Məhkəmə qərarları › İş №1(107)-428/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-428/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-428/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində hakimlər Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundаn ibаrət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 iştirakı ilə X5 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 1(014)-138/2021 nömrəli qərarından xüsusi ittiham qaydasında X12 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 1(014)-138/2021 nömrəli (hakim Cavid Sultanov) qərarı ilə X5 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. işin halları: Xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Rayon Məhkəməsinə ünvanladığı etiraz məktubunda şikayətçi X10 barəsində təhqir və böhtan xarakterli məlumatlar yaymaqla onun şərəf və ləyaqətini qəsdən alçaldaraq onu təhqir etdiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 1(014)-138/2021 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 apellyasiya şikayəti vermişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 1(014)-138/2021 nömrəli qərarının dəyişdirilməsini və onun tələbi təmin olunmaqla yeni ittiham hökmünün çıxarılmasına dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərardan narazıdır, ona görə ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və hesab edir ki, qərar ədalətsiz olduğundan dəyişdirilməlidir və onun tələbi təmin olunmaqla cinayət hökmü çıxarılmalıdır. Belə ki, barəsində ittiham irəli sürülən şəxs X7 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməli törətmişdir. Barəsində ittiham irəli sürülən şəxs X7 04 oktyabr 2021-ci il tarixində Ağdaş rayon Məhkəməsinə ünvanladığı etiraz məktubunun məzmununda barəmdə təhqir və böhtan xarakterli cümlələr yazmışdır. Belə ki,barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 rayon məhkəməsinəndə icraatda olan 2(014)-2147/2021-saylı "Torpaq sahəsinin zəbtdən azad edilməsi "tələbinə dair mülki işə cavabdeh qismində göndərdiyi etiraz məktubunda mənə böhtan ataraq güya mənim ətrafdakı qonşuların hər birindən əsassız olaraq şikayət etdiyimi bildirərək məni şərçi, böhtançı, tamahkar kimi qələmə verərək mənə böhtan atmış və məhkəmə tərkibinin qarşısında məni nüfuzdan salan cümlələr işlətmişdir.Bundan başqa mənə qarşı " Axmaq qonşu " /’Tamahkar” deyərək təhqiramiz cümlələr yazmışdır. Məni ətrafdakı qonşuların hər birinə qarşı əsassız olaraq şər atdığımı,müxtəlif yollarla onların yaşayışına müdaxilə edib cür-bə cürə əsassəz bəhanələrlə Dövlət qurumlarına şikayət etdiyimi bildirərək böhtan atmışdır. Onun şərəf və ləyaqətimi qəsdən ləkələyərək onu təhqir etmiş və böhtan atmışdır. Şikayətində bildirmişdir ki, barəsində ittiham irəli sürülən şəxs X4 başqa ətrafındakı bütün qonşularla normal münasibətdədir və onların heç birindən heç vaxt şikayət etməmişdir. Barəsində ittiham irəli sürülən şəxs X4 bu barədə məhkəməyə sübut təqdim etməsini tələb etmişdir. Bundan başqa şikayətində barəsində ittiham irəli sürülən şəxsin daha əvvəllərdə ondan və himayəsində olan anasını itirmiş azyaşlı övladlarınıı təhqir etməsini və yaşadığı ünvanda yerləşən ona məxsus mağazaya gələrək təhqir etdiyini bildirmişdir.18 yanvar 2020-ci il tarixində işlədiyi mağazaya gələrək təhqir etməsi və hətta hər bir vicdanlı vətəndaşın yaralı yeri olan Şəhid adından istifadə edərək ona: "Mən Şəhid qohumuyam çıxıb sənin başında oturaram" kimi nalayiq ifadələr işlədərək onu təhqir etməsi və müqəddəs Şəhid adını öz çirkin əməllərində istifadə edərək insanların içində onu təhqir edərək işgüzar nüfuzunaa xələl gətirməsini təsdiq edən videogörüntünülərin mövcud olduğunu bildirmiş və həmin videogörüntüləri məhkəmə iclası vaxtı məhkəməyə təqdim eləmişdir. Qeyd etmək istəyirəm ki, X6 qarşı irəli sürdüyüm heç bir ittiham əsassız və sübutsuz deyil və yuxarıda göstərilənlərlə bağlı məhkəməyə mötəbər sübut və mağazanın təhlükəsizlik kamerasından götürülmüş səsli videogörüntülər təqdim eləmişəm. İşə baxan hakim şikayətimi araşdırdı və təqdim etdiyim videogörüntülərə baxış keçirtdi və mənim haqlı olduğumu bildirdi və barəsində ittiham irəli sürdüyüm şəxsə mənə qarşı elədiyi əməllərinə görə irad tutdu.Bundan sonra hakim müşavirəyə yollandı və qayıtdıqdan sonra xüsusi ittiham qaydasında verdiyim şikayətin icraata götürülməsindən imtina ediljnasihaqqında-öəmrt-elan etdi. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 08 dekabr 2021-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, Ağdaş rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(014)-138/2021 saylı qərarı xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürülməyindən imtina edildiyinə görə həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki apellyasiya məhkəməsində icraatda olan l(107)-428/2021 saylı cinayət işinə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 qeyri səmimi yalanlarla dolu yenədə ona qarşı böhtan xarakterli cümlələr yazaraq etiraz məktubu ünvanlamışdır. Barəsində ittiham irəli sürülən şəxs etiraz məktubunda onun onları yiyəsiz görüb şərlədiyni məhkəmədə əsassız iddialar qaldırdığını bildirir. Onun barəsində ittiham irəli sürdüyü şəxs H.Əzizova barəsində etdiyi şikayətlər və irəli sürdüyüm iddialar və ittihamlar heç biri əsassız və sübutsuz deyil. Ağdaş rayon məhkəməsində torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair 2(014)-2147/2021 saylı mülki iş cavabdehin iddia etdiyi kimi rədd olunmamış və ekspert rəyi verilənə qədər iş üzrə icraat dayandırılmışdır. Bundan başqa barəsində ittiham irəli sürülən şəxs onun ana olaraq qız övladını böyütməsinə maneə törətdiyimi iddia edir halbuki onun himayəsində azyaşlı övladı yoxdur və bəhs etdiyi övladı da böyüyüb başa çatıb və bakı şəhərində sərbəst yaşayır. Əslində isə barəsində ittiham irəli sürülən şəxs özü onun himayəsində olan yetkinlik yaşına çatmayan ansız böyütməyə çalışdığı övladlarını sağlam ruhda böyütməyimə maneələ yaradır. Bundan başqada barəsində ittiham irəli sürülən şəxs güya onun məsləhətinə ehtiyacı olduğunu yazır. Bildirmək istəyir ki, o, daha əvvəllər barəsində ittiham irəli sürdüyü şəxsə onun qardaşı vasitəsi ilə həyətinin onun evində yaxın olan hissəsində olan toyuq hininin yerini dəyişdirməsini məsləhət bilmiş və xahiş etmişdir. Lakin barəsində ittiham irəli sürülən şəxs bu məsləhəti və xahişindən sonra ona məxsus mağazaya gələrək onu müştərilərin qarşısında nalayiq ifadələrlə təhqir etmiş və onun işgüzar nüfuzuna xələl gətirərək ona maddi və mənəvi zərər vurmuşdur. Yuxarıda göstərdiyim halları nəzərə alaraq ərizəsinin işə əlavə edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 apelyasiya şikayəti və ona əlavənin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələr: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apelyasiya şikayətinin dəlillərini аrаşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 izahatını dinləyib, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilməlidir. İş materiallarından isə müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayət CPM-in qeyd olunan tələblərinə uyğun tərtib edilməmiş, əməlin məhz X11 qızı tərəfindən törədilməsini təsdiq edən sübutlar, şаhid ifаdələri, kоnkret оlаrаq hаnsı şəxslərin ifаdələri, hаbelə digər sübutlаr məhkəməyə təqdim olunmamışdır. X1 barəsində məhkəməyə verdiyi şikayət ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən qeyd edilməsi zəruri olan bütün məlumatlar həmin şikayət ərizəsində öz əksini tapmamışdır. CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1 və 302.1.3-cü maddələrinin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün əsasdır. Məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, Ağdaş Rayon Məhəməsi X11 qızı barəsində xüsusi ittiham qaydasında şikayətinin, həmin şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması əsası ilə öz icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq X12 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apelyasiya şikayəti və ya apelyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apelyаsiyа şikаyəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 1(014)-138/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar