Məhkəmə qərarları › İş №1(107)-431/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-431/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-431/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X9 (sədrlik edən), X7 (məruzəçi) X2 ibarət tərkibdə) 07 oktyabr 2021-ci il tarixli hökmü ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 07 may 2021-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 134,25 AZN (yüz otuz dörd manat iyirmi beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 3,711 qram narkotik vasitə heroin, 1,373 qram psixotrop maddə olan metamfetamin, 02 ədəd içərisində heroin hissəcikləri olan 2 ml-lik şprislər və 10 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, ibtidai istintaq orqanının mövqeyinə görə o, təxminən 02 il əvvəl yaşadığı evin həyətində əkdiyi 01 ədəd çətənə bikisinin üzərindən yığaraq topladığı 10 ədəd toxumları 2021-ci ilin aprel ayının ortalarında qəsdən, qanunsuz olaraq yaşadığı evin həyətində 01 ədəd kiçik ölçülü ağ rəngli plastik dibçəyə torpaq doldurmaqla əkib yetişdirərək aqrotexniki qaydada qulluq göstərib hündürlükləri 4 sm-dən 14 sm-dək, ümumi təmiz çəkiləri 0,65 qram olan əkilibbecərilməsi qadağan olunmuş 10 ədəd, yəni xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini kultivasiya etmiş və 06 may 2021-ci il tarixində həmin dibçəyi yaşadığı evin birinci mərtəbəsindəki mətbəx otağı ilə üzbəüz olan otağa aparıb saxlamışdır. 04 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb piyada Balakən şəhəri ərazisində yerləşən “Lenin Bağı” adlanan ərazidəki çay evinə gedərkən yolun kənarından yerdən 02 ədəd sellofan bükümlərdə taparaq qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 4,111 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,633 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini üzərində daşıyıb saxlamaqla yaşadığı Balakən şəhəri Niyazi küçəsi ev 25 ünvanında yerləşən evinə apararaq əvvəlcə evin həyətində gizlədib saxlamış, daha sonra 06 may 2021-ci il tarixdə həmin sellofan torbaları yaşadığı evin yataq otağına apararaq axşam saatlarında vahid satış məqsədi ilə 11 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,707 qram olan narkotik vasitə heroini 01 ədəd siqaret qutusunun üzərindəki sellofan torbaya, 02 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkiləri 0,898 qram olan narkotik vasitə heroini 01 ədəd kağız parçasına, təmiz çəkisi 2,137 qram olan narkotik vasitə heroini 01 ədəd kağız parçasına, 06 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,369 qram olan narkotik vasitə heroini və 03 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,197 qram olan psixotrop maddə metamfetamini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya, 07 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,447 qram olan psixotrop maddə metamfetamini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya, ümumi təmiz çəkiləri 0,059 qram olan psixotrop maddə metamfetamini 02 ədəd kağız parçasına, təmiz çəkisi 0,930 qram olan psixotrop maddə metamfetamini 01 ədəd kağız parçasına büküb 20 büküm narkotik vasitə heroin və 13 büküm psixotrop maddə metamfetamin olmaqla ümumilikdə 33 büküm halına gətirərək qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi və tamah niyyəti ilə yataq otağındakı güzgülü dolabın üzərində olan 01 ədəd ağ rəngli plastik qabın içərisinə yığıb saxlamışdır. 07 may 2021-ci il tarixdə saat 08:30-dan saat 10:00-dək olan müddət ərzində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman onun qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib yaşadığı evin yataq otağındakı güzgülü dolabın üzərində olan 01 ədəd ağ rəngli plastik qabın içərisində saxladığı ümumi təmiz çəkisi 4,111 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,633 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, yəni 01 ədəd sellofan bükümün içərisindəki 11 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,707 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümün içərisindəki 02 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkiləri 0,898 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümün içərisindəki 06 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,369 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin sellofan bükümün içərisindəki 03 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,197 qram olan psixotrop maddə metafetamin, 02 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,059 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,930 qram metamfetamin, 01 ədəd sellofan bükümün içərisindəki 07 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,447 qram olan psixotrop maddə metafetamin, həmçinin, evin mətbəx otağı ilə üzbəüz olan otaqdakı 01 ədəd kiçik ölçülü ağ rəngli plastik dibçəyin içərisindən əkib yetişdirərək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi, hündürkükləri 4 sm-dən 14 smdək, ümumi təmiz çəkiləri 0,65 qram olan əkilib-becərilməsi qadağan olunmuş 10 ədəd, yəni xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli hesab etdiyini, ona görə onun həmin maddə ilə təqsirli bilinərək ədalətli qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ədəd narkotik tərkibli şitili əkməkdə özünü təqsirli bilmiş, 07 may 2021-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək divardan həyətlərinə tullanmışlar. Onu yerə yıxaraq evə daxil olmuşlar. Ciblərini yoxlayan zaman üzərindən heç nə aşkar olunmamış, evdəki otaqda olan güzgülü termodan aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Polislər ona əgər boynuna almasa həmin narkotik vasitənin anasına məxsus olduğunu bildirdiklərinə görə narazılıq etməyərək hər şeyin ona məxsus olduğunu bildirib boynuna almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən şəhəri Niyazi küçəsi ev 25 ünvanında anası X11 ilə birlikdə yaşamaqla uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Təxminən 02 il əvvəl özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətində 01 ədəd narkotik təbiətli çətənə bitkisinin şitilini əkib yetişdirmiş, həmin bitki yetişəndən sonra üzərindən yararlı hissələrini yığıb istifadə etmişdir. Bitkinin üzərində olan 10 ədəd toxumları isə sonra əkmək məqsədi ilə yığaraq evdə gizlədib saxlamışdır. 2021-ci ilin aprel ayının ortalarında həmin 10 ədəd toxumları yaşadığı evin həyətində içərisinə torpaq doldurduğu 01 ədəd kiçik ölçülü dibçək formasında olan plastik qabda əkərək həmin toxumları cücərtmiş, bir müddət sonra toxumlar cücərib 10 ədəd şitil halına gəlmişdir. Bundan başqa 04 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb piyada Balakən şəhəri ərazisində yerləşən “Lenin Bağı” adlanan ərazidəki çay evinə gedən zaman yolun kənarında yerdə 02 ədəd kiçik ölçülü sellofan torbalar olduğunu görmüş və diqqətini çəkdiyi üçün əyilib həmin sellofan torbaları yerdən götürmüşdür. Torbalardan birinin içərisində narkotik vasitə heroin, digər torbanın içərisində isə psixotrop maddə metamfetamin olmuş, həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə cibinə qoyub çay evinə getmiş və çay evində bir qədər oturduqdan sonra yaşadığı evə qayıtmışdır. Evdə həmin torbaları anası görməsin deyə həyətdə gizlədib saxlamışdır. 06 may 2021-ci il tarixdə anası Bakı şəhərində yaşayan bacısının evinə qonaq getmiş, bundan sonra o, içərisində çətənə bitkisinin şitilləri olan dibçəyi evə aparıb birinci mərtəbədə mətbəx otağı ilə üzbəüz yerləşən otağa, yoldan taparaq həyətdə gizlətdiyi 02 ədəd sellofan torbaları evə aparıb yataq otağına qoymuşdur. Bir neçə dəfə həmin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir qədər götürüb bir-birinə qataraq qaşıqda qaynadıb şprislə damarına vurmuşdur. 06 may 2021-ci il tarixdə axşam saatlarında evdə olan zaman həmin 02 ədəd sellofan torbalarda olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təxminən yarısını bölərək kiçik bükümlər halına gətirikdən sonra hazırladığı 11 ədəd kiçik ölçülü kağız bükümlərdəki narkotik vasitə heroini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya, 07 ədəd kiçik ölçülü kağız bükümlərdəki psixotrop maddə metamfetamini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya, 06 ədəd kiçik ölçülü kağız bükümlərdəki narkotik vasitə heroini və 03 ədəd kiçik ölçülü kağız bükümlərdəki psixotrop maddə metamfetamini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya bükmüş, qalan heroini və metamfetamini isə bölərək nisbətən iri bükümlər halına gətirmişdir. Belə ki, hazırladığı 02 ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroini 01 ədəd kağız parçasına, qalan heroini isə açıq şəkildə 01 ədəd kağız parçasına bükmüşdür. Qalan psixotrop maddə metamfetamindən 02 ədəd kiçik ölçülü kağız bükümlər hazırladıqdan sonra, yerdə qalan metamfetamini də açıq şəkildə 01 ədəd kağız parçasına bükmüşdür. Heroini və metamfetamini böləndən sonra, onları tapan zaman üzərində olan sellofan torbalar boş qaldığına görə bir-birinə sıx şəkildə bükmüş, lakin zibil qabına atmamışdır. Beləliklə, tapdığı heroini 20 büküm, metamfetamini isə 13 büküm olmaqla ümumilikdə 33 büküm halına gətirmişdir. Bundan sonra həmin 33 ədəd bükümləri və bir-birinə sıx şəkildə bükdüyü içərisi boş olan sellofanı yataq otağında olan güzgülü dolabın üzərindəki 01 ədəd ağ rəngli plastik qabın içərisinə yığıb saxlamışdır. 07 may 2021-ci il tarixdə saat 0830 radələrində yaşadığı evdə olan zaman Balakən rayon Polis Şöbəsinin bir qrup əməkdaşı həyətyanı sahəsinin giriş qapısından onu səsləyərək bayıra çağırmış, bayıra çıxan zaman özünü təqdim edən polis əməkdaşları onu Balakən rayon Məhkəmisinin 06 may 2021-ci il tarixli qərarı ilə tanış edib evində və evinin həyətyanı sahəsində narkotik vasitə saxlamaqda, əkib-becərməkdə şübhəli olduğunu deyərək evinə və evinin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişdir. Etiraz etmədən evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsinə razı olduğunu yazılı şəkildə bildirmiş, baxış zamanı təhqiqatçı tərəfindən ona evində qanunsuz əşya olubolmaması barədə sual verilmiş, o da səmimi etiraf edərək evin birinci mərtəbəsində yataq otağında olan güzgülü dolabın üzərindəki 01 ədəd plastik qabı göstərib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin ağ rəngli plastik qab təhqiqatçı tərəfindən boşaldılan zaman içərisində 04 ədəd sellofan və 05 ədəd kağız bükümlər aşkar edilmiş, həmin bükümlər ardıcıllıqla açılarkən birinci açılan 01 ədəd sellofan bükümün içərisində çəkiləri 0,09 qram, 0,10 qram, 0,11 qram, 0,11 qram, 0,10 qram, 0,11 qram, 0,08 qram, 0,11 qram, 0,10 qram, 0,10 qram və 0,13 qram olan 11 ədəd kağız bükümlərdə narkotik vasitə heroin, plastik qabdan aşkar edilmiş 02 ədəd kiçik ölçülü kağız bükümlər açılan zaman hər ikisinin içərisində çəkiləri 0,04 qram və 0,08 qram olan psixotrop maddə metamfetamin, daha sonra plastik qabdan aşkar edilmiş digər 01 ədəd sellofan paket açılan zaman içərisində 07 ədəd kağız bükümlərdə çəkiləri 0,11 qram, 0,07 qram, 0,09 qram, 0,10 qram, 0,09 qram, 0,11 qram və 0,11 qram olan psixotrop maddə metamfetamin, plastik qabdan aşkar edilmiş 01 ədəd kağız büküm açılan zaman içərisində 02 ədəd sellofan bükümlərdə çəkiləri 0,53 qram və 0,53 qram olan narkotik vasitə heroin, plastik qabdan aşkar edilmiş 01 ədəd kağız büküm açılan zaman içərisində çəkisi 1,82 qram olan psixotrop maddə metamfetamin, daha sonra plastik qabdan aşkar edilmiş 01 ədəd kağız büküm açılan zaman içərisində çəkisi 2,47 qram olan narkotik vasitə heroin aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Plastik qabdan aşkar edilmiş 01 ədəd sellofan büküm təhqiqatçı təfəfindən açılan zaman içərisinin boş olması müəyyən edilərək həmin boş sellofan kəsiyi kənara qoyulmuşdur. Plastik qabdan aşkar edilmiş sonuncu 01 ədəd sellofan büküm açılan zaman içərisində 09 ədəd kağız bükümlər aşkar edilmiş, həmin bükümlər açılan zaman çəkiləri 0,10 qram, 0,12 qram, 0,11 qram, 0,11 qram, 0,12 qram və 0,10 qram olan 06 ədəd bükümün içərisində narkotik vasitə heroin, çəkiləri 0,10 qram, 0,12 qram və 0,10 qram digər 03 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra güzgülü dolabın üzərindəki ailəsinə məxsus olan ümumilikdə 3305 manat pul, həmin dolabın üzərində olan ona məxsus bir ədəd cib bıçağı, həmçinin, həmin otaqda kiçik ölçülü masanın üzərində olan, heroin və matemfetamin istifadə etdiyi 02 ədəd 2 ml-lik şprislər təhqiqatçı tərəfindən ayrı-ayrılıqda 03 ədəd kağız zərflərə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra evin mətbəx otağı ilə üzbəüz olan otağa baxış keçirilən zaman 01 ədəd dibçəkdə əkdiyi 10 ədəd narkotik təbiətli çətənə bitkisinin şitilləri aşkar edilmişdir. X6 həmin bitki şitillərinə baxaraq narkotik təbiətli çətənə bitkisinin şitillərinə oxşadıqlarını və həmin şitillərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra həmin 10 ədəd bitki şitilləri təhqiqatçı tərəfindən torpaqdan çıxarılıb masanın üzərinə düzülmüş, şitillər ölçülən zaman ən kiçiyinin 4 sm, ən böyüyünün isə 14 sm hündürlükdə olması müəyyən edilmiş və aşkar olunmuş 10 ədəd bitki şitilləri 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra yaşadığı evin digər otaqlarına və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış bitdikdən sonra polis əməkdaşları onu Balakən rayon Polis Şöbəsinə dəvət etmiş, o da etiraz etmədən polis əməkdaşları ilə Polis Şöbəsinə getdikdən sonra orada şəxs qismində tutulmuşdur. Şübhəli şəxs kimi üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitələrin və psixitrop maddələrin satışı ilə məşğul olmamış, yaşadığı evdə narkotik vasitələr və psixitrop maddələr saxlaması, o cümlədən narkotik təbiətli çətənə bitkisinin şitillətini əkib becərməsi barədə heç kimin məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi istintaq zamanı şahid qismində dindirilımiş Balakən rayon X12 rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 05 may 2021ci il tarixdə Balakən şəhəri Niyazi küçəsi ev 25 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, yaşadığı evinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməkdə, həmçinin onları yaşadığı evində hazırlayıb saxlamaqla alqı-satqısını həyata keçirməkdə şübhəli olması barədə daxil olmuş məlumat əsasında 07 may 2021-ci il tarixdə yaradılmış əməliyyat qrupu və dəvət edilmiş mütəxəssis-aqronomla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Təqsirləndirilən şəxs darvazadan səsləyib bayıra çağırdıqdan sonra təhqiqatçı Balakən rayon Məhkəməsinin qərarı ilə tanış etdikdən sonra Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra saat 0830-da yaşayış evinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı güzgülü dolabın üzərində olan 01 ədəd ağ rəngli plastik qabı göstərib həmin qabın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin ağ rəngli plastik qab boşaldılan zaman içərisində 04 ədəd sellofan və 05 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlər ardıcıllıqla açılarkən birinci açılan 01 ədəd sellofan bükümün içərisində çəkiləri 0,09 qram, 0,10 qram, 0,11 qram, 0,11 qram, 0,10 qram, 0,11 qram, 0,08 qram, 0,11 qram, 0,10 qram, 0,10 qram və 0,13 qram olan 11 ədəd kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmiş, plastik qabdan aşkar edilmiş çəkiləri 0,04 qram və 0,08 qram olan 02 ədəd kiçik ölçülü kağız bükümlər, həmin bükümlər açılan zaman hər ikisinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Daha sonra plastik qabdan aşkar edilmiş digər 01 ədəd sellofan paket açılan zaman çəkiləri 0,11 qram, 0,07 qram, 0,09 qram, 0,10 qram, 0,09 qram, 0,11 qram və 0,11 qram olan 07 ədəd kağız bükümlərdə psixotrop maddə metamfetaminə oxşar maddələr, plastik qabdan aşkar edilmiş 01 ədəd kağız büküm açılan zaman içərisində 02 ədəd sellofan bükümlərdə çəkiləri 0,53 qram və 0,53 qram olan narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Plastik qabdan aşkar edilmiş 01 ədəd kağız büküm açılan zaman içərisində çəkisi 1,82 qram olan psixotrop maddə metamfetaminə oxşar maddə, daha sonra plastik qabdan aşkar edilmiş 01 ədəd kağız büküm açılan zaman içərisində çəkisi 2,47 qram olan narkotik vasitə heroinə oxşar maddə, daha sonra plastik qabdan aşkar edilərək götürülmüşdür. 01 ədəd sellofan büküm açılan zaman içərisinin boş olması müəyyən edilmiş və həmin boş sellofan kəsiyi kənara qoyulmuşdur. Plastik qabdan aşkar edilmiş sonuncu 01 ədəd sellofan büküm açılan zaman içərisində 09 ədəd kağız büküm aşkar edilmiş, həmin bükümlər açılan zaman 06 ədəd bükümün içərisində çəkiləri 0,10 qram, 0,12 qram, 0,11 qram, 0,11 qram, 0,12 qram və 0,10 qram olan narkotik vasitə heroinə oxşar maddə, digər 03 ədəd bükümün içərisində isə çəkiləri 0,10 qram, 0,12 qram və 0,10 qram olan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Daha sonra həmin güzgülü dolabın üzərində olan ümumilikdə 3305 manat pul, həmin dolabın üzərində olan bir ədəd cib bıçağı və həmin otaqda kiçik ölçülü masanın üzərində olan 02 ədəd şprislər təhqiqatçı tərəfindən ayrı-ayrılıqda 03 ədəd kağız zərflərə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra evin mətbəx otağı ilə üzbəüz olan otağa baxış zamanı orada 01 ədəd kiçik ölçülü ağ rəngli plastik dibçəyin içərisində əkilmiş narkotik təbiətli çətənə bitkisinin şitillərinə oxşar 10 ədəd bitki şitilləri aşkar edilmiş, X6 həmin bitki şitillərinə baxaraq narkotik təbiətli çətənə bitkisinin şitillərinə oxşadıqlarını və həmin şitillərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar olunmuş 10 ədəd bitki şitilləri 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına, həyətyanı sahəsinə baxış keçirilsə də digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş bütün hərəkətlər KTQ-nun baş inspektoru polis mayoru Sadiq Vəzirov tərəfindən fəsiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmış, sonda təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 və Post Patrul Xidmət Bölüyünün manqa komandiri işləyən Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməbioloji və məhkəmə fiziki-kimyəvi eskpertizasının 07 may 2021-ci il tarixli 17/332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş heroinə və metamfetaminə oxşar kütlədən ibarət maddi sübut." sözləri və imzalar yazılmış zərfi açdıqda, içərisindəki 01 (bir) ədəd ağ rəngli plastik qabın içərisində olan 01 (bir) ədəd sellofan bükümün içərisindəki 11 (on bir) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,707 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin sellofan bükümün içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,059 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil olan metamfetamindir. 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,930 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil olan metamfetamindir. 01 (bir) ədəd kağız bükümün içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkiləri 0,898 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 2,137 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd sellofan bükümün içərisindəki 06 (altı) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,369 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin sellofan bükümün içərisindəki 03 (üç) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,197 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil olan metamfetamindir. 01 (bir) ədəd sellofan bükümün içərisindəki 07 (yeddi) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,447 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil olan metamfetamindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 02 ədəd şprislərdən ibarət maddi sübut." sözləri yazılmış rəngli zərfin içərisindəki 02 (iki) ədəd 2 ml-lik şprislərdə olan maddə hissəcikləri heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş digər heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 10 ədəd..." sözləri yazılmış rəngli zərfin içərisindəki hündürlükləri 4 sm-dən 14 sm-dək, ümumi təmiz çəkiləri 0,65 qram olan 10 (on) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom X6un 07 may 2021-ci il tarixli rəyinə əsasən 10 (on) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28.08.2001-ci il tarixli hökmü ilə CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Balakən rayon Məhkəməsinin 22.06.2009-cu il tarixli hökmü ilə CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına, həmin məhkəmənin 25.01.2010-cu il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 13.10.2021-ci il tarixli 469/3 saylı məktubda göstərilmişdir ki, Balakən rayon Məhkəməsinin 25.01.2010-cu il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan şəxsi iş tərəflərindən arxivdən axtarılmış lakin Balakən rayon İcra və Probasiya Şöbəsində həmin şəxslə bağlı hər hansı iş aşkar edilməmişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 08:30-dan saat 10:00-dək olan müddət ərzində Balakən şəhəri Niyazi küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Ev 2 mərtəbədən ibarət olmuş, 1-ci mərtəbədə 3 otaq və 1 mətbəx olmuşdur. Evin 1-ci mərtəbəsində olan yataq otağına baxış keçirilən zaman orada olan güzgülü dolabın üzərində 01 ədəd ağ rəngli plastik qab aşkar edilmişdir. Həmin qabın içərisində 01 ədəd sellofanda 11 ədəd kağız bükümlərdə 0,09, 0,10, 0,11, 0,11, 0,10, 0,11, 0,08, 0,11, 0,10, 0,10 və 0,13 qram narkotik vasitə heroinə bənzər maddələr, 02 ədəd kağız bükümlərdə 0,04 və 0,08 qram psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd sellofanda 07 ədəd kağız bükümlərdə 0,11, 0,07, 0,09, 0,10, 0,09, 0,11 və 0,11 qram metamfetaminə oxşar maddələr, 01 ədəd kağız bükümün içərisində 02 ədəd sellofanlarda 0,53 və 0,53 qram heroinə oxşar maddələr, 01 ədəd kağız bükümdə 1,82 qram metamfetaminə oxşar maddə, 01 ədəd kağız bükümdə 2,47 qram heroinə oxşar maddə, 01 ədəd sellofanda ümumilikdə 09 ədəd kağız bükümlərdə olmaqla 03 ədəd kağız bükümlərdə 0,10, 0,12 və 0,10 qram metamfetaminə oxşar maddələr və 06 ədəd kağız bükümlərdə 0,10, 0,12, 0,11, 0,11, 0,12 və 0,10 qram heroinə oxşar maddələr aşkar edilərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Həmin güzgülü dolabın üzərindən 01 ədəd sapı qəhvəyi rəngli olan və kəsici tiyəsi olan cib bıçağı aşkar olunaraq 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan başqa, güzgülü dolabın üzərindən aşkar edilmiş ümumilikdə 3305 manat pul 01 ədəd ağ rəngli kağız zərfdə və dolabın yanında olan kiçik ölçülü masanın üzərindən aşkar edilmiş 02 ədəd 2 ml-lik, içərisində hissəciklər olan şprislər 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Bundan başqa, evin 1-ci mərtəbəsindəki mətbəx otağı ilə üzbəüz olan otağa baxış keçirilən zaman oradakı plastik qabın içərisindən, torpağa əkilmiş, hündürlükləri 4 sm-dən 14 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar 10 ədəd bitki şitilləri aşkar edilərək 01 ədəd kağız zərfdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Bundan sonra evin 2-ci mərtəbəsinə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman əlavə hər hansı qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Baxış Sony HDRX markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 02 ədəd DVD disklərə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 07 may 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayənədəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Qasımov X8 şəhəri Niyazi küçəsi 25-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanının mövqeyinə görə o, təxminən 02 il əvvəl yaşadığı evin həyətində əkdiyi 01 ədəd çətənə bikisinin üzərindən yığaraq topladığı 10 ədəd toxumları 2021-ci ilin aprel ayının ortalarında qəsdən, qanunsuz olaraq yaşadığı evin həyətində 01 ədəd kiçik ölçülü ağ rəngli plastik dibçəyə torpaq doldurmaqla əkib yetişdirərək aqrotexniki qaydada qulluq göstərib hündürlükləri 4 sm-dən 14 sm-dək, ümumi təmiz çəkiləri 0,65 qram olan əkilib becərilməsi qadağan olunmuş 10 ədəd, yəni xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini kultivasiya etmiş və 06 may 2021-ci il tarixində həmin dibçəyi yaşadığı evin birinci mərtəbəsindəki mətbəx otağı ilə üzbəüz olan otağa aparıb saxlamışdır. 04 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb piyada Balakən şəhəri ərazisində yerləşən “Lenin Bağı” adlanan ərazidəki çay evinə gedərkən yolun kənarından yerdən 02 ədəd sellofan bükümlərdə taparaq qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 4,111 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,633 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini üzərində daşıyıb saxlamaqla yaşadığı Balakən şəhəri Niyazi küçəsi ev 25 ünvanında yerləşən evinə apararaq əvvəlcə evin həyətində gizlədib saxlamış, daha sonra 06 may 2021-ci il tarixdə həmin sellofan torbaları yaşadığı evin yataq otağına apararaq axşam saatlarında vahid satış məqsədi ilə 11 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,707 qram olan narkotik vasitə heroini 01 ədəd siqaret qutusunun üzərindəki sellofan torbaya, 02 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkiləri 0,898 qram olan narkotik vasitə heroini 01 ədəd kağız parçasına, təmiz çəkisi 2,137 qram olan narkotik vasitə heroini 01 ədəd kağız parçasına, 06 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,369 qram olan narkotik vasitə heroini və 03 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,197 qram olan psixotrop maddə metamfetamini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya, 07 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,447 qram olan psixotrop maddə metamfetamini 01 ədəd siqaret qutusunun üzərində olan sellofan torbaya, ümumi təmiz çəkiləri 0,059 qram olan psixotrop maddə metamfetamini 02 ədəd kağız parçasına, təmiz çəkisi 0,930 qram olan psixotrop maddə metamfetamini 01 ədəd kağız parçasına büküb 20 büküm narkotik vasitə heroin və 13 büküm psixotrop maddə metamfetamin olmaqla ümumilikdə 33 büküm halına gətirərək qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi və tamah niyyəti ilə yataq otağındakı güzgülü dolabın üzərində olan 01 ədəd ağ rəngli plastik qabın içərisinə yığıb saxlamışdır. 07 may 2021-ci il tarixdə saat 08:30-dan saat 10:00-dək olan müddət ərzində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman onun qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib yaşadığı evin yataq otağındakı güzgülü dolabın üzərində olan 01 ədəd ağ rəngli plastik qabın içərisində saxladığı ümumi təmiz çəkisi 4,111 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,633 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, yəni 01 ədəd sellofan bükümün içərisindəki 11 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,707 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümün içərisindəki 02 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkiləri 0,898 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümün içərisindəki 06 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,369 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin sellofan bükümün içərisindəki 03 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,197 qram olan psixotrop maddə metafetamin, 02 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,059 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,930 qram metamfetamin, 01 ədəd sellofan bükümün içərisindəki 07 ədəd kağız bükümlərdə ümumi təmiz çəkiləri 0,447 qram olan psixotrop maddə metafetamin, həmçinin, evin mətbəx otağı ilə üzbəüz olan otaqdakı 01 ədəd kiçik ölçülü ağ rəngli plastik dibçəyin içərisindən əkib yetişdirərək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi, hündürkükləri 4 sm-dən 14 smdək, ümumi təmiz çəkiləri 0,65 qram olan əkilib-becərilməsi qadağan olunmuş 10 ədəd, yəni xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs apelyasiya şikayətindən bəlli olur ki, o özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, təkcə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi təqsirli hesab edir və əməlinin həmin maddəyə tövsüf edilməsini xahiş edir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Birinci instansiya məhkəməsi öz hökmünü onunla əsaslandırmışdır kı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, yaşadığı evə video çəkilişlə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs heç bir təzyiq-təsir olmadan evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, həmçinin aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları tərəfindən onun yaşadığı evə qoyulmasına dair heç bir dəlil gətirməmişdir. Aşkar olunmuş narkotik vasitənin bir neçə bükümlərdə və növdə olması onun həmin narkotik vasitəni satış məqsədilə saxlamasını bir daha təsdiq edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun Qərarında cinayətkar əməllərin ixtisaslı, təkmilləşmiş alibilərlə lazımi qiymətindən kənarda qalmasının qarşısının alınması üçün daha mükəmməl yanaşmalarla məhkəmə təcrübəsinə əsaslı tövsiyyələr verilmişdir. Belə ki, Plenum Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal olmasını, həmçinin Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilməsini cəzasını ağırlaşdıran hal olmaması kimi nəzərə almış, ona təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan kifayət qədər həddə, humanist, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar