Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-401/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X5 müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli (hakim Malik Qarayev) hökmü ilə, xx.xx.1963-cü ildə Qax rayonu Güllük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu Güllük kəndində pasport qeydiyyatında olanvə orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunması, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut kimi Qax RPŞ-də saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, işdə olan 30.60 (otuz manat altmış qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə verilməsi, iş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddianın olmaması müəyyən edilmişdir. işin halları: Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, sərxoş vəziyyətdə 30 aprel 2021-ci il tarixdə, saat 19 radələrində ictimai yerdə, yəni yaşadığı Qax rayonu, Güllük kəndinin mərkəzində yerləşən kafedə ilkin olaraq həmkəndlisi Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, daha sonra o, özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr işlətmiş, kafedə istirahət edən şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək silah qismində istifadə etdiyi çayxananın mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol ayağının bud nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya sol budun 1 ədəd kəsilmiş deşilmiş yarasından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin dəlilləri proses iştirakçılarının izahatları: Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs 70-ci maddənin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi etiraz ərizəsi verərək apellyasiya protestinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apellyasiya protestinin dəlillərini müdafiə edərək protestin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X15 verilmiş apellyasiya protestinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qax rayonu Güllük kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 30.04.2021-ci il tarixdə saat təxminən 12 radələrində Zaqatala şəhərində yerləşən bazara getmiş, biraz gəzdikdən sonra orada yerləşən kafelərdən birində yeyib-içmişdir. Həmin günü axşam saat təxminən 19 radələrində yaşadığı Güllük kəndinə qayıtmış, kəndin mərkəzində yerləşən çayxananın həyətinə daxil olan zaman həmkəndliləri Seyfəddin, Vüqar, Namik və tanımadığı bir nəfər şəxsin orada oturub çay içdiklərini görərək onlara yaxınlaşmış və Namiki onunla birlikdə pivə içməyə dəvət etmişdir. Namik ona Ramazan ayı olduğunu, içki içmədiyini dedikdən sonra çayxananın binasına gedərək, mətbəxdən çayxanada işləyən Sərxan adlı şəxsin limon doğramaq üçün istifadə etdiyi bıçağı götürmüş və əynindəki şalvarın belinə keçirmişdir. Bundan sonra yenidən Namikin əyləşdiyi masaya gedərək Namikə onun dalınca danışdığını demiş, Namik isə belə hərəkət etmədiyini bildirmişdir. Bundan sonra Namikin ünvanına nalayiq sözlər demiş, Namik ayağa qalxdıqda üstündə götürdüyü bıçağı çıxardıb Namikin sol bud nahiyəsindən bir dəfə vurduqdan sonra qaçaraq oradan uzaqlaşmış və həmin vaxtı əlindəki bıçağı yolun kənarına atmışdır. Daha sonra isə könüllü olaraq Qax rayon Polis şöbəsinə gedərək etdiyi cinayəti etiraf etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxslə barışmış və vurduğu ziyanı ödəyərək onunla razılıq əldə etmişdir. Törətdiyi hərəkətdən peşmandır. Hərəkətindən peşman olmasını, əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, vurduğu ziyanı tam ödədiyini, himayəsində işləməyən arvadı, qızı və 82 yaşlı xəstə anasının olmasını, əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamasını nəzərə alıb ona yüngül cəza təyin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Musayev Namik Zahid oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 30.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Güllük kəndinin mərkəzində yerləşən çayxanaya getmiş, orada həmkəndliləri Seyfəddin, Vüqar və Eşqinlə birlikdə çay içmişlər. Bir müddət sonra həmkəndlisi Sərvər sərxoş vəziyyətdə çayxanaya daxil olaraq, onu özü ilə birlikdə pivə içməyə dəvət etmiş, o isə cavabında Ramazan ayı olduğunu, içki içmədiyini demişdir. Bundan sonra Sərvər onların yanından aralanıb çayxananın bınasına tərəf gedərək təxminən 2-3 dəqiqə sonra yenidən onların olduğu stola gəlmiş, ona camaat içində onun dalınca danışdığını demişdir. O, isə Sərvərə belə hərəkətə yol vermədiyini dedikdə Sərvər onun ünvanına nalayiq sözlər demiş, əynindəki şalvarın bel nahiyəsindən çıxardığı bıçaqla sol bud nahiyəsindən bir dəfə vurduqdan sonra qaçıb uzaqlaşmışdır. Bundan sonra həmkəndlisi Seyfəddinin onu Qax RMX-ya aparmışdır. Sərvərin hərəkətləri təxminən 15 dəqiqə çəkmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmiş, ona vurduğu ziyanı ödəmiş və onunla razılıq əldə etmişdir. O, Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edərək bu xahişini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 30.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Güllük kəndinin mərkəzində yerləşən çayxanada həmkəndliləri Namik, Seyfəddin və Eşqinlə birlikdə çay içən zaman Sərvər sərxoş vəziyyətdə çayxanaya daxil olaraq onların əyləşdiyi masaya yaxınlaşmış, onlarla salamlaşdıqdan sonra Namiki pivə içməyə dəvət etmişdir. X16 ayında pivə içmədiyini bildirmişdir. Həmin vaxtı Sərvər onların yanından aralanıb çayxananın bınasına daxil olmuş, təxminən 2-3 dəqiqə sonra yenidən onların olduğu stola gələrək Namikə onun dalınca danışdığını demişdir. Namik Sərvərə belə hərəkətə yol vermədiyini dedikdə Sərvər Namikin ünvanına nalayiq sözlər demiş, daha sonra isə əynindəki şalvarın bel nahiyəsindən çıxardığı bıçaqla Namikin sol bud nahiyəsindən bir dəfə vurduqdan sonra qaçaraq orada uzaqlaşmışdır. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X1 ifadəsində və ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində oxşar məzmunlu ifadə verərək şahid Vüqar Cumayevin ifadəsində göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X12 ifadəsində göstərdi ki, o Qax rayonu Güllük kəndinin mərkəzində yerləşən çayxanada işləyir. 30.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində evə yemək yeməyə getmişdir. Həmin vaxtı çayxanaın həyətində həmkəndliləri Vüqar, Seyfəddin və Eşqin masada əyləşərək çay içmişlər. Təxminən yarım saat sonra çayxanaya gələn zaman Sərvərin çayxananın binasında heç kimin olmamasından istifadə edib limon doğramaq üçün istifadə olunan bıçağı götürərək çayxananın həyətində Seyfəddingilin yanına çay içmək üçün gələn həmkəndlisi Namikin sol budundan vuraraq xəsarət yetirdiyini eşitmişdir. İşin 39-41-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 06.05.2021-ci il tarixli 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası-iti ülgücə malik kəsicideşici əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdikdən az əvvəl olmaqla, 30.04.2021-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.
2. Zərərçəkmiş şəxs bədən səthində yuxarda qeyd edilmiş xəsarət müstəntiq tərəfindən təqdim edilmiş bıçaqla da yetirilə bilərdi. İşin 12-ci vərəqəsində olan 30 aprel 2021-ci il tarixli 52 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi AKT-ından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmuşdur. İşin 5-7-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 30.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs sol ayağının bud nahiyəsindən silah qismində istifadə etməklə mətbəx bıçağı ilə vurub ona xəsarət yetirdiyini bildirmiş və həmin bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İşin 56-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16.05.2021-ci il tarixli 17/334 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İşin 55-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 30.60(otuz manat altmış qəpik) manat təşkil edir. İşin 81-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “maddi sübut kimi tanınma” 12.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq Qax RPŞ-nin aidiyyatı üzrə xidmət sahəsinə verilmişdir. İşin 57-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 05.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 28-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 11.08.2021-ci il tarixli, 220 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Güllük kəndində yaşayır və onun ailə tərkibi onun özündən, anası yataq xəstəsi X3, arvadı X6, qızı X4 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, həmin şəxsi bağışlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-nin verdiyi 29.06.2021-ci il tarixli, 585 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Poliklinikasının endokrinoloji kabinetində 04.07.2017ci il tarixdən “Şəkərli Diabet” tip 2, insulin tələbli diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RMX-nin verdiyi xəstənin stasionar kartasından № 18170/10 saylı Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ürəyin sol mədəciyinin ön divarınında kəskin transmural infarkt diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olması və Cinayət Məcəlləsinin 70ci maddəsinə dair müddəların hökmdən xaric edilməsinə dair apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayətini etiraf etməklə hərəkətindən peşmançılıq çəkməsini, İnfarkt keçirməsini, “Şəkərli Diabet” xəstəsi olmasını, himayəsində işləməyən arvadının, qızının və yataq xəstəsi olan anasının olmasını, əvvəllər məhkum olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Apellyasiya məhkəməsi araşdırması zamanı da təqsirləndirilən şəxsin əməlini ağırlaşdıran və ya yüngülləşdirilən əlavə hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilərək ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası bir il altı ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab etmişdir. Apellyasiya Məhkəməsi məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin davranışını və törətmiş olduğu cinayət əməlinə münasibətini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirləndirilən şəxsin cəza çəkmədən də islah oluna biləcəyini nəzərə alaraq cəzasını şərti hesab etməkdə haqlı olmuşdur . Şərh olunanlara əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov