Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-377/2021 04.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, Məhkum- X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X11 oğlunun iştirakıları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci təqsirli bilinməsinə dair Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)-06/2021 saylı qərarından X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 18 iyun 2021-ci il tarixli hökmü ilə, xx.xx.1959-cu il tarixdə Mirbəşir rayonunun (hazırki Tərtər) Eloğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, əvvəllər məhkum olunmayan, Zərdab rayonu Dəkkəoba kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 320.2-ci təqsirli bilinərək 1000 (bir min) manat miqadarında cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrı ekspertiza tədqiqatının dəyər olan 173,50 manat məbləğində pul təqsirləndirilən şəxslər arasında bərabər bölünməklə X3 87,76 manat olmaqla tutularaq dövlət mədaxilinə ödənilməsi, hökmün icrasının Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. X2 birinci instansiya məhkəməsinə vəsatət verərək, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmündən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ona 12 iyul 2021-ci ildə təqdim edildiyindən o apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə israrla onun müddət ötürdüyünü bilərək onun apellyasiya şikayəti verməkdən çəkindirmək istəmişdir. Qeyd olunanlara əsasən müddətin ötürülməsinin onun səhvi ucbatından baş vermədiyi üçün apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş edir. Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı ilə X2nın apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bundan sonra məhkum X9 Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarından narazı qaldığından apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində apelyasiya şikayəti vermə müddətini üzrlü səbəblərdən ötürdüyünü bildirərək apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən məhkum Südabə Məmmədova və onun müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkum Südabə Məmmədova hüquqi savadsızlığı ilə bağlı barəsində olan hökmdən vaxtında apelyasiya şikayəti verə bilməmişdir. Ona görə də müdafiə tərəfi hesab edir ki, apelyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməlidir. Odur ki, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işi üzrə 18 iyun 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, (i. v. 214) məhkəmə iclasında X2na Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsinin) 91-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apelyasiya şikayəti vermək hüququ ona izah edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Göstərilən maddənin məna və mahiyyətinə görə, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan həbsdə saxlanılan məhkum hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində apelyasiya şikayəti verə bilər, bu istisna yalnız həbsdə olan təqsirləndirilən şəxsə aid olduğundan, məhkum X1 Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü elan olunduqdan sonra 08 iyul 2021-ci ilə qədər apellyasiya şikayəti verə bilərdi. Lakin o, bu müddəti ötürmüşdür Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası X2nın Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmünün elan edildiyi andan dörd gün vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsini, vəsatətdə və apelyasiya şikayətində apellyasiya şikayəti vermə müddətinin ötürülməsini hər hansı bir üzrlü səbəblə əlaqələndirə bilməməsini nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Ona görə də iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və X4 apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)-06/2021 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. CPM-in 391.3.3-cü maddəsinə əsasən, apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı apelyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərаr qəbul еdə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsаsən və AzərbayRespublikası Cinayət- Prosessual Məcəlləsinin 391.3-cü mаddəsini rəhbər tutаrаq, qərаrа aldı: Apelyasiya şikayəti təmin edilməsin. X4 apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)-06/2021 saylı dəyişdirilmədən saxlanılsın. Qərаrdаn çıxarıldığı vaxtdan bir аy müddətində Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin Cinаyət kоllеgiyаsınа kаssаsiyа şikаyəti və kаssаsiyа prоtеsti vеrilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-377/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-377/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver