Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-43/2021 15.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliünvan 2 Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən təqsirlndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəünvan 2 (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1987-ci il tarixdə Laçın rayonunun Vəlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Vəlibəyli kəndində qeydiyyatda olan və ünvan 4ir şəhəri Tərəvəzçilik Sovxozunda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, səkkiz il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. xx xxxxxx 1987-ci ildə Ağdam rayonunun Baş Qərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 4ir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olan və ünvan 2lax rayonu, Xanabad kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırki hökmlə təyin edilən səkkiz il azadlıqdan məhrum etmə cəzasının ünvan 4ir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünə əsasən, təyin olunan bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan yeddi ay yeddi gününün CM-in 68.1.1-1-ci maddəsinə əsasən, iki günə bir gün hesabı ilə hesablanmaqla üç ay on doqquz gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək qismən birləşdirilməsi, ona qəti olaraq səkkiz il üç ay müdətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, maddi sübut kimi tanınmaqla saxlanılması üçün ünvan 4ir ŞPŞ-yə təhvil verilmiş Chevrolet Cruze markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində aralarında olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 ailə qurmaq istədiyi Zərərçəkmiş şəxs oğurlamaq məqsədi ilə sonuncunu Təqsirləndirilən şəxs2 idarə etdiyi Chevrolet Cruze markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4ir şəhəri, Gəncə şossesində yerləşən «Asan Xidmət mərkəzi»nin qarşısından ünvan 4ir şəhəri, A.Məmmədov küçəsi, 8/1 saylı binanın arxa tərəfinə qədər güdmüş, Zərərçəkmiş şəxs həmin küçə ilə yaşadığı evə gedən zaman Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağından qəfil yerə düşmüş, Zərərçəkmiş şəxs qarşısını kəsib onun qolundan tutub zorla avtomobilə tərəf dartaraq avtomobilin salonuna məcburi qaydada yerləşdirməklə, habelə bədəninin müxtəlif nahiyələrindən zorla tutub saxlayaraq avtomobildən enmək cəhdlərinin qarşısını alıb, ona əli ilə vurmaqla sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək, iradəsi ziddinə müqavimətini qırmaqla Şahid3 yaşadığı ünvan 2lax rayonunun Xaldan qəsəbəsində yerləşən evə apararaq adam oğurluğu cinayətini törətmişlər. Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən apellyasiya şikayətlərinə qarşı etiraz və apellyasiya protesti verilməmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində hökmün ləğv edilərək daha ədalətli və humanist qərar çıxarılmasını və ona təyin edilmiş cəzanın CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Digər Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, yenidən istintaq aparıb ədalətli qərar çıxarılmasını və ona təyin edilmiş cəzanın CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək demişdir: - Biz Nahidə ilə istəkli olmuşuq, mən onu Asan Xidmətdə görmüşəm. Onu evinə aparırdım, gətirirdim, telefonla da tez-tez danışırdıq. Biz razılaşmışdıq ki, birgə qaçaq. Mən onu zorla qaçırmamışam, bir yerdə maşına oturub getdik bağa, orada da sakitçilik oldu, heç bir narahatlıq olmadı. Polislər gələndən sonra şöbəyə getdik, ondan sonra anası və atası gəldi, orada söhbət başladı. Polislərin yanında olanda qız şikayətçi deyildi, bununla bağlı ərizə də yazmışdı. Sonra içəridə ərizəni cırıb atıblar. Əməliyyatçı mənə dedi ki, qız səndən şikayətçi deyil. Bundan bir saat yarım sonra mənə dedilər ki, qız şikayətçidir. Mən birinci bunu ciddi qəbul etmədim. Sonra məlum oldu ki, qızın ata və anası gəldikdən sonra fikri dəyişib. Qız indi gedib ailə qurub, bizim onunla nə ədavətimiz var. Ona görə də apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Bundan başqa o verilən suallara cavab olaraq demişdir: Bir gün əvvəl görüşmüşdük, qaçmaq barədə söhbət edirdik, özü razı idi buna. Maşına özü gəldi oturdu. Özüm maşından düşüb onu qarşıladım, qapını açdım. Maşında tək dayımoğlu var idi, qabaqda oturmuşdu. Özü mindi maşına, bilmirdi onu qaçırdacam. Özünə qaçmaq barədə demişdim, amma bilmirdi. Qapını açdım, özü oturdu, yolda dedim ki, qaçırıq. Maşında heç qışqırmadı. Yol boyu heç bir əlavə söz-söhbət olmadı. 5-6 ay idi ki münasibətdə idik, hətta elçi də getmişdik. Əvvəllər də görüşmüşdük, axşam işdən çıxanda evə aparırdım. Söz-söhbət olar deyə maşınıma minməyib, amma axşamlar onu evinə qədər ötürürdüm. Telefonla danışırdıq, Whatsappla yazışırdıq. Əvvəl qaçmaq barədə danışmışdıq, ancaq həmin gün istəmədim ki, ona qaçırmağımı deyim. Yolda gedərkən mən ona qaçmaq barədə deyəndə səs-küy eləmədi. Evdən gedənə qədər o, şikayətçi deyildi, ərizə də yazmışdı. Şöbədə ailəsini görəndən sonra şikayətçi oldu. Mən orada yazılanları oxumadan qol çəkmişəm. Onların hamısını müstəntiq yazıb. Onu evə aparandan sonra münasibətimiz həmişəki kimi normal olub. Mən onu zorlamaq istəməmişəm. O olan otağın qapısı bağlı olmayıb. O su istəyib, kimsə ona su verib, yadımda deyil kim verib. Polislər gələndən sonra, qız şikayətçi deyildi, sakitçilik idi. Onlar dedilər ki, gəl polis şöbəsinə orada bununla bağlı ərizə yaz, məsələ bağlansın. Əgər mən onu əgər zorla qaçırsa idim, onu heç kimin tanımadığı bir yerə aparardım, heç kim bilməzdi. Mən onu anası ilə telefonla da danışdırmışam. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək bildirmişdir: -Nahidə ilə Ömər istəkli idilər, hələ elçi də getmişdik. Ömər mənə Nahidənin onunla ailə həyatı qurmağa razı olduğunu, Nahidəni qaçırmaq istədiyini bildirərək, qızı qaçırtmaqda ona köməklik etməyimi xahiş etdi. Yalandan orada yazılıb ki, mən guya qıza əl qaldırmışam, onu zorla maşında saxlamışam. Mənə şöbədən zəng ediblər, özüm könüllü ora getmişəm. Orada mənə təzyiq göstərdilər, sənədlərə qol çəkdirdilər, bilmirəm nəyə qol çəkmişəm nə yazıblar. O qız bura gəlib ifadə versə hər şey aydın olar ki, biz onu zorla qaçırmamışıq. Ona görə də apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Bundan başqa o verilən suallara cavab olaraq demişdir: Qız maşına özü minib. Mən elçilikdə olmamışam. Qıza heç birimiz əl qaldırmamışıq. Ekspert rəyini müstəntiq özü düz-qoş edib. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən qızın öz qohumlarıdır. Mən ön tərəfdə oturmuşdum, Ömər maşın sürürdü, qız arxada oturmuşdu. Yol boyu qız arxada tək oturmuşdu. Evə gələn polislərin adlarını bilmirəm. Məni döyənlər təhqiqatın rəisi və onun köməkçiləri idi. Mənim o qıza əlim dəyməyib. Maşının qapısını Ömər açdı, mən onda maşının içində otururdum. Qız tək oturmuşdu arxada. Xaldan dairəsinə çatandan sonra mən maşından düşdüm, su və siqaret aldım. Keçdim arxada oturdum. Arxada oturmağıma heç bir zərurət yox idi, özüm arxada oturdum. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslərin müdafiəçisi Cavid Qədimov çıxış edərək bildirmişdir ki, apellyasiya şikayətlərinin dəlillərini müdafiə edirəm. Belə ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında sevgi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxsin valideynləri arasında narazılıq yarandığından onlar qoşulub qaçmışlar. Belə olan halda Təqsirləndirilən şəxs2 əməlində CM-in 144.2.3-cü maddəsinin tərkibi yoxdur. İşin halları şəxslərin təqsirli olmasını sübuta yetirmir. Belə ki, keçən məhkəmə kollegiyasının iclasında şahidlər ifadələrində təsdiq etdilər ki, Zərərçəkmiş şəxs könüllülük əsasında gəlib. Onun gələrkən heç bir etirazı olmayıb. Sonradan polis şöbəsinə gələrkən valideynlərinin təzyiqi nəticəsində zərərçəkmiş şəxs şikayətçi olub. Zərərçəkmiş şəxsin hazırki məhkəmə iclaslarına gəlməməsi və onun adından atasının teleqram göndərməsi onu göstərir ki, zərərçəkmiş şəxs atasının və anasının təsiri altındadır. Əgər zərərçəkmiş şəxsin məhkəmə iclasında dindirilməsini təmin edə bilsə idik bunu bir daha müşahidə edə bilərdik. Ona görə hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxslərə bəraət verilməlidir. Onlara təyin edilmiş cəzalara münasibətdə qeyd edirəm ki, məhkəmə cəza təyin edərkən onlara həddən artıq ağır cəza təyin etmiş, işin faktiki hallarını nəzərə almamışdır. Zərərçəkmiş şəxslə rəsmi barışıq olmasına baxmayaraq, təqsirləndirilən şəxlərin qohumları dəfələrlə zərərçəkmiş şəxsin valideynləri ilə barışıq əldə etmək üçün cəhdər etmişlər. Zərərçəkmiş şəxsin valideynlərinin təsiri altında olub barışıq ərizəsi verməməsi, barışığın olmaması kimi qiymətləndirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyasından xahiş edirəm ki, müşavirə otağında bu halı barışıq kimi qiymətləndirsin. Bundan başqa, hüquqlarını müdafiə etdiyim şəxslərə bəraət verilməlidir. Bu mümkün olmadıqda, cəzaya aid hissədə təqsirləndirilən şəxslərə humanist mövqe ilə yanaşıla bilər. Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı övladı var, onun azadlıqdan məhrum edilməsi uşaqların fiziki və əqli cəhətdən inkişafına təsir göstərəcəkdir. Həyat yoldaşı işləmir. Təqsirləndirilən şəxs2 münasibətdə isə onun zərərçəkmiş şəxslə barışıq əldə etmək istəməsi onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. Onların əməlinə CM-in 62 və 70-ci maddələri tətbiq edilərək məhkəmə iclas zalından buraxıla bilərlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmıram. Hesab edirəm ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 144.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, iş üzrə olan ekpsert rəyləri, onun üzərində olan xəsarətlər, onun zorla qaçırılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə kənar vətəndaşın məlumat verməsi və digər materiallarla onların əməli düzgün tövsif edilmişdir. Cəzaya aid məsələdə isə qeyd edirəm ki, birinci instansiya məhkəməsi onlara cəza təyin edərkən, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq, kifayət qədər yüngül cəza təyin etmişdir. Ona görə də şikayətlərin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab etmişdir. Zərərçəkmiş şəxsin atası X4 xx xxxxx 2021-ci ildə məhkəmə kollegiyasına teleqram göndərərək qızı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 oğlum, Təqsirləndirilən şəxs2 isə bacımın oğludur. xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində yaşadığım evin həyətyanı sahəsində oturan zaman Ömərin avtomobili həyətə girdi. Maşından Ömər, oğlum Səxavət və bir nəfər tanımadığım qız düşdü. Yoldaşım və mən onları qarşılamağa getdik. Ömər və Nahidə mənə məxsus evə daxil oldular. Ömər dedi ki, bibi, mən bu qızı qaçırtmışam. Biz də dedik ki, Allah xoşbəxt eləsin. Biz fikirləşdik ki, el adətinə uyğun olaraq razılaşarıq, toy edərik. Axşam olanda qız yoldaşım olan otağa keçdi, onunla gecələdi. Ömər isə ayrı otağda gecələdi. Növbəti gün səhər ailəvi çay içən zaman polis əməkdaşları evimizə gəldilər. Polis gələn zaman qız özü getmək istəmirdi. O dedi ki, mən burada ərizə yazıram siz gedin. Polis rəisinin müavini dedi ki, sən bizimlə mütləq şöbəyə gedib orada izahat verməlisən. Sonra istəsən yenə qayıdarsan. Biz birlikdə şöbəyə getdik. Orada qız yenə razı olmasına dair izahat verdi. Biraz sonra qızın anası şöbəyə gəldi, aradan bir qədər vaxt keçdi. Qız deməyə başladı ki, mən istəmirəm, məni zorla qaçırıblar və s. Qızın ailəsinin qapısına getdik. Onlar bizi qəbul etmədi. Bundan başqa o verilən suallara cavab olaraq demişdir: Yoldaşım maşının yanına çatmamış, qız özü düşdü maşından Səxavət maşında qabaqda oturmuşdu. Mən özüm qızdan soruşmadım, könüllü gəlib-gəlməməsini. Bacım oğlu dedi ki, könüllü gəlib. Qızın üzündə xəsarətlər yox idi. Qız gələndə heç bir şikayət etmədi. Mən özüm qızdan heç nə soruşmadım, amma gördüm ki, qız özü gəlib. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, Ömər və o qız istəkli idi. Mən neçə dəfə eşitmişdim ki, Ömər o qızı Asan xidmətə aparıb-gətirir. Ömərlə Səxavət qızı gətirdilər. Qız özü maşından düşdü. Soruşdum bu qız kimdi? Ömər dedi ki, mənim nişanlımdı, sevdiyim qızdı. Mən də qızın üzündən öpdüm, dedim xoşbəxt olun. Qız özü də heç nə demədi. Axşam mən yemək hazırlayan zaman Ömər və Nahidə evin həyətyanı sahəsinə çıxdılar və həyətdə söhbət edə-edə gəzməyə başladılar. Sonra şöbədə zəng elədilər ki, qızın ata anası şikayətçidilər. Onda qızdan soruşdum ki, qızım sən öz istəyinləmi gəlmisən? Dedi ki, hə, atam anam razı deyildilər, amma mən öz xoşumla gəlmişəm. Axşam da Ömərgil Səxavətin evinə getdilər, Nahidə ilə mən eyni otaqda qaldıq. Səhər süfrə arxasında olanda polislər gəldilər. Polislər gələndə qız dedi ki, mənim izahatımı burda alın, mən getmirəm. Polislər bununla razılaşmadı, dedilər ki, şöbəyə getməliyik. Qızın əlindən tutdular, o heç getmək istəmirdi. Polis şöbəsində olanda qız ərizə yazmışdı ki, şikayətçi deyil. Amma sonradan nə oldusa, dedilər şikayətçidir. Qız ailə qurub, anası barışmağa razılıq vermir. Atası bizi həyətdən qovur. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir: Onlara elçi gedənləri tanıyıram. Mən elə bilmişdim ki, qız Öməri istəyir, Ömər də qızı. Səxavətgil gələndə mən həyətdə idim. Qız maşında arxada oturmuşdu, yanında heç kim yox idi. Qızı mən maşından düşürmüşəm, qızın üzündə xəsarətlər yox idi. Qız özü mənə dedi ki, mən könüllü gəlmişəm. Oğlum maşının qabağında oturmuşdu. Ömər maşın sürürdü, qız arxada oturmuşdu. Yolda bilmirəm nə olub-nə olmayıb, maşın mənim həyətimə gələndə qız arxada tək oturmuşdu. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermiş və göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayının sonlarından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 bir neçə dəfə işlədiyi ünvan 4ir şəhər “Asan xidmət” mərkəzində şöbəyə yaxınlaşdığını görmüşdür. Ömər bir neçə dəfə “Asan xidmət” mərkəzinə gələrək orada oturmuş və o, Ömərin ona baxdığını hiss etmişdir. Əvvəllər vətəndaş kimi ondan məlumat alsa da, son dövrdə onunla şəxsi söhbəti olduğunu bildirmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Ömər işdə olarkən ona yaxınlaşaraq onunla şəxsi söhbətinin olduğunu bildirmişdir. Lakin o, Ömərə iş yerində olduğunu, çıxıb getməyini, Ömərlə heç bir şəxsi söhbət edə bilməyəcəyini demişdir. Bundan sonra Ömər oradan uzaqlaşıb getmişdir. Həmin gün o, axşam saat 19:00-da işdən çıxıb “Asan xidmət” mərkəzinin qarşısından 7 saylı marşruta minərək oradan şəhərin Nizami küçəsində yerləşən dayanacağa gəlmiş və həmin dayanacaqda düşüb piyada yaşadığı evə getməyə başlamışdır. Həmin vaxt Ömər ona yaxınlaşaraq onunla söhbət etmək istədiyini demişdir. Lakin o, Ömərə kobud cavab vermiş və Öməri özündən uzaqlaşdırmışdır. Ömər yaşadığı evə kimi onun arxasınca gəlmişdir. Həmin gün saat 20 radələrində tanımadığı bir qadın və bir azyaşlı uşaq onların evinə gəlmişdir. Həmin qadın onun arxasınca gələn şəxsin bacısı kimi özünü təqdim etmiş və onu istədiklərini bildirmişdir. O da həmin qadına başqasını sevdiyini və bir də onu narahat etməməyini bildirmişdir. O həmin qadına qardaşına cavabını dediyini, bu işin alınmayacağını demişdir. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində o, işdən çıxarkən “Asan xidmət” mərkəzinin qarşısında Chevrolet Cruze markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillin dayandığını görmüşdür. Ömər və tanımadığı bir nəfər şəxs də avtomobilin yanında dayanmışlar. Lakin o, fikir verməyib 7 saylı marşruta minib getmişdir. Oradan marşrutla 20 Yanvar küçəsində yerləşən dayanacaqda düşmüş və bəzi mağazalara girib özünə lazım olan kosmetika əşyaları almışdır. Bundan sonra 20 Yanvar küçəsində yerləşən 7 saylı marşrutun dayanacağına tərəf gedərkən Ömərin dayanacağın yaxınlığında avtomobili saxladığını və avtomaşının yanında dayandığını görmüşdür. Lakin o, yenə də Ömərin onu qaçırmaq fikrində olduğunu zənn etməmiş və marşruta minib getmişdir. Nizami küçəsində yerləşən dayanacaqda avtomobildən düşüb A.Məmmədov küçəsi ilə yaşadığı ünvan 1 ünvana getməyə başlamışdır. Yol ilə gedərkən Ömərə məxsus avtomobilin onun yanından keçdiyini görmüşdür. Ömər avtomobili qarşıdan döndərərək qayıdıb onun yanında saxlamışdır. Həmin vaxt avtomobilin arxa qapısından tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs düşmüş, o həmin vaxt qışqırmağa başlamışdır. Lakin Səxavət adlı şəxs onu zorla tutub avtomobilin arxa oturacağına salmışdır. O isə Səxavətə müqavimət göstərsə də, ona gücü çatmamış, Səxavət onu sakitləşdirə bilmədiyinə görə onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmuşdur. Səxavətə və Ömərə getmək istəmədiyini, başqa şəxsi sevdiyini demişdir. Lakin Səxavət ona səsini kəsməyini, bu işin bitdiyini deyərək ona yumruq və sillə vurmuş və evə çatanda başqa şəxsi sevməyini heç kimə deməməyini demişdir. Ömər isə avtomobili idarə etmişdir. Bundan sonra onu həmin avtomobillə ünvan 2lax rayonunun Xanabad kəndinə aparmışlar. Onu avtomobilə zorla əyləşdirdikdən təxminən yarım saat sonra onlar oraya çatmışlar. Lakin ona Ağdaş rayonunun Ləki kəndində olduqlarını demişlər. Onu apardıqları yer ferma olmuş, həmin yerdə yaşayış olmuşdur. Həmin evdə xeyli adam olmuşdur. Səxavət və Ömər onu zorla avtomobildən düşürtmüşlər. O evə ilkin daxil olarkən evdə bir nəfər yaşlı kişi, özünü Ömərin nənəsi kimi təqdim edən bir nəfər yaşlı qadın və özlərini Ömərin bacıları kimi təqdim edən iki nəfər qadın olmuşdur. Sonradan özünü Ömərin nənəsi kimi təqdim edən qadının əslində Səxavətin anası olduğunu bilmişdir. O digər iki nəfər qadından kim olduqlarını soruşduqda isə həmin qadınlar ona “biz sənin bacılarınıq” sözlərini demişlər. O həmin qadınlardan birinin adının Nahidə olduğunu öyrənmişdir. Həmin qadınlar təxminən onunla həmyaşıd olmuşlar. Onu zorla evin dəhlizinin sağ tərəfində yerləşən otağa salmışlar. O həmin şəxslərə onu buraxmalarını, evə getmək istədiyini demişdir. Lakin Səxavətin anası ona bu evdən çıxa bilməyəcəyini, bu işin bitdiyini demişdir. Təxminən 2 saatdan sonra onların evinə elçi gələn Ömərin bacısı gəlmişdir. Həmin qadın onun yanına gələrək ona razı olmağını demişdir. Lakin o, ağlayaraq Ömərlə ailə həyatı qurmağa razı olmadığını demişdir. Bundan sonra həmin qadın onu nalayiq ifadələrlə təhqir edərək onu qolundan tutub silkələmişdir. Bundan sonra həmin evdə olan digər qadınlar da onu təhqir etməyə başlamışlar. Həmin vaxt kök bədən quruluşlu bir nəfər kişi onun yanına gəlmiş və ona Ömərdən şikayətinin olmaması barədə ərizə yazmağını, ərizəni yazdıqdan sonra onu evlərinə qaytaracaqlarını demişdir. Lakin o, həmin kişiyə ərizə yazmayacağını demişdir. Bundan sonra Səxavət onun üzərinə qışqıraraq Ömərlə ailə həyatı qurmağa razı olmağını demişdir. Bir qədər həmin şəxslərlə mübahisə etdikdən sonra kök bədən quruluşlu kişi Ömərə yaxınlaşaraq polis əməkdaşlarının yerlərini tapacaqlarını, ünvan 4ir Şəhər Polis Şöbəsində işləyən polis əməkdaşının onlara məlumat verdiyini, onu maşına əyləşdirib Beyləqan rayonuna aparmağını demişdir. Ömər isə ona şikayəti olmamağı barədə ərizə yazmağını, əks təqdirdə onu Beyləqana aparacağını demişdir. O isə ağlayaraq Ömərə onu geri qaytarmağını xahiş etmişdir. Təxminən saat 01:30 radələrinə kimi onu həmin otaqda saxlamış və ona şikayəti olmaması barədə ərizə yazmağı üçün təzyiqlər göstərmişlər. Lakin o, həmin şəxslərlə razılaşmamışdır. Həmin vaxt onun yanına tanımadığı bir nəfər kişi yaxınlaşmış və ona ərizəni yazmağını, ərizə yazacağı təqdirdə onu ünvan 4ir şəhərinə aparacağını demişdir. Həmin şəxs hündür boylu, orta bədən quruluşlu olmuşdur. O, həmin şəxsləri aldatmaq məqsədilə razılaşdığını, ərizəni maşında əyləşib yazacağını demişdir və otaqdan çıxıb həmin şəxsə məxsus maşına əyləşmişdir. Ona maşında kağız parçası vermişlər. Lakin kağızı kimin verdiyini dəqiq xatırlamır. O, ərizə yazmağa başlamış, lakin ərizədə öz soyadını Əsgərova kimi qeyd etmişdir. Evdə olan şəxslər maşının ətrafına toplaşmış və ona ərizəni yazmağını demişlər. O, ərizəni yazıb qurtaran kimi Səxavət maşına əyləşmişdir. O, həmin şəxslərin avtomobili hərəkətə başlatmadıqlarını görüb tez ərizəni cırmışdır. Həmin şəxslər onun üzərinə qışqıraraq onun yalançı olduğunu demişlər. Bu vaxt maşının sahibi olan kişi ona telefonu uzadaraq polis əməkdaşı ilə danışmağını, polis əməkdaşına öz razılığı ilə Ömərlə həmin evə gəlməyini deməyini istəmişdir. Lakin o, polis əməkdaşı ilə danışmayacağını bildirmişdir. Təxminən saat 03 radələrinə kimi onlar maşında mübahisə etməyə davam etmişlər. Daha sonra Səxavətin anası onu yenidən zorla evin dəhlizinin sağ tərəfində yerləşən otağa salmışdır. O, həmin otaqda yatmaq üçün yerə döşək sərildiyini görüb həmin şəxslərin əlindən qaçaraq dəhlizin sol tərəfində yerləşən otağa daxil olmuşdur. Ömər də onun arxasınca otağa girmişdir. O, Ömərdən ona toxunmamasını istəmişdir. Bundan sonra Ömər otaqdan çıxmış və Ömərin bacısı onun yanına girmişdir. Ömərin bacısı onunla bir qədər söhbət etmiş və onu sakitləşdirməyə çalışmışdır. Daha sonra Ömərin bacısı ona Ömərin evdən getdiyini, dəhlizin sağ tərəfində olan otağa keçib orada yatmağını demişdir. O isə Ömərin bacısına inanmadığını deyəndə həmin qadın onu otaqdan çıxarıb evi gəzdirmiş və ona Ömərin evdə olmadığını, narahat olmamağını bildirmişdir. O buna inanıb sağ tərəfdə yerləşən otağa girmişdir. Ömərin bacısı da onun yanına gəlmiş və onlar birlikdə döşəmədə sərilmiş döşəyin üzərinə uzanmışlar. Bir neçə dəqiqədən sonra Ömərin bacısı otaqdan çıxmış və Ömər otağa girmişdir. O, Ömərdən otaqdan çıxmasını istəmiş, lakin Ömər çıxmamışdır. O, otaqda olan çarpayının yanındakı sandığın üstündə oturaraq əlini çarpayının dəmirindən tutmuşdur. Ömər ona yaxınlaşaraq onun qolundan tutmuş və onu zorla özünə tərəf çəkməyə başlamışdır. Bu vaxt onun biləyinə və qoluna xəsarət yetirmişdir. O, Öməri itələyib otağın qapısını açmağa çalışmışdır. Lakin qapının arxadan bağlı olduğunu görmüşdür. O bundan sonra Ömərə su istədiyini demişdir. Ömər isə qapının arxadan bağlı olduğunu demişdir. Ömər qapını döymüş, qapını Səxavətin anası açmışdır. Ömər Səxavətin anasına su gətirməsini demişdir. Səxavətin anası su gətirmişdir. O su içdikdən sonra Ömər onu zorla döşəməyə sərilmiş döşəyin üzərinə uzatmışdır. Ömər də bundan sonra döşəyə uzanmışdır. O, Öməri itələyərək müqavimət göstərmiş, Ömər onun başından və sifət nahiyəsindən vurmağa başlamışdır. O bundan sonra ağlayaraq Ömərə ona toxunmamağını demişdir. Bir qədər Ömərə xahiş etdikdən sonra onun halı pisləşmiş və halsızlaşmışdır. Bundan sonra Ömər razı olmuş və ona toxunmayacağını demişdir. O bundan sonra saat təxminən 6 radələrinə Ömərlə söhbət etmişlər. O, Ömərin onu evə qaytarmasına nail olmaq üçün Ömərə onun barəsində polis əməkdaşlarına şikayət etməyəcəyini, Ömərlə ilə həyatı quracağını yalandan demişdir. Bu sözləri Ömərə deyərək evdən buraxılmağına nail olmaq istəmişdir. Təxminən saat 6 radələrində onu çölə çıxartmışlar. Evdə olan şəxslərə razı olacağını dedikdən sonra həmin şəxslər ona qarşı xoş münasibət göstərməyə başlamışlar. Təxminən saat 11 radələrində ona telefon vermiş və polis əməkdaşı ilə danışmağını istəmişlər. O, məcbur qalıb polis əməkdaşına öz razılığı ilə Ömərlə qaçdığını demişdir. Təxminən saat 14 radələrində onun saxladıqları evə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları iki maşınla evə gəlmişlər. Polis əməkdaşları onu ünvan 4ir şəhər polis şöbəsinə aparacaqlarını demişlər. Bundan sonra evdə olan qadın və kişilər polis əməkdaşlarına müqavimət göstərmiş və onu aparmağa qoymayacaqlarını demişlər. Bu vaxt Səxavətin anası və Nahidə onu qolundan tutub çəkirmişlər. O bundan sonra qışqırmış və polis əməkdaşlarına yaxınlaşmışdır. O evdə olan şəxslərə ünvan 4ir Şəhər Polis Şöbəsinə gedəcəyini, polis şöbəsində Ömərdən şikayətinin olmadığını bildirəcəyini demişdir. Bundan sonra o, polis əməkdaşlarının avtomobilinə minərək polis şöbəsinə gəlmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsdən şikayətçidir, onlara ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid6 Təqsirləndirilən şəxs2 onun qardaşı olması ilə bağlı ifadə veməkdən imtina etdiyinə görə, onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşı, Təqsirləndirilən şəxs1 isə onun dayısı oğludur. xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində ünvan 4ir Şəhər Polis Şöbəsinin tanımadığı əməkdaşı ona zəng edərək onu ünvan 4ir Şəhər Polis Şöbəsinə dəvət etmişdir. Bundan sonra ünvan 4ir Şəhər Polis Şöbəsinə gəlmişdir. ünvan 4ir Şəhər Polis Şöbəsində ona məlum olmuşdur ki, qardaşı Ömər dayısı oğlu Səxavətlə birlikdə Nahidə adlı qızı qaçırmışlar. O, polis şöbəsində Ömərin qız qaçırtması ilə bağlı heç bir məlumatı olmadığını, Ömərin yerini bilmədiyini demişdir. Onun qardaşı Ömərin qız qaçırtması ilə bağlı heç bir məlumatı olmamışdır. Ömər ona bu barədə heç bir söz deməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid1 Məhyəddin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə ünvan 4ir Şəhər Polis Şöbəsinə Zərərçəkmiş şəxs ünvan 4ir şəhər ərazisindən zorla qaçırılması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvan 4ir şəhəri, A.Məmmədov küçəsindən Təqsirləndirilən şəxs2 məxsus Chevrolet markalı avtomobillə qaçırdıqları və Zərərçəkmiş şəxs ünvan 2lax rayonu, Xanabad kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus evə apardıqları müəyyən olunmuşdur. Bundan sonra onlar dərhal qeyd olunan ünvana getmişlər. ünvan 2lax rayonu, Xanabad kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus yaşayış evinə çatdıqda orada onları ilkin olaraq Təqsirləndirilən şəxs2 və Səxavət Abasovun yaxınları qarşılamışlar. Həmin vaxt tərəflərindən həmin şəxslərə Zərərçəkmiş şəxs könüllü olaraq təhvil vermələri təklif olunmuşdur. Lakin həmin şəxslər buna məhəl qoymayaraq, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında el adəti ilə toy edəcəklərini, Zərərçəkmiş şəxs verməyəcəklərini demişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yüksək səslə qışqıraraq onu buraxmalarını və polis şöbəsində özü sərbəst olaraq ifadə verəcəyini bildirmişdir. Təxminən 20-30 dəqiqə aparılan danışıqlardan sonra onlar Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirmişlər. İbtidai istintaq zamanı Şahid2 Şahid1 Məhyəddin oğlu ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusuatları təsdiq etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə ünvan 4ir şəhəri, A.Məmmədov küçəsi 8/1 saylı binanın arxasından bir nəfər qızın qaçırılması barədə DİN-in 102 xidmətinə o, məlumat vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə, saat 18:45 radələrində ünvan 4ir şəhəri, A.Məmmədov küçəsi, 8/1 saylı binanın qarşısı ilə gedərkən binanın arxa tərəfindən səs-küy gəldiyini eşitmişdir. Maraqlı gəldiyi üçün həmin binanın arxa tərəfinə keçmişdir. Binanın arxa tərəfinə keçəndə ona bir nəfər təxminən 50 yaşlarında olan kişi yaxınlaşmış və ondan üzərində mobil telefon olub-olmadığını soruşmuşdur. O, həmin kişidən nə hadisə baş verdiyini soruşduqda, ona həmin yerdən bir nəfər qızın qaçırıldığını, bu barədə polis orqanlarına zəng edib məlumat verməyini demişdir. Bundan sonra özünə məxsus mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində DİN-nin 102 xidmətinə daxil olmuş mulumata əsasən, ünvan 3 ünvanında yaşayan Şahid7 zəng edərək ünvan 4ir şəhəri, A.Məmmədov küçəsi ev 8/1-in arxasından bir nəfər qızın qaçırıldığını bildirmişdir (cild 01, iş vər. 5). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, X7 yazılı şəkildə ünvan 4ir Şəhər Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, əmisi qızı xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən Chevrolet Cruze markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4ir şəhəri, A.Məmmədov küçəsindən zorla qaçırılmışdır (cild 01, iş vər. 6). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019cu il tarixdə yazılı şəkildə ünvan 4ir Şəhər Polis Şöbəsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində ünvan 4ir şəhəri, A.Məmmədov küçəsində Ömər və Səxavət adlı şəxslər tərəfindən zorla iradəsinə zidd olaraq fiziki güc göstərilib Chevrolet Cruze markalı avtomobillə qaçırılmışdır. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş edir (cild 01, iş vər. 19). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğurlandığı yer ünvan 4ir şəhəri, A.Məmmədov küçəsi, 8/1 saylı binanın arxa tərəfindəki səki yoludur (cild 01, iş vər. 181-183). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 634 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol budun yuxarı 1/3-nin, sağ budun aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, hər iki bazunun yuxarı və orta 1/3-nin ön-yan və arxa səthlərinin çoxsaylı qançırları, hər iki gözaltı nahiyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər aşkar edilmədi (cild 01, iş vər. 104-105). Məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (cild 02, iş vər. 07-09). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (cild 02, iş vər. 10-12). Cinayət işi materiallarında olan arayış, xasiyyətnamə, nikah və doğum haqqında şəhadətnamələrin, o cümlədən məhkəmə qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2lax rayonunun Xanabad kəndində yaşayır. xx.xx.2018-ci ildən Abbasova (Vəliünvan 2a) Səma Yaşar qızı ilə rəsmi nikahdadır, himayəsində xx.xx.2015, xx.xx.2018 və xx.xx.2020-ci il təvəllüdlü üç azyaşlı uşağı var. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 129-136, cild 02, iş vər. 16). Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər ünvan 4ir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 155-161, 169). Cinayət işinin materiallarına əlavə olunmuş ünvan 2lax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 682/2 saylı məktubdan görünür ki, ünvan 4ir Şəhər Məhkəməsinin 1(051)-86/2018 saylı xx.xx.2018-ci il tarixli hökmünə əsasən, CMin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəzasından 10 ay 19 gününü çəkmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şahidlərin ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməli düzgün tövsif olunmuş və onlar tərətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxslər və onların müdafiəçisi təqsirləndirilən şəxslərə elan edilmiş cinayət əməlini törətmələrini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini bildirməsi, yol boyunca onun Təqsirləndirilən şəxs2 yanında ön tərəfdə əyləşdiyini deməsi, Zərərçəkmiş şəxs könüllü razılıq əsasında onlarla gəlməsi barədə dəlillərinə tənqidi yanaşan məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və birinci instasniya məhkəməsinin iclasında verdiyi ifadələrində bildirmişdir ki, “...Ömər avtomobili qarşıdan döndərərək qayıdıb onun yanında saxlamışdır. Həmin vaxt avtomobilin arxa qapısından tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs düşmüş, o, həmin vaxt qışqırmağa başlamışdır. Lakin Səxavət adlı şəxs onu zorla tutub avtomobilin arxa oturacağına salmışdır. O isə Səxavətə müqavimət göstərsə də, ona gücü çatmamış, Səxavət onu sakitləşdirə bilmədiyinə görə onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmuşdur...” Eyni zamanda, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu ildə verdiyi izahatından (İ cild, i. v. 25-27), şübhəli (İ cild, i. v. 80-82) və təqsirləndirilən şəxs (İ cild, i. v. 126-128) qismində verdiyi ifadəsində, habelə birinci instansiya məhkəməsində etirafedici ifadələr verərək ...”Ömər avtomobili Nahidənin yanında saxladı, mən isə avtomobildən düşərək Nahidənin qolundan tutdum avtomobilə tərəf apardım. Nahidə mənə onu buraxmağımı dedi və ətrafda olan insanlardan kömək istədi. Mən onu zorla avtomobilə əyləşdirdim. Bundan sonra biz atama məxsus ünvan 2lax rayonu, Xanabad kəndində yerləşən evə getdik...” demişdir. Bundan başqa, Şahid7 Daxili İşlər Nazirliyinin 102 xidmətinə vurduğu zəngin mətnində qeyd edilir ki, ünvan 4ir şəhəri N.Nərimanov küçəsi ev 42 ünvanında yaşayan Şahid7 zəng edərək ünvan 4ir şəhəri A.Məmmədov küçəsi ev 8/1-in arxasından bir nəfər qızın qaçırıldığını bildirmişdir. Digər tərəfdən, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol budun yuxarı 1/3-nin, sağ budun aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, hər iki bazunun yuxarı və orta 1/3-nin ön yan və arxa səthlərinin çoxsaylı qançırları, hər iki gözaltı nahiyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində əvvəlcə maşının ön tərəfində Təqsirləndirilən şəxs2 yanında əyləşdiyini bildirsə də, Xaldan dairəsində dayandıqdan sonra maşının arxa tərəfinə keçdiyini bildirmiş, hansı zərurətlə arxa tərəfə keçməsini isə izah edə bilməmişdir. Həmçinin, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsədə aşkar edilmiş bədən xəsarətlərinin nədən yaranması, necə yaranması, bu xəsarətlərin mövcudluğu barədə ekspert rəyinin olması kimi əhəmiyyətli məsələyə izah verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən şahidlərin dediklərinə gəldikdə, məhkəmə kollegiyası bunlara tənqidi yanaşır. Belə ki, ifadə verən Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs1 anası və atası, Təqsirləndirilən şəxs2 isə dayısı və dayısı arvadır. Göründüyü kimi, həmin şəxslər təqsirləndirilən şəxslərin yaxın qohumlarıdır və ifadələri təqsirləndirilən şəxsləri müdafiə edən, onların xeyrinə olan ifadələrdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara israr edilən cinayət əməlini törətməmələri barədə göstərdikləri xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələr, habelə məhkəmələrdə verdikləri ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində və məhkəmələrdə verdiyi ifadələrində göstərdikləri xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində CM-in 144.2.3-cü maddəsinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Onlara məhkum olunduğu CM-in 144.2.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin və müdafiəçinin digər bir dəlili birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin etdiyi cəzanın ağır olması həmin cəzanın yüngülləşdirilməsini, CM-in 62 və 70-ci maddələrinin tətbiqi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 144.2.3cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlini törətmişlər. Həmin maddəyə əsasən, bu cinayət bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələnməsi, himayəsində üç azyaşlı uşağının olması, digər Təqsirləndirilən şəxs2 Laçın rayonundan olan məcburi köçkün olması, barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmaması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, əvvəllər məhkum edilməməsi kimi cəzanı yüngülləşdirən hallar olsa da, cəzanı ağırlaşdıran hallar olmasa da, zərərçəkmiş şəxs onlarla barışmamış, hər iki təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onlara ağır cəza təyin edilməsini məhkəmədən tələb etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə alaraq təqsirləndirilən şəxslərə ittiham olunduqları maddənin sanksiyası daxilində ən aşağı həddə cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, belə vəziyyətdə təqsirləndirilən şəxslərə təyin edilmiş cəzalar ağır hesab edilə bilməz. Təqsirləndirilən şəxslərə CM-in 62.1-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və onlara CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barədə CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri ilə də razılaşa bilmir və hesab edir ki, cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkün olsun. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, təqsirləndirilən şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub - olmaması araşdırılmalıdır.
1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü.
2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi.
3. məhkumun şəxsiyyəti.
4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin alınması məqsədlərinə xidmət edir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Məhkəmə kollegiyası məsələyə cəzanın islah təsiri baxımından yanaşıb və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyətləri, habelə cəzanı yüngülləşdirən halların dairəsini təhlil edərək qiymətləndirib belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin real cəza çəkmədən cəzanın islah təsirinə məruz qalmaları mümkün deyil. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşa bilmir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, mənə təzyiq göstərdilər, sənədlərə qol çəkdirdilər, bilmirəm nəyə qol çəkmişəm nə yazıblar. Məni döyənlər təhqiqatın rəisi və onun köməkçiləri idi. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təzyiqə məruz qalması və döyülməsi məsələsini araşdıran məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bu ifadələrin əsası yoxdur və özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsindən başlayaraq məhkəmə kollegiyasında ifadə vərənədək polis tərəfindən hər hansı bir təsirə, təzyiqə və zorakılığa məruz qalması və ya döyülməsi barədə heç bir fikir səsləndirməmiş, nə özü, nə də müdafiəçisi bu barədə heç kimə heç bir müraciət etməmişdir. Əksinə, ibtidai istintaq mərhələsindən başlayaraq etirafedici ifadələr vermişdir. Halbuki, o, bu barədə özü və ya vəkili vasitəsilə və yaxud xx xxxxxxxx 2019-cu ildə ünvan 4ir Şəhər Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən birbaşa məhkəməyə məlumat verə bilərdi. Ona görə də məhkəmə kollegiyası onun irəli sürdüyü dəlillərə tənqidi yanaşır və həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.