Məhkəmə qərarları › İş №1(107)-397/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-397/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-397/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs müdafiəçisi-Qəbələ Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli (hakim Hilal Xəlilov) hökmü ilə, xx xxxx 1993-cü ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ucar rayon meliorasiya idarəsində ekskovatorçu işləyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Lək kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, ibtidai istintaqda Təqsirləndirilən şəxs оğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi 54 (əlli dörd) manat məbləğində pul ödənilməsi, Zərərçəkmiş şəxs ona dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməsi müəyyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs bacısı Süsən Məmmədovanın həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış cinsi münasibətlərinə görə qisas almaq qərarına gəlib və bu niyyətlə 09 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Qazyan Piri” adlanan qəbirstanlığın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sol X qabırğasına qəsdən təpiklə vuraraq, sol X qabırğanın yerini dəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmündən zərəçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. X6 bacısıdır, Süsən İxtiyarla qonşuluqda öz ailəsi ilə birlikdə yaşamışdır. 09 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində o, öz mobil telefonu ilə İxtiyarın mobil telefonuna zəng edərək özlərinin avtomobili xarab olduğu üçün onu Qazyan kəndinə öz avtomobili ilə aparmasını bildirmişdir. Bu zaman əmisi oğlu Xəyal da onun yanında olmuşdur. Təxminən 10 dəqiqə sonra İxtiyar özünə məxsus olan “VAZ-21099” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə onu və Xəyalı öz avtomobilinə götürmüşdür. İxtiyar ona bildirmişdir ki, ağrıyır, avtomobili idarə edə bilmir, avtomobili o, idarə etsin. O, İxtiyarın avtomobilini idarə edərək Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Qəzyan Piri” deyilən qəbristanlığın yoluna dönmüşlər. Həmin yolda avtomobildən düşərək gözləmişlər. İxtiyar ondan orada niyə gözlədiklərini soruşmuş, o da İxtiyara gözləməyi demişdir. Təxminən 10 dəqiqə sonra atası Bəhmən və Süsənin qayını X22 məxsus olan “BMV” markalı avtomobillə həmin yerə gəlmişlər. X15rdaşının həyat yoldaşı Süsənə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra atası İxtiyardan nəyə görə onu belə hərəkətlərə yol verməsini soruşmuş, İxtiyar əvvəlcə elədiyi hərəkətləri etiraf etməmiş, sonra İxtiyara o, iki dəfə sifətindən sillə vurmuş, daha sonra Rəşid də İxtiyara iki dəfə sifətinə sillə vurmuş, bundan sonra İxtiyar səhv etdiyini bildirmişdir. Həmin vaxt atası Bəhmənin ürəyi ağrıdığı üçün İxtiyar atasına yalvarmış və heç nə olmadığını bildirmişdir. Daha sonra İxtiyarı orada qoyub onlar Rəşidin “BMV” markalı avtomobili ilə oradan kəndlərinə qayıtmışlar. Bundan başqa aralarında heç bir münaqişə olmamışdır. O, Xəyal və Rəşidlə Zərərçəkmiş şəxs yerə yıxmamışlar, onun əlini və ayaqlarını təsərrüfat ipi ilə bağlamamışlar, İxtiyarı o və Rəşid yerə yıxaraq yumruq və təpiklə vuraraq döyməmişlər. İxtiyarı o və Rəşid ayaq üstə olanda şillə ilə sifətinə vuraraq döymüşlər. Atası Bəhmən isə İxtiyarın etdiyi hərəkətlərə görə üzünə tüpürmüşdür. Onlar İxtiyarla təxminən 20 dəqiqə ərzində söhbət etmişlər, onu şillə ilə döyüb evə qayıtmışlar. Zərərçəkmiş şəxs ifadəsində həmin vaxt Rəşid Məmmədov özünə məxsus olan mobil telefonun kamerası vasitəsilə onu təxminən 10 dəqiqə ərzində videoya çəkməsini göstərsə də yalan ifadə vermişdir. Həmin vaxt onu heç kim telefon vasitəsilə videoya çəkməmişdir. Zərərçəkmiş şəxs ifadəsində onun həmin vaxt İxtiyarın başına sidik ifraz edərək şəklini çəkmək istəməsini göstərsə də həmin vaxt belə bir söz olmamışdır. Əlavə olaraq bildirdi ki, İxtiyarla əvvəllər münasibətləri yaxşı olmuşdur, Rəşidin təklifi ilə ora getmişlər, amma Rəşid bu barədə əvvəlcədən heç nə deməmişdir. İxtiyardan nəyə görə ağrıdığını soruşmamışdır, Habil telefonla danışarkən İxtiyarı mal-qara vurduğunu demişdir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmkəndliləri Təqsirləndirilən şəxs, X12, X13 və X10 ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onları həmkəndliləri kimi tanımış, münasibətləri yaxşı olmuşdur. X6 və onun ailə üzvlərini əvvəllər qonşu kimi tanımış, aralarında heç bir münaqişə və ədavəti olmamışdır. 09 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən evində olmuş, bu zaman Təqsirləndirilən şəxs onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək avtomaşınlarının xarab olduğunu, onları “Qəzyan Piri” qəbristanlığına aparmağı, orada avtomobillərinin xarab olduğunu bildirmişdir. O, özünə məxsus olan “VAZ-21099” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini işə salaraq Müslümün yaşadığı evin qarşısına gəlmiş, həmin yerdə Müslüm və əmisi oğlu Xəyal avtomobilinə əyləşmişlər və qəbirstanlığa tərəf sürməyi bildirmişlər. O da həmin yerə avtomobili sürərək hərəkət etmiş və həmin qəbristanlığa çatmışlar. Onların avtomobilinin harada olmasını soruşmuş, avtomobillərinin xarab olamadığını, Qazyanlılarla aralarında münaqişələrinin olduğunu, evdən bilməsinlər deyə onun avtomobili ilə həmin yerə gəldiklərini demişlər. Təxminən 3 dəqiqə sonra Bəhmən Vəzirov və X19 “BMV” marakalı avtomobili ilə həmin qəbristanlığa gəlmişlər. Bəhmən ona yaxınlaşaraq qızı Süsən Məmmədovaya söz atdığını demişdir. O da Süsənlə aralarında heç bir münasibət olmadığını demişdir. Bu vaxt Rəşid, Müslüm və Xəyal onun üstünə hücum etmişlər. Onlar üçü onu yerə yıxmış və əl-qolunu Rəşid təsərrüfat ipi ilə bağlamışdır. Sonra onu yerdə Rəşidlə Müslüm təpik və yumruqla döyməyə başlamışlar. Onlar təxmənən 40 dəqiqə ərizində onu yerdə döymüşlər, Bəhmən isə kənarda dayanmışdır. Xəyal da onu bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla vurmuş, sonra Rəşid özünə məxsus olan mobil telefonu çıxardaraq onu yerdə yıxılı, əl-qolu bağlı vəziyyətdə telefonun kamerası ilə çəkməyə başlamış, təxminən 10 dəqiqə ərzində onu telefonun kamerasına çəkmişdir. Sonra Müslüm bildirmişdir ki, onun başına sidik ifraz edib şəklini çəksinlər, lakin Müslüm və onunla birlikdə olanlar ona qarşı bu hərəkəti etməmişlər. Yalnız onu əl-qolu bağlı yerdə uzanmış vəziyyətdə telefona çəkmişlər. Sonra onlar Rəşidin avtomobilinə əyləşərək oradan uzaqlaşmışlar. O, əl-qolu bağlı vəziyyətdə orada qalmış, əvvəlcə əlindəki ipi açmış, sonra ayağındakı ipləri də açıb ayağa durmuş, özünə gəldikdən sonra avtomobili ilə evə getmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün qəbirsalıqda heç kim olmamış, orada yalnız o, Bəhmən, Rəşid, Xəyal və Müslüm olmuşlar. Bəhmən, Rəşid, Xəyal və Müslüm ona sözlə hədə-qorxu gələrək bildirmişlər ki, kənddən çıxıb getsin, yoxsa onu öldürəcəklər. Həmin vaxt onu öldürmək üçün heç bir hərəkət etməmişlər, yalnız onun əl-qolunu, ayağını bağlayaraq yerə yıxıb təpik və yumruqla vurub döymüşlər. Əlavə olaraq bildirdi ki, hadisə zamanı onun sol X qabırğası sınmış, həmin xəsarəti ona Təqsirləndirilən şəxs təpiklə vuraraq yetirmişdir, belə ki, Təqsirləndirilən şəxs həmin tərəfdə dayanmışdır, o, hadisədən sonra həkimin qəbulunda olmuş, həmin vaxt həkimin qəbulunda başqa şəxslər də olmuş, buna görə qarışıqlıq olduğu üçün xəsarətini hansı şəraitdə almağını soruşmamışdır. Həmçini, hadisədən sonra özünü pis hiss etmiş, əvvəlcə şikayət etməmiş və fikirləşmişdir ki, onu döyən şəxslər həmkəndliləri olduğundan ondan üzr istəyəcəklər. Bir daha qeyd edir ki, onu mal-qara vurmamışdır. Təqsirləndirilən şəxs əməlini etiraf etməmiş və barışıq üçün cəhd göstərməmişdir, bu cür hərəkəti gələcəkdə başqa bir cinayətin törətməsinə zəmin yaradır, odur ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Lək kənd sakini Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamış, onu bir həmkəndlisi kimi tanımışdır. 08 sentyabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhərindən Ucar rayonu, Lək kəndinə gəlmişdir. Lək kəndində atasının evində olan zaman qardaşının azyaşlı qızı Gültac ona anası Süsən Məmmədovanın qonşusu İxtiyarla öz evlərində əxlaqsız hərəkətlər etdiyi barədə bildirmişdir. Bundan sonra Gültacı dinləyərək qardaşı evinə getmişdir. Qardaşı Rəşadın evinə çatanda o, Süsənə hər şeyi bildiyini demişdir. X24 aralarında olmuş münasibət barədə ona danışmış, İxtiyarla görüşdüyünü özü etiraf etmişdir. Bu zaman o, Rəşadın evini axtarmışdır ki, Süsənin Rəşaddan xəbərsiz işlətdiyi mobil telefonu tapsın. Daha sonra o, olanları Süsənin atası Bəhmən Vəzirova və qardaşı Təqsirləndirilən şəxs danışmışdır. Səhəri gün, yəni 09 sentyabr 2020-ci il tarixdə o, Bəhmənlə mobil telefon vasitəsilə əlaqə yaratmışdır. Bəhmən ona bildirmişdir ki, işdədir, saat 15 radələrində evə gələcəkdir. Bəhmən gəldikdən sonra ona öz evində İxtiyarla bu barədə söhbət edib, məsələyə aydınlıq gətirmək lazım olduğunu demişdir. Həmin vaxt Müslüm Xəyalla birlikdə İxtiyarla söhbət etmək üçün getmişlər. Bir qədər sonra Müslüm zəng edərək İxtiyarla birlikdə “Qazyan Piri” adlanan qəbristanlıqda olduğunu demişdir. O, Bəhmənlə birlikdə özünə məxsus olan “BMV” markalı avtomobillə həmin yerə, onların yanına getmişlər. Orada o, İxtiyarın sifətindən tutaraq qardaşının həyat yoldaşı Süsənlə görüşübgörüşmədiyini soruşmuşdur. İxtiyar etiraf etməyərək Süsənlə görüşmədiyini bildirmişdir. Həmin vaxt İxtiyar etiraf etmədiyi üçün o, İxtiyarın sifət nahiyyəsindən iki dəfə sillə ilə vurmuşdur. Bundan sonra Müslüm də İxtiyarı vurmağa başlamışdır. Bəhmən İxtiyara qohumu olduğu və qonşuluqda yaşayaraq qızı Süsənə qarşı əxlaqsızlıq etdiyinə görə hirsləndiyi üçün halının pisləşdiyini görmüş, onu avtomobili ilə evinə aparmışdır. Müslüm və Xəyalda onlarla birlikdə getmişlər. Bundan bir neçə gün sonra İxtiyarın onlardan Ucar Rayon Polis Şöbəsinə şikayət etməsini öyrənmişdir. O, Müslüm və Xəyalla birlikdə Zərərçəkmiş şəxs yerə yıxmamışlar, İxtiyarın əllərini və ayaqlarını təsərrüfat ipi ilə bağlamamış, İxtiyarı yerdə təpik və yumruqla vuraraq döyməmişlər. İxtiyarı ayaq üstə olaraq o, iki dəfə şillə ilə sifətindən vurmuş, Müslüm də həmin vaxt İxtiyarı şillə ilə sifətindən vurmuşdur. Zərərçəkmiş şəxs video görüntüsünü mobil telefon vasitəsilə çəkməmiş, onun video görüntü çəkə bilən mobil telefonu olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş X12 və X13 da şahid qismində dindirilmiş Rəşid Məmmədovun ifadəsinə oxşar ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X11 ilə 10 il əvvəl ailə həyatı qurmuş, birgə nikahdan 2 övladları olmuşdur. Həmkəndlisi Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşamış, aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin may ayının hansı günü olması unutmuş, gündüz saat 13 radələrində onun yaşadığı evin həyətinə gəlmiş, qəflətən içəri daxil olmuş, evin alt mərtəbəsinin qapısını bağlamış, ona qarşı cinsi təcavüz etmiş, o, İxtiyara qarşı müqavimət göstərə bilməmiş, onu itələmiş, həmin vaxt orada ikisi olmuş, kənardan onları kimsə görməmişdir. O, ailəsi dağılmasın deyə səs-küy etməmiş və İxtiyara qarşı aktiv müqavimət göstərməmiş, İxtiyarın onların həyətinə gəlməsinin kimsə görməmişdir. Təxminən iyul ayının sonlarında 2012-ci il təvəllüdlü azyaşlı qızı X7 Bakı şəhərində yaşayan əmisi X2 evinə qonaq getmişdir. Həmin vaxt Gültac əmisinə İxtiyarın onunla əlaqəsinin olduğunu demişdir. 09 sentyabr 2020-ci il tarixdə qaynı Rəşid onların evinə gəlmiş, Rəşid əvvəl ona hədə-qorxu gələrək əlində şəkil olduğunu, qonşusu İxtiyarla görüşdüyünü bildirmişdir. O, əvvəl qorxduğu üçün olanlar barədə Rəşidə heç nə deməmiş, sonra isə bir dəfə İxtiyarla evlərinin birinci mərtəbəsində onunla qeyri-ixtiyari olaraq cinsi əlaqədə olduğunu demişdir. Bundan sonra həmin tarixdə qaynı Rəşid atası və qardaşına bu barədə məlumat vermişdir. Onu Rəşid atasının evinə gətirib qoymuş, onun əxlaqsızlıq etdiyini, buna görə də, onu saxlaya bilməyəcəklərini demişdir. Həmin gündən bu günə qədər atasının evində yaşayır. Boşanmaq üçün həyat yoldaşı ərizə ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. İxtiyarın atası, qardaşı və əmisi oğlu Xəyal eləcə də qaynı Rəşid tərəfindən döyülməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan atasıgildən öyrənmişdir ki, onlar İxtiyarı “Qazyan Piri” adalanan qəbristanlığın qarşısına apararaq orada döymüşlər. Zərərçəkmiş şəxs 09 sentyabr 2020-ci il tarixdə kim tərəfindən və necə döyülərək xəsarət yetirilməsi barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Lək kənd sakini X12, Təqsirləndirilən şəxs, X13 və X23 oğlu ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır, onları kənd sakinləri kimi tanımışdır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, bir neçə ildir ki, ailə qurmuşlar və 2 övladları var. 2020-ci ilin sentyabr ayının 9-da, saat 20 radələrində həyat yoldaşı İxtiyar öz evlərində şam yeməyi yeyərkən mobil telefonuna zəng gəlmişdir. Sonra ona qonşuları Bəhmənin oğlu Müslüm zəng edib çağırdığını demişdir. İxtiyar evdən həyətə düşüb “VAZ- 21099” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb həyətdən çıxmışdır. Həmin gün İxtiyar evə gec gəlmiş, evə gələrkən o və uşaqları artıq yatmışlar. 10 sentyabr 2020-ci il tarixdə, saat 08 radələrində həyat yoldaşı İxtiyarın ağrıdığını görmüşdür. İxtiyardan dünən hara getməsini və ona nə olmasını soruşduqda bildirmişdir ki, dünən saat 20 radələrində onu həmkəndliləri Bəhmənin oğlu aldadıb, əmisi oğlu Xəyal ilə birlikdə Ucar rayonu, Qazyan kəndi ərazisindəki qəbristanlığın qarşısına aparmışlar, sonra oraya Bəhmən və Rəşid gəlmişlər, qonşuları Süsən Məmmədovaya sataşmaqda günahlandırıb qəbristanlığın qarşısında Müslüm, Rəşid və Xəyal əl-qolunu bağlayaraq yerə yıxmışlar, yerdə onu Müslüm, Rəşid və Xəyal təpik və yumruqla döyərək xəsarət yetirmişlər, döyülməsini Rəşid öz mobil telefonu ilə video görüntüsünü çəkmişdir. İxtiyarın sol tərəfi ağrıdığından həmin yerə nə olmasını İxtiyardan soruşanda bildirmişdir ki, həmin yerə Müslüm təpiklə vurmuşdur. Ona görə onun sol tərəfdən qabırğası ağrımışdır. İxtiyarın deməsinə görə həmin vaxt qəbristanlığın qarşısında yalnız İxtiyar, Müslüm ,Rəşid, Xəyal və Bəhmən olmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qonşusu Süsən Məmmədovanın arasında yalnız qonşu münsibətləri olmuş, başqa heç bir xüsusi münasibətləri olmamışdır. Onlar həyətlərində ailələrini dolandırmaq üçün inək saxlayırlar. 09 sentyabr 2020-ci il tarixdə hadisə baş verməzdən əvvəl və ya həmin hadisədən sonra həyat yoldaşı Zərərçəkmiş şəxs inək vuraraq xəsarət yetirməmişdir. Əlavə olaraq bildirdi ki, İxtiyarı yalnız Müslüm, Rəşid və Xəyal döyərək xəsarət yetirmişlər, bu barədə İxtiyar ona demişdir və İxtiyarı aldadaraq ora aparmışlar. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, X12 və onun ailə üzvləri ilə əvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Müslüm, Xəyal və Rəşid tərəfindən döyülməsi barədə kənd sakinlərindən eşitmişdır. Onların harada, nə vaxt və necə dava etməsini bilməmişdir. Bundan əlavə, 2020-ci ilin sentyabr ayında İxtiyarı öz həyətlərində və ya başqa yerdə inək vurmasını o, heç kimə deməmiş və belə bir hadisənin şahidi olmamışdır. Zərərçəkmiş şəxsla birlikdə 2020-ci ilin sentyabr ayında (hansı gün olması yadında deyil) İxtiyarın avtomobilinin motoru dağıldığı üçün onun avtomobilinə ehtiyat hissəsi almaq üçün Göyçay rayonuna avtomobil hissələri satılan mağazaya gedib ehtiyat hissə almışlar. O, İxtiyarı aldığı xəsarətlə bağlı Göyçay rayon mərkəzi xəstəxanasına aparmamışdır. Həmin vaxt İxtiyarın ağrıdığı hiss olunmuşdur. Lakin İxtiyar ona nəyə görə ağrıdığını demədiyi üçün o da İxtiyardan bu barədə soruşmamışdır. Sonradan kənd sakinlərindən öyrənmişdir ki, İxtiyarın Müslüm, Bəhmən, Xəyal və Rəşidlə aralarında Bəhmənin qızı Süsənə görə münaqişələri olmuş, onu döymüşlər. O, davanı görməmiş və şahid olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Ucar rayonu, Lək kənd sakinləri X8, Təqsirləndirilən şəxs, X13 və X23 oğlu ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamış, onları kənd sakinləri kimi tanımışdır. 2020-ci ilin sentyabr ayının 9-da həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə Ucar şəhəri, H.Əliyev prospektində yeləşən mənzildə ev təmir etmişlər. Həmin gün, saat 17 radələrinədək həmin mənzildə ev təmir ilə məşğul olmuşlar. İxtiyarla birlikdə İxtiyarın idarə etdiyi “VAZ-21099” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Lək kəndinə getmişlər. 10 sentyabr 2020-ci il tarixdə, saat 09 radələrində o, İxtiyarın mobil telefonuna zəng edərək işə gedibgetmədiyini soruşmuş, İxtiyar ona demişdir ki, dalaşmışdır, vəziyyəti yaxşı deyil, işə gedə bilməyəcəkdir. Sonradan İxtiyar 09 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən qəbristanlığın qarşısında həmkəndlisi Müslüm, Rəşid və Xəyalın döydüyünü, Müslüm onun sol tərəfdən qabırğasına təpiklə vuraraq xəsarət yetirdiyini demişdir. Həmçinin, ifadəsində göstərmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə, saat 17 radələrində birlikdə Ucar şəhəri, H.Əliyev prospekti, bina 149, mənzil 6-da ev təmir etmişlər, İstiyar həmin vaxt tam sağlam vəziyyətdə onunla birlikdə işləmişdir, onu inək vurmamışdır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş X9 da şahid Əkbər Seyidovun ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 03 oktyabr 2020-ci il tаrixli, 268 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində аşkаr edilmiş xəsаrət–sol X qabırğanın yerini dəyişmiş sınığı məhdud təsir səthinə malik küt аlətin, ola bilsin təpiklə zərbənin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 09 sentyabr 2020-ci il tаrixə uyğun gəlir, şəxsin təpiklə öz döş qəfəsinə xəsarət yetirməsi qeyri-mümkündür. Qeyd оlunаn xəsаrət səhhətin uzun müddət pоzulmаsınа səbəb оlmuş və bu əlаmətə görə dərəcəsi sаğlаmlığа az ağır zərər vurаn xəsаrətlərə аid edilir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin əməlin onun tərəfindən törədilməsi və təqsirliliyi özünün,, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekpertiza rəyləri və cinayət işinin digər materialları ilə kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında olan (cild 1 i.v 234-235) təqsirləndirilən şəxs qismində dindirilmə protokoluna əsasən o verilmiş sualara cavab olaraq demişdir ki, o, Xəyal və Rəşid Zərərçəkmiş şəxs yerə yıxmamış, ayaqlarını və əlini təsərrüfat ipi ilə bağlamamış, yerdə yumruq və təpiklə vuraraq döyməmişlər. Zərərçəkmiş şəxs ayaq üstə olanda şillə ilə vurmuşlar. Onlar təxminən 20 dəqiqə ərzində söhbət edib, onu şillə ilə döyüb qayıtmışlar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı i sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi prosesində verdiyi ifadələrini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq niyyətilə verilən ifadələr kimi qiymətləndirir. Onun törətdiyi cinayət əməli iş materialları ilə kifayət qədər sübuta yetirilir. Hazırda öyrənilən apellyasiya şikayətindən bəlli olur ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyərək, haqqında bəraət hökmünün çıxarılmasını xahiş etsə, məhkəmə kollegiyası bununla bağlı apellyasiya şikayətlərinin dəlillərini inandırıcı qəbul etmir. Çünki, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş sübutlarlara Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan öz təsdiqini tapır. Həmçinin, bu sübutlar Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiqi üçün kifayət edir və həmin sübutların mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən şərh olunmasına zərurət görmür və uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməsini mümkün saymır. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif edilməsi, həmçinin Təqsirləndirilən şəxs həmin maddə ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar