Məhkəmə qərarları › İş №1(107)-371/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-371/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-371/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3 müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Şəki Regional Vəkil bürosunun vəkili X10 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X13 (sədrlik edən), X12 (məruzəçi) X4 ibarət tərkibdə) 27 iyul 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1968-ci ildə Ağsu rayonu Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri Nizami küçəsi ev 17, mənzil 2-də qeydiyyatda olmaqla, Ağsu rayonu Qaraqoyunlu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməkə halhazırda Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 20 yanvar 2021-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan zərər çəkmiş Zərərçəkmiş şəxs cərrahi əməliyyat zamanı bədənindən çıxarılmış 11 ədəd qırma və 3 ədəd daş parçası məhv edilsin, bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd sviter və bir ədəd idman köynəyi sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması, cinayət törədilərkən alət olan 148482-64 nömrəli ov silahı, 2 ədəd patron, 1 ədəd giliz xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə qohumu Ağsu rayonu Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs, bir neçə il bundan əvvəl ölmüş qardaşı X6 arvadı Şahid2 Mais qızı ilə yaxın münasibətdə olmasında onu ittiham etməsi və bu barədə kənd sakinləri arasında şayiələr yayması səbəbi ilə uzun müddət aralarında davam edən şəxsi münasibətlər zəminində yaranmış ədavətə son qoyaraq qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün həmin gün saat 15 radələrində, SSRİnin Tula “Silah Zavodunda” 1964-cü ildə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “148482” №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahını götürüb hər iki lüləsinə patronlar yerləşdirərək idarə etdiyi «Mercedes C180» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs təqib edib, Ağsu rayonu Qaraqoyunlu kəndi ərazisində, Şahid2 Mais qızının yaşadığı evin yaxınlığında avtomobili saxlamış, daha sonra avtomobildən düşüb silahı götürərək Zərərçəkmiş şəxs doğru tuşlayıb ona böhtan atması səbəbi ilə qarşısında diz çökərək üzr istəməsini tələb etmiş, lakin sonuncu ona əhəmiyyət vermədən geri çevirilməklə yoluna davam edib təxminən 20 metr irəlilədikdən sonra o, həmin silahdan bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs boyunun sol arxa ənsə nahiyəsinin, kürəyin sol yan hissəsinin, sol yuxarı ətrafın(bazunun, dirsəyin və saidin arxa yan səthlərinin) çoxsalı, oxşar, eyni xarakterli, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmiş, həmin vaxt gözləri önündə cərayan edən hadisələrin inkişafı, ona bir atəşlə də Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək barədə niyyətinin tam həyata keçdiyini dərk etməyə imkan verməklə, silahdan növbəti dəfə atəş açmağa zərurət olmadığını diktə etdiyindən, eləcə də Zərərçəkmiş şəxs hadisə yerindən qaçıb qardaşı Şahin Hacıyevin evinə daxil olmaqla, oradan qohumları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına çatdırılaraq göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünün ləğv edilib, tətbiq edilməli olan qanun normasının tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi və X17 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, həmin hökmün dəyişdirilməsini Təqsirləndirilən şəxs tətbiq edilməli olan cinayət qanununun normasını tətbiq etməklə aşağı həddə cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ov silahından atəş açmamış, həmin gün yaşadığı evin həyətində saxladıqları cücələrinə qarğa hücüm etdiyi üçün ov silahını götürüb qarğaya atəş açmışdır. Bu vaxt qırmalar küçə ilə hərəkət edən Zərərçəkmiş şəxs təsadüfən dəymiş, Mürvətlə heç bir düşmənçilyi, ədavəti olmamışdır. Mürvətə qəsdən atəş açmamış, Şəfa Hacıyev ilə bağlı Mürvətlə əvvəllər heç bir mübahisəsi baş verməmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla, həm də atasının əmisi nəvəsidir. Zərərçəkmiş şəxslə qohum olmaqlarına baxmayaraq, 2006-cı ildən münasibətləri pozularaq bir-biri ilə danışmamışlar. Belə ki, Zərərçəkmiş şəxs yaşadıqları Qaraqoyunlu kəndində onu Mürvətin qardaşı mərhum Şahin Hacıyevin arvadı Şahid2 Mais qızı ilə yaxın münasibətə olması və bu münasibətlərinin hələ də davam etdirməkdə ittiham etmişdir. Mürvət onun barəsində bu şayəni yaydıqdan sonra, bir neçə dəfə Mürvətə buna görə iradını bildirmiş, hətta sonuncudan barəsində olan söz-söhbətlərə son qoymasını xahiş etmişdir. 2017-ci ildə Mürvətin qardaşı Şahin Hacıyev xəstəlikdən vəfat etdikdən sonra Mürvət tez-tez qardaşı Şahinin evinə getmiş, Mürvətin bu hərəkətləri onda şübhə yaratmışdır. Buna görə bir neçə dəfə Mürvəti görüb, sonuncuya, Şahin qardaşı olsa da evinə getməməsini demiş, kənd sakinlərinin qardaşı arvadı Şəfa ilə yaxın münasibətdə olmasından danışdıqlarını bildirmişdir. Lakin Mürvət onun bu sözlərinə məhəl qoymamışdır. 20 yanvar 2021-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi Mercedes C180 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs evindən təxminən 150 metr məsafə aralıda yerləşən torpaq sahəsinə gəlmiş, orada, avtomobildən düşüb, çəpərə alınmış sahəsinə göz gəzdirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs azyaşlı nəvəsi də qucağında kənd sakini Şahid1 ilə onun yanından keçmiş, hər ikisinə salam verdikdən sonra Məhəmmədhadi salamını qəbul etsə də Zərərçəkmiş şəxs ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs bu hərəkəti ona pis təsir etmiş, Mürvətə yenidən salam deyə müraciət etsə də, sonuncu yenə də ona əhəmiyyət vermədən evlərinə getmişdir. Bir neçə dəqiqə torpaq sahəsində işlədikdən sonra, kənd sakini mərhum Əfrasyat Nəsirovun yas mərasinə getmək üçün avtomobilinə oturmuş, bu vaxt Zərərçəkmiş şəxs də evlərindən çıxmışdır. Mürvətin də yas mərasiminə gedəcəyini düşündüyü üçün avtomobilinə dəvət etmiş, lakin Zərərçəkmiş şəxs onun təklifini qəbul etməyərək oradan uzaqlaşmışdır. Öz avtomobili ilə yas mərasiminə gedərək saat 13 radələrinədək orada iştirak etdikdən sonra evlərinə qayıtmışdır. Evdə nahar etmiş, saat 14 radələrində evdən çıxıb avtomobilə əyləşərək su gətirmək üçün kənd sakini Qarabağ əlili X7 evinə tərəf getmişdir. Şahin Hacıyevin evinin yaxınlığına çatanda Zərərçəkmiş şəxs Şahinin evinə tərəf getdiyini görüb avtomobilini saxlayıb düşmüşdür. Mürvəti arxadan səsləyərək dayanmasını tələb etsə də, sonuncu dayanmadığından avtomobildə olan qoşalüləli ov silahını da götürüb Mürvətin arxasınca gəlmişdir. Aralarında təxminən 5 metr məsafə qalmış, Mürvət dayanıb ona tərəf çevirilərkən sonuncuya «Mürvət görürsən ki, indi hər şey sübüt olunur. Sən özün qardaşın arvadının yanına gəlirsən» dedikdə, Mürvət ona «sən oğraşsan» deyib, geri çevirilməklə ondan uzaqlaşmışdır. Mürvətin bu sözləri ona pis təsir etmiş, əsəbləşərək silahı qaldırıb havaya atəş açmaq istəyəndə özünün də bilmədiyi səbəbdən qırmalar Mürvətin kürək nahiyəsindən dəymişdir. Mürvət qaçıb getmiş, o, isə silahını avtomobilə qoyub Ağsu rayon Polis Şöbəsinə gəlib könüllü təslim olaraq özü ilə gətirdiyi silahı və patronları təqdim etmişdir. Niyyəti Zərərçəkmiş şəxs öldürmək olmamış, qoşalüləli silahın lülə kanalında iki patron olmasına və növbəti dəfə atəş açmaq imkanına baxmayaraq niyyəti sonuncunu qorxutmaq olduğundan silahdan yalnız bir dəfə atəş açmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qaya oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla həm də eyni nəsildən olmuşlar. Təqsirləndirilən şəxs mərhum qardaşı Şahin Hacıyevin arvadı Şahid2 Mais qızı ilə münasibətdə olmasından şübhələnməsinə görə sonuncu ilə münasibəti olmamış, hələ qardaşı Şahin sağlığında bir neçə dəfə Qayaya bu hərəkətinə görə iradını bildirərək evindən qovmuşdur. Bu hadisə çox əvvəl olduğuna görə bundan sonra ümumiyyətlə Təqsirləndirilən şəxslə bu barədə heç nə danışmamışdır. Qayanı nə vaxt görsə sonuncudan uzaq durmağa çalışmış, həmçinin ailə üzvləri də Qayanın xeyir və şər mərasimlərində iştirak etməmişlər. 2020-ci ilin yay ayında Qaya ilə torpaq sahəsinin suvarılmasına görə söz mübahisəsi etmişlər. 20 yanvar 2021-ci il tarixdə saat təxminən 11 radələrində azyaşlı nəvəsi Ayla ilə birlikdə mərhm qardaşı Şahin Hacıyevin evindən çıxıb yaşadığı evə doğru gələrkən küçədə kənd sakini X2 ilə rastlaşmış, sonuncu ilə söhbət edə-edə evin yaxınlığına gələndə Təqsirləndirilən şəxs evindən təxminən 150 metr məsafə aralıda olan torpq sahəsinin qarşısında özünə məxsus «Mercedes» markalı avtomobilin yanında dayandığını görmüşdür. Qayanın yanından keçəndə Məhəmmədhadi Qaya ilə salamlaşmış, o, isə Qayaya əhəmiyyət verməmişdir. Qaya qucağında olan nəvəsini görüb, «Allah saxlasın Mürvət» desə də yenə Mürvətə əhəmiyyət verməyərək yaxınlıqda olan evinə gəlmişdir. Evdə təxminən 20 dəqiqə qaldıqdan sonra həmin gün kənd sakini Əfrasyat Nəsirovun yas mərasiminə getmək üçün evdən çıxmışdır. Qapıdan çıxarkən Təqsirləndirilən şəxs yenə eyni yerdə dayandığını görmüş, Qaya ondan avtomobilinə oturmasını, işi olduğunu desə də, Qayanın təklifini qəbul etməmiş, «səninlə heç bir münsibətim yoxdur. Avtomobilinə də oturmuram. Çıx get, məndən əl çək» deyərək yoluna davam etmişdir. Qaya çox təkid etsə də, o, əhəmiyyət verməmiş, həmin vaxt yeznəsi X14 ilə rastlaşmışdır. Sadiqin avtomobilinə oturaraq saat 12 radələrində yas yerinə gəlmiş, təxminən bir saata yaxın yas mərasimində iştirak etmiş, həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. Saat 13 radələrində yas yerindən çıxıb yolla piyada gələrkən Təqsirləndirilən şəxs yenə də Mercedes markalı avtomobilllə onu təqib etmişdir. Qaya uenə də avtomobili onun yanında saxlayıb işi olduğunu bildirərək avtomobilə oturmasını tələb etmişdir. Yenə də avtomobilə oturmaqdan imtina edərək ondan əl çəkməsini, çıxıb getməsini tələb etmişdir. Bundan sonra Qaya oradan uzaqlaşaraq avtomobili öz evləri istiqamətində sürmüşdür. Evinə gələrək paltarlarını dəyişmiş, yemək yemiş, saat 14 radələrində qardaşı Şahingilə getmək üçün evdən çıxmışdır. Həmin gün səhər saatlarında Şahingildə olan zaman, qardaşı arvadı Şəfa ona evlərində tozsoranın işləmədiyini, günorta gəlib tozsoranı düzəltməsini, həm də evlərinin həyətində iki ağac əkməsini xahiş etmişdir. Bu məqsədlə evdən çıxıb küçə ilə hərəkət edən vaxt, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ona tərəf gəldiyini görmüş, sonuncu ilə qarşılaşmamaq üçün addımlarını tezləşdirərək qardaşı Şahinin evinə dönən yola doğru istiqamətlənmişdir. Lakin Qaya onu təqib edib avtomobilini yanında saxlamış, yerə düşüb onu səsləmişdir. Qayaya əhəmiyyət vermədən hərəkətinə davam etmiş, bu vaxt Qaya ona, «dayan Mürvət səninlə işim var» dediyi üçün ayaq saxlayıb geri çevriləndə Qayanın əlində silah olduğunu görmüşdür. Qaya ona «dizi üstə yerə çök və məndən üzr istə» deyib silahı ona tərəf tuşlamış, Qayanın silahla onu qorxutduğunu, atəş açmağa cəsarətinin olmayacağını düşünüb «get işinlə məşğul ol» deyərək geri çevrilməklə yoluna davam etmişdir. Təxminən 5 metr məsafə aralanan zaman atəş açılmış, kürək nahiyəsində ağrı hiss etmişdir. Dərhal oradan qaçaraq qardaşı Şahinin evinə girmiş, qışqırıq səsinə Şahinin arvadı Şəfa, qızı Nəzakət və azyaşlı nəvələri çölə çıxmışdır. Daha sonra kürək nahiyəsindən qanaxma olduğu üçün digər qardaşı Nüsrətin evinə keçmiş, oradan isə kənd sakini Şahid4 idarə etdiyi avtomobillə Ağsu Mərkəzi rayon xəstəxanasına gəlmişdir. Orada həkimlər ona tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə saat 11 radələrində evindən çıxıb, Qaraqoyunlu kənd sakini Əfrasyat Nəsirovun yas mərasiminə getmiş, həmin vaxt yolda qucağında azyaşlı nəvəsi ilə anasının evindən öz evinə tərəf gedən Zərərçəkmiş şəxslə qarşılaşmışdır. Yolları bir olduğu üçün Mürvətlə, sonuncunun evinin yaxınlığınadək gəlmiş, evin yanına çatanda kənd sakini Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsinin yanında dayandığını görmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşüb onlara salam vermiş, salamı alsa da Mürvət cavab verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs quçağında olan azyaşlı uşağa görə «Allah saxlasın» desə də, Mürvət yenə də Qayanın bu sözünə əhəmiyyət vermədən evinə tərəf getmişdir. Sonra yas yerinə getmiş, həmin gün gecə Təqsirləndirilən şəxs Mürvəti ov silahı ilə vuraraq yaralamasını eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Mais qızı ifadəsində göstərmişdir ki, Ağsu rayonu Qaraqoyunlu kəndində yaşamaqla Zərərçəkmiş şəxs mərhum əri Şahin Hacıyevin qardaşı olmuş, əri Şahin 2016-cı ildən ankoloji xəstəlikdən vəfat etmişdir. Təqsirləndirilən şəxslə normal münasibətləri olmuş, mərhum əri Şahinlə Qaya dost olmuşlar. Nə Təqsirləndirilən şəxslə, nə də ki, Zərərçəkmiş şəxslə arasında hansısa bir münasibəti olmamış, sonuncuların arasında hansısa münaqişənin olmasından məlumatı olmamışdır. 20 yanvar 2021-ci il tarixdə yaşadığı evdə olmamış, həmin vaxt atası evində olmuşdur. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tüfənglə vurduğunu eşitmişdir. Həmin gün səhər saatlarında Mürvət onlarda olmuş, sonra isə yenidən evlərinə qayıtmışdır. Günorta Mürvətdən yenidən onlara gəlib sınmış vəziyyətdə olan tozsoranı düzəltməsini və həyətlərində ağac əkməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qardaşı olmaqla Təqsirləndirilən şəxslə uzaq qohum olmuşlar. 20 yanvar 2021-ci il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birlikdə evində olarkən qardaşı Mürvətin qışqırıq səsini eşitmiş, Mürvət çəpər qonşusu olan qardaşı Şahinin evindən onun evinə keçmiş,dir. Bundan sonra dərhal həyətə düşmüş, Mürvətin qaçaraq onlara tərəf gəldiyini görmüşdür. Sonuncudan nə baş verdiyini soruşduqda Mürvət ona Qayanın ov silahından atəş açaraq kürəyindən və qolundan vurduğunu bildirmişdir. Həmin vaxt Mürvəti kənd sakini Şahid4 idarə etdiyi Vaz-2107 markalı avtomobilə qoyub Ağsu mərkəzi rayon xəstəxanasına aparmışlar. Orada Mürvətə tibbi yardım göstərilmiş və həyatı xilas edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə saat 1430 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi «Vaz-2107» markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən kənd sakini mərhum Şahin Hacıyevin evinin qarşısına çatanda yol kənarında adamlar toplaşdığını görüb avtomobilini saxlamış, həmin vaxt Zərərçəkmiş şəxs sol qolunu tutub, yarı əyilmiş vəziyyətdə zarıdığını görmüş, sonuncuya yaxınlaşıb nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs bir az öncə Təqsirləndirilən şəxs ov tüfəngi ilə atəş açdığını bildirmişdir. Mürvtəin qolundan və kürək nahiyəsindən qan axdığını görmüş, sonuncunu avtomobilinə otuzduraraq Mürvtəin qardaşı Nüsrət ilə birlikidə X23 raoyn Xəstəxanasına aparmışlar. Orada Mürvətə tibbi yardım göstərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğlu, həm də bacısının əri, Zərərçəkmiş şəxs isə eyni nəsildən olmuşdur. 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ov silahından atəş açmaqla vurması barədə eşitmiş, lakin Qayanın hansı səbəbdən Mürvətə atəş açmasını bilməmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla ailəsi ilə birlikdə onunla yaşamışdır. Zərərçəkmiş şəxs da onun qohumu olmaqla bir nəslin nümayəndələri olmuşlar. Zərərçəkmiş şəxs və onun ailəsi ilə heç bir düşmənçilikləri-ədavətləri olmamışdır. 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs səhər saatlarında idarə etdiyi «Mercedes» markalı avtomobillə evdən çıxıb getmiş, bundan sonra Qayanı görməmişdir. Həmin gün günorta saat 15 radələrində evdə arvadı Zivər Hacıyeva ilə birlikdə oturub televizora baxarkən küçədə atəş səsi eşitmiş, çölə çıxan vaxt qışqırıq səsi də eşitmişdir. Küçəyə çıxdıqda evlərindən bir az aralıda kənd sakini X8 görmüş, sonuncudan nə baş verdiyini soruşanda Ruslan ona oğlu Təqsirləndirilən şəxs Mürvəti ov silahı ilə vurduğunu demişdir. Qayanın Mürvəti vurandan sonra avtomobilinə oturub Ağsu rayonu istiqamətində getdiyini, Mürvətin isə xəstəxanaya aparıldığını bilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 25 fevral 2021-ci il tarixli 30 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində, boyunun sol arxa hissəsinin (ənsə nahiyəsinin aşağı hissəsinin), kürəyin sol yan hissəsinin, sol yuxarı ətrafın(bazunun, dirsəyin və saidin arxa yan səthlərinin) çoxsaylı, oxşar, eyni xarakterli kor qırma yaraları vardır. Qeyd olunan xəsarətlər uzunlüləli, odlu silah təsirindən, bir atəşin nəticəsində olmaqla, uzaq məsafədən atılmağa xarakterik olan, odlu silah yarasıdırlar, törənmə müddəti qərarda göstərilən və tibbi sənəddə qeyd olunan müddətdə və şəraitdə-yəni, 20 yanvar 2021-ci il tarixdə əmələ gəlməyə uygundurlar. Ağırlıq dərəcəsinə görə, xəsarətlərin hər biri ayrı-ayrılıqda və birlikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin quruluşuna, xarakterinə və yerləşməsinə görə öz-özünə yetirməsi mümükün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan odlu silah zədəsindən başqa xəsarət və xəsarət izi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 15 mart 2021-ci il 3/342, 3/343 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş silah - keçmiş SSRİ-də Tula “Silah Zavodunda” 1964-cü ildə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “148482” №li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin silah saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, ondan tətiyini çəkmədən kənar fiziki təsir nəticəsində özü-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş iki ədəd patron-16 klibrli olmaqla həmin klibrə malik hamarlüləi(yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizi zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Gilizin üzərində istehsal illinə və yerinə dair hər hansı yazıişarə olmadığına görə, müəyyən etmək mümkün olmadı. Həmin giliz təqdim edilmiş “TOZBM”modelli, “148482” №-li, ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 14 (on dörd) ədəd predmetdən - 11 (on bir) ədədi yivsi odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən müxtəlif kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir - 3,25 mm-lik qırmalardır; 03 ədədi daş parçasıdır. Qırmalar silahın lülə kanalına sürtünmə və bərk predmetə dəyməsi nəticəsində əzilərək deformasiyaya uğramışdır. Həmin qırmaların üzərlərində olan və atəş prosesində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən qırmaların 16 kalibirli «Toz-BM» modelli 148482№-li ov tüfəngdən atılıbatılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş giliz ilə vahid bütövlük təşkil edibetməmələrini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin və qurğuşun metal izinin aşkar aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində, qırmaların təsirindən, arxadan-önə doğru istiqamətdə 2 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş tüfəngdən açılan atəş(lər) nəticəsində yaranması mümkündür. Atəş açılan zaman silahın lüləsi zərərçəkənin arxa tərəfinə doğru olmuşdur. Lakin müvafiq elmi metodika olmadığından zədələrə görə atəşin hansı tarixdə açılmasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, sonuncu təmizləmədən sonra həmin silahdan atəş(lər) açılmışdır. Kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 16.02.2021-ci il tarixli 343 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs “Üzvi emosional-labil (astenik) pozuntu” müəyyən edilir. Ona aşkar edilən üzvi emosional-labil pozuntu, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamış, onda “Üzvi emosional-labil (astenik) pozuntu” müəyyən edilir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, dəyişkən əhval-ruhiyyəlilik, hövsələsizlik, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektul imkanları nəzərə alınmaqla o, hadisə zamanı iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasini anlaya bilərdi. O, cinayət əməlini törətməzdən əvvəl və cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazırkı psixi-emosional vəziyyəti normaya uyğundur. Onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs yaranmış şəraitin mahiyətini tam dərk etmək və davranışının mümkün nətcələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. İş materaiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 yanvar 2021-c il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Ağsu rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət əməli barədə şifahi şəkildə məlumat vermiş, cinayətin törədilməsində istifadə edilən silahı təqdim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 1810-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməs haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli, 95 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağsu rayonu Qaraqoyunlu kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 10.01.2004-cü ildə anadan olmuş X15, 06.08.2006-cı ildə anadan olmuş X5, 01.06.2009-cu ildə anadan olmuş X18 adlı iki yetkinlik yaşına çatmayan və bir az yaşlı uşağı vadır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünün ləğv edilib, tətbiq edilməli olan qanun normasının tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İşin hallarından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoşa lüləli ov tüfəngi ilə atəş açmış və bu zaman onun zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönələn hərəkəti artıq bitmişdir. Zərərçəkmiş şəxs ona atəş açıldıqdan sonra hadisə yerindən qaçdıqdan və xəstəxanaya gedərək ona ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs öz niyyətini həyata keçirə bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onun çöl quşlarını vurarkən sonuncuya xəsarət yetirməsinə dair ifadəsində göstərdikləri birinci instansiya məhkəməsinin iclasında təsdiq olunmadığına və işin hallarına uyğun gəlmədiyinə görə özünü müdafiə kimi qiymətləndirilmişdir. Apellyasiya Məhkəməsinin qənaətincə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eyni zamanda ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə bağlı nəticəyə gəlməklə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar