu da bilməmişdir. Firqət həmin narkotik vasitəni ona ağrıları olduğuna görə istifadə etmək üçün pay vermişdir. Onlar arasında pul söhbəti olmamışdır. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunan narkotik vasitə isə onun övladının toy günü istifadə edib tulladığı narkotik vasitə olmuş, yadından çıxdığı üçün orada qalmışdır. Qeyd edilənlərə əsasən əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı digər Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə üzləşdirmə zamanı verdiyi həmin ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Müdafiəçinin də iştirakı ilə verilən həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, “...Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə marixuananın müqabilində 56 gün sonra Firqətə 500 manat pul verməli idi.” Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 özünü ona CM-in 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə satmamış və ya ondan narkotik vasitənin qarşılığında hər hansı məbləğdə pul istəməmişdir. Təqsirləndirilən şəxs1 mart ayından əvvəl qış aylarında ona tez-tez zəng edirmiş. O isə Çingizə pay kimi narkotik vasitə verməyə, yəni özündə narkotik vasitə olsa, ona da pay kimi verməyə söz vermiş və narkotik vasitə satmadığımı, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. O sözügedən həmin narkotik vasitəni tapmışdır. Belə ki, it saxlayırmış və həmin it tez-tez küçəyə çıxıb insanları qorxudurmuş. İtin çıxdığı yer zibillik yer olduğundan, o, itin çölə çıxmaması üçün həmin yeri düzəldəndə orada yabanı halda bitmiş bir qədər hündürlüyü olan narkotik tərkibli bitki görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkinin narkotik tərkibli bitki olduğunu bilmişdir. Belə ki, mütəmadi olaraq narkotik vasitə istifadəçisi deyil, arabir narkotik vasitədən istifadə edirmiş. Eyni zamanda bildirmişdir ki, özü Birinci Qarabağ müharibəsi veteranıdır, iki dəfə ağır kontuziya almışdır, 29 ildir ki, psixotrop dərmanlar istifadə etməklə yaşayır. O, tapdığı həmin narkotik tərkibli bitkini evdə saxlamış, arabir istifadə etmişdir. Daha sonra Çingiz ona zəng edərək ondan özünün istifadə etməsi üçün narkotik vasitə istəmiş və o da ona söz verdiyinə görə özündə bir qədər narkotik vasitə olduğunu, gəlib aparmasını, narkotik vasitənin hamısını ona verəcəyimi bildirmişdir. Çingiz ona özünün gəlməyəcəyini, başqa adam göndərəcəyini bildirmişdir. Çingizgilin evlərində bir dəfə qonaq olduğu üçün onun həyat yoldaşı Təqsirləndirilən şəxs3 da bir dəfə görmüş və tanımışdır. Çingizgillə o qədər də yaxın münasibəti olmamışdır. Çingizlə təxminən 3-4 il əvvəl, 2017-ci ildə çayxanada rastlaşmış, həmin vaxtdan bəri görüşməmişdir. O, Çingizə narkotik vasitəni gəlib aparmasını dedikdə Çingiz adam göndərəcəyini və həmin şəxsin gəlib narkotik vasitəni aparacağını bildirmişdir. O da Çingizə heç bir problem olmadığını, kimi göndərsə də, özünün kənddə olacağını bildirmişdir. Daha sonra onun göndərdiyi şəxsin qadın olduğunu görmüş və həmin qadının Çingizin həyat yoldaşı olduğunu bilmişdir. Çingiz ona həmçinin onun üçün nar və heyva yığmağını da tapşırmışdır. Nar yaxşı yetişmədiyi üçün ona nar yığa bilməmiş və bir torba heyva yığmış, Təqsirləndirilən şəxs3 ilə taksi sürücüsünün görməməsi üçün narkotik vasitə olan marixuananı da həmin torbanın içərisinə heyvaların altına qoymuşdur. Həmin torba böyük torba olmuşdur. İttiham aktında həmin torbanın içərisində 1-2 kiloqram heyva olduğu yazılsa da, bildirmək istəyir ki, torbada o qədər heyva yox, təxminən 10-15 kiloqram heyva olmuşdur. Yəni həmin narkotik vasitəni heyva ilə bərabər Təqsirləndirilən şəxs3 vermişdir. İfadəsinin davamında göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadədən xəbəri yoxdur, orda nə yazılıb bilmir, həmin ifadəni oxumadan imza etmişdir. Ona görə də həmin ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs2 Cama oğlunun birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında, o cümlədən digər Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə verdiyi həmin ifadələri elan edilməklə tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə - qurudulmuş marixuanadan istifadə edir. Təxminən 4-5 ay öncə yaşadığı evin qarşısında yabanı halda narkotik vasitə marixuana bitdiyini görüb, həmin yabanı halda bitən marixuananı qablaşdılrıb yaşadığı evin həyətində dibçək halında əkmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdi ki, tanıyır. Çingizin narkotik vasitə olan marixuanın satışı ilə məşğul olduğunu bilir. Çingizlə münasibətləri yaxşı olduğu üçün Çingiz dəfələrlə onun yaşadığı evə qonaq getmişdir. Son zamanlar maddi durumu yaxşı olmamışdır. O, həyətində dibçəkdə əkdiyi narkotik vasitə olan marixuananı yığıb qurudub bir qədərini istifadə etmişdir. Təqsirləndirilən şəxs1 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında ona zəng etmişdir. O, Çingizə özündə narkotik vasitə olduğunu bildirmişdir. Lakin Çingiz nağd pulu olmadığını bildirdiyi üçün o, Çingizə həyətində dibçəkdə əkib qurutduğu narkotik vasitə olan marixuananı nisyə 500 manat müqabilində satmağa razılaşmışdır. Bir neçə saat sonra Çingiz ona zəng edib arvadı Məlahəti ondan olan narkotik vasitə - qurudulmuş marixuanı götürməsi üçün Yevlax rayonuna göndərcəyini bildirmişdir. Həmçinin, Çingiz ondan heyva da göndərməyini istəmişdir. 13 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Çingizin arvadı Məlahət ona zəng edib yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Məlahət taksi sürücüsü ilə birgə gəlmişdir. O, evin qapısını açmış, Məlahət də evin həyətinə keçmişdir. O, Məlahətə əvvəlcədən sellofan torbaya qoyduğu narkotik vasitə olan qurudulmuş marixuananı və içərisində heyva olan sellofan torbanı vermişdir. Məlahət ondan sellofan torbanı götürdükdən sonra həyətdən çıxıb taksiyə əyləşib getmişdir. O, Məlahətə narkotik vasitə olan marixuananı verən zaman orada heç kim olmamışdır. Çingiz ona verdiyi narkotik vasitə olan qurudulmuş marixuananın müqabilində təxminən 5- 6 gün sonra ona 500 manat pulu aparıb yaşadığı evdə verəcəkdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı 500 manat müqabilində verdiyini, Çingiz ona verdiyi narkotik vasitənin müqabilində ona 5-6 gün sonra 500 manat məbləğdə pul verməli olduğunu, Təqsirləndirilən şəxs3 13.09.2020-ci il tarixdə Yevlax rayonu Qaraoğlan kəndində ondan götürdüyü sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasından məlumatı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs3 özünü ona CM-in 234.4.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2020-ci il tarixdə bazarlıq edib evə gələndə həyat yoldaşı Çingiz ona çatası meyvə olduğunu bildirərək ondan Yevlax rayonuna getməsini xahiş etmiş, o da Çingizin ayağının ağrıdığını bildiyindən, Yevlax rayonuna getməyə razılaşmışdır. Daha sonra Çingiz taksi çağırmış, o da həmin taksi ilə Yevlax rayonu Qaraoğlan kəndinə getmişdir. Yevlax rayonu Qaraoğlan kəndinə çatdıqda həyətdə Təqsirləndirilən şəxs2 onu gözləmiş və ona torba vermişir. Lakin o, həmin vaxt Firqətin ona verdiyi torbanın içərisinə baxmamış və onun içərisində nə olduğunu bilməmişdir. Həmin torbanı gətirib avtomobilə qabaq sərnişin oturan oturacağın yanına ayaqlarının altına qoymuş və aparıb Çingizə vermək istəyərkən Mingəçevir şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsində polis əməkdaşları tərəfindən ləyaqəti alçaldılmış və psxi təsirə məruz qalmış, ona görə də etirafedici ifadə vermişdir. Yevlax rayonundan qayıdanda Çingiz ondan evə kibrit almasını xahiş etdiyi üçün, bir neçə qutu kibrit almış və həmin kibrit də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə verdiyi həmin ifadələri elan edilməklə tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, əri Təqsirləndirilən şəxs1la 1995-ci il tarixdə ailə həyatı qursa da, 2012-ci il tarixdə ayrılmışlar. 2019-cu ildə əri Çingiz ilə barışmışdır. Çingiz narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Birgə yaşayan zaman Çingiz narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olmuşdur. Çingiz qurudulmuş marixuananı Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Firqət adlı şəxsdən, Qəbələ rayonu Nic kəndində yaşayan Rizvan adlı şəxsdən alırmış. X17 rayonu Qaraoğlan kəndində yaşayan Firqət və Qəbələ rayonu Nic kəndində yaşayan Rizvandan mütəmadi olaraq 50-100 qram arası narkotik vasitə olan marixuana alır və aldığı narkotik vasitəni yaşadğı evdə kibrit qutularında qablaşdırır. Həmçinin, Yevlax rayonu Qaraoğlan kəndində yaşyan Firqət narkotik vasitə olan marixuananı öz bacısı oğlundan aldığını demişdir. Çingiz Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Firqətdən narkotik vasitə olan marixuananı almaq üçün özü gedirmiş. Lakin Qəbələ rayonu Nic kəndində yaşayan Rizvan isə əksər hallarda özü narkotik vasitə olan qurudulmuş marixuananı onların yaşadığı mənzilə gətirmişdir. Ara bir Çingiz özü də Qəbələ rayonu Nic kəndinə narkotik vasitə olan marixuana almaq üçün getmişdir. Çingiz Firqət və Rizvandan narkotik vasitəni ilkin olaraq nisyə alıb, narkotik vasitənin satışından əldə etdiyi pulu Rizvan və Firqətdən ikinci dəfə narkotik vasitə alan zaman birinci aldığı narkotik vasitənin pulunu verib yenidən satmaq üçün narkotik vasitə almışdır. Çingiz Firqət və Rizvandan aldığı narkotik vasitə olan qurudulmuş marixuananı yaşadıqları mənzildə kibrit qutularında qablaşdırdıqdan sonra həmin kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı Naftalan rayonunda yaşayan Rövşən adlı şəxsə satırmış. Rövşən adlı şəxs əri Çingizdən narkotik vasitə olan qurudulmuş marixuananı almaq üçün bir neçə dəfə yaşadıqları mənzilə gəlmiş, həmçinin yaşadıqları binanın yaxınlığında Çingiz Rövşənin avtomobilində Rövşənə vermişdir. X16 əvvəllər 2-3 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana satmışdır. Lakin, daha sonra Rövşənə 6 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Çingiz Rövşənə bir kibrit qutusu qurudulmuş marixuananı 40-50 manata satmışdır. Rövşən Nafatalan rayonunda əri Çingizin ona verdiyi kibrit qutularında olan narkotik vasitəni satdıqdan sonra əldə etdiyi pulu poçt vasitəsi ilə onun adına göndərmişdir. Lakin daha sonra o, Çingizə pulu özünün adına vurmamasını bildirdiyi üçün, Rövşən narkotik vasitənin satışından əldə etdiyi pulu oğlu Allahverdinin dostu X8 adına olan hesab kartına göndərmişdir. Habelə Çingiz satmaq üçün aldığı narkotik vasitə olan qurudulmuş marixuananı Mingəçevir şəhərində yaşayan «Aska» ləqəbli hündürboylu 25-26 yaşlı şəxsə bir dəfə satmışdır. Aska ləqəbli şəxs kibrit qutusunda qablaşdırılmış marixuananı onların yaşadığı mənzildən gedib götürmüşdür. Çingiz «Aska» ləqəbli şəxslə mətbəxdə danışarkən, «Aska» ləqəbli şəxs 7 manata bir kibrit qutusu marixuana aldıqdan sonra çıxıb getmişdir. Bundan başqa yaşadıqları mənzilin qapısını bir neçə dəfə tanımadığı şəxslər döyüb Çingizi axtarsalar da, Çingiz ona həmin şəxslərə evdə olmadığını deməyini bildirmişdir. Bir neçə dəfə Çingizin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib satmaq üçün marixuana olduğunu bildirsələrdə Çingiz həmin şəxslərə nağd pulu olmadığını və nisyə alıb satdıqdan sonra pulunu verə biləcəyini bildirmişdir. 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında Çingiz ona Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Firqətdən qurudulmuş marixuana gətirmək üçün getmək lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Çünki Çingiz mütəmadi olaraq onu döyür və bir neçə dəfə onun üzərinə bıçaq çıxardıb hədələmişdir. Oğulları hər dəfə onları aralaşdırmışlar. O, dəfələrlə Çingizin bacılarına polisə Çingizin narkotik vasitə satmasını bildirəcəyini desə də, Çingizin bacıları hər dəfə ona bunu etməyə hünərlərinin çatmayacağını demişlər. Çingiz 13.09.2020-ci il tarixdə keçmiş qonşuları taksi sürücüsünə zəng edib çağırmışdır. O, taksi sürücüsü Mürşüd ilə Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Firqət adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün getmişdir. Firqət həmçinin yolda ona pivə almasını da xahiş etmişdir. O da marketdən pivə aldıqdan sonra Yevlax rayonu Qaraoğlan kəndinə gedib orada Firqətlə görüşmüşdür. Görüş zamanı Firqət ona meyvə torbasının içirəsində içərisi görünməyən sellofan torbanın içərisində narkotik vasitə olan marixuana vermişdir. O, Firqətin ona narkotik vasitə verməsinə görə heç bir məbləğdə pul verməmişdir. Həmin sellofan torbanı götürdükdən sonra Mingəçevir şəhərinə geri qayıtmış, Yevlax rayonu Xaldan qəsəbəsindəki mağazadan kibrit qutuları da almışdır. Çünki, əri Çingiz Firqətdən aldığı narkotik vasitə olan marixuananı Naftalan rayonunda yaşayan Rövşənə 10 kibrit qutusuna qablaşdırıb verəcəkmiş. Çingiz qalan marixuananı satmaq üçün isə Şəmkir rayonuna getməyi düşünmüşdür. 13 sentyabr 2020-ci il tarixdə saat 17:25 radələrində Mingəçevir şəhərinə geri qayıdan zaman Mingəçevir şəhəri H.Əliyev prospekti Kür kompyuter zavodunun yaxınlığındakı avtomobil təmir sexinin yaxınlığında polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Mingəçevir ŞPŞ-yə dəvət etmişlər. O və taksi sürücüsü Şahid1 polis şöbəsinə getmişlər. Polis şöbəsində vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra vəkilin iştirakı ilə taksi sürücüsü Şahid1 məxsus «KİA Sephia» markalı, 10-SS916 dövlət qeydiyyat nişanlı avtomobilə videokamera ilə baxış keçirilmişdir. Baxış zamanı Yevlax rayonu Qaraoğlan kəndindən ona verilən sellofan və içərisi görsənməyən torbalara baxış keçirilmiş, içərisi görünməyən qara rəngli sellofan torbanın içərisində olan ağ rəngli şəffaf sellafon torbanın içərisində narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni əri Çingizin göstərişi ilə Yevlax rayonu Qaraoğlan kəndində tanımadığı şəxsdən götürdüyünü bildirmişdir. Həmin narkotik vasitə onun, vəkilin və iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və həmin narkotik vasitə 83,3 qram olmuşdur. Daha sonra həmin narkotik vasitə AR DİN-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və qablaşdırılmışdır. Bundan sonra 13.09.2020-ci il tarixdə saat 21:20-də onunvə əri Təqsirləndirilən şəxs1 razılığı və vəkillərinin iştirakı ilə yaşadıqları Mingəçevir şəhəri M.Maqomayev küçəsi bina 6 mənzil 66-ya baxış keçirilmişdir. Yaşadıqları mənzilə baxış keçirilən zaman mətbəxdə olan dolabın içərisindəki gümüşü rəngli fincanın içərisindən bir ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı əri Çingiz həmin narkotik vasitəni Tovuz rayonunda yerdən tapdığını bildirmişdir. Çingiz həmçinin, həmin narkotik vasitədən bir qədər istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək məqsədi ilə evdə saxladığını da bildirmişdir. Yaşadıqları Mingəçevir şəhəri M.Maqomayev küçəsi bina 6, mənzil 66-da aşkar olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 qram olmuşdur. Həmçinin o, ifadəsində Yevlax rayonu, Qaraoğlan kəndinə narkotik vasitə gətirmək üçün getməsindən Şahid1 məlumatı olmadığını da bildirmişdir. Həmçinin o, ifadəsində Çingizin onu sözlə hədələdiyini, onu, döymədiyini, oğlu Allahverdi və Allahverdinin dostu X8 narkotik vasitələrin qanunsuz dörriyyəsi ilə məşğul olmadıqlarını, Elçin kartına köçürülən pulun narkotik vasitələrin satışından əldə olunmuş olduğundan Elçin və ya Allahverdinin məlumatı olmadığını, “Watsapp” sosial şəbəkəsində səsli smslərlə Rövşən və digər şəxslərə göndərdiyi səs yazılarında istifadə etdiyi “şey” ifadəsini işlətdikdə pulu nəzərdə tutduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs3 və Şahid1 əvvəllər tanımamışdır. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəçisi kimi tanımışdır. 13.09.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs3 və Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid1 idarə etdiyi Kia Sephia markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişini Təqsirləndirilən şəxs3 ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospekti ilə hərəkət etdiklərini görüb, Şahid1 idarə etdiyi avtomobili işarə edib saxladaraq Şahid1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs3 və Şahid1 narkotik vasitə saxlamaları və daşımaları barədə əməliyyat məlumat olmasını bildirib onların üzərinə öz razıqları ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs3 və Şahid1 da üzərilərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişlər. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs3 və Şahid1 təklif olunmuş ki, üzərlərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsinlər, onlar da üzərilərində saxlanılması qanunla qadağan olunmuş əşya olmadığını bildirmişlər. Daha sonra növbəli şəkildə Təqsirləndirilən şəxs3 və Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən keçirilərkən onların üzərindən saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra Şahid1 məxsus Kia Sephia markalı avtomobilə baxış keçirilməsi təklif edilmiş, o da avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Şahid1 özü və Təqsirləndirilən şəxs3 da iştirakı ilə Kia Sephia markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaq altından 3 ədəd sellafon torbalar aşkar edilmişdir. Sellafon torbanın birinin içərisində heya meyvəsi, digər torbda 3 ədəd sellafona qablaşdırılmış ümumilikdə 30 ədəd kibrit qutuları, digər sellafon torbada isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Belə ki, həmin torba iştirakçıların yanında açılarkən içərisində yaşıl rəngli, kəskin iyli, ota bənzər maddə narkotik vasitəyə oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd sellafon torbada olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, sellafon torba ilə birlikdə ümumi cəmi çəkisi 83,3 qram olmuşdur. Sorğu zamanı Şahid1 həmin torbaların Təqsirləndirilən şəxs3 məxsus olduğunu və həmin torbaların içərisində olanlardan məlumatı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 isə sorğu zamanı həmin torbaların özünə məxsus olduğunu, torbalardan birinin içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu həmin torbada olan narkotik vasitəni 13.09.2020-ci il tarixdə əri Çingizin tapşırığı ilə Yevlax rayonu Qaroğlan kəndinə gedərək oradan əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə qablaşdırılıb ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər Təqsirləndirilən şəxs3 və Şahid1 da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əri İbrahimov X2 şəhər polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1nın üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Şahid1 məxsus Kia Sephia markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotik vasitəni Yevlax rayonu Qaraoğlan kəndində yaşayan tanışından arvadı Təqsirləndirilən şəxs3 gedib götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və arvadı Təqsirləndirilən şəxs3 yaşadıqları mənzilə baxış keçirilməsi təklif edilmiş, onlar da yaşadıqları mənzilə baxış keçirilməsinə etiraz etməmişlər. Həmçinin, yaşadıqları mənzilə baxış keçirilməsinə etiraz etməmələri barədə ərizə ilə müraciət etdikən sonra onların yaşadıqları Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilinə gedilmişdir. Mənzilə baxış keçirilərkən mətbəxdəki dolabın rəfindəki fincandan bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, 2020-ci ilin iyul ayında Tovuz rayonunda olarkən yerdən tapdığını özü istifadə etmək məqsədi ilə yaşadığı mənzildə saxladığını bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs3 narkotik vasitəni verən şəxsin Yevlax rayonu Qaraoğlan kənd sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həqiqətən də Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 müraciəti ilə bir ədəd sellafon paketdə narkotik vasitə qurudulmuş marixuana verdiyini, həmin narkotik vasitənin müqabilində Çingizin ona 500 manat pul verməli olduğunu bildirmişdir. İfadəsinin davamında isə göstərmişdir ki, Təqsirləndirilən şəxs3 nə saxlanılan zaman, nə də polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir göstərilməmiş, onun ləyaqəti alçaldılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10-12 il olar ki, tanıyır. Belə ki, özü toylarda və digər məclislərdə videoçəkilişlər həyata keçirmişdir. Həmin zaman Çingiz də Mingəçevir şəhər ərazisində məclislərdə videoçəkilişlər həyata keçirdiyindən münasibətləri yaranmışdır. Belə ki, müştəri olduqda bir-birinə köməklik etmişlər. Həmin vaxtlarda da Çingizin narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Özü də uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Belə ki, o, 1992ci ildə Qarabağ müharibəsində iştirak etmiş, həmin zamandan da əsəblərində pozulma baş vermişdir. Buna görə də narkotik vasitə qurudulmuş marixuanadan əsəblərini sakitləşdirmək üçün istifadə edir. Çingizlə tanış olduqdan sonra son dövrlər Çingizlə danışıb ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. O, Çingizlə telefon vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə verməsi barədə razılaşıb dəqiq vaxt vədləşdikdən sonra narkotik vasitə qurudulmuş marixunanı əvvəlcədən müəyyən etdikləri yerdə gizlətmişlər, o da həmin yerə gedib narkotik vasitəni götürmüşdür. Sonradan isə pulu müxtəlif vasitələrlə Çingizə göndərmişdir. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının ortalarında o, Çingizin arvadı Məlahətlə “Watsapp” sosial şəbəkəsində danışaraq ondan narkotik vasitə almaq barədə razılaşmışdır. Belə ki, Məlahət ona təxminən 10 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana satmalıymış. O da həmin narkotik vasitəni Məlahətdən aldıqdan sonra pul verməliymiş. Ona satacaqları narkotik vasitə qurudulmuş marixuana Çingizin özündə olmamışdır. Çingiz həmin narkotik vasitəni kimdənsə alıb sonra ona satmalıymış. Sonuncu dəfə əlaqə saxladıqda Məlahət ona qısa müddətdə narkotik vasitə verəcəklərini demişdir. Çünki kiminsə Çingiz və Məlahətə narkotik vasitə verməyə söz verdiklərini bildirmişlər. Ancaq o, sonralar əlaqə saxladıqda məlum olmuş ki, Çingiz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilibdir. Birinci instansiya məhkəməsində məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid1 ifadəsinə göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında keçmiş qonşusu Təqsirləndirilən şəxs1 ona zəng edib Yevlax rayonu Qaraoğlan kəndinə getmək lazım oldğunu bildirmişdir. O, Yevlax rayonu Qaraoğlan kəndinə 20 manat müqabilində gedib gələ biləcəyini bildirmişdir. Çingiz də onunla razılaşmışdır. 13 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində o, Çingizin yaşadığı M.Maqomayev küçəsində yerləşən 6 saylı binanın qarşısına getmiş, lakin Çingizin arvadı avtomobilə əyləşərək Çingizin deyil, özünün gedəcəyini bildirmişdir. O, Çingizin arvadı Məlahətlə Yevlax rayonu Qaraoğlan kəndinə getmişlər. Qaraoğlan kəndinə çatan zaman bir qədər getdikdən sonra Məlahətin mobil telefonuna zəng gəlmişdir. Məlahət telefonda kiməsə kəndə çatdığını bildirmişdir. Məlahət həmin şəxslə telefon ilə danışdıqdan sonra ona avtomobili saxlamağı bildirmişdir. O da avtomobili yolun kənarında saxlamışdır. Bir neçə dəqiqə sonra bir nəfər şəxs avtomobilə Məlahətin əyləşdiyi tərəfdən yaxınlaşmışdır. Məlahət avtomobildən düşmüşdür. O avtomobildə əyləşdiyi üçün həmin şəxsin simasını görməmişdir. Bir neçə dəqiqə sonra Məlahət əlində içərisində meyvə olan bir ədəd böyük sellafon torba ilə avtomobilə əyləşmişdir. O, Məlahətdən əlindəki torbanın içərisində nə olduğunu soruşan zaman Məlahət ona Çingizə meyvə pay verdiklərini bildirmişdir. Birlikdə Mingəçevir şəhərinə geri qayıtmışlar. 13 sentyabr 2020-ci il tarixdə saat 17:25 radələrində onlar Mingəçevir şəhərinə geri qayıdan zaman Mingəçevir şəhəri H.Əliyev prospekti “Kür” komputer zavodunun yaxınlığında avtomobil təmir sexinin yaxınlığında polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Mingəçevir ŞPŞ-nə dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra vəkilin iştirakı ilə ona məxsus KİA markalı **-SS-*** dövlət qeydiyyat nömrəli avtomobilə videokamera ilə baxış keçirilmişdir. Baxış zamanı Yevlax rayonu Qaraoğlan kəndindən Məlahətə verilən içərisi görünməyən qara rəngli sellafon torbanın içərisində olan ağ rəngli şəffaf sellafon torbanın içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı o, həmin torbanın ona məxsus olmadığını və içərisində nə olmasından xəbəri olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan: 13.09.2020-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə Mingəçevir şəhər sakinləri xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968-ci il təvəllüdlü Şahid1 narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 5) 13.09.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Mingəçevir şəhər sakinləri xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968-ci il təvəllüdlü Şahid1 ətrafında əməliyyat axtarış tədbirərinin keçirilməsi qərara alınmışdır.(cild 01, iş vər. 6-7) 13.09.2020-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir şəhər sakinləri xx.xx.1979cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968-ci il təvəllüdlü Şahid1 narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında 13.09.2020-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ələddinin avtoservisi” adlanan ərazidə saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. (cild 01, iş vər. 11) 13.09.2020-ci il tarixli “ərizə”dən görünür ki, Şahid1 ona məxsus KİA markalı **-SS- *** dövlət qeydiyyat nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 48) “Baxış keçirilməsi və götürmə haqqında” 13.09.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 məxsus “Kia Sephia” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin salonunda sağ oturacağın alt hissəsindən 1 ədəd qara rəngli sellafon paketin içərisində olan 1 ədəd şəffaf rəngli sellafon torbada olan 83,3 qram narkotik vasitə qurudulmuş martixuanaya bənzər kütlə və 3 ədəd sellafon bağlamada olan 30 ədəd içərisində kibritlər olan kibrit qutuları aşkar edilərək götürülmüşdür. Baxışın keçirilməsini əks etdirən video çəkiliş CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 52-54) 13.09.2020-ci il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs3 özü və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 80) “Baxış keçirilməsi və götürmə haqqında” 13.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilinin mətbəx otağındakı dolabın rəfindəki gümüşü rəngli fincandan 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,24 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxışın keçirilməsini əks etdirən video çəkiliş CD diskə yüklənməklə protkola əlavə olunmuşdur. (cild 01, iş vər. 81-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 14 sentyabr 2020-ci il tarixli 17/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərin yapışdırılmış vərəqədə “ Şahid1 KİA Sephia markalı ** SS *** d.q.n-lı avtomobilin.... aşkar olunub götürülmüş.....vət Təqsirləndirilən şəxs3 məxsus......” sözləri yazılmş qara rəngli sellafon torbanın içərisindəki 01 (bir) ədəd şəffaf sellafon torbada, təmiz çəkisi-79,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ Vət. Təqsirləndirilən şəxs3 yaşadığı mənzildən aşkar olunmuş 1 ədəd kağız büküm...........” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız bükümün içərisindəki təmiz çəkisi - 0,21 qram olan digər bitki mənzşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellafon torbada olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. (cild 01, iş vər. 97- 100) Təqsirləndirilən şəxs3 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs3 müxtəlif şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı sövdələşməsi haqqında sosial şəbəkələr vasitəsi ilə səsli SMS göndərdiyi müəyyən edilmiş və həmin səsli SMS-lər CD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vər. 120-121) 24.11.2020-ci il tarixli protokolla telefon zənglərinə dair məlumatları əks etdirən “CD- R” formatlı diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, 050-698-7407 mobil telefon nömrələri ilə 01.08.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək mütəmadi olaraq Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** nömrələri ilə daxil olan və çıxan zənglər əsasında telefon əlaqəsi olmuşdur. (cild 02, iş vər.19-20) Mingəçevir Şəhər Mərkəzi X6-Nevroloji Dispanserindən verilmiş 19.10.2020-ci il tarixli 1230, 1231 və 1232 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Atakişiyev X5 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmurlar və müraciət etməmişlər. (cild 01, iş vər. 220-222) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən verilmiş 19.10.2020-ci il tarixli 878, 881 və 882 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir, Təqsirləndirilən şəxs1 2011-ci il tarixdən və Təqsirləndirilən şəxs2 isə 2012-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində opoidlərin qəbulu nəticəsində yaranmış psixi və davranış pozuntusu, asılılıq sindromu ilə qeydiyyatda durur. (cild 01, iş vər. 223-225) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 14.11.2020-ci il tarixli 971 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 7) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 14.11.2020-ci il tarixli 974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 8) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06.01.2020-ci il tarixli 08 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 193) Məhkəmə psixiatrik ekspertizasının 12.12.2020-ci il tarixli 669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazır ki, cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahid edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman yəni 13.09.2020-ci il tarixdə öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 halhazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. (cild 02, iş vər. 119-120) “Sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilən narkotik vasitəyə dair xüsusatla bağlı – həmin miqdar az çəkidə olduğuna görə barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X1, X12 və Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 203224) Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin, şahidlərin birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 nəzərdə tutulan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. CPM-in 143-cü (Sübutların toplanılması) maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərərçəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 144-cü (Sübutların yoxlanılması) maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci (Sübutların qiymətləndirilməsi) maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in146-cı (Sübutların kifayət etməsi) maddəsində isə qeyd olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: -ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; -cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; -cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: -sübut materiallarının lüzumsuz artıq toplanmasına; -ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Təqsirləndirilən şəxs1 CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyini mübahisələndirirərək həmin Məcəllənin 234.1-ci maddəsi ilə özünü təqsirli bilsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əmələrlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Məhkəmə kollegiyasının iclasında işin faktiki halları və sübutlar tədqiq edilərkən müəyyən olunur ki, hadisənin baş verməsi, inkişafı və nəticəsi bir-birini tamamlayır, sübutlar bir-biri ilə üst-üstə düşür və onların arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, kollegiya belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxsin və onun müdfiəçisinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Digər Təqsirləndirilən şəxs3 apellyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və şərti tətbiq edilməsini xahiş etsə də, məhkəmə kollegiyasının iclasında barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmələrdə verdiyi ifadəsində ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki,”... Birgə yaşayan zaman Çingiz narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olmuşdur... 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında Çingiz ona Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Firqətdən qurudulmuş marixuana gətirmək üçün getmək lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Çünki Çingiz mütəmadi olaraq onu döyür və bir neçə dəfə onun üzərinə bıçaq çıxardıb hədələmişdir. Oğulları hər dəfə onları aralaşdırmışlar. O, dəfələrlə Çingizin bacılarına polisə Çingizin narkotik vasitə satmasını bildirəcəyini desə də, Çingizin bacıları hər dəfə ona bunu etməyə hünərlərinin çatmayacağını demişlər. Çingiz 13.09.2020-ci il tarixdə keçmiş qonşuları taksi sürücüsünə zəng edib çağırmışdır. O, taksi sürücüsü Mürşüd ilə Yevlax rayonu, Qaraoğlan kəndində yaşayan Firqət adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün getmişdir. Firqət həmçinin yolda ona pivə almasını da xahiş etmişdir. O da marketdən pivə aldıqdan sonra Yevlax rayonu, Qaraoğlan kəndinə gedib orada Firqətlə görüşmüşdür. Görüş zamanı Firqət ona meyvə torbasının içirəsində içərisi görünməyən sellofan torbanın içərisində narkotik vasitə olan marixuana vermişdir. O, Firqətin ona narkotik vasitə verməsinə görə heç bir məbləğdə pul verməmişdir. Həmin sellofan torbanı götürdükdən sonra Mingəçevir şəhərinə geri qayıtmış, Yevlax rayonu, Xaldan qəsəbəsindəki mağazadan kibrit qutuları da almışdır. Çünki, əri Çingiz Firqətdən aldığı narkotik vasitə olan marixuananı Naftalan rayonunda yaşayan Rövşənə 10 kibrit qutusuna qablaşdırıb verəcəkmiş. Çingiz qalan marixuananı satmaq üçün isə Şəmkir rayonuna getməyi düşünmüşdür. 13 sentyabr 2020-ci il tarixdə saat 17:25 radələrində Mingəçevir şəhərinə geri qayıdan zaman Mingəçevir şəhəri, H.Əliyev prospekti Kür kompyuter zavodunun yaxınlığındakı avtomobil təmir sexinin yaxınlığında polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Mingəçevir ŞPŞ-yə dəvət etmişlər...” Bunlardan əlavə, Təqsirləndirilən şəxs3 13.09.2020-ci il tarixdə keçirilən əməliyyataxtarış tədbirindən sonra polis şöbəsində psixi və fiziki təsirə, təzyiqə məruz qaldığını, ləyaqətinin alçaldığını məhkəmələrdə bildirsə də, Mingəçevir şəhər prokurorluğunun 03.03.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs3 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Eyni zamanda digər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiqə məruz qalmadıqlarını, lakin ibtidai istintaq zamanı verdikləri ifadələrdən xəbərsiz olduqlarını və oxumadan imza etdiklərini bildirilmələrinə gəlincə, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər iki təqsirləndirilən şəxs dindirilərkən, habelə bir-biriləri ilə üzləşdirilərkən müdafiəçi ilə təmin olunmuş, hər daim müdafiəçiləri yanlarında olmuş, onların keyfiyyətli müdafiə hüququ təmin olunmuş, lakin hər hansı bir narazılıq əks olunmamış, protokola verilən hər hansı bir qeydə rast gəlinməmişdir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə kollegiya həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi, Təqsirləndirilən şəxs3 isə heç nədən xəbərinin olmaması barədə dedikləri, məhkum Təqsirləndirilən şəxs2 bunu təsdiq etməsi, Təqsirləndirilən şəxs3 ümumiyyətlə özünü təqsirli bilməməsi və avtomobillə Yevlax rayonundan Mingəçevir şəhərinə gətiridiyi sellofanda narkotik vasitənin olmasını bilməməsinə dair göstərdiləri cinayət işinin materialları ilə tam təkzib olunur və həmin ifadələr özünümüdafiə xarakter daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs3 ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadələrində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Habelə, Malahət Zərbəliyevanın apellyasiya şikayətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir, həmin cəzanın yüngülləşdirilməsini və şərti hesab edilməsini istəyir. Bununla bağlı kollegiya apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitənin istintaqa bəlli olmayan bir hissəsini Naftalan rayon sakini Şahid2, bir hissəsini isə şəxsiyyətləri istintaqa bəlli olmayan şəxslərə satmaq və əldə etdikləri gəliri öz aralarında bölmək üçün qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmişlər. Təqsirləndirilən şəxs3 ittiham olunduğu CM-in 234.4.1-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs3 qəti olaraq təyin olunmuş 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzаnı yüngülləşdirən halları və ağırlaşdıran hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini düzgün müəyyən etmişdir. Habelə, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbildən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Təqsirləndirilən şəxs3 CM-in 70-ci maddəsinin tətbiq edilməsi məsələsinə gəlincə, CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün deyildir. Belə olan halda Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxslərin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(091)-89/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(091)- 89/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-370/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-370/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver