Məhkəmə qərarları › İş №1(107)-388/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-388/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-388/2021 03.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakıları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2021ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X7 (sədrlik edən), X5 (məruzəçi) X1 ibarət tərkibdə) 26 avqust 2021-ci il tarixli hökmü ilə, 2 avqust 1984-cü il tarixdə Yevlax rayonu Varvara k Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd mayka, 01 ədəd sviter və 01 cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın, 01 ədəd bıçaq, mərhum X4 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd trusik, 01 ədəd mayka, 01 ədəd qolsuz köynək, 01 ədəd poliver, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, 06 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr isə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 104,16 AZN (yüz dörd manat, on altı qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmünün ləğv edilib, onun əməlinin Cinayət Məcəlləsinin 126.3-cü madddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ünvanlayaraq müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən məlumatlı olmadığını, hazırda özünün müalicə müəssəsində müalicə aldığını, müalicəsi tamamlandıqdan sonra lazım gələrsə məhkəməyə müraciət edəcəyini, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, bundan əvvəl məhkəməyə ünvanladığı apellyasiya şikayətindən imtina barədə ərizəsini təsdiq edir və apellyasiya şikayəti üzrə apellyasiya baxışına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətindən imtinasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 396-cı maddəsinə əsasən, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X6 təqsirləndiriləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, oğlunun günahsız yerə öldürüldüyünü, qanunamüvafiq qərar çıxarılmasını tələb etdiyini bildirdi. Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. İşdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətindən imtina edərək, onu geri götürmüş və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət Prosesual Məcəlləsinin 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərаrа аldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət Prosesual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar