Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-391/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(091)- 42/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov (məruzəçi) və N.Mirzəyevdən ibarət tərkibdə) 23 avqust 2021-ci il tarixli 1(091)-42/2021 nömrəli hökmü ilə xx.xx.1991-ci ildə Zaqatala rayonu Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, meşə gözətçisi işləmiş, Zaqatala rayonu PMK-20 ünvanında qeydiyyatda olmaqla Zaqatala rayonu Aşağı Tala kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 13 mart 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 5,136 qram çəkidə psixotrop maddə metamfetamin, 3,557 qram narkotik vasitə heroinin məhv edilməsi, bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, cinayətin törədilməsində alət olmuş 01 ədəd 5,6 mm kalibrli ЛН-696 nömrəli, Marqolin konstruksiyalı tapança, 01 ədəd daraq və tədqiqata sərf edildikdən sonra qalan 03 ədəd 5,6 mm kalibrli patronun məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin cəza müddətinin sonunadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ittham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə istehsal olunmuş, 5,6 mm kalibrli, idman təlim məşqləri üçün nəzərdə tutulan “Marqolin” konstruksiyalı, “ЛН-696” nömrəli, atəş açmaq üçün yararlı yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Marqolin” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan texniki cəhətdən saz və istifadəyə yararlı darağı və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “Toz” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,607 qram çəkidə narkotik vasitə heroini və 5,236 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 0358də Zaqatala rayonu Aşağı Tala kəndində saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrıayrılıqda çəkiləri 2,613 qram və 2,623 qram olmaqla, ümumilikdə 5,236 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə 3,607 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, bundan başqa qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd “Marqolin” modelli, “ЛН-696” nömrəli tapança, içərisində 06 ədəd patron olan sandıqça üzərində olan qəhvəyi rəngli çantadan aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə istehsal olunmuş, 5,6 mm kalibrli, idman təlim məşqləri üçün nəzərdə tutulan “Marqolin” konstruksiyalı, “ЛН-696” nömrəli, atəş açmaq üçün yararlı yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Marqolin” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan texniki cəhətdən saz və istifadəyə yararlı darağı və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “Toz” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 3,607 qram çəkidə narkotik vasitə heroini və 5,236 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 0358-də Zaqatala rayonu Aşağı Tala kəndində saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,613 qram və 2,623 qram olmaqla, ümumilikdə 5,236 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə 3,607 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, bundan başqa qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd “Marqolin” modelli, “ЛН-696” nömrəli tapança, içərisində 06 ədəd patron olan sandıqça üzərində olan qəhvəyi rəngli çantadan aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya şikayəti, verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının ifadələri Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərək törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilk dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan aşağı həddə cəza təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsini təmin etməmişdir. Ona görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(091)-42/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, onun CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyin müddəalarına uyğun cinayətlərin məcmusu üzrə ağır cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində özünü təqsirli hesab etmədiyini bildirdi və göstərdi ki, kriminal həyat yaşamamışdır. X6 İdarəsinin Meşə Təsərrüfatı İdarəsində Muğanlı meşəbəyliyinin meşə gözətçisi işləmişdir. Narkotiklə məşğul olmamışdır. 13 mart 2020-ci il tarixdə saat 04 radələrində evində yatdığı zaman polis əməkdaşları evin qapısını, pəncərəsini sındırıb içəri daxil olub onu polis şöbəsinə aparmışlar. Özləri onun çiyninə çanta asaraq cırıq idman gödəkçəsinə narkotik qoymuşlar. Döyülmüş, təqsirini boyuna almadıqda şikəst qardaşını tutmaqla ona hədə-qorxu gəlmişlər. Bu səbəbdən etmədiyi əməlləri boynuna almışdır. İfadələri ona yazdırmışlar. Ona bəraət verilməsini məhkəmə kolegiyasından xahiş edir. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandıraraq bildirmişdir ki, polis əməkdaşlarının bunu niyə etdiyini bilmir. Əvvəllər xuliqanlıqla məhkum edilmişdir. Narkotik vasitələrdən istifadə etmir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X5 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(091)-42/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyin müddəalarına uyğun cinayətlərin məcmusu üzrə ağır cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(091)- 42/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt üzərində silah gəzdirməmiş, atasının adına 2 ədəd “vinçester” markalı ov silahı olsa da, həmin silahların evlərində lazımi sənədləri olmuşdur. Bu səbəbdən də, o cümlədən özünün meşə gözətçisi olduğuna görə ov silahı olduğundan qanunsuz silah saxlamağa heç vaxt ehtiyacı olmamışdır. 12 mart 2020-ci il tarixdən 13 mart 2020-ci il tarixə keçən gecə yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindəki evində yatmış vəziyyətdə olarkən polis əməkdaşları onun evinə girərək zorla onu Zaqatala Rayon Polis Şöbəsinə aparmışlar. Onun üzrəində heç bir qanunsuz əşya olmamış, polis əməkdaşları narkotik vasitəni onun cibinə qoymuş, sonra odlu silahı da ona təqdim edərək ondan çıxmasını boynuna almasını deyərək ona hədə-qorxu gəlmişlər. Bu səbəbdən də şübhəli şəxs kimi tutularkən və təqsirləndirilən şəxs kimi ifadə verərkən guya narkotik vasitələrin və silahın ona aid olmasına dair ifadə vermişdir. Əslində heç vaxt narkotik vasitə saxlamamış, habelə heç vaxt qanunsuz olaraq odlu silah gəzdirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Həzrəyev Əhməd Həzrə oğlu da eyni məzmunlu ifadə verərək oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdən aparıldığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, X6 İdarəsinin Meşə Təsərrüfatı İdarəsində Muğanlı meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işləməklə heç vaxt narkotik vasitələrdən istifadə etməsə də, narkotik vasitələri tanımışdır. Uşaqlıqdan isə silahlara marağı olmuşdur. 07 mart 2020-ci il tarixdə günorta saatlarında anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa getmiş, məzarın yanında bir ədəd qəhvəyi rəngli çantanın olmasını görmüşdür. Həmin çantanı açdıqda içərisində bir ədəd tapançanın və bir ədəd sellofan bükümün olmasını görmüş, tapançanın daxilində olan sandıqçanı açdıqda içərisində altı ədəd güllənin olmasını görmüşdür. Daha sonra sellofanı açdıqda da içərisində üç ədəd büküm olmasını görmüşdür. Həmin bükümlərə baxdıqda onlardan birinin içərisində heroin, digərinin içərisində isə ağ rəngli şüşə adlanan maddə, yəni metamfetamin olmuş, həmin əşyaların sahibsiz olduğunu və ətrafda heç kimin olmamasını görüb aşkar etdiyi əşyaları özü ilə götürmüşdür. Çantada olan sellofanı üzərində saxlamış, silahı isə çantaya qoyub üzərində götürmüşdür. Bundan sonra evdəkilərin məlumatı olmaması üçün həmin əşyaları üzərində gəzdirmişdir. 13 mart 2020-ci il tarixdə saat 04 radələrində evinin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı kimi təqdim edərək onu odlu silah əldə edib gəzdirməkdə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu qərarla tanış etmişlər. Daha sonra onlar onu Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə Zaqatala RPŞ-nə gedərkən orada ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qəhvəyi rəngli çantanı və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Sellofan bükümlərdə narkotik vasitə olduğunu və onları tapdığını bildirmişdir. Həmin bükümlər açılıb baxış keçirilən zaman onların daxilində heroin və metamfetamin olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Daha sonra qəhvəyi rəngli çantaya baxış keçirilən zaman onun daxilində bir ədəd tapança olması müəyyən edilmişdir. Tapançanın sandıqçasına baxış zamanı oradan altı ədəd güllə aşkar edilmişdir. Daha sonra həmin silah da qablaşdırılmış və möhürlənmişdir. Qablaşdırmanın üzəri onun tərəfindən də imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Adamları Girov Götürmə və Hədə-Qorxu ilə Tələb Etmə Cinayətləri ilə Mübarizə Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 12 mart 2020-ci il il tarixdə Baş İdarəyə Zaqatala rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, özündə saxlamaqla daşıması və satması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumatla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı işlədiyi Şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə 12 mart 2020-ci il tarixdə Zaqatala rayonuna gedərək 13 mart 2020-ci il tarixdə saat 03 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindəki evə yaxınlaşmışlar. Evə yaxınlaşan zaman Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin evin qarşısında durduğunu görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin odlu silah əldə edib saxlayaraq daşımada şübhəli olduğunu bildirərək onlarla birlikdə Zaqatala RPŞ-ə gəlməsini təklif etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Zaqatala RPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çiynindən çarpaz formada asdığı qəhvəyi rəngli çantanı, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü, əynindəki boz rəngli şalvarın sol yan cibindən manatlıq pul əskinaslarını çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olduğunu, lakin növünü bilmədiyini, çantada isə tapança olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan büküm açılmış və içərisində üç ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümlərdən birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, digər iki ədəd sellofan bükümdə isə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. Hər bir bükümdə olan maddələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra qəhvəyi rəngli çantaya baxış keçirilmişdir. Həmin çantanın içərisindən bir ədəd ЛН 696 nömrəli tapança tipli silah aşkar edilmişdir. Bundan sonra həmin tapança tipli silahın darağına baxış keçirilmiş və daraqdan altı ədəd patrona bənzər predmet aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı və üzərindən aşkar edilmiş narkotik vasitələri anasının qəbri üstünə gedərkən qəbiristanlıqda tapdığını, maraqlı olduğu üçün üzərində götürdüyünü, polisə təqdim etmək fikrində olduğunu bildirmişdir. Həmin patrona bənzər predmet, daraq, tapança tipli silah və qəhvəyi rəngli çanta bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra həmin qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun üzərində iş üçün əhəmiyyət kəsb edən nəsə aşkar edilməmişdir. 4 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan: Məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2020-ci il tarixli 6/179 nömrəli rəyində göstərilir ki, “Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən aşkar edilib...” yazısı olan paketdə, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,613 və 2,623 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,607 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetaminin ümumi çəkisi 5,236 qram və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Məhkəmə-ballistik ekspertizasının 13 mart 2020-ci il tarixli 20/151R nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş ЛН-696 nömrəli silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1960-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, idman təlim məşqləri üçün nəzərdə tutulan MARQOLİN konstruksiyalı tapançadır, yivli odlu silahlardır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli MARQOLİN konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edildi. Müqayisə zamanı eynilik aşkar edilməmişdir.” Məhkəmə-narkoloji ekspertizasının 17.06.2020-ci il tarixli 1643 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 03:58-də Zaqatala rayonu Aşağı Tala kəndində saxlanılaraq Zaqatala RPŞ-nə dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,613 qram və 2,623 qram olmaqla, ümumilikdə külli miqdarda - 5,236 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə külli miqdarda - 3,607 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, bundan başqa qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd “Marqolin” modelli, “ЛН-696” nömrəli tapança, içərisində 06 ədəd patron olan sandıqça üzərində olan qəhvəyi rəngli çantadan aşkar edilərək götürülmüşdür. Şəxsin üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və bir ədəd “CD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15.09.2020-ci il tarixli 012-18919-1220 nömrəli məktubda qeyd edilmişdir ki, “Marqolin” markalı, 5,6 kalibrli, 1960-cı ildə istehsal edilmiş ЛН-696 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silah, döyüş sursatı və onun komplekt hissələrinin, həmçinin narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-nə ünvanlanmış 16.06.2020-ci il tarixli ***-*******0 nömrəli tapşırığa cavab olaraq verilmiş 27.07.2020-ci il tarixli 007-7676-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahın, narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 0500-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əvvəli 13 mart 2020-ci il tarixdən hesab edilməklə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təhdid olunması və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Tələbnamə və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 09.12.2014-cü il tarixli qərarı ilə əməli CM-in 221.2.1-c maddəsinə tövsif edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, protestdə qeyd edilir ki, məhkəmə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin 3 ədəd səliqəli sellofan paketdə qablaşdırılmasını, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olan metamfetamin istifadəçisi olmamasını, buna baxmayaraq həmin maddələri üzərində daşımaqda ifadə olunan hallarını nəzərə almamış, səhv qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törətməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitələrin külli miqdar təşkil edən (2 qram) normanın minimal həddinə yaxın olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər narkotik vasitələrin satışı və qanunsuz saxlanılmasına görə məsuliyyətə cəlb olunmamasını işin hallarına, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun təkzib olunmaz həqiqət kimi qəbul edir. Eyni zamanda cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat tapşırığı vermiş, həmin əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə onun narkotik vasitəni kənar şəxslərə satmasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edərkən səhvə yol verməmişdir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ..hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin məhkəmə kollegiyası və birinci instansiya məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrinin sanksiyasına uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın islah təsiri baxımından qаnuni, əsaslı və ədalətli nəticəyə gəlmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, İlahm Mustafayevə israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya protestinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, apellyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması və onun əməlinin CMin 234.4.3-cü maddəsinə tövsif edilməli olması barədə dəlilləri konkret sübutlarla təsdiq edilməyən fərziyyə və mülahizələrdən ibarətdir ki, bu əsaslarla müstəsna əhəmiyyət daşıyan əməlin tövsifi müəyyən oluna bilməz. Ona görə də apellyasiya protesti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(091)-42/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(091)-42/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-391/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-391/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver