Məhkəmə qərarları › İş №1(107)-403/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-403/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-403/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs1 müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixl (hakim Günay Cavadova) hökmü ilə, 16.06.1968-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması xx.xx.1969-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs1 məhkəmə zalından həbs edilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 2 ədəd sarı rəngli metal boyunbağı, 4 ədəd gümüşü rəngli metal boyunbağı, 2 ədəd gümüşü rəngli metal qolbağı, 1 ədəd sarı rəngli metal qolbağı, 2 ədəd sarı rəngli metal sırğa cütü, 1 ədəd gümüşü rəngli metal sırğa cütü və 2 ədəd sarı rəngli metal üzük Zərərçəkmiş şəxs təhvil verilsin və 0,185 qram miqdarında psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 69( altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2, 109(bir yüz doqquz) manat 50(əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi müəyyən edilmişdir işin halları: Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmuşlar ona görə ki, onlar qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 dekabr 2020-ci il tarix saat 11 radələrində X2 yaşadığı Şəmkir rayonu Abbaslı kəndində yerləşən evinə darvazadan qanunsuz daxil olub evin yataq otağındakı paltar dolabının içərisindən sonuncunun qardaşı Zərərçəkmiş şəxs məxsus 1150 manat pulu, güzgülü dolabın üzərindən 2,74 qram çəkidə 4 manat dəyərində 1 ədəd sarı rəngli metal boyunbağını, 1,82 qram çəkidə 1 manat dəyərində 1 ədəd sarı rəngli metal boyunbağını, 3,80 qram çəkidə 2 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 5,04 qram çəkidə 5 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 3,97 qram çəkidə 6 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 5,97 qram çəkidə 5 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 10,21 qram çəkidə 7 manat dəyərində 1 ədəd gümüşü rəngli metal qolbağını, 19,82 qram çəkidə 1 manat dəyərində 1 ədəd gümüşü rəngli metal qolbağını, 4,80 qram çəkidə 10 manat dəyərində 1 ədəd sarı rəngli metal qolbağını, 1,65 qram çəkidə 5 manat dəyərində 1 ədəd sarı rəngli metal sırğa cütünü, 8,62 qram çəkidə 2 manat dəyərində 1 ədəd gümüşü rəngli metal sırğa cütünü, 12,22 qram çəkidə 1 manat dəyərində 1 ədəd sarı rəngli metal sırğa cütünü, 1,50 qram çəkidə 1 manat dəyərində 2 ədəd sarı rəngli metal üzüyü qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 1200 manat dəyərində maddi ziyan vuraraq qabaqcadan əlbir olan, bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla qəsdən oğurluq etmişdirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,757 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 21 aprel 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Yevlax şəhəri C.Kərimov küçəsi 130 nömrəli evin həyət darvazasının qarşı tərəfində həmin psixotrop maddə olan metamfetamindən cəmi 0,422 qram miqdarında olan hissəsini tanışı Şahid3 20 manata satmış, qalan 0,335 qram miqdarında psixotrop maddə olan metamfetamini satış məqsədilə üzərində saxlamış, Nicat Nəcəfov 21 aprel 2021-ci il tarixdə saat 23:20 radələrində, Yevlax şəhəri Nizami prospektində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ona satdığı 0,422 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş və 23 aprel 2021-ci il tarixdə saat 10:20 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Yevlax şəhəri C.Kərimov küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində həmin gün saat 11:10 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli donun sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,335 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri, Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya şikayətləri və apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müadafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müadafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin ona tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini, şərti və ya qolbaqlı əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini, şərti vəya qolbaqlı əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə cinayət qanunun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətləri və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3 onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 həbs ilə əlaqədar olmayan cəza təyin edilməsini, bu mümkün olmadıqda onun himayəsində azyaşlı övladlarının olması nəzərə alınaraq barəsində CM-nin 79-cu maddəsinin tətbiq edilərək ona təyin ediləcək cəzanın çəkilməsinin təxirə salınması, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərə ona təqsirli bilindiyi maddələrdə nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 apellyasiya protestinin təmin edilərək Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün ona münasibətdə dəyişdirilməsini, apellyasiya şikayətlərinin isə təmin edilməməsi xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərəçəkmiş şəxs X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərəçəkmiş şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətləri və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü cinayət qanunvericiliyinin normasının tətbiqi ilə bağlı dəyişdirilməli, hökm baxılmış apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə dilənçiliklə məşğul olmaq məqsədi ilə 18.12.2020-ci il tarixdə Şəmkir rayonuna getmişdir. Şəmkir rayonunun ərazisinə girdikdən sonra qarşılarına çıxan ilk kənd olan Abbaslı kəndində yolun kənarında avtomobildən düşmüşlər. Yolun kənarında düşdükdən sonra kəndin içərisində qapıları döyüb dilənməyə başlamışlar. Təxminən 3-4 qapı döydükdən sonra sarı rəngi olan dəmir darvazanın qarşısına getmişlər. Qapını döymək istəyərkən darvazanın giriş qapısının dəmir qıfılı olduğunu görmüşlər. Darvazanın alt hissəsi bağlanmadığı üçün darvazanı əli ilə itələmiş və darvazanın alt hissəsi aralanmışdır. Bəsti həmin aradan keçərək həyətə girmişdir. Bəsti həyətə girdikdən sonra darvazanı əli ilə tutmuş, o, da həyətə girmişdir. Onlar həyətə girdikdən sonra evin qapısına tərəf yaxınlaşmışlar. Evə yaxınlaşаn zaman evin qapısının aralı olduğunu görüb qapını açаraq evə daxil olmuşlar. Birinci mərtəbənin 2 otağı, 1 mətbəxi olmuş, otaqlardan biri yataq otağı, digəri isə qonaq otağı olmuşdur. Onlar qonaq otağına daxil olmadаn birbaşa yataq otağına daxil olmuşlar. Yataq otağına girdikdən sonra Bəsti dolabı axtarmağa başlamış, dolabı axtararkən yataq üzlükləri olan hissəsindən üzlüklərin arasından 1150 manat məbləğində pul götürmüş, o, isə yataq otağında güzgülü dolabın üstündə olan bijuteriyaları qızıl bilib götürmüşdür. O, pulu və bijuteriyaları götürdükdən sonra ev sahibinin gəlməsindən qorxaraq evi çox axtarmayıb çıxmışlar. Evdən çıxdıqdan sonra girdikləri darvaza ilə üzbəüz olan kiçik darvazadan çıxaraq oğurluq etdikləri evdən uzaqlaşmışlar. Evdən uzaqlaşdıqdan sonra onlar yolun kənarına getmiş, oradan avtomobil saxladaraq Gəncə şəhərinə getmişlər. Onlar Gəncə şəhər avtovağzalından taksi ilə öz yaşadıqları Yevlax şəhərinə gəlmişlər. Yevlax şəhərinə çatdıqdan sonra oğurladıqları 1150 manat pulun 400 manatını Bəstiyə vermiş, qalan 750 manat pulu isə özünə götürmüşdür. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində bildirmişdir ki, 2021-ci ilin aprel ayında yaşadığı küçədə transformatorun yanında, yerdən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü tapmış və bükülünü açıb içərisinə nəzər saldıqda bükülüdəkinin psixotrop maddə olduğunu görmüşdür. 21.04.2021-ci il tarixdə saat 21 radələrində o, evin həyət darvazasının döyüldüyünü eşidib həyətə çıxmış, qapını döyən şəxsin tanıdığı Nicad olduğunu görmüşdür. Nicad ona psixotrop maddə metamfetamin lazım olduğunu, deyərək ona 20 manat pul vermiş, o, da Nicaddan 20 manat pulu alıb həmin tapdığı psixotrop maddənin yarısını, gümüşü rəngli siqaret kağızına bükərək Nicada vermiş, qalan maddəni əynindəki donun sağ yan cibinə qoyaraq saxlamış, 23.04.2021-ci il tarixdə saat 20:30 radələrində Yevlax şəhəri C.Kərimov küçəsi ilə yaşadığı evə gedərkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə satdığını deyərək onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış apararkən o, əynindəki donun sağ yan cibində saxladığı metamfetamin olan bükülünü çıxarıb təqdim etmişdir. Hazırda törətdiyi əməllərdən peşman olduğunu, oğurluq nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, dilənçiliklə məşğul olaraq ailəsini dolandırır. 2020-ci ilin dekabr ayında o, tanışı Təqsirləndirilən şəxs2 birlikdə Şəmkir rayonuna gedib orada dilənçiliklə məşğul olmaq qərarına gəlmişdir. 18 dekabr 2020-ci il tarixdə o, Gülcənnətlə birlikdə taksi ilə Şəmkir rayonuna getmişdir. Onlar Şəmkir rayonunun Abbaslı kəndində taksidən düşüb piyada həmin kəndə getmiş və yaşayış evlərinin həyət qapılarını döyüb sakinlərdən pul dilənməyə başlamışlar. Təxminən 3-4 qapı döydükdən sonra darvazası sarı olan yaşayış evinin qarşısına getmişlər. Həmin vaxt o və Gülcənnət darvazanın açıq olduğunu görmüşlər. Gülcənnət əli ilə darvazanı itələmiş və darvaza açılmışdır. Əvvəlcə o, sonra isə Gülcənnət açıq darvazadan həyətə daxil olmuşlar. Onlar həyətdə heç kimin olmadığını görmüşlər. Həyətdə bir mərtəbəli ev olmuşdur. O və Gülcənnət həmin evə daxil olub pul və qiymətli əşyalar oğurlamağı qərara almışlar. Əvvəlcə Gülcənnət, sonra o, evə daxil olmuşlar. Evdə bir ədəd yataq və bir ədəd qonaq otağı olmuşdur. Onlar birbaşa olaraq yataq otağına daxil olmuş və axtarışa başlamışlar. O, otaqdakı dolabda axtarış aparmışdır. O, dolabın içərisində yataq üzlüklərinin arasında pulun olduğunu görmüşdür. O, pulu saymış və 1150 manat olduğunu bilmişdir. O, həmin pulu götürmüşdür. Gülcənnət isə güzgülü dolabın üstündən bir neçə ədəd qızıl əşyalarına oxşar əşyalar götürmüşdür. Bundan sonra onlar evdən həyətə çıxmışlar. Onlar həyətdən yola çıxmış və oradan uzaqlaşıb əsas yola getmişlər. Onlar tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə əvvəlcə Gəncə şəhərinə, oradan isə başqa bir taksi avtomobili ilə Yevlax şəhərinə gəlmişlər. Yevlax şəhərinə çatdıqdan sonra oğurladıqları 1150 manat pulun 400 manatını o, götürmüşdür. Qalan 750 manat pulu isə Gülcənnət götürmüşdür. Gülcənnət oğurladığı əşyaların qızıl olmadığını bilmiş və özü taxıb istifadə edəcəyini demişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs birincin instansiya məhkəməsinə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2020-ci ilin dekabr ayının əvvəllərində arvadı Nərminənin səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq Bakı şəhərində olmuşlar. Həmin ərəfədə Rusiya Federiyasında yaşamış oğlu Cəfər ona 1150 manat pul və bir neçə ədəd bijuteriya əşyaları göndərmişdir. O, Abbaslı kəndində yaşamış bacısı Balaxanıma zəng edərək Cəfərin göndərdiyi 1150 manat pulu və bijuteriya əşyalarını götürüb evində saxlamasını, Bakı şəhərindən qayıtdıqdan sonra həmin pulu və əşyaları götürəcəyini demişdir. Balaxanım 1150 manat pulu və bijuteriya əşyalarını götürüb evində saxlayacağını demişdir. 18 dekabr 2020-ci il tarixdə axşam saatlarında Balaxanım mobil telefonla ona zəng edərək həmin gün səhər saatlarında Gəncə şəhərinə getdiyini, yaşadığı evdə heç kimin olmadığını, evə qayıtdıqdan sonra həyətin darvazasının açıq olduğunu gördüyünü, evində saxladığı ona məxsus 1150 manat pulun və bijuteriya əşyalarının oğurlandığını, oğurluq etmiş qadının video müşahidə kamerasına düşdüyünü bildirmişdir. Bundan sonra o, arvadı Nərminə ilə birlikdə Şəmkir rayonu Abbaslı kəndinə getmişdir. Balaxanım 1150 manat pulun və bijuteriya əşyalarının oğurlanması barədə Şəmkir rayon polis şöbəsinə şikayət etdiyini, polis əməkdaşlarının araşdırma apardığını bildirmişdir. Balaxanım ona 1150 manat pulu yataq otağındakı paltar dolabının içərisinə, bijuteriya əşyalarını isə həmin otaqdakı güzgülü dolabın üzərinə qoyduğunu, oğruların həmin otağa girib axtarış apardıqlarını, pulu və bijuteriya əşyalarını tapıb oğurladıqlarını bildirmişdir. Oğurluq cinayət hadisəsi nəticəsində ona maddi ziyan vurulduğu üçün istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmağı üçün o, Şəmkir rayon polis şöbəsinə ərizə vermişdir. Cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq zamanı cinayəti törətmiş şəxslərin Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Həmin şəxslər ona vurduqları 1200 manat maddi ziyan tam olaraq ödəmişlər. O, ərizə yazaraq dəymiş ziyanın ödəndiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona 23 aprel 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Saat 10 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri C.Kərimov küçəsinə getmişdir. Saat 10:20 radələrində o, Gülcənnətin yaşadığı evin qarşısında küçədə olduğunu görmüş və onlar Gülcənnətə yaxınlaşmışlar. O, Gülcənnətə qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Gülcənnət üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Gülcənnətin üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Nuğayla birlikdə Gülcənnəti Yevlax rayon polis şöbəsinin inzibati binasına aparıb təhqiqatçı Mirzalı Əhmədzadəyə təhvil vermişlər. O, Gülcənnətın gətirilməsi barədə raport yazmışdır. Mirzalı Əhmədzadə onun tərtib etdiyi sənədlər əsasında Gülcənnəti şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçinin iştirakı və video çəkiliş ilə Gülcənnətin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Gülcənnət əynindəki donun sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Gülcənnət bir ədəd kağız bükümün içərisində psixotrop maddə - metamfetamin olduğunu, metamfetamini bir neçə gün əvvəl küçədə yerdən tapıb əldə etdiyini bildirmişdir. Gülcənnət psixotrop maddə istifadəçisi olduğunu, metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 aprel 2021-ci il tarixdə saat 10:20də şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər. 18- 19); şəxsi axtarış və götürmə haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli paltarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindən metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. ( İ cild iş vər. 24- 30); məhkəmə kimyəvi ekspertizasının 24.04.2021-ci il tarixli, 17/297 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,335 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan- metamfetamindir. Tədqiqata sərf edildi-0,100 qram, qalıq- 0,235 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (İ cild iş vər. 39-40); Cinayət işi materiallarına əlavə edilmiş maddi sübut kimi tanınma haqqında 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,235 qram olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İ cild iş vər. 126-127); Cinayət işi materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 24.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 23.04.2021-ci il tarixdən hesablanmışdır. (İ cild iş vər. 111-114); məhkəmə kimyəvi ekspertizasının 22.04.2021-ci il tarixli, 17/286 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman.. aşkar edilərək götürülmüş ...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi- 0,422 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild iş vər. 56-58); Cinayət işi materiallarına əlavə edilmiş 24 aprel 2021-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Nicad Nəsibov ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 21 aprel 2021-ci il tarixdə Yevlax şəhəri C.Kərimov küçəsində Təqsirləndirilən şəxs2 20 manat pul verib əvəzində metamfetamin aldığını, Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. (İ cild iş vər. 75-78); məhkəmə kimyəvi ekspertizasının 25.05.2021-ci il tarixli, 17/375 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin ilə üzərində “Şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman.. aşkar olunaraq götürülmüş... kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,185 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. İİ cild 100-102); Cinayət işi materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri Şəmkir rayonu Abbaslı kəndində yerləşən X4 məxsus bir mərtəbəli fərdi yaşayış evidir. Evin həyətyanı sahəsinin giriş darvazası yalnız yuxarı hissədən bağlanır. Evin giriş qapısı zirzəmi tərəfdən olmaqla açıq vəziyyətdədir. Evin yataq otağı qismən dağınıq vəziyyətdə olmaqla paltar dolabının qapısı açıq, içərisindəki dəsmallar səliqəsiz vəziyyətdə, güzgü stolu qismən dağınıq vəziyyətdədir. (İİ cild iş vər. 157-163); götürmə və baxış keçirilməsi haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bəkirova X5 Məmmədovaya məxsus evdən oğurladığı və Zərərçəkmiş şəxs məxsus bijuteriya əşyalarını istintaq orqanına təqdim etmiş və həmin əşyalara baxış keçirilmişdir.(İ cild iş vər.225-226); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 07 aprel 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(İİ cild iş vər.38-39); məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 aprel 2021-ci il tarixli, 6/1369-9/2013 №li rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan, üzərində kürə formalı elementləri olan boyunbağımetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 2,74 qramdır- 4,0 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı (kilid yeri yoxdur)- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,82 qramdır, qırıntı hesab olunur- 1,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ulduz formalı elementi olan boyunbağı (kilid yeri yoxdur)- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,80 qramdır, qırıntı hesab olunur- 2,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ay və ulduz formalı elementləri olan boyunbağımetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,04 qramdır- 5,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, ulduz formalı elementi üzərində ağ şəffaf qaşları olan boyunbağı- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,97 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 6,0 manat; 1 ədəd gümüşü rəngli metaldan 3 hissəyə bölünmüş boyunbağı- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,97 qramdır, qırıntı hesab olunur- qiymətləndirilmir; 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbaq- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 10,21 qramdır- 7,0 manat; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), müxtəlif formalı elementləri üzərində qaşları olan qolbaq (çox sayda qaş yeri boşdur)- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 19,82 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 1,0 manat; 1 ədəd sarı rəngli metaldan, gül formalı elementləri üzərində ağ şəffaf qaşları olan qolbaq- metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 4,80 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 10,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində yarpaq formalı elementi olan sırğa cütümetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,65 qramdır- 5,0 manat; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), üzərində ağ şəffaf qaşları olan sırğa cütü (çox sayda qaş yeri boşdur)- metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 8,62 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 2,0 manat; 1 ədəd sarı rəngli metaldan halqa formalı sırğa cütü (1 tayının kilid yeri yoxdur)metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 12,22 qramdır, qırıntı hesab olunur- 1,0 manat; 2 ədəd sarı rəngli metaldan (qaralmış) üzük- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,50 qramdır- 1,0 manat. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların hazırki tarixə olan satış qiyməti ilə ümumi dəyəri 45,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 manatdır. (İİ cild iş vər. 106-110); Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 26.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 2 ədəd sarı rəngli metal boyunbağı, 4 ədəd gümüşü rəngli metal boyunbağı, 2 ədəd gümüşü rəngli metal qolbağı, 1 ədəd sarı rəngli metal qolbağı, 2 ədəd sarı rəngli metal sırğa cütü, 1 ədəd gümüşü rəngli metal sırğa cütü və 2 ədəd sarı rəngli metal üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İİ cild iş vər. 177- 195); Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir.( İ cild iş vər. 137-138); Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 17.06.2021-ci il tarixli, 716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İİ cild iş vər.168). Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrinə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlilikləri kifayət qədər sübutа yetirilmişdir. Onların əməlləri müvafiq olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci və Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətləri və apellyasiya protestində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin faktiki hallarını və əməllərin tövsifini mübahisələndirməyərək, yalnız həmin hökm ilə təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaların dəyişdirilməsi xahiş edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 müadafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müadafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin ona tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini, şərti və ya qolbaqlı əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini, şərti vəya qolbaqlı əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə cinayət qanunun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə ilkin olaraq apellyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir və hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın toplanması zamanı Cinayət Məcəlləsinin normalarının düzgün tətbiq etməməsi qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06.04.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə 06 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına və 1610 manat cərimə cəzasına məhkum edilmişdir; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 1(088)-97/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 29 iyun 2010-cu il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının çəkilməmiş hissəsi, 1610 (bir min altı yüz on) manat cərimə cəzası tam və Şəki Apellyasiya Məhkəməsinin 1(107)-138/2011 saylı, 13 oktyabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə edilməməklə Azərbaycan Respublikası CMnin 79-cu maddəsinə əsasən çəkilməsi təxirə salınmış 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 79.4-cü və 67.1-ci maddələrinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və qəti olaraq ona 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası və 1610 (bir min altı yüz on) manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 02 avqust 2014-cü il tarixdən 04 avqust 2014-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası və 1610 (bir min altı yüz on) manat cərimə cəzası saxlanılmışdır. (İİ cild iş vər. 114-123); Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli Qanunu tətbiq edilərək Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.3.3-cü maddəsindən 177.2.2. və 177.2.3-cü maddəsinə tövsif edilməklə üzərində qəti olaraq 05 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 1610 manat cərimə cəzası saxlanılmış, həmin Məhkəmənin 28 avqust 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq, 4 (dörd) ay 16 (on altı) gün vaxtından əvvəl azad edilmişdir. 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə Təqsirləndirilən şəxs1 qeydiyyatdan çıxarılmışdır. ( İ cild iş vər. 205-206); Yevlax rayon icra və probasiya şöbəsinin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-97/2015 saylı, 16.07.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilininərək 1610 manat məbləğində cərimə cəzasına məhkum edimiş X12 cəriməni dövlət nəfinə ödəmişdir; CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi ilə nəzərdə tutulmuş cinayət əməllərini barəsində əvvəlki hökm üzrə çəkməli olduğu cəzadan şərti olaraq azad edildiyi, həmin cəza üzrə sınaq müddəti təyin edilməsinə baxmayaraq törətmişdir. Belə olan halda birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəmənin 28 avqust 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 4 ay 16 günü Cinayət Məcəlləsinin 67.1 və 76.6.3-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin olunmalı olduğu halda, həmin çəkilməmiş 4 ay 16 gün azadlıqdan məhrumetmə cəzasını nəzərə alınmamışdır. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən CM-in 67.1 və 76.6.3-cü maddələrinin tələbləri nəzərə alınmadan cəza təyin edilməklə cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protesti cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsində qeyd edilir ki; 403.0. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Göründüyü kimi birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq etməklə və tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini onların cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Həmçinin birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməsə də, digər Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Apellyasiya Məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onların şəxsiyyətinə, törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyinə nəzərən uyğun və əsaslı hesab edir. Bundan əlavə təqsirləndirilən şəxsin müdafiəçisi X3 məhkəmə iclasında Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladlarının olmasını nəzərə alınaraq barəsində CM-nin 79-cu maddəsinin tətbiq edilərək ona təyin ediləcək cəzanın çəkilməsinin təxirə salınması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məhkumluqlarından biri ilə bağlı cinayət qanunvericiliyi ilə şəxsə təyin edilmiş cəzasının şərti olaraq cəza çəkmədən azad olunması institutunun tətbiq edilməsinə baxmayaraq o, yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının icrasının təxirə salındıqdan sonra azadlıqda qalacağı təqdirdə yenidən eyni xaraktlerli cinayət əməllərinin törədilməsi istinsa edilmir. Həmçinin digər Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın əsaslı olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını hökm etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələr üzrə ən aşağı həddə yaxın cəza təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin məlum hökmü ilə təyin edilmiş cəzaların qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətlərin təmin edilməməsini məqsədə müvafiq hesаb edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissəsində dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində tətbiq olunmuş 04 ay 16 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 4 ay 16 gün müddət hazırkı hökm ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, hökm apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində tətbiq olunmuş 04 ay 16 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 4 ay 16 gün müddət hazırkı hökm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar