Məhkəmə qərarları › İş №1(107)-379/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-379/2021

27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-379/2021 27.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Şükürov İmanverdi Həşimxan oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 139-1.1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-125/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 25 avqust 2021-ci il tarixli 1(039)-125/2021 nömrəli hökmü ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 139.1.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il müdətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, hüquqi yardıma görə 72 (yetmiş iki) manatın dövlət büdcəsindən tutularaq Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-125/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Müdafiəçi verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-125/2021 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs CM-in 139-1.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-125/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilkin məhkəmə iclasına qədər məhkəməyə ərizə ünvanlayaraq Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-125/2021 nömrəli hökmündən verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Həmin ərizəni müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs “razıyam, etiraz etmirəm” sözləri ilə təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətindən imtinası ilə razı olduğunu və ona bununla bağlı heç bir təzyiqin olmadığını bildirdi. Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin istəyi ilə apellyasiya şikayətindən imtina barədə ərizə verdiyini, təqsirləndirilən şəxsin özünün də bunu ərizədə qeyd etdiyini bildirdi. Həmin ərizəni müdafiə edərək apelllyasiya şikayətinin geri qaytarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinаyət-Prosessuаl Məcəlləsinin: 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. 390.5-ci maddəsinə əsasən, müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə gəri götürə bilər. 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. 396-cı maddəsinə görə, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. İşdən görünür ki, müdafiəçinin verdiyi apellyasiya şikayətindən imtina edərək onun geri götürülməsinə Təqsirləndirilən şəxs razılıq vermiş və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət Prosesual Məcəlləsinin 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərаrа аldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinаyət-Prosessuаl Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar