Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-39/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 1(075)-94/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim Cahid İmanov) 25 oktyabr 2021-ci il tarixli hökmü ilə, xx xxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı müddəalar ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il, 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu 01 iyul 2021-ci il tarixinədək çəkilməmiş qalan 1 il 6 ay 19 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, cəmi doqquz ay, doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən birləşdirilməklə onun üzərində qəti olaraq dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 01 iyul 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Şəki rayon MX PHŞ-nin Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınması, iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Şahid3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,58 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra cəmi qalıq çəkisi 6.35 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan, Şahid3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Not 9” markalı mobil telefon qanuni sahibinə qaytarılması, iş üzrə maddi sübut olan cinayət yolu ilə əldə edilmiş A11110699 və A13012665 nömrəli 02 ədəd 10 manatlıq pul əskinazları xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilməsi, işdə olan 03 ədəd videoçəkilişlər olan disklər, 01 ədəd telefon danışıqları olan disk cinayət işinin materiallarında (əlavə edilməklə) saxlanılması, iş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınması, 69,10 (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X7, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaqın mövqeyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəki rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən həmin hökmün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanma müddəti çıxılaraq qəti olaraq üzərində 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasına baxmayaraq cəzasını çəkib qurtarmadan məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, tamah niyyəti ilə, həm satış, həmdə satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 30 iyun 2021-ci il tarixdə saat 14:15 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospektində yerləşən "xxxx" X25 Cəmiyyətinin yaxınlığında tanışı Şahid3 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 10 manata olmaqla, iki bükümünü isə 20 (iyirmi) manata satmağa razılaşıb, həmin məbləğdə pulu ondan aldıqdan sonra həmin gün saat 18:25 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında sonuncu ilə yenidən görüşərək həmin narkotik vasitənin bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,66 qram olan hissəsini ona satmış, 30 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin X5 və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 18:30 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə həmin tarixdə saat 20:15dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ ön kiçik cibindən bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,66 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 23:40 radələrində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X22 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 01 iyul 2021-ci il tarixdə saat 01:22-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarın sağ yan cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi, 01 ədəd A11110699 seriyalı olan 10 manat kağız pul əskinazı və 01 ədəd olan A13012665 seriyalı 10 manat kağız pul əskinazı olmaqla ümumilikdə 20 manat kağız pul əskinazı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, həm satış, həmdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni 7,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 18:25 radələrində həmin narkotik vasitənin 0,66 qram hissəsini Şahid3 satdıqdan sonra qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan özünün şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 30 iyun 2021-ci il tarixdə saat 23:40 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X5 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X22 küçəsi 1 ünvanında yerləşən Şəki ŞəhərRayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 01 iyul 2021-ci il tarixdə saat 01:22-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram və 3,10 qram olmaqla ümumi təmiz çəkisi 6,39 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X14 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi X14 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X14 bildirmişdir ki, ittihamda qeyd edilən vaxta sənədləşdirilmə düzgün aparılmamışdır. Birinci instansiya məhkəməsi Şahid3 dindirilməsinə belə zərurət görməmiş, onun məhkəməyə ünvanladığı teleqramı əsasında iş üzrə yekun nəticəyə gələrək Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmışdır. Həmin teleqramın Şahid3 yaşadığı yerdən deyil, məhkəməyə yaxın ünvandan vurulması ibtidai istintaq orqanı tərəfindən şahidə təsirlərin edilməsini sübut edir. Həmin teleqramda şəxsin imzası, vəsiqəsinin olmaması da iş üzrə şübhə doğuran məqamlardandır. Bundan əlavə Ədliyyə Nazirliyi Probasiya Xİdmətindən verilən 12 yanvar 2022-ci il tarixli, 21/1-24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 20:01 radələrində Şəki ŞRPŞ istiqamətində hərəkət etmiş, 20:11-dən orada saxlanılmışdır. Lakin ittihama əsasən o, həmin gün 23:40 radələrində polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs da ifadəsində ona təzyiq edilməsi nəticəsində ibtidai istintaq zamanı etiraf edici məzmunda ifadə verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin gün 20:11-dən sonra polis şöbəsində saxlanılmasını sübut edən digər hal isə ittiham orqanı tərəfindən onun mobil telefonunun anten dairəsinin müəyyən etməsi ilə bağlıdır. Belə ki, həmin anten məlumatlarından da görünür ki, Təqsirləndirilən şəxs sonuncu zəng Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icra məmuru Zülfuqar Mehdiyev tərəfindən vurulmuş, ondan sonra hər hansı zəng olunması müəyyən olunmur. Bundan əlavə Təqsirləndirilən şəxs ilkin izahatında onun saat 21:30 radələrində polis şöbəsinə gətirildiyini qeyd etmişdir. Bu hal ilə bağlı ziddiyyət istintaq orqanı tərəfindən aradan qaldırılmamışdır. Şəxsin valideynləri də ona qarşı edilən haqsızlıqlara görə şikayət etmişdir. Hesab edirik ki, şəxs 4 saata yaxın polis şöbəsində saxlanılmışdır. Bu hal iş materialları ilə sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 bildirmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.2-ci maddəsi üzrə olan cinayət işi üzrə ona bəraət verilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, 30 iyun 2021-ci il tarixdə saat 14:15 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospektində yerləşən "xxxx" X25 Cəmiyyətinin yaxınlığında tanışı Şahid3 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 10 manata olmaqla, iki bükümünü isə 20 (iyirmi) manata satmağa razılaşıb, həmin məbləğdə pulu ondan aldıqdan sonra həmin gün saat 18:25 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında sonuncu ilə yenidən görüşərək həmin narkotik vasitənin bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,66 qram olan hissəsini ona satmışdır. Bu hal Ədliyyə Nazirliyi Probasiya Xİdmətindən verilən 12 yanvar 2022-ci il tarixli, 21/1-24 saylı məktubla da öz təsdiqini tapır. Şəxsin üzərində baxış zamanı edilən video çəkiliş də, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı rayon prokuroru tərəfindən qəbul edilərkən, daha sonradan isə rayon məhkəməsi zamanı təqdimata baxılarkən ona qarşı hər hansı təzyiq edilməsini qeyd etməmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli şahid ifadələri, o cümlədən Şahid3 ibtidai istintaq zamanı narkotik vasitənin Elnurdan almasını qeyd etməsi və işin digər halları ilə sübuta yetirilir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyası həddində ona cəza təyin etməkdə ədalətli olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrəbirinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 məktəb vaxtından tanıyır. Onun qardaşı ilə dost olmuşdur. Qardaşı Moskvada olub, Moskvadan gələndən sonra qardaşının nömrəsini almaq üçün İntiqama zəng etmişdir ki, onunla oturub çay içsinlər. Həmişə birlikdə olan uşaqlar olmuşlar. Ondan sonra Elmirgil yolda onu tutmuşlar. Hal-hazırda da Elmir boynundan atır ki, onu tutmamışdır. Onun üzərindən heç bir pul çıxmayıb. Onun üstündə nə pul, nə də narkotik vasitə olmuşdur. Həmin vaxt üstündə məhdudlaşdırılma cəzası ilə əlaqədar dövlət verən telefon və şəxsi telefonu olmuşdur. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitənin marixuana növündən istifadə edir. Üzərində narkotik vasitə saxladığına görə Şəki ŞRPŞdə barəsində cinayət işi başlanılmış, ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Şəki rayon məhkəməsinə göndərilmişdir. 04 mart 2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin Şəki rayon Məhkəməsinin qeyd edilən hökmündən narazı qaldığı üçün həmin hökmdən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və o azadlığa buraxılmışdır. Göstərmişdir ki, hazırda ona CM-nin 234.1 və 234.2-ci maddələri ilə verilmiş ittihamı qəbul etmir. Çünki o həmin cinayətləri törətməmişdir. Belə ki, 30 iyun 2021-ci il tarixdə Şəki şəhərində olan Axundov parkında olmuş və saat təxminən 21:30 radələrində oradan çıxaraq piyada evlərinə getmək istəmişdir. Axundov parkından yuxarı S.Rəhman küçəsinin yuxarı başında olan Qəbirstanlığın yanına çatanda Reno markalı **-AP-*** nömrəli avtomobil onun yanında saxlamış, maşından bir neçə polis əməkdaşı yerə düşərək onun əlini buraraq maşına otuzdurmuş və Şəki ŞRPŞ-nə aparmışlar. Şöbədə Elmir adlı polis əməkdaşı onun qarşısına kibrit qutusunda nəşə qoyaraq həmin narkotik vasitələrin ona məxsus olmasını, həmçinin həmin qutudakı nəşədən Şahid3 satmasını etiraf etməsini demişdir. Lakin o buna qəti etirazını bildirdikdə ona işgəncə verərək yanaşı qoyulmuş stoldan asmışlar. Həmin stolda 1-2 saat asılı qalmış və özündən getmişdir. 30-40 dəqiqə sonra özünə gəlmişdir. Bundan sonra yenə ona kibrit qutularını cibinə qoymasını aşağı müstəntiqin otağına düşməsini və orada çəkiliş zamanı hər şeyi etiraf etməsini demişlər. Bundan sonra məcbur olmuş nəşə dolu kibrit qutularını cibinə qoymuş aşağı müstəntiqin otağına düşmüş, orada videoçəkiliş zamanı hər şeyi etiraf etmişdir. Demişdir ki, həmin nəşə dolu kibrit qutuları onundur. Həmçinin həmin qutulardakı nəşədən Şahid3 2 bükümü 20 manata satmışdır. Bildirmişdir ki, Şahid3 uşaqlıqdan tanıyır, onunla eyni məktəbdə oxumuşlar. İntiqamla bir yerdə heç vaxt narkotik maddə qəbul etməmiş və ya ona narkotik maddə satmamış və ya verməmişdir. Göstərmişdir ki, əslində elə olmamış, onun üzərində nə nəşə dolu kibrit qutuları olmuş nə də ki, həmin nəşədən İntiqama satmamış, ondan pul almamışdır. Həmçinin ona verilən suallara cavabında bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən o Şəki rayon prokurorunun yanına aparılmış, prokuror onu sorğu-sual etmişdir. Lakin həmin zaman o prokurora polislərin ona psixi və fiziki təsir etməsi və onu döymələri barədə qanunsuzluqlarından bəhs etməmişdir. Həmçinin bundan sonra onu məhkəməyə aparmışlar. Hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən də qeyd olunanlarla bağlı bir şey söyləməmişdir. Özünü təqsirli bilmədiyini göstərmişdir. Sonda cinayət törətmədiyini, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitənin marixuana növündən istifadə edir. Üzərində narkotik vasitə saxladığına görə 04 mart 2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 04 may 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və azadlığa buraxılmışdır. Şəki şəhər sakini Şahid3 uzun müddətdir ki, yəni orta məktəbdən tanıyır. Eyni məktəbdə oxumuşlar. Aralarında qohumluq, həmçinin ədavət və düşmənçilik olmamışdır. İntiqam onun narkotik vasitə istifadə etməyini bilmiş, onun yanında narkotik vasitə istifadə etməsə də narkotiklə həbs edildiyini bilmişdir. Polis tərəfindən saxlanılmasından təxminən 15-20 gün bundan əvvəl Şəki rayonu ərazisində olan “Nuruşbulaq” adlanan yerdən içməli su gətirməyə getmişdir. Elə apardığı qablara su doldurub yaxın ətrafda gəzinərkən yolun kənarında yabanı halda bitmiş çətənə kollarını görmüş, həmin çətənə bitkisinin yarpaqlarını yığıb üzərində olan kağız bükümlərə bükmüş, sonra çıxıb evə qayıtmışdır. Evlərinin həyətinin yaxınlığında olan divarın üstündə qurutmuş, pula ehtiyacı olduğu üçün həmin “nəşəni” satmaq fikri olmuş, 30 iyun 2021-ci il tarixdə günorta saat 14:00 radələrində tanışı Şahid3 istifadəsində olan 055-58998-98 mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng edərək demişdir ki, “nəşəyə” ehtiyacı var. İntiqamın “nəşə” çəkməyini bilməmiş, lakin yaxın uşaq olduğu və münasibəti olduğu üçün ona “nəşə” satmağa qərar vermişdir. Ona demişdir ki, 20 manata ona “nəşə” verər. Pula ehtiyacı olmuş və ona görə də İntiqama demişdir ki, pulu götürüb Kombinatın yanına gəlsin. X16 adlanan yerin yanına gəlmiş, o İntiqamı orada gözləmiş, İntiqam cibindən çıxarıb ona 2 ədəd 10 manatlıq kağız pul əskinazı vermiş, ancaq o, İntiqama həmin vaxt “nəşə” verməmişdir. Ona demişdir ki, 1-2 saata ona zəng edəcəkdir. İndi üstündə “nəşə” yoxdur. Lakin telefonunun enerjisi olmadığından İntiqama zəng edə bilməmişdir.Telefonu enerjiyığana qoyduqdan sonra saat təxminən 18:00 radələrində İntiqama zəng edib demişdir ki, “nəşəni” götürüb məhlələrinə gəlir. Küçəyə çıxsın, nəşəni ona versin. O da demişdir ki, indi düşür. Belə olub o, kibrit qutusunun içərisində olan “nəşə”dən bir az götürüb 2 ədəd kağıza büküb şalvarının cibinə qoymuş, “Nuruşbulaq”dan yığdığı “nəşəni” də 2 ədəd kibrit qutusunda şalvarının sol yan cibinə qoymuş, İntiqamın ona verdiyi 2 ədəd 10 manatlıq pul əskinazları da şalvarının sağ yan cibində olmuşdur. Bundan sonra İntiqamla onların evlərinin yanında görüşmüş, 2 ədəd kağız bükümdə olan narkotik vasitəni 20 manata ona vermişdir. Bundan sonra İntiqamdan ayrılıb çıxıb Şəki şəhərində olan Axundov parkına getmişdir. Parkda xeyli gəzişmiş, saat təxminən 21:30 radələrində evə gedərkən 2 nəfər mülki paltarda olan polis əməkdaşı ona yaxınlaşmışlar. Onun narkotik vasitələrin qəbulu, saxlanılması və satışında şübhəli olduğunu demişlər və onlarla birgə Şəki polis şöbəsinə getməyini tələb etmişlər. O da buna etiraz etməmiş və polislərlə birgə Şəki ŞRPŞ-nə gəlmişdir. Gəlib birinci mərtəbədə olan müstəntiqin otağına keçmiş, müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkillərin siyahısı təqdim olunmuş, daha sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Sonra müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, müstəntiq həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, əvvəlcə şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsini və 02 ədəd 10 manatlıq kağız pul əskinazlarını, şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Üzərində başqa heç nə olmadığını bildirmiş, əllərini qaldırmaq təklif olunmuş, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki köynəyin boyun hissəsində, şalvarın bel nahiyəsində, şalvarın sağ və sol yan ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını çıxarmağı təklif olunmuş, ayaqqabılarını çıxarıb silkələmiş, corablarını çıxarıb silkələmişdir. Burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst-başını səliqəyə salmışdır. Corablarını və ayaqqabısını geyinmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərinə qoyduğu əşyaların özünün olduğunu bildirmiş, ondan üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunun içərisində nə olması soruşulduqda o, həmin kibrit qutularında narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda hər iki kibrit qutusunun içərisində narkotik vaitəyə bənzər, quru halda olan bitki kütlələrinin olması müəyyən edilmiş, həmçinin o, sual-cavab zamanı həmin kütlələrdən 20 manat müqabilində tanışı Şahid3 da satdığını bildirmişdir. Sonra üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazlarının qablaşdırılacağı bildirilmiş, əvvəlcə zərflər açılaraq içərisi ona və iştirakçılara, vəkilə göstərilmişdir. Zərflərin içərisinin boş olduğunu görmüşlər. Bundan sonra müstəntiq tərəfindən masanın üzərində, olan 01 ədəd mobil telefonu, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazları ayrı-ayrı zərflərə qoyulmuş və ağzı bağlanmışdır. Zərflərin üzəri möhürlənmiş, daha sonra imzalar çəkilmiş, o da zərfin üzərini imzalamışdır. 01 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd elektron nəzarət vasitəsi iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmış, bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd 10 manatlıq pul əskinazları Şahid3 satdığı narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etdiyi həmin pullar olmuş, əldə etdiyi narkotik vasitənin bir hissəsi üzərindən aşkar olunub götürülmüşdür. Bir hissəsinin isə Şahid3 üzərinə şəxsi axtarış zamanı götürüldüyünü bildirmişdir. Bu hal işə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdə də öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Elnurun birinci məhkəməsindən 2 gün əvvəl məhkəməyə gedərək hakimə bütün həqiqətləri demişdir. Bu iş üzrə Elnur, o və adları sizə (məhkəməyə, istintaqa) məlum olmayan iki nəfər şəxs olmuşdur. Onlardan biri şöbənin 20 manat nömrəli pulunu gətirib onlara vermişdir. Həmin pulla da bir nəfər başqa bir nəfərlə həmin narkotik vasitəni gətirmişdir. O, Elnur adlı şəxsdən heçnə almamışdır. Elnuru şəhər sakini kimi tanıyır. Onun ünsiyyəti olmuş, arada oturub onunla çay içmişdir. Həmin gün evdə oturduğu yerdə adı sizə (məhkəməyə, istintaqa) məlum olmayan şəxs tərəfindən evdən çağırılmışdır. Həmin şəxs onun evinə gəlib 20 manat pulu olduğunu, narkotik vasitə götürmək istədiyini bildirmiş və başqa bir adama narkotik vasitə tapmaq məqsədi ilə zəng eləmişdir. Evinə gələni tanısa da, narkotik vasitəni gətirən şəxsi sadəcə üzdən şəhər sakini kimi tanıyır. Birinci instansiya məhkəməsi iclasında Şahid3 15.10.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq bildirmişdir ki, Şəki ŞRPŞ-də aparılan istintaq zamanı üzərində videoçəkilişlə axtarış keçirilərkən, şübhəli şəxs kimi dindirilərkən, üzləşmə aparılarkən, həmçinin dindirilərkən verdiyi ifadələrini bir daha təsdiq etdiyini göstərmişdir. Xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, narkotik vasitənin marixuana növündən istifadə edir. Narkotik vasitədən düşəndə 3-4 dəfə siqaretə doldurub istifadə eləmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs ilə Şəki şəhər 10 nömrəli məktəbdə paralel sinifdə oxumuş, onunla münasibəti yaxşı olmuşdur. Elnurun narkotik vasitə olan marixuanadan istifadə eləməsini təxminən 6-7 ay olar ki, bilmişdir. Belə ki, aralarında söhbət olarkən Elnur demişdir ki, “nəşə”dən yəni marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. O da həmin vaxt Elnurun “nəşə” çəkməyini bilmişdir. Ancaq Elnur bu 6-7 ayda onun yanında “nəşə” və onunla birgə, bir yerdə heç vaxt “nəşə” çəkməmişdir. 30 iyun 2021-ci il tarixdə könlünə “nəşə” çəkmək düşmüş, üstündə 20 manat pulu olmuş və fikirləşmişdir ki, bu pula “nəşə” alıb çəksin. Düşünmüşdür ki, Elnurdan “nəşə” ala bilər. Ancaq Elnura pul vermədən “nəşə” ala bilməyəcəyini başa düşdüyü üçün saat təxminən 13:00 radələrində Elnurun istifadəsində olan mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng edb ona demişdir ki, ona “nəşə” lazımdır. Demişdir ki, cibində pulu da var. Elnur ondan cibində nə qədər pul olduğunu soruşanda o da Elnura 20 manat pul olduğunu demişdir. Onda Elnur telefonda ona demişdir ki, Şəki şəhərində olan İpək Kombinatının qarşısına gəlsin. O da 2 ədəd 10 manatlıq pul götürüb Şəki şəhərində olan İpək Kombinatının yanına getmişdir. O, avtobusla gedib çatanda Elnur artıq orada olmuş, onunla görüşüb salamlaşmışdır. O, Elnurla görüşəndə cibində olan 2 ədəd 10 manatlıq pul əskinazlarını ona vermiş və demişdir ki, “nəşə” nə vaxta hazır olar? O isə demişdir ki, 1-2 saata düzələr. 1-2 saat sonra Elnura zəng edib narkotikin hazır olub-olmadığını soruşmaq istəyəndə ona zəng çatmamışdır. Dalbadal bir neçə dəfə zəng etmiş, ancaq yenə də zəng çatmamışdır. Saat təxminən 18:00 radələrində Elnur istifadəsində olan mobil telefonla ona zəng edib demişdir ki, daha o, gəlməsin, özü “nəşəni” gətirib məhəlləyə gəlir. O, Elnurla saat 18:25 radələrində məhəllədə görüşmüş, Elnur şalvarının cibindən çıxarıb 2 ədəd kağız bükümdə olan “nəşəni” ona vermişdir. O, Elnurdan təxminən 50 metr aralanmışdır ki, mülki paltarda olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb narkotik vasitələrin qəbulu, satışında şübhəli olduğunu bildirib Şəki ŞRPŞ-nə dəvət etmişlər. O da etiraz etməmiş və Şəki ŞRPŞ-nə gəlmişdir. Burada inzibati binanın 1-ci mərtəbəsində müstəntiqin xidməti otağına keçmiş, müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah olunmuş, bundan sonra dövlət hesabına ona Musa Sarıyev vəkil təyin olunmuşdur. Sonra müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, ona müstəntiq həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da əynindəki şalvarın sağ ön cibindən 01 ədəd “Redmi Not 9” markalı telefonu, həmin şalvarın sağ ön cibindən 01 ədəd alışqanı və həmin cibin üst hissəsində olan kiçik cibindən iki ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq ondan üzərində təqdim etmədiyi əşyanın olub-olmadığını soruşanda o bütün əşyaları təqdim etdiyini bildirmişdir. Daha sonra qollarını qaldırmaq təklif olunmuş, o, hər iki qolunu yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki qısaqol köynəyin boyun hissəsində, şalvarının sol və sağ ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını və corablarını çıxarıb silkələmiş, ancaq heç bir cinayət xarakterli əşya və narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra üst-başını səliqəyə salmış, daha sonra ona masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etmək təklif olunmuş, o, əvvəlcə masanın üzərində olan bükümlərdə, yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan “nəşə” olduğunu bildirmiş, müstəntiq həmin bükümlərdə olan bitki mənşəli kütləni haradan əldə etdiyini soruşanda həmin bükümləri Elnur adlı şəxsdən bu gün əldə etdiyini, buna görə də Elnura 20 mant pul verdiyini, həmçinin həmin bükümləri Elnurdan yaşadığı küçədə, yəni Şəki şəhəri T.Vahabova küçəsində aldığını, 20 manat pulu isə Elnura, bu gün saat 13:00 radələrində Şəki şəhər İpək Kombinatının yanında verdiyini bildirmişdir. Elnurun Şəki şəhər sakini olmaqla təxminən öz boyunda, 25-30 yaşlarında olan bir şəxs olduğunu bildirmiş, daha sonra həmin bükümlərin içərisində olan yaşıl rəngli kütlənin çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyi bildirilərək ağ rəngli zərfə qoyulub möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Redmi Not 9” markalı mobil telefon da iş üçün əhəmiyyət daşıdığından qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilib götürülmüş 01 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı heç bir şikayət və vəsatət olmamış, protokol tərtib olunduqdan sonra o da imza etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid X18 ifadəsində göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə Şahid2 və ona Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsinə dair əməliyyat tapşırığı verilmişdir. O, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Şəki şəhəri Bağbanlar küçəsində qəbirsanlığın yaxınlığında saxlayaraq polis şöbəsinə dəvət etmiş, şöbəyə gətirərək müstəntiqə təhvil vermişlər. Həmin vaxt təxminən axşam saat 12-yə qalmış olardı. Onlar Təqsirləndirilən şəxs müstəntiqə təhvil verdikdən sonra vəkilin iştirakı ilə video-çəkiliş olmuşdur. Həmin çəkiliş zamanı Elnur özü törətmiş olduğu əməlini səmimi etiraf etmiş, üzərində olan nə varsa çıxardıb masanın üstünə qoymuşdur. Üzərindən çıxardığı əşyaların arasında şəxsiyyət vəsiqəsi, elektron nəzarət qolbağı, 2 kibrit qutusu, 2 ədəd 10 manatlıq əskinas olmaqla 20 manat pul var idi. Birinci instansiya məhkəməsi iclasında Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin X5 baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis kapitanıdır. Vəzifəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, 30 iyun 2021-ci il tarixdə Şəki ŞRPŞnin X5 əməliyyat müvəkkili, polis leytenantı Anar İbrahimova əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə edir, üzərində saxlayır və satışı ilə məşğuldur. Anar İbrahimov 30 iyun 2021-ci il tarixdə Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Şahid3 qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra Anar İbrahimov və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mahir Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Anar İbrahimov bu barədə qərar qəbul etmiş, hər iki qərarlar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmiş, bundan sonra 30.06.2021-ci il tarixdə saat 18:30 radələrində Şahid3 Şəki şəhəri 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Şahid3 Şəki ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan müstəntiq Araz Vəlizadənin otağında ona hüquq və vəzifələri izah olunmuş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil Musa Sarıyevin və iştirakçıların iştirakı onun üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki həmin şalvarın sağ ön cibinin üst hissəsində olan kiçik cibindən iki ədəd kağız bükümdə narkotik vasitəyə bənzər, yaşıl rəngli bitki kütləsi aşkar olunaraq götürülmüşdür. Şahid3 üzərindən aşkar edilmiş, 02 ədəd kağız bükümdə olan vasitələrin narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuana olduğunu, 30.06.2021ci il tarixdə tanışı, Şəki şəhər sakini “Elnur” adlı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. “Elnur” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və İstintaq Bölməsinə dəvət edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun icraatına 30.06.2021-ci il tarixdə əməliyyat tapşırığı daxil olmuş, əməliyyat tapşırığı ilə bağlı onun və Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Elnur” adlı şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs 30.06.2021-ci il tarixdə saat 23:40 radələrində Şəki şəhəri Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2la birgə onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona vəkillərin siyahısı təqdim olunmuş və dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Müstəntiq Təqsirləndirilən şəxs həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, əvvəlcə şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsini və 02 ədəd 10 manatlıq kağız pul əskinazlarını, şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Üzərində başqa heç nə olmadığını bildirmiş, əllərini qaldırmaq təklif olunmuş, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki köynəyin boyun hissəsində, şalvarın bel nahiyəsində, şalvarın sağ və sol yan ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını çıxarmağı təklif olunmuş, ayaqqabılarını çıxarıb silkələmiş, corablarını çıxarıb silkələmiş, burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst-başını səliqəyə salmış, corablarını və ayaqqabısını geyinmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərinə qoyduğu əşyaların özünün olduğunu bildirmiş, ondan üzərində aşkar edilmiş 02 ədəd kibrit qutusunun içərisində nə olması soruşulduqda o, həmin kibrit qutularında narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda hər iki kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər, quru halda olan bitki kütlələrinin olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxsla sual-cavab zamanı o, həmin kütlələrdən 20 manat müqabilində tanışı Şahid3 satdığını bildirmiş, sonra üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazlarının qablaşdırılacağı ona bildirilmişdir. Əvvəlcə zərflər açılaraq içərisi Təqsirləndirilən şəxs və iştirakçılara, vəkilə göstərilmiş, zərflərin içərisinin boş olduğunu görmüşlər. Bundan sonra müstəntiq tərəfindən masanın üzərində olan 01 ədəd mobil telefonu, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazları ayrı-ayrı zərflərə qoyulmuş və zərfin ağzını bağlamışdır. Zərflərin üzəri möhürlənmiş, daha sonra imzalar çəkilmiş, o da zərfin üzərini imzalamışdır. 01 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd elektron nəzarət vasitəsi iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxsla sual-cavab edilərkən o, həmin bitki kütləsini 15-20 gün bundan qabaq əldə etdiyini, Şəki rayonunda olan “Nuruş bulaq” adlanan tərəflərdə, yolun kənarında, yəni yol keçəndə yabanı halda bitmiş çətənə bitkisini görüb əlini atıb götürdüyünü, istifadə eləmək, bir də pula ehtiyacı olduğu üçün satmaq məqsədilə yabanı halda bitmiş çətənə bitkisindən topladığını, qurutduğunu bildirmişdir. 30 iyun 2021-ci il tarixdə isə axşam saatlarında polislər tərəfindən saxlandığını, üzərindən aşkar edilmiş narkotk vasitəni satmaq fikrinin olmadığını, istifadə etmək fikrinin olduğunu, həmçinin üzərindən aşkar edilmiş 02 ədəd 10 manatlıq pul əskinazlarının, yəni 20 manat pulun tanışı Şahid3 “nəşə” satdığı üçün həmin şəxsin ona verdiyi pullar olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılmış, hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirilmiş, protokol tərtib olunmuş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid2 bildirmişdir ki, verilən əməlliyyat tapşırığı əsasında X23 oğlundan ibarət əməliyyat qrupu yaradılmış, Elnur adlı şəxs 30 iyun 2021-ci il tarixdə gecə radələrində tutaraq polis şöbəsinə gətirərək onu istintaq bölməsinə təhvil vermişlər. İstintaq bölməsində də sənədləşmə prosesi gedib. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid X19 bildirmişdir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuş şəxs olması ilə bağlı tanıyır. Onunla heç bir mübahisəm olmamışdır. Təqsirləndirilən şəxs, onun xidmət etdiyi ərazidə yaşamır. 3 ildir əməliyyat müvəkkili işləyir, ümumilikdə 10 ildir ki, polis orqanlarında xidmət edir. İşdə olan məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 30 iyun 2021-ci il tarixli protokolda göstərilmişdir ki, 30 iyun 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Şahid3 əynindəki şalvarın sol ön cibindən 01 ədəd mobil telefon, həmin şalvarın sağ ön cibindən 01 ədəd alışqan və həmin cibin üst hissəsində olan kiçik cibindən 02 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə aşkar edilərək götürülmüş, şalvarın sağ ön cibinin üst hissəsində olan kiçik cibindən, 02 ədəd kağız bükümdə aşkar edilmiş narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə və şalvarın sol ön cibindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, həmin şalvarın sağ ön cibindən aşkar edilmiş 01 ədəd alışqan iş üçün əhəmiyyət daşımadığından Şahid3 özünə qaytarılmış, Şahid3 üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümdə olan vasitənin narkotik vasitə olan “nəşə” olduğunu, həmin “nəşəni” 30 iyun 2021-ci il tarixdə Şəki şəhər sakini olan tanışı Elnur adlı şəxsdən 20(iyirmi) manata özünün istifadə etməsi üçün aldığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. (İ cild. i/v-43-51) İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 01 iyul 2021-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sağ cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsi və 02 ədəd, 01 ədədi A11110699 və 01 ədədi isə A13012665 nömrəli 02 ədəd 10 manatlıq kağız pul əskinazları, şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütləsi aşkar edilərək götürülmüşdür. Həmin 02 ədəd 10 manatlıq, A11110699 və A13012665 nömrəli kağız pul əskinazları, həmçinin 01 ədəd mobil telefonu və 02 ədəd kibrit qutularında olan narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütlələri qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütlələrini təxminən saxlanmazdan 15 gün əvvəl Şəki şəhəri “Nuruşbulaq” deyilən ərazidə yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından yığıb qurudub saxladığı narkotik vasitə olduğunu, həmin narkotik vasitənin bir hissəsini tanışı Şahid3 30 iyun 2021-ci il tarixdə 20 manata satdığını, üzərindən aşkar edilmiş 02 ədəd 10 manatlıq pul əskinazlarının da Şahid3 ona narkotik vasitə satmasına görə verdiyi pul əskinazları olduğunu, üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan narkotik vasitəni də “Nuruşbulaq”dan əldə etdiyi narkotik vasitə olduğunu, həmin kibrit qutusunun içindən bir hissə narkotik vasitəni İntiqama Davudluya satdığını bildirmişdir. (i/v-91-100) İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin 01.07.2021-ci il tarixli 207 A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən marixuana qəbulu faktı aşkar edilmişdir. (İ cild. i/v-148) İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 30 iyun 2021-ci il tarixli 17/484 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid3 üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kağız bükümlərdə,ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram və 0,43 qram, ümumi təmiz çəkisi 0,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0.04 qram sərf edilmiş, 0.62 qram qalıq qalmışdır. Ekspertiza xərci 34.55 manat təşkil edir. (İ cild, i/v-97-98) İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 01 iyul 2021-ci il tarixli 17/486 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram və 3,10 qram, ümumi təmiz çəkiləri 6,39 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar üzərində “şübhəli şəxs Şahid3 üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. 6.39 qram marixuanadan tədqiqata 0.04 qram sərf edilmiş və 6.35 qram qalıq qalmışdır. Həmçinin 0.62 qram marixuanadan tədqiqata 0.04 qram sərf edilmiş və 0.58 qram qalıq qalmışdır. (İ cild, i/v-110-113) İşdə olan 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər olduğundan onlar videoçəkilişlə üzləşdirilmiş, üzləşmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 30 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla zəngləşib Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASC-nin yaxınlığında görüşüb ona 02 ədəd 10 manatlıq pul əskinazları ilə 20 manat pul verdiyini, bundan sonra isə həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında satdığını bildirmişdir. İşdə olan Şəki rayonu X2 ŞRPŞ-nə daxil olmuş 09.07.2021-ci il tarixli 736 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında yaşayan,1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayonu Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild, i\v-216) İşdə olan Şəki RMX Publik hüquqi şəxsindən daxil olmuş 14.07.2021-ci il tarixli 838 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 30.01.2021-ci il tarixdən “kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Şəki RMX publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. (İ cild, i/v-238) İşdə olan 17.07.2021-ci il tarixdə əməliyyat tapşırığına verilmiş 189-19202-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Şəki şəhəri “Nuruşbulaq” adlanan ərazidən, yolun kənarındakı meşəlik sahəsində yabanı halda bitmiş çətənə bitkilərindən yığıbyığmamasını, eyni zamanda həmin ərazidə yabanı halda çətənə bitkilərinin bitibbitməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olması, narkotik vasitənin satışında digər şəxslərlə əlbir olmaması və digər cinayətlərdə birgə iştirakının olmaması müəyyən edilmişdir. İşə əlavə edilmiş, mobil telefona baxış keçirilməsi haqqında 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 “Redmi Not9” markalı mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, mobil nömrələrə baxış zamanı Şahid3 bildirdi ki, tanışı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonu da yaddaşdadır. Onunla “whatshapp” sosial şəbəkəsində yazışmamışdır. Ancaq Elnurun ***-***-**-** nömrəsini telefonuna “Elnur dəllək” kimi qeyd etmişdir. Həmin mobil nömrə axtarıldı və tapıldı. Həmin mobil nömrənin həqiqətən də “Elnur dellek” kimi yazıldığı müəyyən edildi. Baxış zamanı Şahid3 ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə, yəni telefona “Elnur dellek” kimi yazıldığı mobil nömrə ilə 30 iyun 2021-ci il tarixdə gələn və gedən zənglərin olduğu müəyyən edildi. Lakin telefona baxış zamanı müəyyən edildi ki, “Redmi Not 9” markalı mobil telefonlarda gələn və gedən zənglərin vaxtı, yəni saatı və dəqiqəsi, müddəti görünmür və telefonun yaddaşında avtomatik olaraq saxlanılmır. Ona görə də 30 iyun 2021-ci il tarixdə Şahid3 ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi arasında gələn və gedən zənglərin dəqiq saatı, dəqiqəsi və müddəti müəyyən edilmədi. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 03.08.2021-ci il tarixli 907 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ c. səh. 18)İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.07.2021ci il tarixli 382 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT10(psixi və davranış pozuntularının belynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserində keçirilmiş 08.05.2020-ci il tarixli 227 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyi), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa affektiv reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT10 (psixi və davranış pozuntularının belynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma(kompensasiya) mərhələsində olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərin idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. (İİ c. s.19-21) İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 23.08.2021-ci il tarixli 1003/10 nömrəli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)178/2021 saylı, 04 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 07(yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 20 may 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkumun cəzası 19 yanvar 2023-cü il tarixində başa çatır. Şəki rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 4(075)- 54/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmaqla 01 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-178/2021 saylı, 04 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 07(yeddi) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 iyul 2021-ci il tarixədək çəkilməmiş qalan hissəsi 01 (bir) il 06 (altı) ay 19 (on doqquz) gündür. Məhkum qeydiyyata alındığı 24 may 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 01(bir) ay 7(yeddi) gününü çəkmişdir. (İİ c. s.34). İşə əlavə edilmiş telefon danışıqlarına baxış keçirilməsi haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Nömrənin aktivləşmə tarixi 01.02.2021-ci il tarixidir. Ona məxsus sənədin seriya nömrəsi AA 1171678-dir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 01.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək gələn və gedən mesajlara baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi 077-50018-88 mobil nömrəsindən Şahid3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə gələn və ya gedən mesajlar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 01.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək gələn və gedən telefon zənglərinə baxış keçirilməsinə başlanmış, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 04.06.2021-ci il tarixdən başlamaqla 01.07.2021-ci il tarixədək müddətlərdə 39 dəfə gələn və gedən telefon zənglərinin olduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 04.06.2021-ci il tarixdə saat 18:14-də 10 saniyə, həmin dəqiqədə 9 saniyə, 18:24-də 9 saniyə, 18:25-də 31 saniyə, 06.06.2021-ci il tarixdə saat 12:16-da 27 saniyə, saat 18:24də 42 saniyə, saat 18:54-də 27 saniyə, saat 19:11-də 66 saniyə, 07.06.2021-ci il tarixdə saat 17:02-də 73 saniyə, saat 20:59-da 41 saniyə, 08.06.2021-ci il tarixdə saat 13:55-də 25 saniyə, 12.06.2021-ci il tarixdə saat 13:02-də 29 saniyə, saat 13:10-da 20 saniyə, saat 13:20-də 23 saniyə, 13.06.2021-ci il tarixdə saat 14:25-də 34 saniyə, saat 18:45-də 29 saniyə, saat 19:41-də 22 saniyə,15.06.2021-ci il tarixdə saat 19:58-də 93 saniyə, saat 20:23-də 27 saniyə, saat 20:35-də 13 saniyə, saat 22:03-də 33 saniyə, 18.06.2021-ci il tarixdə saat 18:28-də 9 saniyə, həmin dəqiqədə 9 saniyə, 19.06.2021-ci il tarixdə saat 16:24-də 34 saniyə, saat 19:37-də 30 saniyə, 25.06.2021-ci il tarixdə saat 13:11-də 27 saniyə, saat 18:51-də 23 saniyə, saat 18:54-də 9 saniyə, 26.06.2021-ci il tarixdə saat 15:24-də 71 saniyə, saat 17:45-də 44 saniyə, 29.06.2021-ci il tarixdə saat 21:13-də 120 saniyə, 30.06.2021-ci il tarixdə saat 12:10-da 63 saniyə, saat 12:27-də 89 saniyə, saat 12:41-də 29 saniyə, saat 12:50-də 48 saniyə, saat 12:54-də 21 saniyə, saat 15:52-də 29 saniyə, saat 15:59-da 16 saniyə, saat 16:11-də 41 saniyə müddətində danışıqların olduğu müəyyən edilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmamış, baxış zamanı protokol tərtib edildikdən sonra "xxxx" MMC-dən 25.08.2021-ci il tarixli AZF/LGL- 18635/21 nömrəli məktubla icraatıma daxil olmuş, məktuba əlavə edilmiş CD diski cinayət işinə əlavə edilmiş, bununla da Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə gələn və gedən zənglərə, telefon danışıqlarına, mesajlara baxış keçirilməsi yekunlaşdırılmış, baxış ilə əlaqədar tərəfimdən protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəliş edilməsi təklif olunmamış, şikayət və etiraz daxil olmamışdır. (İİ c. s.48- 49) Cinayət işinə əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.05.2021-ci tarixli 1(107)-178/2021 nömrəli qərarından görünür ki, Şəki rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək olan 2 gün və 04 mart 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək olan 2 ay həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəmi 4 ay 4 gün ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İİ c. s. 65-73). İşdə olan 17.08.2021-ci il tarixli Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Dolmabaxçalar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 118 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki şəhər “Dolmabaxçalar” məhəlləsi 20 yanvar küçəsi 1/2 saylı evdə yaşayır, subaydır, yaşadığı evdə anası, 2 qardaşı və onların ailə üzvləri ilə birgə yaşayır. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Onun barəsində məhəllə nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (İİ cild, səh 16-17) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 12.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 93.1.2, 93- 1,2 maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlığın məhdudlaşdırılması cəzası 69.3-cü maddəsinə əsasən həbsdə saxlanma müddəti çıxılıb, qəti olaraq 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ cild, i/v-215) İşdə olan şübhəli şəxsin tutulması haqqında 2583 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i/v-76-77) İşə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasında verdiyi ifadəsində CM-in 234.2-ci maddəsilə ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ancaq cinayət işində olan (cild 1, i. v. 91-100), şəxsi axtarış və götürmə barədə protokoldan və video görüntüdən, 01 iyul və 02 iyul 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs şəxs qismində verdiyi ifadələrindən (cild 1, i. v. 150-153, 179-181), üzləşdirmə protokolundan (cild 1, i. v. 157-159), barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci ildə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (cild 1 i. v. 197-200), görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanın ona məxsus olmasını və cinayət törətdiyini etiraf etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirak etdiyi dindirmə zamanı öz sözləri ilə yazılmış şübhəli şəxs qismində ifadəsində bildirmişdir ki, “... 30 iyun 2021-ci ildə o, kibrit qutusunun içərisində olan “nəşə”dən bir az götürüb 2 ədəd kağıza büküb şalvarının cibinə qoymuş, “Nuruşbulaq”dan yığdığı “nəşəni” də 2 ədəd kibrit qutusunda şalvarının sol yan cibinə qoymuş, İntiqamın ona verdiyi 2 ədəd 10 manatlıq pul əskinazları da şalvarının sağ yan cibində olmuşdur. Bundan sonra İntiqamla onların evlərinin yanında görüşmüş, 2 ədəd kağız bükümdə olan narkotik vasitəni 20 manata ona vermişdir...” İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirak etdiyi dindirmə zamanı öz sözləri ilə təqsirləndirilən şəxs qismində ifadəsində də şübhəli şəxs qismində verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, “...özünü təqsirli bilir...” Bundan başqa işə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X14 bildirmişdir ki, ittihamda görə qeyd edilən vaxta sənədləşdirilmə düzgün aparılmamışdır. Birinci instansiya məhkəməsi Şahid3 dindirilməsinə belə zərurət görməmiş, onun məhkəməyə ünvanladığı teleqramı əsasında iş üzrə yekun nəticəyə gələrək Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmışdır. Həmin teleqramın Şahid3 oğlunun yaşadığı yerdən deyil də, məhkəməyə yaxın ünvandan vurulması ibtidai istintaq orqanı tərəfindən şahidə təsirlərin edilməsini sübut edir. Həmin teleqramda şəxsin imzası, vəsiqəsinin olmaması da iş üzrə şübhə doğuran məqamlardandır. Bununla bağlı Şahid3 məhkəmə iclasına dəvət edilmiş və ifadəsi alınmışdır. Zidiyyətli məsələlərlə bağlı Şahid3 verilmiş suallara cavab olaraq ilk öncə bildirmişdir ki, “... onlara narkotik gətirəsi adamla o danışmamış, polis şöbəsində onlara nömrələnmiş pulun olmasını göstərmişlər. Daha sonra Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, “...sonradan bilmişlər ki, həmin pul nömrəli olub, onlara narkotik gətirən uşağı şəhərdən tanıyır...” O ifadəsinə əlavədə bildirmişdir ki, ...Vicdanım yalan ifadə verməyə yol vermir. Mənə təzyiq edən polis əməkdaşlarının adlarını qeyd eləmək istəmirəm. Məhkəmə kollegiyası Şahid3 ifadəsi ilə bağlı ilk öncə qeyd edir ki, ibtidai istintaq mərhələsində Şahid3 şübhəli şəxs kimi ifadəsində...30 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla zəngləşib Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASC-nin yaxınlığında görüşüb ona 02 ədəd 10 manatlıq pul əskinazları ilə 20 manat pul verdiyini, bundan sonra isə həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında narkotik vasitə aldığını demişdir. Bundan başqa iş materiallarınd olan 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər olduğundan onlar videoçəkilişlə üzləşdirilmiş, üzləşmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 30 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla zəngləşib Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASC-nin yaxınlığında görüşüb ona 02 ədəd 10 manatlıq pul əskinazları ilə 20 manat pul verdiyini, bundan sonra isə həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında satdığını bildirmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 30 avqust 2021-ci il tarixli qərara əsasən Şahid3 əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın iki ədəd kağız bükümdə, hər birinin 0,23 və 0,43 qram, ümumilikdə təmiz çəkisinin 0,66 qram olması müəyyən edildiyindən onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və onun həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətləri çıxarılaraq prosessual rəhbərliyi həyata keçirən Şəki rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 3(075)-418/2021 nömrəli qərarına əsasən Şahid3 üzərində 0,66 qram narkotik vasitə marixuana aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizalarının rəylərindən də görünür ki, ...tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar üzərində “şübhəli şəxs Şahid3 üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Şahid3 edilmiş təzyiqlərlə bağlı 26.10.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, hazırda qeyd edilən xüsusatlar Şəki rayon prokurorluğundan araşdırılmış və hüquqi qiymət verilərək, Şahid3 qərardan narazı qaldıqda şikayət vermək hüququ izah edilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, Ədliyyə Nazirliyi Probasiya Xİdmətindən verilən 12 yanvar 2022-ci il tarixli, 21/1-24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 20:01 radələrində Şəki ŞRPŞ istiqamətində hərəkət etmiş, 20:11-dən orada saxlanılmışdır. Lakin ittihama əsasən o, həmin gün 23:40 radələrində polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs da ifadəsində ona təzyiq edilməsi nəticəsində ibtidai istintaq zamanı etiraf edici məzmunda ifadə verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin gün 20:11-dən sonra polis şöbəsində saxlanılmasını sübut edən digər hal isə ittiham orqanı tərəfindən onun mobil telefonunun anten dairəsinin müəyyən etməsi ilə bağlıdır. Belə ki, həmin anten məlumatlarından da görünür ki, Təqsirləndirilən şəxs sonuncu zəng Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icra məmuru Zülfuqar Mehdiyev tərəfindən vurulmuş, ondan sonra hər hansı zəng olunması müəyyən olunmur. Bundan əlavə Təqsirləndirilən şəxs ilkin izahatında onun saat 21:30 radələrində polis şöbəsinə gətirildiyini qeyd etmişdir. Bu hal ilə bağlı ziddiyyət istintaq orqanı tərəfindən aradan qaldırılmamışdır. Şəxsin valideynləri də ona qarşı edilən haqsızlıqlara görə şikayət etmişdir. Hesab edirik ki, şəxs 4 saata yaxın polis şöbəsində saxlanılmışdır. Apellyasiya şikayətinin təqsirləndirilən şəxsə edilmiş təzyiqlərlə bağlı etirafedici ifadə verməsi barədə dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 27 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs anası X1 müraciəti əsasında toplanmış 134c- 21 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərardan şikayət vermək hüququ izah edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun 31 avqust 2021-ci il tarixli 05/16535-21, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının 27 iyul 2021-ci il tarixli 2/17059-21 və 23 sentyabr 2021-ci il tarixli 2/226453-21 nömrəli məktublarında Təqsirləndirilən şəxs anası X4 müraciətində göstərmiş xüsusatlara 27 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarı ilə hüquqi qiymət verildiyi izah edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X3 29 iyul 2021-ci il tarixli 947 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs anası X1 müraciəti əsasında Təqsirləndirilən şəxs dövlət hesabına olan müdafiəçisi Müdafiəçi kamera qarşısında heç kimin Təqsirləndirilən şəxs döymədiyini söylədiyini, döyülməsi haqqında vəkilə də heçnə demədiyini və vəkil kimi üzərinə düşən prossesual vəzifələri yerinə yetirdiyini bildirmişdir. Hazırda həmin qərardan şikayət verilmədiyindən preyudisial əhəmiyyət daşıyır. Apellyasiya şikayətinin təqsirləndirilən şəxsin polis şöbəsində əlavə olaraq saxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan (cild 1 i.v 62) Şəki ŞRPŞ-nin 30 iyun 2021-ci il tarixli 18917427-21 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs 23:40 radələrində Şəki şəhəri, Şərbablar küçəsisində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bu halı məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 və X18 da qeyd etmişdir. Yuxarıda qeyd edilənlərin əksinə vəkil sorğusu əsasında Ədliyyə Nazirliyi Probasiya Xİdmətindən verilən 12 yanvar 2022-ci il tarixli, 21/1-24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 20:01 radələrində Şəki ŞRPŞ istiqamətində hərəkət etmiş, 20:11-dən orada saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, Sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 147.1-ci maddəsində qeyd edilir ki, tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. 147.2. Tutulma aşağıdakı hallarda tətbiq edilir: 147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda. 147.3. Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: 147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; 147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt; 147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; 147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. 147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Göründüyü kimi, Cinayət-Prosessual Qanunvericiliyi şəxsin tutulmasını, tutulmanın rəsmləşdirilməsin və həmin prosessual hərəkətin nəticəsinin xüsusi əhəmiyyətini nəzərə alaraq tutma haqqında protokolda dəqiq nələrin göstərilməsini qeyd etmişdir. Göründüyü kimi şübhəli şəxsin tutulması protokolunun tərtib edildiyi yer və tarixlə yanaşı vaxtın da qeyd edilməsi tələb olunduğundan, təhqiqat və istintaq orqanının əməkdaşı bu məsələdə həssas olmalı, gələcəkdə şübhə yaradacaq bir yalnışlığa yol verməməlidir. Cinayət Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 10.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 84.2.2-84.2.5-ci maddələrinə görə, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək, habelə cinayət təqibinin gedişində digər səlahiyyətləri həyata keçirmək prokurorun vəzifəsidir. Həmin Məcəllənin 84.5.2-ci təhqiqatçıdan və ya müstəntiqdən cinayət işinin materiallarını, sənədlərini, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb etmək, habelə cinayət işlərinin materiallarını və sənədlərini yoxlamaq, ibtidai araşdırmanın gedişi vəziyyəti ilə yerində tanış olmaq prokurorun səlahiyyətidir. İnsan Hüquqlarının və X12 X6 5-ci maddəsinin 4-cü bəndində göstərilir ki, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Göründüyü kimi, şəxsin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etmək milli və beynəlxalq hüquq normalarının prinsplərini təşkil edir və bu hüquqların pozulması yolverilməz hesab olunur. Lakin məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin polis şöbəsinə gətirildikdən sonra sənədləşmənin aparılması halı həm Avropa Konvensiyasının, həm də milli qanunvericiliyin (CPM-in) tələbləri baxımından kifayət qədər ciddi və adekvat münasibət bildirilməsi tələb olunan pozuntular kimi qiymətləndirilməlidir ki, cinayət işi materialları gələcəkdə şəxs barəsində müvafiq ittiham hökmü çıxarılarkən həmin hökmün mötəbərliyini şübhə altına almasın. Lakin bu pozuntu təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasına əsas ola bilməz. Belə ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Əksinə, cinayət işinin materiallarında olan sübutlar onu göstərir ki, məhkəmə kollegiyasının gəldiyi bu nəticə tamamilə əsaslıdır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. Cinayət Prosessual Məcəllənin 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Qeyd edilənlərdən əlavə müdafiə tərəfinin özünün təqdim etdiyi, məhkəmə kollegiyasının da təqsirləndirilən şəxsin saxlanılması vaxtının 23:40 olmamasına qənaətinə gəlməsini əsaslandıran Ədliyyə Nazirliyi Probasiya Xİdmətindən verilən 12 yanvar 2022-ci il tarixli, 21/1-24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 09:30-dan saat 14:26-dək Rəsulzadə prospekti ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində olmuşdur. Hansı ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən 30 iyun 2021-ci il tarixdə saat 14:15 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospektində yerləşən "xxxx" X25 Cəmiyyətinin yaxınlığında tanışı Şahid3 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 10 manata olmaqla, iki bükümünü isə 20 (iyirmi) manata satmağa razılaşıb, həmin məbləğdə pulu ondan almışdır. Göründüyü kimi, ittihamda göstərilən vaxtda Təqsirləndirilən şəxs Rəsulzadə prospektində olmuşdur. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Müdafiə tərəfinin apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin həbsinin rəsmləşməsinin düzgün aparılmaması ilə bağlı isə kollegiya hesab edir ki, polis əməkdaşlarının məsul şəxsləri barəsində xüsusi qərar çıxarılmalı və aidiyyatı quruma göndərilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədəmüvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 1(075)-94/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-39/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-39/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver