Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-433/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, müdafiəçi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X8 (sədrlik edən), X6 (məruzəçi) X2 ibarət tərkibdə) 27 sentyabr 2021-ci il tarixli hökmü ilə, xx.xx.1985-ci ildə Balakən şəhərində dolğumuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 29 may 2021-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 13 kiloqram 454,90 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana və 88 (səksən səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrii ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin istintaqa məlum olmayan saydakı toxumlarını Balakən rayonu Tülü kəndində yaşadığı evin qonşuluğunda yerləşən hazırda Rusiya Federasiyasında yaşayan əmisi X4 həyətyanı torpaq sahəsində əkib həmin toxumlardan cücərmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkib-becərərək yetişdirdiyi həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini istintaqa məlum olmayan tarixdə toplayıb qurutmaqla qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə külli miqdarda, yəni təmiz çəkisi 13 kiloqram 455 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib, birində 6 kiloqram 585 qram, digərində isə 6 kiloqram 870 qram olmaqla iki ədəd sintetik kisələrə dolduraraq daşımaqla əmisi Xanlar Abulova məxsus yarımçıq tikilinin birinci mərtəbəsində gizlədərək satış məqsədi ilə saxlamışdır. Bundan başqa o, əmisi X5 məxsus yarımçıq tikilinin birinci mərtəbəsindəki otaqlardan birini narkotik tərkibli çətənə bitkilərini yetişdirmək üçün xüsusi avadanlıqlarla təchiz edərək 2020-ci ilin yayında kultivasiya etdiyi, yuxarıda qeyd edilən həmin çətənə bitkilərinin üzərindən yığdığı və əmisi X5 məxsus yarımçıq tikilidə gizlədərək saxladığı, xatırlamadığı miqdardakı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından 48 ədədini gizlətdiyi yerdən çıxardıb xüsusi avdanlıqlarla təchiz etdiyi otaqda dibçəklərə əkərək həmin toxumlardan bitmiş külli miqdarda, yəni 48 ədəd -hündürlükləri 32 sm-dən 140 sm-dək, ümumi təmiz çəkiləri 7 kiloqram 525 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, geri qalan narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarından 35 (otuz beş) ədədini isə vahid niyyətlə yaşadığı evin həyətyanı torpaq sahəsində dibçəklərə əkərək həmin toxumlardan bitmiş 35 (otuz beş) ədəd hündürlükləri 14 sm-dən 100 sm-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 260 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, geri qalan narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarından 03 (üç) ədədini vahid niyyətlə əmisi X4 həyətyanı torpaq sahəsindəki dibçəklərə əkərək həmin toxumlardan bitmiş 03 (üç) ədəd hündürlükləri 74 sm-dən 89 sm-dək, ümumi təmiz çəkiləri 280,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, geri qalan narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarından 01 (bir) ədədini vahid niyyətlə əmisi X4 həyətyanı torpaq sahəsinə əkərək həmin toxumdan bitmiş 01 (bir) ədəd 100 sm hündürlükdə, ümumi təmiz çəkisi 90,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin dibini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, geri qalan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından 01 (bir) ədədini vahid niyyətlə əmisi X5 məxsus yarımçıq tikilinin birinci mərtəbəsində dibçəkdə əkərək həmin toxumdan bitmiş 01 (bir) ədəd 138 sm hündürlükdə, ümumi təmiz çəkisi 485,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin dibini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, ümumilikdə vahid niyyətlə külli miqdarda, yəni 88 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq 2021-ci ilin mart ayının əvvəllərində kultivasiya etmişdir. 29 may 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Tülü kəndində X5 məxsus olan, qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən nəzarət olunan yarımçıq ev tikilisinə və həmin tikilinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həmin yarımçıq tikilinin birinci mərtəbəsindəki xüsusi avadanlıqla təchiz edilmiş otaqda sonuncunun qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi həmin 48 (qırx səkkiz) ədəd hündürlükləri 32 sm-dən 140 sm-dək, ümumi təmiz çəkiləri 7 kiloqram 525 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmin yarımçıq tikilinin həyətyanı torpaq sahəsinin müxtəlif yerlərində əkilmiş 35 (otuz beş) ədəd hündürlükləri 14 sm-dən 100 smdək, ümumi təmiz çəkiləri 1 kiloqram 260 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 03 (üç) ədəd hündürlükləri 74 smdən 89 sm-dək, ümumi təmiz çəkiləri 280,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd 100 sm, ümumi təmiz çəkisi 90,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi, 01 (bir) ədəd 138 sm, ümumi təmiz çəkisi 485,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi, yəni vahid niyyətlə qanunsuz olaraq kultivasiya etdiyi, ümumilikdə külli miqdarda -88 ədəd narkotik tərkibli çətənə( kannabis) bitkiləri və qeyd edilən yarımçıq tikilidən qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə edərək daşıyıb saxladığı, birində 6 kiloqram 585 qram, digərində isə 6 kiloqram 870 qram olmaqla iki ədəd sintetik kisələrə qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 13 kiloqram 455 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apelyasiya şikayəti, apellyasiya protesti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlunu törətməsi öz əksini tapmadığından ona həmin hissədə bəraət verilməsi, X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsində və fərdi yaşayış evinin yarımçıq tikilisində aparılmış istintaq hərəkətlərinə dair sənədləri sübutlar siyahısından xaric edərək, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs verilmiş ittihamdan həmin hissələrin xaric edilməsi, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı verdiyi apellyasiya apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinin dəlillərinə uyğun dəyişdirilməsini, həmçinin apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Narkotik vasitə olan qurudulmuş marixuanaya olan tələbatını ödəmək üçün 2020-ci ildə yaşadığı evin qonşuluğunda yerləşən və Rusiya Federasiyasında olan əmisi X4 evinin həyətində özü üçün narkotik tərkibli bitkilər əkib becərmək qərarına gəlmiş, bu məqsədlə 2021-ci ilin mart ayının əvvəlində həmin yarımçıq tikilinin zirzəmisində 8m x 5m ölçüdə olan otaqda xüsusi avadanlıqlar yerləşdirərək orada dibçəklərdə 48 ədəd narkotik tərkibli çətənə bitkisini əkib becərmişdir. Bundan başqa o, 2021-ci ilin mart ayı ərzində 2020-ci ildə əkərək becərdiyi narkotik tərkibli çətənə bitkisindən yığdığı toxumları əmisinə məxsus evin və özünün yaşadığı evin həyətinin müxtəlif yerlərində əkmişdir. Həmin əkdiyi toxumlardan yaşadığı evin arxasında 35 ədədi, zibil atmaq üçün qazılmış quyuda 3 ədədi, əmisinə məxsus yarımçıq evin sağ tərəfində bir ədədi, həmin evin birinci mərtəbəsində qoyduğu dibçəkdə də bir ədədi bitmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərinə qulluq etməyə başlamışdır. Əkdiyi bitkiləri suvarmaqla, kənarlarını alaq otlarından təmizləməklə və kənarını yumşaltmaqla həmin bitkilərin hamısını eyni cür kultivasiya etmişdir. 29 may 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək yaşadığı evin həyətyanı sahəsində və yarımçıq tikilidə narkotik tərkibli bitkiləri əkib becərməyi və narkotik vasitələri saxlamağı ilə bağlı məlumatlarının olduğunu, yaşadığı evə və yarımçıq tikiliyə baxış keçirmək istədiklərini bildirmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin arxasında əkibbecərdiyi 35 ədəd narkotik tərkibli çətənə bitkisini polis əməkdaşlarına göstərmiş, həmin 35 ədəd narkotik tərkibli bitkilər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşlarını həyətinin qonşuluğunda yerləşən əmisi X5 məxsus yaşayış olmayan və onun nəzarətində olan torpaq sahəsində yerləşən yarımçıq tikilinin zirzəmisində xüsusi avadanlıqlar yerləşdirərək əkib-becərdiyi 48 ədəd narkotik tərkibli çətənə bitkisini göstərmiş, aşkar edilmiş 48 ədəd narkotik tərkibli çətənə bitkisi də qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşlarına həmin həyətin yola tərəf hasara yaxın hissəsində zibil atmaq üçün düzəldilmiş xəndəyin içərisinə əkib-becərdiyi üç ədəd narkotik tərkibli çətənə bitkisini, yarımçıq tikilinin sağ tərəfində əkərək becərdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisini, yarımçıq tikilinin altında dibçəkdə əkərək becərdiyi narkotik tərkibli çətənə bitkisini də təqdim etmiş, həmin narkotik vasitələr də qablaşdırılaraq götürülmüşdür. Evin birinci mərtəbəsində aşkar edilmiş iki kisədə olan qurudulmuş narkotik vasitə ona məxsus olmammış, həmin narkotik vasitəni polis əməkdaşları həmin yerə qoymuşlar. Məhkəməyədək icraaq zamanı polis əməkdaşlarının təzyiqinə görə həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Özünü CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, əkərək becərdiyi və çəkmək üçün qurutduqdan sonra xoşu gəlmədiyindən iki ədəd sintetik kisəyə dolduraraq yarımçıq evin birinci mərtəbəsində saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, Polis əməkdaşları həmin kisələri elektron tərəzidə çəkdikdə marixuana olan bir kisə 6 kq 775 qram, ikinci kisə isə 7 kq 130 qram gəlmişdir. Hər iki kisə möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində və həyətdəki yardımçı tikilidə qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə ona daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-təhqiqat qrupu və mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib sonuncunu həyət qapısına dəvət edərək yaşadığı evin həyətyanı torpaq sahəsində və həyətdəki yardımçı tikilidə narkotik təkibli bitkiləri əkibbecərməsi və narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu bildirilmiş və əgər narkotik vasitə saxlayırsa və narkotik tərkibli bitkilər əkmişdirsə təqdim etməsi sonuncuya təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək sonuncunun yaşadığı evin həyətinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə apararaq orada plastmas qablara, taxta yeşiyə və elə birbaşa torpağa əkərək becərdiyi narkotik tərkibli bitkiyə oxşar cəmi 35 ədəd bitkiləri təqdim etmişdir. Aqronom Şahid3 həmin bitkilərə baxdıqda onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmiş və həmin bitkilər kökündən çıxarılaraq ölçüldükdə 14 sm.-dən 100 sm. –dək hündürlükdə olduqları müəyyən edilmişdir. 35 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər kökündən çıxarılaraq sintetik kisədə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs onları yaşadığı evin həyəti ilə birbaşa sərhəddə olan aralarına dəmir tor çəkilmiş və özünün nəzarət etdiyini bildirdiyi əmisi X5 məxsus həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikiliyə apararaq tikilinin zirzəmisində 8m x 5m ölçüdə düzəldilmiş və xüsusi avdanlıqlarla təchiz edilmiş otaqda dibçəklərdə əkərək becərdiyi 48 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri onlara təqdim etmişdir. Otaq xüsusi havalandırma və işıqlandırma sistemi ilə təchiz olunmuş, aqronom Şahid3 həmin otaqda aşkar olunmuş 48 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Qeyd edilən 48 ədəd bitkilər kökündən çıxarılaraq ölçüldükdə hündürlükləri 32 sm.-dən 140 sm.-dək olmuş, çəkisi isə 8 kq. 145 qram olmaqla qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs yarımçıq tikilinin birinci mərtəbəsində içərisində tünd yaşıl rəngli spesifik iyli quru bitki kütləsi olan 2 ədəd sintetik kisələri təqdim etmiş, həmin sintetik kisələr elektron tərəzidə çəkildikdə birinin çəkisi 6 kiloqram 775 qram, digər sintetik kisənin çəkisi 7 kiloqram 130 qram gəlmişdir. İçərisində narkotik vasitəyə oxşar bitki kütləsi olan sintetik kisələr möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs 2020-ci ildə əkdiyi narkotik bitkilərdən əldə etdiyi narkotik vasitə keyfiyyətsiz olduğundan həmin sintetik kisələrə dolduraraq saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs nəzarət etdiyi əmisinə məxsus torpaq sahəsinin yola yaxın hissəsində tullantı atmaq üçün düzəldilmiş xəndəyin içərisində hündürlükləri 74 sm.-dən 89 sm.-dək olan əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş, aqronom Şahid3 bitkilərə baxdıqda onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bitkilər kökündən çıxarılaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Davam edən baxış zamanı yarımçıq tikilinin sağında hündürlüyü bir metr olan daha bir ədəd narkotik tərkibli bitkiyə oxşar bitki, yarımçıq tikilinin birinci mərtəbəsinə öndən daxil olduqda dibçəkdə bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkar olunmuşdur. Aqronom Şahid3 hər iki bitkiyə baxdıqda həmin bitkilərə də aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli bitkiləri öz istifadəsi üçün əkdiyini, onlara qulluq göstərdiyini, həmin bitkiləri 2020-ci ildə əkibbecədiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığıdığı toxumları əkərək becərdiyini, 2020-ci ildə əkib-becərdiyi narkotik bitkilərindən özü istifadə etdiyini, əldə etdiyi narkotik vasitə zəif olduğundan, xoşuna gəlmədiyindən iki ədəd sintetik kisəyə dolduraraq yarımçıq tikilinin birinci mərtəbəsinə qoyduğunu və aşkar edilmiş 2 ədəd kisənin də həmin kisələr olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4 və Şahid2 və aqronom-mütəxəssis Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 30 may 2021-ci il tarixli 17/386 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlükləri 14 sm.dən 100 sm.-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 260 qram olan 35 (otuz beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlükləri 32 sm.-dən 10 sm.-dək, ümumi təmiz çəkiləri 7 kiloqram 525 qram olan 48 (qırx səkkiz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlükləri 74 sm.-dən 89 sm.-dək, ümumi təmiz çəkiləri 280,00 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlüyü 100 sm., təmiz çəkisi 90,00 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlüyü 138 sm., təmiz çəkisi 485,00 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 6 kiloqram 585 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 6 kiloqram 870 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Aqronom mütəxəssis Şahid3 29 may 2021-ci il tarixli rəyinə əsasən ümumilikdə 88 (səksən səkkiz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2021-ci il tarixli 762 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Abulov X7 Rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 29 iyun 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdən 88 ədəd narkotik tərkibli çətənə bitkisi və iki ədəd kisədə çəkiləri 6 kq 585 qr və 6 kq 870 qr narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 29 may 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2250-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz əksini tapmadığından ona həmin hissədə bəraət verilməsi, X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsində və fərdi yaşayış evinin yarımçıq tikilisində aparılmış istintaq hərəkətlərinə dair sənədləri sübutlar siyahısından xaric edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs verilmiş ittihamdan həmin hissələrin xaric edilməsini xahiş etmişdir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa apellyasiya şikayətinin digər dəlili Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi barədə hökm qəbul edilməsindən ibarətdir. Dövlət ittihamçısı isə verdiyi apellyasiya apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, həm apellyasiya şikayətində, həm də apellyasiya protestində Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hər iki hala birgə qiymət verməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs iki ədəd kisədə aşkar edilmiş narkotik vasitə olan marixuananın ona məxsus olmamasına dair ifadəsinə də tənqidi yanaşaraq həmin ifadənin onun məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs sərbəst şəkildə aşkar olunan narkotik vasitəni bir il əvvəl əkdiyi çətənə bitkilərindən yığdığını və istifadə etək üçün saxladığını göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinə qulluq etmək üçün qapalı şəraitdə xüsusi şəraitin yaratması, həmin vasitələrə xüsusi qulluq etməsi də məhkəmədə aşkar olunan marixuananın ona məxsus olmasına dair bir daha əminlik yaradır. Bundan başqa Təqsirləndirilən şəxs qeyd etdiyi kimi aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun evinə qoyulmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Aşkar olunan narkotik vasitənin təxminən 13 kq olmaqla şəxsi istehlak miqdarından xeyli artıq olması da onun həmin narkotik vasitəni satış məqsədilə saxladığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin onun törətmiş olduğu əməldə onun cəzasını ağırlaşdıran halların olmaması qənəatinə gəlmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayt Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəərdə tutulmuş cinayət əməlinin törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə,Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir və həmin cəzanın dəyişdirilməsi üçün heç bir əsas görmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın dəyişdirilməsinə əsas görməyərək həmin şikayət və protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-433/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-433/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver