Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-39/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X11, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən hakim Abbas Əliyev) 19 oktyabr 2020-ci il tarixli hökmü ilə xx.xx.1991-ci il təvəllüdlü, Qəbələ rayon Kürd kəndində anadan olmuş, Qəbələ rayon Kürd kəndində qeydiyyatda olan və Qəbələ şəhəri, M.Abduyev küçəsi bina 52, mənzil 412-də müvəqqəti yaşayan, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, 22 may 2020-ci il tarixdə barəsində Qəbələ rayon Məhkəməsi tərəfindən seçilmiş 3 ay müddətinə “həbs” qətimkan tədbiri 16 iyun 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 20 may 2020-ci il tarixdən 19 oktyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Apelyasiya Məhkəməsinin 26 sentyabr 2020-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və hazırda ödənilməmiş qalan 1500 (bir min beş yüz) cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması və 1500 (bir min beş yüz) manat cərimə cəzasını saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş qəti olaraq 02 (iki) il 02 (iki) ay 02 (iki) gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkantədbiriləğvedilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılması; xx.xx.1996-cı il təvəllüdlü, Ağdaş rayon Ləki kəndində anadan olmuş, Ağdam rayon Başqərvənd kəndində qeydiyyatda olan və yaşayan, orta təhsilli, işsiz,subay,Azərbaycan Respublikası vətəndaşı,m əhkumluğu olmayan, 22 may 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 oğlunun 21 may 2020-ci il tarixdən 22 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ağdam rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ağdam rayon İcra və probasiya şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1996-cı il təvəllüdlü, Qəbələ rayon Kürd kəndində anadan olmuş, Qəbələ rayon Kürd kəndində qeydiyyatda olan və yaşayan, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı, 28.02.2018-ci il tarixdə Qəbələ rayon Məhkəməsinin hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, 22 may 2020-ci il tarixdə barəsində Qəbələ rayon Məhkəməsi tərəfindən seçilmiş 3 ay müddətinə “həbs” qətimkan tədbiri 24 iyun 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 21 may 2020-ci il tarixdən 19 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, həbsdə və ev dustaqlığında saxlamanın bir gün müddətinin azadlığdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi, sınaq müddəti 03 (üç) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti yaşayış yeri üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə ödənilməsi, (büdcə təsnifatının kodu 142N9, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut qismində tanınmış və Qəbələ RPŞ-nin saxlancına təhvil verilmiş 01 baş qoyuna məxsus ət parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə maddi sübut qismində tanınmış 11 baş qoyunun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınması, iş üzrə mülki iddia olmaması müəyyən edilmişdir. işin halları: Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkum olunmuşlar ona görə ki, Təqsirləndirilən şəxs1, 17.05.2020-ci il tarixdən 18.05.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ətrafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 18.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 17.05.2020-ci il tarixdən 18.05.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ətrafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 18.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətləəhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 17.05.2020-ci il tarixdən 18.05.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ətrafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 18.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya protestinin, apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünün ona azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmdən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X5 apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs2 çıxışında bildirdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etmir. Həmin cinayət əməlini törətməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X16 apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X3 apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya protestinin təmin edilməsini və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünün ona azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini, o cümlədən Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya protestinə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 may 2020-ci il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və doğma xalası oğlu Məhəmmədlə birlikdə oğurluq etməkdə ittiham edilmişdir. O, əslində oğurluq etməmişdir. Atası ona zəng edərək qoruduğu sahələrinə qoyunların keçdiyini demiş, o da Məhəmməddən qoyunları çıxartmaq üçün kömək istəmiş, Məhəmməd isə çay evində müştərilər olduğundan gedə bilməmişdir. Belə olub Vahiddən kömək istəmiş və Vahidlə birlikdə həmin əraziyə getmişlər. Orada əkin sahəsinə qanunsuz daxil olub ziyan vuran başqa şəxsə məxsus qoyunları gətirib işlədiyi Qəbələ rayon yeni avtovağzalın arxasında olan ağula salmışdır. Niyyəti həmin qoyunları oğurlamaq olmamışdır. Əkin sahəsinə qanunsuz daxil olan qoyunları ağula salmaqda məqsədi həmin qoyunların sahibini cərimələmək olmuşdur. Daha sonra o, polis əməkdaşları tərəfindən tutularaq Qəbələ RPŞnə gətirildikdən sonra rəis müavini Azər Cəfərovun otağına gətirilmişdir. O, Məhəmməd və Vahid ayrı otaqlarda saxlanılmış, otaqda olan zaman Azər Cəfərov onun üzünün sol tərəfindən bir dəfə sillə ilə vuraraq “Məhəmməd və Vahid hardadır” deyə soruşmuşdur. O isə “onları neynirsiz, qoyunları mən ağula salmışdım, məsələ mənlikdir onların günahı yoxdur” deyib cavab vermişdir. Sonra qollarını İlqar və Elnur adlı polis serjantları tutaraq Azər Cəfərov yenidən onun sifətinə bir sillə vurmuşdur. Daha sonra Azər Cəfərov onu iz qalmayacaq şəkildə döymək barədə Elnur və İlqara göstəriş verib hadisəni onlar deyən kimi etiraf etməsinə nail olunmanı istəmişdir. O getdikdən sonra İlqar və Elnur onun qollarını buraraq ona əzab verməyə başlamışlar, onların verdiyi əzablara dözməyib nə demişlərsə onu etmişdir. Onunla birlikdə Vahid və Məhəmməd də həmin gün şöbəyə gətirilmişdir. Həmin hadisə barədə etirafları ona işgəncə verilərək alınmış, MSY-də saxlanılarkən verilən işgəncələrə dözməyib başını divara vurmuşdur. Onun tək günahı sahibini tanımadığı şəxsin qoyununu kəsib yeməsi olmuşdur. Kəsib yedikləri quzunun pulunu zərərçəkmiş şəxsə ödəmişlər. Həmçinin o, psixi pozuntu xəstəsidir. Qəbələ rayon psixiatrik kabinetində pisixi xəstə kimi qeydiyyatda olmaqla mütamadi müalicə qəbul edir. Əvvəllər bir neçə dəfə Bakı şəhəri 1 nömrəli Ruhi-Əsəb Dispanserində müalicə keçmiş, 28 dekabr 2017-ci il tarixli Qəbələ rayon Məhkəməsinin Qərarı ilə “Cinayət-Proessual fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda quzunu kəsib yeməsinə görə əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, xəstəliyinin olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun oğurluqla əlaqəsi yoxdur və 12 baş qoyunları oğurlamamışdır. Qoyunları Təqsirləndirilən şəxs1 qoruduğu əkin sahəsinə ziyan vurduqları üçün ağıla salmışdır. O, Anar və Məhəmmədlə ağıla salınmış quzunun birini kəsərək kabab etmişlər. 21.05.2020-ci il tarixdə şübhəli şəxs qismində və 22 may 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verən zaman Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən fiziki zor və təzyiq edilərək ifadə vermişdir. Anar adlı Qəbələ rayon sakini ilə Qəbələdə işlədiyi müddətdə tanış olmuşdur. 20 may 2020-ci il tarixdə törətmədiyi oğurluğa görə Anar və Məhəmmədlə birlikdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onu, Anarı və sonuncunun xalası oğlu Məhəmmədi saat 17-18 radələrində RPŞ-nə gətirib 2-ci mərtəbəyə Azər müəllimin otağına qaldırmışlar. Orada qoluna qandal vurulub Anar və Məhəmməd ilə 17- 18 may tarixlərdə oğurluqda olmağı ilə bağlı suallar vermiş, o da heç bir oğurluqda iştirak etmədiyini demişdir. Azər müəllim əvvəlcə onun qarnına, sonra isə üzünə sillə ilə vurmağa başlamış, sonra otaqda olan mülki formalı Emil adlı polis də onun mədəsinin üstünə vurmağa başlamış, daha sonra onu yerə yıxıb Emil, Azər və Elçin döyməyə və təpikləməyə başlamışlar. Onlar onu təhqir edib daha sonra cibindən bükülü bir şey çıxarıb ona “ya səni narkotiklə tutacıyıq, yada biz deyənləri edəcəksən” demişlər. Daha sonra Anarın dindirildiyi digər otağa aparıb orada Anar ona “əməliyyat yerim ağrıyır, Azər müəllim nə desə onu da edərsən, artıq dözə bilmirəm, mənə söz verilib ki, hamımızı qurtaracaqlar” demişdir. Sonra isə Anarla razılaşmış, bundan sonra onu etmədiyi cinayətlə bağlı sənədlərə qol çəkdirmişlər. Həmçinin Şahid3 adlı polis əməkdaşı Bakı şəhərində onu taparaq məhkəməyə teleqram vurmasını təkid etmiş və bu səbəbdən teleqram vurmuşdur. Onun tək günahı tanımadığı şəxsə məxsus quzunun kəsilib yeyilməsində iştirak etməsi olmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmədən hazırda döyüş bölgəsində yaşadığını, ailəsinin və kəndlərinin təhlükəsizliyinin qorunmasında iştirak etdiyini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Anar xalası oğludur, Vahid adlı şəxsi isə əvvəllər tanımırmış. Qəbələ şəhərində Zərifə Əliyeva adına parkda Səfa adlı şəxsdən icarə əsasında çay evi işlədirmiş. Çay evini işlətdiyi zaman Anar da orada imiş və Anarın atasının ona zəng edərək qoruduğu sahələrinə qoyunların keçdiyini demiş, Anar da ondan qoyunları çıxartmaq üçün kömək istəmiş, çay evində müştərilər olduğundan gedə bilməmiş, Anarın Vahidlə söhbət etdiyini görmüşdür. İş yeri evlərindən uzaq olduğu üçün gedibgəlməkdə çətinlik çəkdiyindən Anarın Qəbələdəki fermasında yatırmış. Anarın fermasına gedən zaman orada cərimə kimi olan yerdə bir neçə baş qoyunun olduğunu görmüş, xalasından və Anardan qoyunların kimin olduğunu soruşanda ona qoyunların sahibini axtardıqlarını demişlər. Anara qoyunlar orada qalsa canavar, çaqqal yeyəcəyini demişdir. Anar da qoynuları oraya gündüz saldığını, axşamlar isə öz ağılına saldığını bildirmişdir. Təxminən 1-2 gündən sonra tövlədəki quzulardan birini kəsmişəm deyərək kömək etməyi xahiş edəndə işdən Anarın fermasına gedəndə Anarın artıq qoyunu tam soyduğunu görmüş, Anar ona cərimə əvəzinə qoyunu kəsdiyini bildirmiş, bundan sonra həmin qoyunu bişirmək üçün onun iş yerinə gətirmiş, Anar və Vahid isə kömür və çörək axtardıqlarından oraya bir qədər gec gəlmişlər. Anar və Vahidlə ətin bir parçasını kabab edərək yemişlər. Anara, Vahidə və ona Qəbələ rayon polis şöbəsində təzyiq edildiyi üçün onlar onun adını çəkərək qoyun oğurladıqda əlbir olduqlarını dediklərini, sonradan isə Şəki Apelyasiya Məhkəməsində onun adının olmadığını tam sərbəst formada bildirdiklərini öyrəndiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, rəsmi iş yeri yoxdur, ancaq təsərrüfatında təxminən 700 baş qoyun və keçi vardır. Onlardan 350 başı ana qoyun, 200 başı quzu, qalanları isə keçidir. Hər gün özü səhər saatlarında heyvanlarını Qəbələ şəhərinin aşağı hissəsindəki Zarağan kəndinə bitişik otlaq və çaylaq ərazidə otarmışdır. Axşam saat təxminən 20 radələrində heyvanlarını yaşadığı yerdəki həyətinə bitişik kənarları bağlı kubik daşı və taxta hasarla əhatələnmiş olan ağıla, saxlanc yerinə salırmış. Hər gün səhər və axşam heyvanlarını sayırmış. 20 may 2020-ci il tarixdə səhər saatlarında heyvanlarını yenə də otlağa çıxaranda saydıqda 5 baş ana qoyun və 7 baş quzunun əksik olduğunu müəyyən etmiş, onların itə biləcəyini zənn edərək axtarmış, lakin tapa bilməmiş, oğurlandığı qənaətinə gəlib bu barədə ərizə ilə Qəbələ rayon polis şöbəsinə müraciət etmişdir. Ana qoyunlar 3 yaşlı, quzular isə 5-6 aylıq olmuşlar. Öz heyvanlarının hamısını öz əlamətlərinə görə tanımışdır. Belə ki, onların belinə qırmızı boya, arxasına isə quyruq hissinə göy boya vurmuşdur. Qəbələ rayon polis şöbəsinə müraciət edəndən sonra oğurluq edən şəxslərin Məhəmməd, Anar və Vahid adlı şəxslərin olduqlarını bilmişdir. Oğurluq nəticəsində ona təxminən 2400 manat maddi ziyan dəymiş, oğurlanmış qoyunlardan 8 başı dişi cinsə, 4 başı isə erkək cinsə məxsus olmuşdur. Anar, Məhəmməd və Vahid tərəfindən kəsilib yeyilmiş quzu 5-6 aylıq olmaqla erkək cinsli, diri çəkisinin təqribən 10 kq təşkil etmişdir. Anar və ya qeyri kimsə ona qoyunlarının Gilan şirkətinə və orada olan sakinlərə məxsus olan əkin sahəsinə daxil olması barədə irad bildirməmiş, onlara nəzarət etdiyindən qoyunlarının heç zaman əkin sahələrinə daxil olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlanmış qoyunlardan 11-nin ona qaytarıldığını, kəsilmiş quzuya görə ona 100 manat verildiyini, lakin verilmiş məbləğ ilə razılaşmadığını, ona dəymiş ziyanın tamamilə ödənilmədiyini bildirmişdir. 11.09.2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsilə ərizə göndərərək, təqsirləndirilən şəxslər barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Gilan Aqroservisdə mühafizəçi işləyir, işi Gilan Aqroservisin əkin sahələrini malqaradan, qoyunlardan, insanlardan və digər zərər vurmalardan qorumaqdır. Buna görə Gilan ona aylıq 160 manat pul vermişdir. Qoruduğu əkin sahələri Qəbələ şəhərində təzə avtovağzalın aşağı hissəsində yerləşir. Yolun Zarağan kəndi istiqamətində həm sağında, həm də solunda qoruduğu əkin sahələri var və qoruduğu əkin sahələri 250- 300 hektar təşkil etmişdir. Təqsirləndirilən şəxs1 4 ildən artıqdır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı evdən yolun digər tərəfində yaşayırmış və onun evinin yanında böyürtkən yığanda Anarı tanımışdır. Anarla normal münasibəti olmuşdur, heç bir ədavəti olmamışdır. İşlədiyi yerdə mal-qara qoyun quzu əkin sahəsinə daxil olduqda bu barədə sahənin müdriyyətinə məlumat verərək həmin heyvanları sahədə olan ağıla salmış, bundan sonra heyvanların sahiblərinə zəng edərək məlumat vermiş, sahiblər də heyvanlarını aparmağa gələndə 10-20 manat pul verirmişlər. Malqaranın Anarın əkininə daxil olmasını görməmişdir. Əgər daxil olarsa ağılları eyni olduğundan görə bilərmiş. Ancaq Təqsirləndirilən şəxs1 ağıla nə zamansa heyvan salmasını da görməmiş, özü də ona bu barədə bildirməmişdir. Əkinə daxil olan heyvanların çox zaman Aydınqışlaq, Daşça kəndlərinin, Zarağan kəndində yaşayan qaçqınların mal-qarası, qoyunları olduğundan onlar ilkin olaraq onun qoruduğu əkin sahəsinə daxil olmuşlar. Anarın qoruduğu sahə avtovağzalın yanından xeyli uzaqda olduğunundan, Təqsirləndirilən şəxs1 qoruduğu yerə mexseti türklərinin malqarası daxil ola bilərmiş, çünki onların Qəbələ şəhəri istiqamətindən gəlirlərmiş. Anarın əvvəllər qoyun-quzu, malqara oğurladığını və buna görə də həbs olunduğunu bilmişdir. 2020-ci ilin may ayında televizorda Anarın, adını bilmədiyi xalasıoğlunun və digər tanımadığı şəxsin birgə qoyun oğurladıqları üçün həbs edildiklərini görmüşdür. Sonradan Təqsirləndirilən şəxs1 həbsdən çıxanda onu görüb nə baş verdiyini soruşmuş, Anar ona “sənin ağılına ləzgilərin qoyunun salmışdım” deyə bildirmişdir. Ancaq Təqsirləndirilən şəxs1 ona həmin qoyunları oraya oğurlayıb salmasını, yaxud əkinə ziyan vurduğu üçün salmasını deməmiş, bu barədə ondan nəsə soruşmamışdır. Özü isə Anarın qoyunları oğurlayıb ağıla saldığı üçün həbs edildiyini güman etmişdir. Təqsirləndirilən şəxs1 ona sadəcə olaraq ləzgilərin qoyunları olduğunu demiş, sonradan həmin qoyunların Gündüz adlı şəxsin 12 baş qoyunu olduğunu bilmişdir. Anara zəng edərək ağıla qoyunları Anarın və ya qeyri kimsənin salıb-salmadığını soruşmamışdır. Anarın ağıla qoyun salmasını görməmiş, həmçinin ağıla qoyun salmasını bilməmişdir. Anarın etdiyi oğurluğa görə özünü müdafiə etmək üçün belə dediyini düşünmüşdür. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs3 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 barəsində Şəki Ağır cinayətlər Məhkəməsində cinayət işi olduğundan Təqsirləndirilən şəxs1 vəkilinə pul lazım olduğundan ona və Məhəmmədə özünün bildiyi bir həyətdən qoyun oğurlamaq istədiyini bildirib ona köməklik etmələrini xahiş etmişdir. Anarın xahişinə razı olmuşlar. Bundan sonra Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağıldan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Təqsirləndirilən şəxs1 Qəbələ rayon yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağıla salmışlar. Daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Anarla birgə yemişlər, ətin qalan hissəsini isə Anar özü ilə götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan ağıldan 100-120 metr məsafəyə dayanaraq Məhəmmədlə birgə Təqsirləndirilən şəxs1 orada gözlədiklərini, Təqsirləndirilən şəxs1 özünün ağıldan qoyunları yol kənarına daşıdığını və oradan da qoyunları Anar və Məhəmmədlə Anarın avtovağzalın arxasındakı ağılına daşıdıqları yeri təqdim etmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs3 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak edirmişlər. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs3 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmiş, ifadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmiş, daha sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş və heç bir əlavə olmadığından Təqsirləndirilən şəxs3, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir fiziki zor və təzyiqlər tətbiq etməmiş, onları döyməmişdir. Təqsirləndirilən şəxs3 yalan danışır və dedikləri həqiqəti əks etdirmir. Belə ki, Vahid ona bir neçə dəfə whatsapp proqramı ilə səs yollayaraq, zəng edərək Məhəmməd və Anarın anasının ona təzyiqlər edərək ifadələrini dəyişməsini istədiklərini, artıq onların zənglərindən bezdiyini bildirmiş, hətta özü ona Mehribanın səs yazısını da yazdığını bildirmiş, həmin səs yazısını whatsapp proqramı ilə ona yollamışdır. Bu barədə səs yazısını istintaqa raportla təqdim etmiş, yəni, bunu Vahiddən tələb və təzyiq etmədən Vahid özü vermişdir. Həmçinin Vahid özü ona Mehriban və Anarın anası Leylanın zənglərindən bezdiyini, buna görə də bu barədə ərizə ilə müraciət etmək, teleqram göndərmək istədiyini demiş və o, etiraz etməmişdir. 12 iyun 2020-ci il tarixdə digər xidməti işlə bağlı Bakı şəhərində olan zaman Vahid onunla yenə də əlaqə saxlamış, ərizə yazmaq istədiyini, həmçinin teleqram da yolladığını demişdir. Onunla Bakı şəhərində görüşmüş, Vahid özü sərbəst müdaxiləsi olmadan ərizə yazmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir. 21 may 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, barəsində Şəki Ağır cinayətlər Məhkəməsində cinayət işi varmış, vəkilinə pul lazım olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, bu barədə tanışları Vahid və Məhəmməd adlı şəxslərə bildirib ona kömək etmələrini xahiş etmiş və həmin şəxslər də razı olmuşlar. Qoyunları Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs oğurlayacağını da əvvəlcədən özü müəyyən etmiş, sonradan Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağıldan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Qəbələ rayon Yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağıla salmışdır. Sonradan isə həmin qoyunları oradakı tövləsinə özü daşımış, daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Vahid adlı şəxslərlə birgə yemişdir. Qalan ətin bir qədərini onunla kirayədə qeyri-rəsmi yaşayan Mələk adlı qıza vermiş, daha sonra Təqsirləndirilən şəxs1 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan 1 metr hündürlükdə taxta ilə kənarları bağlı üstü açıq vəziyyətdə olan ağıldan əyilib qoyunları neçə oğurlayıb götürdüyünü, onları tövlədən təxminən 100-120 metr məsafəyə daşıdığı yeri, həmçinin Vahid və Məhəmməd adlı şəxslərlə qoyunları avtovağzalın arxasındakı ağıla daşıdığı yeri, həmin qoyunları tövləsinə daşıdığı yeri əyani olaraq göstərmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak etmişdir. Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmiş, ifadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmişdir. Daha sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə olmamış, Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, barəsində Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır, vəkilinə pul lazım olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu barədə tanışları Vahid və Məhəmməd adlı şəxslərə bildirib ona kömək etmələrini xahiş etmiş və həmin şəxslər də razı olmuşlar. Qoyunları Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs oğurlayacağını da əvvəlcədən özü müəyyən etmişdir. Sonradan Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağuldan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Qəbələ rayon Yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağula salmış, sonradan isə həmin qoyunları orada olan özü tövləsinə daşımışdır. Daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Vahid adlı şəxslərlə birgə yemişlər, qalan ətin bir qədərini isə onunla kirayədə qeyri rəsmi yaşayan Mələk adlı qıza vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan 1 metr hündürlükdə taxta ilə kənarları bağlı üstü açıq vəziyyətdə olan ağuldan əyilib qoyunları neçə oğurlayıb götürdüyünü, onları tövlədən təxminən 100-120 metr məsafəyə daşıdığı yeri, həmçinin Vahid və Məhəmməd adlı şəxslərlə qoyunları avtovağzalın arxasındakı ağula daşıdığı yeri, həmçinin həmin qoyunları tövləsinə daşıdığı yeri əyani olaraq göstərmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak etmişlər. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmişdir. İfadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmiş, daha sonra ifadələrin yerində yoxlanılması haqıqnda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə olmamış, Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Qəbələ RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir. 21 may 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, barəsində Şəki Ağır cinayətlər Məhkəməsində cinayət işi vardır, vəkilinə pul lazım olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu barədə tanışları Vahid və Məhəmməd adlı şəxslərə bildirib ona kömək etmələrini xahiş etmiş və həmin şəxslər də razı olmuşlar. Qoyunları Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs oğurlayacağını da əvvəlcədən özü müəyyən etmişdir. Sonradan Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağuldan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Qəbələ rayon Yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağula salmış, sonradan isə həmin qoyunları orada olan özü tövləsinə daşımışdır. Daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Vahid adlı şəxslərlə birgə yemişlər, qalan ətin bir qədərini isə onunla kirayədə qeyri rəsmi yaşayan Mələk adlı qıza vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan 1 metr hündürlükdə taxta ilə kənarları bağlı üstü açıq vəziyyətdə olan ağuldan əyilib qoyunları neçə oğurlayıb götürdüyünü, onları tövlədən təxminən 100-120 metr məsafəyə daşıdığı yeri, həmçinin Vahid və Məhəmməd adlı şəxslərlə qoyunları avtovağzalın arxasındakı ağula daşıdığı yeri, həmçinin həmin qoyunları tövləsinə daşıdığı yeri əyani olaraq göstərmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak etmişlər. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmişdir. İfadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmiş, daha sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə olmamış, Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Təqsirləndirilən şəxs2 isə bacısı oğludur. Oğlu Təqsirləndirilən şəxs1 qoyunları oğurlamamışdır. Belə ki, həyat yoldaşı Məhəmməd Aslanov əkin sahəsinə qoyunların keçdiyini görmüş, özü yorğun olduğundan bu barədə Anara məlumat vermişdir. Anar isə əkin sahəsinə qanunsuz daxil olub ziyan vuran başqa şəxsə məxsus qoyunları gətirib işlədiyi Qəbələ rayon yeni avtovağzalın arxasında olan ağula salmışdır. Anarın niyyəti həmin qoyunları oğurlamaq olmamışdır. Əkin sahəsinə qanunsuz daxil olan qoyunları ağula salmaqda məqsədi həmin qoyunlarının sahibini cərimələmək olmuşdur. Qəbələ RPŞ-si tərəfindən onlara qarşı əvvəllər də qərəzli mövqe sərgilənmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun oğlu, Təqsirləndirilən şəxs1 isə bacısı oğludur. O, 10.07.2017-ci il tarixdə avtoqəza nəticəsində məhkəmə tibbi-ekspertzasının rəyinə əsasən sağlamlığa zərər vurmayan xəsarət alması ilə əlaqədar Qəbələ rayon polis şöbəsində göstərilən hadisənin qeyri obyektiv araşdırılması və polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə çoxsaylı şikayətləri olmuşdur. Bu səbəbdən Qəbələ RPŞ-si tərəfindən ona və oğluna qarşı qərəzli mövqe sərgilənməkdədir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünün ona azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmdən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyi görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs3 məhkəmə kollegiyası iclasında özünü Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli hesab edərək, etdiyi əməldən səmimi peşman olmasını göstərərək birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın həddən ağır olduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsi iclası zamanı Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protestində təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin faktiki halları və əməlinin tövsifi mübahisələndirməyərək, yalnız həmin hökm ilə təqsirləndirilən şəxslər X7 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi və Təqsirləndirilən şəxs3 təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının yüngülləşdirilməsi xahiş edilmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mаddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş və barəsində CM-in 70-ci maddəsini tətbiq edərək həmin cəzanın ona 3 il sınaq müddəti ilə şərti təyin olunmasını müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkumetmənin tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması, əvvəlki cinayətin də eyni xarakterli cinayət olması onun şəxsiyyətinin ictimai təhlükəliliyini artıran, yəni onu ictimai təhlükəliliyi daha yüksək olan şəxs kimi xarakterizə edən haldır. Digər tərəfdən, o əməlindən peşman olmayaqar, oğurluq hadisəsində iştirak etmədiyini qeyd edir ki, bunu da məhkəmə kollegiyası özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində şərti məhkumetmənin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti olaraq çəkməsi onun islah olunmamasına, təhlükəli meyllərin təsirindən çıxa bilməməsinə və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona 3 (üç) il 2 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasını şərti olaraq təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası protesti təmin edərkən əsas olaraq Təqsirləndirilən şəxs2 əvvəl eyni xarakterli cinayət törətməsi və həmin cinayətə görə məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət törətməsini nəzərə almışdır. Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi cinayət qanunvericiliyində residiv çıxış edir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konsitusi Məhkəməsinin Plenimu bir çox qərarlarında hüquqi mövqe sərgiləyərək qeyd etmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən dəymiş ziyanı qismən aradan qaldırmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisədində çəkməlidir. Həmçinin birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən dəymiş ziyanı qismən aradan qaldırmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, o cümlədən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi arayışdan görünür ki, o, 30 oktyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və müvafiq hərbi hissəyə təhvil verilmişdir. N dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyyata buraxılmış və 05 yanvar 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 30 oktyabr 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixədək qismən səfərbərliyi alınması, müvafiq hərbi hissədə olmasını da CMnin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın həddi yüngülləşdirilərək dəyişdirilməlidir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, həmin hökmdən “Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi və ona təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs2 Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası icra olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 28 aprel 2021-ci il tarixdən hesablanmalı, həmin hökmlə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il 6 (altı) aya endirilməli, onun 21 may 2020ci il tarixdən 22 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmdən “Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi və ona təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs2 Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 28 aprel 2021-ci il tarixdən hesablansın. Həmin hökmlə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il 6 (altı) aya endirilsin. Onun 21 may 2020-ci il tarixdən 22 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-39/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-39/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver