Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-432/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşunas X5, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən M.Qarayev) 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmü ilə, xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-in) 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsi və barəsində cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə mülki iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 51510.51 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması, iş üzrə maddi sübutun olmaması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manatın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, təsisçisi və direktoru olduğu "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə rəsmi olaraq rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 71.4, 72, 77.3, 78.1, 78.3, 82, 103.1, 104.1, 130.1, 130.2, 151, 152.1, 154.1, 155.1, 159.1, 174, 177.1, 177.2, 177.6, 178 və 180.1-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xeyli miqdar təşkil edən, 51510,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2016-cı il ərzində əldə etdiyi gəlirləri 1535723,53 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1279061,63 manat, vergiyə cəlb olunan mənfəəti 256661,90 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 51332,38 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 1389075,00 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1353168,75 manat, vergiyə cəlb olunan mənfəəti 35906,25 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 7181,25 manat göstərərək, eləcə də cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə artıq hesablama və ödənişləri nəzərə alınmaqla, cəmi 42939,38 manat mənfəət vergisini; 2016-cı ilin iyun ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsinin 58137,46 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə büdcəyə ödənilməli olan ƏDV-nin 10464,74 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 55230,51 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9941,49 manat olduğunu göstərməklə, 523,25 manat ƏDV-ni az; həmin ilin iyul ayı üzrə ƏDV tutulan dövriyyəsini 173368,56 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 31206,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 154195,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 27755,10 manat olduğunu göstərməklə, 3451,24 manat ƏDV-ni az; həmin ilin sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsini 95294,49 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 17153,01 manat göstərməli halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 69000,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 12420,00 manat olduğunu göstərməklə, 4733,01 manat ƏDV-ni az; həmin ilin noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsini 141746,61 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 25514,39 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 96381,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 17348,58 manat olduğunu göstərməklə, 8165,81 manat ƏDV-ni az; 2017-ci ilin mart ayı üzrə ƏDV tutulan dövriyyəsini 47232,00 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni 8501,76 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəni 2233,00 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 401,94 manat olduğunu göstərməklə, 8099,82 manat ƏDV-ni az olmaqla, cəmi 24973,13 manat ƏDV-ni az; həmin ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin büdcəyə ödənilməli olan ƏDV-ni 16402,00 manat artıq hesablamaqla, cəmi 8571,13 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 51510,51 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması barədə Azərbaycan Respublikası CMnin 213.1-ci maddəsi ilə ittiham olunmasına dair ittiham aktı məhkəməyə daxil olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Dövlət ittihamçısı apellyasiya protesti verərək Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittiham üzrə yeni hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev apellyasiya şikayəti verərək Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmünün ləğv edilməsini, mülki iddia məbləğinin tam təmin edilərək dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 51.510,51 manat dəymiş ziyanın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protestinin, apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Qax rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli bəraət hökmü ləğv edilməli və Təqsirləndirilən şəxsoviç təqsirli bilinərək, ona CM-in 213.1-ci maddəsi üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə bəraət hökmü çıxararkən, iş üzrə məhkəmə istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət- Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə məhkəmə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən iş üzrə mötəbər sübut kimi məhkəmə istintaqı dövründə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7596-9/7718 nömrəli və xx.xx.2022-ci il tarixli 9/2217 nömrəli rəyləri qəbul edilmişdir. Hər iki rəy bir-birinin təkrarı olmuş, ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək mülki iddia məbləğini azaldaraq səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə pərakəndə satış zamanı dövlət büdcəsinə ödənilməli olan 2.204,13 manat məbləğində mənfəət vergisinin az hesablanmasının müəyyən edildiyini, topdan satış zamanı isə mənfəət vergisinin müəyyən edilmədiyini qeyd etmişlər. İlk öncə məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirik ki, ekspertlər tərəfindən rəydə bildirilmişdir ki, Vergi Məcəlləsinin 36.1, 83.2 və 45.1-ci maddələrinin tələblərinə əsasən vergilər vergi orqanı tərəfindən vergi yoxlamaları (səyyar vergi yoxlaması və kameral vergi yoxlaması) ilə hesablana bilər. Yəni Vergi Məcəlləsində mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Ekspertlərin qeyd olunan dəlili ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 96-cı maddəsinə görə, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. Yuxarıda qeyd edilən maddələrə istinad etməklə mütəxəssis tərəfindən hesablamaların aparıla bilməməsi barədə ekspertin dəlili tamamilə əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qeyd edilən maddəyə istinad etməklə ekspertlər mütəxəssisin yalnız yoxlamalar zamanı vergi orqanının qərarına əsasən dəvət edilə bilməsi fikrini yaratmağa çalışmışlar. Lakin ekspertlər unutmuşlar ki, bu o zaman baş verir ki vergi ödəyicisi barədə hər hansı cinayət işi aparılmır və vergi orqanının qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Qeyd olunan iş üzrə isə artıq vergi ödəyicisi barədə cinayət işi başladığından və iş üzrə hesablamalarla bağlı xüsusi bilik və təcrübə tələb olunduğundan müstəntiqin qərarı ilə mütəxəssis dəvət edilmişdir. Artıq bu zaman Vergi Məcəlləsinin 45.1-ci maddəsi əsasında deyil, Cinayət Prosessual Məcəllənin 96-cı maddəsinə əsasən mütəxəssis dəvət edilir və hesablamalarla bağlı öz rəyini verir. Bundan başqa ekspertlərin verdiyi rəylə bağlı belə bir sual yaranır ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergilər vergi orqanı tərəfindən vergi yoxlamaları (səyyar vergi yoxlaması və kameral vergi yoxlaması) ilə hesablana bilirsə o zaman necə olur ki, ekspertlər tərəfindən də vergilərlə bağlı hesablama aparılmış və mülki iddia məbləği xeyli azaldılaraq 2.204,13 manat müəyyən edilmişdir. Axı verilmiş rəyə əsasən vergilər yalnız vergi orqanları tərəfindən hesablana bilər. Rəyə əsasən mütəxəssisin tərəfindən vegilərin hesablamasının Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Bildiririk ki, Vergi Məcəlləsinə əsasən ekspertlərin də vergiləri hesablaması Məcəllədə nəzərdə tutulmamışdır. Belə olan halda ekspertlərin bu rəyi əsas götürülürsə, o zaman Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün ekspertlərin də vergiləri hesablaması tam əsassız və qanunsuzdur. Həmçinin belə bir haqlı sual da yaranır ki, nə üçün ekspertlər rəydə hesablama apararaq mülki iddia məbləğini azaltmışlar. Əgər ekspertlər hesab edirlərsə ki, vergiləri yoxlamalar zamanı vergi orqanı hesablamalıdır, o zaman onlar nə üçün qarşılarında hesablama ilə bağlı suallar qoyulduğu halda hesablama ilə bağlı hissədə rəy verməkdən imtina etməmişlər? Axı verdikləri rəyə əsasən vergiləri yalnız vergi orqanı vergi yoxlamaları zamanı hesablaya bilər. Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, vergilər mütəxəssis rəyinə əsasən hesablanmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4500 nömrəli rəyi ilə aparılmış hesablamalar təsdiqi taparaq, müəssisə tərəfindən 42.939,38 manat mənfəət vergisinin, 8.571,13 manat ƏDV-nin yayındırılması öz təsdiqini tapmışdır. Bütün qeyd edilən ziddiyyətli faktlar ekspert rəylərinin mötəbərliliyini şübhə altına alan faktlardır. Məhkəmə tərəfindən də qeyd edilən faktlar araşdırılmamış və məhkəmə istintaqı vaxtı verilmiş rəylər mötəbər sübut kimi qəbul edilərək işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirik ki, ekspertlərin vergilərin necə və kim tərəfindən hesablanması barədə rəydə qeyd etdikləri sırf hüquqi məsələ olmaqla məkhəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizasının tətqiqat predmetinə daxil deyil. Odur ki, mütəxəssisin nə zaman dəvət edilməsi, onların hərəkətləri, vergilərin kimlər tərəfindən hesablanmasına münasibət bildirməklə ekspertlər öz səlahiyyətlərinə aid olmayan məsələlərə dair rəy bildirərək əsassız olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmişlər. Belə ki, iddiaçı X1 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmə işi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2-1(102)-1538/2020 saylı qərarın 36-38-ci hissələrində Ali Məhkəmə qeyd etmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə (mötəbərlik üzrə qiymətləndirmə) toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir. Bundan başqa iş üzrə məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri ilə bağlı daha bir ziddiyyətli məqam əmtəəşünaslıq ekspertizası ilə bağlı idxal edilmiş məhsulların topdan və pərakəndə satış zamanı 1 kq-nın orta bazar qiymətlərinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Belə ki, ibtidai istintaq dövründə verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486 nömrəli məhkəmə-əmtəəşünaslıq rəyi ilə idxal edilmiş məhsulların 2016-2017-ci illərdə 1 kq-nın orta bazar qiymətləri respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə aşağıdakı kimi müəyyən edilmişdir: 1 kq buğda – topdansatışı 0,30 manat, pərakəndə satışı 0,35 manat; 1 kq qarğıdalı – topdansatışı 0,30 manat, pərakəndə satışı 0,35 manat; 1 kq günəbaxan şrotu – topdansatışı 0,20 manat, pərakəndə satışı 0,25 manat. Ekspert rəydə qiymətlərin müəyyən edilməsi üçün respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarda, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etdiyi qeyd etmişdir. Lakin məhkəmə istintaqı dövründə verilmiş bir-birinin təkrarı olan rəylərdə idxal edilmiş məhsulların 2016-2017-ci illər üzrə 1 kq-nın topdan və pərakəndə satışının orta bazar qiymətinin respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə aşağıdakı kimi müəyyən edildiyi qeyd edilmişdir: 1 kq buğda – topdansatışı 0,25 manat, pərakəndə satışı 0,30 manat; 1 kq qarğıdalı – topdansatışı 0,25 manat, pərakəndə satışı 0,30 manat; 1 kq günəbaxan şrotu – topdansatışı 0,15 manat, pərakəndə satışı 0,20 manat. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Ədliyyə Nazirliyinin Məhkəmə X3 ekspertizaları şöbəsi tərəfindən verilmişdir. Hər iki rəy eyni mərkəzin eyni şöbəsi tərəfindən Mərkəzdə olan eyni məlumatlara istinad edilməklə verilmişdir. Belə olan halda eyni mərkəz tərəfindən iki fərqli, ziddiyətli rəyin verilməsi şübhə doğurmalı hal idi. Bu səbəbdən də mülki iddiaçının nümayəndəsi tərəfindən ekspertlərin çağırılıb dindirilməsini məhkəmədən xahiş edilsə də, məhkəmə tərəfindən heç bir əsas göstərilmədən bundan imtina edilmişdir. Halbuki, qeyd edilən ziddiyyətlərin araşdırılması üçün mütləq qaydada ekspertlərin hər biri çağırılaraq dindirilməli, ziddiyyətli hallar araşdırılmalı idi. Lakin, görünür məhkəmə işə obyektiv baxılmasında maraqlı olmamış, heç bir əsas gətirmədən ekspertlərin çağırılaraq dindirilməsini təmin etməmişdir. Bundan başqa qeyd edilən ziddiyyətli məqama aydınlıq gətirilməsi üçün mülki iddiaçının öz təşəbbüsü ilə müəssisə tərəfindən idxal edilmiş məhsulların 1 kq-nın 2016- 2017-ci illər üzrə orta bazar qiymətinin müəyyən edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin “X10” X18 tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur. Məktubda sorğuda qeyd edilmiş buğda və qarğıdalı məhsulu üzrə topdansatış qiymətləri məlumatlarının toplanmasına 2017-ci ilin mayıdan başlanıldığı, buğdanın topdansatış orta bazar qiymətinin 0,32 manat, qarğıdalının isə 0,40 manat olduğu qeyd edilmiş, günəbaxan şrotunun qiyməti barədə məlumatların informasiya bazasına daxil edilmədiyi qeyd edilmişdir. Qeyd edilən məlumatlar 2017-ci ilə aid olması səbəbindən məhkəmə "xxxx" MMC-yə bu qiymətlərin tətbiq edilməli olmadığını qeyd etmişdir. Halbuki, məhkəmə qərarında müəssisənin 2016-cı il iyul – 2017-ci il üzrə mal idxal etdiyini qeyd etmişdir. Belə olan halda 2017-ci ildə mal idxal edən müəssisəyə hansı əsasla bu qiymətlərin tətbiq edilməməsi başa düşülən deyil və məhkəmə tərəfindən də düzgün əsaslandırılmamışdır. Bundan başqa qeyd edilən məktubda göstərilən qiymətlər rəsmi və konkret mənbəyə əsaslandığı halda, məhkəmə istintaqı dövründə verilən rəylərdə ekspertlərin konkret hansı mənbəyə əsaslandığı məlum deyil. Ekspertlər ancaq ümumi sözlərlə mərkəzdə olan məlumatlara istinad edildiyini qeyd etmişlər. Məhkəmə istintaqı dövründə verilmiş ekspert rəylərində idxal edilən məhsulların həm 2016-cı, həm də 2017-ci ildə müəyyən edilmiş qiymətləri eyni olmuşdur. Bu onu göstərir ki, keçən bir il ərzində məhsulun qiymətində kəskin dəyişiklik olmamış və sabit qalmışdır. Məhkəmə tərəfindən də bu cür qiymətləndirmə (2016 - 2017-ci illər üzrə sabit qiymət) qəbul edilmişdir. Belə olan halda Kənd Təsərrüfatı Nazirliyinin “X10” X18 tərəfindən məhsulun 2017ci il üzrə qeyd edilmiş qiymətləri ötən bir il ərzində kəskin qiymət dəyişikliyi olmadığı və qiymətlər sabit qaldığı nəzərə alınaraq 2016-cı il üzrə də tətbiq edilməli idi. Lakin məhkəmə tərəfindən bu hal araşdırılmamış və məktubda göstərilən qiymətlər barədə məlumata düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin onu ifadəsinə əsaslanaraq yalnız topdan satışla məşğul olduğunu, pərakəndə satışla məşğul olması barədə mülki iddiaçı və ittiham tərəfinin sübut təqim edə bilmədiyini qeyd etmişdir. Bununla bağlı bildiririk ki, qeyd edilən sübutlar iş materiallarında öz əksini tapmışdır və təkrarən həmin sübutların məhkəməyə təqdim edilməsinə hər hansı lüzum yox idi. Belə ki, iş materiallarında olan 2017-ci il üzrə olan qaimə fakturalara əsasən müəssisə "xxxx" ASC-yə topdan qaydada buğda, 2016-2017-ci il üzrə olan mədaxil qəbzlərinə əsasən müxtəlif fiziki şəxslərə pərakəndə qaydada buğda, qarğıdalı və günəbaxan şrotu satmışdır (qaimə-fakturalar və mədaxil qəbzləri iş materiallarında olduğundan qeyd edilən məlumatlar cədvəl formasında şikayətə əlavə edilir). Göründüyü kimi məhkəmənin müəssisənin pərakəndə satış həyata keçirməməsi barədə dəlili tamamilə əsassızdır və məhkəmə tərəfindən iş materiallarının tam və obyektiv araşdırılmadığını göstərir. Həmçinin məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən idxal edilmiş məhsulların orta bazar qiymətinin müəyyən edildiyini, bu səbəbdən sertifikatı olan, bilə-bilə rəy verməyə görə məsuliyyət daşıyan ekspertin verdiyi rəyin əsas götürülməli olduğunu, qiymətlərlə bağlı müvafiq mənbələrə istinad edilmədən rəy verildiyindən ibtidai istintaq dövründə verilmiş rəyin mötəbər sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildiririk ki, ibtidai istintaq dövründə "xxxx" MMC tərəfindən verilmiş rəy deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 20486 nömrəli ekspert rəyi əsas götürülərək müəssisənin 2016-2017-ci illərdə vergi tutulan satış dövriyyəsi müəyyən edilmişdir. Həmin rəy də məhkəmə istintaqı dövründə verilmiş rəylərdə olduğu kimi respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarda, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə verilmişdir. Göründüyü kimi məhkəməni qeyd edilən dəlilinin heç bir əsası yoxdur və obyektiv həqiqəti əks etdirmir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, eyni mənbəyə istinad edilmiş, lakin fərqli rəy verilmişdir. Həmçinin, məhkəmə istintaqı dövründə verilmiş ekspertiza rəylərində müəssisə tərəfindən ƏDV-nin yayındırılması məsələsinə münasibət bildirilməmişdir. Halbuki, aparılmış səyyar vergi yoxlaması və mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən ƏDV üzrə 8.571,13 manat yayınmanın olması öz təsdiqini tapmışdır. Ekspert tərəfindən rəydə tətqiqatın iş materiallarında olan sənədlər əsasında aparıldığı qeyd edilsə də, görünür ekspertlər tərəfindən iş materialları tam araşdırılmamış, ƏDV-nə münasibətdə ümumiyyətlə rəydə fikir bildirilməmişdir. Halbuki “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək ekspertin hüquqlarına aid edilmişdir. Göründüyü kimi ekspertlər tərəfindən iş üçün əhəmiyyətli sayılan ƏDV ilə bağlı hesablamaya münasibət bildirilməməsi verilmiş ekspert rəylərinin natamam, qeyri-mötəbər olduğunu bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi bütün bu nöqsanları görməzdən gələrək məhkəmə istintaqında verilmiş rəyləri mötəbər sübut kimi qəbul edərək nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız və qanunsuz qərar çıxarmış, mülki iddia məbləğini baxılmamış saxlamışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edilən Qanunun 13-cü maddəsinin 3-cü cümləsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin əsas vəzifəsidir. Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı CPM-də əks olunmuş prosessual hüquq normalarına istinad etməsinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittiham üzrə yeni hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aşağıda qeyd edilən səbəblərə görə Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə razı deyillər. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət- Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iş üzrə mötəbər sübut kimi məhkəmə istintaqı dövründə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7596-9/7718 nömrəli və xx.xx.2022-ci il tarixli 9/2217 nömrəli rəyləri qəbul edilmişdir. Hər iki rəy bir-birinin təkrarı olmuş, ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək mülki iddia məbləğini azaldaraq səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə pərakəndə satış zamanı dövlət büdcəsinə ödənilməli olan 2.204,13 manat məbləğində mənfəət vergisinin az hesablanmasının müəyyən edildiyini, topdan satış zamanı isə mənfəət vergisinin müəyyən edilmədiyini qeyd etmişlər. İlk öncə məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, ekspertlər tərəfindən rəydə bildirilmişdir ki, Vergi Məcəlləsinin 36.1, 83.2 və 45.1-ci maddələrinin tələblərinə əsasən vergilər vergi orqanı tərəfindən vergi yoxlamaları (səyyar vergi yoxlaması və kameral vergi yoxlaması) ilə hesablana bilər. Yəni Vergi Məcəlləsində mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Ekspertlərin qeyd olunan dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 96-cı maddəsinə görə, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. Yuxarıda qeyd edilən maddələrə istinad etməklə mütəxəssis tərəfindən hesablamaların aparıla bilməməsi barədə ekspertin dəlili tamamilə əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qeyd edilən maddəyə istinad etməklə ekspertlər mütəxəssisin yalnız yoxlamalar zamanı vergi orqanının qərarına əsasən dəvət edilə bilməsi fikrini yaratmağa çalışmışlar. Lakin ekspertlər unutmuşlar ki, bu o zaman baş verir ki vergi ödəyicisi barədə hər hansı cinayət işi aparılmır və vergi orqanının qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Qeyd olunan iş üzrə isə artıq vergi ödəyicisi barədə cinayət işi başladığından və iş üzrə hesablamalarla bağlı xüsusi bilik və təcrübə tələb olunduğundan müstəntiqin qərarı ilə mütəxəssis dəvət edilmişdir. Artıq bu zaman Vergi Məcəlləsinin 45.1-ci maddəsi əsasında deyil, Cinayət Prosessual Məcəllənin 96-cı maddəsinə əsasən mütəxəssis dəvət edilir və hesablamalarla bağlı öz rəyini verir. Bundan başqa ekspertlərin verdiyi rəylə bağlı belə bir sual yaranır ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergilər vergi orqanı tərəfindən vergi yoxlamaları (səyyar vergi yoxlaması və kameral vergi yoxlaması) ilə hesablana bilirsə o zaman necə olur ki, ekspertlər tərəfindən də vergilərlə bağlı hesablama aparılmış və mülki iddia məbləği xeyli azaldılaraq 2.204,13 manat müəyyən edilmişdir. Axı verilmiş rəyə əsasən vergilər yalnız vergi orqanları tərəfindən hesablana bilər. Rəyə əsasən mütəxəssisin tərəfindən vegilərin hesablamasının Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Bildiririk ki, Vergi Məcəlləsinə əsasən ekspertlərin də vergiləri hesablaması Məcəllədə nəzərdə tutulmamışdır. Belə olan halda ekspertlərin bu rəyi əsas götürülürsə, o zaman Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün ekspertlərin də vergiləri hesablaması tam əsassız və qanunsuzdur. Həmçinin belə bir haqlı sual da yaranır ki, nə üçün ekspertlər rəydə hesablama apararaq mülki iddia məbləğini azaltmışlar. Əgər ekspertlər hesab edirlərsə ki, vergiləri yoxlamalar zamanı vergi orqanı hesablamalıdır, o zaman onlar nə üçün qarşılarında hesablama ilə bağlı suallar qoyulduğu halda hesablama ilə bağlı hissədə rəy verməkdən imtina etməmişlər? Axı verdikləri rəyə əsasən vergiləri yalnız vergi orqanı vergi yoxlamaları zamanı hesablaya bilər. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, vergilər mütəxəssis rəyinə əsasən hesablanmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4500 nömrəli rəyi ilə aparılmış hesablamalar təsdiqi taparaq, müəssisə tərəfindən 42.939,38 manat mənfəət vergisinin, 8.571,13 manat ƏDV-nin yayındırılması öz təsdiqini tapmışdır. Bütün qeyd edilən ziddiyyətli faktlar ekspert rəylərinin mötəbərliliyini şübhə altına alan faktlardır. Məhkəmə tərəfindən də qeyd edilən faktlar araşdırılmamış və məhkəmə istintaqı vaxtı verilmiş rəylər mötəbər sübut kimi qəbul edilərək işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, ekspertlərin vergilərin necə və kim tərəfindən hesablanması barədə rəydə qeyd etdikləri sırf hüquqi məsələ olmaqla məkhəmə əmtəəşünaslı və məhkəmə mühasibatlıq ekspertizasının tətqiqat predmetinə daxil deyil. Odur ki, mütəxəssisin nə zaman dəvət edilməsi, onların hərəkətləri, vergilərin kimlər tərəfindən hesablanmasına münasibət bildirməklə ekspertlər öz səlahiyyətlərinə aid olmayan məsələlərə dair rəy bildirərək əsassız olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmişlər. Belə ki, iddiaçı X1 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmə işi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 2-1(102)-1538/2020 saylı qərarın 36-38-ci hissələrində Ali Məhkəmə qeyd etmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə (mötəbərlik üzrə qiymətləndirmə) toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir. Bundan başqa iş üzrə məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri ilə bağlı daha bir ziddiyyətli məqam əmtəəşünaslıq ekspertizası ilə bağlı idxal edilmiş məhsulların topdan və pərakəndə satış zamanı 1 kq-nın orta bazar qiymətlərinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Belə ki, ibtidai istintaq dövründə verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486 nömrəli məhkəmə-əmtəəşünaslıq rəyi ilə idxal edilmiş məhsulların 2016-2017-ci illərdə 1 kq-nın orta bazar qiymətləri respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə aşağıdakı kimi müəyyən edilmişdir: 1 kq buğda – topdansatışı 0,30 manat, pərakəndə satışı 0,35 manat; 1 kq qarğıdalı – topdansatışı 0,30 manat, pərakəndə satışı 0,35 manat; 1 kq günəbaxan şrotu – topdansatışı 0,20 manat, pərakəndə satışı 0,25 manat. Ekspert rəydə qiymətlərin müəyyən edilməsi üçün respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarda, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etdiyi qeyd etmişdir. Lakin məhkəmə istintaqı dövründə verilmiş bir-birinin təkrarı olan rəylərdə idxal edilmiş məhsulların 2016-2017-ci illər üzrə 1 kq-nın topdan və pərakəndə satışının orta bazar qiymətinin respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə aşağıdakı kimi müəyyən edildiyi qeyd edilmişdir: 1 kq buğda – topdansatışı 0,25 manat, pərakəndə satışı 0,30 manat; 1 kq qarğıdalı – topdansatışı 0,25 manat, pərakəndə satışı 0,30 manat; 1 kq günəbaxan şrotu – topdansatışı 0,15 manat, pərakəndə satışı 0,20 manat. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Ədliyyə Nazirliyinin Məhkəmə X3 ekspertizaları şöbəsi tərəfindən verilmişdir. Hər iki rəy eyni mərkəzin eyni şöbəsi tərəfindən Mərkəzdə olan eyni məlumatlara istinad edilməklə verilmişdir. Belə olan halda eyni mərkəz tərəfindən iki fərqli, ziddiyətli rəyin verilməsi şübhə doğurmalı hal idi. Bu səbəbdən də mülki iddiaçının nümayəndəsi tərəfindən ekspertlərin çağırılıb dindirilməsini məhkəmədən xahiş edilsə də, məhkəmə tərəfindən heç bir əsas göstərilmədən bundan imtina edilmişdir. Halbuki, qeyd edilən ziddiyyətlərin araşdırılması üçün mütləq qaydada ekspertlərin hər biri çağırılaraq dindirilməli, ziddiyyətli hallar araşdırılmalı idi. Lakin, görünür məhkəmə işə obyektiv baxılmasında maraqlı olmamış, heç bir əsas gətirmədən ekspertlərin çağırılaraq dindirilməsini təmin etməmişdir. Bundan başqa qeyd edilən ziddiyyətli məqama aydınlıq gətirilməsi üçün mülki iddiaçının öz təşəbbüsü ilə müəssisə tərəfindən idxal edilmiş məhsulların 1 kq-nın 2016- 2017-ci illər üzrə orta bazar qiymətinin müəyyən edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin “X10” X18 tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur. Məktubda sorğuda qeyd edilmiş buğda və qarğıdalı məhsulu üzrə topdansatış qiymətləri məlumatlarının toplanmasına 2017-ci ilin mayıdan başlanıldığı, buğdanın topdansatış orta bazar qiymətinin 0,32 manat, qarğıdalının isə 0,40 manat olduğu qeyd edilmiş, günəbaxan şrotunun qiyməti barədə məlumatların informasiya bazasına daxil edilmədiyi qeyd edilmişdir. Qeyd edilən məlumatlar 2017-ci ilə aid olması səbəbindən məhkəmə "xxxx" MMC-yə bu qiymətlərin tətbiq edilməli olmadığını qeyd etmişdir. Halbuki, məhkəmə qərarında müəssisənin 2016-cı il iyul – 2017-ci il üzrə mal idxal etdiyini qeyd etmişdir. Belə olan halda 2017-ci ildə mal idxal edən müəssisəyə hansı əsasla bu qiymətlərin tətbiq edilməməsi başa düşülən deyil və məhkəmə tərəfindən də düzgün əsaslandırılmamışdır. Bundan başqa qeyd edilən məktubda göstərilən qiymətlər rəsmi və konkret mənbəyə əsaslandığı halda, məhkəmə istintaqı dövründə verilən rəylərdə ekspertlərin konkret hansı mənbəyə əsaslandığı məlum deyil. Ekspertlər ancaq ümumi sözlərlə mərkəzdə olan məlumatlara istinad edildiyini qeyd etmişlər. Məhkəmə istintaqı dövründə verilmiş ekspert rəylərində idxal edilən məhsulların həm 2016-cı, həm də 2017-ci ildə müəyyən edilmiş qiymətləri eyni olmuşdur. Bu onu göstərir ki, keçən bir il ərzində məhsulun qiymətində kəskin dəyişiklik olmamış və sabit qalmışdır. Məhkəmə tərəfindən də bu cür qiymətləndirmə (2016 - 2017-ci illər üzrə sabit qiymət) qəbul edilmişdir. Belə olan halda Kənd Təsərrüfatı Nazirliyinin “X10” X18 tərəfindən məhsulun 2017ci il üzrə qeyd edilmiş qiymətləri ötən bir il ərzində kəskin qiymət dəyişikliyi olmadığı və qiymətlər sabit qaldığı nəzərə alınaraq 2016-cı il üzrə də tətbiq edilməli idi. Lakin məhkəmə tərəfindən bu hal araşdırılmamış və məktubda göstərilən qiymətlər barədə məlumata düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin onu ifadəsinə əsaslanaraq yalnız topdan satışla məşğul olduğunu, pərakəndə satışla məşğul olması barədə mülki iddiaçı və ittiham tərəfinin sübut təqim edə bilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, qeyd edilən sübutlar iş materiallarında öz əksini tapmışdır və təkrarən həmin sübutların məhkəməyə təqdim edilməsinə hər hansı lüzum yox idi. Belə ki, iş materiallarında olan 2017-ci il üzrə olan qaimə fakturalara əsasən müəssisə "xxxx" ASC-yə topdan qaydada buğda, 2016-2017-ci il üzrə olan mədaxil qəbzlərinə əsasən müxtəlif fiziki şəxslərə pərakəndə qaydada buğda, qarğıdalı və günəbaxan şrotu satmışdır (qaimə-fakturalar və mədaxil qəbzləri iş materiallarında olduğundan qeyd edilən məlumatlar cədvəl formasında şikayətə əlavə edilir). Göründüyü kimi məhkəmənin müəssisənin pərakəndə satış həyata keçirməməsi barədə dəlili tamamilə əsassızdır və məhkəmə tərəfindən iş materiallarının tam və obyektiv araşdırılmadığını göstərir. Həmçinin məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən idxal edilmiş məhsulların orta bazar qiymətinin müəyyən edildiyini, bu səbəbdən sertifikatı olan, bilə-bilə rəy verməyə görə məsuliyyət daşıyan ekspertin verdiyi rəyin əsas götürülməli olduğunu, qiymətlərlə bağlı müvafiq mənbələrə istinad edilmədən rəy verildiyindən ibtidai istintaq dövründə verilmiş rəyin mötəbər sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildirir ki, ibtidai istintaq dövründə "xxxx" MMC tərəfindən verilmiş rəy deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 20486 nömrəli ekspert rəyi əsas götürülərək müəssisənin 2016-2017-ci illərdə vergi tutulan satış dövriyyəsi müəyyən edilmişdir. Həmin rəy də məhkəmə istintaqı dövründə verilmiş rəylərdə olduğu kimi respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarda, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə verilmişdir. Göründüyü kimi məhkəməni qeyd edilən dəlilinin heç bir əsası yoxdur və obyektiv həqiqəti əks etdirmir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verilmiş rəylər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, eyni mənbəyə istinad edilmiş, lakin fərqli rəy verilmişdir. Həmçinin, məhkəmə istintaqı dövründə verilmiş ekspertiza rəylərində müəssisə tərəfindən ƏDV-nin yayındırılması məsələsinə münasibət bildirilməmişdir. Halbuki, aparılmış səyyar vergi yoxlaması və mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən ƏDV üzrə 8.571,13 manat yayınmanın olması öz təsdiqini tapmışdır. Ekspert tərəfindən rəydə tətqiqatın iş materiallarında olan sənədlər əsasında aparıldığı qeyd edilsə də, görünür ekspertlər tərəfindən iş materialları tam araşdırılmamış, ƏDV-nə münasibətdə ümumiyyətlə rəydə fikir bildirilməmişdir. Halbuki “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək ekspertin hüquqlarına aid edilmişdir. Göründüyü kimi ekspertlər tərəfindən iş üçün əhəmiyyətli sayılan ƏDV ilə bağlı hesablamaya münasibət bildirilməməsi verilmiş ekspert rəylərinin natamam, qeyri-mötəbər olduğunu bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi bütün bu nöqsanları görməzdən gələrək məhkəmə istintaqında verilmiş rəyləri mötəbər sübut kimi qəbul edərək nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız və qanunsuz qərar çıxarmış, mülki iddia məbləğini baxılmamış saxlamışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edilən Qanunun 13-cü maddəsinin 3-cü cümləsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin əsas vəzifəsidir. Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı CPM-də əks olunmuş prosessual hüquq normalarına istinad etməsinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamışdır. Odur ki, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmünün ləğv edilməsini, mülki iddia məbləğinin tam təmin edilərək dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 51.510,51 manat dəymiş ziyanın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 bildirdi ki, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmünün bəraət verici hissəsini əsassız hesab edir. Belə ki, məhkəmə bəraət hökmü çıxararkən, iş üzrə məhkəmə istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə məhkəmə yanlış nəticəyə gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxsovicə CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsi barədə Qax rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə yeni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri əsassız hesab edərək bildirdi ki, ekspert rəyində 2000 manat vergi borcu pərakəndə satış qiymətindən götürülmüşdür. Topdan satış qiyməti ilə götürüldükdə isə hüquqlarının müdafiə etdiyi şəxsin vergi borcu olmamışdır. Buğda və qarğıdalı topdan satış qiyməti ilə qiymətləndirilmişdir. Rəylər arasında ziddiyyət məsələsi isə apellyasiya məhkəməsində araşdırıldı və məlum oldu ki, birinci verilmiş rəy müstəntiqin təqdim etdiyi yoxlama aktına uyğun çıxarılmış, məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyi isə təqdim etdikləri sənədlər əsasında verilmişdir. Odur ki, Qax rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü əsaslı olduğundan qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının və zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin apellyasiya protestinin və şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)- 01/2021 nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirdi ki, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-ni təsis etmiş, ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fəaliyyət göstərmiş, cəmiyyətin fəaliyyəti topdansatış olmuş, özü ixtisasca mühasib olduğundan cəmiyyətin işçisinin olmadığını, mühasibatlıq işlərinin özü tərəfindən aparıldığını bildirmişdir. Bundan başqa o, ifadəsində fəaliyyətinə dair keçirilmiş səyyar vergi yoxlamasının nəticələri ilə razı olmadığını, vergi orqanına təqdim etidyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin dövriyyəsini tam və düzgün göstərdiyini, xərcləri əsas götürərək cəmiyyətə 20 faizlə Nazirlər Kabinetinin müvafiq qərarının tətbiq edilərək vergi hesablanmasını düzgün hesab etmədiyini, səbəbinin isə o qədər mənfəət əldə etmək mümkün olmadığı bildirmişdir. Bundan əlavə, yoxlamaya təqdim etdiyi satış və xərc sənədlərinin nəzərə alınmaması ilə razı olmadığını, idxal etdiyi malları topdan qaydada elə vaqonlardan satdığını, anbarının olmadığını, satdığı məhsullarının dövrə uyğun olaraq bazar qiymətinin müəyyən edilməsi yolu ilə yenidən yoxlamanın keçirilməsini tələb etdiyini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 9/4500 nömrəli ekspert rəyinə əsasən 2016-cı il üzrə 42939,38 manat mənfəət vergisi və 2016, 2017-ci ilin müxtəlif ayları üzrə 8571,13 manat əlavə dəyər vergisinin az hesablandığı müəyyən edilməsi ilə razı olmadığını, məhkəmə istintaqı gedişində təyin edilmiş məhkmə mühasibatlıq ekspertlərinin rəylərinin nəzərə alınmasını, vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin dövriyyəsini tam və düzgün göstərdiyini, xərclərini əsas götürərək 20 faizlə vergi hesablanmasını düzgün hesab etmədiyini, hesablanmış vergi borcu ilə razı olmadığını bildirmişdir. Eləcə də, məhkəmədə verdiyi ifadəsində yoxlama dövründə "xxxx" MMC-nin vergi orqanı tərəfindən malların bazar topdan satış qiymətlərini müəyyən etmək üçün dəvət edildiyini, qiymətləndirici malların bazar satış qiymətlərini müəyyən etsə də, vergi orqanı həmin qiymətlər əsas götürülərsə vergi yaranmayacağını bildiyi üçün ümumiyyətlə özlərinin qərarla təyin etdikləri həmin şirkətin rəyini yoxlama zamanı nəzərə almadığını və naməlum şəkildə mənbəyi məlum olmayan qiymətlərlə satış dövriyyəsini vergi orqanı tərəfindən şişirdildiyini, nəticədə xərclərini də nəzərə almamaqla əsassız olaraq mənfəət vergisi hesablanmışdır. Cinayət işi üzrə materiallarla da vergidən yayınma halları təsdiq edilməməsinə baxmayaraq əsassız olaraq barəsndə cinayət işi başlanmışdır. Odur ki, məhkəmədən hər hansı bir cinayət etmədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla eyni məzmunda izahat verərək verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, o İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Ülviyyə Nuriyevanın qərarına əsasən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və 15 yanvar 2021-ci il tarixli 9/4500 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirən zaman ona cinayət işi təqdim edilmiş və həmin cinayət işində olan materiallara uyğun olaraq rəy vermişdir. Belə ki, ona 2 cildli cinayət işi və bir disk təqdim edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilən zaman ona əlavə sənədlər təqdim edilməmiş O, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması ilə bağlı əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının təqdim edilməsi barədə vəsatət vermiş və vəsatətinə cavab olaraq ekspertizaya təqdim edilən materiallardan başqa "xxxx"MMC ilə bağlı hər hansı əhəmiyyət kəsb edən mühasibat sənədlərinin mövcud olmadığı bildirmişdir. Nazirlər Kabinetinin Qərarının 55-ci maddəsinə uyğun olaraq xərc sənədləri olmadığından yalnız gəlir sənədləri olduğundan rentabel tətbiq olunub. Ona təqdim olunmuş cinayət işində hansı sənədlər mövcud olubsa, həmin sənədlərə uyğun rəy vermişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Qax Rayon Məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərarına əsasən 26 iyul 2022-ci il tarixli 9/2217 nömrəli ekspert rəyi verilmişdir. Məhkəməmühasibatlıq ekspertizası keçirən zaman ona təqdim edilmiş materiallara uyğun olaraq rəy vermişdir. Onun rəyimdən başqa həmdə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi olub. Orda malın qiymətləndirilməsi aparılıb və ümumi gəlir müəyyən olunub. Əmtəəşünaslıq ekspertizasının qoyduğu qiymətdən və reklam işlərindən daxil olan 75000 manatı cəmləyib xərcləri çıxandan sonra 46000 manat mənfəət vergisi alınmışdır. Həmin mənfəət vergisinin 20 faizi 9385 manat vergiyə çatmamışdır. Bundan da 7000 manat vergi ödəyicisi tərəfindən bəyan olunmuş, 9385,38 manatdan 7181.25 manatı çıxıldıqda 2204.13 manat mənfəət vergisinin az hesablanması müəyyən olunmuşdur. Ekspertiza zamanı ona əlavə sənədlər təqdim edilmiş və o da təqdim edilmiş sənədlər əsasında rəy vermişdir. Birinci instansiya məhkəməsinin iclasında mülki iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Nümayəndə mülki iddaçının nümayəndəsi qismində məhkəmədə ifadə verərək göstərmişdir ki, istintaq dövründə xx.xx.2020-ci il tarixdə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin, 1-ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Ülviyyə Nuriyeva tərəfindən cəmiyyətin 2016-cı ildə idxal edib həmin ildə satdığı, satış sənədi olmayan məhsulların çəkisi və çeşidi göstərilməklə, bazar qiymətinin tətbiq edilməsi, cəmiyyətin həmin il üzrə dövriyyəsinin müəyyən edilməsi və dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləğinin müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli **********869400 AVİS nömrəli xidməti məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq, "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin 51510,51 manat, o cümlədən mənfəət vergisinin 42939,38 manat, ƏDV-nin 8571,13 manat olması müəyyən edilmişdir. Bundan əlavə İş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4500 nömrəli rəyi ilə "xxxx" MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara görə 8571,13 manat məbləğində əlavə dəyər vergisinin və 42939,38 manat məbləğində mənfəət vergisinin az hesablanması hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 51150,51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Hesab etmişdir ki, məhkəmə istintaq dövründə verilmiş məhkəməmühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4500 nömrəli rəyi nəzərə alınmalıdir. Belə ki, 4 oktyabr 2019-cu il tarixli 20486 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində hər birinin çəkili 1 kq olmaqla buğda, qarğıdalı və günəbaxan şrotunun topdansatış və pərakəndə satəş qiymətləri verilmişdir və həmin qiymətlər əsas götürülməklə məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4500 nömrəli rəyi verilmişdir. Rəylə 51150,51 manat məbləğində vergilərin azaldılması öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486№-li ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4500 nömrəli rəyi əsas götürülməklə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs mülki iddia məbləği olaraq 51150,51 manat pulun tutulması barədə mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi Şahid1 Nurəddin oğlu istintaqa vermiş olduğu ifadəsində "xxxx" MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla səyyar vergi yoxlamasının onun tərəfindən keçirildiyini, yoxlamanın nəticəsinin xx.xx.2019-cu il tarixli **********129744 nömrəli aktla rəsmiləşdirildiyini bildirmişdir. Bundan başqa o, ifadəsində yoxlama dövründə cəmiyyətin fəaliyyətinin idxal olunan malların topdansatışı olduğunu, yoxlamada cəmiyyətin direktoru Təqsirləndirilən şəxs iştirak etsə də aktı imzalamaqdan imtina etdiyini, cəmiyyətin mühasibinin olmadığını, araşdırma nəticəsində, 2016-cı il üzrə müəssisənin ümumi mənfəətinin 286 262.53 manat (273 688.53+ 12 574.00) müəyyən edilldiyini, 20% hesabı ilə 57 252.51 manat mənfəət vergisi hesablandığını, nəticədə yoxlama ilə cəmiyyət tərəfindən dövlət büdcəsinə 2016-cı il üzrə 50071,25 manat mənfəət vergisi, həmin ilin aprel-iyun, noyabr-dekabr ayları üzrə 2,30 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2017-ci ilin aprel ayı üzrə 16402,0 manat əlavə dəyər vergisi olmaqla cəmi 66475,55 manat vergilərin dövlət büdcəsinə az hesabladığı müəyyən edildiyi bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin X15 vergi müfəttişi Şahid3 istintaqa vermiş olduğu ifadəsindən görünür ki, ”SUN CONSTRUCTİON” MMC barəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il-tarixə kimi olan dövr üzrə cəmiyyətin dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin araşdırmanın nəticəsi olaraq verilmiş mütəxəssis rəyinin onun tərəfindən tərtib edildiyini, "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin 51510,51 manat (48859,50 +8571,13-5920,12), o cümlədən mənfəət vergisinin 42939,38 manat, ƏDV-nin 8571,13 manat olduğunu, müəssisə tərəfindən 2016-cı ilin aprel-iyun və dekabr aylarında idxal olunmuş malların ümumi dəyərinin 1748776,60 manat olan 6261,47 ton buğda, qarğıdalı və günəbaxan şrotu aldığını, (o cümlədən 1309777,90 manat dəyərində 4371,77 ton buğda, 240141,39 manat dəyərində 1003,10 ton qarğıdalı və 198857,29 manat dəyərində 886,60 ton günəbaxan şrotu idxal edilmişdir), müəssisə tərəfindən 2016-cı ildə 966783,51 manat dəyərində 3182,00 ton buğda, 280413,06 manat dəyərində 976,07 ton qarğıdalı və 191388,00 manat dəyərində 719,20 ton günəbaxan şrotu satıldığını, 2017-ci ildə müəssisə tərəfindən 432524,23 manat dəyərində 1189,764 ton buğda, 7830,00 manat dəyərində 27,00 ton qarğıdalı və 45189,39 manat dəyərində 167,368 ton günəbaxan şrotu satıldığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486№-li ekspert rəyinə əsasən 1 kq buğdanın topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq qarğıdalının topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq günəbaxan şrotunun topdansatış qiyməti 0,20 manat, pərakəndə satış qiyməti 0,25 manat müəyyən edildiyini, araşdırma zamanı vergilərin hesablanması məqsədilə ekspert rəyindən istifadə edilərək müəssisənin 2016-2017-ci illərdə vergi tutulan satış dövriyyəsinin 564693,12 manat (o cümlədən reklam işlərindən 2016-cı il üzrə 75444,00 manat və 2017-ci il üzrə 2233,00 manat dövriyyə nəzərə alınmaqla), ƏDV-dən azad satış dövriyyəsinin 1450786,64 manat, satışdan 101644,76 manat (564693,12x18%) ƏDV hesablanmış, gömrükdə ödənilmiş 79289,77 manat ƏDV əvəzləşdirildikdən sonra dövlət büdcəsinə 22354,99 manat (101644,76-79289,77) ƏDV hesablandığını, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisinə kameral vergi hesablamaları və SVY nəzərə alınmaqla hesablanmış 13783,66 manat əlavə dəyər vergisi məbləği təsdiq edildiyini. Vergi Məcəlləsinin 14.3.1-ci və 159.1-ci maddələrinə əsasən əlavə olaraq 8571,13 manat məbləğində əlavə dəyər vergisi hesablandığını (o cümlədən 2017-ci ilin aprel ayı üzrə 16402,00 manat məbləğində ƏDV azaldılmalı, 2016-ci ilin iyun ayı üzrə 523,25 manat məbləğində, 2016-cı ilin avqust ayı üzrə 3451,24 manat məbləğində, 2016-cı ilin sentyabr ayı üzrə 4733,01 manat məbləğində, 2016-cı ilin noyabr ayı üzrə 8165,81 manat məbləğində, 2017-ci ilin mart ayı üzrə 8099,82 manat məbləğində əlavə hesablanmalı), 2016-cı il mənfəət vergisi üzrə müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəliri 1389075,00 manat, xərcləri 1353168,75 manat göstərilməklə 35906,25 manat mənfəətdən 7181,25 manat mənfəət vergisi göstərildiyini, 2016-cı il üzrə gəlirləri və xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən səyyar vergi yoxlaması ilə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən xərclər və gəlirlər əsasında 20 faiz şərti rentabellik tətbiq edilməklə 57252,50 manat məbləğində mənfəət vergisi hesablandığını, müəssisə tərəfindən təqdim edilmiş bəyannamə üzrə hesablanmış 7181,25 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla azaldılmış mənfəət vergisi 50071,25 manat (57252,50-7181,25) təşkil etdiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486 №-li ekspert rəyi ilə tətbiq edilmiş bazar qiymətlərinə əsasən 2016-cı ildə müəssisənin satışdan gəlirlərinin idxal mallarının satışından və reklam işlərinin görülməsindən, cəmi 1535723,53 manat (o cümlədən ƏDV-dən azad olunan dövriyyə 1018262,41 manat) müəyyən edildiyini, cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən xərcləri təsdiq edən sənəd kimi idxal mallarının invoys dəyəri, hesablanmış əmək haqqı, əmək haqqına üstəliklər, bank xərcləri əsas götürüldüyündən qeyd olunan sənədlərə əsasən müəssisənin 2016-cı il üzrə xərclərinin 1279061,63 manat təşkil etdiyini, Vergi Məcəlləsinin 14.3.1-ci, 104.1-ci və 105.1-ci maddələrinə əsasən 20 faiz dərəcə ilə dövlət büdcəsinə 51332,38 manat (1535723,53-1279061,63= 256661,90x20%) mənfəət vergisi hesablandığını, araşdırmanın nəticəsi olaraq səyyar vergi yoxlaması ilə hesablanmış 57252,50 manat mənfəət vergisindən 51332,38 manatı təsdiq edildiyini, 5920,12 manat (57252,50-51332,38) mənfəət vergisi şəxsi hesab vərəqəsində azaldılmalı olduğunu, araşdırmanın nəticəsi olaraq, "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməkdən yayındırdığı vergi məbləğinin 51510,51 manat (48859,50+8571,13-5920,12), o cümlədən mənfəət vergisinin 42939,38 manat, ƏDV-nin 8571,13 manat olması barədə rəy verdiyini, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə kameral qaydada hesablanmış 2,30 manat məbləğində vergi düzgün hesablandığını, hesablanmış verginin dövlət büdcəsinə ödənildiyindən, mütəxəssis rəyi ilə qeyd olunan tədiyyə və dövr üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləği müəyyən edilmədiyindən və məbləğ cüzi olduğundan bu barədə rəydə münasibət bildirilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istitaq zamanı verdiyi ifadəsinə göstərmişdir ki, 1999-ci ilin hazıradək “Azərterminalkompleks” Birliyinin Şirvan postunda kompyuter operatoru vəzifəsində işləyir. Vəzifəsi təqdim olunmuş yükə aid sənədlərə əsasən yüklərin elektron qaydada bəyan edərək, gömrük orqanına təqdim etmək və işçilərə nəzarət etməkdən ibarətdir. Təxminən xx.xx.2016-cı ildə "xxxx" MMC-nin direktoru Zaxar adlı şəxs oğlu onların şöbəsinə yaxınlaşmış və Rusiya Federasiyasından kənd təsrüfatı məhsulları idxal etmişdir. Bundan sonra Zaxar adlı şəxsin “Azərterminalkompleks”-nə gömrük rəsmiləşdirilməsi, idxal etdiyi mal və nəqliyyat vasitələrinə aid müşaiyyət sənədlərində olan məlumatların yoxlamış, onun əsasında gömrük bəyannaməsinin dolduraraq, gömrük orqanına ötürülməsi xidmətini yerinə yetirmişdir. Xatırladığı qədər şöbəyə idxal edilmiş məhsulların gömrükləşməsini aparılması üçün “Zaxar” adlı şəxs ozu tək müaciət etmişdir. Onun yanında digər şəxslər olmamışdır. "xxxx" MMC tərəfindən idxal olunmuş malların harada saxlanılması və həmin malların kimlərə satılması barədə hər hansı məlumatı yoxdur. Cəmiyyət tərəfindən gömrük bəyannamələrinə əsasən “günəbaxan şrotu” Azərbaycan Respublikasına idxal olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20486№-li ekspert rəyinə əsasən 1 kq buğdanın topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq qarğıdalının topdansatış qiyməti 0,30 manat, pərakəndə satış qiyməti 0,35 manat, 1 kq günəbaxan şrotunun topdansatış qiyməti 0,20 manat, pərakəndə satış qiyməti 0,25 manat müəyyən edilmişdir. İş üzrə istintaq dövründə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4500 nömrəli rəyi ilə "xxxx" MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara görə 8571,13 manat məbləğində əlavə dəyər vergisinin və 42939,38 manat məbləğində mənfəət vergisinin az hesablanması hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 51150,51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. İş üzrə məhkəmə istintaqı dövründə alınmış 23 dekabr 2021-ci il tarixli 9/7596- 9/7718 saylı kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq, eləcə də 26 iyul 2022-ci il tarixli 9/2217 saylı təkrar kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspert rəyləri ilə müəyyən edilmişdir ki, 2016-2017-ci illər üzrə müəssisədə 1 kq buğdanın topdan satışı 0,25 manat, pərakəndə 0,30 manat, 1 kq qarğıdalının topdansatışı 0,25 manat, pərakəndə-0,30 manat,1 kq günəbaxan ştorunun topdansatışı 0,15 manat, pərakəndə-0,20 manat olmuşdur. 2017-ci il üzrə müəssisəyə mənfəttə vergisi hesablanmamışdır. 2016-cı il üzrə topdansatış qiymətlə hesablandıqda mənfəət vegisi müəyyən olunur, topdansatış qiymətlər nəzərə alınarsa 2204,13 manat (9385,38-7181,25 vergi ödəyicisi tərəfindən bəyan olunmuş) az hesablanmasl müəyyən olunur. Bundan başqa, iş materiallarında olan vergi yoxlaması dövründə təyin edilmiş və rəyi alınmış "xxxx" MMC-nin 14 fevral 2018-ci il tarixli rəyi ilə 1 kq qarğıdalı-0,30 manat, 1 kq şprot 0,20 manat, 1 kq buğda 0,30 manat müəyyən edilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində aparılmış hüquqi araşdırılmalarla və məhkəmənin gəldiyi nəticə ilə tam razılaşdığından əlavə araşdırılmanın aparılmasına, sübutların yenidən şərh edilməsinə zərurət görmür. Belə ki, məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.9-cu maddəsinə görə, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayəti üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş və bəraət hökmünü kifayət qədər əsaslandırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X12rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borc deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə uyğun olaraq vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirli olmaması halında, şəxs vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Bu Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir; 49.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur; 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə ki, məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; Həmin Məcəllənin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 346.1.1-346.1.4cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib yetirilmədiyi. Bu baxımdan da, apellyasiya protestinə və şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya protestinin və şikayətinin dəlilləri əsaslı sayı bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas vermir. Birinci instansiya məhkəməsi haqlı olaraq sonuncuya ittiham olunduöu maddə ilə bəraət vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Ekspert rəyləri arasında olan ziddiyyətlərlə bağlı həm apellyasiya protestinin, həm də apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya xatırlatmağı zəruri bilir ki, Rəylər arasında ziddiyyət məsələsi apellyasiya məhkəməsinin iclasında rəy vermiş ekspertlərin yenidən dindirilməsi yolu ilə araşdırılmış və məlum olmuşdur ki, birinci verilmiş rəy müstəntiqin təqdim etdiyi yoxlama aktına uyğun çıxarılmış, məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyi isə təqdim edilmiş sənədlər əsasında verilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, o İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Ülviyyə Nuriyevanın qərarına əsasən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və 15 yanvar 2021-ci il tarixli 9/4500 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirən zaman ona cinayət işi təqdim edilmiş və həmin cinayət işində olan materiallara uyğun olaraq rəy vermişdir. Belə ki, ona 2 cildli cinayət işi və bir disk təqdim edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilən zaman ona əlavə sənədlər təqdim edilməmiş O, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması ilə bağlı əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının təqdim edilməsi barədə vəsatət vermiş və vəsatətinə cavab olaraq ekspertizaya təqdim edilən materiallardan başqa "xxxx"MMC ilə bağlı hər hansı əhəmiyyət kəsb edən mühasibat sənədlərinin mövcud olmadığı bildirmişdir. Nazirlər Kabinetinin Qərarının 55-ci maddəsinə uyğun olaraq xərc sənədləri olmadığından yalnız gəlir sənədləri olduğundan rentabel tətbiq olunub. Ona təqdim olunmuş cinayət işində hansı sənədlər mövcud olubsa, həmin sənədlərə uyğun rəy vermişdir. Öz növbəsində məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 isə bildirmişdir ki, Qax Rayon Məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərarına əsasən 26 iyul 2022-ci il tarixli 9/2217 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirən zaman ona təqdim edilmiş materiallara uyğun olaraq rəy vermişdir. Onun rəyimdən başqa həmdə məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi olub. Orda malın qiymətləndirilməsi aparılıb və ümumi gəlir müəyyən olunub. Əmtəəşünaslıq ekspertizasının qoyduğu qiymətdən və reklam işlərindən daxil olan 75000 manatı cəmləyib xərcləri çıxandan sonra 46000 manat mənfəət vergisi alınmışdır. Həmin mənfəət vergisinin 20 faizi 9385 manat vergiyə çatmamışdır. Bundan da 7000 manat vergi ödəyicisi tərəfindən bəyan olunmuş, 9385,38 manatdan 7181.25 manatı çıxıldıqda 2204.13 manat mənfəət vergisinin az hesablanması müəyyən olunmuşdur. Ekspertiza zamanı ona əlavə sənədlər təqdim edilmiş və o da təqdim edilmiş sənədlər əsasında rəy vermişdir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələnndə təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Sadalanan hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(024)-01/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-432/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-432/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver