Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-384/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli (hakim Günay Cavadova) hökmü ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək məqsədi ilə, vahid niyyət ilə Zərərçəkmiş şəxs2, onu Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki X1 işə düzəldəcəyini yalandan vəd verərək aldatmaqla 2015-ci ilin iyul ayının sonlarında Yevlax şəhər Nizami prospektində yerləşən “Gənclik” parkında 3000 manat pulunu, həmin ilin avqust ayının sonlarında Yevlax şəhəri Füzuli küçəsində yerləşən özünə məxsus mağazada 1000 manat pulunu, həmin ilin sentyabr ayının ortalarında Yevlax şəhəri Füzuli küçəsində yerləşən özünə məxsus mağazada 1000 manat pulunu və 2016-cı ilin yanvar ayının əvvəllərində Yevlax şəhər Füzuli küçəsində yerləşən özünə məxsus mağazada 600 manat pulunu almaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 5600 manat pulunu ələ keçirməklə sonuncuya xeyli miqdarda, yəni 5600 manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən qəsdən özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək məqsədi ilə, vahid niyyət ilə Zərərçəkmiş şəxs4, sonuncunun arvadı Şahid3 Vəliyəddin qızını, qardaşı Şahid6 və qardaşı arvadı Şahid4 Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki X1 fəhlə işinə düzəldəcəyini yalandan vəd edərək aldatmaqla 2020-ci ilin avqust ayının əvvəllərindən sonunadək olan müddət ərzində, ayrı-ayrı vaxtlarda Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Dost qapısı” kafesində Zərərçəkmiş şəxs4 birinci dəfə 1000 manat, sonra 1500 manat, daha sonra 500 manat, daha sonra isə 500 manat olmaqla, ümumilikdə 3500 manat pulunu ələ keçirməklə sonuncuya 3500 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək məqsədi ilə, vahid niyyət ilə Zərərçəkmiş şəxs3, onun özünü və qardaşı Şahid7 Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki X1 fəhlə işinə düzəldəcəyini yalandan vəd verərək aldatmaqla 2020-ci ilin avqust ayının ortalarında Bərdə rayonunun Cəyirli kəndində Zərərçəkmiş şəxs3 1500 manat pulunu ələ keçirməklə sonuncuya 1500 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək məqsədi ilə, vahid niyyət ilə Zərərçəkmiş şəxs1, onun özünü və qohumları Şahid1, Şahid2 və X6 Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki X1 fəhlə işinə düzəldəcəyini yalandan vəd verərək aldatmaqla 30 avqust 2020-ci il tarixdə Yevlax şəhəri Dəmir yol stansiyasının yaxınlığındakı adsız kafedə Zərərçəkmiş şəxs1 1500 manat pulunu ələ keçirməklə sonuncuya 1500 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində işinə düzgün və ədalətli baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 apelyasiya şikayətinin təmin olunmasını, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, lakin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 8 X2 X12 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən amnistiya tətbiq edilməsini və ona təyin edilmiş cəzanın 6 ay müddətinə azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində fəhlə işləmişdir. O, 2020-ci ilin avqust ayında Niyaməddin ilə birlikdə olan zaman Niyaməddinə Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində iş axtaran şəxsləri işə düzəldə biləcəyini demişdir. Bu zaman Niyaməddinin qohumlarını işə düzəltmək üçün onunla 2500 manat pul qarşılığında razılaşmış və Niyaməddinə qohumlarının işə düzəldikləri təqdirdə 250 manat əmək haqqı alacaqlarını bildirmişdir. Niyaməddin ona ilkin olaraq arvadı Aişəni, qohumları Akifi və Səbiyyəti işə düzəltməyi qarşılığında 2020-ci ilin avqust ayında Yevlax rayon Avtovağzalının yaxınlığındakı “Dost qapısı” kafesinin yanında 1000 manat pul və həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri və daha sonra geri qalan 1500 manat pulu vermişdir. Lakin o, daha çox adamı işə düzəldə biləcəyini dediyi üçün Niyaməddin qohumu Poladla telefon vasitəsi ilə danışmış və Polad işləmək istədiyini dediyi üçün Niyaməddin onunla birlikdə Bərdə rayon Cəyirli kəndinə getmişdir. Polad, onu və qardaşı Farizi işə düzəltməyi üçün 1500 manat pul və şəxsiyyət vəsiqələrini ona vermişdir. Daha sonra Niyaməddinin qohumu Afəti Yevlax şəhər Yaşılaşdırma və İşıqlandırma İdarəsində işə düzəltmək üçün Niyaməddin ona Yevlax rayon Avtovağzalının yaxınlığındakı “Dost qapısı” kafesində 500 manat pul vermişdir. Bunlardan başqa Niyaməddindən həmin şəxslərin işə qəbul edilməsi üçün sənədləri hazırlamaq adı ilə 500 manat pul almışdır. O, 2020-ci ilin avqust ayında Yevlax şəhərində Niyaməddin ilə birlikdə olan zaman Niyaməddin həmkəndlisi Zərərçəkmiş şəxs1 zəng edərək Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində iş yeri olduğunu və onun onlar işə düzəldə biləcəyini dedi. Bu zaman o, Niyaməddinin mobil telefonu ilə Zərərçəkmiş şəxs1 ilə danışmış və Zərərçəkmiş şəxs1 özü ilə birlikdə 4 nəfər olduqlarını və işləmək istədiklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 4 nəfərin Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində işə düzəldəcəyini və bunun qarşılığında onlardan 2000 manat, yəni hər bir adama görə 500 manat pul alacağını demişdir. Lakin sonunda onların dördünü də işə düzəltməyi üçün 1500 manat pul qarşılığında razılaşmışdır. Bundan sonra 30.08.2020-ci il tarixdə Yevlax rayon Avtovağzalının yaxınlığında yerləşən “Neptun” supermarketinin qarşısında Musa və Niyaməddinlə görüşmüşdür. Onlar Yevlax rayon Dəmir yol vağzalının yaxınlığındakı adsız kafeyə getmişlər. Kafedə olan zaman Zərərçəkmiş şəxs1 ona 1500 manat pul vermişdir. O, telefonla danışan zaman Zərərçəkmiş şəxs1 şəxsiyyətlərini təsdiq edən sənədi gətiməsini dediyi üçün Zərərçəkmiş şəxs1 özünün, Şahid2, Şahid1 və Həsən Əkbərovun şəxsiyyət vəsiqələrini də ona vermişdir. O, həmin 1500 manat pulun qarşılığında Zərərçəkmiş şəxs1 onun özünü, həyat yoldaşı Şahid2, Zərərçəkmiş şəxs1 qohumları Şahid1 və X15 şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində fəhlə kimi işə düzəldəcəyini və həmin işin qarşılığında hər birinin 250 manat məbləğində əmək haqqı alacaqlarını vəd etmişdir. Lakin Zərərçəkmiş şəxs4 qohumlarını, Zərərçəkmiş şəxs1 və onun qohumlarını işə düzəltmək üçün heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs2 Yevlax şəhəri ərazisindəki bazarda geyim əşyaları satır və o, onun dükanına gedib gəldiyi üçün Mustafa ilə münasibət yaratmışdır. O, Mustafaya onu Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində işə düzəldəcəyini və onun işə getmədən hər ay 300 manat əmək haqqı alacağını deyərək onu razı salmışdır. O, Zərərçəkmiş şəxs2 onu Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində işə düzəltmək üçün 2015-ci və 2016-cı il tarixlərdə ümumilikdə 5600 manat pulun almışdır. Lakin ona vermiş olduğu vədə əməl etməmiş və onun pulunu özünə geri qaytarmamışdır. Onun işlədiyi Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində işçi işə götürmək kimi bir səlahiyyəti olmamış və heç vaxt heç kimi işə düzəltməmişdir. O, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pulu alan zaman niyyəti onların pulunu ələ keçirmək olmuşdur. Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsinin halhazırkı adı Mənzil Kommunal Təsərrüfat Birliyidir. O, 10 ildir ki, həmin idarədə fəhlə kimi işləmiş və 2021-ci ilin yanvar ayında işdən çıxarılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşiman olduğunu, evli olduğunu və himayəsində azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, O, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında həmkəndlisi Niyaməddin vasitəsi ilə tanımışdır. Belə ki, o, Niyaməddin ilə birlikdə Yevlax şəhərində olarkən Niyaməddin Nicat ilə görüşmüş və bu səbəbdən Təqsirləndirilən şəxs tanımışdır. O, Nicat ilə tanış olduqdan 3-4 gün sonra Niyaməddin ona zəng edərək Nicatın Yevlax şəhər Yaşıllaşdırma İdarəsinə işçi axtardığını demiş və ona işləmək istədiyini bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Yevlax şəhər Yaşıllaşdırma İdarəsində iş olduğunu və onu işə düzəldə biləcəyini demiş və o, özünün, həyat yoldaşı Şahid2, qohumları Şahid1 və Həsən Əkbərovun işə götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs 1500 manat pul vermək qarşılığında razılaşmışdır. O, həmkəndlisi Niyaməddin ilə birlikdə 30.08.2020-ci il tarixdə axşam saatlarında Yevlax şəhər Dəmiryol vağzalının yaxınlığındakı kafedə Təqsirləndirilən şəxs ilə görüşmuş, 1500 manat pulu və şəxsiyyət vəsiqələrini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu, həyat yoldaşı Şahid2, qohumları Şahid1 və Həsən Əkbərovu işə düzəldəcəyinə əmin etmişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs onların vəsiqələrini Niyaməddin vermiş və Niyaməddin də onlara geri qaytarmışdır. Lakin həmin gündən sonra Təqsirləndirilən şəxs onu və qohumlarını işə düzəltməmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs pulunu özünə geri qaytarmasını demiş, ancaq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmiş və onları işə düzəldəcəyini demişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onları işə düzəltməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 800 manat hissəsi ödənilmişdir. Ziyanın qalan hissəsi ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır və onu dostlarının vasitəsi ilə tanımışdır. O, 2020-ci ilin avqust ayında Yevlax şəhər Avtovağzalının yaxınlığındakı “Dost qapısı” çay evində olan zaman Təqsirləndirilən şəxs da həmin kafeyə gəlmişdir. Orda olan zaman Təqsirləndirilən şəxs ona Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma idarəsində işçiyə ehtiyac olduğunu və işləmək istəyibistəmədiyini soruşmuşdur. Lakin o, Nicata işləmək istəmədiyini bildirmiş və evə getmişdir. Həmin hadisədən bir neçə gün sonra, yəni 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək fürsəti əldən qaçırtmaq lazım olmadığını, onu və ailə üzvlərini işə düzəldə biləcəyini demişdir. O, Nicat ilə söhbət etmiş və söhbət əsnasında Nicat 2500 manat pulun qarşılığında onun həyat yoldaşı Aişəni, qardaşı Akifi və qardaşı Məzahirin həyat yoldaşı Səbiyyəti Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində fəhlə kimi işə düzəldəcəyini, onların 250-270 manat məbləğində əmək haqqı alacağını və bunun qarşılığında ondan 2500 manat pul alacağını demişdir. O, Nicat ilə razılaşmış və həmin günü, yəni avqust ayının ortalarında Yevlax rayon Avtovağzalının yaxınlığındakı “Dost qapısı” çay evində 1000 manat pulu və qardaşı Akif ilə arvadı Aişənin şəxsiyyət vəsiqələrini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onun Nicata 1500 manat verəcəyi qalmışdır. Nicat ona hələ də boş yer olduğunu dediyi üçün onu bibisinin oğlu Poladla tanış etmiş və 2020-ci ilin avqust ayının ortalarında axşam saatlarında özünü və qardaşını işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs onlara həftənin şənbə və bazar günləri iş günü olmadığını, həftənin beş günü saat 18:00a qədər işləyəcəklərini və 250-270 manat arasında əmək haqqı alacaqlarını demişdir. Bundan bir neçə gün sonra, yəni avqust ayının ortalarında axşam saatlarında Nicat ilə birlikdə Bərdə rayon Cəyirli kəndində gedərək Bərdə rayon Cəyirli kəndində yaşayan bibisinin oğlu Poladdan borc olaraq 1500 manat pul almış və Poladın evinin qarşısında 1500 manat pulu və qardaşı Məzahirin arvadı Səbiyyətin şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermişdir. Bundan bir gün sonra Təqsirləndirilən şəxs zəng edərək bu qədər vaxt keçdiyini və qohumlarının işə düzəlməməsinin səbəbini soruşduqda Nicat ona adamın tam düzəlmədiyini və buna görə kartların verilmədiyini, ona adam tapmağını bildirmişdir. O, avqust ayının təxminən 15-dən 25-dək olan müddət ərzində qohumu Afəti işə düzəltməsi üçün Nicat ilə Yevlax rayon Avtovağzalının yaxınlığındakı “Dost qapısı” çay evinin yanında görüşmüş və 500 manat pulu və Afətin şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Nicat ona zəng edərək əmək kitabçalarının hazırlanması üçün ümumilikdə 500 manat pul lazım olduğunu dediyi üçün o, 500 manat pulu Yevlax şəhəri Avtovazğalının yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Buna baxmayaraq 5-6 gün keçdikdən sonra Nicat ona zəng edərək işçilərin sayının tamamlanmadığı üçün onların işə qəbul edilmələrinin geçikdiyini və əgər tanıdıqları varsa onları da işə düzəldə biləcəyini demişdir. O, bu səbəbdən dostu Zərərçəkmiş şəxs1 ilə Yevlax şəhərində görüşən zaman Musaya Yevlax şəhər Yaşıllaşdırma İdarəsində iş yeri olduğunu və işləmək istəyibistəmədiyini soruşmuşdur. Bu zaman Musa ona işləmək istədiyini dediyi üçün Nicata zəng edərək dostu Musanın Yevlax şəhər Yaşıllaşdırma İdarəsində işləmək istədiyini demişdir. Onlar Nicat ilə Yevlax rayon dəmir yol vağzalının yanında görüşmüş və işin şərtləri barədə söhbətlər aparmışlar. Bu zaman Musa Təqsirləndirilən şəxs ilə özünün, arvadının və iki nəfər qohumunun 1500 manat pul qarşılığında işə düzəltməsi üçün razılaşmış və onlar evə getmişdirlər. Bundan bir neçə gün sonra Musa ona zəng edərək pulu hazırladığını və Nicat ilə pulu vermək üçün görüşməyə getdiyini və onun da gəlməyini xahiş etmişdir. Onlar birlikdə 30 avqust 2020-ci il tarixdə axşam saatlarında Yevlax şəhər dəmir yol vağzalının yaxınlığındakı adsız kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt onun yanında Musa 1500 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və Nicat ilə həmin pulun qarşılığında onu, onun arvadı Şahid2, qohumu Şahid1 və Həsən Əkbərovu işə düzəltməsi üçün razılaşmışdır. Musa pulu verən zaman özünün və işə düzələcək qohumlarının şəxsiyyət vəsiqələrini də Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara sentyabr ayının sonuna kimi işin düzələcəklərini vəd etmişdir. 01 sentyabr 2020-ci il tarixdə Nicat ona zəng edərək onunla görüşmüş, ondan və Musadan almış olduğu şəxsiyyət vəsiqələrini ona vermişdir. O da həmin şəxsiyyət vəsiqələrini sahiblərinə qaytarmışdır. Bundan sonra Nicat vermiş olduğu vədə əməl etməmiş, onun qohumlarını, Musa və qohumlarını işə düzəltməmişdir. O, dəfələrlə Nicat Abbaosova zəng edərək işə düzəldə bilmədiyi üçün pulunu qaytarmağını istəmiş, ancaq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. O, 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs Yevlax rayon Avtovağzalının yaxınlığındakı “Dost qapısı” çay evinin yanında ayrı-ayrı vaxtlarda 1000 manat, 500 manat, 500 manat olmaqla 2000 manat, Bərdə rayonu Cəyirli kəndində isə 1500 manat pul vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs qohumlarını işə düzəltməsi üçün 3500 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 1500 manat pulu verən zaman bibisinin oğlu Polad da orda olmuşdur. Onun Təqsirləndirilən şəxs vermiş olduğu 3500 manat pul onun özünə məxsus olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona 250 manat əmək haqqı alacaqlarını bildirdiyi üçün qohumları əmək haqqı alan zaman vermiş olduğu pulu götürməyi fikirləşmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayında onun qohumu Niyaməddin ona zəng edərək Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində iş yeri olduğunu, yaxın qohumlarının və onun istədiyi təqdirdə işə düzələ biləcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs Niyaməddinin mobil telefonu ilə zəng etmiş, onunla danışmış və onu əmin etmişdir ki, Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində onu və qohumlarını işə düzəldəcəyini və 1 ay ərzində maaş kartlarını alacaqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus mobil nömrə ilə ona zəng etmiş və o, Nicat ilə telefonla danışan zaman qardaşı Farizi və onu işə düzəltməsi üçün razılaşmış və bunun qarşılığında Təqsirləndirilən şəxs ona 1500 manat pul verməli olduğunu demişdir. Həmin gündən bir gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında axşam saatlarında Nicat Niyaməddin ilə birlikdə onun Bərdə rayonu Cəyirli kəndində yerləşən evinə gəlmiş və o, evin qarşısında 1500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs 1500 manat pulu verən zaman Niyaməddin də orada olmuşdur. Təqsirləndirilən şəxs pulu verən zaman ona Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində fəhlə kimi işə düzələcəyini və 250 manat məbləğində əmək haqqı alacağına söz vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ona, 250 manatın 50 manatını ona verəcəyi təqdirdə işə getməyəcəyni bildirmişdir. O, pulu verdikdən bir gün sonra Nicat ona zəng edərək şəxsiyyət vəsiqələrinin sürətini çəkərək ona atmağını və həmin yerdə çox boş yer olduğunu və qohumlarını da həmin yerə işə düzəldə biləcəyini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs özü işə düzələndən sonra qohumlarına bu barədə məlumat verəcəyini demişdir. Həmin hadisədən təxminən 2-3 gün sonra Niyaməddin ona zəng edərək Nicata qohumlarını işə düzəltməsi üçün pul verməli olduğunu bildirmiş, ondan 1500 manat borc pul istəmişdir. O, ona pul verə biləcəyini bildirdiyi üçün Niyaməddin Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı Cəyirli kəndinə gəlmiş və o, 1500 manat pulu Niyaməddinə borc olaraq vermişdir. Lakin Təqsirləndirilən şəxs onlara vermiş olduğu vədə əməl etməyərək onları işə düzəltməmiş və pullarını qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Envər oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onun Yevlax şəhəri ərazisindəki bazarda geyim mağazası vardır. Təqsirləndirilən şəxs 2015-ci ildə onun mağazasına gələrək ondan bir neçə dəfə geyim almışdır. Təqsirləndirilən şəxs onun yanında olan zaman onu Yevlax şəhər Yaşılaşdırma və İşıqlandırma İdarəsində işə düzəldə biləcəyi vədini vermişdir. Onlar bu haqda danışdıqda Təqsirləndirilən şəxs ona adının işə yazılacağını və 300 manat əmək haqqı alacağını demiş və bunun qarşılığında 5000 (beş min) manat pul istəmişdir. Lakin o, Təqsirləndirilən şəxs həmin məbləğdə pulu olmadığını ilkin olaraq 3000 manat pul verəcəyini, geri qalan 2000 manatı növbəti iki ayda verəcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və ona pulu tam verdikdən sonra qısa müddət ərzində onu Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma İdarəsində işə düzəldəcəyini söz vermişdir. Təqsirləndirilən şəxs ondan sağlamlıq haqqında arayış, yaşayış yeri üzrə arayış və şəxsiyyətini təsdiq edən sənədin surətini, azərbaycanda yaşamasına icazə verən sənədin surətini və digər sənədləri ona verməyini istəmişdir. O, Nicat ilə razılaşdıqdan bir neçə gün sonra həmin sənədləri toplamış və həmin sənədlərlə birlikdə 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs növbəti iki ayda 1000 manat və 1000 manat olmaqla 2000 manat pul vermişdir. Lakin o, Təqsirləndirilən şəxs 5000 manat pul verdikdən 3-4 ay keçməsinə baxmayaraq onu işə düzəltmədiyi üçün o, Təqsirləndirilən şəxs ondan almış olduğu pulu videoçəkiliş zamanı etiraf etməsini demiş və Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, 28.12.2015-ci il tarixdə özünə məxsus mobil telefonla Təqsirləndirilən şəxs videoya çəkmiş və Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan almış olduğu 5000 manat pulu qaytaracağını demişdir. Lakin həmin gündən təxminən 10 gün sonra, yəni 2016-cı ilin yanvar ayının əvvəllərində Nicat ona işinin düzəldiyini və 600 manat verəcəyi təqdirdə işə qəbul olacağını demişdir. O, Nicatdan 600 manat pulun nə üçün lazım olduğunu soruşduqda Nicat onun xarici vətəndaş olduğunu, əmək müqaviləsi bağlanması və əmək kitabçasının hazırlanması üçün dövlət hesabına pul ödəmək lazım olduğunu bildirmişdir. O, işə düzələcəyi ümidi ilə Təqsirləndirilən şəxs 600 manat da pul vermişdir. Lakin Təqsirləndirilən şəxs vermiş olduğu vədə əməl etməyərək onu işə düzəltməmiş və ondan ümumilikdə almış olduğu 5600 manat pulu qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun oğlu X9 İİ Qarabağ müharibəsi zaman gedən döyüşlərdə şəhid olmuşdur. Lakin müharibədən əvvəl mərhum oğlu X10 və o işsiz imiş. 2020-ci ilin avqust ayında onun qohumu Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gəlmiş, Yevlax şəhər Yaşıllaşdırma İdarəsində iş yeri olduğunu və tanışı vasitəsi ilə oğlu Həsən Əkbərovu və onu işə düzəldə biləcəyini demişdir. Həmçinin Musa özünün və həyat yoldaşı Şahid2 da Yevlax şəhər Yaşıllaşdırma İdarəsinə işə düzələcəyini bildirmişdir. O, ondan tanışının kim olduğunu soruşmuş və Musa ona həmin şəxsin Yevlax şəhər Yaşıllaşdırma İdarəsində işləyən Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, işləmək istədiyini dediyi üçün Musa Nicata zəng edərək özünü, həyat yoldaşı Ceyhunəni, oğlu Həsəni və onu Yevlax şəhər Yaşıllaşdırma İdarəsində işə düzəltməsi üçün onunla razılaşmışdır. Bundan sonra Musa 30.08.2020-ci il tarixdə onları Yevlax şəhər Yaşıllaşdırma İdarəsində işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 1500 manat pulu vermişdir. Lakin pulu verdikdən sonra Təqsirləndirilən şəxs vermiş olduğu vədə əməl etməyərək onları işə düzəltməmiş və almış olduğu 1500 manat pulu müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs görməmiş və onunla heç bir danışıq aparmamışdır. Ona qohumu Zərərçəkmiş şəxs1 tanışı Təqsirləndirilən şəxs onları Yevlax şəhər Yaşıllaşdırma İdarəsində fəhlə kimi işə düzəldəcəyini və hər birinin 250 manat əmək haqqı alacağnı demişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə onun yanında mobil telefonla danışmış və o, onların danışıqların eşitmişdir. Zərərçəkmiş şəxs1 pulu özü vermişdir. Lakin Təqsirləndirilən şəxs onları işə düzəltdikdən sonra o və mərhum oğlu Həsən Əkbərov alacaqları əmək haqqından Zərərçəkmiş şəxs1 pulunu geri qaytaracaqdı. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, əri Zərərçəkmiş şəxs1 yaşadıqları evdə olarkən ona Yevlax şəhər Yaşıllaşdırma İdarəsində işləyən Təqsirləndirilən şəxs vasitəsi ilə Yevlax şəhər Yaşıllaşdırma İdarəsində işə düzələ biləcəklərini demişdir. Əri Musa ona Təqsirləndirilən şəxs ilə danışdığını və 1500 manat pulun qarşılığında özünü, onu, qohumları Sənubər və Həsəni Yevlax şəhər Yaşıllaşdırma idarəsində işə düzəldəcəyini və hər birinin 250 manat əmək haqqı alacaqlarını demişdir. Musa bundan bir neçə gün sonra, yəni 30.08.2020-ci il tarixdə özünün, onun, qohumları Şahid1 və Həsən Əkbərovun şəxsiyyət vəsiqələrini və evdən 1500 manat pulu götürmüş və Təqsirləndirilən şəxs ilə görüşməyə getmişdir. Musa pulu Nicata verib qayıtdıqdan sonra Yaşıllaşdırma İdarəsində işə düzələ biləcəklərini demişdir. Lakin həmin vaxtdan bəri Təqsirləndirilən şəxs onları işə düzəltməmiş və pulu geri qaytarmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 66); İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20.04.2021-ci il tarixdən hesablanmışdır. (iş vər. 104-106); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 17.01.2012ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4000 min manat cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 13.06.2013-cü il tarixli qərarına əsasən cərimə cəzası 02 il islah işləri cəzası ilə əvəz edilib. Cəzasını 2016-ci ilin mart ayında çəkib qurtararaq qeydiyyatdan çıxarılıbdır. (iş vər.145-146); Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başqa cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş iki il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin törədilməsinə görə şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu baxımından təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 8 X2 X12 haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9-cu bəndində qeyd edilir ki: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmçinin həmin qərarın 23-cü bəndində qeyd edilir ki:
23. Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: 23.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1-ci hissəsində, 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 2.6-cı, 2.7-ci və 3.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.3. icra məmurları – bu Qərarın 2.8-ci, 2.9-cu, 2.10-cu və 2.11-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.4. təhqiqat və ya ibtidai istintaq orqanları – bu Qərarın 8-ci hissəsində nəzərdə tutulan şəxslər barəsində; 23.5. məhkəmələr – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində. Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkumetmənin əsaslarını müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 44-cü maddəsində qeyd edilir ki, 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 8 X2 X12 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətə azaldılaraq onun üzərində 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. 8 X2 X12 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətə azaldılaraq onun üzərində 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov