Məhkəmə qərarları › İş №1(107)-394/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-394/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-394/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X15, müdafiəçi-Gəncə 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X24 (sədrlik edən), X20 və X9 ibarət tərkibdə) 01 sentyabr 2021-ci il tarixli hökmü ilə, 20 avqust 1995-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zaqatala rayonunun Əliabad qəsəbəsində qeydiyyatda olan və tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 noyabr 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olub Zaqatala Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı götürülmüş 01 ədəd taxta parçası məhv edilsin, həmçinin zərərçəkmiş mərhum Şaban Xəlilova məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd göy rəngdə cins şalvar onun ailə üzvlərinə qaytarılsın, qəbul etməkdən imtina olunduqda isə məhv edilməsi, Əliabad qəsəbəsində yerləşən həmin qəsəbə sakini X16 məxsus marketin içində quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülərin köçürülərək götürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci bir yüz səksən beş manat qırx altı qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 22 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində Zaqatala rayonunun Əliabad qəsəbə sakini, dostu Şahid1 ilə birlikdə gecələmək məqsədi ilə sonuncunun həmin qəsəbədə yerləşən evinə gəlmiş, evə girmək istəyərkən həyətdən səs gəldiyini eşidib Şahid1la birlikdə həmin yerə getmiş, orada sərxoş vəziyyətdə Əliabad qəsəbə sakini X13 görüb, ondan gecə vaxtı Şahid1 məxsus həyətə hansı məqsədlə gəldiyini soruşmuş, Şaban Xəlilov həyətə haradan və nə məqsədlə gəldiyini izah edə bilmədikdə, onu yerə yıxaraq boğaz nahiyəsindən tutub üz nahiyyəsinə əli ilə sillə vurub doğru danışmasını tələb etmiş, Şaban Xəlilov ayağa qalxdıqdan sonra xilas olmaq məqsədi ilə qaçıb həyətdə olan tövləyə girmiş, tövlədə olan beli götürüb çölə çıxaraq onların ünvanına nalayiq ifadələr işlətmiş, söyüşlərə görə Şaban Xəlilovdan qisas almaq məqsədilə tövlənin divarına söykənmiş 129 sm uzunluğunda, 6 sm enində və 4 sm qalınlığında olan ağac parçasını əlinə götürüb tövlənin girişi istiqamətinə gedərək yaxın məsafədən Şaban Xəlilovun baş nahiyəsinə qəsdən zərbə endirərək ona ümumilikdə başbeyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpəgicgah nahiyəsinin yumşaq toxumlarına qansızma ilə müşayiət olunmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən burunun, sol alın-təpə-gicgah nahiyəsinin sıyrığı, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı xəsarətləri yetirmiş, həmin xəsarətlərdən başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasının qişaları altına qansızma, kəllə tağı sümüklərinin sınığı, beyinin və beyin kötüyünün ödemi səbəbindən 26 oktyabr 2019-cu il tarixdə, saat 11:45-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümü ilə nəticələnməklə qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X10 ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X25 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X23 və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə Şahid1 həyətində bünövrə tökmüşlər. Günorta saatlarında işləri yekunlaşandan sonra axşam kafeyə getmiş və gecə saat 2-3 radələrində Mövlüdgilə qayıtmışlar. Bu zaman onlar həyətdən səs eşitmişlər. Mövlüdün həyəti qonşunun həyətindən arakəsmə ilə ayrılır. Mövlüd həyətə baxanda orada Şabanın olduğunu görmüşdür. Şabana yaxınlaşmış və Şaban onlara Şahid3gilin həyətini göstərib oradan gəldiyini demişdir. Sonra Şahid3 səsləmişlər, ancaq Şahid3 eşitməmişdir. Daha sonra Mövlüd Şahid3 telefonuna zəng edərək onu həyətə çağırmışdır. Şahid3 gələndə Şaban Şahid3 həyətində olmadığını, Mövlüdün həyətinə qapıdan keçdiyini demiş və onlarla aqressiv danışmağa başlamışdır. Həmin vaxt o, Şabanı itələmiş, Şabana bir dəfə sillə vurmuş və Şaban yerə yıxılmışdır. Şahid3 onlara Şabanı evə aparmalarını və onun içəndə belə hərəkətlər etdiyini demişdir. Şabanı qaldırıb evə aparmaq istəyəndə o, Mövlüdün əlindən çıxıb tövləyə tərəf qaçmış və Şaban tövlədən kürək götürüb onlara tərəf gələn vaxt qaçıb gizlənmişlər. Bir neçə dəqiqədən sonra o, həyətdə kiminsə gəzdiyini görmüş və həyətə baxanda onun Mövlüd olduğunu görmüşdür. Mövlüddən Şahid3 soruşanda, Şahid3 evinə getdiyini, Şabanın isə tövlədə olduğunu demişdir. O, tövlənin yanında olan taxtanı götürüb Şabanı çağırmış, Şaban əlində kürəklə nalayiq ifadələr işlədərək tövlədən çıxmış və onun üstünə tərəf gələn vaxt o, əlində olan taxtanı Şabana tərəf atmışdır. Taxta Şabana dəyəndən sonra Şaban yerə yıxılmışdır. Həmin vaxt Mövlüdlə birlikdə arakəsmədən keçib Şabanı yerdən qaldırmış və qapıdan yola çıxartmış, sonra isə su ilə Şabanın əl-üzünü yumuşlar. Yolda qonşu Raufla qarşılaşmışlar və onunla birlikdə Şabanı evinə aparmaq istəyərkən bir neçə dəfə Şaban yolda yıxılmışdır. Şaban qonşu Maarifgilin qapısının qabağında yıxılan zaman səsə Maarif qapıya çıxmışdır. Maarif Şabanı görüb tanımış və onun spirtli içki qəbul edəndə həyətlərə girdiyini demişdir. Rauf Şaban barədə şikayət edəcəyini bildirən zaman Maarif şikayət etməmələrini, içəndə Şabanın belə hərəkətlər etdiyini bildirmişdir. Söhbət edən vaxt Şaban özü qalxıb, evinə getmişdir. Mövlüd Maarifə demişdir ki, “sabah Şaban ayılanda ona bildirsin ki, gecə bizim həyətə girib, gəlib məni görsün”. O və Mövlüd birlikdə evə qayıtmışlar. O, səhər işə getmiş, bundan sonra Mövlüd ona Şabanın başından xəsarət aldığını, Bakıya aparıldığını və orada öldüyünü demişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 məhkəmə istintaqı zamanı ifadə verərək göstərmişdir ki, hadisə olan gün gecə Şaban qapını çırpıb, evə daxil olmuşdur. Həmin vaxt o və qayınanası yatmamış, Şaban toya getdiyi üçün onun evə gəlməsini gözləmişlər. Şaban axsıyan formada pilləkənə tərəf gəlmiş ancaq yuxarı qalxa bilməmişdir. Şabana pilləkənlərdən qalxmasına kömək etmişdir. Şabanın köynəyi əlində olmuş, şalvarı isə toztorpaq olmuşdur. Zorla Şabanı çarpayıya tərəf aparmışdır. Şaban həmin vaxt buz kimi soyuq olmuş, üşümüş və yata bilməmişdir. Narahat halda tez-tez yerindən qalxmışdır. Şabanın başı ağrımış və birdən qusmağa başlamışdır. 3-4 dəfə qusmuşdur. O da hər tərəfi təmizləmişdir. Səhər Şabana şirin çay vermiş, ancaq Şaban çayı içə bilməmişdir. Şabanın sərxoş olduğunu düşünmüşdür. Şaban səhər saat 10-dan sonra yatmışdır. Şabanı çağırdığı vaxt gözlərini açıb baxmış, yenidən yatmışdır. Həmin gün gecə olmuş, səhər həkim çağırmışlar. Şabana baxan həkim onlara Şabanı təcili X31 Xəstəxanasına aparmalarını bildirmiş və təcili tibbi yardım maşını ilə Şabanı xəstəxanaya aparmışlar. Orada onu müayinə etmişlər. MRT müayinəsindən sonra həkim Şabanı təcili Bakı şəhərində yerləşən “Neyro Cərrahiyyə” xəstəxanasına aparmalarını bildirmişdir. Təcili Bakıya çıxmalı olduqlarına görə o, həmin vaxt orada heç bir izahat yazmamış və qol da çəkməmişdir. Onları Bakıda həkim gözləmiş, əvvəlcədən həkimə məlumat vermişlər. Bakıda Şabanı əməliyyat etmişlər. Səhərə yaxın əməliyyat qurtarmışdır. Həkim əməliyyatdan çıxıb, Şabanın komada olduğunu, gözləmək lazım olduğunu, komadan ayılandan sonra bir söz deyə biləcəyini bildirmişdir. Şaban isə komadan ayılmamış və 26 oktyabr 2019-cu ildə vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır, ona qanunauyğun cəza verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə oğlu Şaban toya çağırılmış və həmin gün evdə olmuşdur. Saat 17 radələrində Şaban toya getmək istədiyini demiş, gəlin də həmin vaxt onunla birlikdə toya getmək istədiyini bildirmiş, lakin Şaban onun hazırlaşmağının gec olacağını və toyun başlamağına 15 dəqiqə qaldığını bildirmişdir. Şaban ondan toy üçün pul və pulu qoymaq üçün zərf istəmişdir. O, Şabana 20 manat pulu olduğunu və həmin pulu nə etdiyini soruşanda, Şaban ona həmin pulun 10 manatının özündə qaldığını bildirmişdir. O, Şabana bir ədəd 20 manatlıq bir ədəd 5 manatlıq formasında 25 manat pul vermiş və Şabanın özündə olan 10 manatın da, 5 manatını 25 manatın üzərinə qoyub toya 30 manat yazdırmasını, 5 manat isə yol pulu saxlamağını demişdir. Şaban pulu götürüb getmiş, gecə saat 3 radələrində Şabanın darvazanı çırpıb həyətə girdiyini görmüş və Şabanın qabağına çıxmışdır. Şaban gəlib pilləkənlərlə yuxarı qalxmaq istəmiş, ancaq qalxa bilməmişdir. Şabanın arvadı həmin vaxt gəlmiş, Şabanın qoluna girmiş və onu yuxarı qaldırmışdır. Şaban sərxoş olduğu vaxtlarda söyən olmuş, çox danışan olmuş, amma həmin gün səsini belə çıxarmamışdır. Yoldaşı ona Şabanın yanına qalxmağa icazə verməmişdir. Səhər açılmış, gəlini Şabanın gecə 2-3 dəfə qusduğunu demişdir. O, Şabanın zəhərləndiyini düşünmüşdür. Həkimin məsləhətinə əsasən aptekdən natrixlor, kokarboksilaza və 4 qram vitamin C götürmüş və Şabana sistem qoşmuşdur. Lakin həmin sistem getmədiyi üçün iynəni Şabanın qolundan çıxarmışdır. Həmin vaxt qonşu Maarif gəlmiş, Şabanı soruşmuş və ona Şabanın yatdığını demişdir. Maarif Şabana baxmış, onun yıxılana oxşamadığını və axşam Şabanı oğlanların gətirdiyini, həmin oğlanların onu döydüyünü demişdir. Oğlanların kim olduğunu soruşduğu zaman, Maarif ona Rüstəm və Mövlüd olduğunu demişdir. İki gün Mövlüdü axtarmış, ancaq onu evdə tapa bilməmiş və Havvagilə getmişdir. Havva ilə danışmış və Mövlüdü çağırmasını bildirmişdir. Lakin Mövlüd ora gəlməmişdir. Bundan sonra evə qayıtmışdır. Həkim gəlmiş, Şabana baxandan sonra onu nervi həkiminə göstərmək lazım olduğunu bildirmişdir. Təcili yardım maşını ilə Şabanı Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Orada Şabana baxan həkim onun döyüldüyünü və təcili Şabanı Bakıya aparmaq lazım olduğunu demişdir. Həmin gün yenə Mövlüdgilə getmiş, lakin Mövlüdü tapa bilmədiyi üçün Havvaya demişdir ki, Mövlüdə desin ki, “Kəbirət xala deyir ki, mənim yanıma gəlsin”. Axşam Mövlüd bir oğlanla onlara gəlmiş və Mövlüd həyətdə oturmuşdur. O, Mövlüddən nə baş verdiyini, nəyə görə Şabanı bu hala saldıqlarını soruşmuşdur. Bundan sonra Mövlüd ona gecə saat 12-də evə gələndə Şabanı onun həyətində gördüyünü, həmin vaxt Rüstəmə də telefonla zəng edərək, Rüstəmi də evə çağırdığını demişdir. Rüstəm gələndən sonra Şahid3 də çağırdığını bildirmişdir. Mövlüd ona sözlərinin qarşılığında ancaq “mən vurmamışam” demişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin həyətinə daxil olmuşlar. Evə çatmağa 50 metr qalmış qonşular tərəfdən itin hürmə səsini eştmişlər. Rüstəm tövlə tərəfdə kiminsə olduğunu demiş, tövlə tərəfə yaxınlaşıb qapını açmış və orada bir nəfərin dayandığını görmüşdür. Həmin şəxsin Şaban olduğunu bilmişdir. Şabandan orada nə etdiyini soruşan zaman, Şaban ona bilmədiyini demişdir. Həmin vaxt Rüstəm onun yanında olmuşdur. Şaban söyüş söyəndən sonra Rüstəm ona bir sillə vurmuş və Şabandan nə etdiyini, haradan gəldiyini soruşmuşdur. Şaban Şahid3gildən gəldiyini demişdir. O da telefonla zəng edərək Şahid3 çağırmış və Şahid3 gəlmişdir. Şahid3 gələndən sonra Şabandan haradan gəldiyini soruşmuş, Şaban Şahid3 onlar tərəfdən deyil, bu biri tərəfdən gəldiyini demişdir. Orada dayanıb söhbət edən zaman, birdən Şaban qaçıb dəmir şiferdən olan hasardan keçmək istəmiş, ancaq keçə bilməyib yıxılmış, sonra qaçıb tövlənin qabağında dəmir arakəsməyə dəyib yerə yıxılmış və qalxıb tullanan zaman kənarda olan tirlərin üstünə yıxılmışdır. O, yenidən qalxıb tövləyə girmişdir. Şaban birdən əlində olan kürəklə tövlədən çıxmış, Rüstəmə tərəf gedərək ona söymüşdür. Həmin vaxt o və Rüstəm hərəsi ayrı istiqamətə doğru qaçmışlar, Şahid3 isə öz evlərinə getmişdir. Bundan sonra Rüstəm əlinə taxta götürüb Şabana tərəf atmış, Şaban zərbənin təsirindən yerə yıxılmışdır. O, həmin vaxt kürəyi götürüb kənara qoymuşdur. Daha sonra Şabanı Rüstəmlə evinə aparmışlar. Şabanı apararkən yolda həmkəndliləri Rauf və Maariflə qarşılaşmış, onlara da Şabanın həyətlərinə girdiyini və onu öz evinə apardıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gecə saat 2-3 radələrində mobil telefonuna zəng gəlmiş və zəng edənin Mövlüd olduğunu bilmişdir. Mövlüd ona “sizin həyətdən kimsə keçəndə tutmuşam” demişdir. Mövlüddən kim olduğunu soruşmuş, ancaq Mövlüd ona gələndə görəcəyini demişdir. O şifer arakəsmənin yanına getmiş, Mövlüddən kim olduğunu soruşmuş, ancaq Mövlüd yenə də ona heç nə deməmişdir. O, Mövlüdgilin yanına getmiş və həmin şəxsin Şaban olduğunu bilmişdir. Şabandan onların həyətində olub-olmadığını soruşan zaman Şaban onlar tərəfdən keçmədiyini, Mövlüdə məxsus fındıq bağı tərəfdən gəldiyini demişdir. Həmin vaxt Rüstəm Şabana doğru danışmağını bildirmiş və onun üstünə tərəf getmişdir. Şaban isə yalan danışmadığını demişdir. Rüstəm iki-üç dəfə Şabanı yerə yıxmış, sonra Şabanın boğazından “səni boğaram” deyib yapışmış, Şaban yenə də “mən düzünü deyirəm, onların həyətindən keçməmişəm, mən bu tərəfdən gəlmişəm” demişdir. O, Rüstəm və Mövlüdə Şabanın sərxoş olduğunu, onu buraxmalarını bildirmişdir. Həmin vaxt Rüstəm və Mövlüd Şabanın qolundan tutub yola tərəf aparmaq istəyəndə Şaban bunların əlindən çıxıb qaçaraq tövləyə girmişdir. Daha sonra Rüstəmlə Mövlüd tövləyə girmişlər. Onlar tövləyə girəndə Şaban əlində təxminən 1-1,5 metr olçüsü olan odun basdırmanı götürüb Mövlüd və Rüstəmin üstünə tərəf getmiş, həmin vaxt Mövlud dəmir arakəsmənin üstündən tullanmış, Rüstəm isə tövlənin çölə çıxan qapısından çıxıb, həyətə tərəf qaçanda Şaban ona tərəf qaçmışdır. Həmin vaxt anası çağırdığı üçün o getmişdir. O, tövləylə Mövlüdgilin çöl qapısının arasında olan hasarın üstündən tullanmış və yoldaşını qapını açması üçün çağırmışdır. Yoldaşı qapını açdıqdan sonra evə girmişdir. Anasının vəziyyətinin pis olduğunu, titrədiyini görmüşdür. Anasını içəri aparandan sonra çölə çıxmış və yoldaşından təzyiq ölçən aparatın harada olmasını soruşmuşdur. Həmin vaxt Rüstəmin Şabana əlindəkini yerə atmasını dediyini eşitmiş və Şabanın da Mövlüdlə Rüstəmin arasında dayandığını görmüşdür. Şaban əlindəkini yerə atmamışdır. Həmin anda Rüstəm əlində olan odun basdırmasını Şaban tərəfə atmış, Şabana arxa tərəfdən dəymiş və Şaban çöməlmişdir. X26 qollarına girib, Şabanı qaldırmış və tövlənin yanında olan çöl tərəfə açılan qapının yanına gətirmişlər. Ondan sonra isə görmək mümkün olmadığına görə Şabanı necə apardıqları barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, gecə saat 01 radələrində Mövlud yoldaşı Şahid3 telefonuna zəng etmiş, Şahid3 telefonu açmışdır. Həmin vaxt Mövlud Şahid3 oğru tutduğunu və onun da gəlməsini demişdir. Şahid3 əvvəl getmək istəməmiş, sonra çıxıb getmişdir. O da pəncərədən baxmış, onların danışdıqlarını görmüşdür. Sonra qayınanasına Şahid3 çağırmasını demiş və qayınanası Şahid3 çağırmışdır. Şahid3 hasarın üstündən küçəyə atılıb, qapını açmaq üçün onu çağırmışdır. O, darvazanı açandan sonra Şahid3 həyətə girmişdir. Sonra Şahid3 ilə birlikdə eyvandan baxanda Rüstəmin əlində olan odun parçasını Şabanın üstünə atdığını görmüşdür. Şaban həmin vaxt yıxılmamış, oturan kimi olmuşdur. Sonra o və Şahid3 evə girmişlər, qayınanasının vəziyyəti pis olduğu üçün yoldaşı qayınanasının təzyiqini ölçmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində Şaban ölən günün 3-cü günü kəndə gəldiyini, kəndə gələn zaman Şabanın artıq dəfn olunduğunu, hadisə barədə sonradan bildiyini, Şahid3 ilə mübahisə etmədiyini, prokurorluq əməkdaşları onların həyətinə gələn zaman Şahid3 olan hadisəni düzgün danışmasını dediyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə olan gün o yatmış, gəlini onu çağıraraq qonşuları Mövlüdun Şahid3 çağırdığını, nəsə söhbət etdiklərini demişdir. O da gec saatlar olduğundan qorxub, Şahid3 evə çağırmışdır. Mövlüdgilin həyətində guya oğru tutduqlarını, ona görə Şahid3 də çağırdıqlarını bilmişdir. O, Şahid3 evə çağırandan sonra Şahid3 evə gəlmişdir. O, narahat olduğundan Şahid3 onun təzyiqini ölçmüş, dərmanlarını vermiş, bundan sonra o, yenidən yerində uzanmışdır. Hadisəni görməmiş, bu barədə sonradan eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Rüstəm hadisə olan günü işdən gəlmiş, Mövlüdun yanına getmişdir. Hadisə barədə Rüstəm tutulandan sonra ona məlum olmuşdur. X27 söyüş söyüb, üstünə gəldiyi, Rüstəmin də özünü qorumaqdan ötrü taxta parçasını atdığını bilmişdir. Bundan sonra Şabanı yola çıxardıb, evlərinə apararkən yolda Maarifgilin qapısında səs-haray salmış, səsə Maarif yola çıxmış, ondan sonra mərhumun özü sərbəst evinə getmiş, Mövlüdlə Rüstəm də Şaban evə girdikdən sonra geri qayıtmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə olan günü Şabanla bir yerdə toyda olmuşlar. O, toydan tez çıxmışdır. Bundan sonra Şabanın içkili olduğunu, vəziyyətinin yaxşı olmadığını eşitmiş, Şabanı görmək üçün onlara getmişdir. Şabanın vəziyyəti yaxşı olmadığından onu Bakı şəhərinə aparmışlar. Şahid7 ona verilən sualları cavablandırarkən bildirmişdir ki, təcili tibbi yardım maşını ilə Şabanı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmışlar, xəstəxanada tomoqrafiya müayinəsindən sonra Şabanın başına zərbə vurulduğu deyilmişdir. Hadisə olan günü Mövlüd və Rüstəmin Şabanı evə gətirdiklərini, ondan sonra mərhumun evdə heç nə danışmadığını, Şabana xəsarəti Rüstəmin yetirdiyini eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, həmin gün kafedə olmuşlar, Rüstəmlə spirtli içki qəbul etmişlər. Sonra kafedən çıxıb mağazadan pivə alıb içmişlər. Daha sonra o, evə getmişdir. Hadisədən xəbəri olmamış, istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, gecə vaxtı evdə yatarkən yolda səs olduğunu bilib, evdən çıxmış və qapılarının ağzında Rüstəm, Mövlüd və Raufun olduğunu görmüşdür. Onlardan onun qapısının qabağında niyə dayandıqlarını soruşmuş və onların üçü də qonşusu Şabanı gətirdiklərini bildirmişlər. O qapıdan təxminən 10-15 metr məsafədə telefon dirəyinin yanına fanar salmış və Şabanın orada çöməlib oturduğunu görmüşdür. Həmin vaxt Şabanın üstündə, yəni şalvardan yuxarı heç nə olmamış, paltarsız olmuşdur. O, fanarı Şabana saldıqda Şaban ayağa qalxmış və çönüb getmişdir. Məhkəmə istintaqı zamanı dindirilməsi mümkün olmayan Şahid9 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində atası Şahid8la oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, 22 oktyabr 2019cu il tarixdə, saat 03:00-da yaşadığı evin darvazasının arxasından möhkəm səs gəldiyini eşitmişdir. Sanki, qonşulardan kimsə darvazanı möhkəm zərbə ilə bağlamışdır. Darvazanın arxasından kimlərinsə bir-biri ilə söhbət etdiyini eşitmiş və dərhal yerindən durub çölə çıxmış, çölə çıxan zaman darvazanın qarşısında atası Maarifi 3 nəfər şəxslə söhbət edən görmüşdür. Həmin şəxslərin hər üçünü tanımışdır. Onlar həmkəndliləri Mövlud, Rüstəm və Rauf olmuşlar. Mövlüddən gecə vaxtı burda nə etdiyini soruşmuş, Mövlüd ona qonşusu Şabanı gətirdiyini, Şabanın onun həyətinə girdiyini, onun və Rüstəmin ünvanına nalayiq söyüşlər söydüyünü söyləmişdir. Lakin həmin vaxt Şaban orada olmamışdır. X37 evinə getdiyini söyləmişdir. Bundan sonra isə Mövlüd, Rüstəm və Rauf arxaya qayıdaraq evə getmişlər. 22 oktyabr 2019-cu il tarixdə, səhər saat 09 radələrində darvazadan çölə çıxan zaman təxminən 5 metr kənarda ayaqqabı tayı görmüş, ayaqqabı tayı səhv etmirsə, şabalıdı rəngdə və klassik ayaqqabı olmuşdur. Ayaqqabı tozla bulaşıqlı olmuş, zənn etmişdir ki, bu ayaqqabı Şabanındır. Buna görə də ayaqqabını götürüb Şabangilə getmiş, həmin vaxt Şabangilin həyətində arvadı Leylanı görüb ayaqqabı tayının Şabana məxsus olub-olmamasını soruşmuş və Leyla Şabanın ayaqqabısının tayı olduğunu söyləmişdir. Şabanın harada olduğunu soruşduqda, Leyla Şabanın yatdığını demiş, Leylaya Şabanı axşam Mövlud, Rüstəm və Raufun gətirdiyini, Şabanın Mövludgilin həyətinə girdiyini, Mövlüdün və Rüstəmin ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Leyla ondan Şabanın onların həyətinə necə girdiyini soruşmuş, o, bu barədə dəqiq bir şey bilmədiyini demişdir. Bundan sonra isə onların həyətindən çıxıb çayxanaya getmişdir. Mövlüd həqiqətən də, söhbət zamanı Şabanın onu və Rüstəmi nalayiq söyüşlə söydüyünü demişdir. Ola bilsin ki, atası Maarif bunu eşitməyib və ya digər 2 şəxslə söhbət edən zaman Mövlüdun dediyini eşitməmiş və ya ola bilər ki, fikri tamam başqa bir yerdə olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında dindirilməsi mümkün olmayan Şahid2 Fatuddin oğlunun ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O həmin ifadədə Təqsirləndirilən şəxs və Şahid1la oxşar məzmunlu ifadə verməklə yanaşı, əlavə olaraq göstərmişdir ki, X32 və Mövlüdlə birlikdə evə aparan zaman ona hər hansı bir xəsarət yetirməmiş, Şaban Xəlilovun hansı qaydada və necə xəsarət almasını həmin vaxt bilməmişdir. Mövlüd və Rüstəm ona yalnız Şabanın Mövlüdün həyətinə girdiyini və buna görə də onu tutub evlərinə apardıqlarını demişlər. Tədqiq edilmiş sübutlarla yanaşı, cinayət işinin istintaqı zamanı 31 oktyabr 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərək tərtib edilmiş protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən Şahid1 yaşadığı həyətdir. Həmin ev Əliabad qəsəbəsi, Musaxan Musaxanov küçəsində yerləşir. Həyətə 3 yerdən giriş vardır. 1-ci və 2-ci giriş Musaxan Musaxanov küçəsindən, 3-cü giriş isə “Mədrəsə yolu” adlanan küçədəndir. Musaxan Musaxanov küçəsində sol tərəfdə olan 1-ci giriş 2,87 x 1,80 m ölçülərdə olan 2 tağlı dəmir darvazadan, 2-ci giriş isə həmin darvazanın sağ tərəfindən 7,90 m məsafədə, eni 5,25 m, hündürlüyü 2 m olan 3 tağlı dəmir qapıdandır. Sol tərəfdəki qapıdan içəri girdikdə həyətdə müxtəlif meyvə ağacları müşahidə olunur. 1-ci giriş darvazasından 15 m irəlidə 2 mərtəbəli yaşayış evi görünür. Yaşayış evinin başlanğıcından 12,80 m irəlidə 2,40 m hündürlüyündə, 5,75 m enində və 9,70 m uzunluğunda üzəri andulin materialı olə örtülmüş altıaçıq vardır. Altıaçığın altında beton döşəmədə müxtəlif açarlar, tikinti materialları, avtomaşın hissələri və s. müşahidə olunur. 1-ci giriş darvazasından başlayaraq sağ tərəfdə zeşt materialdan olan arakəsmə boyu irəlilədikcə 26,80 metrdən sonra 2 m hündürlüyündə, 0,83 m enində kiçik qapı görünür. Qapının üz hissəsi zeşt materialındandır. Həmin qapıdan içəri daxil olduqda 17,50 m enində, 32,63 m uzunluğunda həyətyanı sahə müşahidə olunur. Hadisə yerinə baxışda iştirak edən Mövlud Məmmədovun deməsinə görə, həmin sahə də onların həyətyanı sahəsidir. Həyətyanı sahədə bir xətt üzrə girişdən 5 m irəlidə müxtəlif hündürlüklərdə 3 ədəd nar ağacı, həmçinin eyni xətt üzrə 1 ədəd gavalı ağacı görünür. Həmin girişdən 5 m sol tərəfdə 3,44 x 1,50 m ölçülərdə dəmir materialdan olan şahmat formasında qapı vardır. Həmin qapı sol tərəfdən 2 ədəd petli ilə dəmir dirəyə qaynaq edilmişdir. Sağ tərəfi isə orta hissədən yumşaq (yanmış) məftillə dəmir dirəyə bağlanmışdır. Həyətə sağ tərəfdə olan 2ci girişdən 1,05 m sağ tərəfdə 9,70 x 5,75 m ölçülərdə, üst hissəsi çardaq formasında olan və quru ot yığılması üçün nəzərdə tutlmuş tövlə müşahidə olunur. Tövlənin bir hissəsi çay daşından tikilmişdir. Digər hissəsi isə taxta materialdan çəpərlənərək üzəri örtülmüşdür. Tövlənin sağ qurtaracağından başlayaraq qonşu N.Babəkoğlunun həyəti ilə sərhəddə asbest materialından 32,63 metr uzunluğunda şifer arakəsmə vardır. Tövlənin qarşısı 1,25 m hündürlüyündə, 5 m enində, 8 m uzunluğunda dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Tövləyə girmək üçün, ilkin olaraq 1,25 x 1,25 m ölçülərdə dəmir barmaqlıq formasında giriş qapısı vardır. Tövlənin qarşısındakı dəmir barmaqlığın iç və çöl tərəfində topa formasında gicitkən kolları görünür. Tövlənin qarşısındakı çəpərlənmiş sahənin çöl tərəfində böyük ölçüdə, topa halında qurumuş mal peyini görünür. Yaşayış evinin sağ qurtaracağı ilə altıaçığın sol divarı arasında olan sahədə 2x0,83 m ölçüdə qapı müşahidə olunur və həmin qapının üzü zeşt materialı ilə bağlanmışdır. Həmin qapıdan keçdikdə sol, qarşı və sağ tərəfdə çoxlu sayda fındıq ağacları müşahidə olunur. Qapıdan 70 m yol istiqamətində irəlilədikcə “Mədrəsə yolu” adlanan küçədən Şahid1 yaşadığı həyətin fındıqlıq olan hissəsinə giriş müşahidə olunur. Həmin girişdə 1,50 m hündürlükdə 3,80 m uzunluqda ağac materialından düzəldilmiş şahmat formasında qapı vardır və həmin qapı hər iki tərəfdən aşağı və yuxarı hissələrdən dayaqlara bağlanmışdır. Qeyd olunan qapının yanından “Mədrəsə yolu” adlanan küçə keçir. Qapıdan on metr solda, küçənin əks tərəfində “Əliabad mədrəsəsi” yerləşir. Hadisə yerinə baxışda iştirak edən Şahid1 bildirmişdir ki, 22 oktyabr 2019cu il tarixdə, təqribən saat 02-03 radələrində dostu və həmkəndlisi Təqsirləndirilən şəxsla birlikdə digər tanışları ilə spirtli içki qəbul etdikdən sonra, yaşadığı evə qayıdarkən “Mədrəsə yolu” adlanan tərəfdən həyətlərinə daxil olaraq yaşadığı evin yaxınlığına gəlmiş və həmin vaxt həyətlərinin sağ tərəfində qonşuları olan Şahid3 ilə sərhəddə səs gəldiyini eşitmiş, birlikdə kiçik ölçülü qapıdan həmin əraziyə keçərkən qonşu ilə sərhəddə azbest şiferlərin yanında bir nəfərin arxası ilə onlara tərəf durduğunu görmüş, ona yaxınlaşmış, həmin şəxsin üzünə baxan zaman onun həmkəndlisi Şaban Xəlilov olduğunu görmüşlər. Həmin vaxt Şaban Xəlilovdan buraya nə üçün gəldiyini soruşmuş, Şaban Xəlilov qonşu Şahid3gildən gəldiyini söyləmiş, buna görə də, o, qonşusu Şahid3 zəng edərək öz həyətlərinə çağırmış, Şahid3 gəldikdən sonra, Şaban Xəlilov dediyini danaraq Şahid3gildən gəlmədiyini bildirmişdir. Bundan sonra Şaban Xəlilov dəmir barmaqlıqları olan şahmat şəkilli qapıya tərəf qaçaraq həmin qapıya dəymiş, Təqsirləndirilən şəxs onu ayağa qaldıraraq qapıdan uzaqlaşdırmış, qapıdan uzaqlaşdıqdan sonra Şaban yenidən qonşu Şahid3 ilə sərhədə tərəf qaçaraq şiferlə örtülmüş arakəsmədən qarşı tərəfə keçmək istəmiş, lakin bunu bacarmamış, həmin hasarın dibi ilə irəliləyərək tövlənin qarşısındakı dəmir barmaqlıqlara tərəf getmiş, bu dəfə də həmin barmaqlıqlara dəymiş, lakin yıxılmamış, təkrar həmin barmaqlıqları aşarkən əks tərəfdə yerə yıxılmış, ayağa qalxaraq tövləyə tərəf getmiş, tövlədən lapatkanı götürərək çölə çıxıb onun və Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, çəpərlənmiş sahədən kənara çıxdıqdan sonra, Rüstəm onu arxadan qucaqlayaraq tutmuş, o lapatkanı Şabanın əlindən alaraq yerinə qoymuş və bundan sonra Şaban Xəlilovu evlərinə aparmışlar. Baxış zamanı Şaban Xəlilovun dəmir barmaqlıqları aşaraq tövlənin ərazisinə daxil olduğu yerdə həm çöl, həm də iç hissədən topa halında çəpər boyu hündürlüyü 20 sm-dən 90 sm-dək olan gicitkən kolları nəzərdən keçirilərkən gicitkən kollarında hər hansı qırılma, əzilmə və ya bükülmə, o cümlədən də həmin kolların hər hansı birinin quruması halı aşkar edilmədi. Hadisə yerinə baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya yaxud predmet götürülməmişdir. Cinayət işinin materiallarında olan 31 oktyabr 2019-cu il tarixli kamera görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əliabad qəsəbəsində yerləşən Əliabad qəsəbə sakini X16 məxsus marketin içində quraşdırılmış 1 nömrəli kameranın görüntü dairəsi marketin içərisi ilə, 3 və 4 nömrəli kameraların görüntü dairəsi həmin marketin ön hissəsinin sağ və sol istiqaməti ilə məhdudlaşır. Baxış zamanı 22 oktyabr 2019-cu il tarixdə, saat 00:07-dən 22 oktyabr 2019-cu il tarixdə, saat 00:10-a qədər kamera görüntülərində Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 Fatuddin oğlu və sonuncuların deməsinə görə, adları İbrahim və Ramiz olan 2 şəxsin mağazadan 5 qutu siqaret alaraq mağazanı tərk etmələri müəyyən olundu. Saat 00:14-dən saat 00:17-ə qədər görüntülərdə Şahid2 Fatuddin oğlunun mağazaya tək gələrək 2 ədəd 2 lirtlik plasmas butulkada pivə içkisi, 2 ədəd cipsi və 5-6 ədəd plastik stəkan alaraq mağazanı tərk etməsi müəyyən olundu. Saat 00:37-dən saat 00:40 qədər görüntülərdə Mövlud Məmmədov, Təqsirləndirilən şəxs Şahid2la birlikdə mağazaya gələn, sonuncuların deməsinə görə adları İbrahim və Ramiz olan 2 şəxsdən birinin mağazaya gələrək 2 ədəd 2 litrlik pivə içkisi, 2 ədəd cipsi alaraq mağazanı tərk etməsi müəyyən edildi. Saat 00:46-dan saat 00:47-ə qədər olan görüntülərdə Təqsirləndirilən şəxs mağazaya gələrək bir neçə dənə plastik stəkan alması, satıcı ilə söhbət edib mağazanı tərk etməsi müəyyən edildi. Marketin 1, 3 və 4 nömrəli kameraları səsləri qeydə almadığı üçün görüntülərdə konkret olaraq aparılan danışıqların məzmunları ilə bağlı fikir söyləmək mümkün deyildir. Həmin görüntülərə baxış keçirən zaman yuxarıda göstərilənlərdən başqa istintaq əhəmiyyəti kəsb edə biləcək hər hansı bir hal müəyyən olunmamışdır. Cinayət işi materiallarında olan 01 noyabr 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid3 telefonu işlək vəziyyətdə, qara rəngli, “Samsung Galaxy J2 Prime” markalıdır. Telefonun arxa hissəsində kamera vardır. Telefonun içərisində iki ədəd mobil nömrə yeri vardır. Telefonda Şahid3 məxsus +**********52 saylı mobil nömrə vardır. Telefona daxil olan və çıxan zənglərə baxış keçirilən zaman zənglərin 15 oktyabr 2019-cu il tarixdən 06 noyabr 2019-cu il tarixə qədər olması müəyyən edildi.Baxış zamanı telefona Şahid1 məxsus ***-***-**-** mobil nömrəsindən 22 oktyabr 2019-cu il tarixdə, saat 2:14-də zəng daxil olması, həmin gün saat 3:22-də Şahid3 tərəfindən Şahid1 məxsus ***-***-**-** mobil nömrəsinə cavabsız zəng edilməsi, eyni zamanda saat 3:26-da Şahid3 tərəfindən Şahid1 məxsus ***-***-**-** mobil nömrəsinə zəng edilərək aralarında 1 dəqiqə 47 saniyə telefon danışığının olması müəyyən edildi. Bundan başqa, 24 oktyabr 2019-cu il tarixdə, saat 21:21-də Şahid1 məxsus ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadəsində olan 055421-44-52 saylı mobil nömrəsinə zəng edilməsi aralarında 18 saniyə telefon danışığının baş tutması müəyyən edildi. Həmçinin, baxış zamanı 27 oktyabr 2019-cu il tarixdə, saat 14:26 və 14:28-də Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid1 məxsus ***-***-**-** mobil nömrəsinə zəng edilməsi aralarında müvafiq olaraq 1 dəqiqə 18 saniyə və 21 saniyə telefon danışığının baş tutması müəyyən edildi. Telefona qəbul edilən zənglər və çıxan digər zənglər araşdırma əhəmiyyəti kəsb etmir. Telefonun SMS qovluğuna baxış keçirilən zaman 19 ədəd daxil olan SMS-lər aşkar edildi. Baxış zamanı SMS qovluğunda Şahid1 məxsus ***-***-**-** mobil nömrəsindən ümumilikdə 4 ədəd olmaqla, 24.10.2019-cu il, saat 21:20də və 26.10.2019cu il, saat 13:43-də buraxılmış zənglərlə bağlı SMS bildirişləri aşkar edildi. Digər SMS-lər isə müxtəlif qısa nömrələrdən və araşdırma əhəmiyyəti kəsb etməyən digər nömrələrdən daxil olmuşdur. SMS-lərin məzmunları istintaq əhəmiyyəti kəsb etmir. Baxış zamanı SMS qovluğunda mobil telefondan çıxan hər hansı SMS aşkar edilmədi. Bununla da, baxış başa çatdı, yuxarıda qeyd olunanlardan başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilmədi. Cinayət işinin materiallarında olan 02 noyabr 2019-cu il tarixli taxta parçasına baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs zərərçəkmiş Ş.Xəlilova xəsarət yetirdiyi taxta parçasının uzunluğu 129 sm, eni mərkəz hissədə 6 sm, qalınlığı 4 sm-dir. Taxta parçasının bir üzü hamar, digər üzü kələkötürdür. Həmin hissədə taxta parçası çürüməyə məruz qalmışdır. Taxta parçasının yuxarı və aşağı qurtaracaqlarında əyilmiş mismarlar müşahidə edilir. Taxta parçası üzərində gözlə görünə bilən qanabənzər ləkələr müşahidə edilmir. Şahid1 ifadəsinin yerində yoxlanması zamanı ona məxsus həyətyanı sahədə yerləşən tövlənin küncündən aşkar edilərək götürülmüş ikinci taxta parçasının uzunluğu 127 sm, mərkəz hissədə eni 9 sm, qalınlığı 4 sm təşkil edir. Taxta parçasının bir üzü hamar, digər üzü kələkötürdür. Həmin hissədə taxta parçası çürüməyə məruz qalmışdır. Taxta parçasının yuxarı və aşağı qurtaracaqlarında əyilmiş mismarlar müşahidə edilir. Taxta parçası üzərində gözlə görünə bilən qanabənzər ləkələr müşahidə edilmir. Taxta parçasının üzərində taxtanın sol qurtaracağından 30 sm məsafədə 01 ədəd paltar lifinə bənzər obyekt müşahidə edilir. Həmin paltar lifinə bənzər obyekt müvafiq formada qablaşdırılmaqla götürüldü. Taxta parçasının sağ qurtaracağından 23 sm məsafədə qurumuş ot kütləsi müşahidə edilir. Həmin qurumuş ot kütləsinin üzərində 01 ədəd tükə bənzər obyekt müşahidə edilir. Həmin tükə bənzər obyekt müvafiq formada qablaşdırılmaqla götürüldü. Hər iki taxta parçası ortadan bölünmə hissələri üzrə birləşdirildikdə tamlıq təşkil edir. Bununla da, baxış başa çatdı, yuxarıda qeyd olunanlardan savayı əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris birliyindən daxil olmuş 19.12.2019-cu il tarixli 938/2019- MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, 1.X7 ABO sistemi üzrə qrup göstəricisi - B-alfa /H/ /İİİ/, 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi - A-beta /H/ /İİ/, 3. Şahid1 ABO sistemi üzrə qrup göstəricisi - A-beta /İİ/, 4. Şahid2 Fatuddin oğlunun ABO sistemi üzrə qrup göstəricisi - 0-alfa, beta /İ/ /Sonuncu iki nəfərin şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən Ekspertizaya təqdim edilən mərhum X11 məxsus köynək, şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri tədqiq olunduqda B və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri B-alfa /H/ /İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə X11 məxsus ola bilər. Göstərilən halda ləkələrdə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Fatuddin oğlunun qanlarının olması ABO sistemi ilə inkar olunur. Təqdim olunan hadisə yerindən götürülmüş 02 ədəd taxta parçası üzərində aşkar olunan zəif intensivlikli qan ləkələrindən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün bü qan ləkələrinin növünü təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcə, cins şalvar, köynək, X14 məxsus gödəkcə, qısaqol mayka, cins şalvar, Şahid2 Fatuddin oğluna məxsus gödəkcə, köynək, cins şalvar üzərində qana şübhəli hər hansı ləkə, X14 məxsus bir cüt idman ayaqqabısı və X11 məxsus kəmər üzərində isə qan aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd obyekt heyvan tüküdür, özü düşmüşdür. Cinayət işinin materiallarında olan 27.10.2019-cu il tarixli 85/-MEŞ nömrəli meyitin ekspertizası rəyində göstərilmişdir ki, 1978-ci il təvləllüdlü X7 meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə yazılanlara və əlavə laborator tədqiqatların cavablarına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir X7 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1.Baş beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma; 2.burunun, sol alın-təpə-gicgah nahiyəsinin, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 23.10.2019-cu il tarixdə Zaqatala MRX-ya daxil olmasından bir qədər əvvələ uyğun gəlir və dərəcəsinə görə, baş nahiyəsində olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqələri vardır. Burunun, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir, qarşılıqlı mübarizə zəminində yarana bilərdilər və ölümlə səbəbli əlaqələri yoxdur. Şaban Xəlilovun ölümünün bilavasitə səbəbi başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, qişalarıaltına qansızma, kəllə tağı sümüklərinin sınığı, beynin və beyin kötüyünün ödemi olmuşdur. Ölüm 26.10.2019-cu il tarixdə, saat 11:45-də Neyrocərrahlıq Xəstəxanasında baş vermişdir. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində zəhərləyici maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris birliyindən daxil olmuş 29.01.2020-ci il tarixli 02/-MEŞ nömrəli meyitin ekspertizası rəyində göstərilmişdir ki, 1978-ci il təvəllüdlü X7 meyitinin 85/MEŞ saylı məhkəmə tibbi ekspertizası rəyində yazılanlara və müddi sübutun xüsusatlarına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş əlavə suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.X7 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyalarını və maddi sübutun (iki hissəyə ayrılmış taxta parçalarının) xüsusatlarını nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, baş nahiyəsində qeyd olunan xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiyələrə uyğun yumşaq toxumlara qansızma ekspertizaya təqdim edilmiş (maddi sübut) taxta parçalarının tam vəziyyətində deyil, ayrı-ayrılıqda hər bir hissəsi ilə yetirilən zərbəsi nəticəsində yarana bilərdilər. 2.X7 meyitində aşkar edilmiş digər xəsarətlər - burunun, sol alın, təpə, gicgah nahiyəsinin, sol diz oynağı nahiyəsinin və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının ön səthinin qançırı ekspertizaya təqdim edilmiş iki hissəyə ayrılmış taxta parçalarının hər birinin ayrı-ayrılıqda təsirindən yaranmaları inkar olunmur. 3.X7 baş nahiyəsində qeyd olunan zədə nahiyəsinin anatomik quruluşundan, xəsarətlərin həcminə və xüsusiyyətlərinə təsir edən küt əşyanın kütləsindən və sərtliyindən, zərbə səthinin ölçülərindən, zərbənin gücündən asılı olaraq demək olar ki, baş beyinin sıxılması tədricən baş verdiyinə görə «İşıqlı dövr» adlanan bir dövr olur ki, bu dövrdə zərərçəkən aktiv hərəkətlər etmək iqtidarında olur (yerimək, mübarizəyə qoşulmaq, ağır yükün yerini dəyişmək, qaçmaq, hətta hücum çəkənə ölümcül xəsarət belə yetirə bilmə və s.) bəzən belə hərəkətlərin həcmi daha böyük olur. Belə hərəkətlər bir neçə 10 dəqiqələr, hətta saatlar ərzində baş verə bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris birliyindən daxil olmuş 10.01.2020-ci il tarixli 22/07 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikir söyləməyə meyilli deyildir. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Emosional halından asılı olaraq, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMdən daxil olmuş 21.02.2020-ci il tarixli 2118 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş “X11 məxsus...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın və üzərində “Təqsirləndirilən şəxs...” məxsus yazı qeydləri olan bükülüdən aşkar edilmiş gödəkçənin köynəyin, şalvarın səthində rəyin tətbiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. Üzərində “X11 məxsus...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın və üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin, şalvarın səthində olan zədələr ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Üzərində "Təqsirləndirilən şəxs məxsus..." yazı qeydləri olan bükülüdən aşkar edilmiş gödəkçənin iç səthində olan zədə isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik sökülmə zədəsidir. -Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. -Təqdim edilmiş üzərində "X11 məxsus..." yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin, üzərində "Şahid2 Fatuddin oğluna məxsus..." yazı qeydləri olan bükülüdən aşkar edilmiş gödəkçənin, köynəyin, şalvarın və üzərində "Şahid1 məxsus...” yazı qeydləri olan bükülüdə aşkar edilmiş gödəkçənin, köynəyin, şalvarın, ayyaqqabının səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan X5 daxil olmuş 21.12.2019-cu il tarixli 581 nömrəli məktubda göstərilmişdir ki, Zaqatala rayon sakinləri 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oglu, 1988-ci il təvəllüdlü Şahid1 və 1978-ci il təvəllüdlü X3 Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan Zaqatala Mərkəzi Rayon Xəstəxanasından daxil olmuş 25.12.2019-cu il tarixli 1885 nömrəli məktubda göstərilmişdir ki, Zaqatala rayonunun Əliabad qəsəbə sakinləri Təqsirləndirilən şəxs oglu, Şahid1 və X1 RMX-in Konsultativ Poliklinika şöbəsinin narkoloji, psixiatrik, onkoloji, vərəm və nevroloji kabinetlərində dispanser qeydiyyatında yoxdurlar. X18 23.10.2019-cu il tarixində "qapalı kəllə beyin travması, sol təpə nahiyəsində hematoma, beyin qan dövranının kəskin pozğunluğu, bədənin müxtəlif sahələrində sıyrıqlar" diaqnozu ilə Zaqatala RMX-da stasionar qeydiyyata alınıb. Şahid1 11.12.2019-cu ildə rentqen müayinəsi zamanı "sağ topuq oynağı pazabənzər sümüyün qapalı sınığı" aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı xəstəliklə ambulator və ya stasionar qeydiyyata alınmayıb. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş 17.03.2020-ci il tarixli 201-5526-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, əməliyyat-axtarış tədbirləri zamanı Zaqatala rayonunun Əliabad qəsəbə sakini X7 toy mərasimindən təxminən saat neçədə, tək və ya kiminləsə birlikdə çıxması, toydan yaşadığı Əliabad qəsəbəsinə kiminlə və nə ilə qayıtması, toyda və toydan çıxıb Əliabad qəsəbəsinə gedənə qədər olan müddətdə kiminləsə hər hansı bir mübahisəsinin, münaqişəsinin düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyataxtarış tədbirləri zamanı, toy mərasiminin Zaqatala şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilməsini nəzərə alsaq toy mərasiminin keçirildiyi ərazidən Əliabad qəsəbəsinə sərnişin daşımanı həyata keçirən avtobus və taksilərin işləyib-işləməməsini və Ş.Xəlilovun Əliabad qəsəbəsinə necə və hansı nəqliyyat vasitəsilə və ya piyada getməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24.12.2019-cu il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Əliabad qəsəbə sakinidir, ailə tərkibi anası-X2 ibarətdir. Cinayət işinin materiallarında olan Zaqatala RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24.12.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbə sakini Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub, milliyyətcə azərbaycanlıdır, subaydır, qəsəbədə olduğu müddətdə mütəhərrik xarakterli, qəsəbənin ictimai işlərinə qoşulmayan bir gənc kimi tanınıb, çox vaxt işləmək adı ilə Bakı şəhərində yaşadığı üçün qəsəbədə az tanınan şəxsdir, onun haqqında qəsəbə sakinlərindən nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Psixiatriya Xəstəxanası 21 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbə sakinləri 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 1978-ci il təvəllüdlü zərərçəkmiş şəxs mərhum X4 Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. Cinayət işi materiallarında olan Zaqatala Mərkəzi Rayon Xəstəxanasının 25 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəstəliklə ambulator və ya stansionar qeydiyyata alınmayıb və zərərçəkmiş şəxs mərhum X18 23 oktyabr 2019-cu il tarixdə “qapalı kəllə beyin travması, sol təpə nahiyyəsində hematoma, beyin qan dövranının kəskin pozğunluğu, bədənin müxtəlif sahələrində sıyrıqlar” diaqnozu ilə Zaqatala RMX-da stasionar qeydiyyata alınıb. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2019-cu il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli 4(033)-48/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 02.11.2019cu il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 126.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından olan ekspert rəylərinə əsasən, X7 meyitində baş beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpəgicgah sümüklərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma, burunun, sol alın-təpə-gicgah nahiyəsinin, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 23.10.2019-cu il tarixdə Zaqatala MRX-ya daxil olmasından bir qədər əvvələ uyğun gəlir və dərəcəsinə görə, baş nahiyəsində olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqələri vardır. Burunun, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir, qarşılıqlı mübarizə zəminində yarana bilərdilər və ölümlə səbəbli əlaqələri yoxdur. Şaban Xəlilovun ölümünün bilavasitə səbəbi başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, qişalarıaltına qansızma, kəllə tağı sümüklərinin sınığı, beynin və beyin kötüyünün ödemi olmuşdur. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində zəhərləyici maddələr aşkar edilməmişdir. X7 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyalarını və maddi sübutun (iki hissəyə ayrılmış taxta parçalarının) xüsusatlarını (ölçüsünü, çəkisini, formasını) nəzərə alaraq demək olar ki, baş nahiyəsində qeyd olunan xəsarətlərin, yəni baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşayiət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiyələrə uyğun yumşaq toxumlara qansızma ekspertizaya təqdim edilmiş (maddi sübut) taxta parçalarının tam vəziyyətində deyil, ayrıayrılıqda hər bir hissəsi ilə yetirilən zərbəsi nəticəsində yarana bilərdilər. Qeyd olunan xəsarətin X7 öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyaya dəyməsi, çırpılması nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. Ekspertizaya təqdim edilmiş maddi sübut olan 2 ədəd taxta parçasının ölçülərini, çəkisini, formasını, cinayət işində olan məlumatları nəzərə alaraq demək olar ki, X8 aşkar edilmiş baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiyələrə uyğun yumşaq toxumalara qansızma xəsarətinin ekspertizaya təqdim olunmuş taxta parçalarının (həm ayrı-ayrılıqda və həmdə tam bütöv halda) məsafədən atmaq (1-5 metr) nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır, həmin xəsarətlərin ekspertizaya təqdim olunmuş taxta parçaları ilə (ayrıayrılıqda) endirilmiş zərbə nəticəsində törənməsi daha çox inandırıcıdır. X7 bədənində aşkar olunmuş baş-beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alıntəpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqlar, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma; burunun, sol alın-təpə-gicgah nahiyəsinin, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı xəsarətlərinin cinayət predmeti hesab edilən taxta ilə bir zərbə nəticəsində və ya həmin taxtanın bir dəfə atılması nəticəsində əmələ gələ bilməsi mümkün deyildir. 19.12.2019-cu il tarixli 938/2019-MTBŞ nömrəli ekspert rəyində isə göstərilir ki, təqdim olunan hadisə yerindən götürülmüş 02 ədəd taxta parçası üzərində aşkar olunan zəif intensivlikli qan ləkələrindən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün bu qan ləkələrinin növünü təyin etmək mümkün olmamışdır. Göründüyü kimi zülal aşkar olunmadığı üçün bu qan ləkələrinin növünü təyin etmək mümkün olmasa da, lakin həmin ləkənin qan olması müəyyən edilmişdir. Bu da onu göstərir ki, ekspertizaya təqdim olunan hadisə yerindən götürülmüş 02 ədəd taxta parçası üzərində aşkar olunan ləkə zərərçəkmiş şəxsin vurulmasından əmələ gəlmişdir. Çünki, qeyd olunan taxta parçasının zərərçəkmiş şəxsdən başqa hər hansı canlıya toxunması müəyyən edilməmişdir. Bununla da, həmin ləkə zərərçəkmiş şəxsə məxsus olmuşdur Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.3-cü maddəsinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 126.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş on il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 126.3-cü maddəsinin törədilməsinə görə şəxslər doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olmasını da nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın şərti hesab edilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar