Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-381/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs1 müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkil X7 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 315ci maddələri ilə, Təqsirləndirilən şəxs3 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(063)-45/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 09 avqust 2022-ci il tarixli, 1(063)- 45/2022 saylı hökmü ilə xx xxxxx 1986-cı il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablanmasi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan 15 ədəd disk cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs1 17 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində Ucar rayonu, Yuxarı Şilyan kəndi ərazisində təşkil olunan əmisi oğlu Təqsirləndirilən şəxs3 övladının kiçik toy məclisində spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq vəziyyətində mağarın içərisində qardaşı Təqsirləndirilən şəxs2, əmisi oğlu Təqsirləndirilən şəxs3 və əmisi Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında özünü ətrafdakılara qarşı qoyub davranışları ilə ictimai qaydalara açıq etinasızlıq göstərən və əxlaq normalarını kobud surətdə pozan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs1 mağarda olan musiqiçilərə mahnı sifariş etməsi səbəbindən aralarında heç bir əsaslı səbəb olmadan yaranmış mübahisəni ictimai qaydalara zidd olaraq, zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduğunu nümayiş etdirib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qəsdən Zərərçəkmiş şəxs1 yumruqla baş və üz nahiyələrinə vurmaqla ona sağ gözaltı nahiyənin qançırı və dərialtı hematoması, burun belin sıyrığı və şişkinliyi, burun sümüyünün yerinidəyişməyən sınığı ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Bundan başqa o, 17 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxslər tərəfindən Ucar rayonu Yuxarı Şilyan kəndi ərazisində döyülməsi ilə bağlı müraciətinin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən toy məclisinin karantin rejimi qaydalarına uyğun təşkil olunub-olunmamasının araşdırılması məqsədilə Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məxsus **-AP-*** dövlət qeydiyyat nişanlı, Mersedes Çitan markalı xidməti avtomobil ilə hadisə yerinə getmiş Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla, rayon polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Zərərçəkmiş şəxs2 toy mağarının fotoşəkillərini çəkdiyinə görə yumruqla vuraraq sonuncuya sağ gözaltı nahiyyənin qançırından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sol qaşın iç bucağının əzilmiş yarasından ibarət səhhətin qısa müddət pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, eləcə də hər iki burun dəliyində tənəffüsünün kəskin pozulması ilə burun sümüklərinin yerini dəyişən sınığından ibarət səhhətin uzun müddət pozulduğu üçün sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsi hesab edilən və 2021-ci ilin noyabr ayı üçün Ucar Rayon Polis Şöbəsində yaradılmış istintaq-əməliyyat qrupunun siyahısına görə növbətçi olmuş Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(063)-45/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(063)-45/2022 saylı hökmünü qəbul etməyib, hüquqlarını müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1 və 315-ci maddələrindən, Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilərək, həmin məcəllənin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmündən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X10 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Müdafiəçi X10 əlavə olaraq bildirdi ki, şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olub. Qarşısında olan şəxsin hakimiyyət nümayəndəsi olmasını dərk etməmişdir. Eyni zamanda şəxsin əməlini istintaq orqanı düzgün tövsif etməmişdir. Onun əməlinin AR CM-nin 127.1ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, apellyasiya şikayətini müdafiə edərək əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi hökmünün münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Bulud oğlu və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 315ci maddələri ilə, Təqsirləndirilən şəxs3 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(063)-45/2022 sayli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Yuxarı Şilyan kəndində yaşamışdır, 17 noyabr 2021-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində əmisioğlu Gündüz öz oğullarına kiçik toy məclisi təşkil etmiş və onu da ailə üzvləri ilə birlikdə toya dəvət etmişlər. Həmin gün, saat 13 radələrində toy başlamış, toya qonaqlar gəldikdən sonra öz yaxınları ilə yeyib bir qədər spirtli içki qəbul etmiş, saat 16 radələrində əslən Zərdab rayonu, Məlikmudlu kəndindən olan və əmisi oğlu Gündüzün yeznəsi Sarənc ansamblın yanında stulda oturub ağladığının şahidi olmuşdur. Bu zaman Gündüz və Gündüzün atası Faxrət Sarənci sakitləşdirməyə çalışmışlar, bu məqsədlə Sarənci mağardan çölə çıxartmışlar, mağardan çöldə Sarəncin yumruqla öz sifət nahiyəsindən bir neçə dəfə vurduğunun şahidi olmuş, sonra isə onu yola salmışlar və məclis isə davam etmişdir. Təxminən saat təxminən 17-18 radələrində mağarın girəcəyində bir kənarda durub toyu seyr etmiş, bu zaman yanına bir nəfər yaxınlaşıb təxminən 2 metr aralıda dayandığını görmüşdür. Həmin cavan oğlanın əlindəki telefon ilə toyu çəkdiyini görüb yavaşca qolundan toxunub çəkilişi dayandırmasını tələb etmişdir. Həmin şəxs ona əlini aşağı salmalı olduğunu deyib, ona məhəl qoymadan oyun şəkillərini çəkməyə davam etmişdir. Həmin şəxsin saymazyana hərəkətinə əsəbləşib sağ əli ilə həmin şəxsin sağ çənə nahiyəsindən bir dəfə vurmuşdur. Həmin şəxs mağardan uzaqlaşıb darvazadan çölə çıxmış, həmin şəxsin hara getməsini bilmək məqsədi ilə onun arxası ilə həyətdən bayıra çıxmışdır. Həmin cavan oğlanın yanındakı şəxslərlə birlikdə polis avtomobilinə oturduqlarını gördükdə həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmiş, sonra isə çıxıb evinə getmişdir. Məhkəmədən özünü elan edilmiş ittiham üzrə deyil, CM-in 127.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2la barışmağa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq ona CM-in 127.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Yuxarı Şilyan kəndində yaşamışdır, 17 noyabr 2021-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində əmisi oğlu Gündüz öz oğullarına kiçik toy məclisi təşkil edib onu da həmin toy məclisinə dəvət etmiş, ailə üzvləri ilə birlikdə toyda iştirak etmişlər, saat 13 radələrində toy başlamış, toya nəzarət edən şəxslərdən biri olmaqla, qonaqlar gəldikdən sonra öz yaxınları ilə yeyib təxminən 200 qram spirtli içki araq qəbul etmişdir. Saat 16 radələrində əslən Zərdab rayonu, Məlikmudlu kəndindən olan Gündüzün yeznəsi Sarəncin ansamblın yanında stulda oturub ağladığını görmüşdür. Gündüz Sarənci sakitləşdirmək üçün onu çölə çıxartmış, bir qədər sonra Sarənc yenidən mağara girmişdir. Ona fikir verəndə Sarəncin üzündə xəsarət izləri olduğunun şahidi olmişdur. Sarəncin həmin xəsarəti özü-özünə yetirdiyini, həmçinin burnunun üstü mağarın çadırın kipləşdirən ipə ilişərək cızıldığını görmüş, bundan sonra Sarənc bir neçə dəfə də bu şəkildə mağara girib orada olan toy iştirakçılarını narahat etdiyini görüb bir dəfə Sarənci mağardan çölə çıxardıb ona ailə üzvlərinin yanında “rədd ol, çıx get burdan” demişdir. Sonra isə Sarənc mağardan çıxıb oralarda gəzişmişdir. O, Sarənci vurmamış, bir müddət sonra isə çıxıb yaxınlıqdakı ata evinə getmişdir. Təxminən bir neçə saat sonra həmin yerə qayıtmış, oğlu toya polis əməkdaşlarının gəldiyini və əmisi Ramiqin onlardan biri ilə dalaşdığını dediyi üçün toya düzgün nəzarət etməyən Gündüzü danlamış, toy mağarında, eləcə də toydan sonra heç kəsi vurmamışdır. Məhkəmədən elan edilmiş ittiham üzrə özünün təqsirli bilmədiyini bildirib buna görə də onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 17 noyabr 2021-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində yerləşən fərdi yaşayış evində oğulları Fərid və Elhada kiçik toy məclisi təşkil etmək üçün mağar qurmuş, həmin gün saat 13 radələrində toy başlamış, toya qonaqlar gəldikdən sonra öz yaxınları ilə yeyib-içib, bir qədər spirtli içki qəbul etmişdir. Təxminən saat 16 radələrində əslən Zərdab rayonu, Məlikmudlu kəndində olan yeznəsi Zərərçəkmiş şəxs1 ansamblın yanında stulda oturub ağlamış, əlini dizinə vurmuş, sonra əmisi oğlu Namiq ona yaxınlaşıb Sarənci mağardan çölə çıxartmış, ona “Sarənc içkilidi, sakitləşdirib gəlirik” demişdir. Namiqin yanında qardaşı Ramiq də olmuş, Namiq bir qədər sonra mağara gəlib Sarənci sakitləşdirib evlərinə yola saldığını demişdir. Təxminən bir saat sonra evdə olarkən kirvəsi Ramin evə gələrək mağara polis əməkdaşlarının gəlməsi barədə ona məlumat vermişdir. Evdən çıxıb mağara tərəf gedərkən darvazanın qarşısında polis avtomobili sürətlə oradan uzaqlaşmış, yeznəsi Ramin əmioğlusu Ramiqin qapıya gələn polis əməkdaşlarını vurması barədə ona bildirmişdir. Zərərçəkmiş şəxs1 yalan danışmış, onu Namiqlə birlikdə vurmamış, Namiq Sarənci qardaşları ilə birlikdə mağardan çölə çıxarmış, lakin onların Sarənci döyüb-döymədiklərini bilməmiş, polis əməkdaşları gəldikdə isə mağarda olmamış və baş vermiş hadisəni görməmişdir. Sarənclə heç bir düşmənçiliyi və ya ədavəti olmamış, lakin onun nə üçün qərəzli ifadə verməsinin səbəblərini bilməmişdir. Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertiza rəyi ilə tanış olaraq, Zərərçəkmiş şəxs1 həmin xəsarətləri hansı şəkildə almasını deyə bilmir, lakin Sarəncin mübahisəsi Namiq və Ramiq qardaşları ilə olmuşdur. Belə ki, onların mübahisəsi mahnı sifarişi üstündə olmuş, ilk öncə toyun içərisində, sonradan isə mübahisə mağarın çölündə davam etmişdir. Sonradan isə Sarəncin döyülməsini eşitmiş, Sarəncə qarşı heç bir zorakılıq etməmiş, “COVİD-19” pandemiyası ilə bağlı karantin dövründə toy keçirilməsinin qadağan olması barədə məlumatlı olmamışdır. Habelə bu barədə də heç bir dövlət qurumuna məlumat verməmiş, hadisə vaxtı və hadisədən sonra ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilməmişdir. Məhkəmədən elan edilmiş ittiham üzrə özünün təqsirli bilmədiyini bildirib buna görə də onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o,Ucar rayonu, Yuxarı Şilyan kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. 17 noyabr 2021-ci il tarixdə oğlu Gündüz övladlarına kiçik toy məclisi etmiş, saat 13 radələrində toy başlamış, saat 17 radələrində həmin toya gəlmiş kürəkəni, əslən Zərdab rayonu, Məlikmudlu kəndindən olan Zərərçəkmiş şəxs1 toyda içkili olduğu üçün öz-özünə xəsarət yetirmiş, ona yaxınlaşıb nə istədiyini soruşduqda mahnı sifariş vermək istədiyini demişdir. Sarəncin mahnıya oynamağına şərait yaratmış, bundan sonra Sarənc onun qolundan tutub mağardan bayıra çıxarmışdır. Orada ara sakitləşdikdən bir müddət sonra Sarənc yenidən mağarın içərisində musiqi üstündə Ramiq və Namiq qardaşları ilə mübahisə etdiyinin şahidi olmuş, lakin Sarənci vurmalarının şahidi olmamışdır. Yalnız Namiq və Ramiq Sarənc qolundan tutub mağardan çıxartmışlar, həmin vaxt toyda qısa fasilə yaranmışdır, çünki musiqi üstündə Namiq və Ramiq arasında mübahisə olmuşdur, toya gəlmiş qonaqlar narahat olmuşlar, ilk öncə aranı sakitləşdirmək üçün Sarənc mahnı sifarişi verməsinə etiraz etməsə də, sonradan onun mağarın içərisində yenidən mahnı sifarişi üstündə Namiq və Ramiqlə mübahisə etməsinin şahidi olmuşdur. Lakin Namiq və Ramiq Sarənci vurmamışdır, bundan sonra isə ayaqlarında olan xəstəliyi ilə əlaqədar toyda çox dayana bilməmiş, buna görə də çıxıb evə istirahət etməyə getmişdir, evdən çıxıb mağara qayıtdıqda isə ona heç kim heç nə deməmiş, lakin sonradan polis əməkdaşları onu polis şöbəsinə apardıqdan sonra Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etməsi barədə məlumatlı olmuşdur. Hətta ondan sonra hadisə yerinə gəlmiş polis işçilərindən Ramiqin adının sonradan Elçin olan şəxsi vurduğunu bilmiş, hadisə zamanı heç kimi vurmamış, həyətə gəlmiş polis əməkdaşalrından heç birinə xəsarət yetirməmiş, həmçinin kürəkəni Sarəncə də hər hansı xəsarət yetirməmişdir. Sarənc yalan danışmış və ona qarşı zor tətbiq etməmişdir. Sarəncin bədəni üzərində olan xəsarətlərin necə əmələ gəlməsi barədə heç bir söz deyə bilmir. Lakin Namiq və Ramiq qardaşları Sarənci bir neçə dəfə mağardan bayıra çıxarmış, lakin Sarənci vurmalarının şahidi olmamışdır. Sarəncin nə üçün onun barəsində qərəzli ifadə verməsi barədə heç nə deyə bilmir, polis əməkdaşları həyətlərinə gəldiyi vaxt musiqiçilər üçün çörək yemək üçün masa açılmış və həmin vaxt onların yanlarında olmuşdur. Polislərin yanına getməmiş, orada nə baş verdiyini görməmiş, polis əməkdaşlarına başqa şəxslər tərəfindən xəsarət yetirilməsinin şahidi olmamışdır. Həmçinin polis əməkdaşları tərəfindən hadisə vaxtı və hadisədən sonra ona qarşı heç bir zorakılıq olunmamışdır. Məhkəmədən elan edilmiş ittiham üzrə özünün təqsirli bilmədiyini bildirib buna görə də onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxslər məhkəmə iclasında özlərini elan edilmiş ittihamlar üzrə təqsirli bilməsələr də onların ittiham elan olunan əməlinin törədilməsində təqsirli olmaları məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şаhidlərin ifаdələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ucar rayonu, Yuxarı Şilyan kənd sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, Gündüz qaynı, Faxrət qaynatası, Namiq və Ramiq isə Gündüzün əmisi oğullarıdır. Onlarla aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. 17 noyabr 2021-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində Gündüzün oğlunun kiçik toy məclisinə ailə üzvləri ilə birlikdə dəvət olunmuşdur. 17 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində toy məclisi başlamış, toyda oturub yeyib bir miqdar da spirtli içki qəbul etmişdir. Saat təxminən 16 radələrində ansambla yaxınlaşıb muğam sifariş etmişdir. Tahir adlı xanəndə segah muğamı oxumağa başlamış, bu zaman xanəndənin operator tərəfindən çəkilməsini istəsə də, heç kim ona məhəl qoymamışdır. Bu zaman Gündüzün əmisi oğlu Namiq ona yaxınlaşaraq təhqiredici sözlərlə toy məclisi təşkil edilən mağarı tərk etməsini tələb etmiş, toyda iştirak edən şəxslərin gözü qarşısında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Gündüz də ona yaxınlaşmış və hər hansı müsiqiyə oynayıb-oynamayacağını soruşmuşdur. Gündüzə operatorun gəlib seygahı çəkdikdən sonra oynayacağını bildirən zaman, qəflətən Namiq təhqiredici ifadələr işlədərək mağarın içərisində camaatın gözü qarşısında sağ və sol əli ilə yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə vurub yerə yıxmışdır. O, yerdə olarkən Gündüz də onu burun nahiyəsindən təpiklə vurmuş, bunu görən Ramiqlə Faxrət də onlara yaxınlaşmışlar. Güclə ayağa qalxmağa çalışdığı vaxt Faxrət də sifət nahiyəsindən yumruqla vurmuşdur. Ramiq də həmin vaxt onun müxtəlif nahiyyələrindən vurmağa başlamışdır. Zərbələrdən yenidən yerə yıxılmış, yerdə olarkən onların hər biri onun müxtəlif nahiyyələrindən vurmuş, bu zaman mağarda olan və toyda iştirak edən arvad-uşaq qışqırıq salmağa başlamışlar. Musiqi kəsilmiş, onların əlindən çıxıb birtəhər mağardan çölə çıxmış, adlarını qeyd etdiyi 4 nəfər şəxs onu söyüb döyə-döyə oradan uzaqlaşdırmışlar. Hadisə yerindən uzaqlaşıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edib döyülməsi barədə məlumat vermiş, təxminən yarım saat sonra mağardan 200 metr aralıda əsas yolun kənarında polis əməkdaşları ona yaxınlaşaraq ondan harada döyülməsini soruşmuşlar. O isə kənddə kiçik toy məclisində qohumları tərəfindən döyüldüyünü bildirmiş, polislər onu xidməti avtomobilə əyləşdirib toy olan mağara tərəf getmişlər. Ora çatdıqda ona avtomobildə oturmağı məsləhət bilib avtomobildən düşmüşlər, polislər mağarın qarşısına gedib nə baş verdiyini aydınlaşdırmaq istədikdə, Namiqin qardaşı Ramiq adını sonradan öyrəndiyi polis əməkdaşı Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən mağarın qarşısında vurmuş, bundan sonra Ramiq, Namiq, qaynı Gündüz və qayınatası Faxrət polis əməkdaşını söyə-söyə döyməyə davam etmişlər, bu zaman digər iki polis əməkdaşı araya girib Elçini oradan birtəhər aralaşdırıb polis avtomobilinə tərəf gətirmişlər. Həmin vaxt adlarını qeyd etdiyi şəxslərin həmin polis əməkdaşlarını da vuraraq xəsarət yetirmişlər. Hətta polis əməkdaşları avtomobilə minib oradan uzaqlaşmağa çalışarkən Namiq təpiklə sürücü olan qapının şüşəsinə vurmuşdur. Bundan sonra hadisə yerindən uzaqlaşıb Ucar Rayon Polis Şöbəsinə gəlmişlər., Toyun içərisində ona qarşı ilk mübahisə təxminən 15 dəqiqə davam etmiş, polislərlə olan hadisənin isə qısa zaman kəsiyində təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı şikayəti və tələbinin olmadığını və onlarla barışdığını göstərmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırda Ucar Rayon Polis Şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçısı vəzifəsində xidmət edir. 17 noyabr 2021-ci il tarixdə, saat 09:00-dan 18 noyabr 2021-ci il tarixə saat 09:00-dək şöbənin əməliyyat-istintaq qrupunda növbədə olmuşdur. 17 noyabr 2021-ci il tarixdə saat 16:45-də DİN-nin 102 xidməti-zəng mərkəzinə Zərərçəkmiş şəxs1 zəng edib orada Gündüz və Namiq adlı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin ərazinin sahə rəisi Zərərçəkmiş şəxs3 və növbətçi hissənin sürücüsü Xəyal Əziziov ilə birlikdə **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana getmişlər. Zərərçəkmiş şəxs1 ilə yolda qarşılaşmışdır. Sarənc həmin kəndə toy məclisinə gəldiyini, orada Namiq, Gündüz, Ramiq və Faxrət adlı şəxslər tərəfindən döyüldüyünü, hətta adlarını çəkdiyi şəxslərin sərxoş vəziyyətdə toyda dava-dalaş saldığını bildirmiş, bunun üçün ictimai asayişi qorumaq, eləcə də həmin toy mərasiminin karantin qaydalarına uyğun təşkil edilib-edilmədiyini müəyyən etmək məqsədilə həmin ünvana getmişlər. Sürücü Xəyal avtomobili toy mağarının olduğu həyətin açıq darvazasına qarşı üzbəüz saxlamış, Elməddinlə birlikdə avtomobildən düşüb mağara yaxınlaşmışlar. Mağarın qarşısında olanda mobil telefondan istifadə edərək toy mağarını çəkməyə çalışarkən adını sonradan öyrəndiyi Ramiq adlı şəxs qəflətən onun sifət nahiyyəsindən vurmuş, zərbədən büdrəsə də, yerə yıxılmamışdır. O, üzünü tutub polis avtomobilinə tərəf getməyə çalışmış, bu zaman bir neçə yerindən zərbə dəydiyini hiss etmiş, sonra digər iki polis əməkdaşı onu hadisə yerindən çıxarıb avtomobilə mindirmişlər. Həmin vaxt üzü qan içində olduğu üçün həmin qan, oturduğu yerə dağılmış, üzünü qaldırıb baxanda adlarını sonradan öyrəndiyi Ramiq, Namiq, Gündüz və Faxrət adlı şəxslərin digər iki polis əməkdaşına təpik və yumruqla vurmağa davam etmişlər. Polis əməkdaşları birtəhər avtomobilə oturduqdan sonra cəld oradan uzaqlaşmışlar, avtomobilə oturub oradan çıxmaq istədikdə Namiq sürücü tərəfdən avtomobilin şüşəsinə təpiklə vurmuş, hətta Namiq də onu vurmuş, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 konkret olaraq digər iki polis əməkdaşını vurmasını görməsə də, bu barədə polis əməkdaşlarının özündən eşitmişdir. Toyun qanuni keçirilib-keçirilməməsini öyrənmək, həmçinin də 102 məlumatına görə hadisə yerinə getmiş, mağarın qarşısında toyun şəkillərini çəkmək istədikdə qəflətən Təqsirləndirilən şəxs1 sifət nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin hadisə qısa vaxt ərzində baş vermiş, Elməddin və Xəyal da ona avtomobilə əyləşməyə köməklik etmiş və hadisə yerindən uzaqlaşaraq polis şöbəsinə getmişlər. Hadisə baş verən vaxt xidməti geyim formasında olmuş, Ramiq onu vurması nəticəsində xidməti geyim forması qana bulaşsa da, ailə üzvləri tərəfindən həmin geyim forması yuyulduğundan hazırda formanın üzərində heç bir qan izi qalmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la aralarında barışıq yoxdur, habelə onlara qarşı da tələbi də yoxdur, odur ki, onların barəsində qanuni qaydada hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2010-cu ildən daxili işlər orqanlarında, hazırda isə Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin sürücüsü vəzifəsində işləyir. 17 noyabr 2021-ci il tarixdə, saat 09:00-dan 18 noyabr 2021-ci il tarixə saat 09:00-dək şöbənin əməliyyat-istintaq qrupunda növbədə olmuşdur. 17 noyabr 2021-ci il tarixdə, saat 16:45-də DİN-nin 102 xidməti-zəng mərkəzinə Zərərçəkmiş şəxs1 zəng edib orada Gündüz və Namiq adlı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermiş, həmin ərazinin sahə rəisi Zərərçəkmiş şəxs3 və təhqiqatçı Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin ünvana getmişlər. Zərərçəkmiş şəxs1 ilə ünvan 2şmışlar, Sarənc həmin kəndə toy məclisinə gəldiyini, orada Namiq, Gündüz, Ramiq və Faxrət adlı şəxslər tərəfindən döyüldüyünü, hətta adlarını çəkdiyi şəxslərin sərxoş vəziyyətdə toyda dava-dalaş saldığını demişdir. İctimai asayişi qorumaq, eləcə də həmin toy mərasiminin karantin qaydalarına uyğun təşkil edilib-edilmədiyini müəyyən etmək məqsədilə həmin ünvana getmişlər. Avtomobili toy mağarının olduğu həyətin açıq darvazasına qarşı üzbəüz saxlamış, Elçin və Elməddin avtomobildən düşüb mağara yaxınlaşmış, o, Sarənclə birlikdə avtomobildə gözləmiş, bu zaman Elçinin sifət nahiyəsindən adını sonradan öyrəndiyi Ramiq adlı şəxs vurmuş, Elməddin dərhal Elçinə kömək etmək üçün araya girmiş, cəld o, da avtomobildən düşüb Elçinə köməklik etmək istəmiş, həmin vaxt adlarını sonradan öyrəndiyi Ramiq, Namiq, Gündüz və Faxrət adlı şəxslər Elçini və Elməddini vurmağa davam etmişlər. O, Elçini çəkib avtomobilə tərəf gətirmiş, Elçini avtomobilin sol arxa oturcağına qapını açıb əyləşdirmək istədiyi vaxt Namiq adlı şəxs Elçini avtomobilə əyləşdirə bilməməsi üçün yumruqla sağ əlinin üstündən bərkdən vurmuşdur. Hətta Ramiq, Namiq, Gündüz və Faxrət digər polis əməkdaşı Zərərçəkmiş şəxs3 və onu vuraraq xəsarət yetirmişlər. Birtəhər avtomobilə oturub cəld oradan uzaqlaşmış və polis şöbəsinə qayıtmışlar. Hətta avtomobilə oturub oradan çıxmaq istədikdə Namiq sürücü tərəfdən avtomobilin şüşəsinə təpiklə vurmuşdur. Hadisə qısa zaman kəsiyində baş vermiş, Gündüz və Faxrət adlı şəxsləri də hadisə yerində görmüş və onlar ona və digər polis əməkdaşlarına da zor tətbiq etmişlər. Namiqlə aralarında barışıq yoxdur, eyni zamanda, həmin şəxsə qarşı tələbi də yoxdur, odur ki, qanuni qaydada hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 Bulud oğlu ifadəsində göstərdi ki, 2016-cı ildən daxili işlər orqanlarında, hazırda isə Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. 17 noyabr 2021-ci il tarixdə, saat 16:45-də Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə Ucar rayonu, Yuxarı Şilyan kəndində yaşayan Zərərçəkmiş şəxs1 zəng edib orada Gündüz və Namiq adlı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Yuxarı Şilyan kəndinin sahə rəisi kimi növbətçi hissəsinin sürücüsü Zərərçəkmiş şəxs4 və təhqiqatçı Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin ünvana getmiş, Zərərçəkmiş şəxs1 ilə yolda qarşılaşmış, Sarənc həmin kəndə toy məclisinə gəldiyini, orada Namiq, Gündüz, Ramiq və Faxrət adlı şəxslər tərəfindən döyüldüyünü, hətta adlarını çəkdiyi şəxslərin sərxoş vəziyyətdə toyda dava-dalaş saldıqlarını bildirmişdir. İctimai asayişi qorumaq, eləcə də həmin toy mərasiminin karantin qaydalarına uyğun təşkil edilib-edilmədiyini müəyyən etmək məqsədilə həmin ünvana getmişlər. Xəyal avtomobili toy mağarının olduğu həyətin açıq darvazasına qarşı üzbəüz saxladıqdan sonra Elçinlə birlikdə avtomobildən düşüb mağara yaxınlaşmış, Xəyal və Sarənc avtomobildə gözləmiş, Elçin mobil telefon ilə mağarı çəkən zaman adını sonradan öyrəndiyi Ramiq adlı şəxs Elçinə şəkil çəkməməsini demiş, Elçin xidməti vəzifəsini yerinə yetirdiyini deyərək Ramiqə ona mane olmamasını bildirdiyi zaman qəflətən Ramiq Elçinin sifət nahiyəsindən yumruqla vurmuşdur. Dərhal Elçinə kömək etmək üçün araya girmiş, Xəyal da Elçini oradan uzaqlaşdırmaq üçün köməyə gəlmişdir. Həmin vaxt Ramiq Elçini və onu vurmağa davam etmişdir. Bu zaman adlarını sonradan öyrəndiyi Namiq, Gündüz və Faxrət adlı şəxslər də onlara hücum çəkib müxtəlif bədən nahiyələrinə vurmuşlar. Xəyal Elçini çəkib avtomobilə tərəf aparıb avtomobilin sol arxa oturacağına qapını açıb əyləşdirmək istəyəndə Ramiq və Namiq qardaşları, həmçinin Gündüz və Faxrət də Xəyalı müxtəlif bədən nahiyələrindən yumruq və təpiklə vurmağa başlamışlar. O, Xəyalı müdafiə etmək üçün araya girmiş, bu zaman Faxrət onu sinəsindən yumruqla vurmuş, Faxrətin oğlu Gündüz də onu təpiklə vurmuşdur. Onlar birtəhər avtomobilə oturub cəld oradan uzaqlaşmış, avtomobilə oturub oradan çıxmaq istədikdə Namiq Xəyal tərəfdən avtomobilin şüşəsinə təpiklə vurmuşdur. Bundan sonra onlar polis şöbəsinə getmişlər. Namiqlə aralarında barışıq yoxdur, eyni zamanda, ona qarşı tələbi də yoxdur, odur ki, qanuni qaydada hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən 5 ildir ki müğənnilik fəaliyyəti ilə məşğul olur və fərdi qaydada el şənliklərinə gedir. 17 noyabr 2021-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində Gündüz adlı şəxsin azyaşlı övladlarının kiçik toy məclisinədə müğənnilik etmiş, həmin toy başlayanda tam sakitçilik olsa da, saat 15 radələrində xanəndə Tahirə söz vermişdir. Bu zaman Gündüzün bacısının əri Sarənc musiqini dayandırıb operatoru çağırmış və təxminən 15-20 dəqiqə toy məclisi dayanmışdır. Bu zaman Namiq Sarənci sakitləşdirmək istəmiş, həmin vaxt Namiq də sərxoş olmuş və onlar dartışaraq yerə yıxılmışlar. Bu vaxt ətrafdda olan Gündüz və Namiq digər əmi oğulları ilə birlikdə Sarənci mağardan bayıra çıxarmışlar. Həmin vaxt demək olar ki mağarda qonaq qalmamış və onlar çıxıb getmişlər. Həmin vaxt Şəmkir rayonundan gələn kirvələr tort kəsdirib həzin musiqi sifariş etmişlər. Təxminən 10-15 dəqiqə sonra bayırdan səs-küy və stol-stul səsləri gəlsə də, sonradan musiqinin səsindən bayırda nə baş verdiyini bilməmişdir. Təxminən 30-40 dəqiqə tort kəsmə olduqdan sonra qonaqlar çıxıb getmişlər. Bir müddət sonra Sarənc mağara girərək musiqi ifa etməmələrini, polis çağırdığını demişdir. Sarənclə Namiq yerə yıxılarkən onların xəsarət almalarının şahidi olmamış, lakin Sarənc mağara qayıtdıqda onun sifət nahiyyəsində xəsarət görmüş və onun burnunun üstü cırılmış, hətta Sarənc öz-özünə deyinə-deyinə öz üzünü yumruqlayaraq özünü və Namiqi söyüb gileylənmişdir. Həmin vaxt Gündüz mağara girib musiqiyə fasilə verməyi bildirmiş, bu səbəbdən çıxıb mağarın kənarında çay içmişdir. Sarənc getdikdən təxminən 1 saat sonra səs-küy düşmüş, adını bilmədiyi şəxs hündürdən Ramiqin polis əməkdaşını vurmasını demişdir. Gündüz isə evdən çıxıb ona tərəf gəlmiş, Namiq isə yemək bişirənlər tərəfdən gələrək hər ikisi onun arxasında həyətin giriş qapısına tərəf getmişlər. Polis avtomobili hadisə yerindən uzaqlaşdığını görmüş, tanımadığı 1 nəfər şəxs polis avtomobilini saxlatdırmaq üçün avtomobili döyəcləmişdir. Ramiq həyətin qarşısında sakitcə dayanmış, Təqsirləndirilən şəxs4 isə Ramiqi danlamış və polis əməkdaşını nahaq vurduğunu demişdir. Bundan sonra hadisə yerindən çıxıb getmək istəsələr də orada olan cavanlar təkidlə musiqiçilərin toya davam etmələrini tələb etmişlər. Onların sərxoş olduqlarını görüb imtina etməmiş və toy davam etmişdir, saat 21 radələrində isə toy bitmiş və çıxıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid8 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 5 ildir ki Ucar rayonu, Yuxarı Şilyan kənd sakini Təqsirləndirilən şəxs3 tanıyır və oğlunun kirvəsidir. 17 noyabr 2021-ci il tarixdə Gündüz oğullarına kiçik toy məclisi təşkil edib onu toya dəvət etmişdir. Gündüzlə münasibətləri yaxşı olduğundan Gündüz ondan toyda siyahıya pul yazılması işinə baxmasını və nəzarət etməsini xahiş etdiyindən toyda pul yığan olmuş, hətta, ailə uşağı ilə toya getsə də, toy mağarının içərisində yox, çölündə stol qoyub əyləşmiş və mağara cəmi 2 dəfə girmişdir, toy təxminən saat 13 radələrində başlasa da, biraz tez qurtarmışdır, buna səbəb isə toyda musiqi sifarişi üstündə bir neçə dəfə səs-küy düşmüş, lakin həmin mübahisə düşən adamları tanımamış və işi pul yığmaq olduğu üçün bu məsələyə qarışmamışdır. Hətta mübahisə edən şəxslər toy mağarının arxasına bir-iki dəfə çıxıb girsələr də, onları əks tərəfdə olduğu üçün görməmiş, lakin toyda musiqi sifarişi və ya oynamaq üstündə mübahisələr düşmüş, səs-küy yaranmış, hətta toya qonaq gəlmiş şəxslərdən bir neçəsi toyu tez tərk edib getmişdir, ümumiyyətlə toy tez dağılmış, toyda yalnız Gündüzün öz qohum-əqrabaları qalmışdır. Təxminən saat 18 radələrində Gündüzlə onun həyətində toya yığılan və xərclənən pulların haqq-hesabını etdiyi vaxt, tanımadığı bir nəfər azyaşlı uşaq qaçaraq onlara yaxınlaşıb toyda dava düşdüyünü demiş, Gündüzlə birlikdə tez mağar tərəfə getmək istədikdə, polis avtomobilinin iti sürətlə mağarın qarşısını tərk etdiyini görmüşdür. Gündüzlə mağara çatdıqda əmisi oğlu Ramiqin polis əməkdaşlarına zor tətbiq etdiyi onlara məlum olmuş, bundan sonra isə ailə, uşaqlarını götürüb çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 vurulduğunun şahidi olmamış, çünki toyda pul yığmaq ona tapşırıldığından mağara demək olar ki girməmiş, Ramiq tərəfindən polis əməkdaşının vurulduğu vaxt isə Gündüz orada olmamış, birlikdə toyda yığılmış pulların haq-hesabını etmişlər, həqiqətən toy karantin dövründə baş versə də, Gündüz onun uşağının toyunda yaxından iştirak etdiyi üçün özünə borc bilib toyda iştirak etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, 17 noyabr 2021-ci il tarixdə Faxrətin oğlu Gündüz onu azyaşlı övladlarının kiçik toy məclisinə qohum olaraq dəvət etmişdir. Təxminən saat 13 radələrində toy məclisi başlanmış, yeyib içdikdən sonra təxminən saat 14 radələrində qonşuluqda yerləşən evinə getmişdir. Təxminən 2-3 saat evdə olduqdan sonra saat 16-17 radələrində yenidən Gündüzgilə qayıtmış, yenidən evinə getdikdə yolda polis avtomobilinin Gündüzgilə getdiyini görüb yenidən ora qayıtmaq qərarına gəlmişdir. Polis avtomobili ondan öncə oraya çatmış, Gündüzün evinə çatdıqda polis avtomobilinin dönərək çıxıb getdiyini görmüş, aralarında 15-20 metr məsafə olduğundan polislərin dəqiq üzlərini görə bilməmişdir. O, yaxınlaşdıqda orada olan şəxslərin Ramiqin polisi vurmasını danışdıqlarını eşitmiş, sonra toy davam etmiş və saat 22 radələrində toy qurtardıqdan sonra çıxıb evinə getmişdir. Səhəri gün isə Bakı şəhərinə işlədiyi yerə getmiş, sonradan isə Ucar Rayon Polis Şöbəsindən dəvət etdikləri üçün ifadə vermək məqsədi ilə polis şöbəsinə gəlmişdir. Mağarın içərisində az olduğundan Sarəncin kim tərəfindən döyülməsinin şahidi olmamış, lakin sonradan eşitdiyinə görə Sarənci Ramiq, Namiq, Gündüz və Faxrət döymüşlər, Sarənc isə onlardan polisə şikayət etmişdir, polis əməkdaşları mağarın qarşısında olarkən orada olmamış, polis əməkdaşlarının kim tərəfindən vurulmasının şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Ucar rayonu, Yuxarı Şilyan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi olaraq musiqi fəaliyyəti ilə məşğul olur, nağara ifa edir, fərdi olaraq toy məclislərinə getmiş, həmçinin də 17 noyabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs3 övladlarının toy məclisində nağara ifa etmiş, toy təxminən 13 radəərində başlamış, saat 15 radələrinə qədər normal toy davam etmiş, saat 15 radələrində Gündüzün bacısının əri Sarənc sərxoş halda musiqi sifariş etmiş və xanəndə Tahir adlı yaşlı kişinin oxumasını istəmişdir. Bundan sonra Tahir oxumağa başlamış, Sarənc isə musiqini saxladaraq operatorun gəlməsini tələb etmiş, operator gəlsə də, Gündüzün əmisi oğlu Namiq Sarəncin musiqini uzatmasına etiraz edərək narazıçılıq yaratmış və əlini stola vuraraq musiqiçilərə musiqini dayandırmağı tələb etmiş, həmin vaxt Sarənc də əlini stola vurub musiqinin davam etdirilməsini tələb etmişdir. Davadalaş zamanı stolun aşıb musiqi alətlərinin zədələnə biləcəyini düşünüb musiqiçilər öz alətlərini qorumağa çalışmışlar, həmin vaxt Namiq Sarənci mağarın yan tərəfindən çadırı qaldıraraq adlarını bilmədiyi bir neçə nəfərlə birlikdə bayıra çıxarmış, bayırda səs-küy olsa da onlar musiqini ifa etməyə davam etmişlər. Təxminən 30-40 dəqiqə sonra Sarənc tək olaraq mağarın içərisinə girib üzü qanlı halda polis əməkdaşlarını çağırdığını və musiqini saxlatmağı desə də sonradan çıxıb getmişdir, toy davam etmiş, saat 18 radələrində Gündüzün həyətində musiqiçilər üçün şam yeməyi üçün masaya keçib yemək gözləyən zaman adını bilmədiyi kiminsə qışqırıb həyətə polis əməkdaşlarının gəlməsi və Ramiq polis əməkdaşını vurmasını sonra isə polislərin çıxıb getməsini bildirmişdir. Yeməklərini yeyə bilmədikləri üçün çıxıb getmək istəsələr də, orada olan cavanlar onları buraxmamış və toy təxminən saat 22 radələrinə kimi davam etmişdir, polis əməkdaşının döyülməsi barədə eşitdiyi zaman həyətdə masada oturmuş və hadisənin şahidi olmamışdır. Gündüz, Faxrət Ramiq və Namiq polis əməkdaşları vurularkən harada olmalarından məlumatsız olmuşdur. Məhkəmə istintaqında şаhid qismində dindirilmiş Şahid1 və X4 da şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Ucar rayonu, Yuxarı Şilyan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 17 noyabr 2021-ci il tarixdə qardaşı Gündüz uşaqlarına kiçik toy məclisi təşkil etmişdir. Toy saat 13 radələrində başlamış, toya nəzarət edən adamlardan biri olmuş, qardaşı Gündüz, atası Faxrət, əmisi uşaqları Ramiq və Namiq, həmçinin özü də spirtli içki qəbul etmişlər. Saat 16 radələrində yeznələri Sarənc ilə Namiq arasında mahnı sifarişi üstündə mübahisə yaranmış, həmin vaxt onları ayırmış və sonra Sarənci mağardan çölə çıxarmışlar. Fasilədən sonra toy davam etmiş, bir müddət sonra spirtli içki qəbul etiyi üçün evə getmiş, evdən çıxıb mağara qayıtdıqda orada olan adamlardan Ramiqin polis əməkdaşını vurduğunu eşitmişdir, çox sərxoş olduğu üçün hadisələri dəqiq xatırlaya bilməmişdir, toyda heç kimə xəsarət yetirməmiş və heç kimlə dalaşmamışdır. Qardaşı Gündüzün və atası Faxrətin Sarənci və polis əməkdaşlarını vurub-vurmadıqlarını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 17 noyabr 2021-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndindən olan dayısı Gündüz oğlanlarına kiçik toy məclisi təşkil etdiyi üçün anası və atası bir gün əvvəl Ucar rayonu, Yuxarı Şilyan kəndinə getmişlər. Özü isə 17 noyabr 2021-ci il tarixdə toy günü həmin kəndə getmişdir. Toy məclisi saat 13 radələrində başlamış, təxminən saat yarım sonra atası Sarəncin ansamblın yanında dayanıb mahnı sifariş etmək istədiyini və bunun üstündə narahatlıq yarandığını görmüş, sonra dayısı Gündüz və qohumu Namiq atası Sarənci mağardan çölə çıxartmışlar, təxminən yarım saat sonra atasının Namiqlə birlikdə mağara qayıtdıqlarını görmüşdür. Həmin vaxt atası Sarəncdə heç bir xəsarət izi görməmiş, bir qədər keçmişdir ki, toyda qarışıqlıq düşmüş, toy dayanmış, camaat qışqırmağa başlamış, atasının görmədiyi şəxslər tərəfindən mağarın içərisində vurulduğunun şahidi olmuşdur. Çünki həmin vaxt qarışıqlıq olduğundan atasının kim tərəfindən vurulmasının şahidi olmamışdır. Dava-dalaş düşdüyünü görüb mağardan çıxmış, mağardan çöldə olarkən Namiq atası Sarənci yumruqla bir dəfə sifətindən vurmuşdur. Həmin vaxt orada çox adam olsa da, onları tanımamış, sonra Namiq atasının ünvanına söyüş söymüşdür. Tanımadığı bir-iki nəfərlə atasına köməklik etmiş, sonra atası çıxıb getmiş, özü isə mağara geri qayıtmışdır. Bir müddət sonra atası Sarənc geri qayıdaraq onu həmkəndlisi ilə birlikdə evə yola salacağını və döyülməsi barədə polisə məlumat verdiyini deyib yola çıxmışlar. Atası Sarənc yolda polis avtomobilini görüb aşağı düşüb polislərlə söhbət edib onların avtomobili ilə toy mağarına geri qayıtmışdır. O da məcbur olub geri qayıtmışdır. İki nəfər polis əməkdaşı avtomobildən düşüb mağara yaxınlaşmış, həmin vaxt polislərdən adını sonradan öyrəndiyi Elçin adında olan oğlan əlində mobil telefonla açıq darvazadan içəri keçdiyini görmüş, həmin vaxt polis avtomobilinə yaxın yerdə dayanmış, Elçin mağarın şəkillərini çəkmək istədikdə qohumu Ramiq polis əməkdaşını vurmuş, qaranlıq olduğu üçün görmədiyi bir neçə nəfər də orada olan digər polisləri vurmuşlar. Qorxduğundan yerində donub qalmış, sonra polis əməkdaşları cəld avtomobilə oturub oradan uzaqlaşmışlar. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 azyaşlı övladlarına təşkil etdiyi toy məclisinə ailə üzvləri ilə birlikdə getmişlər. Toy saat 13 radələrində başlamış, ilk öncə normal toy baş tutmuş, lakin saat 15 radələrində Zərərçəkmiş şəxs1 musiqi sifariş etmiş, lakin sifarişi uzadaraq söyüşlər söymüş, bu səbəbdən atası Namiq, əmisi Ramiq və Gündüz ona yaxınlaşıb sakitləşdirmək istəmişlər, lakin Sarənc sakitləşməmiş, bu səbəbdən onu bayıra çıxarmışlar. Bundan sonra baş verənləri görməmiş, axşam saat 18 radələrində həyətə polislərin gəlmiş, onlardan bir nəfərin mağarın fotoşəkillərini çəkmiş, bu zaman isə əmisi Ramiq onu yumruqla vurmuşdur. Həmin polis əməkdaşı həyətə çıxaraq polis avtomobilinə əyləşmiş, digər polislər isə onun avtomobilə əyləşməsinə köməklik etmişlər. Zərərçəkmiş şəxs1 kim tərəfindən vurulmasının şahidi olmasa da, sonradan Sarəncin polisə zəng edərək Namiqlə Gündüzün onu döymələri barədə məlumat verməklə şikayət etdiyini və polislərin gəlməsini gözləməsini görmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 18 noyabr 2021-ci il tarixli, 345 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətsağ gözaltı nahiyyənin qançırı və dərialtı hematoması, burun belinin sıyrığı və şişkinliyi, burun sümüyünün yerinidəyişməyən sınığı küt alətin təsirindən əmələ gəmişdir, əmələ gəlmə müddəti 17 noyabr 2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 18 noyabr 2021-ci il tarixli, 346 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs4 aşkar edilmiş xəsarətsağ əlin İ barmağının travmatik çıxığı, arxa səthinin və sağ İ barmağının şişkinliyi və qançırı küt alətin təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 17 noyabr 2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 18 noyabr 2021-ci il tarixli, 347 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs3 Bulud oğlunun bədənində aşkar edilmiş xəsarət-sol baldırın orta 1/3-in yan səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 17 noyabr 2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Bədənin digər qabarıq nahiyələrində hər hansı xəsarətin olmamasını nəzərə alsaq qeyd olunan xəsarətin Zərərçəkmiş şəxs3 Bulud oğlunun öz boyu hündürlüyündən yıxılması nəticəsində alması inandırıcı deyil. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 18 noyabr 2021-ci il tarixli, 352 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- hər iki burun dəliyində tənəffüsünün kəskin pozulması ilə burun sümüklərinin yerini dəyişən sınığı, sol gözaltı nahiyyənin qançırı, sol qaşın iç bucağının əzilmiş yarası küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 17 noyabr 2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 22 noyabr 2021-ci il tarixli, 01/352 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-hər iki burun dəliyində tənəffüsünün kəskin pozulması ilə burun sümüklərinin yerini dəyişən sınığı, sağ gözaltı nahiyyənin qançırı, sağ bazunun orta 1/3-nin yan səthinin, sol qaşın iç bucağının əzilmiş yarası küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəmişdir, əmələ gəlmə müddəti 18 noyabr 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən hər iki burun dəliyində tənəffüsünün kəskin pozulması ilə müşaiət olunan burun sümüklərinin yerini dəyişən sınığı səhhətin uzun müddət pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vuran xəsarətlərə, sol qaşın iç bucağının, sağ bazunun orta1/3-nin yan səthinin əzilmiş yarası səhhətin qısa müddət pozulmasına səbəb olduğuna görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağ gözaltı nahiyyənin qançırı sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 22 noyabr 2021-ci il tarixli, 06/347 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Bulud oğlunun bədənində aşkar edilmiş xəsarət-sol baldırın orta 1/3in yan səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 17 noyabr 2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 22 noyabr 2021-ci il tarixli, 07/346 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 aşkar edilmiş xəsarətlər-sağ əlin İ barmağının travmatik çıxığı, arxa səthinin və sağ İ barmağının şişkinliyi və qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 17 noyabr 2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 X1 14 mart 2022-ci il tarixli, 99/KEŞ nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs1 mütəxəssis müayiəsi zamanı hazırda onda görmə qabiliyyətinin Vis (hər iki gözdə) OU-0,1 olduğu və yetişməmiş kataraktanın olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 gün işığında və zəif işıqlanma zamanı görmə qabiliyyətinin eyni olduğunu nəzərə alaraq, zəif işıqlanma zamanı onun görmə qabiliyyətinin olması istisna edilmir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni polis əməkdaşlarını xidməti geyim formasında görməsi istisna edilmir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 18 noyabr 2021-ci il tarixli aktlardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddini onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi də təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, onu 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxsə cəzanın məqsədlərinin təmin olunması baxımından azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Lakin, məhkəmə kollegiyasının qənaətinə görə həmin cəzanın müddətinin azaldılmasına və həbs ilə əlaqədar olmayan digər cəza növünün təyin edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən, hökmün surətindən və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, 21 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarla “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 21 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarla “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilməsinə baxmayaraq qısa müddət sonra hazırkı cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə haqq qazandırır və həmin cəzanın işin faktiki hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(063)-45/2022 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1, 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 315ci maddələri ilə, Təqsirləndirilən şəxs3 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(063)-45/2022 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-381/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-381/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver