Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-372/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbyacan Respublikası CM və ya CM) 177.2.1, 177.2.3 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-in CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs4 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs5 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü ildə Ucar rayonu Qulabənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Ucar rayonu Qulabənd kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 26 noyabr 2021-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, xx xxxxxx 1986-cı ildə Ucar rayonu Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu Qaracallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Ucar rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu Qaracallı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, xx xxxx 1973-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləmiş, məhkumluğu olmayan, Ucar şəhəri V.Zahidova küçəsi ev 21-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinаyət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 03 dekabr 2021-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs3 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, 11 avqust 1984-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ucar rayonu Gəraybəyli kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) il 6 (altı) ay müdətə azadlığın məhdudlaşdırılmasının 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməsi və CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs4 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 03 dekabr 2021-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs4 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, xx xxxxxx 1985-ci ildə Ucar rayonu Qulabənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 21, mənzil 119-da qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs5 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs5 üzərinə Ucar rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, təmiz çəkisi 391,61 qram kustar üsulla hazırlanmış narkotik vasitələr-qurudulmuş marixuanalar, 0,172 qram psixotrp maddə-metamfetamin, 0,797 qram maddə narkotik vasitə-heroin və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,58 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 0,212 qram psixotrop maddələr-metamfetaminlər və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,57 qram kustar üsulla hazırlanmış narkotik vasitələr-qurudulmuş marixuanaların hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “X- İNOVO” markalı mobil telefon, 1 ədəd dini kitab (quran kitabı), 1 ədəd təsbeh, 10 ədəd dini şal, 122 ədəd ailə şəkillərinin Zərərçəkmiş şəxs1 qaytarılması, iş üzrə maddi sübut olan 1 ədəd istifadə olunmuş, qara rəngli, “LA32A450C1” modelli, “Samsung” markalı, 102 ekran dioqanallı televizorun, 1 ədəd ağ rəngli, uzunmüddət istifadə olunmuş “Lence” markalı ətçəkən maşının, 1 ədəd qarışıq rəngli ədyalın, 1 ədəd istifadə olunmuş, üzərində “Volstar EL 7060” yazısı olan, 8 kq tutumlu paltaryuyan maşının, 1 ədəd yerüstü örtüyün, 1 ədəd qadın qış gödəkçəsinin (şubanın), 1 ədəd qadın paltosunun, 1 ədəd elektrik qızdırıcısının, 8 ədəd çexolun, 5 ədəd qadın yaylığının, 1 ədəd mikserin, 5 ədəd hamam dəsmalının, 1 ədəd əl-üz dəsmalının, 1 ədəd çay dəsmalının, 5 ədəd qadın jaketlərinin Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması, iş üzrə maddi sübut olan 11 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 34 (otuz dörd) manat 55 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci), Təqsirləndirilən şəxs3 248 (iki yüz qırx səkkiz) manat 25 qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri), Təqsirləndirilən şəxs4 134 (bir yüz otuz dörd) manat 25 qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri), habelə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada 50 (əlli) manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi və Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, habelə maddi sübut olan narkotik vasitələrin-qurudulmuş marixuanaların, heroinin və psixotrop maddələrin-metamfetaminlərin məhv edilməsi, habelə maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması və məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) tutulması ilə bağlı hissədə icrasının Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 zərərin əvəzinin ödənilməsi haqqında mülki iddiasından imtinasının qəbul edilməsi və mülki iddia üzrə icraata xitam verilməsi, Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 111 (bir yüz on bir) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göyçay Vəkil Bürosunun vəkili Müdafiəçi2 45 (qırx beş) manat, məhkəmədə Təqsirləndirilən şəxs4 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göyçay Vəkil Bürosunun vəkili Müdafiəçi4 48 (qırx səkkiz) manat və məhkəmədə Təqsirləndirilən şəxs5 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 48 (qırx səkkiz) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” həmin Qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 23,01 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 20 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Ucar rayonu Qulabənd kəndində sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətə giriş qapısının qarşısında 130 (bir yüz otuz) manata almaqla qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitələri Ucar rayonu Qaracallı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində və Ucar rayonu Gəraybəyli kəndində kirayə yaşadığı fərdi yaşayış evində saxlamış, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, sааt 20 rаdələrində onun Ucar rayonu Gəraybəyli kəndində faktiki kirayə olaraq yaşadığı evin yataq otağında yerləşən mebel rəfindən 5 (beş) ədəd kibrit qutusunda və 2 (iki) ədəd ağ rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 3,56 qram, 4,94 qram, 2,04 qram, 4,95 qram, 5,91 qram, 0,50 qram və 0,79 qram olmaqla ümumi təmiz çəkiləri 22,69 qram, həmin günü saat 22 radələrində isə Ucar rayonu Qaracallı kəndində yerləşən özünə məxsus evin yataq otağındakı televizorun alt hissəsindən 1 (bir) ədəd Bakı markalı siqaret qutusunun içərisində olan kağız bükümdə 0,32 qram çəkidə olmaqla ümumilikdə 23,01 qram çəkidə qanunsuz əldə edərək saxladığı tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış nаrkоtik vаsitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 23 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək, Ucаr rayonu Qulabənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evinə qаnunsuz dаxil оlаrаq, oradan sonuncuya məxsus 180 (bir yüz səksən) manat dəyərində 1 (bir) ədəd istifadə olunmuş, qara rəngli, “LA32A450C1” modelli “Samsunq” markalı, 102 ekran diaqonallı televizoru, hər biri 150 (bir yüz əlli) manat olmaqla 2 (iki) ədəd “Nikon” markalı müşahidə kamerasını, 750 (yeddi yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Nikon” markalı müşahidə kamerasının aparat qurğusunu, 1050 (bir min əlli) manat dəyərində 1 (bir) ədəd “Panasonik” markalı videokameranı, 20 (iyirmi) manat dəyərində bir ədəd ağ rəngli, uzunmüddət istifadə olunmuş “Lence” markalı, 200 (iki yüz) manat dəyərində bir ədəd qırmızı rəngli “Euromax” markalı olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat dəyərində iki ədəd ətçəkən maşını, 150 (bir yüz əlli) manat dəyərində uşaq yelləncəyini, 200 (iki yüz) manat dəyərində qarışıq rəngli odeyalı, 40 (qırx) manat dəyərində, istifadə olunmuş, üzərində “Volstar EL 7060” yazısı olan, 8 kq tutumlu paltaryuyan maşını, 60 (altmış) manat dəyərində yerüstü örtük, 160 (bir yüz altmış) manat dəyərində qadın qış gödəkçəsi (şuba), 90 (doxsan) manat dəyərində qadın paltosu, 30 (otuz) manat dəyərində elektrik qızdırıcısı, 72 (yetmiş iki) manat dəyərində hər biri 9 manat olan 8 ədəd çexol, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd qadın yaylığı, 15 (on beş) manat dəyərində 1 ədəd mikser, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd hamam dəsmalı, 5 manat dəyərində 1 ədəd əl-üz dəsmalı, 3 manat dəyərində 1 ədəd çay dəsmalı, 75 (yetmiş beş) manat dəyərində hər biri 15 manat olan 5 ədəd qadın jaketlərini gizli olaraq tаlаyıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 (üç min beş yüz) mаnаt məbləğində mаddi ziyаn vurmuşdur. Bundan başqa o, 2021-ci ilin avqust ayı ərzində yaşadığı Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən çöllük ərazidə yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərindən toplayaraq qurutmaqla əldə etdiyi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” həmin Qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 392,36 qram çəkidə qurudulmuş marixuananın 23,01 qramını 7 (yeddi) ədəd kibrit qutusunda 20 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Ucar rayonu Qulabənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətə giriş qapısının qarşısında Təqsirləndirilən şəxs1 130 (bir yüz otuz) manata sataraq, qalan 369,35 qram qurudulmuş marixuananı yaşadığı evin həyətində yerləşən tövləyə bitişik yardımçı tikilidə sаxlаmış, 26 noyabr 2021-ci il tarixdə, sааt 13 rаdələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evin həyətində yerləşən tövləyə bitişik yardımçı tikiliyə baxış keçirilərkən 1 (bir) ədəd ağ rəngli sellofan torbada 215,53 qram, 1 (bir) ədəd qara rəngli sellofanın içərisinə qoyulmuş ağ rəngli sellofan torbanın içərisində 135,14 qram, 4 (dörd) ədəd kibrit qutusunun içərisində və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 5,13 qram, 4,55 qram, 5,70 qram və 2,39 qram olan ümumi təmiz çəkiləri 18,68 qram olmaqla, cəmi ümumi təmiz çəkisi 369,35 qram qanunsuz əldə edərək saxladığı tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış nаrkоtik vаsitə olan qurudulmuş marixuana аşkаr olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 07 dekabr 2020-ci il tarixdə, sааt 02 rаdələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək, Ucаr şəhəri Firdovsi küçəsi 24 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə pəncərədə olan dəmir barmaqlığı mismarçıxaranla sındırma yolu ilə qаnunsuz dаxil оlаrаq, oradan 9800 (doqquz min səkkiz yüz) manat nəğd pul, Rusiya istehsalı olmaqla hər biri 12 qram çəkidə və 864 manat olmaqla, ümumilikdə 1728 manat dəyərində 2 ədəd qızıl boyunbağı, Rusiya istehsalı olmaqla hər biri 5 qram çəkidə və 360 manat olmaqla ümumilikdə 720 manat dəyərində 2 ədəd qızıl asqı, Rusiya istehsalı olmaqla hər biri 3,5 qram çəkidə və 252 manat olmaqla ümumilikdə 756 manat dəyərində 3 (üç) ədəd qızıl üzük, Rusiya istehsalı olmaqla 4,5 qram çəkidə 324 manat dəyərində 1 (bir) ədəd qızıl üzük, Rusiya istehsalı olmaqla hər biri 12 qram çəkidə və 864 manat olmaqla ümumilikdə 1728 manat dəyərində 2 (iki) ədəd qızıl üzük, Rusiya istehsalı olmaqla 10 qram çəkidə və 720 manat dəyərində 1 (bir) ədəd qızıl üzük olmaqla cəmi 83 qram çəkidə, ümumi dəyəri 5976 (beş min doqquz yüz yetmiş altı) manat olan qızıl-zinət əşyalarını, 20 manat dəyərində 1 ədəd “X-İNOVO” markalı mobil telefonu, 50 manat dəyərində 1 ədəd dini kitab, 10 manat dəyərində 1 ədəd təsbeh, hər biri 10 manat olmaqla 100 manat dəyərində 10 ədəd dini şalı, hər biri 2 manat olmaqla 244 manat dəyərində 122 ədəd ailə şəkillərini olmaqla özgənin əmlakını tаlаyıb, zərərçəkmiş şəxsə ümumilikdə 16200 (on altı min iki yüz) mаnаt məbləğində mаddi ziyаn vurmuşdur. Bundan başqa o, təkrarən, 23 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək, Ucаr rayonu Qulabənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evinə qаnunsuz dаxil оlаrаq, oradan sonuncuya məxsus 180 (bir yüz səksən) manat dəyərində 1 (bir) ədəd istifadə olunmuş, qara rəngli, “LA32A450C1” modelli “Samsunq” markalı, 102 ekran diaqonallı televizoru, hər biri 150 (bir yüz əlli) manat olmaqla 2 (iki) ədəd “Nikon” markalı müşahidə kamerasını, 750 (yeddi yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Nikon” markalı müşahidə kamerasının aparat qurğusunu, 1050 (bir min əlli) manat dəyərində 1 (bir) ədəd “Panasonik” markalı videokameranı, 20 (iyirmi) manat dəyərində bir ədəd ağ rəngli, uzunmüddət istifadə olunmuş “Lence” markalı, 200 (iki yüz) manat dəyərində bir ədəd qırmızı rəngli “Euromax” markalı olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat dəyərində iki ədəd ətçəkən maşını, 150 (bir yüz əlli) manat dəyərində uşaq yelləncəyini, 200 (iki yüz) manat dəyərində qarışıq rəngli odeyalı, 40 (qırx) manat dəyərində, istifadə olunmuş, üzərində “Volstar EL 7060” yazısı olan, 8 kq tutumlu paltaryuyan maşını, 60 (altmış) manat dəyərində yerüstü örtük, 160 (bir yüz altmış) manat dəyərində qadın qış gödəkçəsi (şuba), 90 (doxsan) manat dəyərində qadın paltosu, 30 (otuz) manat dəyərində elektrik qızdırıcısı, 72 (yetmiş iki) manat dəyərində hər biri 9 manat olan 8 ədəd çexol, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd qadın yaylığı, 15 (on beş) manat dəyərində 1 ədəd mikser, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd hamam dəsmalı, 5 manat dəyərində 1 ədəd əl-üz dəsmalı, 3 manat dəyərində 1 ədəd çay dəsmalı, 75 (yetmiş beş) manat dəyərində hər biri 15 manat olan 5 ədəd qadın jaketlərini gizli olaraq tаlаyıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 (üç min beş yüz) mаnаt məbləğində mаddi ziyаn vurmuşdur. Bundan başqa o, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” həmin Qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,797 qram çəkidə heroin, həmçinin həmin qanunun İİ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,172 qram metamfetamin, həmçinin həmin qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarında, yəni 0,58 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana olmaqla, istintaqa məlum omayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitələri ünvan 2 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən işləməyən hamamda saxlamış, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 dekabr 2021-ci il tarixdə, sааt 15 rаdələrində onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən işləməyən hamamda stulun üzərində olan dəmir qabın içərisindən 4 (dörd) ədəd şəffaf sellofan bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,229 qram, 0,241 qram, 0,156 qram və 0,171 qram olmaqla ümumi təmiz çəkiləri 0,797 qram heroin, bir ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,172 qram metamfetamin, bir ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,58 qram qanunsuz əldə edərək saxladığı çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs4 23 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi birgə nikahda yaşadığı Təqsirləndirilən şəxs5, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək, Ucаr rayonu Qulabənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evinə qаnunsuz dаxil оlаrаq, oradan sonuncuya məxsus 180 (bir yüz səksən) manat dəyərində 1 (bir) ədəd istifadə olunmuş, qara rəngli, “LA32A450C1” modelli “Samsunq” markalı, 102 ekran diaqonallı televizoru, hər biri 150 (bir yüz əlli) manat olmaqla 2 (iki) ədəd “Nikon” markalı müşahidə kamerasını, 750 (yeddi yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Nikon” markalı müşahidə kamerasının aparat qurğusunu, 1050 (bir min əlli) manat dəyərində 1 (bir) ədəd “Panasonik” markalı videokameranı, 20 (iyirmi) manat dəyərində bir ədəd ağ rəngli, uzunmüddət istifadə olunmuş “Lence” markalı, 200 (iki yüz) manat dəyərində bir ədəd qırmızı rəngli “Euromax” markalı olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat dəyərində iki ədəd ətçəkən maşını, 150 (bir yüz əlli) manat dəyərində uşaq yelləncəyini, 200 (iki yüz) manat dəyərində qarışıq rəngli odeyalı, 40 (qırx) manat dəyərində, istifadə olunmuş, üzərində “Volstar EL 7060” yazısı olan, 8 kq tutumlu paltaryuyan maşını, 60 (altmış) manat dəyərində yerüstü örtük, 160 (bir yüz altmış) manat dəyərində qadın qış gödəkçəsi (şuba), 90 (doxsan) manat dəyərində qadın paltosu, 30 (otuz) manat dəyərində elektrik qızdırıcısı, 72 (yetmiş iki) manat dəyərində hər biri 9 manat olan 8 ədəd çexol, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd qadın yaylığı, 15 (on beş) manat dəyərində 1 ədəd mikser, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd hamam dəsmalı, 5 manat dəyərində 1 ədəd əl-üz dəsmalı, 3 manat dəyərində 1 ədəd çay dəsmalı, 75 (yetmiş beş) manat dəyərində hər biri 15 manat olan 5 ədəd qadın jaketlərini gizli olaraq tаlаyıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 (üç min beş yüz) mаnаt məbləğində mаddi ziyаn vurmuşdur. Bundan başqa o, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” həmin Qanunun İİ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,212 qram metamfetamin, həmçinin həmin qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarında, yəni 1,57 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana olmaqla, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitələri Ucar rayonu Alpout kəndi ərazisində Bakı-Qazax magistral yolunun sağ tərəfində yerləşən özünə məxsus avtotəmir sexində yataq otağında sаxlаmış və üzərində daşımış, 1 dekabr 2021-ci il tаrixdə, sааt 14 rаdələrində Ucаr Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində məlum sexə baxış zamanı sexdə yataq otağındakı stolun üzərində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,037 qram və yatağın daxilində 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi–0,175 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarında eyni tərkibə malik ümumi təmiz çəkisi 0,212 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan psixotrop maddə olan - metamfetamin, üzərində metamfetamin izləri olan 1 ədəd falqa, eyni zamanda həmin sexdə yerləşən yataq otağındakı şkafda olan dəftərin üzərində satış məqsədi olmadan qanunsuz olaraq açıq şəkildə şəxsi istehlak miqdarında saxladığı təmiz çəkisi-1,16 qram qurudulmuş marixuana və sаxlаnıldıqdаn sоnrа Ucar rаyоn pоlis şöbəsinə gətirilib üzərində şəxsi аxtаrış аpаrılаn zаmаn əynində оlаn qara rəngli şalvarının sağ yаn cibinin iç cibindən qanunsuz olaraq əldə edərək üzərində daşımaqla saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,41 qram olmaqla, eyni tərkibə malik ümumi təmiz çəkisi 1,57 qrаm kustar üsulla hazırlanmış olan narkotik vasitəqurudulmuş marixuana аşkаr оlunаrаq götürülmüşdür. Təqsirləndirilən şəxs5 07 dekabr 2020-ci il tarixdə, sааt 02 rаdələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək, Ucаr şəhəri Firdovsi küçəsi 24 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə pəncərədə olan dəmir barmaqlığı mismarçıxaranla sındırma yolu ilə qаnunsuz dаxil оlаrаq, oradan 9800 (doqquz min səkkiz yüz) manat nəğd pul, Rusiya istehsalı olmaqla hər biri 12 qram çəkidə və 864 manat olmaqla, ümumilikdə 1728 manat dəyərində 2 ədəd qızıl boyunbağı, Rusiya istehsalı olmaqla hər biri 5 qram çəkidə və 360 manat olmaqla ümumilikdə 720 manat dəyərində 2 ədəd qızıl asqı, Rusiya istehsalı olmaqla hər biri 3,5 qram çəkidə və 252 manat olmaqla ümumilikdə 756 manat dəyərində 3 (üç) ədəd qızıl üzük, Rusiya istehsalı olmaqla 4,5 qram çəkidə 324 manat dəyərində 1 (bir) ədəd qızıl üzük, Rusiya istehsalı olmaqla hər biri 12 qram çəkidə və 864 manat olmaqla ümumilikdə 1728 manat dəyərində 2 (iki) ədəd qızıl üzük, Rusiya istehsalı olmaqla 10 qram çəkidə və 720 manat dəyərində 1 (bir) ədəd qızıl üzük olmaqla cəmi 83 qram çəkidə, ümumi dəyəri 5976 (beş min doqquz yüz yetmiş altı) manat olan qızıl-zinət əşyalarını, 20 manat dəyərində 1 ədəd “X-İNOVO” markalı mobil telefonu, 50 manat dəyərində 1 ədəd dini kitab, 10 manat dəyərində 1 ədəd təsbeh, hər biri 10 manat olmaqla 100 manat dəyərində 10 ədəd dini şalı, hər biri 2 manat olmaqla 244 manat dəyərində 122 ədəd ailə şəkillərini olmaqla özgənin əmlakını tаlаyıb, zərərçəkmiş şəxsə ümumilikdə 16200 (on altı min iki yüz) mаnаt mаddi ziyаn vurmuşldur. Bundan başqa o, təkrarən, 23 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi birgə nikahda yaşadığı Təqsirləndirilən şəxs4, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, birgə niyyətlə hərəkət edərək, Ucаr rayonu Qulabənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evinə qаnunsuz dаxil оlаrаq, oradan sonuncuya məxsus 180 (bir yüz səksən) manat dəyərində 1 (bir) ədəd istifadə olunmuş, qara rəngli, “LA32A450C1” modelli “Samsunq” markalı, 102 ekran diaqonallı televizoru, hər biri 150 (bir yüz əlli) manat olmaqla 2 (iki) ədəd “Nikon” markalı müşahidə kamerasını, 750 (yeddi yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Nikon” markalı müşahidə kamerasının aparat qurğusunu, 1050 (bir min əlli) manat dəyərində 1 (bir) ədəd “Panasonik” markalı videokameranı, 20 (iyirmi) manat dəyərində bir ədəd ağ rəngli, uzunmüddət istifadə olunmuş “Lence” markalı, 200 (iki yüz) manat dəyərində bir ədəd qırmızı rəngli “Euromax” markalı olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat dəyərində iki ədəd ətçəkən maşını, 150 (bir yüz əlli) manat dəyərində uşaq yelləncəyini, 200 (iki yüz) manat dəyərində qarışıq rəngli odeyalı, 40 (qırx) manat dəyərində, istifadə olunmuş, üzərində “Volstar EL 7060” yazısı olan, 8 kq tutumlu paltaryuyan maşını, 60 (altmış) manat dəyərində yerüstü örtük, 160 (bir yüz altmış) manat dəyərində qadın qış gödəkçəsi (şuba), 90 (doxsan) manat dəyərində qadın paltosu, 30 (otuz) manat dəyərində elektrik qızdırıcısı, 72 (yetmiş iki) manat dəyərində hər biri 9 manat olan 8 ədəd çexol, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd qadın yaylığı, 15 (on beş) manat dəyərində 1 ədəd mikser, 50 (əlli) manat dəyərində hər biri 10 manat olan 5 ədəd hamam dəsmalı, 5 manat dəyərində 1 ədəd əl-üz dəsmalı, 3 manat dəyərində 1 ədəd çay dəsmalı, 75 (yetmiş beş) manat dəyərində hər biri 15 manat olan 5 ədəd qadın jaketlərini gizli olaraq tаlаyıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 (üç min beş yüz) mаnаt məbləğində mаddi ziyаn vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər və digər təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəzanın törətdiyi əməlin ictimai təhlükəliliyinə və şəxsiyyətinə uyğun olmamaqla çox sərt olduğunu göstərmiş, ona görə də Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmünün dəyişdirilməsi, təqsirli bilindiyi maddələrdə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi və ya ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərini müdafiə edən Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X1 apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Zərərçəkmiş şəxs və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuş və cəzaçəkmə rejimi düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. CM-in 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs2 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzаnı yüngülləşdirən hаllаrın olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Kollegiyaya görə, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın azaldılması islah təsiri baxımından mütənasib deyil. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bundan başqa, apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək ona təqsirli bilindiyi maddələrdə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti sayılması xahiş olunur. Bu tələblərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan təqdirdə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxsə CM-in 70-ci maddəsinin tətbiq edilməsi məsələsinə gəlincə, CMin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs5 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(063)-29/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-372/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-372/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver