Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-407/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə, X15 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X25, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədov) 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmü ilə xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli və himayəsində üç azyaşlı uşağı olan, avtomobil ustası kimi fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 2, mənzil 12də qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yaşayış massivi 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.06.2020-ci il tarixdən 18.11.2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 5 (beş) ay 7 (yeddi) gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində 04 (dörd) il 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X13 yerləşdirilməsi üçün X8 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş 7.000 (yeddi min) manat pul vəsaitinin hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X16 qaytarılması, iş üzrə maddi sübut olan Şahid3 25 fevral 2016-cı il tarixli ifadəsinə əlavə etdiyi 01 ədəd “mikrocard” tipli electron məlumat daşıyıcısı və “Kapital Bank” SKB tərəfindən verilmiş 18 may 2015-ci il tarixli, ******* nömrəli “Köçürmə/Alınma haqqında” bildiriş, 20 iyun 2020-ci il tarixli qərar əsasında eyni tarixli protokolla Şahid5 götürülmüş 01 ədəd kompakt disk, 16.10.2020-ci il tarixli qərar əsasında Şahid3 götürülmüş 01 ədəd “Nokia” markalı, “C2-01” modelli, **********70936 imei kodlu mobil telefon, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd kompakt disk, Şahid5 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş 27 fevral 2015-ci il tarixli “pul köçürməsi haqqında” bildiriş və QN010946 nömrəli qəbzin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə ekspertiza xərci olan 300 AZN (üç yüz manat) pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittham verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə silahlı təcavüzü ilə əlaqədar baş verən döyüşlərdə iştirak edərək müxtəlif dərəcəli bədən xəsarətləri almış Şahid5 Zülfalı oğlu ilə 2014-cü ilin sonlarında istintaqla müəyyən edilməyən gündə aralarında baş tutan danışıq zamanı sonuncunun müharibədə iştirak etməsinə baxmayaraq, veteran adı almaması və bununla bağlı dövlətin təqdim etdiyi sair sosial imtiyazlardan istifadə etməməsi barədə bildikdən sonra Şahid5 özünün ona müharibə veteranı adının verilməsi, əlillik dərəcəsinin təyin edilməsi və onun üçün avtomobil, mənzil verilməsi, əlillərə sosial yardımın göstərilməsini təmin etmək imkanına malik olmaqla həmin fəaliyyətlə məşğul olan əlaqəli qurumların aidiyyəti yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək onun üçün qeyd edilən imtiyazların verilməsini həll edə biləcəyini, bunun üçün yaxın münasibətdə olduğu həmin qurumların vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, Şahid5 razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə Şahid5 cinayətdən xəbərsiz olan övladı Şahid4 "xxxx" ASC vasitəsilə 27 fevral 2015-ci il tarixdə özünün adına göndərdiyi 7.000 manat pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda yerləşən həmin banka məxsus filialdan götürməklə, habelə, eyni niyyətlə, Şahid5 "xxxx" ASC-nin Sabunçu filialından özünün adına 6 mart 2015-ci il tarixdə göndərdiyi 5.000 manat, 10 mart 2015-ci il tarixdə göndərdiyi 3.000 manat, 13 mart 2015-ci il tarixdə göndərdiyi 8.000 manat pul vəsaitini həmin bankın Göyçay şəhəri H.Əliyev prospekti 84 ünvanda yerləşən filialından, 1 aprel 2015-ci il tarixdə göndərdiyi 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.097 manat məbləğdə pul vəsaitini həmin bankın Ağdaş şəhəri Heydər Əliyev prospekti 97 ünvandakı filialından şəxsən çıxarıb götürməklə, habelə, Şahid5 zəruri yol və sənədləşmə xərcləri üçün əlavə pul vəsaitinə ehtiyacının olması barədə verdiyi yalan məlumatlarla aldadıb həmin adla Şahid4 11.02.2015-ci il tarixdə ünvan 5 ünvandadakı AZ1040 indeksli poçt şöbəsindən göndərdiyi 600 manat pul vəsaitini ünvan 6 ünvanda yerləşən AZ3300 indeksli poçt şöbəsindən, Şahid5 23.02.2015-ci il tarixdə ünvan 7 ünvandakı AZ1112 indeksli poçt şöbəsindən göndərdiyi 320 manat pul vəsaitini ünvan 8 ünvanda yerləşən AZ2300 indeksli poçt şöbəsindən, Şahid4 ünvan 7 ünvandakı AZ1112 indeksli poçt şöbəsindən 21.04.2015-ci il tarixdə göndərdiyi 500 manat, 14.05.2015-ci il tarixdə göndərdiyi 500 manat pul vəsaitini ünvan 8 ünvanda yerləşən AZ2300 indeksli poçt şöbəsindən, Şahid5 18.05.2015-ci il tarixdə ünvan 9 ünvandakı AZ1034 indeksli poçt şöbəsindən göndərdiyi 480 manat pul vəsaitini İsmayıllı şəhəri Cavanşir küçəsi ev 4 ünvanda yerləşən AZ3100 indeksli poçt şöbəsindən, 16.06.2015-ci il tarixdə ünvan 7 ünvandakı AZ1112 indeksli poçt şöbəsindən göndərdiyi 100 manat pul vəsaitini ünvan 10 ünvandakı AZ0300 indeksli poçt şöbəsindən və Şahid4 02.07.2015-ci il tarixdə ünvan 11 ünvandakı AZ1141 indeksli poçt şöbəsindən göndərdiyi 145 manat pul vəsaitini ünvan 12 ünvanda yerləşən AZ3600 indeksli poçt şöbəsindən şəxsən çıxarıb, qeyd edilən qaydada əldə etdiyi ümumilikdə 27.742 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus 27.742 (iyirmi yeddi min yeddi yüz qırx iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla vahid niyyətlə özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, Bakı şəhərində yaşayan cinayətdən xəbərsiz olan tanışı Şahid6 vasitəsilə Qəbələ rayonu Vəndam qəsəbəsinin sakini Şahid3 övladı Şahid2 işə düzəltmək niyyəti barədə məlumat alaraq, təkrarən aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməkdən ötrü Şahid6 vasitəsilə Şahid3 telefon nömrəsini əldə edib 2015-ci ilin may ayının əvvəlində onunla telefon vasitəsilə əlaqə saxlayıb özünün Şahid2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumuna işə düzəlməsini təmin etmək imkanına malik olmaqla həmin fəaliyyətlə məşğul olan əlaqəli qurumların aidiyyəti yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Şahid2 Fövqəladə Hallar Nazirliyinin Pirallahı rayonu Pirallahı qəsəbəsində yerləşən yanğından mühafizə hissəsinə işə düzəlmə məsələsini həll edə biləcəyini, bunun üçün yaxın münasibətdə olduğu həmin qurumların vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, Şahid3la pulun məbləğini konkretləşdirmək məqsədilə mütəmadi əlaqə saxlayıb öz aralarında 18.000 manata sövdələşməklə razılaşaraq onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, pulun bir hissəsinin Bakı şəhərində çatdırılmasını Şahid6 vasitəsilə təklif edib razılaşdıqdan sonra, sonuncunun tanışı olmaqla cinayətdən xəbərsiz olan Şahid5 4 may 2015-ci il tarixdə saat 17 radələrində ünvan 13 ünvanında “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yanında Şahid3la görüşüb idarə etdiyi “Nissan patrul” markalı 90RV622 dövlət qeydiyyat nişanlı avtomaşının salonunda sonuncudan aldığı Cavid Şöyübovun işə düzəlməsi üçün tələb olunan sənədləri və 15.000 manat pulu Şahid5 həmin gün bank rəsmiləşdirilməsi aparılmadan istintaqla müəyyən edilməyən şəraitdə Ağdaş rayonuna göndərilməsini təmin etməsindən sonra həmin pul vəsaitini qeyd edilən rayonda əldə edib, həmçinin, eyni niyyətlə, bir neçə gün sonra Şahid3 təklifi ilə sonuncuya pul borcu olan tanışı, Bakı şəhərində yaşayan X3 1.500 manatı istintaqa məlum olmayan şəraitdə alıb, qalan 1.500 manat pulu isə özünün təklifi ilə Şahid3 18 may 2015-ci il tarixdə “Kapitalbank” SKB-nin Qəbələ filialı vasitəsilə Bakı şəhərinə tanışı olmaqla cinayətdən xəbərsiz olan Şahid5 adına köçürdükdən və sonuncu tərəfindən həmin məbləğ bankdan çıxarılıb istintaqla şəxsiyyəti müəyyən edilməyən taksi sürücüsü vasitəsilə özünə göndərildikdən sonra həmin pul vəsaitini istintaqla müəyyən edilməyən yerdə əldə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təkrarən təhrik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə dövlət ittihamçısı kimi yekun nitqində Təqsirləndirilən şəxs CM-nin 178.2.2. 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 69-cu maddəsinə əsasən 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 7.000 (yeddi min) manat pul vəsaitinin CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınması təklif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsifi və ona təyin edilmiş cəza mübahisə doğurmur. Lakin məhkəmə hökmdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş 7.000 (yeddi min) manat pul vəsaitini hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X16 qaytarılmasını müəyyən etməklə səhvə yol vermişdir. Təklifinin nəzərə alınmadığı, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş 7.000 (yeddi min) manat pul vəsaitinin hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X16 qaytarılmasının müəyyən edildiyi hissədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 08.09.2021-ci il tarixli hökmü ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə Şahid5 iş üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş və X9 təqdim etdiyi 7000 manat pul sonuncunun qardaşı hazırkı iş üzrə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Həmin pul vəsaiti Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üçün verilmiş, yəni cinayət yolu ilə əldə edilmiş gəlir hesabına formalaşan pul vəsaiti olmuşdur. Həmin 7000 manatın cinayət əməlinin törədilməsi zamanı əldə edilmiş konkret həmin pul əskinazları olmaması əsası ilə aidiyyəti olmayan şəxsə qaytarılmasının hökmdə müəyyən edilməsi hüquq təfəkküri ilə uyğunluq təşkil edə bilməz. Ona görə ki, Plenum qərarına əsasən bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, hətta əmlak özü mövcud olmasa belə, onun dəyəri CMnin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)- 49/2021 nömrəli hökmünün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş 7000 (yeddi min) manat pul vəsaitinin hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X16 qaytarılmasının müəyyən edildiyi hissədə dəyişdirilməsini, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 7000 (yeddi min) manat pul vəsaitinin CM-in 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınmasını xahiş edir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittihamın mahiyyətinə görə güya Əliyev X7 Ramiz Zülfalı oğlunu müxtəlif vaxtlarda müharibə veteranı adı verilməsi, əlillik dərəcəsinin təyin edilməsi, avtomobil və mənzil verilməsi barəsində iş görmək adı altında aldadaraq xeyli miqdarda- 27.742 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa güya Təqsirləndirilən şəxs Əlihüseyin oğlu tanışı Şahid6 vasitəsi ilə Qəbələ rayonu Vəndam kənd sakini X4 aldadaraq oğlunu FHN-də işə düzəltmək adı altında aldadaraq 18 min manat pulunu ələ keçirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlu həm X5 və həm də X2 götürdüyü pulları hər hansı işin görülməsi üçün deyil, borc kimi götürmüşdür. İş üzrə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlu ondan pul vəsaitini borc kimi almış, müəyyən edilmiş müddətdə qaytara bilməmiş, sonradan aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söydüyü üçün və həm də telefonu bağladığı üçün şikayət vermək qərarına gəlmişdir. O bu barədə Yasamal rayonu ərazisində yerləşən vəkil ofisinə getmiş, orada ona demişlər ki, əgər pulu borc kimi verdiyini desən pulunu qaytarmaq çətin olacaq. Ona görə də yaz ki, pulu Təqsirləndirilən şəxs veteranlıq vəsiqəsi düzəltmək, əllillik dərəcəsi, mənzil almaq üçün vermişdir. O da həmin vəkilin məsləhəti ilə şikayətdə elə göstərmişdir. İstintaq zamanı onu Təqsirləndirilən şəxslə üzləşdirərkən həqiqəti demək istəmiş, lakin müstəntiq imkan verməmişdir. Üzləşdirmə yarımçıq saxlanılmışdır. Ramiz Alışanov ifadəsində göstərmişdir ki, Siyasət Söyübovdan alınan pulu da onun vasitəsi ilə verilmişdir. Həmin pul da borc kimi götürülmüş tam ödənilmişdir. Şahid qismində dindirilmiş X30 Əliyevi yalnız prokurorluqda istintaq aparılarkən gördüyünü, pulu Rövşən adlı şəxsə Şahid6 məsləhəti ilə verdiyini, oğlunu işə düzəltmək üçün verdiyini demişdir. Siyasət Söyübov ifadəsində göstərmişdir ki, o oğlunu işə düzəltmək üçün nə Şahid6, nə Ramiz Alışanova və nədə ki, Təqsirləndirilən şəxs oğlu barəsində hər hansı sənəd verməmiş, o Təqsirləndirilən şəxs deyilən şəxslə görüşmək istəsə də Şahid6 imkan verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əgər Təqsirləndirilən şəxs həqiqətən də Siyasət Söyübovdan pulu onun oğlunu FHN-də işə düzəltmək üçün alırdısa onda nə üçün ondan oğlunun təhsili haqqında sənəd, şəxsiyyət vəsiqəsi götürmürdü? Yaxud həqiqətən Siyasət Söyübov pulu oğlunu işə düzəltmək üçün verirdisə onda nə üçün oğlunun diplomunu, şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermirdi? Rövşən X6 hansı sənədləri təqdim edərək işə düzəldəcəkdi? İş materiallarında Siyasət Söyübovun Baş prokuror Zakir Qaralova ünvanlanmış, notarial qaydada təstiq olunmuş ərizəsindən görünür ki, X30 Əliyevə 18.000 manat pulu borc kimi vermiş, həmin pul tam həcmdə Siyasət Söyübova qaytarılmışdır. Ərizədə həmçinin Siyasət Söyübov cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə zamanı Siyasət Söyübovun notarial qaydada təsdiq olunmuş ərizəsi elan edilərək nümayiş etdirilmişdir. Məhkəməyə Təqsirləndirilən şəxslə Siyasət Söyübovun, Ramiz Alışanovun və Şahid6 arasında olan telefon danışıqlarının audio yazısı təqdim olunmuş, məhkəmə zamanı səsləndirilərək tədqiq olunmuşdur. Həmin səs yazısında X36 və həm də Şahid6 Siyasət Söyübovdan alınmış 18.000 (on səkkiz min) manat pulun borc pul olmasını bir daha təsdiq etmişlər. Təəssüf ki, Şəki Ağır Cinayətlər Məhkəməsi bu hala hökmdə hüquqi qiymət verməmişdir. Cinayət işi materiallarında Təqsirləndirilən şəxs hər hansı vəzifəli şəxslə hər hansı iş görməsi, iş görəcəyi barədə sövdələşməsi müəyyən olunmamışdır. Lakin məhkəmə bu qədər aşkar bir halın olmasına baxmayaraq CM-nin 32.4, 312-1-ci maddəsi ilə də ittiham hökmü çıxarmışdır. Belə ki, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, iş üzrə vurulmuş ziyan tam həcmdə sahiblərinə ödənilmişdir. X36 və həm də X32 Əliyevlə barışdıqlarını, ziyanın tam həçmdə ödənildiyini nəzərə alaraq işin bağlanmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində 5 nəfər yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Ailənin yeganə qazanc gətirənidir. Yuxarıda qeyd edilən yüngülləşdirici halların belə olmasına baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs həbslə bağlı cəza təyin etmişdir ki, bu da humanizm və ədalət prinsipinə ziddir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barədə bəraət hökmünün çıxarılmasını xahiş edir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X25 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmünün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş 7000 (yeddi min) manat pul vəsaitinin hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X16 qaytarılmasının müəyyən edildiyi hissədə dəyişdirilməsini, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 7000 (yeddi min) manat pul vəsaitinin CM-in 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində və birinci instansiya məhkəməsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Şahid6 vasitəsilə Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid3 rüşvət verməklə oğlunu işə düzəltmək niyəti olmamış, sonuncunu aldatma yolu ilə əmlakını ələ keçirməkdən ötrü Şahid6 vasitəsilə Şahid3 telefon nömrəsini əldə edib 2015-ci ilin aprel ayında telefonla əlaqə saxlayıb yüksək vəzifəli şəxslərlə tanışlığının olması haqqında yalan uydurmamış, həmin vəzifəli şəxslər vasitəsilə Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Pirallahı rayonu Pirallahı qəsəbəsində yerləşən X14 30.000 (otuz min) manat rüşvət müqabilində işə düzəltmək imkanının olduğunu bildirməmiş, may ayının əvvəllərinə kimi Şahid3la pulun məbləğini konkretləşdirmək məqsədilə mütəmadi əlaqə saxlayıb öz aralarında 18.000 manata razılaşaraq kiminsə etibarından sui-istifadə edib pulun bir hissəsini ələ keçirməmişdir. O, əslində 2015-ci ilin ayrı-ayrı vaxtlarında Şahid3 aldığı 18.000 manat pulu borc kimi təmənnasız almışdır və həmin pulu da Siyasətdən almamışdır. O, həmin pulu Şahid6 istəmiş və Şahid6 pulu Siyasətdən alaraq ona vermişdir. Belə ki, Şahid3 pulu Şahid5 vermiş və həmin pul üç hissəyə ona verilmişdir. O, yalnız borc kimi həmin pulu almışdır. Sonra Şahid6 onunla əlaqə saxlayaraq sözügedən pulun Şahid3 tərəfindən istənildiyini bildirmişdir. Belə olub onlara üç hissəyə pulu aldığını, ona görə də pulu üç hissə olmaqla qaytaracağını bildirmişdir. Lakin aralarında sözlü mübahisə yarandığı üçün Şahid3 Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, Şahid5 ona əlillik dərəcəsi verilməsi, müharibə veteranı adının alınması, ev və avtomobil verilməsi üçün yox, sadəcə anasının xəstəliyi ilə bağlı və ailə problemlərini həll etmək üçün borca pul götürmüşdür. Belə ki, Şahid5 2015-ci ilin qışyaz ayında "xxxx" MMC-nin vasitəsilə göndərdiyi 500 manat pulu "xxxx" MMC-nin Göyçay rayon poçt şöbəsindən, "xxxx" ASC-dən “Şimşək” pul köçürmələri, "xxxx" ASC-dən “Monex” pul köçürmələri vasitəsilə ayrı-ayrı vaxtlarda göndərdiyi 3.000 manat, 8000 manat, 5.000 manat, 2.000 manat pulu həmin bankların Göyçay, Ağdaş və İsmayıllı rayonlarındakı filiallarından ümumilikdə 18.500 manat pulu borc olaraq almışdır. Həmin puldan 4.500 manat pulu dostu Rafiq vasitəsilə, 5.000 manat və 2.000 manat pulu "xxxx" ASC-dən “Monex” pul köçürmələri vasitəsilə ya Şahid5 öz adına, ya da oğlu Şahid4 adına göndərməklə ümumilikdə 11.500 manat pulu Şahid5 qaytarmışdır. Şahid5 hazırda 7.000 manat borcu qalmışdır. Həmin pulu isə ibtidai istintaq müddətində Baş prokurorluğun depozitinə qoymuşdur. Hazırda həm Şahid3, həm də Şahid5 olan borcunu qaytarmışdır. Onun əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Şahid2 2013-cü ildə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin kollecini bitirsə də, heç bir yerdə işləməmiş, iş tapmaqda çətinlik çəkmişdir. Vəndam qəsəbəsində bağ sahəsi olan Aydın adlı şəxslə oğlu Cavidin işsiz olması, işə düzəlmək üçün tanış axtarması barədə söhbət aparmış və əlaqələri, imkanı olarsa oğlu Cavidin işə düzəlməsinə kömək etməsini xahiş etmişdir. Aydın Cavidin FHN-nin müvafiq qurumuna işə qəbuluna köməklik göstərəcəyini bildirmiş, onun deməsinə görə tanışları Rövşən adlı şəxslə və Şahid5 vasitəsilə oğlunun işə düzəlməsi məsələsini həll etməli olmuşdur. Aydının vasitəsilə Rövşənlə tanış olaraq sonuncu ilə Cavidin işə düzəlməsi məsələsi barədə söhbət aparmış, Təqsirləndirilən şəxs əvvəlcə oğlu Cavidi Ədliyyə Nazirilyinin Penitensiar xidmətində işə düzəldəcəyinə söz vermiş, amma oğlu həmin xidmətdə işləmək istəmədiyini bildirdiyindən o, Cavidi Bakı şəhəri Pirallahı qəsəbəsində yerləşən 52 saylı YMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəltmək müqabilində ondan 30.000 manat məbləğində pul istəmiş, danışıqlardan sonra Rövşən məbləği 18.000 manata endirmiş və o, razılaşmışdır. Qeyd edilən pul Şahid5 vasitəsi ilə Rövşənə çatdırılmalı, Cavid isə altı ay ərzində işlə təmin olunmalı, yəni FHNnin 52 saylı YMH-nə yanğınsöndürən düzəlməli olmuşdur. Təqsirləndirilən şəxs telefonla ona Cavidin işini Fövqəladə Hallar Nazirliyinin məsul işçisi ilə danışdığını, onun vasitəsilə həll edəcəyini, əgər həmin şəxsin imkanı çatmasa, oğlunun işini Heydər Əliyev fondunda məsul bir nəfərin əli ilə düzəldəcəyini bildirmiş, lakin konkret ad çəkməmişdir. 2014-cü ilin noyabr ayında «Nikoyl» bankdan kredit götürdüyü 13.000 manat puldan 10.000 manat, anası Çiçək Camıl qızından aldığı 4.000 manat və özünün 1.000 manat pulunu düzəldərək cəmi 15.000 manat toplamış, 5 may 2015-ci il tarixdə, saat 17 radələrində Şahid5la Bakı şəhərində 2 №-li Bakı Tibb texnikumunun qarşısında görüşüb idarə etdiyi qara rəngli «Nissan Patrol» markalı 622 nömrəli maşınının salonunda ikilikdə 15.000 manatı və Cavidin diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini, əvvəlki iş yerindən, yəni Qəbələ rayonu Mülki Müdafiə təşkilatından xasiyyətnaməni sonuncuya vermişdir. Şahid5 pulu sayıb götürdükdən sonra telefonla Rövşənlə danışaraq pulu qəbul etdiyini bildirmişdir. Ramizlə görüşü təxminən 5-6 dəqiqə çəkmişdir. Şahid5 pulu hansı vasitə ilə Təqsirləndirilən şəxs göndərməsi barədə məlumatı olmamışdır. Bundan əlavə, Bakı şəhər sakini Mübariz adlı şəxsin ona iki min manat borcu olmuş, həmin borcun 500 manatını özünə qaytarmışdır. Mübarizlə əlaqə saxlayaraq ona olan qalan borcunu, yəni 1.500 manatı isə Təqsirləndirilən şəxs verməsini tapşırmış və sonuncu həmin pulu Rövşənə çatdırmışdır. Bundan əlavə, qaynı X10 1.000 manat borc alaraq üstünə Mübarizin qaytardığı 500 manatı da əlavə edib, cəmi 1.500 manat pulu 18 may 2015-ci il tarixdə Şahid5 adına «Kapital» SKB Qəbələ şöbəsi vasitəsi ilə göndərmişdir. Bununla da, ümumilikdə Təqsirləndirilən şəxs 18.000 manat pul vermişdir. X37 bu günə kimi işlə təmin etməmiş, onu aldadıb pulunu ələ keçirdiyini yəqin etdikdən sonra sonuncudan dəfələrlə pulunun qaytarılmasını tələb etmiş, amma xahiş və tələblərinə baxmayaraq 18.000 manat pulunu müraciəti ilə əlaqədar cinayət işi başlandıqdan sonra Təqsirləndirilən şəxs qardaşı İlqar ona qaytarmışdır. O, pulun qaytarılmasını həm Rövşəndən, həm də Aydından tələb etmişdir. İki dəfə Aydının Dərnəgül yolunun üstündə olan sexinə getmiş, orada Aydın Ramizi dəvət edərək onun pulunu geri tələb etdiyini bildirmişdir. Ramiz də guya maşının açarını stolun üstünə qoyaraq pulun əvəzində maşını götürməsini təklif etmişdir. Şahid6 telefon nömrəsi ***-***-**-**, Şahid5 həmin vaxtlar istifadəsində 051-911-1616, ***-***-**-** nömrələri, Təqsirləndirilən şəxs istifadəsində +**********4, +**********6, +**********9 nömrələri olmuşdur. Habelə, Şahid6 Rövşənin arvadının nömrəsini vermişdir ki, lazım olarsa həmin nömrə ilə, yəni ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb Rövşəni tapmaq olar. O, Təqsirləndirilən şəxs şəxsən görməmiş, yalnız telefonla danışmışdır. Aydın və Ramiz ona yaxşılıq etmək istəmiş, özləri də Təqsirləndirilən şəxs inanmış, onu Rövşənlə Aydın tanış etsə də, ondan oğlunun işə düzəlməsi üçün vəzifəli şəxslərə rüşvət verməsini Rövşən özü demişdir. Hazırda 18.000 manat pul ona qaytarıldığı üçün Təqsirləndirilən şəxs şikayətçi deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq edərək ifadəsində göstərmişdir ki, o, sözügedən pulu Təqsirləndirilən şəxs borca vermiş, lakin sonra Təqsirləndirilən şəxs ondan borca aldığı pulu qaytarmadığına görə və ondan yayındığına görə, telefon zənglərinə cavab vermədiyinə görə, qaçıb gizləndiyinə görə hüquq mühafizə orqanlarına bu formada, yəni Təqsirləndirilən şəxs güya ona hazırda bütün müharibə əlillərinə ev və avtomobil verildiyini, bunun üçün ona birinci qrup əlillik dərəcəsi almaqda köməklik edəcəyini, lakin bunun müqabilində özünün vəzifəli tanışlarına özü vasitəsilə pul verməli olduğunu bildirməklə onu aldadaraq və etibarından sui-istifadə edərək xeyli miqdarda pulunu taladığına dair ərizə ilə müraciət etmiş, yalnız bu formada ərizə verəcəyi halda hüquq mühafizə orqanları tərəfindən onun müraciətinin araşdırılacağını zənn etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona olan borcunun bir qismini qaytarmış, 7.000 manat pulu ilə Baş prokurorluğun depozit hesabına qoymuşdur. Ona görə də Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, təxminən 2010-cu ildən Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə telefon vasitəsilə zəng edərək qapı sifariş etmiş, quraşdırılacaq ünvanları bildirmiş və o, sonuncunun sifarişlərini icra edərək həmin qapıları quraşdırmışdır. Lakin Rövşənin özü ilə heç vaxt görüşü baş tutmamışdır. Çünki Rövşən, Azərbaycan Respublikasının bölgələrində, habelə ölkə hüdudlarından kənarda böyük sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Habelə dəfələrlə hazırda xatırlamadığı +7 beynəlxalq telefon kodu ilə olan nömrələrdən zəng etdiyindən Rövşənin həqiqətən də, Rusiya Federasiyasında biznesinin olduğuna inanmışdır. Habelə sonradan özünün deməsindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs böyük tonnajlı yük avtomobillərinin mühərriklərinin təmiri və alqı-satqısı ilə məşğul olur. Hətta Rövşənin danışıqlarından 65-70 yaşı olması təəssüratı yarandığından o, Rövşənə “dayı” deyə müraciət etmişdir. Təqsirləndirilən şəxs etibarının yaranmasının əsas səbəblərindən biri də, sonuncunun verdiyi qapı sifarişlərindən onun xeyli miqdarda pul qazanması və Rövşənin ondan hər hansı bir xeyir güdmədən, dost kimi yaxşılıq etməsini bildirməsi olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs dəfələrlə telefon danışıqları əsnasında onun şəxsi həyatı, problemləri və qayğıları ilə maraqlanmış, dost olduğunu, nə problemləri olsa köməklik göstərə biləcəyini demiş, tez-tez əlaqə saxlayaraq hal-əhvalını soruşmuşdur. Təxminən 2014-cü ilin sonlarında danışıqları zamanı Təqsirləndirilən şəxs 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, döyüş əməliyyatlarında baş və sol diz nahiyəsindən mərmi qəlpəsi yarası aldığına görə hazırda da, yaddaşında problemlər olduğunu, habelə qış aylarında kəskin ağrı hissi keçirdiyini bildirdikdə Rövşən onun müharibə əlilliyi sənədlərini alıb-almadığını, veteran kimi qeydiyyatda olub-olmadığını soruşmuş və o, cavab olaraq bu barədə heç bir sənəd almadığını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda bütün müharibə əlillərinə ev və avtomobil verildiyini, bunun üçün ona birinci qrup əlillik dərəcəsi almaqda köməklik edəcəyini, lakin bunun müqabilində özünün vəzifəli tanışlarına özü vasitəsilə pul verməli olduğunu bildirmiş və o, Rövşənin bu sözlərinə inanaraq kömək etməsini xahiş etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq veteranlıq və birinci qrup əlillik dərəcəsi almağından ötrü lazımi sənədlərin toplanmasına görə ilkin olaraq adını çəkmədiyi yüksək vəzifəli hərbi qulluqçu olan tanışlarına 7.000 manat pul verməli olduğunu, həmin pulu "xxxx" ASC vasitəsilə öz adına göndərməsini bildirmişdir. Özü işdən çıxa bilmədiyinə görə 27 fevral 2015-ci il tarixdə oğlu Ramiddən yaşadıqları evdə olan 7.000 manat pulunu qeyd edilən qaydada Təqsirləndirilən şəxs göndərməsini xahiş etmiş və oğlu həmin pulun nə üçün verildiyini bilməmiş, sadəcə olaraq onun göstərişini icra etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Azərbaycan Respublikası, Göyçay rayonunda olduğunu, onun işlərinin müsbət yöndə həll edildiyini, lakin qeyd edilən yüksək rütbəli hərbi qulluqçu olan tanışlarına sənədlərinin toplanması üçün əlavə olaraq 5.000 manat pul göndərməli olduğunu, həmin pulu bu dəfə "xxxx" ASC-nin Göyçay filialına göndərməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs bu sözlərinə də inanaraq 06 mart 2015-ci il tarixdə "xxxx" ASC-nin Sabunçu filialından həmin cəmiyyətin Göyçay filialına Təqsirləndirilən şəxs adına 5.000 manat pul göndərmişdir. Eyni qaydada Təqsirləndirilən şəxs işinin həll edilməsi, sənədlərin toplanması müqabilində edəcəkləri hərəkətlərə görə vəzifəli şəxslərə çatdırması üçün ona müxtəlif məbləğlərdə pul vəsaiti göndərməsini bildirmiş və müvafiq olaraq 10 mart 2015-ci il tarixdə 3.000 manat, 13 mart 2015-ci il tarixdə 8.000 manat, 01 aprel 2015-ci il tarixdə isə 2.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə əsasən 2.097 manat) "xxxx" ASC-nin Sabunçu filialından həmin cəmiyyətin Göyçay filialına Təqsirləndirilən şəxs adına göndərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onun işinin həlli ilə əlaqədar çəkdiyi şəxsi məsrəflərinə görə, yəni telefon danışıqları, yol pulu və sairə görə müxtəlif məbləğdə pul vəsaiti tələb etmiş və "xxxx" MMC-nin Bakıxanov və Ramana qəsəbəsindəki poçt şöbələrindən sonuncuya öz adından 23 fevral 2015-ci il tarixdə 320 manat, 18 may 2015ci il tarixdə 480 manat, 16 iyun 2016-cı il tarixdə 100 manat, oğlu Şahid4 adından isə 11 fevral 2015-il tarixdə 600 manat, 21 aprel 2015-ci il tarixdə 500 manat, 14 may 2015-ci il tarixdə 500 manat, 02 iyul 2015-ci il tarixdə isə 145 manat pul göndərilmişdir. Həmin dövr ərzində Təqsirləndirilən şəxs müvafiq sənədlərin alınması ilə əlaqədar vəzifəli şəxslərə pul verdiyini, lakin müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası SHXŞDX-nə, hərbi hospitallara və sair qurumlara öz adından sorğu göndərməsini bildirmişdir. O, qeyd edilən sənədləri əldə edərək Rövşənə çatdırması üçün tanımadığı taksi sürücüsü vasitəsilə ya Ağdaş, ya da Göyçay rayonuna göndərmişdir. Təqsirləndirilən şəxs onu həqiqətən də sənədlərin öz sorğuları əsasında deyil, özünün vasitəsilə vəzifəli şəxslərə əvvəlcədən verdiyi pullar əsasında verildiyinə inandırmışdır. Sonradan Təqsirləndirilən şəxs işləri ilə əlaqədar Rusiya Federasiyasında olduğunu, Azərbaycan Respublikasına gəldikdə onun işini tezliklə həll edəcəyini, yəni, vəzifəli tanışlarına verdiyi pullar müqabilində ona birinci qrup əlillik dərəcəsi verəcəklərini, habelə “Müharibə Veteranı” kimi qeydiyyata alacağını, müharibə əlili kimi ev və avtomobil verəcəklərini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mexaniki qapılar da sifariş etmək istədiyindən, onun ancaq avtomatik qapılar istehsal etdiyini, mexaniki qapıları onun üçün tanışı Aydının düzəldə biləcəyini bildirərək Rövşəni Aydınla calaşdırmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq Aydının ona borc pul göndərməli olduğunu, həmin pulu Aydından alaraq "xxxx" ASC-nin Sabunçu filialından ona göndərməsini xahiş etmişdir. Az sonra Aydın zəng edərək «20 yanvar» metrostasiyasının yaxınlığında Yasamal ərazisində «Günəşpetrol» yanacaq doldurma məntəqəsinin yanında gözləməsini bildirmişdir. Daha sonra Şahid6 zəng edib bildirmişdir ki, “Qəbələdən bir nəfər Rövşən üçün pul gətirir onunla görüşüb pulu götürmək lazımdır”. Bu səbəbdən o, görüşə özünün idarə etdiyi «Nissan Patrul» markalı 90RV622 dövlət qeydiyyat nişanlı avtomaşınla getmişdir. Həmin yerdə Siyasət adlı şəxslə görüşmüş, o maşının salonuna oturaraq ona kağıza bükülmüş halda pul vermiş, maşının salonunda onun yanında Siyasət Rövşənlə telefon vasitəsi ilə danışaraq 15.000 manat pulu çatdırdığını bildirmişdir. Siyasətin Rövşənlə danışığından o, pulun məbləğinin 15.000 manat olduğunu bilmişdir. Siyasətlə maşının salonunda görüşü təxminən 3-5 dəqiqə çəkmiş, maşında ikisi olmuş, kənar şəxs olmamışdır. Siyasət getdikdən sonra Rövşənin tapşırığı əsasında pulu aparıb Bakıxanov qəsəbəsində "xxxx" ASC-nin filialında işləyən, Rövşənin tapşırdığı bankın əməkdaşına vermiş, Rövşən telefonla bankın əməkdaşı ilə danışmış, həmin şəxs pulu ondan qəbul edib Ağdaş şəhərinə göndərəcəyini bildirmişdir. Həmin vaxt hər hansı bir sənədləşmə aparılmamışdır. 2015-ci ildə dəqiq tarixini xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs ona zəng edərək "xxxx" ASC-nin Sabunçu filialına onun adına pul göndəriləcəyini, həmin pulu alaraq taksi vasitəsilə Gəncə şəhərinə göndərməsini xahiş etmişdir. Bundan sonra o, Rövşənin xahişini yerinə yetirmişdir. Habelə bir müddət sonra Siyasətlə arvadı Aydının sexinə gələrək ondan pullarını tələb etmişlər. Lakin o, hələ də, Təqsirləndirilən şəxs etibarını itirməmişdir. 2016-cı ilin əvvəlində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılaraq dindirildikdə Rövşənin yaşlı yox, gənc biri olduğunu, Aydın vasitəsilə tanıdığı Siyasətə qarşı dələduzluq etdiyini və cinayət işi başlandığını bildikdən sonra Təqsirləndirilən şəxs şübhələnmiş və pulunu tələb etməyə başlamışdır. Bundan sonra Rövşən onunla da əlaqələrini kəsərək qaçmağa başlamışdır. Bir müddət Təqsirləndirilən şəxs gözlədikdən sonra onunla əlaqə saxlamadığından 2018-ci ildə barəsində şikayət etmişdir. Bundan başqa Rövşən ondan borc adı ilə pul istəmiş və özü 2.000 manat, tanışı X1 5.000 manat və Aydın adlı şəxsdən 2.000 manat alaraq ümumilikdə hissə-hissə 9.000 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi fonoqramlardakı dialoqda söhbət məhz həmin 9.000 manat haqqında olmuşdur. Rövşən qeyd edilən pulu ona qaytarmışdır. Bundan əlavə 10.000 manat pulu isə Ayna Sultanova heykəlinin yaxınlığında Təqsirləndirilən şəxs göndərdiyi “Mercedes- Benz” E klas markalı avtomobili idarə edən tanımadığı şəxs vasitəsilə sonuncuya borc kimi göndərmişdir. Həmin 10.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs ona qaytarmasa da, həmin pulu sonuncuya borc kimi vermiş, habelə həmin pul vəsaitini Təqsirləndirilən şəxs verməsinə dair heç bir sübutu olmadığından həmin məbləği öz şikayətində qeyd etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və sonuncunun Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Şahid3 təxminən 7-8 il olar ki, Qəbələ rayonu Vəndam qəsəbəsində qonşu kimi tanımışdır. Şahid5 6-7 ilə yaxın müddətdir tanıyır. 2015-ci ildə Rövşəni qiyabi olaraq tanımış, bütün əlaqələri telefon vasitəsilə olmuş, Rövşənlə bu günə kimi üzbəüz görüşməmişdir. Röşən Əliyevlə 051-31477-78, +**********4, +**********9 nömrələri ilə əlaqə saxlamış, Rusiya mobil operatoruna məxsus nömrələri həqiqətən Rusiyada işlətdiyini və ya Azərbaycanda istifadə etdiyini dəqiq bilməmiş, amma telefon danışıqları zamanı bəzi hallarda Rusiyada, Dağıstanda, Qomel vilayətində olduğunu bildirmişdir. Ramiz ona Rövşənin vəzifəsini, məşğuliyyətini bildirməmiş, o, Ramizi təxminən 7-8 il müddətdə yaxşı tanıdığına görə sonuncuya etibar etmiş, Rövşəni Ramiz vasitəsilə tanıdığından dələduz olduğuna dair heç bir şübhəsi olmamışdır. Şahid3la görüşləri zamanı sonuncu hər dəfə oğlu Cavidin işsiz olduğunu bildirmiş, imkanı olarsa tanışlarının vasitəsilə oğlunun işə düzəlməsinə kömək etməyi xahiş etmişdir. Rövşənlə telefon danışığı zamanı sonuncu təklif etmişdir ki, əgər istəyən olarsa tanışlarının vasitəsi ilə kimisə işə düzəltmək imkanı vardır. O, Siyasətə bu barədə bildirib özləri danışıb aralarında razılaşsınlar deyə onun telefon nömrəsini Rövşənə vermişdir. Siyasətlə Rövşənin danışığı, öz aralarında sövdələşmələrindən məlumatı olmamışdır. Amma, təxminən 2015-ci ilin yay aylarında günlərin birində Siyasət zəng edib Bakı şəhərinə gəlməli olduğunu, Rövşənlə görüşəcəyini, sonuncuya vermək üçün pul gətirdiyini bildirmiş və ondan görüşündə iştirak etməsini xahiş etmişdir. O, Siyasətə razılıq versə də, sonradan işi çıxdığına görə görüşdə iştirak edə bilməmişdir. Habelə Rövşən özü Siyasətlə görüşməmiş, Siyasətə pulu Şahid5 çatdırmasını tapşırmışdır. Siyasət zəng edib Rövşənin bu tapşırığını bildirdikdə, o, Ramizi yaxşı tanıdığını, heç bir problem olmayacağını, pulu Ramizə verə biləcəyini və arxayın olmasını bildirmişdir. Siyasət Ramizlə Bakı şəhərində Yasamal rayonu ərazisində «Günəşpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşüb pulu vermiş və Ramizin yanında zəng edib Rövşənə də pulu Ramizə çatdırdığını bildirmişdir. O, bu məsələdən sonra Siyasətdə heç vaxt Ramizin vasitəsilə Rövşənə nə qədər pul verməsi, öz aralarında hansı məbləğə razılaşması ilə maraqlamamışdır. Arabir Qəbələyə gedib Siyasətlə görüşərkən sonuncu minnətdarlıq edərək Rövşənin onun oğlunu işə düzəldəcəyinə inanmış, amma məsələnin bir az uzanmasından narahat olmuşdur. Sonradan günlərin birində Siyasət zəng edib Rövşənin məsələni həll etmədiyini, hər dəfə vaxtı uzadaraq yalan danışdığını bildirmişdir. O, belə olan halda Siyasətdən Rövşənə nə qədər pul verməsini soruşduqda, sonuncu oğlunun Fövqəladə Hallar Nazirliyinin X14 işə düzəlməsi üçün Rövşənə 18.000 manat məbləğində pul verdiyini bildirmişdir. Rövşənə zəng edib Siyasətin pulunu geri tələb etdiyini, pulun qaytarılmasını bildirmişdir. Bir müddət Rövşənlə telefonla əlaqə saxlamış, eləcə də Ramizlə görüşüb pulun qaytarılması üçün Rövşənlə danışmağı təklif etmişdir. Amma Rövşən hər dəfə söz verib onu və Ramizi də aldatmış, pulu qaytarmamışdır. Belə ki, Rövşən bir neçə dəfə pulu yaxın günlərdə, 2-3 günə və yaxud da səhəri günü qaytarmağı söz vermiş, amma bütün hallarda aldatmışdır. Hətta, bir dəfə Siyasəti də Bakı şəhərinə dəvət edib pulu səhəri gün qaytaracağını söz vermiş, Siyasət arvadı ilə birlikdə gəlib onun iş yerində Ramizin iştirakı ilə Rövşəni gözləmiş, amma sonuncu iki gün onları aldadıb pulu qaytarmamışdır. Sonradan ona Rövşənin qanunsuz hərəkətləri ilə bağlı Şahid3 Respublika Baş Prokurorluğuna rəsmi şikayət etməsi məlum olmuşdur. O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərkən bu barədə Rövşənə zəng edib məlumat verdikdə sonuncu izahat verən zaman guya Şahid3 pulu ona borc kimi verməsini bildirməyini xahiş etsə də, o, bununla razılaşmayaraq xahişini rədd etmişdir. Şahid3 Təqsirləndirilən şəxs tərəfindən alınmış 18.000 manat puldan ona hər hansı məbləğ çatmamış, onun həmin pulda heç bir payı olmamış, onun bu məsələdə heç bir marağı olmamış, yalnız qonşu kimi Siyasətin xahişini nəzərə alaraq ona kömək etmək istəmişdir. Habelə, Şahid5 həmin pulda hər hansı payı olmamış, Ramizin həmin məsələdə heç bir marağı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən Şahid3 aldığı 18.000 manat pulun hansı məqsəd üçün sərf olunduğunu bilməmiş, telefon danışıqları zamanı Rövşən bu barədə heç bir məlumat verməmiş, hər dəfə yaxın vaxtlarda pulu qaytaracağını söz vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs Siyasəti aldatması, daha sonra isə Siyasətə dəymiş zərəri, yəni 18.000 manat pulu ödəməsi onunla Ramizə məlum olduqdan sonra, Ramiz onun da Təqsirləndirilən şəxs əlillik dərəcəsi düzəltməsi, ev və avtomobil verilməsi üçün 27.000 manat pul verdiyini, habelə Təqsirləndirilən şəxs ona başqa borclarının da olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan: 16.01.2016-cı il tarixli “Təqrir”dən görünür ki, 15.01.2016-cı il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə Şahid3 tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciətdə göstərimişdir ki, 05.05.2015-ci il tarixdə oğlu Şahid2 FHN-nə işə düzəltmək adı ilə qonşusu Aydının vasitəsi ilə X18 Bakı şəhərində yerləşən 2 saylı Tibb Texnikomunun qarşısında sonuncuya məxsus olan “Nissan Patrol” markalı maşında ümumilikdə 18000 manat məbləğində pul vermiş, lakin bugünə qədər pulunu geriya ala bilməmişdir. (cild 01, iş vər. 4) 26.01.2016-cı il tarixli “Ərizə”dən görünür ki, Şahid3 həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə cinayət barədə məlumata dair yazılı ərizə ilə müraciət etmiş və 18000 manat pulunun qaytarılmasına köməklik ediməsini, həmçinin günahkar şəxslərin barəsində qanunda nəzərdə tutulan tədbirlər görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 8) 15.02.2018-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid5 həmin tarixdə yazılı ərizə ilə Azərbaycan Respublikası Baş prokuroruna müraciət edərək ondan 27.000 manat pulunu dələduzluq yolu ilə talamış Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılması barədə göstəriş verilməsini xahiş etmişdir. (cild 01, iş vər. 233) 29.08.2018-ci il tarixli Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X19 həqiqiliyini təsdiq etdiyi **********790, **********791, **********792 və **********794 nömrəli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 18.000 manat pul vəsaitini qaytarmışdır. (cild 01, iş vər. 189-199) 10.09.2018-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid3 həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək sözügedən notarial qaydada təsdiq olunan ərizələri məcbur qalıb Təqsirləndirilən şəxs ondan aldığı 18.000 manat pulu qaytarsın deyə imzaladığını, lakin 2018-ci ilin avqust ayında sözügedən ərizələr imzalandıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən ona pul qaytarılmadığını bildirmişdir. Hazırda isə həmin pul tam şəkildə ona geri qaytarıldığı üçün Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 barəsində şikayəti yoxdur. Qeyd olunanları nəzərə alaraq qanun çərçivəsində tədbir görülməsini xahiş etmişdir. (cild 02, iş vər. 05) Kompakt diskə baxış keçirilməsinə dair 20 iyun 2020-ci il tarixli protokoldan görünür ki, həmin diskdə AUD-20200618-WA0009, AUD20200618-WA0010 adlı 02 ədəd faylda əsasən iki, epizodik olaraq daha bir kişi cinsli şəxsin telefonla söhbət etməsinin səsi qeydə alınmışdır. İş materiallarına əsasən söhbətin məzmunundan fonoqramlardakı söhbətdə əsasən Şahid5la Təqsirləndirilən şəxs, epizodik olaraq Şahid4 iştirak etdiyi müəyyən edilmişdir. (cild 2, iş vər. 178-182) AUD-20200618-WA0009 adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Şahid4: Alo Təqsirləndirilən şəxs: Ramid nətərsən? Şahid4: Sağ ol Təqsirləndirilən şəxs: Ramid aton hardadı? Şahid4: Hamamda Təqsirləndirilən şəxs: Bi bənə telefonu ver də ona sözüm var Şahid4: Hə, bi dəyqə. (atasını çağırır və telefonu verir) Şahid5: Alo Təqsirləndirilən şəxs: Nətərsən Ramiz Şahid5: Sağ ol Təqsirləndirilən şəxs: Canun başun nətərdi? Səsin-sorağın gəlsin Şahid5: Utanmırsan sən? Təqsirləndirilən şəxs: Niyə? Şahid5: Sən itirib axdarmırsan, onnan sora məni pis vəziyyətə qoyursan Təqsirləndirilən şəxs: Sən görmürsən mən nə vəziyyətdəyəm. Şahid5: Mən deyirəm utanmırsan yekə kişisən? Təqsirləndirilən şəxs: Ayə utanmağlığ nə var ki? Onu Allah da görür bəndə də görür ki, mən nə vəziyyətdəyəm Şahid5: Nolar görsün də. Sən məni dilənçi vəziyyətinə saldun mən maşınlarımı zadımı satdım bangə qoydum. Axırı belə oldu? Təqsirləndirilən şəxs: Ayə sənlə mənim aramda 6 min manat ... qalıb da Şahid5: Ayə yekə kişisən Təqsirləndirilən şəxs: Var yoxunu (söyüş) Şahid5: Lap oçura qoysun Təqsirləndirilən şəxs: Nə qədər? Şahid5: 78-nən dollar götürmüşəm 1.70-nən dollar bağlıyıram e, mən. Təqsirləndirilən şəxs: Nə qədər sənnən mənim aramda pul qalıb ki? Şahid5: 27 min puldu Təqsirləndirilən şəxs: Nə qədər? Şahid5: 17 min mənə iş görməy üçün almısan, 10 min də aldun gəldi kimsə Ayna Sultanov heykəlinin yanında götürdü e Təqsirləndirilən şəxs: Hardan 27 min dollar Şahid5: Nəysə, nəysə Təqsirləndirilən şəxs: Yalançının (söyüş) Şahid5: Lap oçura qoysunlar Təqsirləndirilən şəxs: Sənnən mənim aramda 6 min manat pul qalıbdı Şahid5: Yalançının atasına nəhlət Təqsirləndirilən şəxs: Lap var yoxuna nəhlət. Sentyabr ayında mən pul göndərəndə 2 min göndərdim e RAMİZ ALŞANOV: Kiməsə pul göndərmisən bilmirəm, sən mənə pul göndərməmisən Təqsirləndirilən şəxs: Nətəri? Şahid5: Sən mənə pul göndərmisən? Təqsirləndirilən şəxs: Göndərməmişəm? Şahid5: Hardan göndərmisən mənə pulu? Təqsirləndirilən şəxs: Nətər göndərmişəm hardan? Şahid5: A sənin bütün dannılarını çıxartmışam, hələ sənin mənə göndərdüyün pulun sən mənə götürüb başqa adlarnan başqa adlara verdün Təqsirləndirilən şəxs: Ramiz diqqətnən mənə qulaq as, sən mənə qarşı (söyüş) (mübahisə edirlər. Təqsirləndirilən şəxs 6 min manat borcunun qaldığını iddia edir, lakin Şahid5 bunu inkar edərək çox olduğunu bildirir.) Şahid5: 17 min dedün pul verəssən ev alacam, maşın alacam, özü də 1-ci qrup, dedim mənə birinci qrup düşmür mənə 2-ci qrup düşür Təqsirləndirilən şəxs: Denən yalançının gəlinin, qızının, arvadın Şahid5: Lap var yoxuna nəhlət Təqsirləndirilən şəxs: Ramiz o qədər gədə olmaz adam Şahid5: Sənə mən dedim ki, 10 dəyqədən sora yığ danışaq (Daha sonra Təqsirləndirilən şəxs özü tutulacağı halda Şahid5 da tutduracağını bildirir) AUD-20200618-WA0010 adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Təqsirləndirilən şəxs: Alo Şahid5: Eşidirəm Təqsirləndirilən şəxs: Ramiz Şahid5: Eşidirəm Təqsirləndirilən şəxs: Sən mənnən hara (söyüş) eləsən sənin ki, saxta vayenni bilet yazdılar haa mənəki üç min rüşvət verdine arvadımı qızımı Azərbaycan (söyüş) səni içəri soxdurmasam özüm (söyüş) içəridə deyəjəm ay yaxşı oğlanlar məni (söyüş) eliyib saldılar bura Şahid5: Elə eləmiyənində lap yaxşı elə Təqsirləndirilən şəxs: Eləmiyənin arvadını (söyüş) Azərbaycan Şahid5: Mən mən sənin kimi səninkimiləri mən gedib qoruyub gəlmişəm, mən saxta sənədim olmuyub mənim. sən saxta sənəd. Sən mənə hədə qorxu gəlirsən? Yoxe sən mənə hədə qorxu gəlirsən? Təqsirləndirilən şəxs: Sənin saxta sənədin olmasa buraxarlar. (söyüş), fərari (söyüş). Sənin arayışın məndə durub fərari Şahid5: Yaxşı, eləmiyənində yaxşı. Təqsirləndirilən şəxs: Sən Şahid5: Hə Təqsirləndirilən şəxs: Eşitməmişdin sən Şahid5: Mənim arayışım sən də nə gəzir? Sən mənə iş düzəltmirdin sən indi deyirsən sənin arayışın məndədi Təqsirləndirilən şəxs: Sadiqdən mənə xəbər göndərməmisən. Vasif indi telefondadı, deyir mənə heç kim heç nə demiyib. Şahid5: Yalançının lap varyoxuna nəhlət Təqsirləndirilən şəxs: Lap varyoxuna nəhlət Şahid5: Lap varyoxuna nəhlət. Sadiqdən də sənə xəbər Təqsirləndirilən şəxs: Ay qardaş mənə nə Sadiq demiyib nə Vasif demiyib Şahid5: Da nağayrım? Sadiqdən də sənə xəbər göndərmişəm. Dayım oğluynan düz səkkiz ay mən küsülü qaldım sənin kimi beynamısa görə Təqsirləndirilən şəxs: X38 Şahid5: Yekə kişisən dedim. Sən məni diləndirmisəne, sifətinnən 2 maşın satmışam, mən gedib banka girib yetmiş səkkiznən dollar götürmüşəm indi bir yetmişnən mən dollar ödüyürəm dedim Təqsirləndirilən şəxs: Nətəri? Şahid5: Hə elə eşitdiyin kimi Təqsirləndirilən şəxs: Ayə sən mənə çöndün ki, dörd min sənən mənim aramda altı min Şahid5: Mən sənə çox sifariş göndərdim ki, mənə bir kəlimə zəng eləsin, bir kəlimə danışım. Sən .... mənnən niyə danışmırsanki? Təqsirləndirilən şəxs: Ramiz varyoxunu (söyüş) yalan diyənin mənə Vasif indi dedi götürdüm səni indi yığdım Şahid5: Hə Vasif nəsə deyibki? Təqsirləndirilən şəxs: Dedi saat 2 Şahid5: Sənə Vasif deyib? Təqsirləndirilən şəxs: Hə Şahid5: Ə sən bilirsən sənin işin hardadı? Təqsirləndirilən şəxs: Hardadı? Şahid5: Ə sənin başın çatır? Təqsirləndirilən şəxs: Hardadı mənim işim? Şahid5: Əşi nəysə, nəysə Təqsirləndirilən şəxs: Yox hardadı mənim işim? Şahid5: Mən bir ay üç ay bunnan qabaq mən sifaiş göndərdim ki, o, mənnən pul alıb iş düzəltməyə mənim işimi düzəltsin. Mənim işimi düzəltsin. Sən mənnən pul alıb niyə qaçırsanki? Telefonları söndürürsən, nezvesni yığırsan, rasiski nömrəynən yığırsan məyi Təqsirləndirilən şəxs: Qardaş sənnən mənim aramda altı min manat pul var Şahid5: Kimin? Yalançının varyoxuna nəhlət Təqsirləndirilən şəxs: Lap qızını Azərbaycan (söyüş) Şahid5: Lap nəslin kökün (söyüş) Azərbaycan Təqsirləndirilən şəxs: Nə qədər borc qalıb? Şahid5: Hay? Təqsirləndirilən şəxs: Nə qədər sənnən mənə borc qalıb? Şahid5: Mənnən on yeddi min işə pul almısan, on mində prokurorun adınnan pul almısan ki, filan yerə çatacaq. Ayna Sultanova, özüdə hamamnan çıxardmısan məni gecə ora apartdırmısan. Təqsirləndirilən şəxs: Mən sənə 27 min manat pul verməliyem? Şahid5: Ha? Təqsirləndirilən şəxs: 27 min manat pul verməliyem? Şahid5: Bəli. Təqsirləndirilən şəxs: Denən arvadımı, qızımı Azərbaycan …, anamı bacımı Azərbaycan… Şahid5: Lap nəslin kökün lap bütün get Azərbaycan (söyüş) yalan deyənin Təqsirləndirilən şəxs: Ramiz mən sənə öz səsivi göndərsəm, sənə deyirəm Ramiz 17 sentyabr 2016-cı ilə mənim sənə borcum nədi? Sən deyirsən 6 min manat. Şahid5: Sən mənnən hissə-hissə pul almısan o səslərim ola bilər dənə, hissə hissə 6 min gət bir yerə ver, 10 min filan yerə ver, 5 min filan yerə ver, bu şeylərin yadınnan çıxıb sənin? Təqsirləndirilən şəxs: Nə vermisən 5 min? Şahid5: Hə? Təqsirləndirilən şəxs: Nə vermisən? Şahid5: Sən göndərtmisən demisən sənə sənəd düzəltdirirəm filan yerə çatmalıdı Təqsirləndirilən şəxs: Nətəri? RAMİZ ALŞANOV: Hə, demisən sənə sənə sənəd düzəldirirəm əlillügünü düzəltirirəm Təqsirləndirilən şəxs: Ramiz, Ramiz Şahid5: Mənə dedin ki, 2-ci qrup əlil eliyəcəm səni pilus 1-ci qrup hələ demişdin mənə pilusda dedin ki, ev alacam, maşın alacam maşını da oğluma verərsən. Dedim baş üstə Təqsirləndirilən şəxs: Ramiz, Ramiz eşit məni Şahid5: Eşidirəm Təqsirləndirilən şəxs: Sən mənə cındırlığ eləsən mən sənə /söyüş/ eleməsən mənnən .... sən içəri düşəndə səni içərdə (söyüş). Bunu sən bil ha, bunu sən bil Şahid5: Eləmiyəndə, elə, elə, get elə, get nə bilirsən elə Təqsirləndirilən şəxs: Varyoxunu (söyüş) səni içərdə (söyüş) Şahid5: Məni yığma get nə bilirsən ele Təqsirləndirilən şəxs: Səni içərdə (söyüş) Şahid5: Kimi? Kimi? Təqsirləndirilən şəxs: Sənin uçota alınmağın saxtadadı, sənin vayenni biletində saxtadı. Sən onu biləsən Şahid5: Kimin? Mənim? RÖVŞƏN ƏLİYEV: Sənin vayenni biletində saxtadı, sənin uçota alınmağın saxtadadı. Bunu bil ha Şahid5: Zərər yoxdu. Zərər yoxdu Təqsirləndirilən şəxs: Bunu unutma sən Şahid5: Mən heç nəyi unutmuram, heç bir şeyi unutmuram. Qardaş mən sənin kimi deyiləm Təqsirləndirilən şəxs: Sənin uçata alınmağında, uçotdan çıxmağında hamısı bunu qaldıracaqlare bunun kökü yoxdu Şahid5: Zərər yoxdu Təqsirləndirilən şəxs: Bunun kökü yoxdu Şahid5: Zərər yoxdu Təqsirləndirilən şəxs: Bunun kökü yoxdue sən bilirsəndə onu nətəri almısan? Şahid5: Kimin? Nəyin? Təqsirləndirilən şəxs: O uçota durmağın Şahid5: A yaxşı tay, a yaxşı tay Təqsirləndirilən şəxs: Bilirsən nətəri almısan? Şahid5: A yaxşı tay. Təqsirləndirilən şəxs: Bunu da deda nətəri almısan onu? Onu sən nətəri o qədər pulnan aldın? 3 min manat pul verdin yadıva gəlir? Şahid5: Qardaş mənə iş görməy üçün aldığın pulumu qaytar. 27 min mənnən pul almısan iş görməyə qaytar Təqsirləndirilən şəxs: Ramiz Şahid5: Yığma məni,məni yığma (Daha sonra söyüşlü mətn) Kompakt diskə baxış keçirilməsinə dair 01 iyul 2020-ci il tarixli protokoldan görünür ki, həmin diskdə AUDİO-2020-07-01-16-42-22, AUDİO-2020-07-01-16-42-23, AUDİO- 2020-07-01-16-42-25, AUDİO-2020-07-01-16-42-27, AUDİO-2020-07-01-16-42-28, AUDİO-2020-07-01-16-42-28_1 və AUDİO-2020-07-0116-42-29 adlı 07 ədəd faylda iki kişi cinsli şəxsin telefonla söhbət etməsinin səsi qeydə alınmışdır. İş materiallarına əsasən söhbətin məzmunundan fonoqramlardakı söhhbətdə Şahid5la Təqsirləndirilən şəxs iştirak etdiyi müəyyən edilmişdir. (cild 02, iş vər. 215218) AUDİO-2020-07-01-16-42-22” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Şahid5: Kişi mən büyünləri, büyünləri yenə deyirəm, mən sənə hədə qorxu gəlmirəm. Təqsirləndirilən şəxs: A kişinin oğlu eşid e, məni. Ramiz qulaq as mənə. Büyün avqustun 2-di, 2016-cı ildi, düzdümü? Şahid5: Bəli Təqsirləndirilən şəxs: Avqustun 15-ə qədər Allah işimizə avanddığ versin təki Şahid5: Amin Təqsirləndirilən şəxs: 8000 (səkkiz min) o birisi borcu, birinci borcu, 1000 (min) də matordan qalan pulu qardaş 2 min bilmirəm, 4 min bilmirəm ksok-ksok verəcəm sənə Şahid5: O vaxda kimi? Təqsirləndirilən şəxs: İndi ola bilsin ki, ayın 15-ə kimi 5 minin verəm, 6 minin verəm 3 mini dura. 5-10 günə də ... verəcəm eybi yox. Kimsə gəlib sənin qapını döyməsin Şahid5: Söhbət onnan gedir də, gəlib mənim qapımın ağzına söyəndə mən uje sənə nifrət eliyirəm. Mən xəcalət çəkirəm Təqsirləndirilən şəxs: Ayə bilirəm e, o kimsə kimdi ki, gəlib kiminsə qapısın döyə. Borc yiyəsinin həmişə dili uzun olan şeydi “AUDİO-2020-07-01-16-42-23” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Şahid5: ///Qalxır, o da dollar qalxdıqca o da haqq-hesabın qaldırır Təqsirləndirilən şəxs: Dollar neçiyədi ki, dollar çıxardanın evi yıxılsın Şahid5: A nə bilim Allah evin yıxsın o dollar çıxardanın Təqsirləndirilən şəxs: Düzdü e, qardaş keçən dəfə söz verdim dedim qardaş qalıb aramızda 7 min Şahid5: Yo, mən də söz verdim də Təqsirləndirilən şəxs: Yo, dedim 7 minin 3 min dedim ayın 1-ə kimi verəcəm düzdümü? Bax ölənlərin goru yoxdu gədə. Qoy şey olsun, o 7 min nə mənə şeydi ki. Sentyabrn 1-ə sənə söz vermişdim Şahid5: Mən də olara 1-ə söz vermişəm Təqsirləndirilən şəxs: Qoy indi mən axşam danışım deyəcəm nədi nə döyül Şahid5: Mənə hə yox de də Təqsirləndirilən şəxs: Axşam da qoy özü məni yığmalıdı da, qoy yığsın görüm nədi nə döyül. Özün yaxşısanmı? Cıppılı nağayrır? (məişət xarakterli söhbətlər aparırlar) “AUDİO-2020-07-01-16-42-25” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Təqsirləndirilən şəxs: Nətəri? Şahid5: 15-20 dəyğa Təqsirləndirilən şəxs: Hə, də gir götür bir başa adına vurdurdum, Şahid5, 2 min manat puldu. Rüsumun da mən vermişəm ha, ba. 18 manat nə qədər rüsum idi, onu da verdim. Tər-təmiz 2 min əlinə pul alırsan. Yaxşı? Şahid5: Oldu, oldu Təqsirləndirilən şəxs: Qaldım sənə nə qədər boşdu? 9 minnən 2 min çıxanda qaldım 7 min. Şahid5: 7 min Təqsirləndirilən şəxs: 7 min manatın da deməli, büyün bizdə avqustun 16-ı, sentyabrn 1-i 3 minin verəcəm, 1-də də deyəcəm ki, qalan 4 min nə vaxd çatır Şahid5: 3 mini nə vaxd verəssən? Təqsirləndirilən şəxs: 3 mini sentyabrn 1-i, yerdə qalan 4 min manatı da deyəcəm sentyabrn 1-i ki, nə vaxd çatır Şahid5: Yaxşı, yaxşı Təqsirləndirilən şəxs: Onnan sora olduq krit, raşot “AUDİO-2020-07-01-16-42-27” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Təqsirləndirilən şəxs: Alo Şahid5: Hə Təqsirləndirilən şəxs: Götürdün Ramiz? Şahid5: Hə Təqsirləndirilən şəxs: 2 min manat idimi? Şahid5: Hə, hə Təqsirləndirilən şəxs: Artıq pul almadılar? Şahid5: Yox. Elə belə ... nəyəsə pul aldı Təqsirləndirilən şəxs: (Söyüş) onu da almamalıdı. Deməli qağa, mən qaldı sənə nə qədər borcum, 9-dan 2 çıxanda. Şahid5: Borc deyəndə (Söyüş) borcu qalır da Təqsirləndirilən şəxs: A hə də. Nəyin borcu? Şahid5: (Söyüş) Təqsirləndirilən şəxs: Əsdafurullah. Bax gördün onda yedün dayınkın. Adam dayının üzünə ağ olar ay oğraş? Bacı oğlu həmişə .... gör atan olur da dayıya Şahid5: 7 min Təqsirləndirilən şəxs: Qaldım sənə 7 min borcda. 3 minin sentyabrn 1-ə qədər çatdıracam indi Allah qoysa. Bu 2016 düşmədi e, mənə. Səni bilmirəm mənə düşmədi Şahid5: Düşəcək Təqsirləndirilən şəxs: 3 minin də Allah qoysa sentyabrn 1-ə kimi çatacağ Şahid5: Bildim. Adam olsan yaxşı olar da Təqsirləndirilən şəxs: Yerdə qalır 4 min. 4 minin də sentyabrn 1-də deyəcəm ki, nə vaxd çatır (eyni mövzuda söhbətlər aparırlar) “AUDİO-2020-07-01-16-42-28” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Təqsirləndirilən şəxs: Adboy niyə verdin? Şahid5: Vermədim e, demədim zaryatkam yoxdu Təqsirləndirilən şəxs: Şahid5 eşit, gir götür. Fərqi nədi ki. Büyün 2 mini götürürsən ata Şahid5: Buna de, buna de bunu göndərəcəm Təqsirləndirilən şəxs: Heş nə də vəssalam bu qədər. 3 mini də sentyabrn 1-i çatacağ. Qalır aramızda nə qədər onnan sora? Şahid5: Ayə nə deyirsən? Təqsirləndirilən şəxs: Deyirəm ki, sentyabrn 1-i də 3 mini çatacağ. Qalır aramızda 4 min, düzdümü? 4 min də indi 1-ə kimi reşat eliyəriy ki, onu nağayrağ. Təqsirləndirilən şəxs: Ayə ver atava görüm. Ramiz deyirəm ki, 2-i indi götürürsən, 3ü də sentyabrn 1-i. Aramızda onnan sora qalır 4 min manat. 2-i indi götürürsən, 3-ü sentyabrda elədi 5, 4-də sentyabrn 1-i deyəcəm ki, nə vaxd çatır Şahid5: Yaxşı (eyni mövzuda danışırlar) “AUDİO-2020-07-01-16-42-28_1” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Şahid5: /// mən ona söz vermişəm. O dedi o müddətə kimi mənim pulumu verməsin gör başuva nə oyun açacam Təqsirləndirilən şəxs: Nətəri? Şahid5: Deyirəm ki, anamın goru haqqı, o pula mən dirəndiyim söhbət odu ki, mənə deyib ki, mənim pulumu 15-i, 16-ı, 17-ə kimi verməsən başuva 50 mümkün oyun açacam sənin. Mən ona görə deyirəm ki, heç olmasa 5 min at bunun ağzına. Təqsirləndirilən şəxs: Ramiz ay Ramiz gənə də deyirəm balalarımızın canı 2 dənədi eşit, ama ayın axırına kimi 3 dənə də söz verib dosdum o çatdıracağ, eşidirsən? Şahid5: Yüz fayizdi yüz fayiz döyül? Söhbət onnan gedir Təqsirləndirilən şəxs: 3 min ayın axırına kimi də yüz fayizdi, bunun oyüzü buyüzü yoxdu Şahid5: De sən öl Təqsirləndirilən şəxs: Sən öl (eyni mövzuda söhbətlər aparırlar. Qalıq borc barədə danışırlar. Təqsirləndirilən şəxs qalan borcunu hansı qrafik üzrə qaytaracağını bildirir) Məzmunda K2 yoxdu “AUDİO-2020-07-01-16-42-29” adlı faylda aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Şahid5: Dədəmin canı haqqı tüpürəcəm hər şeyə Təqsirləndirilən şəxs: Ay dəməy bugün avqustun 2-di, 2016-cı il, düzdümü? Avqustun 15-ə kimi həmin o 9 min manat borcdan 2 min, 3min, 4 min, 5 min nə eliyəcəm göndərəcəm, qalanın da deyəcəm Ramiz 15-nən sora filan vaxta kimi qalanın çatdıracam Şahid5: Prablem yoxdu göndər gəlsin (ümumi söhbətlər edirlər. Bir-birilərini zarafatyana təhqir edirlər. Təqsirləndirilən şəxs borcunu hansı vaxtlarda ödəyəcəyindən danışır) Məhkəmə-fonoskopik ekspertizasının 12 avqust 2020-ci il tarixli 4/429 №-li rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda 3 (üç) nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Həmin mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid5, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş qeyd edilən mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıdakı mətnlərdən ibarətdir: “AUDİO-2020-07-01-16-42-22” K1- Kişi mən büyünləri, büyünləri yenə deyirəm, mən sənə hədə qorxu gəlmirəm. K2- A kişinin oğlu eşid e, məni. Ramiz qulaq as mənə. Büyün avqustun 2-di, 2016cı ildi, düzdümü? K1- Bəli K2- Avqustun 15-ə qədər Allah işimizə avanddığ versin təki K1- Amin K2- 8000 (səkkiz min) o birisi borcu, birinci borcu, 1000 (min) də matordan qalan pulu qardaş 2 min bilmirəm, 4 min bilmirəm ksok-ksok verəcəm sənə K1- O vaxda kimi? K2- İndi ola bilsin ki, ayın 15-ə kimi 5 minin verəm, 6 minin verəm 3 mini dura. 5-10 günə də ... verəcəm eybi yox. Kimsə gəlib sənin qapını döyməsin K1- Söhbət onnan gedir də, gəlib mənim qapımın ağzına söyəndə mən uje sənə nifrət eliyirəm. Mən xəcalət çəkirəm K2- Ayə bilirəm e, o kimsə kimdi ki, gəlib kiminsə qapısın döyə. Borc yiyəsinin həmişə dili uzun olan şeydi “AUDİO-2020-07-01-16-42-23” K1- ///Qalxır, o da dollar qalxdıqca o da haqq-hesabın qaldırır K2- Dollar neçiyədi ki, dollar çıxardanın evi yıxılsın K1- A nə bilim Allah evin yıxsın o dollar çıxardanın K2- Düzdü e, qardaş keçən dəfə söz verdim dedim qardaş qalıb aramızda 7 min K1- Yo, mən də söz verdim də K2- Yo, dedim 7 minin 3 min dedim ayın 1-ə kimi verəcəm düzdümü? Bax ölənlərin goru yoxdu gədə. Qoy şey olsun, o 7 min nə mənə şeydi ki. Sentyabrn 1-ə sənə söz vermişdim K1- Mən də olara 1-ə söz vermişəm K2- Qoy indi mən axşam danışım deyəcəm nədi nə döyül K1- Mənə hə yox de də K2- Axşam da qoy özü məni yığmalıdı da, qoy yığsın görüm nədi nə döyül. Özün yaxşısanmı? Cıppılı nağayrır? (məişət xarakterli söhbətlər aparırlar) “AUDİO-2020-07-01-16-42-25” K2-nətəri? K1- 15-20 dəyğa K2- Hə, də gir götür bir başa adına vurdurdum, Şahid5, 2 min manat puldu. Rüsumun da mən vermişəm ha, ba. 18 manat nə qədər rüsum idi, onu da verdim. Tərtəmiz 2 min əlinə pul alırsan. Yaxşı? K1- Oldu, oldu K2- Qaldım sənə nə qədər boşdu? 9 minnən 2 min çıxanda qaldım 7 min. K1- 7 min K2- 7 min manatın da deməli, büyün bizdə avqustun 16-ı, sentyabrn 1-i 3 minin verəcəm, 1-də də deyəcəm ki, qalan 4 min nə vaxd çatır K1- 3 mini nə vaxd verəssən? K2- 3 mini sentyabrn 1-i, yerdə qalan 4 min manatı da deyəcəm sentyabrn 1-i ki, nə vaxd çatır K1- Yaxşı, yaxşı K2- Onnan sora olduq krit, raşot “AUDİO-2020-07-01-16-42-27” K2- Alo K1- Hə K2- Götürdün Ramiz? K1- Hə K2- 2 min manat idimi? K1- Hə, hə K2- Artıq pul almadılar? K1- Yox. Elə belə ... nəyəsə pul aldı K2- (Söyüş) onu da almamalıdı. Deməli qağa, mən qaldı sənə nə qədər borcum, 9dan 2 çıxanda. K1- Borc deyəndə (Söyüş) borcu qalır da K2- A hə də. Nəyin borcu? K1- (Söyüş) K2- Əsdafurullah. Bax gördün onda yedün dayınkın. Adam dayının üzünə ağ olar ay oğraş? Bacı oğlu həmişə .... gör atan olur da dayıya K1- 7 min K2- Qaldım sənə 7 min borcda. 3 minin sentyabrn 1-ə qədər çatdıracam indi Allah qoysa. Bu 2016 düşmədi e, mənə. Səni bilmirəm mənə düşmədi K1- Düşəcək K2- 3 minin də Allah qoysa sentyabrn 1-ə kimi çatacağ K1- Bildim. Adam olsan yaxşı olar da K2- Yerdə qalır 4 min. 4 minin də sentyabrn 1-də deyəcəm ki, nə vaxd çatır (eyni mövzuda söhbətlər aparırlar) “AUDİO-2020-07-01-16-42-28” K2- Adboy niyə verdin? K1- Vermədim e, demədim zaryatkam yoxdu K2- Şahid5 eşit, gir götür. Fərqi nədi ki. Büyün 2 mini götürürsən ata K1- Buna de, buna de bunu göndərəcəm K2- Heş nə də vəssalam bu qədər. 3 mini də sentyabrn 1-i çatacağ. Qalır aramızda nə qədər onnan sora? K3- Ayə nə deyirsən? K2- Deyirəm ki, sentyabrn 1-i də 3 mini çatacağ. Qalır aramızda 4 min, düzdümü? 4 min də indi 1-ə kimi reşat eliyəriy ki, onu nağayrağ. K3-Ayə Rami... e danışan K2- Ayə ver atava görüm. Ramiz deyirəm ki, 2-i indi götürürsən, 3-ü də sentyabrn 1i. Aramızda onnan sora qalır 4 min manat. 2-i indi götürürsən, 3-ü sentyabrda elədi 5, 4də sentyabrn 1-i deyəcəm ki, nə vaxd çatır K1- Yaxşı (eyni mövzuda danışırlar) “AUDİO-2020-07-01-16-42-28_1” K1- /// mən ona söz vermişəm. O dedi o müddətə kimi mənim pulumu verməsin gör başuva nə oyun açacam K2- Nətəri? K1- Deyirəm ki, anamın goru haqqı, o pula mən dirəndiyim söhbət odu ki, mənə deyib ki, mənim pulumu 15-i, 16-ı, 17-ə kimi verməsən başuva 50 mümkün oyun açacam sənin. Mən ona görə deyirəm ki, heç olmasa 5 min at bunun ağzına. K2- Ramiz ay Ramiz gənə də deyirəm balalarımızın canı 2 dənədi eşit, ama ayın axırına kimi 3 dənə də söz verib dosdum o çatdıracağ, eşidirsən? K1- Yüz fayizdi yüz fayiz döyül? Söhbət onnan gedir K2- 3 min ayın axırına kimi də yüz fayizdi, bunun oyüzü buyüzü yoxdu K1- De sən öl K2- Sən öl (eyni mövzuda söhbətlər aparırlar. Qalıq borc barədə danışırlar. K2 diktoru qalan borcunu hansı qrafik üzrə qaytaracağını bildirir) “AUDİO-2020-07-01-16-42-29” K1- Dədəmin canı haqqı tüpürəcəm hər şeyə K2- Ay dəməy bugün avqustun 2-di, 2016-cı il, düzdümü? Avqustun 15-ə kimi həmin o 9 min manat borcdan 2 min, 3min, 4 min, 5 min nə eliyəcəm göndərəcəm, qalanın da deyəcəm Ramiz 15-nən sora filan vaxta kimi qalanın çatdıracam K1- Prablem yoxdu göndər gəlsin (ümumi söhbətlər edirlər. Bir-birilərini zarafatyana təhqir edirlər.K2 diktoru borcunu hansı vaxtlarda ödəyəcəyindən danışır) “AUD-20200618-WA0009” K3- Alo K2- Ramid nnətərsən? K3- Sağ ol K2- Ramid aton hardadı? K3- Hamamda K2- Bi bənə telefonu ver də ona sözüm var K3- Hə, bi dəyqə. (atasını çağırır və telefonu verir) K1- Alo K2- Nətərsən Ramiz K1- Sağ ol K2- Canun başun nətərdi? Səsin-sorağın gəlsin K1- Utanmırsan sən? K2- Niyə? K1- Sən itirib axdarmırsan, onnan sora məni pis vəziyyətə qoyursan K2- Sən görmürsən mən nə vəziyyətdəyəm K1- Mən deyirəm utanmırsan yekə kişisən? K2- Ayə utanmağlığ nə var ki? Onu Allah da görür bəndə də görür ki, mən nə vəziyyətdəyəm. K1- Nolar görsün də. Sən məni dilənçi vəziyyətinə saldun mən maşınlarımı zadımı satdım bangə qoydum. Axırı belə oldu? K2- Ayə sənlə mənim aramda 6 min manat ... qalıb da K1- Ayə yekə kişisən K2- Var yoxunu (söyüş) K1- Lap oçura qoysun K2- Nə qədər? K1- 78-nən dollar götürmüşəm 1.70-nən dollar bağlıyıram e, mən K2- Nə qədər sənnən mənim aramda pul qalıb ki? K1- 27 min puldu K2- Nə qədər? K1- 17 min mənə iş görməy üçün almısan, 10 min də aldun gəldi kimsə ayna Sultanov heykəlinin yanında götürdü e K2- Hardan 27 min dollar K1- Nəysə, nəysə K2- Yalançının (söyüş) K1- Lap oçura qoysunlar K2- Sənnən mənim aramda 6 min manat pul qalıbdı K1- Yalançının atasına nəhlət K2- Lap var yoxuna nəhlət. Sentyabr ayında mən pul göndərəndə 2 min göndərdim e K1- Kiməsə pul göndərmisən bilmirəm, sən mənə pul göndərməmisən K2- Nətəri? K1- Sən mənə pul göndərmisən? K2- Göndərməmişəm? K1- Hardan göndərmisən mənə pulu? K2- Nətər göndərmişəm hardan? K1- A sənin bütün dannılarını çıxartmışam, hələ sənin mənə göndərdüyün pulun sən mənə götürüb başqa adlarnan başqa adlara verdün K2- Ramiz diqqətnən mənə qulaq as, sən mənə qarşı (söyüş) (mübahisə edirlər. K2 diktoru 6 min manat borcunun qaldığını iddia edir, lakin K1 diktoru bunu inkar edərək çox olduğunu bildirir) K1- 17 min dedün pul verəssən ev alacam, maşın alacam, özü də 1-ci qrup, dedim mənə birinci qrup düşmür mənə 2-ci qrup düşür K2- Denən yalançının gəlinin, qızının, arvadın K1- Lap var yoxuna nəhlət K2- Ramiz o qədər gədə olmaz adam K1- Sənə mən dedim ki, 10 dəyqədən sora yığ danışaq (K2 diktoru özü tutulacağı halda K1 diktorunu da tutduracağını bildirir) “AUD-20200618-WA0010” K2 - Alo K1- Eşidirəm K2 -Ramiz K1- Eşidirəm K2- Sən mənnən hara (söyüş) eləsən sənin ki, saxta vayenni bilet yazdılar haa mənəki üç min rüşvət verdine arvadımı qızımı Azərbaycan (söyüş) səni içəri soxdurmasam özüm (söyüş) içəridə deyəjəm ay yaxşı oğlanlar məni (söyüş) eliyib saldılar bura K1- Elə eləmiyənində lap yaxşı elə K2- Eləmiyənin arvadını (söyüş) Azərbaycan K1- Mən mən sənin kimi səninkimiləri mən gedib qoruyub gəlmişəm, mən saxta sənədim olmuyub mənim. sən saxta sənəd. Sən mənə hədə qorxu gəlirsən? Yoxe sən mənə hədə qorxu gəlirsən? K2- Sənin saxta sənədin olmasa buraxarlar. (söyüş), fərari (söyüş). Sənin arayışın məndə durub fərari K1- Yaxşı, eləmiyənində yaxşı. K2- Sən K1- Hə K2- Eşitməmişdin sən K1- Mənim arayışım sən də nə gəzir? Sən mənə iş düzəltmirdin sən indi deyirsən sənin arayışın məndədi K2- Sadiqdən mənə xəbər göndərməmisən. Vasif indi telefondadı, deyir mənə heç kim heç nə demiyib. K1- Yalançının lap varyoxuna nəhlət K2- Lap varyoxuna nəhlət K1- Lap varyoxuna nəhlət. Sadiqdən də sənə xəbər K2- Ay qardaş mənə nə Sadiq demiyib nə Vasif demiyib K1- Da nağayrım? Sadiqdən də sənə xəbər göndərmişəm. Dayım oğluynan düz səkkiz ay mən küsülü qaldım sənin kimi beynamısa görə K2- X38 K1- Yekə kişisən dedim. Sən məni diləndirmisəne, sifətinnən 2 maşın satmışam, mən gedib banka girib yetmiş səkkiznən dollar götürmüşəm indi bir yetmişnən mən dollar ödüyürəm dedim K2- Nətəri? K1- Hə elə eşitdiyin kimi K2- Ayə sən mənə çöndün ki, dörd min sənən mənim aramda altı min K1- Mən sənə çox sifariş göndərdim ki, mənə bir kəlimə zəng eləsin, bir kəlimə danışım. Sən .... mənnən niyə danışmırsanki? K2- Ramiz varyoxunu (söyüş) yalan diyənin mənə Vasif indi dedi götürdüm səni indi yığdım K1- Hə Vasif nəsə deyibki? K2- Dedi saat 2 K1- Sənə Vasif deyib? K2- Hə K1- Ə sən bilirsən sənin işin hardadı? K2- Hardadı? K1- Ə sənin başın çatır? K2- Hardadı mənim işim? K1- Əşi nəysə, nəysə K2- Yox hardadı mənim işim? K1- Mən bir ay üç ay bunnan qabaq mən sifaiş göndərdim ki, o, mənnən pul alıb iş düzəltməyə mənim işimi düzəltsin. Mənim işimi düzəltsin. Sən mənnən pul alıb niyə qaçırsanki? Telefonları söndürürsən, nezvesni yığırsan, rasiski nömrəynən yığırsan məyi K2- Qardaş sənnən mənim aramda altı min manat pul var K1- Kimin? Yalançının varyoxuna nəhlət K2- Lap qızını Azərbaycan (söyüş) K1- Lap nəslin kökün (söyüş) Azərbaycan K2- Nə qədər borc qalıb? K1- Hay? K2- Nə qədər sənnən mənə borc qalıb? K1- Mənnən on yeddi min işə pul almısan, on mində prokurorun adınnan pul almısan ki, filan yerə çatacaq. Ayna Sultanova, özüdə hamamnan çıxardmısan məni gecə ora apartdırmısan. K2- Mən sənə 27 min manat pul verməliyem? K1- Ha? K2- 27 min manat pul verməliyem? K1- Bəli. K2- Denən arvadımı, qızımı Azərbaycan anamı bacımı Azərbaycan K1- Lap nəslin kökün lap bütün get Azərbaycan (söyüş) yalan deyənin K2- Ramiz mən sənə öz səsivi göndərsəm, sənə deyirəm Ramiz 17 sentyabr 2016cı ilə mənim sənə borcum nədi? Sən deyirsən 6 min manat. K1- Sən mənnən hissə-hissə pul almısan o səslərim ola bilər dənə, hissə hissə 6 min gət bir yerə ver, 10 min filan yerə ver, 5 min filan yerə ver, bu şeylərin yadınnan çıxıb sənin? K2- Nə vermisən 5 min? K1- Hə? K2- Nə vermisən? K1- Sən göndərtmisən demisən sənə sənəd düzəltdirirəm filan yerə çatmalıdı K2- Nətəri? K1- Hə, demisən sənə sənə sənəd düzəldirirəm əlillügünü düzəltirirəm K2- Ramiz, Ramiz K1- Mənə dedin ki, 2-ci qrup əlil eliyəcəm səni pilus 1-ci qrup hələ demişdin mənə pilusda dedin ki, ev alacam, maşın alacam maşını da oğluma verərsən. Dedim baş üstə K2- Ramiz, Ramiz eşit məni K1- Eşidirəm K2- Sən mənə cındırlığ eləsən mən sənə /söyüş/ eleməsən mənnən .... sən içəri düşəndə səni içərdə (söyüş). Bunu sən bil ha, bunu sən bil K1- Eləmiyəndə, elə, elə, get elə, get nə bilirsən elə K2- Varyoxunu (söyüş) səni içərdə (söyüş) K1- Məni yığma get nə bilirsən ele K2- Səni içərdə (söyüş) K1- Kimi? Kimi? K2- Sənin uçota alınmağın saxtadadı, sənin vayenni biletində saxtadı. Sən onu biləsən K1- Kimin? Mənim? K2- Sənin vayenni biletində saxtadı, sənin uçota alınmağın saxtadadı. Bunu bil ha K1- Zərər yoxdu. Zərər yoxdu K2- Bunu unutma sən K1- Mən heç nəyi unutmuram, heç bir şeyi unutmuram. Qardaş mən sənin kimi deyiləm K2- Sənin uçota alınmağında, uçotdan çıxmağında hamısı bunu qaldıracaqlare bunun kökü yoxdu K1- Zərər yoxdu K2- Bunun kökü yoxdu K1- Zərər yoxdu K2- Bunun kökü yoxdue sən bilirsəndə onu nətəri almısan? K1- Kimin? Nəyin? K2- O uçota durmağın K1- A yaxşı tay, a yaxşı tay K2- Bilirsən nətəri almısan? K1- A yaxşı tay K2- Bunu da deda nətəri almısan onu? Onu sən nətəri o qədər pulnan aldın? 3 min manat pul verdin yadıva gəlir? K1- Qardaş mənə iş görməy üçün aldığın pulumu qaytar. 27 min mənnən pul almısan iş görməyə qaytar K2- Ramiz K1- Yığma məni,məni yığma (Diktorlar bir –birilərini təhqir edirlər) (cild 02, iş vər. 212-214, cild 04, iş vər. 60-68) Şahid3 25 fevral 2016-cı il tarixli ifadəsinə əlavə etdiyi 01 ədəd “mikrocard” tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 16 iyun 2020-ci il tarixli protokoldan görünür ki, həmin “mikrocard” tipli elektron məlumat daşıyıcısındakı “DCİM” adlı qovluğun daxilindəki “Camera” adlı qovluqda “səsyaz 000.amr”, “səsyaz 001.amr”, “səsyaz 002.amr”, “səsyaz 003.amr”, “səsyaz 004.amr”, “səsyaz 005.amr”, “səsyaz 006.amr”, “səsyaz 007.amr”, “səsyaz 008.amr”, “səsyaz 009.amr”, “səsyaz 010.amr” və “səsyaz 011.amr” kimi adlandırılmış .amr formatlı 12 ədəd faylın olması müəyyən edilmişdir. “səsyaz 000.amr”, “səsyaz 002.amr”, “səsyaz 003.amr”, “səsyaz 004.amr”, “səsyaz 007.amr”, “səsyaz 008.amr”, “səsyaz 010.amr” və “səsyaz 011.amr” adlı fonoqramlarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir dialoq müəyyən edilməmişdir. “səsyaz 001.amr”, “səsyaz 009.amr”, “səsyaz 005.amr”, “səsyaz 006.amr” səs yazıları Şahid6la Şahid3 arasındakı telefon danışıqları zamanı qeydə alınan dialoq öz əksini tapmışdır. Səsyaz 005.amr adlı fonoqramda aşağıda qeyd edilən intervallarda iş üzrə əhəmiyyətli dialoqlar qeydə alınmışdır: 00:56-01:19 Mənim evimin qabağına gəlməklə mən pul verəcəm, yoxsa nədi? Bayaqdan neçə saatdır danışırıq yazıq o kirvəsini də aldatdı. İndi də deyir ki, gələn ayın 10-da verəcəm, nəbilim nağayracam. Mən dedim qardaş mən bu adamların qarşısını şey eləyəsi deyiləm. Sabahları gəlin gedək şikayətimizi edək çıxsın getsin. Hə, oldu. Gəlirik. 02:02-02:20 Mən demirəm ki, sən verməmisən, Ramiz də demir ki, mən almamışam. Tem bolee çek də var, kimə göndəriblər. Sabahları gəlin teleqramma teleqramma dalıynan vuraq, adı var, familiyası var, zadı var, vuraq getsin özü. Səsyaz 006.amr adlı səs yazısında Şahid3 Şahid6la pulunun Təqsirləndirilən şəxs alınması, hüquq mühafizə orqanlarına şikayət edəcəyi barədə söhbətlər edir və evindəki axırıncı qəpiyini, axrıncı manatını də Təqsirləndirilən şəxs verdiyini bildirir. (cild 01, iş vər. 69, cild 02, iş vər. 113-114) Şahid3 götürülmüş “Nokia” markalı, “C2-01” modelli, **********70936 imei kodlu mobil telefona baxış keçirilməsi haqqında 16.10.2020-ci tarixli protokoldan görünür ki, həmin mobil telefonun menyusundan Qalereya/Bütün məzmun/Səsyazmalar bölməsinə daxil olduqda “səsyaz 000.amr”, “səsyaz 001.amr”, “səsyaz 002.amr”, “səsyaz 003.amr”, “səsyaz004.amr”, “səsyaz 005.amr”, “səsyaz 006.amr”, “səsyaz 007.amr”, “səsyaz 008.amr”, “səsyaz 009.amr”, “səsyaz 010.amr” və “səsyaz 011.amr” kimi adlandırılmış .amr formatlı 12 ədəd faylın olması müəyyən edilmişdir. Həmin fonoqramları dinləməklə baxış keçirildikdə Şahid3 25 fevral 2016-cı il tarixli ifadəsinə əlavə etdiyi “microcard” tipli elektron məlumat daşıyıcısında aşkar edilmiş fonoqramlarla eyni olmaları müəyyən edilmişdir. Bununla da, Şahid3 həmin səs yazılarını cinayətin baş verdiyi dövrdə istifadəsində olan və istintaq tərəfindən götürülmüş “Nokia” markalı, “C2-01” modelli, **********70936 imei kodlu mobil telefon vasitəsilə qeydə alması öz təsdiqini tapmışdır. (cild 04, iş vər. 102-107) Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixli üzləşdirmədə dindirilmə protokoluna əlavə etdiyi 01 ədəd kompakt diskə baxış keçirilməsi haqqında həmin tarixli protokoldan görünür ki, həmin kompakt diskdə “001” və “002” kimi adlandırılmış .mp3 formatlı 02 ədəd faylın olması müəyyən edilmişdir. “001” adlı .mp3 formatlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs ilə Şahid6 arasında telefon vasitəsilə aşağıdakı məzmunda danışıq aparıldığı müəyyən edilmişdir: Təqsirləndirilən şəxs: Dedi korrupsiyada adamım var, sənə nətər dedi? Dedi mənə onun pulu lazım deyil, mənim orda adamım var orda, pulu onlardan alacam. Şahid6: Adamım var? yox demədi e, dedi şikayət eləmişəm. Təqsirləndirilən şəxs: Elə demədi e o. Kişi kimi də, dedi mən o kişilərlə söz danışmışam, mən o pulu orda götürəcəm, sizdən mən pul zad götürmürəm. Elə dedi düzdümü? Şahid6: Bəli, bəli. Dedi şikayət eləmişəm. Təqsirləndirilən şəxs: Hələ onuda gəldi dedi ki, o kişilər mənə nətər baxar mən o kişilərlə söz danışmışam. Dedi, demədi? Şahid6: İndi nə danışıb, nətər olub, onu sənə deyib. Mənə deməyib ki, kişilərlə söhbət eləmişəm, söz danışmışam. Mənə siz dediniz, siz mənə dediyinizi eşitmişəm. Təqsirləndirilən şəxs: Siyasət (söyüş), başını da daşa döyür. Şahid6: Siyasət elə özü danışsın da, indi nə deyir Təqsirləndirilən şəxs: Siyasət nə deyir özü bilər, Siyasət nə danışır, nə eləyir özü bilər, Siyasəti Aydın müəllimin üzünə tanımışam, bir ara calaqlara görə zəng eləmişəm, əlaqə saxlamışam, bir ara nə bilim arıya görə, deyirdi bal zad satıram klient olanda obtovoy düşsə eləsə, Şahid6: Sən deyirsən, mən indi onları eşidirəm ki, siz nə danışmısınız. Təqsirləndirilən şəxs: Ay sağol. Mən o vaxtı əlaqə saxlamışam. Sonra da ehtiyac idi dedim Siyasət pul ehtiyacdı, imkandısa ver qaytararam. O da dedi varımdı, kimdəsə də varımdı pulum, o da versə onu da götürüb verərəm. Götürdü verdi Ramizə, Ramiz də mənə. Vəssalam indi Siyasət görür pulu gecikir götürür yazır. Mən fövqəladəyə işə adam düzəldənəm, mən iş görənəm mən. Şahid6: Nəbilim vallah öz işinizdirdə. Sadəcə burda uje sözü çevirmək lazım deyil. Təqsirləndirilən şəxs: Qardaş sən nə var onu yazırsan. Yaz bu yaxınlarda eşitmişəm ki, Siyasət pul alıb. Şahid6: Xahiş eləyirəm ay Rövşən müəllim, biraz xahiş eləyirəm şey eləyin ki, yəni ki, bunu özünüz öz aranızda düz qoş eləyin qoy məsələ uje bitsin. Təqsirləndirilən şəxs: Nə deyim? Deyim Siyasətdən pul almışam işə düzəltməyə? olmayan şeyi? Şahid6: Yoxe pulunu qaytarın Allah sənə kömək olsun. Borc kimi demirsən almısan? Borc kimi də qaytar getsin də! Təqsirləndirilən şəxs: Ay sağol (söyüş) Keçən dəfə dedim axı, dedim gəl sənə nə düzəlir verim, dedi yox, mən kişilərlə söz danışmışam, mən korrupsiyaya vermişəm, onlar mənə nətər baxar! Mən pulu orda alacam səndən. Şahid6: Ay o uje öz işinizdir. O indi nətər danışır, nətər eləyəcək, nağayracaq, nədi, nə deyil bilmirəm. Siz özünüz danışanda .... Rövşən Zeynalov: Soruşan olanda da, soruşan olanda da Aydın müəllimin üzünə tanımışam, sözüm onda yox, bu heç, bu bir mənalıdı. Arada da elə arıya görə, calağa görə, ağacların sulanmasına görə əlaqə saxlamışam, salam əleykim saxlamışam. Bir dəfə də ehtiyac olub pula görə zəng eləmişəm ki, pul lazımdı, o da dedi biraz varımdı, biraz kimsə məndən alıbdı o vaxtı, qaytarsın verərəm. O da yəqin ki götürüb o adamdan verib mənə. İndi bİraz gecikib deyilən vaxtdan .... vəssalam. Nə sən, nə Ramiz yanınızda hansısa bir işi danışmamışam ki, onunla ki, sənin oğlunu harasa düzəldirəm? Eşitməmisən ki, mənim ağzımdan? Yanınızda söhbət eləməmişəm ki, nə sənin, nə Ramizin düzdümü? “002” adlı fayl “001” adlı faylın təkrarıdır və eyni məzmunlu dialoqu əks etdirir. (cild 04, iş vər. 117-119) "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında 18 iyun 2020-ci il tarixli protokoldan görünür ki, həmin kompakt disk ağ rəngli olmaqla üzərində parıltılı “Verbatim”, “CD-R, 700MB, 80min, 52X” sözləri çap edilmiş və göy rəngli flomaster tipli mürəkkəbli qələmlə «6818» yazıları əks olunmuşdur. Kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə «.rar» formatında yazılmış bir faylın olması aşkar olundu. Həmin fayl “681804.04.2016” kimi adlandırılmışdır. Qeyd edilən faylı “WinRAR archiver” proqramı vasitəsilə açdıqda “502061616”, “506587777”, “506773709”, “513147778 sms”, “513147778”, “517973997”, “519111616” adlı “.txt” formatlı 7 ədəd, “antenna-2015” və “antenna-2016” adlı “.xls” formatlı 2 ədəd, ümumilikdə 9 ədəd faylın olması aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə Şahid3 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsinin giriş və çıxış zənglərinin əks olunduğu “506773709” adlı “.txt” formatlı fayla baxış keçirilərkən həmin zənglərin 01.04.201515.03.2016-cı il tarixlərini əhatə etdiyi müəyyən edilmişdir. Habelə 02.05.2015ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə mütəmadi olaraq danışıqlar aparılması, hər dəfə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd edilən mobil telefon nömrəsindən Şahid3 həmin nömrəsinə zənglərin daxil olması, Şahid3 nömrəsindən qeyd edilən dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə heç vaxt zəng edilməməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 04.05.2015-ci il tarixdə saat 11:24:47-də zəng edilərək 208 saniyə, saat 11:34:58-də zəng edilərək 61 saniyə danışıq aparılmışdır. Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 04.05.2015-ci il tarixdə saat 16:02:47-də zəng edilərək 173 saniyə danışıq aparılmışdır. Şahid6 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsindən Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 04.05.2015-ci il tarixdə saat 17:08:05-də zəng edilərək 60 saniyə saat 21:46:18-də isə zəng edilərək 450 saniyə danışıq aparılmışdır. Bundan başqa 04.05.2015ci il tarixdə saat 17:51:10-da Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edilərək 10 saniyə telefon danışığı aparılmışdır. Qeyd edilən zəng Şahid5la Şahid3 arasındakı ilk telefon əlaqəsi olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə Şahid5 istifadəsində olmuş +994(51) ***-**-** mobil telefon nömrəsinin giriş və çıxış zənglərinin əks olunduğu “517973997” adlı “.txt” formatlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, fayla baxış keçirilərkən həmin zənglərin 12.04.2015-22.12.2015-ci il tarixlərini əhatə etdiyi müəyyən edilmişdir. Habelə qeyd edilən dövr ərzində həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında mütəmadi olaraq danışıqlar aparılmışdır. Həmin telefon nömrəsinə Şahid3 qeyd edilən mobil telefon nömrəsinə 04.05.2015-ci il tarixdə saat 17:51:10-da zəng daxil olduqdan sonra ilk zəng saat 18:03:36-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə edilmiş və 168 saniyə danışıq aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə həmin gün saat 18:06:46-da zəng edilərək 99 saniyə, saat 18:13:19-da zəng edilərək 240 saniyə, saat 18:28:54-də zəng edilərək 8 saniyə, saat 18:29:17-də zəng edilərək 95 saniyə, saat 18:31:46-da zəng edilərək 193 saniyə, saat 19:58:41-də zəng edilərək 56 saniyə, saat 20:53:23-də zəng edilərək 40 saniyə, saat 00:21:15-də zəng edilərək 1641 saniyə danışıq aparılmışdır. Habelə Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə 04.05.2015-ci il tarixdə saat 18:28:05-də zəng edilərək 45 saniyə danışıq aparılmışdır. Həmin diskdə olan “502061616”, “506587777”, “513147778 sms”, “513147778”, “519111616” adlı “.txt” formatlı 7 ədəd, “antenna-2015” və “antenna- 2016” adlı “.xls” formatlı fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yeni məlumat aşkar edilməmişdir. (cild 01, iş vər. 167169, cild 02, iş vər. 149-151) Ləğv prosesində olan "xxxx" ASC-dən daxil olmuş 08 may 2018-ci il tarixli **********161 nömrəli məktubdan görünür ki, Şahid4 LPO "xxxx" ASC-nin Sabunçu filialından Təqsirləndirilən şəxs adına 06.03.2015-ci il tarixdə göndərdiyi 5.000 manat, 10.03.2015-ci il tarixdə göndərdiyi 3.000 manat, 13.03.2015-ci il tarixdə göndərdiyi 8.000 manat pul vəsatini Təqsirləndirilən şəxs həmin bankın Göyçay filialından, 01.04.2015-ci il tarixdə göndərdiyi 2.000 ABŞ dolları pul vəsaitini isə həmin bankın Ağdaş filialından əldə etmişdir. (cild 01, iş vər. 240) Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan https://www.cbar.az/ saytına baxış keçirilməsinə dair 16 iyun 2020-ci il tarixli protokolla müəyyən edilmişdir ki, 01.04.2015-ci il tarixə ABŞ dollarının kursu 1,0485 manat olduğundan 2.000 ABŞ dollarının həmin tarixə olan dəyəri 2.097 manat olmuşdur. (cild 02, iş vər. 111-112) "xxxx" MMC-dən daxil olmuş 16 iyul 2020-ci il tarixli, ÖXŞ-7-10-4-19/2770 nömrəli məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Əliyev X12 Ramid Ramiz oğlunun 11.02.2015-ci il tarixdə AZ1040 indeksli poçt şöbəsindən göndərdiyi 600 manat pul vəsaitini AZ3300 indeksli poçt şöbəsindən, Şahid5 23.02.2015-ci il tarixdə AZ1112 indeksli poçt şöbəsindən göndərdiyi 320 manat pul vəsaitini AZ2300 indeksli poçt şöbəsindən, Şahid4 AZ1112 indeksli poçt şöbəsindən 21.04.2015ci il tarixdə göndərdiyi 500 manat, 14.05.2015-ci il tarixdə göndərdiyi 500 manat pul vəsaitini AZ2300 indeksli poçt şöbəsindən, Şahid5 18.05.2015-ci il tarixdə AZ1034 indeksli poçt şöbəsindən göndərdiyi 480 manat pul vəsaitini AZ3100 indeksli poçt şöbəsindən, 16.06.2015-ci il tarixdə AZ1112 indeksli poçt şöbəsindən göndərdiyi 100 manat pul vəsaitini AZ0300 indeksli poçt şöbəsindən və Şahid4 02.07.2015-ci il tarixdə AZ1141 indeksli poçt şöbəsindən göndərdiyi 145 manat pul vəsaitini AZ3600 indeksli poçt şöbəsindən şəxsən çıxarmışdır. (cild 01, iş vər. 41-61) Şahid5 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş 27 fevral 2015-ci il tarixli “pul köçürməsi haqqında” bildiriş və QN010946 nömrəli qəbzlə müəyyən edilmişdir ki, Şahid4 27.02.2015-ci il tarixdə Təqsirləndirilən şəxs adına 7.000 manat pul vəsaiti köçürmüşdür. (Cild 01, iş vər. 242) Şahid3 25 fevral 2016-cı il tarixli ifadəsinə əlavə etdiyi “Kapital Bank” SKB tərəfindən verilmiş 18 may 2015ci il tarixli, ******* nömrəli “Köçürmə/Alınma haqqında” bildirişlə müəyyən edilmişdir ki, Şahid3 18.05.2015-ci il tarixdə Şahid5 1.500 manat pul vəsaiti köçürmüşdür. (cild 01, iş vər. 69) “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş 16 iyul 2020-ci il tarixli, 4414 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. (cild 03, iş vər. 110-111) “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsindən daxil olmuş 14 iyul 2020-ci il tarixli, 19/51-6478 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır və qeydiyyatda yoxdur. (cild 03, iş vər. 112-113) 23 oktyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid3 və Şahid5 iş üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş və barələrində rüşvət verməyə cəhd etmə əməlinə görə cinayət təqibinin başlanması CM-nin 312-ci maddəsinin qeydinə və CPM-nin 39.1.11-ci maddəsinə əsasə rədd edilmiş, həmçinin Şahid6 əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından, barəsində cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. (cild 04, iş vər. 140-186) “Tutma haqqında” 11 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən tutularaq Yasamal Rayon Polis Şöbəsinə gətirilmişdir. (cild 02, iş vər. 52) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər.101-105) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 03, iş vər. 123-127) Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X19 həqiqiliyini təsdiq etdiyi **********790, **********791, **********792 və **********794 nömrəli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 18.000 manat pul vəsaitini qaytarmışdır. (cild 01, iş vər 189-199) “Pulun təqdim edilməsi haqqında” 04.08.2020-ci il tarixli protokoldan və “Pul vəsaitinin təhvil alınması” haqqında 04.08.2020-ci il tarixli qərardan görünür ki, X21 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üçün 4 avqust 2020-ci il tarixdə istintaqa 7.000 manat məbləğdə pul vəsaitini təqdim etmiş və qəbul edilmiş həmin tarixli qərarla 7.000 manat məbləğdə pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. (cild 03, iş vər. 117-121) Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 14 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. (cild 04, iş vər. 9596) “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.09.2004, 27.05.2006, 06.06.2009, 06.07.2015 və 09.12.2018-ci il təvəllüdlü beş uşağı vardır. Həmin uşaqlardan üçü azyaşlıdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 114) Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, protestdə qeyd edilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş 7.000 (yeddi miri) manat pul vəsaitinin hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X16 qaytarılmasının müəyyən edildiyi hissədə dəyişdirilməli, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 7.000 (yeddi min) manat pul vəsaiti CM-nin 99-1.1.2ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli qərarında göstərilmişdir ki, bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CMnin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Baxılan cinayət işi üzrə sözügedən məbləğin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri olmadığı müəyyən edildiyindən, həmin pulun CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınması qanunvericiliyin tələbinə zidd olardı. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən 7.000 (yeddi min) manat pul vəsaitinin hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X16 qaytarılmasını hökm etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ... hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin məhkəmə kollegiyası və birinci instansiya məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in həmin maddələri ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 178.1-ci maddəsinə əsasən, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeylli miqdarda əmlakını təkrar ələ keçirmə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məsuliyyətə səbəb olur. 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Kollegiya, müdafiəçinin apellyasiya şikayətinin “Siyasət Söyübovun Baş prokuror Zakir Qaralova ünvanlanmış, notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X30 Əliyevə 18.000 manat pulu borc kimi vermiş, həmin pul tam həcmdə Siyasət Söyübova qaytarılmışdır” dəlilinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlardan, o cümlədən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmələrdə verdiyi ifadəsində ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadələrində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində üç azyaşlı uşağının olmasını, CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş maddi ziyanın bir qisminin ödənilməsini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmusuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin tərkibi vardır, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri konkret sübutlarla təsdiq edilməyən fərziyyə və mülahizələrdən ibarətdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətində dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-49/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-407/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-407/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver