Məhkəmə qərarları › İş №1(107)-408/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-408/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-408/2021 17.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi X6 iştirakları ilə, X2 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə bəraət almasına, 147.1 və 148-ci maddələri ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-19/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 05 avqust 2021-ci il tarixli 1(025)- 19/2021 nömrəli hökmü ilə 02.02.1964-cü ildə Kəlbəcər rayonu Çıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Kəlbəcər rayonu 31 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində işləyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu İstisu qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan - X2 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə müvafiq olaraq X3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzanın icrasının X2 yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, X3 CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manatın X1 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs X4 apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-19/2021 nömrəli hökmünün ləğv edilməsini və ona qarşı qaldırılmış ittihama hüquqi qiymət verilməsini xahiş etmişdir. Xüsusi ittihamçı hökmdən apellyasiya şikayəti verməmiş, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs X4 xüsusi ittihamçı X7 ona qarşı heç bir şikayəti və iddiası olmadığını bildirdi və xüsusi ittihamçı X9 tərəfindən tərtib edilərək notarial qaydada təsdiq edilmiş ərizəni məhkəmə kollegiyasına təqdim etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X10 xüsusi ittihamçı X7 ərizəsinin qəbul edilərək, icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyаsı xüsusi ittihamçı X7 təqsirləndirilən şəxs X1 heç bir şikayəti və iddiası olmadığına dair ərizəsini müzаkirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X2 barəsində olan xüsüsi ittiham qaydasında şikayət üzrə icraata zərərçəkmiş şəxsin şikayəti olmadığına görə xitam verilməlidir. Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); Göründüyü kimi, xüsusi ittihamçı, yəni zərərçəkmiş şəxs X9 təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, xüsusi ittihamçı, yəni zərərçəkmiş şəxs X7 təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığı nəzərə аlınаrаq təqsirləndirilən şəxs X2 barəsində olan xüsüsi ittiham qaydasında şikayət üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-19/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs X2 barəsində olan xüsüsi ittiham qaydasında şikayət üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadığına görə xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar