Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-411/2021 17.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X13, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, onların müdafiəçiləri X17, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.4.1 və 234.4.3cü maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 və 237.1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Bilal Məmmədov (məruzəçi) və Nahid Mirzəyevdən ibarət tərkibdə) 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmü ilə xx xxxxxx 1974-cü ildə Zərdab rayonu Sarıqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Sarıqaya kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Şəki Penitensiar müəssəsində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində CM-in 188.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 09 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınması, xx xxx 1970-ci ildə Zərdab rayonu Sarıqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Sarıqaya kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 13 noyabr 2019-cu il tarixdən 15 noyabr 2019-cu il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu cəzanın ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 06 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 1988-ci ildə Zərdab rayonu Məlikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Məlikli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alınıdığı 06 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicənin təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınması, iş üzrə məhkəmə məsrəfi olan 142,46 AZN (yüz qırx iki manat, 46 qəpik) ekspertiza xərcinin təqsirləndirilən şəxslərin hər birindən 47,49 AZN (qırx yeddi manat 49 qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan Zərdab Rayon Polis Şöbəsində saxlanılan 3041,56 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2,70 qram qurudulmuş marixuana, 277,35 qram qurudulmuş marixuana və torpaq nümunələrinin məhv edilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Şükürоv Mehmаn Kаmrаn oğluna CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittham verilmişdir ona görə ki, o, qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs halında, sаtış məqsədi ilə qаnunsuz оlаrаq, nаrkоtik vаsitə оlаn külli miqdаrdа qurudulmuş mаrixuаnаnı əldə edib sаxlаmış və dаşımışdır. Belə ki, Şükürоv Mehmаn Kаmrаn оğlu həmkəndlisi Məmmədоv Məhəmməd Cаvаnşir оğlunun Аğcаbədi Regiоnаl Meşə Təsərrüfаtı Mərkəzinin 1 sаylı meşəbəyinin, 2 sаylı dоlаyının 4-cü bölməsinə аid 0,001 hа torpaq sahəsini 2019-cu ilin mаrt аyının sоnlаrındа özbaşına becərməklə tutub orada qanunsuz 10 (оn) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkərək kultivasiya edib yetişdirməklə onların hissələrindən topladığı Аzərbаycаn Respublikаsının «Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və psixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılаrın təsdiq edilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Qаnunu ilə təsdiq edilmiş, şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа, 3322,83 qram, külli miqdаrdа çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı sonuncu və Zərdab rayonu Məlikli kənd sakini Mikаyılоv Аrаz Xаnlаr оğlu ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs halında, sаtış məqsədi ilə qаnunsuz оlаrаq əldə edib, Zərdab rayonu Sarıqaya kəndində Məmmədоvа Fаmilə Kаmrаn qızının nəzarət etməsi üçün açarlarını Təqsirləndirilən şəxs3 verdiyi yaşayış olmayan evin 2-ci mərtəbəsindəki оtаğındа qаnunsuz sаxlаmış, həmin narkotik vasitənin 3216,21 qrаmını 09 nоyаbr 2019-cu il tаrixdə sааt 09:30-dа Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq saxlanıldığını eşidib narkotik vasitələrin polis tərəfindən aşkarlanmaması məqsədilə Аrаz Mikаyılоvlа birlikdə qаnunsuz dаşıyıb yаşаdığı Zərdаb rаyоnu Sаrıqаyа kəndindəki fərdi yаşаyış evinə gətirmiş, 174,09 qramını Məhəmməd Məmmədоvun tapşırığı əsasında götürməsi üçün həmin gün оnun qоnşusunun çəpərinin çöl tərəfində gizlətsə də, həmin gün sааt 19:20-də Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən аşkаr edilərək götürülmüş, 3042,12 qrаm marixuana isə, dаxil оlmuş əməliyyаt məlumаtınа əsаsən 13 nоyаbr 2019cu il tаrixdə sааt 12:10-dа 24 ədəd sellоfаn tоrbаlаrdа 2749,53 qrаm, 01 ədəd sintetik kisədə 86,98 qrаm, 01 ədəd 1 litirlik şüşə bankada 81,43 qrаm, 01 ədəd 2 litirlik şüşə bаnkаdа 124,09 qrаm yаşаdığı Zərdаb rаyоnu Sаrıqаyа kəndindəki fərdi yаşаyış evinin 1-ci mərtəbəsinin qаrşısınа yığılmış çiy kərpiç tоpаsının içərəsində və 0,09 qrаmı isə 1 ədəd siqаret qutusunda yаşаdığı evin 2-ci mərtəbəsinin eyvаnındаkı stolun üzərindən sаxlаndığı yerlərdən Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən аşkаr edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Mikаyılоv Аrаz Xаnlаr oğluna CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittham verilmişdir ona görə ki, o, qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs halında, sаtış məqsədi ilə qаnunsuz оlаrаq, nаrkоtik vаsitə оlаn külli miqdаrdа qurudulmuş mаrixuаnаnı əldə edib sаxlаmış və dаşımışdır. Belə ki, Mikаyılоv Аrаz Xаnlаr оğlu tаnışı Məmmədоv Məhəmməd Cаvаnşir оğlunun Аğcаbədi Regiоnаl Meşə Təsərrüfаtı Mərkəzinin 1 sаylı meşəbəyliyinin, 2 sаylı dоlаyının 4-cü bölməsinə аid 0,001 hа torpaq sahəsini 2019-cu ilin mаrt аyının sоnlаrındа özbaşına becərməklə tutub orada qanunsuz 10 (оn) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkərək kultivasiya edib yetişdirməklə onların hissələrindən topladığı Аzərbаycаn Respublikаsının «Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və pisixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılаrın təsdiq edilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Qаnunu ilə təsdiq edilmiş, şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа, 3322,83 qram, külli miqdаrdа çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı sonuncu və Zərdab rayonu Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs1 оğlu ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs halında, sаtış məqsədi ilə qаnunsuz оlаrаq əldə edib, Zərdab rayonu Sarıqaya kəndində Məmmədоvа Fаmilə Kаmrаn qızının nəzarət etməsi üçün açarlarını Təqsirləndirilən şəxs3 verdiyi yaşayış olmayan evin 2-ci mərtəbəsindəki оtаğındа qаnunsuz sаxlаmış, həmin narkotik vasitənin 3216,21 qrаmını 09 nоyаbr 2019-cu il tаrixdə sааt 09:30-dа Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq saxlanıldığını eşidib narkotik vasitələrin polis tərəfindən aşkarlanmaması məqsədilə Təqsirləndirilən şəxs1la birlikdə qаnunsuz dаşıyıb sonuncunun yаşаdığı Zərdаb rаyоnu Sаrıqаyа kəndindəki fərdi yаşаyış evinə gətirmiş, Təqsirləndirilən şəxs1 174,09 qramını Məhəmməd Məmmədоvun tapşırığı əsasında götürməsi üçün həmin gün оnun qоnşusunun çəpərinin çöl tərəfində gizlətsə də, həmin gün sааt 19:20-də Zərdаb RPŞnin əməkdаşlаrı tərəfindən аşkаr edilərək götürülmüş, 3042,12 qrаm marixuana isə dаxil оlmuş əməliyyаt məlumаtınа əsаsən 13 nоyаbr 2019-cu il tаrixdə sааt 12:10-dа 24 ədəd sellоfаn tоrbаlаrdа 2749,53 qrаm, 01 ədəd sintetik kisədə 86,98 qrаm, 01 ədəd 1 litirlik şüşə bankada 81,43 qrаm, 01 ədəd 2 litirlik şüşə bаnkаdа 124,09 qrаm Təqsirləndirilən şəxs1 yаşаdığı Zərdаb rаyоn Sаrıqаyа kəndindəki fərdi yаşаyış evinin 1-ci mərtəbəsininin qаrşısınа yığılmış çiy kərpiç tоpаsının içərəsində və 0,09 qrаmı isə 1 ədəd siqаret qutusunda yаşаdığı evin 2-ci mərtəbəsinin eyvаnındаkı stolun üzərindən sаxlаndığı yerlərdən Zərdаb RPŞ-nin əməkdаşlаrı tərəfindən аşkаr edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 CM-in 188.1, 237.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittham verilmişdir ona görə ki, о, tоrpаq üzərində mülkiyyət, istifаdə və yа icаrə hüququnu pоzmаqlа, qаnunsuz оlаrаq tərkibində nаrkоtik mаddələr оlаn bitkiləri kultivаsiyа etməklə, qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək, sаtış məqsədi ilə qаnunsuz оlаrаq, nаrkоtik vаsitə оlаn külli miqdаrdа qurudulmuş mаrixuаnаnı əldə etməklə hazırlayıb sаxlаmış və dаşıyıb sаtmışdır. Belə ki, Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Аğcаbədi Regiоnаl Meşə Təsərrüfаtı Mərkəzinin 1 sаylı meşəbəyliyinin, 2 sаylı dоlаyının 4-cü bölməsinə аid 0,001 hа torpaq sahəsini 2019-cu ilin mаrt аyının sоnlаrındа özbaşına becərməklə tutub оrаdа qanunsuz 10 (оn) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkməklə kultivasiya edib yetişdirmiş, onların hissələrini toplamaqlа Аzərbаycаn Respublikаsının «Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və psixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhılаrın təsdiq edilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Qаnunu ilə təsdiq edilmiş, şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа, ümumi təmiz çəkisi 3322,83 qram, külli miqdаrdа çətənə (kannabis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnаnı əldə edib, Mikаyılоv Аrаz Xаnlаr оğlu və Şükürоv Mehmаn Kаmrаn оğlu ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs təşkil edərək, sаtış məqsədi ilə qаnunsuz оlаrаq 17,64 qramını Zərdab rayonu Sarıqaya kəndində olan fərdi yaşayış evində, 86,26 qramını “NİVA” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilinin sаlоnundа, 3218,93 qramını isə qоnşulаrı Məmmədоvа Fаmilə Kаmrаn qızının nəzarət etməsi üçün açarlarını ona verdiyi yaşayış olmayan fərdi yаşаyış evinin 2-ci mərtəbəsindəki оtаğındа sаxlаmış, qeyd edilən narkotik vаsitənin 2,72 qramını 01 ədəd kibrit qutusunda 04 noyabr 2019-cu il tarixdə saat 18:30-da yaşadığı Zərdab rayonu Sarıqaya kəndindəki fərdi yаşаyış evlərinin qаrşısındа, Zərdab rayonu Gəlmə kənd sakini Şahid12nа qanunsuz olaraq 50 manata satmış, həmin nаrkоtik vаsitə 08 noyabr 2019-cu il tarixdə saat 23:55-də Sаdiq Səfərəliyevin üzərindən şəxsi аxtаrış və götürmə zаmаnı, 09 noyabr 2019-cu il tarixdə saat 05:10-da yaşayış evində axtarış və götürmə aparılan zаmаn evin girişindən sаğ tərəfdə, 2-ci оtаqdа оlаn qаz sоbаsının аltındаn 02 ədəd salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram, 0,68 qram ümumi təmiz çəkisi 0,85 qram, girişdən sağ tərəfdə, 1-ci otaqda qaz sobası olmayan tüstü bacasından 01 ədəd аğ kаğız bükümdə 7,26 qrаm, həmin otaqda döşəmənin üzərində оlаn xalçaların arasından 02 ədəd kibrit qutulаrındа ayrılıqda təmiz çəkiləri 2,42 qram, 4,20 qram, ümumi təmiz çəkisi 6,62 qrаm, şkafda olan qabların içərisindən 02 ədəd kağız bükümlərdə ayrılıqda təmiz çəkiləri 0,10 qram, 0,14 qram, 01 ədəd sellofan bükümdə 0,18 qram, 01 ədəd sаlfet bükümdə təmiz çəkisi 0,09 qram, ümumi təmiz çəkiləri 0,51 qram, idаrə etdiyi «NİVA» markalı avtomobilin sаlоnundаn, 01 ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 84,28 qram, 04 ədəd salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,12 qram, 0,38 qram, 0,18 qram, ümumi təmiz çəkisi 1,04 qram, 1 ədəd kibrit qutusundа 3,34 qram, həmin gün sааt 19:20-də tapşırığı əsasında Təqsirləndirilən şəxs1 tərəfindən qonşuluqdakı evin çəpərinin çöl tərəfində gizlədilmiş 174,09 qram, 13 nоyаbr 2019-cu il tаrixdə sааt 12:10-dа 24 ədəd sellоfаn tоrbаlаrdа 2749,53 qrаm, 01 ədəd sintetik kisədə 86,98 qrаm, 01 ədəd 1 litirlik şüşə bаnkаdа 81,43 qrаm, 01 ədəd 2 litrlik şüşə bаnkаdа 124,09 qrаm Mehmаn Şükürоvun Zərdаb rаyоnu Sаrıqаyа kəndindəki fərdi yаşаyış evinin 1-ci mərtəbəsinin qаrşısınа yığılmış çiy kərpiç tоpаsının içərisindən və evin 2-ci mərtəbəsinin eyvаnındakı stolun üzərindən 01 ədəd siqаret qutusunun içərisindən 0,09 qram, ümumi təmiz çəkiləri 3042,12 qrаm nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnа аşkаr edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə onların təqsirli bilindikləri maddələr üzrə ən aşağı həddə cəza təyin edildiyi hissədə, həmçinin Təqsirləndirilən şəxs3 Cavanşır oğluna CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamdan 174,09 qram narkotik vasitə qurudulmuş marixuananın xaric edilidyi hissədə ləğv edilməsi, Təqsirləndirilən şəxs3 Cavanşır oğlu verilmiş ittiham həcmində CM-in 237.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qanunvericiliyin müəyyən etdiyi qaydada, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, narkotiki evində saxlamaqla cinayət törətməmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Heç kimə narkotik satmamışdır. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixl hökmünün ləğv edilməsi və ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə aidiyyəti olmamış, habelə iş materiallarında olan sübutlar onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyi şübhə doğurur. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsi və ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmündə müdafiə etdiyi şəxs tərəfindən cinayət törədilməsinin tam sübuta yetirildiyini göstərsə də, bu nəticəyə məhkəmə prosesində araşdırılmış hansı sübutla gəldiyini göstərməmişdir. Ona görə də həmin şikayətə məhkəmə istintaqı aparmaqla baxılmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs3 əməlinin CM-in 234.1 və 237.1-cü maddələrinə tövsif olunması və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin olunması haqqında hökmün çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evindən aşkar olunan külli miqdarda narkotik vasitə ona aid olmamış, evdə çəkiliş aparılarkən heç bir hal şahidi iştirak etməmişdir. Evində cəmi 5 ədəd narkotik vasitə olan çətənə bitkisi olmuş, onlar da yabanı halda bitmişdir. Çətənə kollarına qulluq olmaması ekspertiza üçün götürülən torpaq nümunələrindən də sübut olunmuşdur. Eyni zamanda narkotik vasitə istifadəçisi olduğunu boynuna alır. Bundan sonra Təqsirləndirilən şəxs3 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, qeyd olunan narkotik vasitələri onun evinə polislər qoymuş, bununla bağlı video çəkiliş aparılan zaman etiraz etmiş, onu polis şöbəsində otaqda döymüşlər. 8 noyabr 2019-cu il tarixdə axşam saat 10 radələrində saxlanılmış, evdə axtarış aparılanda heç kəs olmamışdır. Evində olan ona aid 300-320 qram çəkidə narkotik vasitəni özü könüllü təhvil vermiş, belə ki, evdə iki büküm narkotik vasitədən başqa narkotik vasitə olmamışdır, evindən tapılan əlavə narkotik vasitə ona aid olmamışdır. Səhəri gün evində axtarış video çəkilişlə aparılmışdır. Şahid12 tanıyır, ona narkotik vasitə pay vermiş, satış məqsədi olmamışdır. Narkotik vasitəni kiməsə pay verməsindən Təqsirləndirilən şəxs1 xəbəri olmamışdır. Saxlanılan günün sabahı günü iki dəfə Təqsirləndirilən şəxs1la əlaqə saxlamışdır. Birinci dəfə öz telefonu ilə, ikinci dəfə isə polis əməkdaşının telefonu ilə əlaqə saxlamışdır. Tutulması barədə evdəkilərə xəbər vermək bəhanəsi ilə polis əməkdaşından telefon istəmişdir. Mehmanla əlaqə saxlamaqda məqsədi ondan ibarət idi ki, Mehman gizlətdiyi narkotik vasitəni onun dediyi yerə qoysun. Həmin vaxt poliş işçisi ondan kiminlə danışdığını soruşmamışdır. Onlar üçü heç vaxt bir yerdə olmamışlar. Arazın heç nədən xəbəri olmamış, o, Familə adlı qadının evində olmamışdır. Onun Arazla heç vaxt telefon əlaqəsi olmamışdır. Polisin onlara təyziqi ilə bağlı şikayəti olmamış, döyülməsi ilə bağlı birinci instansiya məhkəməsində hakimə demiş, lakin nəzərə alınmamışdır. 5 ədəd çətənə kolunu əkməmiş, sadəcə toxumları atmış, onlar yabanı halda bitmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həm musiqiçidir, həm də ev təmiri ustasıdır. Məhəmmədin baxdığı ev onun bacısı Familəyə məxsusdur. Məhəmmədin həmin evdə narkotik vasitəni saxladığından xəbəri olmamışdır. Səhər Araz ona demişdir ki, “Məhəmmədi tutublar. Gedək həmin evə baxaq, nəsə varsa tələf edək.” O da Arazla getməklə ən böyük səhvi etmişdir. Evə girdikdən sonra seyvana qalxanda pəncərədən otaqda masanın üzərinə narkotik vasitənin sərildiyini görmüşlər. Araza demişdir ki, “sən bunu yığ, mən də buranı süpürüm”. Həmin narkotik vasitəni yandıraraq tələf etmək üçün onu evə aparmışdır. Sonra qonşuluqda yas məclisinin olacağı yadına düşmüş, narkotiki yandırdıqları halda məclisdə iştirak edən şəxslərin bunu biləcəklərini fikirləşmiş, ona görə də yandırmamışdır. Həmin gün narkotik vasitəni özündə saxlamışdır. İki saat sonra Məhəmməd ona telefonla zəng edərək bir paket narkotik vasitəni dediyi yerə qoymasını bildirmişdir. Bir müddət sonra yenə zəng edərək narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirmişdir. Qalan paketlərə nə etmək lazım olduğunu soruşanda Məhəmməd “sənə deyəcəm” ona bildirmişdir. Məhəmmədin sözündən bir az arxayın olmuş və narkotik vasitəni yandırmağa qorxmuş, ona görə də qalan paketləri saxlamışdır. Səhəri gün polislər onu tutmuş, ona “hər şeyi boynuna al, yoxsa gəlib bütün evini axtaracağıq” demişlər. O da qalan narkotik vasitəni polislərə təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, Məhəmmədin narkotik vasitə ilə həbs olunmasını ona Araz demişdir. Məhəmmədin narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Anası xəstə olduğu üçün bacısının evinə bacısının qonşusu olan Məhəmməd baxmış, həmin evin açarları Məhəmməddə olmuşdur. Məhəmməd ona zəng edəndə onun polis şöbəsində olduğunu təxmin etmişdir. Məhəmmədin onu “ilişdirmək” istədiyi ağlına gəlməmişdir. Məhəmmədin ikinci zəngindən sonra ona bir daha zəng olunmamışdır. Narkotik vasitəni yandırmaq üçün saxlasa da, sonra onu yandırmağa qorxmuşdur. Narkotik vasitəni saxlamasında başqa bir məqsədi olmamışdır. Bacısına məxsus olan evdə Məhəmmədin narkotik vasitəni saxladığını bilməmişdir. Bacısının evinin açarlarının biri Məhəmməddə, biri də özündə olmuşdur. Məhəmmədin nə üçün ona zəng etdiyini deyə bilmir. Məhəmmədlə qohum deyil, onlar eyni kənddə yaşayırlar, narkotiklə bağlı münasibəti olmamışdır. Araz da Məhəmmədlə qohumdur. Orada 24 paket narkotik vasitə olmuş, narkotik vasitəni Kür çayına atmağa da qorxmuşdur. Ona yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ev təmiri ustası işləyir. Onu hər gün işə Məhəmmədin atası aparır. O, Məhəmmədin tutulduğunu ona demişdir. Mehmana zəng edib Məhəmmədin tutulduğunu, onun üç körpə uşağının olduğunu deyərək narkotik vasitənin yerini bilirsə, gedib onu tələf etməsini təklif etmişdir. Mehman ilk öncə bilmədiyini, sonradan şübhələndiyi bir yer olduğunu demişdir. Evə getmişlər, ikinci mərtəbədə otaqda görmüşlər ki, masanın üstündə beş ədəd paketin içində və “tomat” bankasında narkotik vasitə var. Həmin narkotik vasitəni böyük torbaya yığıb Mehmangilə gətirmişlər. Mehman ona çıxıb getməsini, narkotik vasitəni tullayacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, orda 24 büküm narkotik vasitə olmamış, Mehmanla Məhəmməd yaxın dost olmuşlar. Mehman ona şübhələndiyi yer olduğunu demiş, ilk qapıdan girəndə Mehman birbaşa narkotik vasitə olan otağa getmişdir. Evə çıxanda öndə Mehman getmişdir. Mehmanla birlikdə beş ədəd qutuda və bir ədəd bankada narkotik vasitəni görmüşlər, lakin narkotik vasitənin çəkisini dəqiq deyə bilmir. Tutulduqdan sonra onun Mehmanla heç bir əlaqəsi olmamışdır. Məhəmməd onun bibisi oğlu olduğuna görə onunla münasibəti olmuşdur. Onun narkotik vasitə ilə tutulduğunu bilmişdir. Həmin evə getməyi Mehman ona təklif etmişdir. Məhəmmədi çox vaxt Mehmanla birlikdə görmüşdür. O özü narkotik vasitənin istifadəçisi deyil və Məhəmmədlə birlikdə narkotik istifadə etməmişdir. Narkotik vasitəni Mehmangilə gətirdikdən sonra o, “sən get mən özüm bunu məhv edəcəm” ona demişdir. Evdə narkotik vasitənin olduğunu bilməmişdir. Məhəmmədin üç uşağı olduğuna görə Mehmana həmin təklifi etmişdir. Ona bəraət verilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs3 əməlinin CM-in 234.1-ci və 237.1-ci maddələrinə tövsif olunmasını, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını və Təqsirləndirilən şəxs3 ittiham edildiyi CM-in 237.1-ci maddəsinə amnistiya aktının tədbiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 Şükürovun apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X13 apellyasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə onların təqsirli bilindikləri maddələr üzrə ən aşağı həddə cəza təyin edildiyi hissədə, bundan başqa Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1-ci və 234.4.3-cümaddələri ilə verilmiş ittihamdan 174,09 qr. narkotik vasitə qurudulmuş marixuananın xaric edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs3 verilmiş ittiham həcmində CM-in 237.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qanunvericiliyin müəyyən etdiyi qaydada, eləcədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mehmanın bacısı Fərqanənin evi onunla qonşuluqda olmaqla sonuncunun evinin açarı onda olmuş, narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitələrdən Kür çayının kənarında 5 ədəd əkərək yetişdirmişdir. Həmin narkotik vasitədən Fərqanənin evindən aşkar olunan narkotik vasitə ona məxsus olmuş, bundan başqa evində çəkmək üçün 0,1 qram narkotik vasitə heroin olmuşdur. 08 noyabr 2019-cu il tarixdən 09 noyabr 2019-cu il tarixə keçən gecə polis onun yaşadıqları evə gələrək evindən və avtomaşınından narkotik vasitə aşkar etmişlər. Lakih həmin narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən onun evinə və avtomaşınına qoyulmuşdur. Tutulduqdan sonra Təqsirləndirilən şəxs1 zəng vuraraq sonuncunun bacısının evində narkotik vasitə olduğunu və həmin narkotik vasitənin bir hissəsini qonşuluqdakı evin çəpərinin dibinə tullamasını demiş, sonra həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, lakin həmin narkotik vasitənin miqdarı ona verilən ittihamda göstərildiyi kimi 174,09 qram deyil, dəfələrlə az olmuşdur. Şahid12 narkotik vasitə vermiş, lakin buna görə sonuncudan pul almamışdır. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərdab rayon Gəlmə kənd sakini Şahid12 bir neçə ildir ki, tanımaqla sonuncu ilə münasibəti normal olmuşdur. 04 noyabr 2019-cu il tarixdə saat 1830 radələrində Sadiq onun yaşadığı Sarıqaya kəndinə gəlmiş, sonuncu ilə küçədə görüşərək söhbət edən zaman Sadiq onun narkotik istifadəçisi olduğunu bildiyindən və onunla əvvəllər bir yerdə narkotik vasitə olan marixuana çəkdikləri üçün ondan narkotik vasitəsi olub-olmadığını soruşmuşdur. Sadiqə üzərində 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu və satmaq istədiyini bildirməklə həmin narkotik vasitəni sonuncuya 50 manata satmışdır. 09 noyabr 2019-cu il tarixdə polis əməkdaşları gecə saat 03 radələrində onun yaşadığı Zərdab rayonu Sarıqaya kəndində olan evinin qarşısına gəlib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə gətirmiş, orada şübhəli şəxs kimi tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamişdir. Polislərə evində öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni könüllü olaraq təqdim edə biləciyini bildirib bu barədə Zərdab Rayon Polis Şöbəsinə ərizə yazmışdır. Bundan sonra evində vəkilin, hal şahidlərinin və polislərin iştirakı ilə axtarış keçirilmiş, axtarış keçrilməzdən əvvəl o, qaz peçinin altında 02 ədəd kiçik kağız salfetka bükümündə olan narkotik vasitəni polislərə könüllü təqdim edərək, evində və həyətində başqa narkotik vasitə olmadığını, lakin axtarışa etiraz etmədiyini təkrar bildirmişdir. Bundan sonra həyata keçirilən axtarış zamanı yaşadığı evdə yatdığı otaqda divarda olan qaz peçinin dəmir borusunun yerində, yəni tüstü bacasının ağzında 01 ədəd kağıza bükülü, içərisində olan qurudulmuş marixuana, eyni zamanda, həmin otaqda divara yerdən yıxılı vəziyyətdə qoyulmuş xalçaların arasında 2 ədəd kibrit qutularının içərisində də narkotik vasitə olan qurudulmuş marixuana, eyni zamanda həmin otaqda şkafın içərisindəki qabda narkotik maddə olan çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Eyni zamanda həmin otaqda, şkafda olan qablarda 2 ədəd kiçik kağız bükümündə “nəşə” və 1 ədəd kiçik sellofan bükümdə “nəşə” aşkar edilmiş, daha sonra “Niva” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilində polis əməkdaşlarının iştirakı ilə axtarış həyata keçirilərkən avtomobilin içərisində olan sürət qutusunun ətrafında daha 4 ədəd kağız salfetka bükümlərdə, habelə sükanın alıtında olan sellofan torbada və 01 ədəd kibrit qutusunda narkotik vasitə olan “nəşə” aşkar olunmuş, aşkar olunmuş bütün bükümlərlə birlikdə 161 qram olan “nəşə”lər narkotik vasitələr onun iştirakı ilə qablaşdırılaraq götürülmüş və bu barədə tərtib olunmuş protokolu digər iştirakçılar kimi o da imzalamışdır. Daha sonra polislər onu yenidən Zərdab RPŞ-nə gətirmişlər. Zərdab rayon Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs1 həmkəndli kimi tanımış, sonuncu ilə heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. Zərdab rayon Məlikli kənd sakini Təqsirləndirilən şəxs2 isə dayısı oğlu olmaqla sonuncu ilə də heç bir düşmənçiliyi olmamış, qohum kimi yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə marixuana ona məxsus olmuş, həmin nəşəni də əkdiyi yerdən yığmış, başqa-başqa yerlərdə saxlamışdır. Mehmanın bacısı Məmmədova Familə (Səkinə) Kamran qızı Bakı şəhərində yaşadığına görə sonuncunun onun qonşuluğunda olan evinə nəzarət etmiş və Mehman da aşkar olunan narkotik vasitəni də həmin evdə saxlamışdır. 2019-cu ilin mart ayının sonlarında kəndin yaxınlığında, Kür çayının sağ sahilində, kolluğun içərisində olan meşə massivində 10 ağac çətənə kolu əkmiş, 5 ədədi yararsız olmuş, 5 ədədi isə yararlı olmuşdur. 2019-cu ilin sentyabr ayında həmin çətənə kollarının hamısını kökündən çıxarmış, 5 ədədi yararsız olduğu üçün «Kür» çayına tullamış, 5 ədədini isə gətirib həmin Familəgilin evlərinin həyətində yaşayış olmadığı üçün yarpaqlarını yığıb qurutmuş, köklərini də yenə də Kür çayına atmışdır. Təxminən on üçdən artıq sellofan torbalarda, çəkisi 3 kq-dan artıq olan şüşə bankalara yığıb Familənin evində bir qismini saxlamışdır. Narkotik vasitənin bir hissəsini polis əməkdaşları tutduğundan Familənin evində saxladığını polis əməkdaşlarının yerini bilib götürməsini istəməmiş, lakin sonradan artıq polis tərəfindən tutulduğuna görə də təqsirini etiraf etmişdir. Ümumiyyətlə, onun narkotik vasitələri bankalarda, salfetkalarda, xırda bükümlərdə və ayrı-ayrı kibrit qutularında saxlamağının əsas səbəbi satış məqsədi olmamış, özü istifadə etmək üçün saxlamışdır. 09 noyabr 2019cu il tarixdə saat 15 radələrində Mehmana zəng edərək bir qədər narkotik aparıb bəndin üstü deyilən yerə qoymasını demiş və həmin narkotik vasitəni polislərə təqdim edərək onda başqa narkotik vasitə olmadığına inandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona həmin maddələrlə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 noyabr 2019-cu il tarixdə saat 10 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 sonuncunun bibisi oğlu və digər həmkəndlisi olan Təqsirləndirilən şəxs3 narkotik vasitə satdığına görə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmasını bildirərək Məhəmmədin qonşuluğunda olmaqla sonuncuya nəzarət üçün açarlarının verildiyi onun hazırda Rusiya Federasiyasında olan bacısı Fərqanə Məmmədovaya məxsus evdə Məhəmmədin narkotik vasitəsinin ola bilməsini bildirib birlikdə raya gedib baxmağı təklif etmişdir. Arazla razılaşaraq onun bacısına məxsus olan Məhəmmədin qonşuluğunda olan evə getmiş, evin 2-ci mərtəbəsinə qalxdıqda girişdən soldakı otaqda stolun üzərində təxminən 20 dən artıq sellofan torbalarda, bir ədəd kiçik kisədə, iki ədəd 1 litrlik və 2 litrlik olmaqla şüşə bankalarda narkotik vasitə olan marixuanların, eyni zamanda isə içərisi kibritlə dolu çoxlu sayda təzə kibrit qutularını aşkar etmişlər. Məhəmməd tutulduğu üçün sonuncuya köməklik etmək məqsədi ilə həmin narkotik vasitəni həyətdə eyvanın altından tapdıqdları boş un kisəsinə yığıb Arazla birlikdə həmin narkotik vasitəni onun həyətinə gətirmişlər. Araz ona narkotik vasitəni həyətdən uzaqlaşdırmağı təklif edib çıxıb getmişdir. Buna baxmayaraq həmin narkotik vasitə olan qurudulmuş marixuananı evin eyvanın altında çiy kərpicdən yer düzəldərək gələcəkdə məhv etmək üçün gizlətmişdir. 09 noyabr 2019-cu il tarixdə Məhəmməd ona zəng vuraraq bacısıgilin evində narkotik vasitə olduğunu və həmin narkotik vasitənin bir hissəsini gətirib qonşuluqdakı evin çəpərin çöl tərəfində qoymasını xahiş etmiş, bundan sonra həmin marixuananı aparıb Məhəmmədin dediyi yerə qoymuşdur. 13 noyabr 2019-cu il tarixdə saat 10 radələrində isə yaşadığı evin yerləşdiyi küçədə olduğu zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçerilən baxış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, sonra yaşadığı evə baxış keçirilən zaman çiy kərpiclərin arasında gizlətdiyi bir kisə dolu həmkəndlisi Təqsirləndirilən şəxs3 məxsus narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra polislər eyvanın altında özünə məxsus siqaret qabının içərisində Məhəmməddən əvvəl alıb istifadə etdiyi narkotik vasitə olan marixuananın az miqdarda qalıqlarını aşkar etmişlər. Polislər təqdim etdiyi kisənin içərisindəki narkotik vasitə olan qurulmuş marixuananı aşkar etdikdən sonra elektoron tərəzi ilə onun işirakı ilə videoçəkiliş gedə-gedə çəkib qablaşdırdıqda kisənin içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananın yuxarıda qeyd etdiyi şüşə bankalar və kibrit qutuları ilə birlikdə çəkildikdə ümumi çəkisinin 4(dörd) kiloqram 785 (yeddi yüz səksən beş) qram olduğu müəyyən edilmişdir. Sonra həmin kisə möhürlənib üzərinə kağız parçasında qeydlər aparıldığından digər şəxslərlə birlikdə o da, imzası ilə bunu təsdiq etmişdir. Götürülmüş həmin marixuanaların həmkəndlisı Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirmiş, yaxın müddətdə yandırıb məhv etək üçün polislərdən gizlədib yaşadığı ünvanda saxlamışdır. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Törətdiyi əməldən peşimandır. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona həmin maddələrlə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 noyabr 2019-cu il tarixdə səhər saatlarında bibisi oğlu Məhəmmədin evində narkotik vasitə aşkar olunduğuna görə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən tutulub aparıldığını eşitdikdən sonra Məhəmmədin narkotik vasitələri Zərdab rayon Sarıqaya kəndində sahibini tanımadığı yaşayış olmayan evdə saxladığından şübhələndiyinə görə həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng vuraraq gedib həmin evə də birlikdə baxmağı təklif etmişdir. Mehmangilə gedib sonuncuya Məhəmmədin narikotik vasitələri saxladığı üçün tutulduğunu demiş və həmin evdə olan marixuananı evdən çıxartmasını təklif etmişdir. Mehman da evin açarının bir surətinin sonuncuda olduğunu bildirərək birlikdə Sarıqaya kəndində yerləşən Məhəmmədin qonşuluğundakı həmin evə getmişlər. Evin pilləkənindən çıxan kimi solda yerləşən otağa daxil olanda stolun üstündə çoxlu sayda selofan paketlərdə, bir ədəd şüşə bankada qurudulmuş marixuananın olduğunu görmüş, həmin narkotik vasitəni çöldən götürdükləri adi ağ kisəyə yığmışlar. Kisəni də evdə olan kauçuk yeşiyə qoyub, hərəsi yeşiyin bir tərəfindən tutaraq piyada Mehmangilin yaşadığı evə getmişlər. Mehmanla birlikdə yaşadığı evə çatanda daşıdıqları narkotik vasitəni evinin pilləkəninin yanına qoymuş, Mehman ona çıxıb getməsini, sonra həmin marixuanaları tullayacağını bildirmişdir. Bundan sonra oradan çıxıb getmişdir. Narkotik vasitəni oradan götürməkdə məqsədi Məhəmmədin işinin daha da yüngülləşdirilməsinə köməklik etmək olmuş, Məhəmməd onlara əvvəlcədən narkotik vasitəni götürmək barədə heç bir göstəriş verməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 Təsərrüfatı Mərkəzində hüquqşünas işləyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid10 ifadəsində göstərmişdir ki, Zərdab rayon Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs3 narkotik vasitə əkdiyi ərazi Mərkəzə məxsus 1 saylı meşəbəyliyinin 2 saylı dolayının 4-cü bölməsinə aid olmaqla bu barədə sonradan məlumatları olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbləri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Zərdab Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid8 ifadəsində göstərmişdir ki, 08 noyabr 2019-cu il tarixdə Zərdab şəhər sakini X2 Zərdab rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin CAB-nin rəisi Şahid1 rəhbərliyi ilə, əməliyyat müvəkkilləri Şahid4, Şahid3, Şahid2 və ondan ibarət olan əməliyyat qrupu ilə birlikdə Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayon Lələağacı kəndinin ərazisində X1 Sadiq İsrayıl oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq hər ikisi Zərdab RPŞ-nə gətirilmiş, şöbədə Şahid12 üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli gödəkcənin sol cibindən bir ədəd kibrit qutusunun içərisində 5,97 qram yaşımtıl rəngli marixuanaya bənzər bitki tərkibli kütlə aşkar edilmişdir. Şahid12 həmin narkotik vasitəni 04 noyabr 2019-cu il tarixdə saat 20 radələrində Zərdab rayonu Sarıqaya kəndi ərazisində 50 manata həmin kənd sakini Məhəmməd adlı şəxsdən aldığını bildirdiyinə görə Zərdab rayonu Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutularaq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı evdə olan qaz sobasının altında 02 ədəd kiçik kağız salfetka bükümdə narkotik vasitəyə oxşar marixuana, yataq otağında divarda olan qaz peçinin dəmir borusunun yerində, yəni tüstü bacasının ağzında 01 ədəd kağıza bükülü, içərisində narkotik tərkibli marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüş, eyni zamanda həmin otaqda divara yerdən yıxılı vəziyyətdə qoyulmuş xalçaların arasında 02 ədəd kibrit qutularının içərisində də narkotik vasitə olan marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüşdür. Habelə həmin otaqda şkafın içərisindəki qabda bitki toxumları aşkar edilərək götürülmüş, bundan başqa həmin otaqda şkafda olan qablarda 02 ədəd kiçik kağız bükümdə və 01 ədəd kiçik sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra fərdi yaşayış evinin həyətinə və Məhəmmədə məxsus “Niva” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobildə axtarış aparılan zaman avtomobilin içərisində olan sürət qutusunun ətrafında daha 04 ədəd kağız salfetka bükümlərdə, bundan başqa sükanın altında olan sellofan torbada və 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş bütün bükümlər birlikdə tərəzidə çəkilərkən çəkisi 161 qram olmuş və hamısı qablaşdırılaraq götürülmüşdür. 13 noyabr 2019-cu il tarixdə Zərdab rayonu Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs1 Zərdab rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yenə də yaradılmış həmin əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Zərdab rayonu Sarıqaya kəndindəki evinə keçirilən baxış zamanı eyvanın altında çiy kərpiclərin arasında gizlətdiyi 01 ədəd bir kisənin içərisində olan 4,785 kq narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Kisə açıldıqda 24 ədəd şəffaf sellofan torbada, 01 ədəd kiçik sintetik kisədə, 01 ədəd şüşə bankada, içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olmuşdur. Eyni zamanda həmin 01 ədəd kisənin içərisində əlavə olaraq, 64 ədəd dolu, 02 ədəd boş kibrit qutuları və 02 ədəd boş sellofan torba aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin Təqsirləndirilən şəxs3 məxsus olmaqla sonuncunun qonşuluğundakı bacısına məxsus evdən götürüb öz evinə gətirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4, X6 işləri üzrə inspektor işləyən Şahid5, sahə rəisi Şahid14, Post-Patrul Xidmət Taqımının polis nəfəri Şahid6 və X14, hal şahidi qismində iştirak etmiş Şahid13 və ifadələri elan olunaraq tədqiq edilmiş Şahid1 və Şahid7 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində qeyd etmişdir ki, 09 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 Zərdab rayonu Sarıqaya kəndindəki evində keçirilən baxış zamanı hal şahidi qismində iştirak etmiş, həmin vaxt o evə gələn zaman polis əməkdaşları evdə olmuş və ona narkotik vasitələri göstərərək həmin narkotik vasitələrin Məhəmmədin evindən aşkar olunduğunu göstərmişlər. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 noyabr 2019cu il tarixdə saat 0430 radələrində yaşadığı Zərdab rayonu Sarıqaya kəndindəki evində olarkən Sarıqaya kənd ərazi icra nümayəndəsi Şahid13 ona zəng edərək polis əməkdaşlarının kəndə gəldiyini, Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğunu buna görə də kənd ərazisində yaşadığı fərdi yaşayış evinə baxış keçiriləcəyini, onların da hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Şahid13lə razılaşaraq Məhəmmədin yaşadığı evə getmiş, orada polis əməkdaşları, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Məhəmmədin atası Cavanşir və Mustafa olmuş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinə onların iştirakları ilə baxış keçirilmişdir. Məhəmməddən evdə hər hansı bir cinayət xarakterli əşya olub-olmamasını soruşduqda sonuncu evdə olan qaz sobasının altında 02 ədəd kiçik kağız salfetka bükümdə narkotik vasitə olduğunu bildirmiş və həmin kağız bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Məhəmməd bundan başqa evində digər narkotik vasitə olmadığını və evində axtarış aparılmasına etiraz etmədiyini bildirmiş, bundan sonra həyata keçirilən axtarış zamanı Məhəmmədin yaşadığı evin yataq otağında divarda olan qaz sobasının dəmir borusunun yerində, yəni tüstü bacasının ağzında 01 ədəd kağıza bükülü, içərisində narkotik tərkibli marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüşdür. Eyni zamanda həmin otaqda divara yerdən yıxılı vəziyyətdə qoyulmuş xalçaların arasında 02 ədəd kibrit qutularının içərisində də narkotik vasitə olan marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar ediimiş, həmçinin həmin otaqda şkafın içərisindəki qabda bitki toxumları aşkar edilərək götürülmüşdür. Bundan başqa həmin otaqda şkafda olan qablarda 02 ədəd kiçik kağız bükümdə və 01 ədəd kiçik sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüş, bundan başqa fərdi yaşayış evinin içərisində heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Daha sonra fərdi yaşayış evinin həyətinə və Məhəmmədə məxsus “Niva” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilində axtarış keçirilən zaman həmin avtomobilin içərisində olan sürət qutusunun ətrafında daha 04 ədəd kağız salfetka bükümlərdə, bundan başqa sükanın altında olan sellofan torbada və 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər spesifik iyə malik kütlə aşkar edilərək götürülmüş, başqa hər hansı cinayət xarakterli əşya aşkar olunmamışdır. Məhəmməd aşkar olunmuş kütlələrin narkotik vasitə olan marixuana olduğunu və özünə məxsus olduğunu bildirmiş, aşkar olunmuş bütün bükümlər birlikdə tərəzidə çəkilərək qabları ilə birlikdə çəkisinin 161 qram olduğu müəyyən olunmuş, götürülmüş kütlələr polis əməkdaşlarının, Məhəmmədin, müdafiəçisinin, Mustafanın və onun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Axtarış və götürmə zamanı foto şəkillər çəkilmiş, Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evində, evin həyətində və avtomobildə keçirilən axtarış və götürmə zamanı ona qarşı hər hansı fiziki zor və ya psixoloji təzyiq edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Məhəmmədlə təxminən bir-iki dəfə görüşərək sonuncudan narkotik vasitə almışdır. Polis əməkdaşları onu saxlayan zaman yanında Elgün adlı şəxs olmuş, polis əməkdaşları tərəfindən Zərdab RPŞ-də üzərinə keçirilən baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşlarına həmin narkotik vasitəni Məhəmməddən aldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 4 noyabr 2019cu il tarixdə saat 20 radələrində yaşadığı evlərinin yaxınlığında Təqsirləndirilən şəxs3 zəng edərək evlərinin yaxınlığında görüşüb sonuncudan 50 manata çəkisi təxminən 5,80 qramdan yuxarı olan bir kibrit qutusu narkotik vasitə olan marixuana alaraq üzərində saxlamış, 08 noyabr 2019-cu il tarixdə saat 1930 radələrində idarə etdiyi Mersedes markalı **-TP-*** qeydiyyat nişanlı avtomobili ilə Zərdab şəhəri “Dörd yol” adlanan yerdə tək dayanıb müştəri gözləyərkən Zərdab şəhər sakini Elgün adlı şəxs yaxınlaşaraq onu rayonun Məlikli kəndinə aparmasını xahiş etmişdir. Elgünlə birlikdə Məlikli kəndinə getmiş, Elgün orada bir həyətə girib çıxdıqdan sonra birlikdə avtomobillə Zərdab şəhərinə qayıdarkən yolda ona bir kibrit qutusu narkotik vasitə aldığını demişdir. Zərdab rayon Lələağacı kəndinin yaxınlığında polis əməkdaşları onları saxladıb polis şöbəsinə gətirdikdən sonra şübhəli şəxs kimi tutularaq üzərinə keçirilən baxış zamanı Məhəmməddən aldığı narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3la birlikdə sonuncuya məxsus qayıqla Kür çayının kənarında yerləşən Məhəmmədin əkdiyi beş-altı ədəd çətənə kolunu göstərib birlikdə qaytımışlar. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə Rusiya Federasiyasından Zərdab rayonu Qoruqbağı kəndinə qayıtdıqdan sonra Sarıqaya kənd sakini, 2 il bundan əvvəl tanıdığı və yaxın münasibəti olduğu Təqsirləndirilən şəxs3 narkotik vasitə olan marixuana alaraq bir neçə dəfə bir yerdə çəkmişlər. Buna görə Məhəmmədə pul verməmiş, sonuncu narkotik vasitəni ona pay vermişdir. 2019-cu ilin sentyabr ayının ortalarında «Kür» çayının Ağcabədi rayonu ərazisində olan sahilinə Məhəmmədin qayığı ilə birgə gedərkən kolluğun içində olan 7-8 ədəd, hər birinin hündürlüyü təxminən 1,20-1,30 metr olan yaşıl rəngli çətənə kollarını göstərərək onları özünün əkdiyini demişdir. Məhəmməd həmin vaxt çətənə kollarından birini çıxarıb tullayaraq yararsız olduğunu, hələ dəymədiyini bildirmişdir. Həmin vaxt o, çətənə kollarının yanında dayanmış və onun burada şəklini çəkməsini demiş, Məhəmməd də özünün telefonu ilə onun şəklini çəkmişdir. Həmin vaxt Məhəmməd çətənə kollarının yarpaqlarından xırda şəkildə qırıb ona verərək doldurub çəkməsini demiş, o da həmin yarpağı qalın siqaretə dolduraraq ikisi bir yerdə çəkmişlər. 07 noyabr 2019-cu il tarixdə günorta saatlarında Məhəmmədlə Sarıqaya kəndinin yolunun üstündə rastlaşaraq yenə də birlikdə narkotik vasitə olan marixuana çəkmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə kimyəvi bioloji ekspertizasının 09 noyabr 2019-cu il tarixli 584 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs3 könüllü olaraq təqdim etdiyi bir ədəd sellofan torbada “sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli polietilen torbanın içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi -174,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs3 yaşadığı evə axtarış həyata keçirilən zaman götürülmüş kütlələr” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli polietilen torbanın içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbadakı, - 01 ədəd göy rəngli sellofan torbada təmiz çəkisi – 84,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 07 (yeddi) ədəd salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz 0,17 qr, 0,12 qr, 0, 09 qr, 0,36 qr, 0,38 qr, 0,68 qr, 0,18 qr, ümumi təmiz çəkisi -1,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. -03 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,10 qr, 0,14 qr, 7,26 qr, ümumi təmiz çəkisi 7,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 03 (üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 2,42 qr, 3,34 qr, 4,20 qr ümumi təmiz çəkisi 9,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Məhkəmə kimyəvi bioloji ekspertizasının 09 noyabr 2019-cu il tarixli 585 nömrəli rəyində göstərilmişdir ki, təhqiqata təqdim olunmuş üzərində “Şahid12 üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman götürülmüş bir ədəd kibrit qutusunda” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təhqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfdə olan qurudulmuş marixuana ilə 02 (iki) ədəd polietilen torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə kimyəvi bioloji ekspertizasının 09 noyabr 2019-cu il tarixli 598 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş və üzərində yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 fərdi yaşayış evindən götürülmüş...” yazısı yazılmış sintetik kisənin içərisindəki: 24 (iyirmi dörd ədəd) sellofan torbalarda, ümumi təmiz çəkiləri 2749,53 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd sintetik kisədə, təmiz çəkisi 86.98 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd 1 l-lik şüşə bankada, təmiz çəkisi- 81,43 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd 2 l-lik şüşə bankada, təmiz çəkisi 124,09 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd siqaret qutusunun içərisində, təmiz çəkisi-0,09 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş və üzərində yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 fərdi yaşayış evindən götürülmüş...” yazısı yazılmış sintetik kisənin içərisindəki qurudulmuş marixuanalar ilə Təqsirləndirilən şəxs3 götürülmüş quruulmuş marixuanalar tərkibinə görə eynidirlər. Məhkəmə kimyəvi bioloji ekspertizasının 14 dekabr 2019-cu il tarixli 632 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 narkotik vasitəni əkdiyi torpaq sahəsindən götürülmüş torpaq nümunəsi” yazısı olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada torpaq nümunəsi aşkar edilmiş bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Təhqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyinə, o cümlədən mütəxəssis rəyinə əsasən həmin torpaqda narkotik tərkibli çətənə (kannabis) bitkisinin yetişməsi mümkündür. Mütəxəssis rəyinə əsasən torpağa aqrotexniki qaydada qulluq edilmişdir. Təhqiqata təqdim olunmuş, torpaq nümunəsindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin hissəcikləri cuzi miqdarda olduğuna görə həmin hissəciklərlə, 02 (iki) ədəd sellofan torbada və 01 (bir) ədəd zərfdə olan qurudulmuş marixuanaların müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata çətənə (kannabis) bitkisi və ya çətənə bitkisinin kökü təqdim edilmədiyinə görə “2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs3 narkotik vasitəni yığdığı yerdə bitmiş bitkilərə və köklərinə aqrotexniki qaydada qulluq olunmuşdurmu?” sualını cavablandırmaq mümkün olmadı. Məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2019-cu il tarixli 894 nömrəli rəyində göstərilmişdir ki, Zərdab rayonu Sarıqaya kəndində yaşayan Təqsirləndirilən şəxs1, narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 13.12.2019-cu il tarixli 891 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 07.02.2020-cu il tarixli 38 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkamaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizasının 12 dekabr 2019-cu il tarixli 66 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda hec bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağlılıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Zərdab MRX-dən verilmiş 29.11.2019-cu il tarixli 05-818 saylı arayış) anamnestik məlumatlar və hazırki eksperiza imkan verir. Təqsirləndirilən şəxs3 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 törətmiş olduğu hadisəni düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə psixiatrik ekspertizasının 28 yanvar 2020-ci il tarixli 76 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda hec bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağlılıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Zərdab MRX-dən verilmiş 25.11.2019-cu il tarixli 05-811 saylı arayış) anamnestik məlumatlar və hazırki eksperiza imkan verir. Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətmiş olduğu hadisəni düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. O, halhazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə psixiatrik ekspertizasının 28 yanvar 2020-ci il tarixli 75 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda hec bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağlılıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Zərdab MRX-dən verilmiş 25.11.2019-cu il tarixli 05-811 saylı arayış) anamnestik məlumatlar və hazırki eksperiza imkan verir. Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətmiş olduğu hadisəni düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. O, halhazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. 18 noyabr 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Zərdab rayonu Sarıqaya kəndi istiqamətində, «Kür» çayının sağ sahilində olan, həmin iş üzrə Təqsirləndirilən şəxs3 2019-cu ilin mart ayında 10 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini dediyi, kolluğun içərisində olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi kolluğun içərisindədir. Sahə kollardan təmizlənmiş, torpaq sahəsində bellə qazılaraq bitkilər kökündən yerdən çıxarılmış və kökündən çıxarılan bitkilərin yerində çüxurlar müəyyən edilmişdir. Torpaq sahəsində narkotik vasitə olan çətənə kolları aşkar edilməmişdir. Torpağa aqrotexniki qaydada qulluq edilmişdir. Həmin torpaq sahəsində narkotik vasitələrin əkilib-becərilməsi üçün münbit şəraitin olduğu müəyyən edilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının poliklinikasının 25 noyabr 2019-cu il tarixli 05-811 nömrəli məktubundan görünür ki, Zərdab rayon Sarıqaya kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ruhi-əsəb, narkoloji və alkoqol xəstəlikləri ilə dispanser qeydiyyatında yoxdurlar. Zərdab Rayon Mərkəzi Xəstəxanasının poliklinikasının 29 noyabr 2019-cu il tarixli 05-818 nömrəli məktubundan görünür ki, Zərdab rayon Sarıqaya kənd sakini Təqsirləndirilən şəxs3 ruhi-əsəb, narkoloji və alkoqol xəstəlikləri ilə dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 19.10.2015-ci il tarixdə Zərdab RPŞ-si tərəfindən CM-in 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, 03.12.2015-ci il tarixdə Zərdab Rayon Məhkəməsi tərəfindən CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X16 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 06 fevral 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik tərkibli çətənə bitkilərini əkdiyi ərazi Ağcabədi meşəbəyliyinin 2 saylı dolayının 4-cü bölməsinə aiddir. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Sarıqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Zərdab rayonu Sarıqaya kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində 27.11.2007-ci ildə anadan olmuş Cavanşir Məmmədov adlı bir azyaşlı uşağı varı. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.11.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Zərdab rayonu Məlikli kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində 09.11.2011-ci ildə anadan olmuş Xanlar Mikayılzadə və 02.07.2014-cü ildə anadan olmuş Aynişan Mikayılova adlı azyaşlı uşaqları vardır. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Sarıqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab rayonu Sarıqaya kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 0310-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 13 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1025-da şübhəli şəxs qismində tutulmuşdur. 10 noyabr 2019-cu il tarixli Zərdab Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. 15 noyabr 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 11 dekabr 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 və 237.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin, şahidlərin birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 və 237.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətmələrini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 və 237.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif olunmuşdur. Apellyasiya şikayətlərinin dəililləri ilə razılaşmayan məhkəmə kolegiyası ona görə belə qənaətə gəlir ki, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 09 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldıqdan sonra sonuncunun qohumu Təqsirləndirilən şəxs2 digər tanışları Təqsirləndirilən şəxs1 müraciət edərək Təqsirləndirilən şəxs3 qonşuluğunda olan və Təqsirləndirilən şəxs1 bacısına məxsus olan heç kimin yaşamadığı, o cümlədən Məhəmmədin nəzarətində olmuş evdə qalan narkotik vasitəni götürməyi təklif etmiş və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 məxsus olan 3216,21 qram narkotik vasitə marixuananı götürüb Təqsirləndirilən şəxs1 yaşadığı evə daşıyaraq orada saxlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitəni dərhal məhv etməmələri və ya hüquq-mühafizə orqanlarına könüllü təqdim etməmələri artıq məhkəmədə həmin şəxslərin narkotik vasitəni Təqsirləndirilən şəxs3la eyni niyyətlə, qabaqcadan əlbir olmaqla satış məqsədilə saxlamalarına dair əminlik yaradır. Bundan başqa Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 zəng vuraraq sonuncunun bacısının evində saxladığı narkotik vasitənin bir hissəsini gətirib onun dediyi yerdə qoymasını bildirmiş, Təqsirləndirilən şəxs1 da götürdüyü narkotik vasitənin bir hissəsini gətirib deyilən yerdə qoymuş, lakin bundan sonra da evində saxladığı narkotik vasitənin qalan hissəsini məhv etməmiş və ya könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Təqsirləndirilən şəxs3 apellyasiya instansiyası məhkəməsində evində iki büküm narkotik vasitədən başqa əlavə tapılan narkotik vasitənin ona aid olmadığını, polis şöbəsində döyüldüyünü göstərsə də, kollegiya bu ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs həmin faktla bağlı bu vaxta qədər aidiyyəti orqanlara şikayət etməmiş, həkimə müraciət etməmiş, məhkəmədə verdiyi ifadələrində həmin məsələləri qeyd etməmişlər. Məhkəmə kollegiyasının iclasında hansı səbəbə görə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqanlara şikayət etmədiyi soruşulduqda ağlabatan cavab verə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Velikova Bolqarıstana qarşı iş üzrə 04.10.2000-ci il tarixli qərarında göstərilmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Beləliklə, aparılmış araşdırmanın nəticələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 CM-in 234.1 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-in 234.1-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə, Təqsirləndirilən şəxs2 isə ona israr edilən cinayət əməlini ümumiyyətlə törətməməsinə dair həm təqsirləndirilən şəxslərin özlərinin, həm də onların müdafiəçilərinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Şahidlərin ifadələri, ekspert rəyləri və s. kimi hallar bir-birini tamamlayır, bir-biri ilə üst-üstə düşür, sübutlar arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxslərin və onun müdafiəçilərinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-in 234.4.1, 234.4.3 və 237.1-ci maddələrinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi var, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən cinayət əməlini törətmişdir. O cümlədən Təqsirləndirilən şəxs2 məhkum olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi heç bir qanuni əsas yoxdur. Onların apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla qismən razılaşır. Belə ki, protestdə qeyd edilir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan mövcüd sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən nəzərə almamış, işin faktiki hallarına əhəmiyyət vermədən əsassız və qanunsuz olaraq Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamdan 174,09 qram narkotik vasitə marixuananı xaric edilməli olması qənaətinə gəlmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 128-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. İş materiallarında olan 09 noyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş videoçəkilişin olduğu CD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun evinin qonşuluğunda yerləşən divarın yanında narkotik vasitəyə oxşar kütlə aşkar olunsa da, həmin vasitə tərəzidə çəkilmədən və müvafiq qaydada qablaşdırılmadan istintaq hərəkəti başa çatdırılmış, ekspert tədqiqatı zamanı isə həmin narkotik vasitə olan marixuananın 174,09 qram olduğu müəyyən olunmuşdur. Müdafiə tərəfi həmin narkotik vasitənin çəkisini mübahisələndirərək oradan aşkar olunmuş narkotik vasitənin dəfələrlə az olduğunu bildirmişlər. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə verilən ittihamda 09 noyabr 2019-cu il tarixdə aşkar olunmuş 174,09 qram narkotik vasitənin çəkisinə dair aradan qaldırılması mümkün olmayan şübhələr olduğuna görə həmin hissədə verilən ittihamı onlara verilən ümumi ittihamdan çıxarmaqla səhvə yol verməmişdir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, apellyasiya protestinin bununla əlaqədar olan dəlillərini əsaslı sayan məhkəmə kollegiyаsının qənаətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxslərə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, o cümlədən hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin təqsirli bilindiyi CM-in maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayətlər kateqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların tərtib edilməsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana narkotik vasitədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Onun külli miqdarı 500 qramdan başlanır. Göründüyü kimi, narkotik vasitə olan marixuananın ümumi çəkisi 500 qramdan artıq olmaqla kulli miqdar təşkil edir və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyalarının aşağı həddində cəza təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Belə ki, CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı göstərilən tələblərini nəzərə almamış, qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs halında təqsirləndirilən şəxslər tərəfindən sаtış məqsədi ilə qаnunsuz оlаrаq, nаrkоtik vаsitə оlаn külli miqdаrdа qurudulmuş mаrixuаnаnın hazırlanması, sаxlаnılması və dаşıması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, habelə məhkumların şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmənin onların ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab edilə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə törətdikləri cinayət əməllərinə görə təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə beş ildən on iki ilədək, Təqsirləndirilən şəxs3 münasibətdə isə əlavə CM-in 237.1-ci maddəsinin sanksiyasına görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda qəti olaraq Təqsirləndirilən şəxs2 5 (beş) il müddətə, Təqsirləndirilən şəxs1 04 (dörd) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə, Təqsirləndirilən şəxs3 isə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarda xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X9 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlər görmələri zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbildən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan yüngül cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmək olmaz. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayətləri təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etmədiyinə, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ağırlığına, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya protesti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmü dəyişdirilməli və təqsirləndirilən şəxslərə təyin olunmuş cəza ağırlaşdırılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs3 Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 6 (il) il 6 (altı) ay müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin olunan 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmünə əsasəm CM-in 237.1-ci maddəsi ilə təyin olunan 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmü ilə təyin edilmiş 05 (beş) il azadlıqdan məhrum etmə cəzası artırılaraq 6 (altı) il 6 (altı) ay müəyyən edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(091)-10/2021 nömrəli hökmü ilə təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası artırılaraq 6 (altı) il müəyyən edilsin. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-411/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-411/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver