Məhkəmə qərarları › İş №1(107)-4/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-4/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-4/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 1(051)-36/2020 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Mirzəliyev) 05 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 15 dekabr 2015ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, beş il üç ay iyirmi gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qərarı ilə CM-in 29, 177.2.1, 29, 177.2.2-ci maddələri xaric edilib cəzası 3 ay müddətə azaldılmış, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarı ilə 4 il 9 ay 20 gün cəza müəyyən edilmiş, 09 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun 16 dekabr 2019cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək iki gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi gündən, yəni 05 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan 1 ədəd 120 dioqanal «Samsung» markalı telefizorun Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, iş üzrə 50 manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi, vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 108 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməsi müəyyən edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətinə baxılmasına köməklik edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkum Təqsirləndirilən şəxs ilkin məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etməmiş, məhkəmə kollegiyası isə ilkin məhkəmə iclasında onun iştirakını zəruri hesab etməmişdir Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X2 apellyasiya şikayətinin verilməmiş hesab edilməsini və baxılmamış saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, apellyasiya şikayətini və cinayət işinin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Belə ki, cinayət işinin (cild 1 i. v. 297) materiallarında olan qəbzdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin hökmü 05 avqust 2020-ci il tarixdə elan edilmiş və həmin gün hökm qəbzlə məhkum Təqsirləndirilən şəxs verilmiş və o, qəbzi imzalayaraq qəbul etmişdir. Apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 gün ərzində verilməli olduğu halda bundan 6 ay 17 gün sonra, yəni 22 fevral 2021-ci ildə verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsi haqqında nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə vəsatət verilmişdir. Bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, iş materialları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386cı maddəsi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. İşdən görünür ki, iş materialları Mingəçevir Şəhər Məhkəməsinə qaytarıldıqdan sonra məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsi qarşısında vəsatət verməmişdir. Mingəçevir Şəhər Məhkəməsi 21 fevral 2022-ci il tarixli məktubu ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət daxil olmadığından cinayət işi materiallarını Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin hökmü 05 avqust 2020-ci il tarixli hökmünün surətini həmin tarixdə almasını, onun hökmün surətini aldıqdan uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini, məhkəmə kollegiyasının hərəkətsiz saxlanma haqqında qərarında göstərdiyi tələblərə uyğun olaraq bundan sonra məhkumun ötürülmüş müddətin bərpası barədə birinci istansiya məhkəməsinə vəsatət verməməsini nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya şikayəti baxılmamış saxlanmalıdır. Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsin əsasən, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 gündən 20 günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Şəki Apellyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, iş materialları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmasına baxmayaraq, təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası göstərilənlərə əsаsən və Cinayət Prosessual Məcəlləsinin 391.4-cü mаddəsini rəhbər tutаrаq, qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar