Məhkəmə qərarları › İş №1(107)-392/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-392/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-392/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 10 avqust 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1991-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ucar şəhəri, D.Qorqud yaşayış evində qeydiyyatda olan və Ucar şəhəri, D.Qorqud küçəsi, bina 10, mənzil 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmas, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,84 qram olan qurudulmuş marixuana məhv edilməsi, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd göy rəngli cins şalvar sahibinə qaytarılması, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, hökmün maddi sübutlarla, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamış və üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qeyri-müəyyən miqdarda qurudulmuş marixuana əldə edərək saxlamış, 07 aprel 2021-ci il tarixdə, saat 22 radələrində Ucar şəhəri, Zərdabi küçəsində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldıqdan sonra Ucar Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının qabaq sol yan cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda açıq vəziyyətdə saxladığı və 1 ədəd kibrit qutusunda daşıyaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı, eyni tərkibli ümumi təmiz çəkisi 5,94 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 aprel 2021-ci il tarixdə polis əməkdaşları Ucar şəhəri, Dədə Qorqud küçəsində onu saxlayaraq Ucar Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərinə baxış keçirilsə də qanunsuz heç bir əşya aşkar edilməmişdir, buna baxmayaraq hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolda polis əməkdaşlarının onun cibində narkotik vasitə aşkar edilməsi qeyd edilmişdir. Polis əməkdaşları onu hədələdiklərinə görə bunu bildirməmiş və protokolu imzalamışdır. Ona qarşı Ucar Rayon Polis Şöbəsində qanunsuz hərəkətlərə yol verilmişdir, istintaq dövründə də ona hədə-qorxu gəldiklərinə görə heç kimə bu barədə məlumat verməmişdir. Odur ki, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ucar şəhəri, D.Qorqud yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan raportu əsasında Ucar Rayon Polis Şöbəsinin rəisinin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradılmışdır. 07 aprel 2021-ci il tarixdə, saat 22 radələrində o, qrupun digər üzvləri ilə birlikdə Ucar şəhərində Təqsirləndirilən şəxs yaşadığı məlum ünvana gedərkən Ucar şəhəri, Zərdabi küçəsində sonuncunu görüb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də birlikdə Ucar Rayon Polis Şöbəsinə getməsini və üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirməklə onlarla birlikdə Ucar Rayon Polis Şöbəsinə getmişdir. Ucar Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Bununla yanaşı şəxsi axtarış keçirməzdən əvvəl rayon polis şöbəsinə 2 nəfər hal şahidi qismində dəvət edilmiş və eyni ilə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində rayon polis şöbəsinin növbətçi hissəsində müdafiəçisinin, dəvət edilmiş 2 nəfər hal şahidinin iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzi ilə çəkilmişdir. Həmçinin, narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş sol cibində hissəciklər olduğu üçün həmin şalvar da, yəni Təqsirləndirilən şəxs şalvarı müvafiq qaydada götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs narkotiki haradan əldə etməyini soruşduqda Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik olan marixuanadan istifadə edir, üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu ona məxsusdur, bir neçə ay əvvəl Qazyan kəndi ərazisində yabanı halda rast gəldiyi narkotik tərkibli bitki hissələrindən özü üçün yığıb saxlamış və özü istifadə etmişdir. Narkotik istifadə etməsindən hər hansı şəxsin və ailə üzvlərinin xəbəri olmamışdır. Axtarış davam etdirilsə də qeyd etdiyi 1 ədəd kibrit qutusundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Təqsirləndirilən şəxs başqa narkotikinin olmadığını və başqa hər hansı yerdə narkotik saxlamadığını da eyni ilə bildirmişdir. Bundan sonra aşkar edilmiş bütün predmetlər müvafiq qaydada qablaşdırılmış, Ucar Rayon Polis Şöbəsinin 71 saylı zərflər üçün möhürü ilə möhürlənmiş, ardınca bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış və protokol bütün iştirakçılar və özü tərəfindən imzalanmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə icazə istəmişlər və Təqsirləndirilən şəxs buna etiraz etməyərək eyni məzmunlu ərizə ilə Ucar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan sonra eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək məlum ünvana baxış keçirilmişdir. Baxışdan əvvəl Təqsirləndirilən şəxs və hal şahidlərinə bir daha hüquq və vəzifələri izah edilmişdir. Eyni tərkibdə məlum ünvana keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra məlum ünvana baxış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış, həmin protokola bütün iştirakçılar və özü imza etmişdir. Əlavə olarq bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş X7 və X8 eyni məzmunlu ifаdə verərək şahid qismində dindirilmiş Ələddin Əliyevin göstərdiyi xüsusаtlаrı bir dаhа təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 07 aprel 2021-ci il tarixdə, saat 22 radələrində Ucar Rayon Polis Şöbəsinin qarşısından keçərkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşaraq şöbənin inzibati binasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Ucar şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini və adı çəkilən şəxsin yaşadığı ünvana baxış keçiriləcəyini, buna görə də onun hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, polis əməkdaşlarının bu təklifi ilə razılaşdıqdan sonra Ucar Rayon Polis Şöbəsinə getmişdir. Onunla yanaşı digər bir şəxs də hal şahidi qismində iştirak etmək üçün polis şöbəsinə dəvət edilmişdir. Eləcə də axtarış zamanı iştirak etmək üçün Təqsirləndirilən şəxs vəkillərin siyahısından seçdiyi müdafiəçi də dəvət edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs, eləcə də ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra polis əməkdaşları, onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd kibrit qutusunda olmaqla narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilmiş, amma çəkisi yadında qalmamışdır. Həmçinin, kütlə aşkar edilmiş sol yan cibdə hissəciklər aşkar edildiyi üçün şalvar da müvafiq qaydada götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, təxminən bir il olar ki, narkotik vasitədən istifadə edir, üzərindən aşkar edilmiş kütlə özünə məxsusdur, həmin kütlə marixuanadır, ondan istifadə etmiş, hazırda aşkar edilən kütləni də istifadə etmək fikri olmuş, lakin tutulduğu üçün bunu edə bilməmişdir. Axtarış zamanı başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra axtarışda əhəmiyyət kəsb edən predmetlər-kütlə və 1 ədəd şalvar müvafiq qaydada qablaşdırılmış və axtarış yekunlaşdırılaraq müvafiq qaydada protokol tərtib edilmişdir. Bütün iştirakçılar, o cümlədən özü tərəfindən protokol imzalanmışdır. Daha sonra isə o və digər iştirakçılar tərəfindən Təqsirləndirilən şəxs Ucar şəhərindəki yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məlum baxışdan əvvəl Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı ünvana baxışın keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Baxış zamanı məlum ünvandan hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Keçirilmiş şəxsi axtarış və baxış zamanı hər hansı qanun pozuntusu aşkar etməmişdir. Cinayət işində olan materialların məhkəmə ekspertizasının 08 aprel 2021-ci il tаrixli, 17/256 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynində olan cins şalvarın qabaq sol yan cibindən...götürülmüş.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-5,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar.....” sözləri yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş, təmiz çəkisi-0,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd göy rəngli cins şalvarın sol yan cibində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 725 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar rayon mənzil istismar təmir istehsalat sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmamasını, verilmiş ittiham üzrə özünü təqsirli bilməyə məcbur edilməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan (i.v 60-62, 75- 78) şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, …sonuncu dəfə 07 aprel 2021-ci il tarixdə saat 22 radələrində yaşadığım ünvandan çıxarkən saxladığım marixuanadan qalanını 1 ədəd kibrit qutusuna doldurub əynimdə olan göy rəngli cins şalvarımın qabaq cinsinə qoydum… Bundan başqa o verimiş suallara cavab olaraq təxminən 1 ildir ki narkotik marixuana qəbul etdiyini, aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, bioloji ekspertizanın rəyi ilə razılaşdığını, narkotiki tapdıqda istifadə etdiyini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı i sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi qeyd etmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli, 1(063)-34/2015 nömrəli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 7(001)-420/2016 nömrəli qərarı ilə Ucar Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmünün qanunvericilyə uyğunlaşdırılması, Təqsirləndirilən şəxs törətmiş olduğu 60 manat, 60 manat, 35 manat və 60 manat məbləğində əmlakı oğurlamasına görə irəli sürülümüş ittihamlar cinayət məsuliyyəti yaratmadığında həmin epizodların hökmdən xaric edilməsi, Təqsirləndirilən şəxs barəsində verilmiş ittihamın həcmi azaldığı üçün ona təyin edilmiş cəzanın 3 ay müddətinə azaldılaraq üzərində 4 il 3 ay azadlıqdan məhrumetmə cəzasının saxlanılması və Ucar Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmü qalan hissəsində qanunvericiliyə uyğun hesab edilməsi qərara alınmışdır. Tələbnamdə Təqsirləndirilən şəxs 27 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edildiyi göstərilmişdir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi bir ildən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına, həmin məhkumluq ilə bağlı qanunvericilikdə məhkumun islah edilməsi məqsədi ilə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə baxmayaraq yenidən cinayət əməli törətmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadllqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təqsirli bilindiyi maddə üzrə barəsində bəraət hökmünün çıxarılmasına əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar