Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-388/2023 27.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X2 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 31 avqust 2023-c il tarixli, 1(024)-48/2023 nömrəli (hakim Malik Qarayev)hökmü ilə, xx.xx.1977-ci ildə Qax rayonunun Armudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qax rayonu Armudlu kəndində pasport qeydiyyatında olmaqla Qax rayonu Qaşqaçay kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalından həbsə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanması, iş üzrə maddi sübut olan 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, iş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddianın olmaması müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda bundan nəticə çıxartmayaraq qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkəti etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 29, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 05 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının 04 il 06 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının azaldılmasına və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda bundan nəticə çıxartmayaraq qəsdən 30 avqust 2022-ci il tarixdə, saat 22 radələrində ictimai yerdə, yəni Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafenin həyətində özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə həmin vaxtı orada olan Qax şəhər sakini Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək kafedə olan şəxslərin rahatlığını və istirahətini pozmuş, aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək əvvəlcə onu itələmiş, daha sonra isə qəsdən bir dəfə baş nahiyəsindən bir dəfə də burun nahiyəsindən yumruqla vurduğunu, bundan sonra bir neçə dəfə yerdə bədəninin müxtəlif nahiyələrindən təpikləyərək sonuncuya onun posttravmatik stress pozuntusu, asteno-nevrotik sindrom, burun sümüyünün ön hisəssinin çökmə tipli sınığı, təpə nahiyəsinin, burun belinin, sol dirsək nahiyəsinin arxa səthinin, sağ saidin, sağ əlin arxa səthinin, sağ budun və sol budun sıyrıqlarından ibarət sağlamlığına yüngül zərərvuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək məhkəmə iclasının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini, Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs 01 (bir il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, ibtidai araşdırmaya və məhkəməyə yalan ifadə vermiş şahidlər Şahid1 Firudin oğlu və Şahid2 barəsində CM-in 297-ci maddəsi ilə cinayət təqibinə başlanılması üçün xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmündən apellyasiya protesti, təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şahid1 Firudin oğlu avtomobil ustasıdır. Bir neçə dəfə avtomobilini təmir üçün ona verib. Bir gün başqa bir məsələ ilə bağlı tanımadığı şəxslərlə onun arasında mübahisə olduğu zaman o vətəndaş olaraq müdaxilə edib və bu məsələdə ona köməklik etmişəm. Bu hadisə onun yadında qalmışdır. Bu dəfə də hadisə günü Şahid1 qəsdən onu kafeyə çağırır. O gəlib kafedə əyləşir. Bir az keçməmiş onu çağırıblar ki, Vüqarı bıçaqlayırlar. Kömək etsin. O da bir vətəndaş olaraq hadisənin başqa yöndə cərəyan etməməsi üçün ora qaçıb. Görüb ki, Vüqar ilə Şahid2 adlı şəxs birbirlərinə yapışıblar və dava edirlər. O, Vüqar tərəfdən müdaxilə edərək Vuqarı aralayıb. Vuqar hadisə yerindən qaçıb. Bu zaman üzərinə Atayev hücum çəkmək niyyəti ilə gəlməyə başlayıb. O ona xəbərdarlıq edib. Bu işdə sadəcə aralayan şəxs olduğunu və hərəkətini davam etdiyi təqdirdə polisə zəng edəcəyini bildirib. Ancaq o ona da, polisə də nalayiq sözlər işlədərək ayaq nahiyyəmə zərbələr endirib. O yerə yıxılıb. Yıxıldıqdan sonra da yerdə başına dəfələrlə zərbələr endirib. Bu adamlar Vüqarı döyməyə gəliblər. Çünki o Elnurun arvadına zəng edərək onun namusuna sataşıb. Hadisə yerində üç nəfər olublar. Ancaq onu vuran tək Atayev olub. O, hadisə zamanı pivə içməyib. Həmin günü o Atayevlə mübahisə atmayıb. Apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs 01 (bir il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, ibtidai araşdırmaya və məhkəməyə yalan ifadə vermiş şahidlər Şahid1 Firudin oğlu və Şahid2 barəsində CM-in 297-ci maddəsi ilə cinayət təqibinə başlanılması üçün xüsusi qərar qəbul edilməsini xahiş edib. Bu səbəblə də məhkəmə baxışı iclasının qismən məhkəmə istintaqı ilə aparılmasını xahiş edir. Bunu apellyasiya şikayətində də qeyd edib. Daha sonra bildirdi ki, onun bu iş üzrə hüquqları pozulub. Məhkəmədə verdiyi vəsatətlər təmin edilmir. Şəxsə 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilir. Məhkəmədə düzgün məhkəmə araşdırması aparılmayıb. Hesab edir ki, şəxsə verilmiş cəza aşağı həddədir. Şəxs islah olunmamışdır. Hadisə yerinə o, Vüqar tərəfindən məqsədli çağırılıb. O həmin gün bu şəxslərin onun yanına gələcəyini bilirdi. Ona görə o çağırıb ki, o onları ayırsın. Vüqarı həmin hadisələrdə gözündən də xəsarət alıb. O hadisə zamanı çox çalışıb ki, Vuqarı da polis əməkdaşları saxlasınlar və hadisədə iştirak edən digər şəxslər də bu işə cəlb edilsinlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X7 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir. O dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəyib. Ancaq məhəl qoymayıb. Etdiyi əməldən peşman olduğunu, lazım olarsa ayaqlarından opməyə də hazır olduğunu deyib. Ancaq zərərçəkmiş şəxs bunun qarşılığında o tutulmalıdır deyir. Daha sonra bildirdi ki, onlar kafedə oturub pivə içiblər. Hadisə gününə qədər o nə Şahid1ı, nə də Zərərçəkmiş şəxs tanımayıb. O, Elnurla oturub. Sonra eşidib ki, Elnurla Vüqar kafenin digər tərəfindən dalaşırlar. O da gəlib ora. O gələndə görüb ki, Zərərçəkmiş şəxs onlara yaxınlaşıb. Onun məqsədi dalaşanları ayırmaq imiş. Ancaq o tərəfləri ayıran zaman Elnurun yıxıldığını görüb. O həmin an elə başa düşüb ki, Zərərçəkmiş şəxs Elnuru vurub. Ona görə də, o da Zərərçəkmiş şəxs ilə dalaşıb. Bir daha bildirir ki, o etdiyim əməldən peşmandır. Burda da ondan üzr istəyir. Bağışlamasını xahiş edir. Məhkəmədə dövlət ittihamçısı barəsində 10 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib. Birinci instansiya məhkəməsi himayəsində azyaşlı uşağın olmasını, əlavə olaraq aliment ödəməyini nəzərə alaraq barəsində ədalətli cəza təyin edib. Həmin üç ay ona üç il kimi gəlib. O, artıq islah olunub. Nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət ittihamçısı2 apellyasiya şikayətinin birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təqsirləndirilən şəxsə 10 ay müddətinə azadlıqdan məhrumetə cəzası təyin edilməsi həddində qismən təmin edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Manana adlı qadının işlətdiyi kafedə pivə içən zaman çöldən səs-küy gəldiyini eşitmiş, kafenin həyətinə çıxan zaman tanışları Vüqarla Elnurun mübahisə etdiklərini görmüşdür. Onları sakitləşdirmək istəyən zaman əvvəllər tanımadığı, adını həmin vaxtı öyrəndiyi Zərərçəkmiş şəxs oraya gələrək ona “sən kimsən bu məsələyə qarışırsan” demiş, o isə Məhəmmədin sözündən əsəbləşərək onu əli ilə itələmişdir. Əsəbi olduğu üçün daha sonra Məhəmmədin baş nahiyəsindən bir dəfə yumruqla, bir dəfə də burun nahiyəsindən yumruqla vurmuş, Məhəmməd yerə yıxılmışdır. Bundan sonra bir-neçə dəfə Məhəmmədin bədəninin müxtəlif nahyələrinə təpiklə vurmuşdur. Daha sonra Məhəmməd çıxıb getmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmağa cəhd etsə də, Məhəmməd onu bağışlamamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmağa cəhd etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Manana adlı qadının işlətdiyi kafedə tanışı Vüqarla oturub pivə içmişlər. Həmin vaxtı kafeyə əvvəllər tanıdığı Elnur gəlmiş, Vüqarı çölə çağırmışdır. Bir müddət sonra onların çöldə mübahisə etdiklərini eşidərək çölə çıxmış, nə səbəbə mübahisə etdiklərini soruşmuşdur. Həmin vaxtı orada adını sonradan öyrəndiyi Eldəniz adlı şəxs heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə təhqir edərək əvvəlcə bir dəfə yumruqla onun baş nahiyəsindən, sonra isə bir dəfə burun nahiyəsindən yumruqla vurmuş, onu yerə yıxaraq, bir-neçə dəfə təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə oradan çıxıb getmişdir. O isə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Eldənizin hərəkətləri təxminən 15 dəqiqə davam etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmağa cəhd etsə də, o Eldənizi bağışlamamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Ona həbslə əlaqədar cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 və Zərərçəkmiş şəxs tanıyır. 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Manananın işlətdiyi kafedə tanışı Məhəmmədlə oturub pivə içmiş, pivə içən zaman tanışı Elnur onu çölə çağırmışdır. Çöldə Elnur onunla mübahisə etməyə başlamış, həmin vaxtı oraya Məhəmməd və Eldəniz gəlmişlər. Həmin vaxtı Eldənizlə Məhəmməd arasında mübahisə yaranmış, Eldəniz əvvəlcə bir dəfə Məhəmmədin baş nahiyəsindən, bir dəfə isə burun nahiyəsindən yumruqla vurmuş, Məhəmməd yerə yıxılmışdır. Eldəniz hərəkətlərini davam etdirərək bir-neçə dəfə Məhəmmədin bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuşdur. Bundan sonra Məhəmməd oradan çıxıb getmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 və Zərərçəkmiş şəxs Allayar oğlunu tanıyır. 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri Azərbaycan prospektində yerləşən kafedə yeyib-içmiş, həmin vaxtı tanışları Vüqar və Məhəmməd oraya gəlmişlər. O, Vüqarı çölə çağırmış, söhbət edən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı oraya Məhəmməd gəlmiş, Məhəmmədlə Eldəniz arasında mübahisə yaranmış, davaya çevrilmişdir. Hadisənin üstündən xeyli müddət keçdiyindən konkret olaraq Eldənizin Məhəmmədi necə döyməsini xatırlamır. Vüqarla onun arasında isə yalnız mübahisə yaranmış, bir-birilərini nalayiq ifadələrlə təhqir etməmiş və xəsarət yetirməmişlər. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qax şəhəri, Şəki yolu adlanan ərazidə özünə məxsus kafe vardır. 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində kafedə olan zaman kafenin həyətindən səs-küy gəldiyini esitmiş, kafenin həyətinə çıxan zaman Qax rayonu, Qaşqaçay kənd sakini Eldəniz adlı şəxsin əvvəllər tanıdığı Zərərçəkmiş şəxs döydüyünü eşitmişdir. İşin 44-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli T 235/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Allayar oğlunun posttravmatik stress pozuntusu, astenonevrotik sindrom, burun sümüyünün ön hisəssinin çökmə tipli sınığı, təpə nahiyəsinin, burun belinin, sol dirsək nahiyəsinin arxa səthinin, sağ saidin, sağ əlin arxa səthinin, sağ budun və sol budun sıyrıqları-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşin 103-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:46 radələrində Qax rayonu, Qaşqaçay kənd sakini Təqsirləndirilən şəxs X1 əvvəlcə itələdiyi, daha sonra isə onun baş nahiyəsindən bir dəfə yumruqla, bir dəfə də burun nahiyəsindən yumruqla vurduğu, Məhəmmədin yerə yıxıldığı, onu yerdə bir neçə dəfə bədənin müxtəlif nahiyyələrindən təpiklədiyi, daha sonra isə Məhəmmədin oradan çıxıb getdiyi müəyyən edilmişdir. İşin 104-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “maddi sübut kimi tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X1 döyməsini və xuliqanlıq hərəkətlərini etməsini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 98-99-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 29, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 05 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 ay 26 gün müddətinə azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin məhkumluğu ödənilməmişdir. İşin 108-137-ci vərəqələrində olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli hökmündən görünür ki, Atayev X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 29, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 05 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Armudlu kəndində qeydiyyatda olmaqla faktiki Qax rayonu Qaşqaçay kəndində yaşayır. İşin 84-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 89-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-nın xx.xx.2023-cü il tarixli 6-50/2-473/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 221.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs 01 (bir il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, ibtidai araşdırmaya və məhkəməyə yalan ifadə vermiş şahidlər Şahid1 Firudin oğlu və Şahid2 barəsində CM-in 297-ci maddəsi ilə cinayət təqibinə başlanılması üçün xüsusi qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin xuliqanlıq əməlini tək törətmədiyini və bir qrup şəxslə törətdiyindən onun əməlində CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətlərinin olduğunu və cinayət işinin ibtidai istintaqa qaytarılması barədə fikirlər söyləmişdir. Məhkəmə kollegiyası ilk öncə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Şahid1 Firudin oğlu və Şahid2 əməlində Cinayət Məcəlləsinin 221.2.1-ci maddələrinin tərkib əlamətlərinin olmadığından, barələrində cinayət təqibi başlanmasının “sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanının qeyd edilən qərarı hazırda qüvvədədir və zərərçəkmiş şəxs həmin qərarı ümumiyyətlə mübahisələndirməmişdir. Həmçinin, Şahid1 Firudin oğlu və Şahid2 barəsində CM-in 297-ci maddəsi ilə cinayət təqibinə başlanılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən şahidlər həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsi zamanı eyni məzmunlu ifadə vermişlər ki, onların yalan ifadə vermələri isə iş materialları ilə öz təstiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında isə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda ibtidai istintaq orqanının Şahid1 Firudin oğlu və Şahid2 əməlində Cinayət Məcəlləsinin 221.2.1-ci maddələrinin tərkibinin əlamətləri olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qüvvədə olduğundan və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarında məsələnin həllini yuxarıda qeyd edildiyi kimi şərh etdiyindən məhkəmə kollegiyası ittihamdan kənara çıxaraq qərar qəbul edə bilməz. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddini onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, məhkəmə kollegiyasının iclasında davranışı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir; Dördüncüsü, təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin etməsini məhkəmə kollegiyası onun törətmiş olduğu əməlin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək kimi qiymətləndirir. Eyni zamanda məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri, zərərçəkmiş şəxsdən səmimi şəkildə yalvararaq bağışlanmasını xahiş etməsi, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirməsini kollegiya nəzərə alır. Beşincisi, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanismcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi, o cümlədən ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(024)-48/2023 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-388/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-388/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver