Məhkəmə qərarları › İş №1(107)-38/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-38/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-38/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi məhkum edilmələrinə dair Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli (sədrlik edən hakim Kamran Süleymanov) hökmü ilə, 12.05.1992-ciil tarixdə Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Rusiya Federasiyasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, iş üzrə ekspertiza xərci olan cəmi 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş “Opel Astra” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılması, iş üzrə maddi sübut - saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “VAZ 21213” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia tələbi qismən təmin edilməsi, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs avtomobilə dəymiş maddi ziyana görə 4650 manat maddi zərər məbləği, hüquqi yardıma görə ödənilmiş 110 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4790 manat tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 5140 manat maddi zərər məbləğ tələbinə dair mülki iddia tələbi təmin edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən ona 26.10.2012-ci il tarixdə verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsini 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasına gəldikdən sonra ölkə ərzisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməklə nəqliyyat vasitələrini idarə etmə hüququ əldə etməli olduğu halda, buna əməl etməmiş, beləliklə də nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan 07.02.2020-ci il tarixdə saat 15:50 radələrində idarə etdiyi VAZ 21213 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəmİsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Sincan kəndinin ərazisindən keçən 93.7-ci kilometrliyində Oğuz şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa tехniki imkanı оlmasına baxmayaraq əks istiqamətdən Opel Astra markalı avtomobilin yaxınlaşması şəraitində dönmə əməliyyatıaparmaqla idarə etdiyi avtomobili sol hərəkət zolağına çıxararaq əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən, Zərərçəkmiş şəxs2 idarə etdiyi Opel Astra markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan VAZ 21213 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət, Opel Astra markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs3 dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirilməsinə, habelə Opel Astra markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 4650 (dörd min altı yüz əlli) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmünün ləğv edilməsini və ona təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi bildirdi ki, apellyasiya şikayətində müdafiə etdiyi şəxsə bəraət verilməsi xahiş edilsədə, hazırda şərait dəyişilmiş və təqsirləndirilən şəxs faktiki olraq Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə qəbul etdiyi amnistiya aktının təsiri altına düşür. Ona görə də təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30-cu maddələrini tətbiq edilməklə təqsirləndirilən şəxsə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs X5 bildirdi ki, ona dəymiş ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, o apellyasiya şikayətində barəsində bəraət verilməsini xahiş etsə də hazırda barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30-cu maddələrini tətbiq edilməklə ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30-cu maddələrini tətbiq etməklə təqsirləndirilən şəxsin təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)- 35/2021 nömrəli hökmü ilə ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzаsından azad edilməli və üzərində 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi cəzası saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 263-1.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Belə olan halda, məhkəmə kollegiyası Oğuz Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30-cu bəndlərini tətbiq edilməklə, təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzаsından azad edilməsini mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən məhkəmələr: Həmin qərarın 2.3-cü bəndinə əsasən bu Qərarın 2.1 və 2.2-ci bəndlərində nəzərədə tutulan şəxslərdən başqa ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edilir. Həmin qərarın 9 və 9.2.2-ci bəndinə əsasən məhkəmələr bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, lakin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)- 35/2021 nömrəli hökmü ilə CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası saxlanılmaqla təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzаsından azad edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.3, 9.2.2, 9.3 və 30cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(054)-35/2021 nömrəli hökmü ilə CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası saxlanılmaqla, təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzаsından azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar