Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-378/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştiakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 178.1-ci maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X13 (sədrlik edən), X11 (məruzəçi) və X5 ibarət tərkibdə) 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 nömrəli hökmü ilə 21 dekabr 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 67-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3.900 (üç min doqquz yüz) manat cərimə cəzasının ödənilməmiş 2960 AZN (iki min doqquz yüz altmış manat) hissəsi ona təyin edilmiş cəzaya tam birləşdirilməklə üzərində qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 2960 AZN (iki min doqquz yüz altmış manat) cərimə cəzasına məhkum edilməsi, cərimə cəzası müstəqil icra edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 08 sentyabr 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokuroluğunda saxlanılan, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd üzərində ağ qırmızı rəngli zolaqları olan qısaqol köynək, bir ədəd qara rəngli busqalter, bir ədəd tibbi xələt və üzərində ağ naxışları olan qara rəngli don, 01 ədəd mətbəx bıçağı dəyəri olmadığına görə məhv edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə X6 adına olub atası Şahid4 məxsus olan “Mercedes-Benz 409” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 2500 manata satışa çıxarılması barədə öz adından elan yerləşdirərək, alıcı kimi ona müraciət etmiş Mingəçevir şəhəri, Naxçıvan 59 ünvanında yaşayan Zərərçəkmiş şəxs həmin avtomobilin atası Şahid4 məxsus olduğunu bildirib, sonuncunun avtomobilin satışından məlumatı olduğunu deyərək, avtomobilə baxmaq üçün avtomobilin saxlanıldığı Mingəçevir şəhəri, S.Vurğun parkının yanına gəlmiş Zərərçəkmiş şəxs və sonuncunun tanışı Şahid6 Fəqan oğlunun yanında öz istifadəsində olan mobil telefonu əlinə götürərək kənara çəkilib guya atası ilə danışdığını atasının satışa icazə verdiyini yalandan deyib, Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq avtomobili 1800 manata satmağa razılaşaraq 21.05.2020-ci il tarixdə Mingəçevir şəhəri Gəncə şossesi ünvanında yerləşən "Karvan Petrol" adlı yanacaq doldurma məntəqəsində sonuncudan 1800 (min səkkiz yüz) manat pul vəsaitini aldıqdan sonra, yük avtomobilinin satılmasından xəbər tutan Şahid4 avtomobilin satılmasının qarşısını almasına baxmayaraq o, aldığı 1800 manat pul vəsaitini Zərərçəkmiş şəxs qaytarmayıb şəxsi ehtiyaclarına xərcləyərək, sonuncuya məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, narkotik vasitənin aludəçisi olduğu üçün qeyri-rəsmi nikah münasibətində yaşadığı arvadı X3 ilə aralarında dəfələrlə mübahisə yaranmış, sonuncunun haqlı iradlarına məhəl qoymayaraq onun ağır həyat şəraiti yaşamasına zəmin yaratmış, əsassız qısqanclıq hissləri ilə Könül Mirzəliyevanı bezdirdiyindən sonuncunun ondan ayrılaraq oğlu Hüseyn İsmayılovla birlikdə atası Ələsgər Mirzəliyevin yaşadığı ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilə köçməsini qəbul etməyərək 08.09.2020-ci il tarixdə saat 13:00 radələrində Könül Mirzəliyevanın əczaçı kimi işlədiyi ünvan 4 ünvanda yerləşən "Dokto" aptekinə gələrək sonuncuya evlərinə qayıtmasını, maddi vəziyyətinin çətin olduğunu əsaslandırmaqla ona köməklik etməsini təkid etmiş, Könül Mirzəliyeva ona haqlı iradlar bildirərək, onunla barışmayacağını dedikdə, aralarında yaranmış mübahisələrə və şübhələrinə aydınlıq gətirmədən heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Könül Mirzəliyevanı qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə sonuncunun həyat üçün mühüm rol oynayan ürək nahiyəsinə qəsdən bir zərbə vuraraq, ürəyin sol qulaqcığının zədələnmələrilə döş boşluğunu dəlib keçən dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid bir ədəd xəsarət yetirib aptekə və ətrafa kənar şəxslərin toplaşmasından ehtiyyat edərək hadisə yerini tərk etmiş, Könül Mirzəliyeva dərhal təcili tibbi yardım avtomaşını ilə İTSDAnın Mingəçevir şəhər Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinin reanimasiya şöbəsinə yerləşdirilərək zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, aldığı xəsarət nəticəsində kəskin qanitirmə fonunda inkişaf edən beyin komasıdan 17.09.2020-ci il tarixdə saat-01:50 də ölmüş, nəticədə Təqsirləndirilən şəxs qeyrirəsmi nikah münasibətində yaşadığı arvadı Könül Mirzəliyevanı xuliqanlıq niyyəti ilə qəsdən öldürərək həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək göstərdi ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina edir. Ona görə də apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X14 da apellyasiya şikayətinə baxılmasına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа iştirаk edən zərərçəkmiş şəxsin hüquqi varisi X7 verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyаsının iclаsındа iştirаk edən dövlət ittihаmçısı X9 verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyаsı Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinа etməsinə dair ərizəsini müzаkirə edərək, dövlət ittihаmçısının, təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin hüquqi varisi X1 fikirlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 390.1-ci madəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinаyət Prosessuаl Məcəlləsinin 391.11-ci madəsində göstərilir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Göründüyü kimi, Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasını istəmir və həmin şikayətə baxılmasına xitam verilməsini xahiş edir. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etməsi nəzərə аlınаrаq Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin bаxılmаsınа xitаm verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinа etməsi qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 178.1-ci maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-378/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-378/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver