Məhkəmə qərarları › İş №1(107)-419/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-419/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-419/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, kiçik-ədliyyə müşaviri X6, müdafiəçi- Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X11 (sədrlik edən), X10 (məruzəçi) X1 ibarət tərkibdə) 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 nömrəli hökmü ilə, xx xxx 1995-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin cəzasını çəkməmiş, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinməsi, 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablanması, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilən 05 (beş) il 04 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına İsmayıllı Rayon Məhkəməsinin 1(037)-21/2019 saylı, 15.03.2019-cu il tarixli hökmünə əsasən təyin olunan aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzası həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən dörd günə bir hesabı ilə hesablanmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə kimi müəyyən edilərək qismən birləşdirilməsi, Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 24.03.2021-ci il tarixdən hesablanması,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3,167 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, ibtidai istintaq orqanının mövqeyinə görə o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3,367 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla 24 mart 2021-ci il tarixədək üzərində daşıyaraq saxlamış, 24 mart 2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq İsmayıllı rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bağlamanın içərisində olan 1 ədəd kağız bükümdə saxladığı 2,668 qram çəkidə psixotrop maddə metafetamin və digər sellofan bağlamada saxladığı ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,197 qram, 0,170 qram və 0,332 qram təşkil edən cəmi 3,367 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəzanın təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz veriməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 nömrəli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edlməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, sözügedən metamfetamini mart ayının əvvəllərində tapmış və özü arada bir istifadə etdiyi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan günü üzərindən aşkar olunan metamfetaminin üç bükümü ona aid olsa da, çəkisi çox olan bir büküm polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. O, ibtidai istintaq zamanı təsir və təzyiqə məruz qalmış, ibtdai istintaq zamanı verdiyi ifadəsini təsir altında imzalamışdır. Hazırda da qeyd edir ki, üzərindən aşkar olunan yalnız üç balaca büküm ona məxsus olmuş, digər iri büküm isə ona məxsus olmamışdır. Məhkəmədən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunan ittihamda təqsirli bilməsə də göstərmişdir ki, təxminən 4 aydır ki, psixotrop maddə olan metafetamindən istifadə edir. İsmayıllı rayonunun Xanagah kəndinin inzibati ərazisində yerləşən ailələrinə məxsus kafe vardır. Təxminən 10-15 gün bundan öncə, yəni mart ayının ortalarında həmin kafedə olan oturacaqların yanında 2 selofan bağlama görmüşdür. Selofan bağlamaları götürüb onların birinin içərisinə baxmışdır. Həmin bağlamanın içərisində 3 ədəd kağız bükülü olmuşdur. Hər 3 bükülünü açdıqda onların içərisində psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. Metafetamindən bəzi vaxtlarda istifadə etdiyi üçün onu tanımışdır. Bundan sonra ikinci selofan bağlamanı açmış və içərisində kağız bükümün olduğunu görmüşdür. Həmin bükümü açdıqda isə içərisində metafetamin olduğunu görmüşdür. Bükümləri açıb içərisində olan maddələri gördükdən sonra onları tapdığı formada şalvarının cibinə yerləşdirmişdir. Təxminən 1 ya 2 dəfə həmin bükümdə olan metafetamindən istifadə etmişdir. Qeyd etdiyi bağlamaları da özü ilə birgə üzərində gəzdirirmiş. 24 mart 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən küçəyə çıxmışdır. Həmin vaxt içərisində metafetamin olan bağlamalar da üzərində olan cins şalvarın sol yan cibində olmuşdur. Küçədə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ona psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək onu polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə getmişdir. X4rşısında ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi X8 ilə təmin edilmişdir. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul aşkar olunmuşdur. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birini açdıqda içərisində 1 ədəd kağız büküm görünmüşdür. Kağız bükümü açdıqda isə içərisində ağ rəngli maddə görünmüşdür. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan digər bağlamanı açdıqda içərisində 3 ədəd kağız büküm görünmüşdür. Kağız bükümləri açdıqda içərisində ağ rəngli maddə görünmüşdür. Birinci büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmuş və 2 bükümün birlikdə çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Daha sonra isə üçüncü büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmuş və 3 bükümün birlikdə çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr bükümləri ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, fotoşəkillər çəkilərək protokol tərtib olunmuş və tərtib edilmiş protokol ucadan oxunmuşdur. O, polis əməkdaşları, vəkil və hal şahidləri həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Buna görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi haqqında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 24 mart 2021ci il tarixdə saat 16 radələrində o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanının qarşısına gəlmişlər və onun orada olduğunu görmüşlər. Yaxınlaşıb özlərini təqdim edəndən sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla sonuncunu tanış edib psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla birgə İsmayıllı Rayon Polis Şöbəsinə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra İsmayıllı rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X8 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 17 radələrində polis əməkdaşlarının, dəvət edilmiş 2 nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli “Samsunq” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul aşkar olunmuşdur. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birini açdıqda içərisində 1 ədəd kağız büküm görünmüşdür. Kağız bükümü açdıqda isə içərisində ağ rəngli maddə görünmüşdür. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan digər bağlamanı açdıqda içərisində 3 ədəd kağız büküm görünmüşdür. Kağız bükümləri açdıqda içərisində ağ rəngli maddə görünmüşdür. Birinci büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyuldu və 2 bükümün birlikdə çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Daha sonra isə üçüncü büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmu. və 3 bükümün birlikdə çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr bükümləri ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş vasitənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 2 ədəd qara rəngli “Samsunq” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, sözügedən tarixdə Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində şəxsi axtarış keçirilməsində hal şahidi qismində istirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli “Samsunq” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul aşkar olunmuşdur. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birini açdıqda içərisində 1 ədəd kağız büküm görünmüşdür. Kağız bükümü açdıqda isə içərisində ağ rəngli maddə görünmüşdür. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan digər bağlamanı açdıqda içərisində 3 ədəd kağız büküm görünmüşdür. Kağız bükümləri açdıqda içərisində ağ rəngli maddə görünmüşdür. Birinci büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyuldu və 2 bükümün birlikdə çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Daha sonra isə üçüncü büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmu. və 3 bükümün birlikdə çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr bükümləri ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis şöbəsində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiq olmamış, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, şəxsi axtarış zamanı ümumiyyətlə Təqsirləndirilən şəxs hər hansı etirazı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 24.03.2021-ci il tarixli “Raport”dan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi , dalan 1, ev 46 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 2). Cinayət işinin materiallarında olan 24.03.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 3) Cinayət işinin materiallarında olan 24.03.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə video çəkilişlə axtarış keçirilmiş, axtarış zamanı üzərindən 1 ədəd şəffaf sellofan bağlamanın içərisində olan 1 ədəd kağız bükümdə saxladığı 2,668 qram çəkidə psixotrop maddə metafetamin və digər sellofan bağlamada saxladığı ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,197 qram, 0,170 qram və 0,332 qram təşkil edən cəmi 3,367 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Baxış və götürmənin keçirilməsini özündə əks etdirən olan videoçəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 24-28) Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2021-ci il tarixli 17/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər maddələrin ...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd şəffaf seloffan torbalardan, birinin içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,197 qram, 0,170 qram, 0,332 qram, digərinin içərisindəki 01 (bir) ədəd selofan bükümdə, təmiz çəkisi-2,668 qram, ümumi təmiz çəkisi-3,367 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindirlər. Tədqiqata təqdim edilmiş 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 39-41) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 619 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 48) Cinayət işinin materiallarında olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 19 aprel 2021-ci il tarixli 89 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji, nevroloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 30) İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanında qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 41-42) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Mahmudov X5 Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmünə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. (cild 01, iş 133-135) İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin alınmış 21 may 2021-ci il tarixli 56954/19-45-4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş islah işləri cəzası sonuncunun iş yeri olmadığı üçün heç bir ödəniş aparılmamış, bu səbəbdən 11 (on bir) ay cəza müddəti çəkilməmiş qalmışdır. (cild 02, iş vər. 43) Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, o, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, satış məqsədi ilə, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış metafetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3,367 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla 24 mart 2021-ci il tarixədək üzərində daşıyaraq saxlamış, 24 mart 2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq İsmayıllı rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bağlamanın içərisində olan 1 ədəd kağız bükümdə saxladığı 2,668 qram çəkidə psixotrop maddə metafetamin və digər sellofan bağlamada saxladığı ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,197 qram, 0,170 qram və 0,332 qram təşkil edən cəmi 3,367 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs müdafiəçisinin apelyasiya şikayətindən bəlli olur ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli hesab edir və əməlinin həmin maddəyə tövsüf edilməsini xahiş edir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Birinci instansiya məhkəməsi öz hökmünü onunla əsaslandırmışdır kı, narkotik vasitələrin təqsirləndirilən şəxsdən aşkar edilib götürülməsi birmənalı və mübahisə edilmədən sübuta yetirilmiş, təqsirləndirilən şəxs də həmin halları ibtidai və məhkəmə istintaqında səmimi qəbul etmiş, mübahisələndirməmişdir. Özünü həmin narkotik vasitələri əldə edib, daşıyıb, saxlamaqda təqsirli bilmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə narkotik maddələri tapıb satmağa görə deyil, naməlum mənbədən satış niyyəti ilə əldə edib, daşıyıb, saxlamasına görə vermişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni tapmaqla əldə etməsini inandırıcı qəbul etməmiş, narkotik vasitəni naməlum mənbədən əldə etməsi kimi qəbul edib, həmin hissə üzrə ayrıca material ayırmış, narkotik vasitəni tapmaqla əldə etməsinə inanmamaqla bağlı məhkəmə də ibtidai istintaqın qənaətini məqbul hesab edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun Qərarında cinayətkar əməllərin ixtisaslı, təkmilləşmiş alibilərlə lazımi qiymətindən kənarda qalmasının qarşısının alınması üçün daha mükəmməl yanaşmalarla məhkəmə təcrübəsinə əsaslı tövsiyyələr verilmişdir. Belə ki, Plenum Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi 24.03.2021-ci il tarixdə psixotrop maddə olan metamfetaminin cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyində daha ağır cəza nəzərdə tutan maddə ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, xırda-xırda bükümlərə yığılaraq üstündə saxlamaqla daşıması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddə metamfetamin şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin psixotrop maddə metamfetamini satmaq niyyəti ilə deyil, sadəcə şəxsi istifadə ilə bağlı özünü təqsirli bilməsinə dair qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadəni müdafiə xarakterli ifadə kimi qiymətləndirərək, sübut kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını, üzərindən aşkar olunan böyük büküm metamfetaminin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirsə də, polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı qeyd edilən xüsusatlar İsmayıllı rayon prokurorluğu tərəfindən araşdırılmış və öz təsdiqini tapmadığından, 13 avqust 2021-ci il tarixli qərarla bu xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərar müdafiə tərəfinə təqdim edilmiş və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Hazırda həmin qərar qüvvədədir. Həmçinin təqsirləndirilən şəxsin üzərindən aşkar olunan metamfetaminlərin hamısının tərkibinə görə eyni olması onu deməyə əsas verir ki, bu hissədə də Təqsirləndirilən şəxs məsuliyyətydən yaxa qurtarmaq üçün əsassız olaraq yalan ifadə vermişdir. Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin iddia etdiyi- polis əməkdaşları tərəfindən saxlanılan günü üzərindən aşkar olunan metamfetaminin üç bükümü ona aid olsa da, çəkisi çox olan bir büküm polis əməkdaşları tərəfindən onun cibinə qoyulması təqsirləndirilən şəxsin satış hərəkətlərindən özünü müdafiəni bu cür qurması primitiv olmaqla inandırıcı deyildir. Qeyd edilən miqdarda olan narktotik vasitənin bükümlər şəklində üzərində saxlaması səmimiyyətdən kənar olmaqla təsadüf və həqiqət kimi qəbul edilə bilməz. Ona görə də, ibtidai istintaq təqsirləndirilən şəxsin narkotik vasitələrin tapılmaqla əldə edilməsi iddiası ilə razılaşmayıb naməlum mənbədən əldə edilmə kimi qəbul etmişdir. Yaxalandığı vaxt aşkar edilənlər götürülən zaman təqsirləndirilən şəxs narkotik vasitəni tapandan sonra maraq üçün özündə saxladığını deməsi, protokolda da bu cür qeyd edilməsi, sonradan özünün qəbul etməsi üçün saxladığını deməsi qeyri-səmimiliyini göstərən haldır ki, satış niyyətini gizlətmək üçün hərəkətlərinə hesablanmış davranış kimi qəbul edilir. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan metafetaminin istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Məhkəmə kollegiyası toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 2344.3-cü maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, o törətdiyi cinayətə görə cəza almalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, əksinə X2 əvvəlki məhkumluqları ödənilsə də, sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməlini törətməsini, bunun nəticəsində onun əməlində cinayətin residivi mövcud olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almış,ona təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan kifayət qədər həddə, humanist, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 1(091)-164/2021 saylı hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(091)-164/2021 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: /imza/ Hаkimlər: /imzalar/ Əsli ilə düzdür İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar