Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-422/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 nömrəli (hakim Cahid İmanov) hökmü ilə, xx.xx.1974-cü ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, 20 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 20.06.2021-ci il tarixdən 22.06.2021-ci il tarixədək “şübhəli şəxs qismində tutulduğu” 2 gün müddətin həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün müddətin ona təyin edilmiş doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq səkkiz ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs üzərində saxlanılmış səkkiz ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan üzrə maddi sübut olan 27 ədəd soyuq silah olan bıçağın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi, iş üzrə cəmi 61 manat 20 qəpik - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməsi, iş üzrə mülki iddianın və maddi ziyanın olmamasının nəzərə alınması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə dəyişdirilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 saylı hökmündən Dövlət ittihamçısı onun tərəfindən verilmiş apellyasiya protestindən imtina etdiyini bildirərək apellyasiya protesti üzrə işə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 dövlət ittihamçısı, Dövlət ittihamçısı apellyasiya protestindən imtina etməsini nəzərə alaraq apellyasiya protesti üzrə işə baxılmasına xitam verilməsini xahiş etdilər. hüquqi məsələlər Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 390.4-cü (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. CMP-in 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi) maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. CPM-in 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. İşdən görünür ki, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)- 86/2021 saylı hökmündən dövlət ittihamçısı, Dövlət ittihamçısı onun tərəfindən verilmiş apellyasiya protestindən imtina edərək, onu geri götürmüş və apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinə baxılmasına xitam verilməlidir. nəticəvi hissə Məhkəmə kollegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 390, 391.3.10, 396 və 410cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(075)-86/2021 saylı hökmündən Dövlət ittihamçısı onun tərəfindən verilmiş apellyasiya protestindən imtinası qəbul edilsin və apellyasiya protesti üzrə işə baxılmasına xitam verilsin. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-422/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-422/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver