Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-427/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 22 sentyabr 2022-ci il tarixli 1(063)- 47/2022 nömrəli hökmü ilə xx xxxx 1973-cü ildə Ucar rayonu Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin X7 enerji satış şöbəsinin mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu Qazyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarda cərimə cəzаsınа məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icra edilməsinin yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut olan bir ədəd diskin iş materlallarında saxlanılması, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi 159 (bir yüz əlli doqquz) manat məbləğində pul ödənilməsi hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tаrixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10 verdiyi yаxmа аnаlizin nəticəsi pоzitiv çıxdığınа görə “COVİD-19” xəstəsi kimi rəsmi qeydiyyаtа аlınmаqlа müаlicəsini yаşаdığı evdə özünütəcrid fоrmаsındа dаvаm etdirmək üçün kаrаntinə аlınmаsınа və İTS.GOV.AZ portalından daxil olmuş “sms”i aldığı andan kаrаntin reжimi qаydаlаrınа uyğun оlаrаq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli “Koronavirus “COVİD-19” infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokolun təsdiq edilməsi barədə” Sərəncamında dəyişiklik edilməsi haqqında 22 yanvar 2022-ci il tarixli 64s nömrəli Sərəncamına əsasən 7 gün ərzində yаşаdığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pоzulmаsınа səbəb оlmаmаlı, o cümlədən xəstəliyin yаyılmаsı üçün reаl təhlükə yаrаtmаmаlı оlduğu hаldа, 25 fevral 2022-ci il tаrixdə yаşаdığı və özünütəcriddə оlduğu Ucar rayonu Qazyan kəndində yerləşən ünvanını tərk edib küçəyə çıxaraq Ucar şəhəri Azərbaycan küçəsinə gəlməklə epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və ya karantin rejimlərinin qаydаlаrını pоzmaqla “COVİD-19” virusu xəstəliyinin yаyılmаsı üçün reаl təhlükə yаrаtmışdır. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 139- 1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmünü qanunsuz və əsassız hesab edir. Belə ki, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrdə xx.xx.2022-ci ildə “COVİD- 19” epidemiyası ilə əlaqədar verdiyi test müayinəsinin nəticəsi “Pozitiv +” çıxdığı üçün istifadəsində olan mobil telefonuna “sms”lə xəbərdrlıq edilməsini təsdiq etmişdir. Eyni zamanda bildirmişdir ki, evdə yaşlı anası və “COVİD-19” epidemiyası ilə yoluxmuş arvadı olmuşdur. Ailə üzvləri və özü ərzaqsız qaldığından ərzaq almaq üçün göstərilən ünvana getmiş, gedərkən maksimim təhlükəsizlik tədbirləri görmüşdür. O cümlədən, idarə etdiyi avtomobildə tək olmuş, qoruyucu maskadan istifadə etmiş, kənar şəxslərlə ünsiyyətdə olmamışdır. Lakin onun qeyd etdiyi xüsusatlar araşdırılmamış, zəruri şahidlər dindirilməmişdir. İbtidai istintaq dövründə haqqında yol verilən qanunsuzluq və ədalətsizlik birinci instansiya məhkəməsində icraat zamanı daha eybəcər formada təkrar edilmişdir. Bundan başqa məhkəmədə bildirmişdir ki, o evdən çıxdığı vaxt artıq barəsində karantin məhdudiyyətləri qüvvədə olmamışdır, polis əməkdaşları ilə rastlaşdığı vaxtla, virusun aşkar edildiyi vaxtın tutuşdurulması bu dəlilinin əsaslılığına sübutdir. Ona görə də Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmünü ləğv edib elan edilmiş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ona verilən ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və əlavə olaraq bildirdi ki, hesab edir ki, karantin qaydalarını pozmamışdır və təqsirsizdir. Belə ki, 2022-ci ilin fevral ayında üç gün fasilə ilə ailəlikcə hamısı “Covid-19” virusuna yoluxmuşlar. Bununla bağlı o fevral ayının 18-də test vermiş, fevral ayının 19-da testin cavabının pozitiv çıxması və ona yaşadığı yeri tərk etməməyi barədə SMS bildiriş gəlmişdir. Bir həftədən sonra zərurət yarandığından yaşadığı yeri tərk edərək Ucar şəhərində “Dörd yol” adlanan əraziyə getmişdir. Həmin ərazidə yerləşən aptekdən dərmanlar və mağazadan çörək almış, bu zaman özü nə mağazaya, nə də aptekə daxil olmamışdır. O, çörək və dərmanları almağı telefon vasitəsi ilə tanışından xahiş etmiş, həmin adam isə çörək və dərmanları alıb idarə etdiyi avtomobilə qoymuşdur. Həmin avtomobildə tək olmuş və qış ayı olduğu avtomobilin şüşələrinidə bağlamışdır. Həmin ərazidən çıxıb hərəkətdə olduğu vaxt polis əməkdaşları onu saxladıb çəkiliş aparmağa başlamışlar. Ona bildirmişlər ki, sən yaşadığın evi tərk etməməliydin və onu evə ötürmüşlər. Bundan sonra o, yaşadığı yeri bir daha tərk etməmişdir. Polislər tərəfindən saxlanıldığı gün “Covid-19” virusundan sağalmağı ilə bağlı test verməmişdir. O cümlədən, yaşadığı yeri tərk edəndə “Covid-19” virusundan sağalmağı və yaşadığı yeri tərk edə biləcəyi barədə SMS bildiriş almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparılmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ucar rayonu Qazyan kəndində yaşayır, rəsmi olaraq X8 mühəndis vəzifəsində işləyir. 17-18 fevral 2022-ci il tarixlərdə səhhətində problem olmuş, özünü yaxşı hiss etməmiş, bu səbəbdən 18 fevral 2022-ci il tarxidə, saat 09 radələrində Ucar Rayon Mərkəzi Xəstəxanasına gedib orada “Covid-19” xəstəliyi ilə əlaqədar test vermişdir. Eyni zamanla bununla bağlı həmin testin cavabı müsbət olduğu təqdirdə evdə müşahidə edilməyə dair ona iltizam verildikdə iltizama imza etmişdir. Test verdikdən sonra yaşadığı Ucar rayonu Qazyan kəndinə getmiş, növbəti gün, yəni 19 fevral 2022-ci il tarixdə axşam saatlarında onun ***-***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ” saytından “sms” gəlmiş, həmin “sms”də onun verdiyi test analizinin nəticəsinin pozitiv çıxması, yaşayış yerini tərk etməməsi və tərk edəcəyi təqdirdə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat olmuşdur. Bundan sonra evdən çölə çıxmamış, xəstəliyi yüngül formada keçirmiş, təxminən 1-2 gün sonra ona yaşadığı evə tibb işçisi gələrək dərman paketi vermişdir. Həmin tibb işçisi bir daha ona evdən çölə çıxmamasını bildirmiş, Ucar Rayon Mərkəzi Xəstəxanasından xatırlamadığı nömrədən bir dəfə zəng edilib səhhəti soruşulmuş və yenə də yaşadığı ünvanı tərk etməməsi məsləhət görülmüşdür. 25 fevral 2022-ci il tarixdə özünə və yaşlı anasına dərman, eləcə də evə çörək almaq üçün Ucar şəhərinə “dördyol” deyilən əraziyə getmək qərarına gəlmiş, bu səbəbdən saat 13 radələrində baş etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin yerə getmiş, avtomobildə tək olmuş, avtomobili həmin yerdə yerləşən “Eleqant” marketin qarşısında saxlayıb aşağı düşmüşdür. Orada yol kənarı ilə piyada hərəkət edərkən ona polis əməkdaşları yaxınlaşıb “Covid-19” xəstəsi olmasını deyib nə üçün özünütəcrid qaydalarını pozduğunu soruşduqda o, zərurət olduğu üçün dərman almaq məqsədilə evdən çıxıb həmin yerə gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı ünvana qayıtmağı məsləhət gördükdə öz avtomobilinə əyləşib oradan yaşadığı ünvana getmişdir. Bundan bir neçə gün sonra həmin məsələ ilə bağlı onu Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. 19 fevral 2022-ci il tarixdə ona xəstəliyi barədə “İTS.GOV.AZ” saytından “sms” gəlmiş, eyni zamanda Ucar rayon mərkəzi xəstəxanasında bu barədə iltizama imza etmiş, habelə ona bu barədə Ucar rayon mərkəzi xəstəxanasının tibb işçiləri şifahi şəkildə dərman paketi verərkən, eləcə də mobil telefon əlaqəsi saxlayaraq məlumat vermişlər. Lakin o, zərurət yarandığı üçün 25 fevral 2022-ci il tarixdə yaşadığı ünvanı tərk etmiş, polis əməkdaşları bununla bağlı tövsiyələrini verdikdən sonra öz avtomobili ilə yaşadığı ünvana getmiş, yaşadığı evin darvazasına çatanadək polis əməkdaşları öz avtomobilləri ilə onu müşayiət etmişlər. Evdə yaşlı anası və “COVİD-19”-a yoluxmuş arvadı olmuşdur, ailə üzvləri və özü ərzaqsız qaldıqlarından göstərilən ünvana getmiş, gedərkən maksimum təhlükəsizlik tədbirləri görmüş, idarə etdiyi avtomobildə tək olmuş, qoruyucu maskadan istifadə etmiş və kənar şəxslərlə ünsiyyətdə olmamışdır. Bundan əlavə, o, 18 fevral 2022-ci il tarixdə, saat 09 radələrində test vermiş, 25 fevral 2022-ci il tarixdə, saat 13 radələrində polis əməkdaşları tərəfindən ona yaşadıqları evə getməyi təklif edilmişdir. Göründüyü kimi, 7 gün müddət başa çatmış və həmin xəstəliyin sağalma müddəti bitmişdir. “İTS.GOV.AZ” portalından 19 fevral 2022-ci ildə, saat 20:02-də “sms” gəlmiş və testin nəticəsinin pozitiv olduğu və yaşadığı evi tərk etməməyi bildirilmişdir, ikinci “sms”in nə vaxt daxil olmasını xatırlamır. Beləliklə, onun əməlində cinayət tərkibi olmamışdır, ona görə də barəsində bəraət hökmü çıxarılmasını, eyni zamanda, iş yerindən müsbət xarakterizə olunmasının, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqlarının olmasının, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsini və müharibə veteranı olmasının nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə, saat 09:00-da Ucar Rayon Polis Şöbəsində keçirilən sıra təlimatında “Ucar Rayon Mərkəzi Xəstəxanası” X13 və digər respublika daxili müalicə mərkəzlərində Ucar rayon sakinlərinin “COVİD-19” virus infeksiyası ilə bağlı verdikləri test nümunələrindən pozitiv təyin edilən şəxslər barədə məlumat almış, məlumatda “COVİD-19” virus xəstəliyi ilə əlaqədar tarixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” X11 evdə müalicə-karantin qeydiyyatda olan Ucar rayonu Qazyan kənd sakini Təqsirləndirilən şəxs adı da olmuşdur. Həmin gün saat 13 radələrində Ucar RPŞ-nin X1 sahə polis nəfəri Şahid2 ilə birlikdə Ucar şəhəri Azərbaycan küçəsində “dördyol” deyilən ərazidə xidmət aparkən Ucar rayonu Qazyan kənd sakini Təqsirləndirilən şəxs həmin ərazidə yerləşən “Eleqant” marketin qarşısında öz idarə etdiyi “VAZ-2106” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşdüyünü görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs əhalinin piyada və avtomobillərlə hərəkətdə olduğu yolla piyada hərəkətə başlayan zaman digər polis əməkdaşı Fəhmi ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər, mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş apararaq özünü təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs özünü təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs “COVİD-19” xəstəsi kimi qeydiyyatda olmasını və özünütəcrid qaydalarına riayət etməyərək karantin rejimini pozduğunu dedikdə, Təqsirləndirilən şəxs bununla bağlı konkret bir söz deməmişdir. Söhbət edən zaman yanlarından tanımadığı şəxslər piyada və avtomobillərlə hərəkət edib keçib getmişlər, bu səbəbdən Təqsirləndirilən şəxs öz avtomobilinə minib evinə getməsini istədikdə Təqsirləndirilən şəxs deyilən qaydada avtomobilinə əyləşib yaşadığı Ucar rayonu Qazyan kəndinə getmişdir. O və digər polis əməkdaşı Təqsirləndirilən şəxs müşayiət etmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına çatdıqda avtomobilindən düşdükdə Təqsirləndirilən şəxs bir daha özünütəcrid qaydalarını pozmamasını, bu səbəbdən yaşadığı evdə qalmalı olduğunu deyərək təlimatlandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan: “Ucar Rayon Mərkəzi Xəstəxanası” X14 direktorunun 02 mart 2022-ci il tarixli, 308 nömrəli məktubundan görünür ki, Ucar rayonu Qazyan kənd sakini, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ucar Rayon Mərkəzi Xəstəxanası” X14 Ailə Sağlamlıq Mərkəzində “Covid 19” xəstəsi kimi rəsmi olaraq 21 fevral 2022-ci il tarixindən 26 fevral 2022-ci il tarixinədək qeydiyyatda olmuşdur. Xəstə bu müddətdə ambulator şəraitdə müalicə almış, özünü təcrid barəsində ona bütün məlumatlar verilmişdir. Evdə müşahidə edilməyə dair iltizamın surəti məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsi VMASdan verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ucar Rayon Qeydiyyat Şöbəsinin 22 sentyabr 2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 oktyabr 2005-ci ildə doğulmuş Nəzrin və 07 iyul 2022-ci ildə doğulmuş Dəniz adlı iki övladı vardır. "xxxx" ASC-nin X7 rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin 13 fevral 2019-cu il tarixli, 43 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 1992-ci il tarixdən 08 iyul 1996-cı ilə qədər Azərbaycan Ordusunda xidmət etmiş, xidməti dövründə 28 sentyabr 1993-cü il tarixdən 10 mart 1994-cü il tarixə qədər N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməluni törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cinayət işi üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, qeyd olunan ünvana gedərkən maksimum təhlükəsizlik tədbirləri görmüşdür. O cümlədən, idarə etdiyi avtomobildə tək olmuş, qoruyucu maskadan istifadə etmiş, kənar şəxslərlə ünsiyyətdə olmamışdır. Bundan başqa, o evdən çıxdığı vaxt artıq barəsində karantin məhdudiyyətləri qüvvədə olmamışdır, polis əməkdaşları ilə rastlaşdığı vaxtla, virusun aşkar edildiyi vaxtın tutuşdurulması bu dəlilinin əsaslılığına sübutdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, son zamanlar COVİD-19 infeksiyasının yoluxma və ölüm riskinin azalması, habelə müalicə tədbirlərinin effektivliyi həmin infeksiyaya yoluxmuş şəxslərə tətbiq edilən məhdudiyyət müddətinin 14 gündən 7 günə endirilməsi zərurəti yaratmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə müəyyən edilmiş məhdudiyyətin müddəti 7 günə endirilmiş, eləcə də bununla bağlı qəbul edilmiş qərarlar 24 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Lakin COVİD-19 infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs bununla bağlı 19 fevral 2022-ci il tаrixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10 verdiyi yаxmа аnаlizin nəticəsi pоzitiv çıxdığınа görə “COVİD-19” xəstəsi kimi rəsmi qeydiyyаtа аlınmаqlа müаlicəsini yаşаdığı evdə özünütəcrid fоrmаsındа dаvаm etdirmək üçün kаrаntinə аlınmаsınа və İTS.GOV.AZ portalından daxil olmuş “SMS”i aldığı andan kаrаntin reжimi qаydаlаrınа uyğun оlаrаq 7 gün ərzində yаşаdığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pоzulmаsınа səbəb оlmаmаlı, o cümlədən xəstəliyin yаyılmаsı üçün reаl təhlükə yаrаtmаmаlı оlduğu hаldа, 25 fevral 2022-ci il tаrixdə yаşаdığı və özünütəcriddə оlduğu ünvanını tərk edib küçəyə çıxaraq Ucar şəhəri Azərbaycan küçəsinə gəlməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərinin qаydаlаrını pоzmaqla “COVİD-19” virusu xəstəliyinin yаyılmаsı üçün reаl təhlükə yаrаtmışdır. 25 fevral 2022-ci ildə 7 günlük karantin müddəti hələ bitməmişdi, o cümlədən, Təqsirləndirilən şəxs COVİD-19 virusundan sağalmağı və yaşadığı yeri tərk edə biləcəyi barədə SMS bildiriş göndərilməmişdi. Habelə, qeyd olunan ünvana gedərkən maksimum təhlükəsizlik tədbirləri görməsi haqqında bildirdiklərinə münasibətdə qeyd edilməlidir ki, işin gerçək hallarından, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələrindən müəyyən olunur ki, Rəşid Xəlıilov həmin vaxt Ucar şəhəri Azərbaycan küçəsində “Dördyol” deyilən ərazidə yerləşən “Eleqant” marketin qarşısında öz idarə etdiyi avtomobilindən düşüb əhalinin piyada və avtomobillərlə hərəkətdə olduğu yolla piyada hərəkətə başlamış, polis əməkdaşları onu saxlayan zaman yanlarından tanımadığı çoxsaylı şəxslər piyada və avtomobillərlə hərəkət edib keçib getmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında bildirdiyi dəlillər gerçəyə uyğun olmamaqla, özünümüdafiə xarakterlidir və məsuliyyətdən yayınma məqsədi daşıyır. Ona görə də kollegiya həmin dəlilləri mötəbər sübut hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə şikayətinin dəlilləri məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya mərhələsində verdiyi ifadələri, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 139-1.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 139-1.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətnin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, bununla bağlı məhkəmə kollegiyası iş üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə uyğun olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. CM-in 139-1.1-ci maddəsinin sanksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallara və onların mahiyyətinə, o cümlədən onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması, iş yerindən müsbət xarakterizə olunması və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi) olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа CM-in 139-1.1-ci maddəsinin sаnksiyаsındа nəzərdə tutulаn ən yüngül həddə qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(063)-47/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-427/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-427/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver