Məhkəmə qərarları › İş №1(107)-423/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-423/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-423/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X9, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli (hakim Nizam Əliyev) hökmü ilə, xx.xx.1971-ci ildə Ağdaş rayonu, Pirəyir kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirəyir kəndində qeydiyyatda olan və yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 128-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməsi müəyyən edilmişdir. işin halları: Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs arasında 17.08.2021-ci il tarixdə saat 19:30 radələrində Ağdaş rayonu Pirəyir kəndində yerləşən su arxının yaxınlığında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla sifət və baş nahiyələrindən qəsdən vuraraq ona sol gicgah nahiyəsinin yumşaq toxularının əzilməsi, sol gözətrafı nahiyənin qançır və şişkinliyi, (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, alt dodağın diş səthinin sol nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 17.08.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 apellyasiya şikayətinin təmin edilməsinə etiraz edərək birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdilər ki, etdiyi əməldən səmimi peşmandır. 8 X3 X17 Haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın barəsində tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Müdafiəçisi X19 da təqsirləndirilən şəxsin barəsində 8 X3 X17 Haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, təqsirləndirilən şəxs ilə barışmamış, onu bağışlamamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X15 çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını, o cümlədən 8 X3 X17 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın Təqsirləndirilən şəxs barəsində tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə zərərçəkmiş şəxs X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs onun bacanağı, həm də, həmkəndlisi olduğunu, Tofiq ilə əvvəllər arasında heç bir mübahisə və ya davadalaş baş vermədiyini, təxminən bir aya yaxındır ki, Tofiq ilə onun arasında narazılıq olduğunu, belə ki, bacısı X8 ilə Tofiqin arvadı X1 eyni çörək bişirmə sexində işlədiklərini, lakin sonradan Yeganə sexin rəhbərinə bacısı Sariyənin ürəyinin xəstə olmasını söylədiyinə görə bacısı Sariyənin işdən çıxardığını, buna görə də, Tofiq ilə onun arasında narazılq yarandığını, daha sonra onun Tofiqə zəng edərək ona arvadı Yeganənin etdiyi hərəkətə görə irad tutan zaman Tofiqin telefonda ona nalayiq ifadə işlətdiyini, 17.08.2021ci il tarixdə onun idarə etdiyim “Qaz 31029” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə getdiyini, həmin vaxt Tofiqin yolda piyada getməsini gördüyünü, onun da, ona görə avtomobilini saxladığını və avtomobildən düşərək Tofiqin yanına getdiyini, həmin vaxt onun Tofiqə arvadı Yeganınin hərəkətinə görə irad tutduğunu və Tofiqdən telefonda ona nalayiq ifadə işlətməsinin səbəbini soruşduğunu, Tofiqin isə ona kobud formada “başımdan aralaş, demişəm, yaxşı eləmişəm” deyə cavab verdiyini, onun da, Tofiqə onunla bu tərzdə danışmasına görə irad tutduğunu və ona sözlərinə fikir verməsini söylədiyini, lakin Tofiqin onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini,. buna görə də, Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun Tofiqin hərkətlərinə əsəbləşdiyini və qəsdən bir neçə dəfə yumruqla Tofiqin sifət nahiyəsindən vurduğunu, daha sonra isə onun oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatındaZərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın 17.08.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı kənddə su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, heç bir xəsarət yetirmədiyini, həmin vaxt onun Tofiqə nalayiq ifadə işlətmədiyini, lakin Tofiqin ona nalayiq ifadə işlətdiyini, dava-dalaş zamanı onun 2-3 dəfə yumruqla qəsdən Tofiqin sifət nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs dava-dalaş zamanı onun əlində bıçaq olması ilə bağlı söylədiklərinin yalan olduğunnu, Tofiq ilə arasında baş verən dava-dalaş zamanı onun əlində bıçaq və ya başqa hər hansısa bir əşya olmadığını, həmin vaxt orada ondan və Tofiqdən başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və etdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Əbülfəz Məmmədvoun onun bacanağı, həm də, həmkəndlisi olduğunu, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, təxminən bir aya yaxındır ki, Əbülfəz ilə onun arasında narazılıq olduğunu, Əbülfəz ilə arsındakı narazılığa səbəb Əbülfəzin bacısının işdən çıxarılmasında onun həyat yoldaşını təqsirli bilməsi olduğunu, 17.08.2021ci il tarixdə onun yaşadığı kənddə yol ilə arvadı Yeganəni qarşılamaq üçün getdiyini, həmin vaxt Əbülfəzin idarə etdiyi avtomobil ilə gəldiyini və avtomobili onun yanında saxlayaraq avtomobildən düşdüyünü, daha sonra isə Əbülfəzin ona yaxınlaşdığını, həmin vaxt Əbülfəzin sol əlində mətbəx bıçağı olduğunu, Əbülfəzin ondan nə üçün onun bacısını işdən çıxarmalarını soruşduğunu, onun da, Əbülfəzə arvadı Yeganənin çörək bişirmə sexində adi bir işçi olduğunu və onun bacısı Sariyəni də, həmin yerdən işdən çıxarmadığını, Sariyəni sexin rəhbərinin işdən çıxardığını söylədiyini, lakin Əbülfəzin onun sözlərinə məhəl qoymadığını və bacısı Sariyəni onun yoldaşı Yeganənin işdən çıxardığı söylədiyini, həmçinin Əbülfəzin həmin vaxt ona nalayiq ifadə işlətdiyini, buna görə də, Əbülfəz ilə arasında mübahisə baş verdiyini, Mübahisə zamanı isə Əbülfəzin bir dəfə yumruqla onun sifət nahiyəsindən vurduğnu, həmin vaxt onun arxaya getdiyini və kürəyinin divara söykəndiyini, Əbülfəzin isə həmin vaxt bir neçə dəfə yumruqla onun sifət nahiyəsindən, sinə nahiyəsindən və sol göz nahiyəsindən vurduğunu, daha sonra isə onun oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın 17.08.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı kənddə su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Əbülfəzi vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, həmin vaxt onun Əbülfəzə nalayiq ifadə işlətmədiyini, lakin Əbülfəzin ona nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs ilə arasındakı dava-dalaş zamanı Əbülfəzin əlində mətbəx bıçağı olduğunu, dava-dalaş zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə onun sifət və sinə nahiyələrindən vurduğunu, həmin vaxt Əbülfəzin əlindəki bıçaqdan ona qarşı hər hansı bir formada istifadə etmədiyini, həmin vaxt orada ondan və Əbülfəzdən başqa heç kimin olmadığını göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid ifadəsində həyat yoldaşı Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun bacısı Pərvanə Məmmədovanın həyat yoldaşı olduğunu, həyat yoldaşı Tofiq ilə Əbülfəz arasında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, təxminən bir aya yaxındır ki, Əbülfəz ilə Tofiq arasında narazılıq olduğunu, bu narazılığa səbəb Əbülfəzin bacısının işdən çıxarılmasında onu təqsirli bilməsi olduğunu, çünki onun və Əbülfəzin bacısı Sariyənin əvvəllər bir yerdə işlədiklərini, 17.08.2021-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman həyat yoldaşı Tofiqin yaşadıqları gəldiyini, həmin vaxt onun Tofiqin üzündə xəsarətlərin olmasını gördüyünü və Tofiqdən nə baş verməsini soruşduğunu, Tofiqin də, ona bir az əvvəl yaşadqları kənddə su arxının kənarında bacısının həyat yoldaşı Əbülfəz ilə Sariyənin işdən çıxarılması səbəbinə görə arasında mübahisə baş verdiyini və mübahisə zamanı isə Əbülfəzin yumruqla onu döyməsini bildirdiyini, həmçinin Toofiqin ona bu barədə artıq polisə şikayət etdiyini söylədiyini bildirmişdir. Həmçinin Şahid izahatında bildiyinə görə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı mübahisə və dava-dalaşın 17.08.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadıqları kənddə su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə etdiyini, Tofiq ilə Əbülfəz arasındakı dava-dalaş zamanı onun orada olmadığını, onun bildiklərinin əri Tofiqin ona söylədikləri olduğunu, ona görə də, dava-dalaşın digər təfərrüatları barədə konkret olaraq heç nə söyləyə bilməyəcəyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin 18.08.2021-ci il tarixli, 512 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sol gicgah nahiyəsinin yumşaq toxularının əzilməsi, sol gözətrafı nahiyənin qançır və şişkinliyi, (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, alt dodağın diş səthinin sol nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 17.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin 18.08.2021-ci il tarixli, 519 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın 31.08.2021-ci il tarixli, 1229 saylı məktubdan görünür ki, Ağdaş rayon Pirəyir kənd sakini Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Gürcüva kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəyir kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X4- yoldaşı; 2001-ci il təvəllüdlü X5, 2008-ci il təvəllüdlü X6r. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Aqif Umudovun Cinayət Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş, təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdır. Məhkəmə kolegiyası bu qənaətə gələrkən, həmçinin təqsirləndirilən şəxsin hazırda yetkinlik yaşına çatmasını da nəzərə almışdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olmasına dair apelyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanismcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb, onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs böyük ictimai təhlükələr törətməyən cinayətlər kateqoriyasına aid cinayət əməli törətmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs arasında 17.08.2021-ci il tarixdə saat 19:30 radələrində Ağdaş rayonu Pirəyir kəndində yerləşən su arxının yaxınlığında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla sifət və baş nahiyələrindən qəsdən vuraraq ona sol gicgah nahiyəsinin yumşaq toxularının əzilməsi, sol gözətrafı nahiyənin qançır və şişkinliyi, (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, alt dodağın diş səthinin sol nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 17.08.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törtəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, himayəsində bir az yaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olması, (ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, himayəsində 1 azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) ağırlaşdıran halların isə olmaması, həmçinin təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini, eyni zamanda, zərərçəkmiş şəxs qarşısında məsuliyyətini dərk edərək zərərçəkmiş şəxs ilə barışıq əldə etməyə çalışmasını nəzərə alınraq birinci instansiya məhkəməsi tərəfindən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə vəziyyətdə onun əməlinə Cinayət Məcəlləsinin qeyd olunan prinsipi baxımından yanaşıb istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə yuxarıda göstərilən əməlinə görə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətsiz hesab oluna bilməz. Qeyd olunanlarla yanaşı, cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın əsaslı olması qənaətinə gəlir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X2 şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, etdiyi əməlin böyük ictimai təhlükəli cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olmasını, özünün yaşının gənc olmasını, ona təyin ediləcək cəzanın gələcək həyat şəraitinə təsirini nəzərə alaraq, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Ona görə də təqsirləndirilən şəxsə təyin olunmuş cəza, cəzanın islah təsiri baxımından qanuni və əsaslıdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Zərərçəkmiş şəxs apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesаb edir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 8 X3 X17 haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkumetmənin əsaslarını müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsində qeyd edilir ki, 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda-ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 8 X3 X17 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 9-cu bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilməli, həmin cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. 8 X3 X17 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 9-cu bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilərək həmin cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar