Məhkəmə qərarları › İş №1(107)-401/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-401/2025

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(107)-401/2025 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Günay Aşurova) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## #### 1972-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə cəzadan 1 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-1-cı maddələri ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, iş üzrə maddi sübutlar: - Yevlax rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılması, ekspert tədqiqatından sonra qalıq çəkiləri 6,68 qram və 1264,95 qram təşkil edən qurudulmuş marixuananın məhv edilməsi - Əməliyyat-axtarış tədbirinin keçirilməsinin, əşyaya baxış keçirilməsinin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən dörd ədəd disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1271,73 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuananın 6,73 qram hissəsini üzərində saxlamış, 1265,0 qram hissəsini isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan kreslonun sol tərəfində gizlədərək saxlamış, ## #### 2025-ci il tarixdə saat 15:35-də narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində yerləşən “Dəvəçi” qəbirstanlığının yaxınlığında Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 15:35-dən 15:42-dək olan müddət ərzində videoçəkilişlə üstünün yoxlanılması nəticəsində onun əynindəki qəhvəyi rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisindəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 6,73 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə saat 15:57-dən saat 16:03-dək olan müddət ərzində videoçəkilişlə Yevlax şəhəri, Q.B.Zakir küçəsində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı yataq otağında olan kreslonun sol tərəfindən sarı rəngli sellofan torbada 01 ədəd sintetik kisənin içərisindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi və üzərindən aşkar edilmiş qurudulmuş marixuna ilə eyni tərkibli olan 1265,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılıb götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Onun günahı var, o, narkotik istifadə etmişdir. Lakin hazırki iş üzrə narkotik vasitəni onun boynuna qoymuşlar. Yevlaxda yabanı halda narkotikin bitdiyini bildirirlər, lakin orda narkotik bitmir. Cəzada köməklik göstərilməsini xahiş etdi. Ona 4 il cəza verilib, ancaq onun heç 4 il ömrü qalmayıb, o, xəstədir. O, narkotik vasitəni sadəcə özü istifadə etmişdir. Narkotik vasitə ona məxsus olmamışdır, o, evdə tək yaşayır, onu apardılar və döydülər. Bununla bağlı Baş Prokurorluğa da şikayət etmişdir. Ona təyziq ediblər, istintaqda sənədlərə imza etməmişdir. Onu döyüblər, ayağının altına dəyənək ilə vurublar. Bir aydan sonra ekspert həkim gəlib uzaqdan ona baxıb heç nə olmadığını qeyd etmişdir. Penitensiar müəssisədə onu yoxlamışlar, onlara xəsarətlərlə bağlı heç nə deməmişdir. Qorxduğu üçün şikayət etməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 izhatında bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, istintaq zamanı müəyyən təyziqlərə məruz qalmışdır, döyülmüşdür. Ekspert rəyini də qəbul etmir, belə ki, şəxs bir ay sonra yoxlamadan keçmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsində çıxarılmış hökm qanuni və əsaslıdır. Odur ki, hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı apararaq araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ## #### 2025-ci il tarixdə yolda gedərkən polis əməkdaşları onu saxlayaraq Yevlax rayon Polis Şöbəsinə aparmışlar. O, evdə tək yaşadığı üçün həmin vaxt evinin açarı üzərində olmuşdur. Polis şöbəsində onun üzərindən heç nə çıxmamışdır. Ondan evində narkotik vasitə olub-olmadığı soruşulduqda o, evində narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları ona əgər cibində heç nə yoxdursa evinə baxış keçirilməli olduğunu deyərək Yevlax Rayon Polis Şöbəsinin rəisinin adına ərizə yazdırmışlar ki, evinə baxış keçirilsin. O da evində narkotik vasitə olmadığından əmin olduğu üçün həmin ərizəni yazmışdır. Polis əməkdaşları onun evin açarını götürərək ondan öncə evinə gedib təxminən 1260 qram narkotik vasitəni onun evinə yerləşdirmişlər. Cinayət işinin materiallarında yazılıb ki, guya o, narkotik vasitəni Yevlax şəhərində Kür qırağından götürmüşdür. Ancaq polis əməkdaşları yaxşı bilirlər ki, nəinki Kür qırağında, ümumiyyətlə Yevlax rayonunun heç bir yerində narkotik bitmir. Onun narkotik vasitə olan sellofana əli belə dəyməmiş, həmin narkotiki polis əməkdaşları özləri onun evinə qoymuşlar, özləri də götürmüşlər. O, ibtidai istintaq zamanı əl-barmaq izlərinin götürülməsini tələb etsə də təmin edilməmişdir. Polis əməkdaşları ona təzyiq göstərərək bu cinayət işini onun boynuna qoymuşlar. Videoçəkiliş zamanı təzyiq altında polislərin istədikləri formada danışmışdır. Polis əməkdaşları onun yenicə əməliyyatdan çıxdığını bilsələr də onu döyərək çəkilişə gətirmişlər və tələsdiklərinə görə çəkilişi də düz deyil, əyri formada çəkmişlər. Ibtidai istintaq zamanı vəkilinin kim olduğunu bilmir, polislər həmin vəkilə bir az pul vermişlər, o da polislərin dediklərini təsdiqləyib getmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən yenə də polislərin təzyiqi altında olduğu üçün hakimə döyülməyi ilə bağlı heç nə deməmiş, amma bununla bağlı Baş Prokurorluğa şikayət etmişdir. O, narkotik vasitə istifadəçisi olsa da heç vaxt külli miqdarda narkotik vasitə saxlamamış, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiminsə uşaqlarını xəstəliyə düçar etməmişdir. Onu “Dəvəçi” qəbiristanlığının yanında yox öz evinin qarşısında tutub polis şöbəsinə aparmışlar, sonra isə “Dəvəçi” qəbiristanlığının yanında və evində videoçəkiliş etmişlər. Polislər onun əlini-ayağını bağlayaraq dubinka ilə ayağının altına vurmuşlar, onun bir ay əvvəl mədə-bağırsaq əməliyyatından çıxdığını bilmələrinə baxmayaraq ona əzab vermişlər. Həmin vaxt o, ayağının altından xəsarət almış və ayağının altı göyərmişdir. Onu bir ay sonra tibbi ekspertizadan keçirmişlər, həmin vaxt xəsarəti qalmamışdır. Gəncə şəhərində * saylı istintaq təcridxanasında həkim onu müayinə etsə də xəsarətləri ilə bağlı ondan heç nə soruşmamış, o da bu barədə heç nə deməmişdir. Nə üzərindən, nə də evindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, onları polis əməkdaşları qoymuşlar. Ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyinə görə həmin ifadəni təsdiq etmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. O, bir müddət əvvəl Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində sahildə çətənə kolu görmüşdür. O, özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğundan gördüyü kütlənin qurudulmuş marixuana olduğunu dərhal başa düşmüşdür. O, həmin çətənə kolunu yığaraq qurutmuş və həmin kütləni özü istifadə etmək üçün götürüb gizlətmək qərarına gələrək yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamışdır. Belə ki, narkotik vasitə olan qurudulmuş marixuana olan sintetik kisəni sarı rəngli sellofan torbaya yerləşdirərək yaşadığı evin yataq otağında olan kreslonun sol tərəfində gizlədərək saxlamışdır. O, həmin yataq otağına kimsənin gəlmədiyini bildiyi üçün gizlətmişdir ki, narkotik vasitəni oradan hissə-hissə götürərək istifadə etsin. O, tez-tez həmin narkotik vasitəni gizlətdiyi yerə gedərək oradan özünə yetəcək qədər narkotik vasitəni götürərək sakitçilik olan yerlərdə istifadə etmişdir. ## #### 2025-ci il tarixdə saat təxminən 15:35 radələrində o, üzərində, yəni əynində olan qəhvəyi rəngli qısaqol gödəkçəsinin sağ cibində həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsi olan zaman Yevlax şəhəri “Dəvəçi” qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və onun əynində olan gödəkçənin sağ yan cibindəki bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Baxış zamanı o, səmimi olaraq həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddənin olubolmaması barədə sorğu edilərkən o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yataq otağında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə - qurudulmuş marixuana baxış keçirilən yerdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşdırılmışdır. Zərfin üzərində müvafiq qeydlər aparılmış, o və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək polis əməkdaşlarının onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını və həmin ünvanda tək yaşadığını bildirmişdir. O, həmin gün saat 15:57 radələrində polis əməkdaşları ilə birlikdə narkotik vasitəni saxladığı ünvana getmiş və onun istiqamət verməsi ilə polis əməkdaşları ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə daxil olmuşlar. O, orada yataq otağında içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan sarı rəngli sellofanın içərisində olan sintetik kisəni gizlətdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin sintetik kisə götürülərək içərisinə baxış keçirilmiş və tərəzi vasitəsi ilə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Qablaşdırılan bükülünün üzərinə müvafiq qeydlər yazılmış vərəq yapışdırılmışdır. O da həmin vərəqi iştirakçılarla birlikdə imzalamışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına aparılmış və təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı Vəkil Əsgərov tərəfindən onun üzərindən və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağının içərisində gizlətdiyi yerdən aşkar edilərək götürülmüş narkotik vasitələrə yenidən baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, həmin qablaşdırmanın üzərində olan vərəqi imzalayaraq təsdiqləmişdir. Vəkil Əsgərov tərəfindən onun üzərində küçədə keçirilən baxış və götürməni, həmçinin yaşadığı fərdi yaşayış evinə keçirilən baxışı özündə əks etdirən videogörüntülər kompyuter vasitəsi ilə ona nümayiş etdirilmişdir. O, təhqiqatçı Vəkil Əsgərova səmimi olaraq narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində və yaşadığı fərdi yaşayış evinin içərisində yataq otağında saxladığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı Vəkil Əsgərov tərəfindən ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiə edilməsi üçün vəkil Fərhad Məmmədovu özünə müdafiəçi seçmiş və Vəkil Əsgərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Vəkil Əsgərov tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. O, üzərindən aşkar edilərək götürülmüş və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağının içərisində kreslonun sol tərəfində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı bir müddət əvvəl Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində Kürün sahilində çətənə kolunu yığıb qurutmaqla əldə etmişdir. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün üzərində saxlamış və ünvan 3 ünvanında yerləşən yaşadığı evin yataq otağında kreslonun sol tərəfində gizlətmişdir. Onun narkotik vasitə olan qurudulmuş marixuanaları satmaq niyyəti olmamışdır. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 göstərmişdir ki, o, Yevlax Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması və istifadə etməsi barədə Yevlax Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. O da daxil olmaqla əməliyyat qrupunda üç nəfər olmuşdur. Onlar Təqsirləndirilən şəxs Yevlax şəhəri, “Dəvəçi” qəbiristanlığının yaxınlığında Kürün sahilində piyada hərəkətdə olarkən saxlamışlar və ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan marixuananı onlara təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı Kür çayının sahilindən yığdığı çətənə kollarını qurutmaqla əldə etdiyini və öz şəxsi istifadəsi üçün saxladığını, onu satmaq məqsədinin olmadığını bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və Təqsirləndirilən şəxs özü də həmin qablaşdırmanı imzalamışdır. Onlar Təqsirləndirilən şəxs başqa haradasa narkotik vasitə saxlayıbsaxlamadığını soruşduqda sonuncu evində də narkotik vasitə saxladığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs öz razılığı ilə onun yaşadığı fərdi yaşayış evinə də baxış keçirtmişlər və baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı kreslonun yanından sarı rəngli sellofanı götürərək onlara tədim etmişdir. Həmin sellofanın içərisindən qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Həmin kütlə tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə apararaq təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunan bükümlərə, eləcə də əməliyyat tədbirində çəkilmiş videoçəkilişlərin əks olunduğu disklərə baxış keçirilmiş və müvafiq sənədləşmələr aparılmışdır. Təqsirləndirilən şəxs guya evinin qarşısında tutularaq polis şöbəsinə aparılması, polis şöbəsində təzyiq olunduqdan sonra “Dəvəçi” qəbirstanlığının yanına gətirilərək videoçəkilişlə üzərinə, daha isə evinə baxış keçirilməsi barədə dedikləri yalandır, belə bir hal baş verməmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax Rayon Polis X8 Qrupunun əməliyyat müvəkkilləri şahid2 və şahid3 şahid şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəstəti əsasında şahid qismində bildirilmiş şahid1 bildirdi ki, hadisə ilə bağlı məlumatı yoxdur. 2025-ci ildə o, Post Patrul Xidmətində işləmişdir, həmin ilin 25 mart tarixində harda xidmətdə olduğunu bilmir. Həmin tarixdə o, təqsirləndirilən şəxsin evində olmamışdır. Təqsirləndirilən şəxsi şəhər sakini kimi tanıyır, onun evində olmadığına əmindir. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəstəti əsasında şahid qismində dindirilmiş X3 bildirdi ki, təqsirləndirilən şəxsin evində olmamışdır, onu həmin vaxtı görməmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəstəti əsasında şahid qismində dindirilmiş şahid2 bildirdi ki, şəxslə bağlı onlara əməliyyat məlumatı daxil oldu. Şəxs dəfələrlə məhkum olunmuş şəxs olduğu üçün, narkotik istifadəçisi olduğu üçün nəzarətə götürülmüşdür. Şəxs Yevlax şəhəri, Kür sahili ərazisində qəbirstanlığın yaxınlığında hərəkətdə olan zaman videoçəkiliş vəsitəsi ilə yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Bundan sonra şəxsin üstünə baxış keçirilmiş, üzərində 6 qrama yaxın qurudulmuş marexuana aşkar edilərək götürülmüşdür. Suallarına cavab olaraq şəxs yaşadığı yerdə də narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra şəxsin evinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və narkotik vasitə aşkar edilərək götürülmüş, təhqiqata təhvil verilmişdir. 070-847-87-87 onun istifadəsində olan telefon nömrəsidir. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəstəti əsasında şahid qismində dindirilmiş şahid3 bildirdi ki, şəxslə bağlı Teymur müəllimə əməliyyat məlumatı daxil oldu. Bununla bağlı əməliyyat qrupu yaradıldı. Şəxs Yevlax şəhəri, Kür sahili ərazisində qəbirstanlığın yaxınlığında hərəkətdə olan zaman videoçəkiliş vəsatəsi ilə yaxınlaşmışıdrlar, özlərini təqdim etmişdirlər. Bundan sonra şəxsin üstünə baxış keçirilmiş, üzərində qurudulmuş marexuana aşkar edilərək götürülmüşdür. Bundan sonra şəxsin evinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və narkotik vasitə aşkar edilərək götürülmüşdür. 070-242-12-66 onun istifadəsində olan telefon nömrəsidir. Təqsirləndirilən şəxsin bildirdikləri səhvdir, onu Kür sahilində saxlamışdırlar. Üzərində 5-6 qram narkotik vasitə aşkar edilmişdir. Şəxsin evində də narkotik vasitə olması barədə onlarda olan məlumatı təqsirləndirilən şəxs özü də təsdiq etdi. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili şahid2 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış ## #### 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda ##.##.1972-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq nakotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqə 5). Iş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili şahid2 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış ## #### 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli bilindiyi üçün ## #### 2025-ci il tarixdə saat 15:35-də Yevlax şəhəri ərazisində yerləşən “Dəvəçi” qəbirstanlığının yaxınlığında Kür çayının sahilində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış və üzərində olan tünd şabalıdı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. Əməliyyat tədbirlərinin gedişində Təqsirləndirilən şəxs əlavə olaraq yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmiş və onun yaşadığı X1 küçəsi, ev 82 ünvana gedilərək baxış keçirilmiş, həmin ünvanda olan ümumi çəkisi 1 kq 330 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur (cild 1, iş vərəqə 24). Iş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair ## #### 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü disklərdən görünür ki, həmin tarixdə saat 15:35 dəqiqədən saat 15:42 dəqiqəyədək olan müddət ərzində Yevlax şəhəri ərazisində “Dəvəçi” qəbiristanlığının yaxınlığında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Həmin yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. Bir ədəd şəffaf sellofanda olan bükülüyə baxış keçirildikdə bükülünün içərisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin “nəşə” olduğunu, onu öz şəxsi istifadəsi üçün Kür çayının sahilində meşədən əldə edərək yaşadığı evdə saxladığını və evindəki həmin narkotikin üzərindən hissəhissə götürərək istifadə etdiyini, yaşadığı evdə də narkotik vasitə olduğunu, evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfin içərisinə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinə gedilərək saat 15:57-dən saat 16:03-dək evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağına daxil olaraq orada kreslonun sol tərəfində gizlətdiyi sarı rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Həmin sellofanın içərisinə baxıldıqda oradan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəq 10-14). Iş materiallarında olan təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında ## #### 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 16:50-dən saat 17:05-dək olan müddət ərzində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş maddələrə, eləcə də əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü disklərə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, onları öz istifadəsi üçün Kür çayının qırağından yığdığını bir daha etiraf etmişdir. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 26-28). Iş materiallarında olan şəxsi axtarış aparılması haqqında ## #### 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 18:10-dan saat 18:17-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər hansı bir narkotik maddə və digər qanunsuz əşya aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir (cild 1, iş vərəqə 43-49). Iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözlər, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 6,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd sintetik torbada, təmiz çəkisi - 1265,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd sintetik torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 6,68 qram və 1264,95 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 35 manat 97 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 54-58). Iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 154). Iş materiallarında olan “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli PHŞ-****/** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixonevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 1, iş vərəqə 103). Iş materiallarında olan Yevlax şəhər Icra Hakimiyyəti Başçısının Yevlax şəhər * saylı Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddətdə qonşularla yaxşı münasibət qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına riayət etməyə çalışmış, küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir (cild 1, iş vərəqə 112). Iş materiallarında olan iş üzrə əməliyyat tapşırığına verilmiş ## ### 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6,73 qram və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan kreslonun sol tərəfində gizlədərək saxladığı 1265 qram narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamış, istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamışdır. Onun üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanadan başqa hər hansı bir yerdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamadığı müəyyən edilmişdir. Onun həmin narkotik vasitəni nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 169). Iş materiallarında olan maddi sübut qismində tanınma haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşdığı evdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 6,68 qram və 1264,95 qram təşkil edən qurudulmuş marixuana maddi sübut qismində tanınaraq Yevlax Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Bundan başqa, sübutların qiymətləndirilməsi haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinin, əşyaya baxış keçirilməsinin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən dörd ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 1, iş vərəqə 170182). Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin məlumatından, eləcə müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluqları ödənilsə də sonuncu məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 4 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə cəzadan 1 ay 24 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 109-110, 116-121, 152-153). Iş materiallarında olan Yevlax Rayon Icra və Probasiya Şöbəsinin ## ### 2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti ## ###### 2024-cü il tarixdə başa çatmış və o, şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqə 150). Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasinin Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** saylı məktubundan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalaraq törətmədiyi cinayət əməlini etiraf etməsyə məcbur edilməsi barədə təcridxanadan Baş Prokurorluğa daxil olmuş müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmamış, Yevlax RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmiş, bununla əlaqədar ##.##.2025-ci il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd olunmasına dair qərar qəbul edilmiş və bu barədə hüquqların izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Iş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “əməliyyataxtarış” tədbirlərinin həyata keçirilməsi haqqında ##.##.2025-ci il tarixli qərarın qanuniliyinin yoxlanmasına dair müraciət geri qaytarılmışdır. Iş materiallarına əlavə edilmiş “Azərfon MMC”-dən daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, **********, ********** saylı nömrələr sorğulanan tarixdə Azərfon şəbəkəsində istifadə olunmamışdır. Iş materiallarına əlavə edilmiş “Bakcell MMC”-nin ##.##.2026-cı il tarixli məhktubundan görünür ki, **********, ********** saylı nömrələr sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır. Iş materiallarına əlavə edilmiş Yevlax RPŞ-dən daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatları əsasında tərəfimizdən ##.##.2025-ci il tarixdə ***** saylı əməliyyat-işi açılaraq Dünyamalıyev əməliyyat tədqiqinə götürülmüşdür. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs cinayət əməlləri ifşa edilərək AR CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Iş materiallarına əlavə edilmiş “tutulmuş şəxsin *** nömrəli tibbi kitabçasından” görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvvəqəti saxlama yerinə dail olarkən onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən maddi sübutlar əməliyyataxtarış tədbirləri zamanı ələ keçirildiyindən, iş üzrə ədalətli və qanuni qərarın qəbul edilməsi üçün ilkin olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyi yoxlanmalıdır. Belə ki, iş materiallarında da göründüyü kimi iş üzrə maddi sübutlar əldə edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri iki mərhələdə həyata keçirilmiş, ilkin olaraq şəxsin üzərindən 6,73 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamında isə şəxsin yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında 1265,0 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası 6,73 qram qurudulmuş marixuana götürülməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri üzrə hər hansı pozuntu aşkar etməsə belə, məhkəmə kollegiyası istintaq zamanı müəyyən olunmuşdur ki, əməliyyat-axtarış tədbirlərinin davamında şəxsin yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında 1265,0 qram qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, yəni şəxsin evinə baxış keçirildikdən sonra keçirilmiş əməliyat-axtarış təbirlərinin qanuniliyi yoxlanmamış, Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “əməliyyat-axtarış” tədbirlərinin həyata keçirilməsi haqqında ##.##.2025-ci il tarixli qərarın qanuniliyinin yoxlanmasına dair müraciət geri qaytarılmışdır. Belə ki, Əməliyyat-axtarış tədbirlərinin dairəsi “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının ## ####### 1999-cu il tarixli № ***-IQ nömrəli Qanununun 10-cu maddəsinin İ hissəsində müəyyən edilmiş və bu tədbirlər məhkəmənin, yaxud da əməliyyataxtarış fəaliyyəti subyektinin əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Adı çəkilən Qanunun 10-cu maddəsinin IV hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:

1. şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;

2. cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Qanunun 10-cu maddəsininin V hissəsinə əsasən, bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Bundan başqa “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2 ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə nəzarətinin formal olması məhkəmə nəzarəti funksiyasını “passiv legitimləşdirmə” fəaliyyətinə oxşar edə bilər. Bu terminin izahı ətraflı olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1ci maddələrinin şərh edilməsinə dair” ## ### 2014-cü il tarixli Qərarında verilmişdir. Lakin məhkəmə qarşısında məhkəməyədək mərhələdə nəzarətə dair xüsusi prosessual vəzifə-insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilənin qarşısının alınması vəzifəsi qoyulmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır. CPM-in 143.2-ci maddəsində qeyd edilir ki, məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmənin bu səlahiyyətləri sübutların toplanması prosesinə aiddir. Əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti altında aparılması isə sonda həmin tədbirin nəticələrinin cinayətprosessual qaydada sübut qismində istifadəsinə əsas verir. Beləliklə, məhkəmələr sübutların gələcək məhkəmə prosesində faydalı və obyektiv istifadəsini təmin etmək məqsədi ilə məhkəməyədək mərhələdə məhkəmə nəzarəti funksiyasının geniş və hərtərəfli aparılmasında səlahiyyətli olmalıdırlar. Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təhqiqat və məhkəmə nəzarətini həyata keçirən birinci instansiya məhkəməsi arasında yaranmış anlaşılmazlıq nəticəsində məhkəmə nəzarəti qaydasında əməliyyat-axtarış tədbirlərinin davamında Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında 1265,0 qram qurudulmuş marixuananın aşkar edilərək götürülməsi yoxlanmasa belə, qeyd olunan hal işə mahiyyəti üzrə baxılarkən keçirilmiş “əməliyyat-axtarış” tədbirinin yoxlanmasına mane olmamalıdır. Qeyd olunan hüquqi mövqeni həm də “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarına istinadən də əsaslandırmaq mümkündür. Belə ki, istinad olunan qərarda qeyd olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmin qərar yalnız eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarında da ifadə etmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində açılmış ***** saylı əməliyyat-işi sorğulanaraq qapalı məhkəmə iclasında yoxlanılmış, şəxs barəsində daxil olmuş ilkin əməliyyatın narkotik vasitənin satışı ilə bağlı olduğu müəyyən olunmuş, əməliyyat-axtarış tədbirləri keçirilən zaman hər hansı pozuntu aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin evinə keçirilmiş baxış sonuncunun razılığı ilə keçirilmiş, bununla bağlı təqsirləndirilən şəxs polis əməkdaşlarına ərizə təqdim etmişdir. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ## #### 2025-ci il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və onun evinə baxış keçirilərkən narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən birinci instansiya məhkəməsinin təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması və etirafedici ifadələrin həmin təsir və təzyiqlərdən sonra verilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, “məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs etirafedici ifadələrin təzyiq altında verilməsini qeyd etsə belə, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmiş, kollegiyanın araşdırması zamanı da, hər hansı bir subut aşkar etmək mümkün olmamışdır. Bundan başqa şəxsin həm penitensiar xidmətə, həm də müvvəqti saxlama yerinə daxil olarkən qeydiyyatı aparılmış tibbi kitabçaları tədqiq edilən zaman şəxsin təyziqlərə məruz qalması öz təsdiqini tapmamış, təqsirləndirilən şəxs həmçinin məhkəmə kollegiyası istintaqının sonrakı mərhələsində ona fiziki yox, psixi təsir olduğunu qeyd etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələr versə belə, sonradan məsuliyyətdən yayınmaq və ya cəzasını yüngülləşdirmək üçün ifadələrini dəyişmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş etirafedici ifadələrin təzyiq altında verilməsini qeyd etsələr belə, Təqsirləndirilən şəxs təzyiqlərə məruz qalma halı öz təsdiqini tapmır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin evinə baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının onun evində olması və narkotik vasitənin onun evinə polis əməkdaşları tərəfindən yerləşdirlməsi ilə bağlı dəlillərinə də tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar üzrə polis əməkdaşlarının anten məlumatları götürülərək məhkəmə kollegiyasının iclasında tədqiq olunan zaman şəxsin qeyd etdiyi polis əməkdaşlarının baxış keçirilməmişdən əvvəl təqsirləndirilən şəxsin evində olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli ** saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı da aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən onun qaraciyər serrozu, HCV xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmış, həmçinin CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il ## ### tarixli Qərar). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu (bundan sonra-***-IIQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarda həmçinin o da göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun və əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində həbs ilə əlaqədar olmayan cəza növünün tətbiqini əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X6 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun (hazırda Femida Vəkil Bürosunun) vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 40 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 440 manat haqq hesablanıb xxxx Qara Qarayev filialı Kodu:512145 VÖEN: **********, Müxbir hesab: AZ46NABZ01350100000000015944, S.W.İ.F.T. Bik: UBAZAZ22, Adı: FEMIDA VƏKIL BÜROSU, Hesab №-si:AZ 19UBAZ40363496840090AZN001, VÖEN: ********** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 440 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: xxxx Qara Qarayev filialı Kodu:512145 VÖEN: **********, Müxbir hesab: AZ46NABZ01350100000000015944, S.W.İ.F.T. Bik: UBAZAZ22, Adı: FEMIDA VƏKIL BÜROSU, Hesab №-si:AZ 19UBAZ40363496840090AZN001, VÖEN: **********. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar