Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-41/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1982-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, Nizami küçəsi, döngə 2 ev 27-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 195.2-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırması cəzası, CM-in 308.2-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə iki il müddətinə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə, bir il altı ay müddətə azadlığın məhdudlaşdırması cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzalarının tamamilə toplamaq yolu ilə qəti olaraq iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə, üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin olunmuş iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum etmə növündə cəzanın müddətinin hökmün qanuni qüvvəsini aldığı gündən hesablanması, iş üzrə ekspertiza xərci olan 150 manatın Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməsi, hökmün icrasının Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs fərdi sahibkar kimi özünün maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı X6 tərəfindən ********** №li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2013-cü ilin vergi bəyannamələrinə əsasən 13.251,26 manat zərərlə işlədiyi, 2014-cü ilin vergi bəyənnamələrinə əsasən isə fərdi dövriyyəsi və gəliri ümumiyyətlə olmadığı halda ünvan 1 ünvanında yerləşən Ticarət Mərkəzində üst geyimləri, ərzaq məhsulları, məişət avadanlıqlarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs QSC-nin “Göyçay” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 91.709 (doxsan bir min yeddi yüz doqquz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 71.936,53 manat (yetmiş bir min doqquz yüz otuz altı manat əlli üç qəpik), ödəmə qabiliyyətinin isə aylıq 11.139 (on bir min bir yüz otuz doqquz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.737,43 manat (səkkiz min yeddi yüz otuz yeddi manat qırx üç qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx.xx.2014-cü il tarixli 26R000005172 №-li “Kredit razılaşması” əsasında 60 ay müddətinə, aylıq 1.5 % dərəcəsi ilə 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 196.075 (bir yüz doxsan altı min yetmiş beş) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 2.500 (iki min beş yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 1.960,75 manatının (bir min doqquz yüz altmış manat yetmiş beş qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 247.500 (iki yüz qırx yeddi min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 194.114,25 manatını (bir yüz doxsan dörd min bir yüz on dörd manat iyirmi beş qəpiyini) 26RW00011277 saylı bank çeki əsasında Göyçay şəhəri H.Əliyev prospekti 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 33.785,46 ABŞ dolları (otuz üç min yeddi yüz səksən beş dollar qırx altı sent), faiz üzrə 54.256,9 ABŞ dolları (əlli dörd min iki yüz əlli altı dollar doxsan sent) məbləğində ödəniş həyata keçirib, xx xxxxxxx 2019-cu il tarixə 216.214,54 ABŞ dolları (iki yüz on altı min iki yüz on dörd dollar əlli dörd sent), həmin dövrün rəsmi məzənnəsi ilə 367.564,7 manat (üç yüz altmış yeddi min beş yüz altmış dörd manat yetmiş qəpik) məbləğində əsas və 58.874,75 ABŞ dolları (əlli səkkiz min səkkiz yüz yetmiş dörd dollar yetmiş beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 100.087,07 manat (bir yüz min səksən yeddi manat yeddi qəpik) məbləğində faiz borclarını, cəmi 275.089,29 ABŞ dolları (iki yüz yetmiş beş min səksən doqquz dollar iyirmi doqquz sent), həmin dövrün rəsmi məzənnəsi ilə 467.651,79 manat (dörd yüz altmış yeddi min altı yüz əlli bir manat yetmiş doqquz qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 250.000(iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 196.075 (bir yüz doxsan altı min yetmiş beş)manat məbləğdə qanunsuz kredit alaraq Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi275.089,29 ABŞ dolları (iki yüz yetmiş beş min səksən doqquz dollar iyirmi doqquz sent), həmin dövrün rəsmi məzənnəsi ilə 467.651,79 manat (dörd yüz altmış yeddi min altı yüz əlli bir manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan Zərərçəkmiş şəxs QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Təqsirləndirilən şəxs CM-in 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barədə olan xx.xx.2020-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 195.2-ci maddəsi ilə olan əməli CM-in 195.1-ci maddəsinə tövsif edilməklə, ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini, Təqsirləndirilən şəxs CM-in 195.2-ci maddəsi ilə tövsif edilmiş əməlinin CM-in 195.1-ci maddəsinə tövsif edilərək ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Tural Əfəndizadə apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs qəti cəza təyin edilərkən CM-in 191.1-ci maddəsinin sanksiyasına uyğun aşağı cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, CM-in tələblərinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (mad. 5.1). Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir (mad. 10.1). Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir (mad. 10.3). CM-in 195.2-ci maddəsi maddi tərkibli olduğundan təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda cinayət tərkibi yaranır. xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə görə, CM-in 190-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 195.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğin, 195.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz min manatdan artıq olan məbləğin başa düşülməsi müəyyən edilmişdir. Belə olan halda, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2014-cü il tarixli 26R000005172 nömrəli “kredit razılaşması” əsasında qanunsuz kredit alınması və təyinatı üzrə istifadə edilməməsi nəticəsində vuralan ziyanın məbləği 250.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 196.075 manat təşkil etdiyindən, hazırda qüvvədə olan cinayət qanununa əsasən, onun əməli CM-in 195.2-ci maddəsinin deyil, 195.1-ci maddəsinin tərkibini yaradır. Cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Təqsirləndirilən şəxs CM-in 195.2-ci maddəsi ilə olan əməli CM-in 195.1-ci maddəsinə tövsif edilməli olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmiş, qanunsuz və əsassız olaraq Təqsirləndirilən şəxsnu CM-in 195.2-ci maddəsi ilə təqsirli bilib bir il altı ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum etmişdir. Beləliklə, apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barədə olan xx.xx.2020-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 195.2-ci maddəsi ilə olan əməli CM-in 195.1-ci maddəsinə tövsif edilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 195.2-ci maddəsi ilə olan əməli CM-in 195.1-ci maddəsinə tövsif edilsin və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən, bu cəza CM-in 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə, bir il altı ay müddətə azadlığın məhdudlaşdırması cəzası ilə tam toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə, iki il altı ay müddətə azadlığın məhdudlaşdırması cəzası saxlanılsın. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-41/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-41/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver