Məhkəmə qərarları › İş №1(107)-375/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-375/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-375/2022 06.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Yevlax Rayon Məhkəməsinin sədri hakim X1 özü-özünə verdiyi etirаzın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Yevlax Rayon Məhkəməsinin sədri hakim Toğrul Əliyev özü-özünə etiraz etmiş və Yevlax Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(039)-176/2022 saylı qərarı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Abbasov Gündüz Qasım oğlunun 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin sədri hakim Toğrul Əliyevin özüözünə verdiyi etirаz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin sədri hakim Toğrul Əliyevin özü-özünə verdiyi etirаz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1-ci maddəsinə əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 76.1.2-ci maddəsinə görə məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, X2 CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət baxılması üçün ərazi baxımından Yevlax rayonuna daha yaxın olan Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı və CPM-in 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar